Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1275/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinə qarşı “alqı-satqı müqaviləsinin bəzi bəndlərinin etibarsız hesab olunması, maneələrin aradan qaldırılması və s.” tələbinə dair ilkin; Iddiaçı cavabdeh2 MMC-in cavabdehlər "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinə və İddiaçı qarşı “xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması” tələbinə dair qarşılıqlı iddiası; Iddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinin cavabdehlər cavabdeh2 MMC və İddiaçı qarşı “xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması” tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə (Açar sözlər: xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması öhdəliyi, ilkin müqavilənin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 katibliyi, Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 MMC-nin nümayəndəsi nümayəndə1, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinin nümayəndəsi nümayəndə4 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinə qarşı “alqı-satqı müqaviləsinin bəzi bəndlərinin etibarsız hesab olunması, maneələrin aradan qaldırılması və s.” tələbinə dair ilkin; iddiaçı cavabdeh2 MMC-in cavabdehlər "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinə və İddiaçı qarşı “xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması” tələbinə dair qarşılıqlı iddiası; iddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinin cavabdehlər cavabdeh2 MMC və İddiaçı qarşı “xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddialar üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Satıcı cavabdeh2 MMC ilə alıcı İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, NNRPT-****-**/* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən “Satıcı” Bakı şəhəri, Yasamal rayonu, X1 ünvanında yerləşən “Royal Park” yaşayış massivində 258 m2 ərazidə yerləşən yaşayış sahəsi 170 m2 olan L-51 D saylı fərdi yaşayış sahəsinin əsaslı tikintisini lazımi qaydada apararaq yaşayış sahəsinin gələcəkdə mülkiyyətçisi ola biləcək Alıcıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verməyi, “Alıcı” isə yaşayış sahəsinin dəyərini bu Müqavilə ilə şərtləşdirilmiş müddət və məbləğlərdə Satıcıya ödəməyi öhdəsinə götürür. Yaşayış sahəsi təmirsiz şəkildə təqdim olunacaqdır. Yaşayış sahəsinin yerləşdiyi yer üzrə ərazi planı bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən * saylı Əlavədə razılaşdırır.
2. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, Satıcı “Yaşayış sahəsi”nin hər kv.m. ərazisi üçün 1.100 ABŞ dolları təşkil etdiyinə görə, “Yaşayış sahəsi”nin ümumi dəyərini əhatə edən 187.000 ABŞ dollarına satır, "Alıcı” isə həmin qiymətə alır.
3. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, tərəflər razılaşır ki, yaşayış sahəsinin tikintisi tam başa çatdırıldıqdan sonra onlar öz aralarında Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq, notariat qaydasında təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayırlar və müqavilə daşınmaz əmlakın dövlət reyestrində Alıcının adına qeydiyyata alınır. Müqavilənin notariat və qeydiyyat xərcləri Alıcıya aid edilir.
4. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən, Yaşayış sahəsi yerləşən ərazidə (yaşayış kompleksində) "Satıcı" tərəfindən göstərilən xidmətlərə dair "Satıcı" ilə "Alıcı" arasında servis müqaviləsi (bundan sonra “Xidmət müqaviləsi" adlanacaq) bağlanır. "Xidmət müqaviləsi" hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edərək, bu müqavilənin * saylı Əlavəsini əhatə edir və "Tərəflər" üçün "Xidmət müqaviləsi" nin müddəaları qətidir.
5. Həmin müqavilənin 2.1.7-ci bəndinə əsasən, hazırki müqavilənin 1.8-ci bəndinə əsasən, “Xidmət müqaviləsi” bağlamaq alıcının vəzifələrindən biri kimi qeyd olunmuşdur.
6. cavabdeh2 MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti”nə İddiaçı Royal Park ərazisində (Korpus L, ev **D) nömrəli ev üçün ##.##.2022-ci il tarixli və NN-RPY-****-**/* nömrəli Daşınmaz Əmlakın Nisyə Alqı-satqı müqaviləsində nəzərdə tutulmuş ödəniş şərtlərinə əsasən 187.000 ABŞ dolları, yəni, 317.900 manat (1 USD = 1.70 AZN) tam ödəniş etmişdir. Onun ##.##.2022-ci il tarixli, NN-RPY-****-**/* nömrəli Daşınmaz Əmlakın Nisyə Alqı-satqı müqaviləsi üzrə borcu yoxdur.
7. cavabdeh2 MMC (şirkət) ilə “xxxx.” Şirkətinin Azərbaycan Respublikasındakı “X11” adlı Nümayəndəliyi (xxxx) arasında bağlanmış ##.##.2023-cü il tarixli, ** nömrəli əməkdaşlıq sazişinin Preambulasından görünür ki, Bakı şəhər Icra Hakimiyyəti Başçısının *** saylı, ##.##.2020-ci il tarixli sərəncamına əsasən Bakı Şəhər lera Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, *** nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, Bünyadzadə və Haqverdiyev küçərlərinin kəsişməsində yaşayış massivinin tikintisi üçün ayrılmış 50.48 ha torpaq sahəsi, eləcə də Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli, *** nömrəli və ##.##.2011 ci il tarixli Sərəncamları ilə Yasamal rayonu, Bünyadzadə küçəsi, "Qanlıgöl'ün şimalında idman kompleksi və yaşayış massivinin tikintisi üçün ayrılmış 14.27 ha torpaq sahəsi (ümumilikdə 64.75 ha) cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Belə ki, cavabdeh2 MMC tərəfindən sözügedən ərazidə yaşayış kompleksinin (bundan sonra "Yaşayış kompleksi" adlandırılacaq) tikintisi həyata keçirilir. Həmçinin Yaşayış kompleksi ərazisində mövcud olan yarımstansiya və transformator məntəqələrini, elektrik ötürücü qurğular, ehtiyyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları va matorları, mühafizə sistemində istifadə olunan kamera və avadanlıqları, o cümlədən digər bütün növ cihaz və avadanlıqlar Nümayəndəliyin mülkiyyətindədir. Yuxarıdakıları nəzərə alaraq, "Şirkət" və "xxxx" öz qüvvə və imkanlarını birləşdirərək əməkdaşlıq (bundan sonra "Əməkdaşlıq" adlanacaq) fəaliyyətini həyata keçirmək məqsədilə bu sazişi imzalamışdır.
8. Həmin Sazişin 1.1-ci bəndinə əsasən, "xxxx" "Şirkət"ə məxsus olan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən tikintisi həyata keçirilmiş və satılmış fərdi yaşayış sahələri ("villa" və "townhouse") üçün kommunal və servis xidmətlərinin (bundan sonra "Xidmətlər" adlanacaq) göstərilməsinə dair əməkdaşlığın təmin edilməsi barəsində razılaşırlar.
9. “xxxx.” Şirkətinin Azərbaycan Respublikasındakı “X11” adlı Nümayəndəliyi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli, SP-XM-**/**** nömrəli məktubda 10 gün müddətində aylıq 450 manat ödənilməsi şərti ilə xidməti müqavilənin imzalanması xahiş edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC və "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinə qarşı "maneələrin aradan qaldırılması və s." tələbinə tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X1 ünvanında yerləşən “Royal Park” yaşayış massivində 258 kvm ərazidə yerləşən, sahəsi 170 mkv olan L-51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisinin, su və qazın cavabdehlər tərəfindən bərpa edilməsi, onların dayandırılmasının və həmin xəttlərə kənar müdaxilələrin cavabdehlərə qadağan edilməsi, Qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğac qoyulmasına maneələrin aradan qaldırılması, iddia ərizəsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə üzrə mübahisəli yaşayış sahəsinin mülkiyyətçisidir. Həmin yaşayış sahəsində sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqları var. Bildirir ki, cavabdehlər öz aralarında xidmət müqaviləsi bağlamışdır. “Royal Park” yaşayış massivində olan kommunal və digər xidmətlər cavabdeh2 MMC tərəfindən digər cavabdehə həvalə edilmişdir. “xxxx." Şirkətinin Azərbaycan Respublikasındakı "X11" Adlı Nümayəndəliyi də göstərdiyi xidmətlərin qarşılığında cavabdehdən 450 manat pul tələb edir. Həmin pulun qarşılığında mühafizə, məişət tullantılarının daşınması və s. kimi xidmətlərin göstərilir. Qeyd edirlər ki, mübahisə də bu səbəblərdən yaranmışdır. Iddiaçı bu ödənişi ağlabatan hesab etməmiş və xidmət müqaviləsi bağlamamışdır. Bunun qarşılığında da cavabdehlər tərəfindən iddiaçının yaşayış evinə müdaxilə edilmiş və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bundan başqa, cavabdeh tərəf ## ####### 2025-ci il tarixdə ona məktub ünvanlamış, xidmətlərdən istifadə edə bilməyəcəkləri qeyd edilmiş, həmçinin qaz, su və elektrik xətlərində yarana biləcək problemləri öz hesablarına təmir etmələrini bildirmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlər özləri qaz, su və elektrik xətlərinə müdaxilə etmək imkanına malikdirlər. Həmin imkanın məhdudlaşdırılması zərurəti yaranmışdır. Belə ki, onlar bu imkanlardan hədə kimi istifadə edirlər. Halbuki qaz, su və elektrik xidmətləri ilə bağlı Nazirlər Kabinetinin qərarları və digər normativ hüquqi aktlar var. Hər bir vətəndaşın hüququdur ki, qaz, su və elektrik xidmətlərindən ayrı-ayrılıqda istifadə etsin. Heç bir hüquqi və fiziki şəxsdə buna müdaxilə edə bilməz. Eləcə də, iddiaçı heç bir müqavilə bağlamağa məcbur edilə bilməz. Müqavilə azadlığı Mülki Məcəllənin ən vacib prinsipidir. Cavabdehlər qaz, su və elektrik istehsal edən, paylayan və satan qurum deyillər. Bu xətlərə müdaxilə etmək, onları çəkmək, ləğv etmək və s. kimi işlər görmək səlahiyyətinə malik deyillər. Müvafiq olaraq ölkə ərazisində “Azərışıq”, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və “Azərsu” adlı dövlət qurumları var ki, hər bir vətəndaşın hüququdur ki, həmin qurumlarla müstəqil müqavilə bağlasın və müstəqil olaraq qaz, elektrik və su əldə etsin. Heç bir tikinti və ya başqa xidmət göstərən fiziki və hüquqi şəxslər buna müdaxilə edə bilməz. Kommunal xətlərlə bağlı yaranan digər problemlər də bu xidmətləri göstərən qurumlarla vətəndaş arasındadır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin iddiaçının kommunal xidmətlərinə müdaxilə edə bilməzlər.
12. cavabdeh2 MMC cavabdehlər "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinə və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış NN-RPT-****-**/* saylı alqı-satqı müqaviləsinin 1.8. və 2.1.7-ci bəndlərinə və cavabdeh2 MMC və xxxx arasında ## ####### 2023-cü il tarixli “Əməkdaşlıq Sazişinin" şərtlərinə uyğun olaraq "xxxx." Şirkətinin Azərbaycan Respublikasındakı "X12" adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla "Royal Park" yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə imzalanması barədə və qarşılıqdı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh2 MMC iddia ərizəsi göstərilənlərlə razılaşmır. Ilk növbədə onu qeyd etmək lazımdır ki, cavabdeh2 MMC tərəfindən "Royal Park" yaşayış massivində (bundan sonra "yaşayış massivi") olan kommunal və digər xidmətlərin digər cavabdehə həvalə edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, cavabdeh2 MMC və "xxxx." Şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyi arasında xidmət müqaviləsi deyil, ## ####### 2023-ci il tarixli "Əməkdaşlıq Sazişi" bağlanmışdır. Həmin sazişin 1.1-ci bəndində göstərilir ki, "1.1. "xxxx" "Şirkət"ə məxsus olan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən tikintisi həyata keçirilmiş və satılmış fərdi yaşayış sahələri (villa" və "townhouse" üçün kommunal və servis xidmətlərinin (bundan sonra "Xidmətlər" adlanacaq) göstərilməsinə dair əməkdaşlığın təmin edilməsi barəsində razılaşırlar. Sazişin 1.1-ci bəndinə əsasən tərəflər razılaşmışdır ki, "Yaşayış massivi" ərazisində cavabdeh2 MMC tərəfindən inşa ediləcək evlərin kommunal və servis xidmətləri "xxxx" tərəfindən göstərilsin. On vacib məqam ondan ibarətdir ki, kommunal və servis xidmətlərinin "Nümayəndəliy"ə həvalə edilməsi təsadüfi xarakter daşımır. Belə ki, yaşayış massivinin ərazisi Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, *** nömrəli Sərəncamı ilə Nümayəndəliyin sərəncamına verilmişdir və xxxx tərəfindən yaşayış massivi ərazində fərdi yaşayış evləri inşa edilərək özgənikliləşdirilmişdir. Daha sonra Bakı şəhər Icra Hakimiyyəti Başçısının *** saylı, ##.##.2020-ci il tarixli sərəncamına əsasən Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1996-cı il tarixli, *** nömrəli, eləcə də Bakı şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli, *** nömrəli və ##.##.2011-ci il tarixli Sərəncamları ilə ayrılmış torpaq sahələri (ümumilikdə 64.75 ha) cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. cavabdeh2 MMC də öz növbəsində həmin ərazidə "Villa" və "Townhouse" tipli evlər inşa etmişdir. Yaşayış massivinin ərazisində mövcud olan yarımstansiya va transformator məntəqələri, elektrik ötürücü qurğular, ehtiyyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları və motorları, mühafizə sistemində istifadə olunan kamera va avadanlıqları, o cümlədən digər bütün növ cihaz və avadanlıqlar Nümayəndəliyə məxsusdur, cavabdeh2 MMC-nin inşa etdiyi evlər üçün həmin qurğulardan və imkanlardan istifadə edilməsi üçün ## ####### 2023-cü il tarixdə xxxx və cavabdeh2 MMC arasında "Əməkdaşlıq sazişi" imzalanmışdır. Bu sazişə əsasən yaşayış massivinin ərazisində bütün servis xidmətləri xxxx tərəfindən həyata keçirilir. ##.##.2020-ci il tarixədək yaşayış massivinin bütün su və elektrik xətlərinin infrastrukturu xxxx tərəfindən təşkil edildiyi üçün su və elektrik xətlərinə "Texniki Şərtlər" Nümayəndəliyin adına əldə edilmişdir. ##.##.2020-ci il tarixədək, eləcə də ## ####### 2023-ci il tarixli sazişin imzalanması ilə indiyədək yaşayış massivinin ərazisində olan bütün su və elektrik xətlərinin çəkilməsi, təmiri, borbası xxxx tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Yaşayış massivinin qaz xətlərinin çəkilməsi təhlükəlilik səviyyəsinə və xüsusiyyətlərinə uyğun olaraq müvafiq lisenziyalaşdırılmış qurumlar tərəfindən aparılaraq, qazın verilməsi birbaşa olaraq müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Qarşı tərəfin öz iddia ərizəsində təhrif edilmiş şəkildə vermiş olduğu məlumat ondan ibarətdir ki, xxxx tərəfindən təqdim edilən xidmətlərin siyahısı düzgün qeyd edilməmişdir. Belə ki, ## ####### 2023-ci il tarixli "Əməkdaşlıq Sazişi"nin 1.2-ci bəndində xidmətlərin siyahısı dəqiq göstərilmişdir və aşağıdakı kimi əks olunmuşdur. 1.2. "xxxx tərəfindən göstəriləcək xidmətlərin siyahısı aşağıdakılardan ibarətdir: 1 Bağbanlar tərəfindən yaşayış kompleksinin ərazisində ağacların, güllərin və qazonun əkilməsi, suvarılması və aqrotexniki tədbirlərin həyata keçirilməsi. 2 Həmin ünvanda təhkim olunmuş bağban tərəfindən təmizlik işlərinin aparılması (küçənin, sakinin, yolun süpürülməsi, qazonun kəsilməsi). 3 Kommunal xidmətlərin (elektrik enerjisi, qaz, su (tullantı suyu)) sərfiyyatının sayğacın göstəricilərinə əsasən hesablanması (aylıq) və yazılı şəkildə təqdim olunması. 4 Kompleksin ərazisində olan yolların, küçələrin, səkilərin, yol nişanlarının təmizlənməsi və yararlı vəziyyətdə saxlanması xidməti. 5 Yaşıllıq, idman, istirahət zonalarına, avtomobil dayanacaqlarına va kompleksdaxili yollarda texniki xidmətin (yolların təmiri, yol xətlərinin çəkilməsi, yol nişanlarının yenilənməsi) hayata keçirilməsi. 6 Kompleksin ərazisində məişət tullantılarının yığılması, qablaşdırılması və daşınması xidməti: Qarışıq məişət tullantılarının həftənin tək günləri, karton va plastik məişət tullantılarının isə həftənin cüt günləri xüsusi ayrılmış nəqliyyat vasitələri ilə daşınması. 7 Kompleksin ərazisində gündəlik 24 saat ərzində mühafizənin təmin edilməsi xidməti. 8 Kompleksdaxili mühəndis kommunikasiya (elektrik, qaz, su, kanalizasiya) xətlərinə növbəli şəkildə ixtisaslaşmış ustalar tərəfindən xidmət göstərilməsi. 9 Kompleksdaxili işıqlandırma şəbəkəsinə xidmət, əlavə olaraq quraşdırılmış generatorlar vasitəsi ilə fasiləsiz işıqlandırmanın təmin edilməsi, Kompleks daxili küçələrdəki işıq dayaqlarıma qulluq edilməsi, lampaların dəyişdirilməsi və kabellərin yenilənməsi. Həmin xidmətlərin dəyəri xxxx tərəfindən müəyyən olunur və Sazişin 1.3-cü bəndində qeyd edilir ki, 1.3. Belə ki, "xxxx" bu cür xidmətlərin göstərilməsində öz firma adından çıxış edərək fərdi yaşayış sahəsinin alıcıları ilə müvafiq xidmət müqaviləsini şəxsən bağlayır. Bunun nəticəsində əldə edilmiş gəlirlər "Nümayəndəliyin mülkiyyətinə keçir. O cümlədən, xidmətlərin göstərilməsi nəticəsində yaranacaq bütün xərclər "xxxx tərəfindən qarşılanır. Nəzərə almaq lazımdır ki, ölkə razisində yaşayış massivi kimi qurulmuş bir neçə sahələr mövcuddur. Həmin yaşayış massivlərində də bu cür xidmət müqavilələrinin imzalanması praktikası mövcuddur. Nümayəndəliyin təqdim etdiyi qiymətlər yalnız həmin yaşayış massivlərində mövcud olan qiymətlərlə müqayisə oluna bilər. Müqayisələr onu göstərir ki, digor yaşayış massivilərindəki xidmət müqavilələrinin qiymətləri daha bahadır. cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış NN-RPT-****-**/* saylı müqavilədə də Xidmət müqaviləsini bağlanmasına dair 1.8. və 2.1.7-ci bəndlər əlavə edilmişdir. 1.8. Yaşayış sahəsi yerləşən ərazidə (yaşayış kompleksində) "Satıcı" tərəfindən göstərilən xidmətlərə dair "Satıcı" ilə "Alies" arasında servis müqaviləsi (bundan sonra "Xidmət müqaviləsi" adlanacaq) bağlanır. "Xidmət müqaviləsi" hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edərək, bu müqavilənin * saylı Əlavəsini əhatə edir və "Tərəflər" üçün "Xidmət müqaviləsi"nin müddəaları qətidir. Xidmət müqaviləsi hazırki müqavilənin predmetini təşkil edən yaşayış sahəsinin "Alber"ya təhvil verildiyi andan tərəflər arasında imzalanır və qüvvəyə minir. 2.1.7. Hazırki müqavilənin 1.8-ci bəndinə əsasən "Xidmət müqaviləsi" bağlamaq. cavabdeh2 MMC yaşayış massivi ərazisində inşaa etdiyi evlərə dair həmin evlərin alqı-satqı müqaviləsində öz əksini tapan, evlərə xidmət göstərilməsinə dair müqavilələrin bağlanması və xidmətərin göstərilməsi öhdəliklərini ## ####### 2023-ci il tarixli Əməkdaşlıq sazişinə əsasən Nümayəndəliyə ötürmüşdür. Bu isə Mülki Məcəllənin 431-ci maddəsinə əsaslanır. cavabdeh2 MMC bu öhdəliyin xxxx tərəfindən icra edilməsinə razılığını Əməkdaşlıq Sazişini bağlamaqla ifadə etmişdir. NN-RPT-****-**/* saylı müqaviləni imzalanması zamanı "Xidmət müqaviləsinin imzalanması zərurəti iddiaçıya məlum idi və iddiaçı müqaviləni imzalayarkən bu halları qəbul etmişdir. Xidmət müqaviləsinin dəyərinin müəyyən edilməsi isə Nümayəndəliyin səlahiyyətindədir. Bu məsələ ilə bağlı Nümayəndəliyin mövqeyi ondan ibarətdir ki, həmin qiymətlər daşınmaz əmlak sahəsində mövcud olan digər Yaşayış massivlərinin qiymətlərinə uyğun olaraq, işgüzar adətlər əsasında müəyyən edilmişdir. Burada xüsusilə o qeyd edilməlidir ki, "Yaşayış massivini" qapalı, təhlükəsiz və adi yaşayış sahələrindən fərqləndirən digər xüsusiyyətlərin olması üçün mütləq qaydada həmin yaşayış massivində kommunal və servis xidmətləri göstərilməlidir, bu isə kifayət qədər maliyyə və işçi qüvvəsi tələb edir. Sözügedən xidmətlərin dəyərinin ödənilməsindən imtina edilməsi "Yaşayış massivinin" yaradılması məqsədlərinə uyğun gəlmir və iddiaçı tərəfindən bu xidmətərdən imtina olunması digər mülkiyyətçiləri hüquqlarının və maraqlarının pozulmasına gətirib çıxarır. "Yaşayış massivi"ndə yerləşən digər evlərin mülkiyyətçiləri həmin xidmətlər üçün ödənişləri vaxtında ödəməklə ərazidə istədikləri rahatlığı əldə edir. Hazırda iddiaçının qeyd etdiyi qaydaların tətbiq edilməsi ilə xidmət haqlarının azaldılması və ya kommunal xidmətlərdən müqavilə bağlanmadan istifadə edilməsi və ya əraziyə ayrıca elektrik və su xətlərinin çəkilməsi Iddiaçının "yaşayış massivinin" imkanlarından digər mülkiyyətçilərin hesabına istifadə etməsinə gətirib çıxaracaqdır. Bu da qonşuluq hüquqlarının pozulmasına gətirib çıxarır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, 64 hektar ərazisi olan yaşayış massivinin işıqlandırılması, ərazinin yaşıllaşdırılması (ağacların və güllərin əkilməsi), yolların təmir edilməsi, qarlı havalarda yolların təmizlənməsi və s. bütün tədbirlər mülkiyyətçilərdən əlavə heç bir ödəniş tələb olunmadan "xxxx" tərəfindən həyata keçirilir.
14. Daha sonra "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyi cavabdehlər cavabdeh2 MMC və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış NN-RPT-****- **/* saylı alqı-satqı müqaviləsinin 1.8. və 2.1.7-ci bəndlərinə və cavabdeh2 MMC VƏ xxxx arasında ## ####### 2023-cü il tarixli “Əməkdaşlıq Sazişinin" şərtlərinə uyğun olaraq "xxxx." Şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla "Royal Park" yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə imzalanması barədə və qarşılıqdı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barəsəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış massivinin ərazisində mövcud olan yarımstansiya və transformator məntəqələrini, elektrik ötürücü qurğular, ehtiyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları və motorları, mühafizə xidməti, mühafizə sistemində istifadə olunan kamera və avadanlıqları, həmçinin digər bütün növ cihaz və avadanlıqlar, o cümlədən yaşayış kompleksinin ərazisində ağacların, güllərin və qazonun əkilməsi, suvarılması və aqrotexniki tədbirlərin həyata keçirilməsi, kompleksin ərazisində olan yolların, küçələrin, səkilərin təmizlənməsi və təmiri və yararlı vəziyyətdə saxlanması, yol xətlərinin çəkilməsi, yol nişanlarının. yenilənməsi, məişət tullantılarının yığılması, qablaşdırılması və daşınması, gündəlik 24 saat ərzində mühafizənin və ictimai asayişin təmin edilməsi, kompleks daxili mühəndis kommunikasiya (elektrik, qaz, su, kanalizasiya) xətlərinə növbəli şəkildə ixtisaslaşmış ustalar və ya servis əməkdaşları tərəfindən yararlı vəziyyətdə saxlanılması, kompleksdaxili işıqlandırma şəbəkəsinə xidmət, əlavə olaraq quraşdırılmış generatorlar vasitəsi ilə fasiləsiz işıqlandırmanın təmin edilməsi, kompleksdaxili küçələrdəki işıq dayaqlarına qulluq edilməsi, lampaların dəyişdirilməsi və kabellərin yenilənməsi, kommunal və digər xidmətlərin göstərilməsi (bundan sonra "servis xidmətləri" adlandırılacaq) Nümayəndəliyə məxsus olduğu üçün cavabdeh2 MMC-nin inşa etdiyi fərdi yaşayış sakinlərinin mülkiyyətçiləri də sözügedən hüquqlardan və imkanlardan istifadə edilməsi məqsədilə ## ####### 2023-cü il tarixdə xxxx va cavabdeh2 MMC arasında "Əməkdaşlıq sazişi" imzalanmışdır. Belə ki, "Əməkdaşlıq sazişinə əsasən yaşayış massivinin ərazisində bütün növ kommunal və servis xidmətləri xxxx tərəfindən həyata keçirilir. Sözügedən su və elektrik xətləri Nümayəndəliyə məxsus olduğu üçün, həmin xətlərə qulluq edilməsi və elektrik və su təchizatı ilə bağlı məsələlərin rəsmiləşdirilməsi üçün müvafiq dövlət orqanları və alıcılarla danışıqların aparılması və müqavilələrin imzalanması xxxx tərəfindən həyata keçirilir. Beləliklə, xxxx tərəfindən "Əməkdaşlıq sazişinə imzalanmasının əsas məqsədi kompleks ərazisində təhvil verilmiş fərdi yaşayış sahələri üzrə yaradılmış bütün imkanlardan bərabər, ədalətli və ayrı-seçkilik etmədən istifadə olunmasını təmin etməkdən ibarədir. Həmçinin iddiaçı tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış fərdi yaşayış sahəsinin ilkin alqı satqına dair ## #### 2022-ci il tarixli, NN-RPT-****-**/* saylı müqavilədə də göründüyü kimi Xidmət müqaviləsini bağlanmasına dair 1.8. və 2.1.7-ci bəndlərdə qarşılıqlı razılıq əldə edilmişdir. Həmin bəndlərə əsasən: 1.8. Yaşayış sahəsi yerləşən ərazidə (yaşayış kompleksində) "Satıcı" tərəfindən göstərilən xidmətlərə dair "Satıcı" ilə "Alıcı" arasında servis müqaviləsi (bundan sonra "Xidmət müqaviləsi" adlanacaq) bağlanır. "Xidmət müqaviləsi" hazırki müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edərək, bu müqavilənin * saylı Əlavəsini əhatə edir və "Tərəflər" üçün "Xidmət müqaviləsi"nin müddəaları qətidir. Xidmət müqaviləsi hazırki müqavilənin predmetini təşkil edən yaşayış sahəsinin "Alıcı"ya təhvil verildiyi andan tərəflər arasında imzalanır və qüvvəyə minir. 2.1.7. Hazırki müqavilənin 1.8-ci bəndinə əsasən "Xidmət müqaviləsi" bağlamaq. Yuxarıda qeyd edilən müddəadan da aydın olur ki, iddiaçı tərəf ## #### 2022-ci il tarixli, NN- RPT-****-**/* saylı müqavilə üzrə xidmət müqaviləsinin imzalanmasına dair öhdəlik götürmüşdür. Belə ki, iddiaçı həmin öhdəliyi götürdüyü zaman müqaviləni şəxsən və heç bir məcburetmə olmadan tam anlaqlı halda imzalamışdır. Bununla yanaşı, L-51 D saylı fərdi yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı, onun həyat yoldaşı və nümayəndələri ilə dəfələrlə görüşlər keçirilmiş və yaşayış kompleksi ərazisində həyata keçirilən kommunal və servis xidmətləri və xidmət müqaviləsinin şərtləri barəsində ətraflı məlumat verilmişdir. Buna baxmayaraq, iddiaçı tərəf müqavilə üzrə ödənişin məbləği ilə razılaşmamışdır. Lakin iddiaçı tərəfindən xidmət müqaviləsi imzalandığı təqdirdə həmin müqavilənin 3.16-cı maddəsinə uyğun olaraq sözügedən fərdi yaşayış sahəsində təmir və ya yenidən quraşdırma işlərinin həyata keçirilməsi üçün güzəşt müddəti (24 aydan çox olmamaq şərti ilə) verilməsi nəzərdə tutulur. Belə ki, tərəflər arasında xidmət müqaviləsi imzalandıqdan sonra sözügedən fərdi yaşayış sahəsində təmir və ya yenidən quraşdırma işləri dövründə, göstəriləcək xidmətlərin ümumi dəyərinin, yəni ƏDV daxil 450 manatın 50%-i miqdarında iddiaçı tərəfə güzəşt edilmişdir. Hansı ki, xxxx tərəfindən həyata keçirilən bu ədalətli addımın əsas məqsədi fərdi yaşayış sahəsinin sakinlərinin təmir və yenidən quraşdırma xərclərini olması, o cümlədən sözügedən yaşayış sahəsində faktiki yaşayışın olmaması və s. kimi amillər nəzərə alınaraq təyin edilmişdir. Belə ki, xxxx tərəfindən fərdi yaşayış sahəsinin mülkiyyətçisi(ləri) üçün yaradılmış xoşniyyətli təklifdən iddiaçının əsassız imtina etməsi və birmənalı şəkildə qərəzli mövqe göstərməyi iddiaçı tərəfin məsələni obyektiv müstəvidə həll etmək niyyətində olmadığını açıq aşkar göstərmişdir. Sözügedən halı təsdiqləyən daha bir faktı vurğulamaq lazımdır ki, L- 51 D saylı fərdi yaşayış sahəsinin mülkiyyətçi iddiaçı İddiaçı nümayəndəsi Vəkil ilə ## ####### 2025-ci il tarixində görüş keçirilmiş və həmin görüşdə nümayəndə tərəfindən göstəriləcək xidmətlərin tərkibinə yaşayış sahəsinin ərazisində yerləşən idman klubuna L-51 D saylı evin mülkiyyətçisi və onun ailə üzvlərinin ödənişsiz üzvlük hüquqlarının daxil edilməsini tələb etmişdir. Belə ki, iddiaçı tərəfin nümayəndəsinə sözügedən idman klubunun fəaliyyətinə rəhbərliyin Nümayəndəliyin və ya cavabdeh2 MMC tərəfindən göstərilmədiyi bildirilmişdir. Bu səbəbdən iddiaçı tərəfin və onun nümayəndəsinin mövzuya qərəzli formada yanaşmasını hər iki tərəfin qarşılıqlı ortaq məxrəcə gəlməsini çətinləşdirən və reallığa uyğun gəlməyən tələblər irəli sürməsindən müşahidə etmək mümkündür. Iddiaçı tərəfə göstərilmiş xidmətlərlə bağlı dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq, Nümayəndəliyin xoşniyyətindən sui-istifadə etməyə davam etmiş, yaşayış sahəsi təhvil verildikdən sonra xxxx tərəfindən fərdi yaşayış sahəsinə göstərilmiş mühafizə xidməti də daxil olmaqla, yaşayış massivinin ərazisində mövcud olan yarımstansiya və transformator məntəqələrini, elektrik ötürücü qurğular, ehtiyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları və motorlarından, həmin fərdi yaşayış sahəsinədək çəkilmiş su və elektrik enerjisi xətlərinin yararlı vəziyyətdə saxlanılması və s. kimi xidmətlərdən faydalanmışdır. Amma xxxx tərəfindən göstərilmiş xidmətlərə dair müvafiq xidmət müqaviləsinin imzalanması və ödənişlərin həyata keçirilməsi ilə bağlı tələb irəli sürüldüyü halda, iddiaçı tərəf qəti şəkildə müqavilənin imzalanmasından və ödənişlərin həyata keçirilməsindən imtina etmişdir. Buna baxmayaraq, xxxx yenidən vicdanlılıq nümunəsi göstərərək indiyədək göstərdiyi xidmətlərin əvəzini tələb etməmiş, yalnız müqavilənin imzalandığı tarixdən etibarən ödənişlərin həyata keçirilməsini tələb etmişdir (güzəşt müddəti də şamil edilməklə). Onu da əlavə olaraq bildiririrlər ki, iddiaçı tərəf indiyədək xxxx tərəfindən göstərilmiş xidmətlərdən, o cümlədən su və elektrik xətlərindən daimi istifadə etmişdir və bunlarla bağlı heç bir narazılığı və etirazı olmamışdır. Iddiaçı tərəfin iddia etdiyi digər məsələrdən biri qaz, su və işıq xətlərinə müdaxilənin olmasından ibarətdir. Bununla bağlı bildiririrlər ki, “Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək quraşdırma işləri istehlakçının seçdiyi podratçı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isa dövlətin vəsaiti hesabına həyata keçirilir. Belə ki, yaşayış kompleksi ərazisində fərdi yaşayış evləri üzrə qaz xətlərinin çəkilməsində fərdi yaşayış sahəsinin mülkiyyətçisi və "Azəriqaz” IB tərəfindən müqavilə bağlanması yolu ilə həyata keçirilir, ona görə də bu halda verilmiş iddia tələbi üzrə xxxx cavabdeh qismində iştirak etməsi əsassız sayılır. Bildirirlər ki, xxxx tərəfindən yaşayış kompleksinin sakinlərinin təhlükəsizliyi, əlverişli və əmin-amanlıq şəraitində yaşaması, hər bir Sakinin davranış və hərəkətləri öz qonşularını əsassız narahat etməməsinə diqqətin edilməsi və onların hüquqları ilə ziddiyyət təşkil edən hər hansı hərəkət və ya hərəkətsizliyin edilməsinin qarşısınım alınması başlıca prioritet məsələ olaraq müəyyənləşdirilmişdir. Buna görə də, kompleks daxili yaradılmış bütün şəraitin daim mühafizə olunması, saxlanılması və xidmətlərin keyfiyyətli şəkildə həyata keçirilməsi üçün müvafiq ödəniş məbləğlərin tələb edilməsi ən təbii hüquqlarıdır. Belə ki, həmin ödənişlər vasitəsilə yalnız yaradılmış şəraitin mühafizəsi deyil, o cümlədən yaşayış kompleksinin daim inkişaf etdirilməsi, kompleksdaxili yeni və müasir tələblərə cavab verən avandıqlarınla təchiz edilməsi üçün addım adılmasından ibarətdir. Odur ki, iddiaçı tərəfindən göstərilən servis xidmətləri üçün nəzərdə tutulan ödənişlərin edilməməsi xxxx tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətinə də maneə yaratmışdır. Onu da əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən digər yaşayış kompleksləri və çoxmərtəbəli binalarda da göstərilən xidmətlər üzrə müvafiq müqavilələrin bağlanması və bu müqavilələr əsasında xidmət haqlarının ödənilməsi ümumi qəbul olunmuş praktika hesab olunur. Beləliklə, digər yaşayış komplekslərində və çoxmərtəbəli binalarda analoji müqavilələrin tətbiqi bu sahədə işgüzar adətin formalaşmasına gətirib çıxarmışdır. Buna əsasən, xxxx tərəfindən yaşayış kompleksi daxilində yerləşən fərdi yaşayış sahələri üçün standart şərtləri özündə əks etdirən xidmət müqavilələri hazırlanmış və bütün fərdi yaşayış sahələrinin mülkiyyətçilərinə münasibətdə tətbiq edilir. Belə ki, hal-hazırda kompleks daxili ərazidə tikintisi başa çatdırılmış və təhvil verilmiş 200-ə yaxın fərdi yaşayış sahəsi üzrə sözügedən xidmət müqaviləsi imzalanmışdır. Bununla yanaşı, icarə və ya kirayə müqaviləsi üzrə təhvil verilmiş fərdi yaşayış evləri üzrə də göstərilən xidmət haqqının məbləği nəzərə alınaraq müvafiq icarə və ya kirayə haqları təyin edilir. Beləliklə, 1 ədəd fərdi yaşayış sahəsinin mülkiyyətçisinin (güzəştli müddətdə tətbiq edilən məbləğ də daxil olmaqla) etirazı, digər mülkiyyətçilərin hüquqlarının kobud şəkildə pozulması və fərdi yaşayış sahəsinin mülkiyyətçiləri arasında ayrı-seçkiliyə gətirib çıxarır. Onu da vurğulamaq lazımdır ki, digər yaşayış kompleksləri və çoxmərtəbəli binalara münasibətdə, nəzərdə tutulmuş xidmət haqqının məbləği praktiki baxımdan əsaslı və münasib hesab olunur.
16. Bundan sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili məhkəməyə elektron kabinet vasitəsilə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, “xxxx" MMC ilə İddiaçı arasında bağlanılan NN-RPT- ****-**/* saylı alğı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndlərinin etibarsız hesab olunması, İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X1 ünvanında yerləşən “Royal Park” yaşayış massivində 258 kvm ərazidə yerləşən, sahəsi 170 mkv olan L-51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisinin, su və qazın cavabdehlər tərəfindən bərpa edilməsi, onların dayandırılmasının və həmin xəttlərə kənar müdaxilələrin cavabdehlərə qadağan edilməsi, qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğac qoyulmasına maneələrin aradan qaldırılması, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumu 100 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə tərəfindən "xxxx" ASC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 IB və "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişlər.
18. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) ilkin iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X1 ünvanında “Royal Park” yaşayış massivində yerləşən, sahəsi 170 kv.m. olan L51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisi, su və qazın verilməsi bərpa edilməklə, onların dayandırılması və həmin xəttlərə kənar müdaxilələrin edilməsinin cavabdehlər “xxxx" MMC və "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinə qadağan edilməsi, həmin fərdi yaşayış evində qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğacın qoyulmasına maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər “xxxx" MMC-yə və "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinin üzərinə qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələblərinin təmin edilməsi, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla “Royal Park” yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə bağlanması öhdəliyinin ilkin iddia üzrə iddiaçı İddiaçı üzərinə qoyulması qət edilmişdir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə hesab etmişdir ki, ilkin iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ subyektin ona məxsus əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehlərin elektrik enerjisi, su və qazın verilməsini dayandırması iddiaçının öz mülkiyyətindən təyinatı üzrə istifadə etməsinə birbaşa maneə yaradır. Mülkiyyətçi öz mülkiyyətindən istifadəyə mane olan hər hansı müdaxilənin, o cümlədən sayğac quraşdırılmasına və abonent kodu alınmasına yaradılan maneələrin aradan qaldırılmasını tələb edə bilər. Kommunal xidmət xətləri yaşayış sahəsinin ayrılmaz hissəsi olduğu üçün, bu xidmətlərin kəsilməsi mülkiyyət hüququnun qeyriqanuni19.məhdudlaşdırılması kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Yasamal Rayonu, X1 ünvanında “Royal Park” yaşayış massivində yerləşən, sahəsi 170 kv.m. olan L51 D saylı fərdi yaşayış sahəsinə gələn elektrik enerjisi, su və qazın verilməsi bərpa edilməklə, onların dayandırılması və həmin xəttlərə kənar müdaxilələrin edilməsi cavabdehlərə qadağan edilməli, həmin fərdi yaşayış evində qaz, su və elektrik enerjisindən istifadə edilməsinə, xətlərin çəkilməsinə, abonent kodunun alınmasına və sayğacın qoyulmasına maneələrin aradan qaldırılması vəzifəsi cavabdehlər üzərinə qoyulmalıdır.
20. Ilkin iddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndlərinin etibarsızlığını (və ya ləğvini) istəsə də, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin tələblərinə görə, tərəflər müqavilə bağlamaqda və onun şərtlərini müəyyən etməkdə azaddırlar. Iddiaçı müqaviləni imzalayarkən həmin bəndlərin mahiyyətini anlamış və öz iradəsi ilə qəbul etmişdir. Bundan başqa, iddiaçı müqavilənin imzalanması zamanı ona qarşı fiziki və ya mənəvi təzyiqin olduğunu sübuta yetirə bilməmişdir. Müqavilənin mübahisə edilən bəndləri yaşayış massivinin vahid idarəetmə və təhlükəsizlik sistemini təmin etmək məqsədi daşıyır. Bu bəndlərin ləğvi massivdəki digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçjnjn qeyd olunmalıdır ki, “Elektrik enerjisindən istifadə Qaydaları", "Qaz təchizatı haqqında" və "Sudan istifadə Qaydaları”na görə, istehlakçının kommunal xidmətlərdən istifadəsi yalnız qanunla müəyyən edilmiş hallarda dayandırıla bilər. Xidmət haqqı ilə bağlı mübahisənin olması kommunal xidmətlərin kəsilməsi üçün qanuni əsas deyil.
21. Məhkəmə qarşılıqlı iddia tələblərini əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı ## #### 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndləri ilə servis xidmətləri göstərilməsinə dair müqavilə bağlamaq öhdəliyini üzərinə götürmüşdür. Mülki Məcəlləyə görə, öhdəliklər müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi qaydada icra edilməlidir. Iddiaçı bu bəndləri imzalamaqla gələcəkdə xidmət müqaviləsi bağlayacağını əvvəlcədən qəbul etmişdir. Məhkəmə qeyd etmişdir ki, müqavilə bağlandığı vaxtdan tərəflər vicdanla hərəkət etməyə borcludurlar. Yaşayış massivlərində (hazırki halda Royal Park yaşayış massivi) infrastrukturun saxlanılması (mühafizə, yaşıllaşdırma, işıqlandırma) kollektiv öhdəlikdir. Idarəedici şirkətlə müqavilə bağlamaqdan imtina etmək yaşayış massivinin digər sakinlərinin hüquqlarının pozulmasına və əsassız varlanmaya gətirib çıxarır.
22. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh2 MMC xidmət göstərmə öhdəliyini ##.##.2023-cü il tarixli sazişlə “Stonpey” nümayəndəliyinə ötürmüşdür. Bu, qanunvericiliyə zidd deyil və iddiaçının alqı-satqı müqaviləsi ilə götürdüyü “xidmət müqaviləsi bağlamaq” öhdəliyini ortadan qaldırmır. Cavabdeh tərəfindən 450 manatlıq məbləğin digər bənzər yaşayış massivləri ilə müqayisədə ağlabatan olması və massivdəki digər 200-ə yaxın sakinin bu şərtlərlə müqavilə bağlaması, tələbin işgüzar adətlərə və vicdanlılıq prinsipinə uyğun olduğunu sübut edir. Qeyd olunanlara əsasən məhməmə hesab etmişdir ki, “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı “X11” adlı Nümayəndəliyi ilə İddiaçı arasında aylıq xidmət haqqı 450 manat olmaqla “Royal Park” yaşayış massivi ərazisində xidmətlərin göstərilməsinə dair müqavilə bağlanması öhdəliyi ilkin iddia üzrə iddiaçı İddiaçı üzərinə qoyulmalıdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 385.1, 389.1, 390.1, 390.2, 390.3, 404.1, 404.2, 405.1, 425.1, 425.2, 431.1, 441.1, 441.2, 441.4-cü, Mənzil Məcəlləsinin 135.1, 135.2.3, 136.2-ci maddələrinə, Su Məcəlləsinin 98ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ## #### 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.20, 8.2, 8.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, # ###### 2005-ci il tarixli qərarının 1.3, 4.1, 7.9, 8.1, 9.13-cü bəndlərinə, “Qaz təchizatı haqqında” Qanunun 13.1-13.3-cü, 15.1, 15.2ci bəndlərinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddiaların rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticəni aşağıdakılara əsaslanmışdır: - “Azərbaycan Respublikası Mülki Məcələsinin 390.1, 390.2, 390.3, 390.4, 404, 405, 425 və s maddələri ilə; - “xxxx" MMC ilə İddiaçı arasında bağlanılan NN-RPT-****-**/* saylı alğı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndləri. Beləliklə, aşağıda qeyd olunanlara əsasən qətnamənin ilkin iddianın təmin olunmayan, qarşılıqlı iddianın təmin olunan hissəsində qanunsuz və əsassız olması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki haların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin ha larına uyğun gəlməməsi sübuta yetirilir. Məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığını kobud şəkildə pozmuş həmin normalara heç toxunmayaraq işin halları ilə əlaqələndirməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnamə çıxararaq iddiaçı İddiaçı faktiki olaraq şərtlərini bilmədiyi müqavilə bağlamağa məcbur edir. Məhkəmə bunu ilkin alğı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci maddələrinə və Mülki Məcəllənin 390.3-cü maddəsinə əsaslanaraq etsə də, ilkin alğı-satqı müqaviləsinin heç bir bəndində və əlavəsində xidmət müqaviləsinin şərtləri iddiaçıya bəlli olmamışdır. Həmin bəndə istinad etsək və məhkəmənin mövqeyi ilə razılaşsaq, onda belə çıxır ki, cavabdehlər 450 manatlıq deyil, 4.500 manatlıq xidmət müqaviləsi bağlamaq öhdəliyi ilə də məhkəməyə müraciət edə bilərlər. Həmçinin tamamilə birtərəfli qaydada müqavilə tərtib edib, heç bir əlavə və düzəliş edilmədən, iddiaçıdan bu müqaviləni bağlamağı tələb edə bilərlər. Bütun bu hallar onu sübut edir ki, qətnamə Mülki Məcəllənin tələblərini kobud şəkildə pozan, birtərəfli və qərəzli çıxarılmışdır. Mülki hüquq münasibətlərinin əmələ gəlməsi üçün tərəflərin azad iradələri olmalıdır. Heç kəs istəmədiyi müqaviləni bağlamağa məcbur edilə bilməz və yaxud bu hal onun üzərinə öhdəlik kimi qoyula bilməz. Mülki Məcəllənin 390.1 və 390.3-cü maddələrindən görünür ki, hər şeydən əvvəl müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunda nəzərdə tutulmuş hüquqdur. Bu hüquq yalnızca 2 halda məhdudlaşa bilər. Birincisi Mülki Məcəllədə nəzərdə tutulduqda, ikincisi şəxsin könüllü götürmüş olduğu öhdəlikdən irəli gəldikdə. Mülki Məcəllədə hazırki iddia predmetində qeyd olunan müqavilənin bağlanılması ilə bağlı imperativ xarakterli göstəriş yoxdur. Şəxsin könüllü götürmüş olduğu öhdəliyə istinad etsək, bu hala Mülki Məcəllənin 402-ci maddəsinə əsasən gələcəkdə müqavilə bağlamaq haqqında ilkin müqavilənin bağlanması misal ola bilər. Lakin həmin maddədə mütləq şəkildə göstərilmişdir ki, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Iş materiallarında iddiaçı İddiaçı bu şərtlərlə tanış olmasını sübut edəcək heç bir dəlil yoxdur. Yəni, İddiaçı həmin xidmət müqaviləsi tamamilə yaddır. Belə müqaviləni bağlamağa məcbur edilməkdə qanunsuz və əsassızdır. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Göründüyü kimi, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşməlidir. Işin mübahisəsiz halıdır ki, hazırda iddiaçının bağlanılmağa məcbur edildiyi müqavilənin şərtləri cavabdeh tərəfindən müəyyənləşdirilib. Həmçinin, bu müqavilənin bəndlərinə sakinlərin müdaxilə etmək, əlavə və düzəlişlər etmək səlahiyyətləri yoxdur. Bütün bu hallar Mülki Məcəllənin 390.5-ci bəndinin də pozulması deməkdir. Hazırki iş üzrə cavabdeh "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyi ümumiyyətlə qarşılıqlı iddiaçı ola bilməz. Belə ki, iddiaçının həmin şirkətlə heç bir müqaviləsi və ya heç bir öhdəliyi yoxdur. cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanan alğı-satqı müqaviləsində də həmin şirkətin və ya hə hansı bir üçüncü şəxsin adı keçmir. Müqavilənin 1.8-ci bəndində qeyd olunur ki, satıcı ilə alıcı arasında xidmət müqaviləsi bağlanılır. Həmin alğı-satqı müqaviləsində satıcı qismində cavabdeh2 MMC qeyd edilmişdir. Göründüyü kimi, "X11" adlı Nümayəndəliyin bu tip bir öhdəliklə çıxış etməsi qanunsuzdur. Ikinci bir tərəfdən cavabdeh cavabdeh2 MMC-nin qarşılıqlı iddia tələbi də buna uyğun olaraq düzgün verilməmişdir. Belə ki, qarşılıqlı iddia da "X11" adlı xxxxlə müqavilə bağlamaq öhdəliyi qoyulmuşdur ki, yuxarıda göstərilən əsaslarla həmin şirkət qarşısında İddiaçı heç bir öhdəliyi yoxdur. cavabdeh2 MMC İddiaçı xidmət müqaviləsinin bağlanılmasını tələb edirsə, həmin xidmət müqaviləsi üzrə tərəf də yalnız özü ola bilər. Bu hallara görə hər iki qarşılıqlı iddia rədd edilməlidir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə işin hallarına uyğun olmayan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Mənzil Tikinti Koorperativləri ilə sakinlər arasında olan normalara istinad etmişdir ki, həmin normaların hazırki işə heç bir aidiyyəti yoxdur. Belə ki, “Royal Park” yaşayış kompleksi çoxmənzilli bina deyil. cavabdeh2 MMC-də MTK deyil. Hər bir sakinin öz həyətyanı evi var. Kommunal xidmətlərin ödənilməsi öhdəliyi çoxmənzilli binalara aiddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. cavabdeh2 MMC apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinin 1.8. və 2.1.7-ci bəndlərinə əsasən öz üzərinə düşən öhdəliyi icra etməkdən imtina edir, bu halı isə Mülki Məcələnin 6.1.2-ci maddə olan mülki hüquq subyektlərinin iradə sərbəstliyi; və 6.1.5-ci bənd olan müqavilələr azadlığı prinsipləri əsaslandırır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndləri ilə xidmət müqaviləsinin bağlanması öhdəliyi birbaşa nəzərdə tutulmamış olsa belə, Mülki Məcələnin 10-cu maddəsinin tələblərinə əsasən formalaşmış işgüzar adət bu cür öhdəliyin yaranması üçün hüquqi əsas kimi çıxış etməsi mümkündür. Belə ki, Mülki Məcələnin 10.1-ci maddəsinin dispozisiyasına nəzər yetirsək, işgüzar adət dedikdə, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddənin məzmunu ilə işin faktiki halları müqayisə edildikdə müəyyən olunur ki, xxxx tərəfindən 64 hektar ərazini əhatə edən yaşayış massivində yerləşən fərdi yaşayış evlərinə davamlı şəkildə xidmətlərin göstərilməsi həmin ərazi üzrə işgüzar adətin formalaşdığını təsdiq edən mühüm və danılmaz faktdır. Mülki Məcələnin 10.2-ci bəndinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Belə ki, artıq forlaşmış bu işgüzar adət qanunvericliyin tələblərinə zidd olmadığından tətbiqi istisna edilmir. Həmçinin Mülki Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. xxxx öz fəaliyyət istiqamətini müəyyənləşdirən zaman müstəqildir, bu müstəqillik yaşayış kompelksinin mülkiyyətçilərinin mənafelərini nəzərə almaqla, onların mülkiyyətlərinin və şəxsi həyatının təhlükəsizliyinin təmini ilə bağlı münasibətlərə əsasən müəyyənləşmişdir. Bununla yanaşı iddiaçı şikayətində Mülki Məcələnin 390.3-cü maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, Müqavilə bağlamaq vəzifəsinin bu Məcələdə və ya könülü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu halar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Iddiaçı alqı satıq müqaviləsinin 1.8 və 2.1.7-ci bəndləri ilə xidmət müqaviləsinin bağlanması öhdəliyi birbaşa nəzərdə tutulmuşdur. Bununla da iddiaçıya mövcud faktiki halar və alqı-satqı müqaviləsi üzrə götürdüyü bu öhdəliyin qəti olduğu və artıq belə bir praktikanın formalaşdığı ona məlum idi. Iddiaçının iddia ərizəsində qeyd etdiyi, “belə çıxır ki, cavabdehlər 450 manatlıq deyil, 4.500 manatlıq xidmət müqaviləsi bağlamaq öhdəliyi ilə də məhkəməyə müraciət edə bilərlər” bu fikir mülahizəyə əsaslanır, belə bir iddia verilməsi mümkün deyil, çünki həmin qiymətlər real bazar qiymətlərinə əsaslanır və tələb-təklif nəzərə alınaraq formalaşdırılmışdır. Belə ki, iddiaçı və ya qarşılıqlı iddia üzrə cavabdeh iddianın predmetini və qiymətini müəyyən etməkdə sərbəstdirlər, lakin bu, məhkəmənin həmin iddianı mütləq təmin edəcəyi anlamına gəlmir. Mövcud hala bağlı Mülki Məcələnin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmçinin Mülki Məcələnin 404.2-ci maddəainə əsaaən, bu zaman bütün müvafiq halar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bununla da, məhkəmə faktiki olaraq yaşayış masaivi ərazisində yerləşən digər evlərin mülkiyyətçiləri ilə bağlanmış, yəni artıq mövcud olan praktikaya nəzər yetirərək, L-51 D saylı fərdi yaşayış sahəsi kimi “townhouse” tipli fərdi yaşayış evləri üzrə xidmət müqaviləsinin dəyərinin 4.500 manat deyil, 450 manat olduğunu müəyyənləşdirəcəkdir ki, bu hal da 4.500 manat müqavilə dəyəri olan xidmət nüqaviləsi üzrə iddiadan imtina üçün əsas yaradacaqdır. Bununla yanaşı, iddiaçı Nümayəndəliyin iş üzrə cavabdeh qismində cəlb edilməsinə etiraz etmişdir. Lakin cavabdeh2 MMC tərəfindən yaşayış massivi ərazisində inşa edilmiş fərdi yaşayış evlərinə dair bağlanmış alqı-satqı müqavilələrində nəzərdə tutulmuş, həmin evlərə xidmət göstərilməsi ilə bağlı müqavilələrin bağlanması və müvafiq xidmətlərin göstərilməsi üzrə öhdəliklər ## ####### 2023-cü il tarixli Əməkdaşlıq sazişinə əsasən Nümayəndəliyə ötürülmüşdür. Bu ötürmə Azərbaycan Respublikası Mülki Məcələsinin 431-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. cavabdeh2 MMC qeyd olunan öhdəliklərin xxxx tərəfindən icrasına razılığını məhz Əməkdaşlıq sazişini bağlamaqla ifadə etmişdir. Bu halı nəzərə alaraq, iş üzrə cavab qismində Nümayəndəliyin cəlb edilməsi vacib faktdır, çünki sözü gedən xidmət müqaviləsinin imzalanması səlahiyyəti Nümayəndəliyə ötürülmüşdür. Bununla yanaşı, Mülki Prosessual Məcələnim 51.3-cü maddəsinə əsasən, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Belə ki, Nümayəndəliyin iş üzrə icraata cəlb edilməsi birbaşa iddiaçının ərizəsi ilə olmuşdur. Belə olan halda, iddiaçı tərəfindən Nümayəndəliyin icraata cəlb edilməsi, daha sonra Mülki Prosessual Məcəllənin tələbinin pozulması kimi qeyd edilməsi əsassızdır. Həmçinin Xidmət müqaviləsi üzrə xidmət haqqının müəyyən edilməsi Nümayəndəliyin səlahiyyətinə daxildir. Bu məsələ ilə bağlı tətbiq olunan qiymətlər daşınmaz əmlak sahəsində fəaliyyət göstərən digər yaşayış massivlərində mövcud olan qiymətlərə uyğun olaraq, işgüzar adətlər əsasında müəyyən edilmişdir. Beləliklə, nəzərə almaq lazımdır ki, ölkə ərazisində yaşayış massivi kimi qurulmuş bir neçə yaşayış kompelksi mövcuddur. Həmin yaşayış massivlərində də bu cür xidmət müqavilələrinin imzalanması praktikası artıq mövcuddur. Xüsusilə qeyd edilməlidir ki, yaşayış massivinin qapalı və təhlükəsiz mühit kimi fəaliyyət göstərməsi, eləcə də adi yaşayış sahələrindən fərqləndirən digər xüsusiyyətlərin təmin edilməsi üçün həmin ərazidə kommunal və servis xidmətlərinin göstərilməsi zəruridir. Bundan əlavə olaraq yaşayış massivinin ərazisində mövcud olan yarımstansiya və transformator məntəqələrini, elektrik ötürücü qurğular, ehtiyat generatorları, su hovuzları və su təmizləyici qurğuları, su nasosları və motorları, mühafizə xidməti, mühafizə sistemində istifadə olunan kamera və avadanlıqları, həmçinin digər bütün növ cihaz və avadanlıqlar, o cümlədən yaşayış kompleksinin ərazisində ağacların, gülərin və qazonun əkilməsi, suvarılması və aqrotexniki tədbirlərin həyata keçirilməsi, kompleksin ərazisində olan yo ların, küçələrin, səkilərin təmizlənməsi və təmiri və yararlı vəziyyətdə saxlanması, yol xətlərinin çəkilməsi, yol nişanlarının yenilənməsi, məişət tu lantılarının yığılması, qablaşdırılması və daşınması, gündəlik 24 saat ərzində mühafizənin və ictimai asayişin təmin edilməsi, kompleks daxili mühəndis kommunikasiya (elektrik, qaz, su, kanalizasiya) xətlərinə növbəli şəkildə ixtisaslaşmış ustalar və ya servis əməkdaşları tərəfindən yararlı vəziyyətdə saxlanılması, kompleksdaxili işıqlandırma şəbəkəsinə xidmət, əlavə olaraq quraşdırılmış generatorlar vasitəsi ilə fasiləsiz işıqlandırmanın təmin edilməsi, kompleksdaxili küçələrdəki işıq dayaqlarına qu luq edilməsi, lampaların dəyişdirilməsi və kabe lərin yenilənməsi, kommunal və digər xidmətlərin göstərilməsi, o cümlədən ümumi sahəsi 64 hektar olan yaşayış massivində işıqlandırma sisteminin qurulması, ərazinin yaşı laşdırılması (ağac və gülərin əkilməsi), yo ların təmiri, qarlı hava şəraitində yo ların təmizlənməsi və digər zəruri tədbirlər mülkiyyətçilərdən əlavə ödəniş tələb olunmadan xxxx tərəfindən həyata keçirilir ki, bu cür xidmətlərin təşkili və davamlı təmin edilməsi isə əhəmiyyətli maliyyə və işçi resursları tələb edir. Belə ki, yaşayış massivində yerləşən digər evlərin mülkiyyətçiləri göstərilən xidmətlər üzrə ödənişləri vaxtında həyata keçirməklə ərazidə nəzərdə tutulmuş komfort və təhlükəsizlik şəraitindən istifadə edirlər. Hazırda iddiaçı tərəfindən irəli sürülən tələblərin təmin edilməsi, o cümlədən müqavilə bağlanmasından imtina edilməsi iddiaçının digər mülkiyyətçilərin hesabına yaşayış massivinin imkanlarından istifadə etməsinə şərait yaradar. Bu baxımdan, göstərilən xidmətlərin dəyərinin ödənilməsindən imtina edilməsi yaşayış massivinin yaradılması məqsədlərinə zidd olmaqla yanaşı, iddiaçı tərəfindən həmin xidmətlərdən imtina edilməsi digər mülkiyyətçilərin hüquq və qanuni maraqlarının pozulmasına səbəb olur. Bu isə qonşuluq hüquqlarının pozulmasına və əsassız varlanma halına gətirib çıxarır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçının verdiyi apelyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
27. "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyi həmçinin apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndlərindən irəli gələn öhdəliklərini icra etməkdən imtina edərək bu mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 6.1.2 və 6.1.5-ci maddələrində təsbit olunmuş iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri ilə əsaslandırmağa çalışır. Lakin hüquqi baxımdan qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi tərəflərə müqavilə bağlamaq və ya bağlamamaq azadlığı versə də, artıq bağlanmış müqavilə üzrə könülü şəkildə qəbul edilmiş öhdəliklərdən birtərəfli qaydada imtina etmək hüququ yaratmır. Bununla yanaşı, xidmət müqaviləsinin bağlanması öhdəliyi alqı-satqı müqaviləsində birbaşa ifadə olunmasa belə, Mülki Məcələnin 10-cu maddəsinə uyğun olaraq formalaşmış işgüzar adət bu öhdəliyin hüquqi əsasını təşkil edir. Belə ki, “Royal Park” yaşayış massivində yerləşən digər fərdi yaşayış sahələrinin mülkiyyətçiləri ilə xidmət müqavilələrinin bağlanması və müvafiq xidmət haqlarının ödənilməsi artıq sabit və geniş tətbiq olunan praktikaya çevrilmişdir. Bu hal həmin münasibətlər üzrə işgüzar adətin formalaşdığını təsdiq edir və bu adət qanunvericiliyə zidd olmadığından tətbiqi məcburidir. Iddiaçının Mülki Məcə lənin 390.3-cü maddəsinə istinadı da əsassızdır. Həmin norma yalnız müqavilə bağlamaq öhdəliyinin mövcud olmadığı halara şamil edilir. Hazırkı vəziyyətdə isə belə öhdəlik həm mövcud müqavilə münasibətlərindən, həm də formalaşmış işgüzar praktikadan irəli gəlir və iddiaçı bu haları əvvəlcədən bilmiş və qəbul etmişdir. Bundan əlavə, xidmət haqqının məbləği bazar prinsipləri, tələb-təklif münasibətləri və analoji yaşayış komplekslərində tətbiq olunan qiymətlər nəzərə alınmaqla müəyyən edilir. Iddiaçının xidmət haqqının əsassız şəkildə artırıla biləcəyi ilə bağlı irəli sürdüyü arqumentlər hipotetik xarakter daşıyır və hüquqi əsasdan məhrumdur. Qeyd olunmalıdır ki, iddianın predmetinin və qiymətinin müəyyən edilməsi tərəfin hüququ olsa da, bu, məhkəmənin həmin tələbi mütləq təmin etməsi demək deyildir. Mülki Məcələnin 404-cü maddəsinə əsasən müqavilə şərtləri təfsir edilərkən yalnız sözlərin hərfi mənası ilə kifayətlənilməməli, həmçinin tərəflərin həqiqi iradəsi, qarşılıqlı münasibətlərdə formalaşmış praktika və işgüzar adətlər də nəzərə alınmalıdır. Bu baxımdan, yaşayış massivində digər mülkiyyətçilərlə bağlanmış müqavilələr və tətbiq edilən xidmət haqları mövcud münasibətlərin düzgün qiymətləndirilməsi üçün əsaslı hüquqi meyar kimi çıxış edir. Iddiaçının Nümayəndəliyin iş üzrə cavabdeh qismində cəlb edilməsinə etirazı da əsassızdır. Belə ki, cavabdeh2 MMC ilə bağlanmış ## ####### 2023-cü il tarixli əməkdaşlıq sazişinə əsasən yaşayış massivində xidmətlərin təşkili və müvafiq müqavilələrin bağlanması üzrə öhdəliklər Nümayəndəliyə ötürülmüşdür. Bu ötürmə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir və nəticə etibarilə xxxx mübahisə predmeti üzrə müvafiq tərəf kimi çıxış edir. Bundan əlavə, Nümayəndəliyin işə cəlb olunması iddiaçının öz təşəbbüsü ilə baş verdiyindən sonradan bu halın mübahisələndirilməsi hüquqi baxımdan ziddiyyətlidir. Eyni zamanda qeyd olunmalıdır ki, yaşayış massivində təhlükəsizliyin təmin edilməsi, mühəndis-kommunikasiya xətlərinin saxlanılması, mühafizə, abadlıq, təmizlik, yaşı laşdırma və digər xidmətlərin fasiləsiz təşkili əhəmiyyətli maliyyə və təşkilati resurslar tələb edir. Bu xidmətlər bütün mülkiyyətçilərin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur və digər mülkiyyətçilər tərəfindən mütəmadi ödənişlər həyata keçirilməklə təmin edilir. Belə olan halda, iddiaçının xidmət müqaviləsi bağlamaqdan və müvafiq ödənişləri həyata keçirməkdən imtina etməsi onun digər mülkiyyətçilərin hesabına bu xidmətlərdən istifadə etməsinə şərait yaradır ki, bu da hüququn ümumi prinsiplərinə zidd olmaqla yanaşı, əsassız varlanma və digər şəxslərin hüquq və qanuni mənafelərinin pozulması ilə nəticələnir. Nəticə etibarilə, iddiaçının irəli sürdüyü tələblər həm hüquqi, həm də faktiki əsaslardan məhrumdur və təmin edilməməlidir. Məhkəmədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması xahiş edilir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 28.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, göstərilən xidmətlər həqiqətən də yüksək səviyyədədir. Fasiləsiz elektrik enerjisi ilə təmin olunur, 24 saat mühafizə xidməti var. Ərazidə insanların rahat yaşaması üçün hər bir şərait təmin olunub. Tək elə 75 nəfərə yaxın mühafizə xidmətinin əməkdaşı, Daxili Işlər Nazirliyinin X4 nümayəndələri orada 24 saat fəaliyyət göstərir və bunların da səbəbləri var. Məişət tullantılarının atılması ilə bağlı servis xidmətləri göstərilir. Evin yerləşdiyi torpaq sahəsinin icarə haqqını şirkət ödəyir. Bunların hamısı 450 manatı üstələyir. Iddiaçı gün qaz, su və işığın da pulunu ödəmir. Orada səfirliklərin, xxxxlərin ailələri, “xxxx” şirkətinin evləri var. Bütün xidmətləri göstərməkdən ötrü 200-220 nəfər işçi var, onların əməkhaqqı var. Dövlətin də vergisi ödənilir. Nümunə olaraq iddiaçıya müqavilələr göstərilib ki, belə formada müqavilə olacaq. 2016-cl ildən bu tərəfə bağlanan müqavilələr var. Qiymət 200 manat olsa, gərək kimsə işdən çıxarıla. Sakinlər hamısı 450 manatla razılaşıb. Iddiaçıya da bildirilibdir, müqavilələr də göstərilib ki, “xidmət müqaviləsi belə bir şərtlərlə olacaq, razısınız?”, bildirib ki, “razıyam” və imzalayıbdır. Çox təəssüf ki, ona inanaraq şifahi qaydada göstərilib ki, belə bir şey olacaq. Iddiaçı alqı-satqı müqaviləsini imzalayarkən hər bir vərəqinə imza çəkib, ona şifahi qaydada izah edilib. O vaxt 2022-ci ildə bu xidmət müqaviləsi yeni tədbiq edilirdi deyə tam formalaşmamışdı, amma bildirilmişdir ki, belə bir xidmətlər olacaq.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı "X11" adlı Nümayəndəliyinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, hal-hazırda mübahisə gedə-gedə iddiaçıya xidmət göstərilməsi yenə də davam edir. Hazırda 2 aylıq kommunal borcu ödənilməyib. Qarşı tərəfə bildirilir ki, məhkəmə iddiasını təmin etdiyi təqdirdə xidmətlərin göstərilməsi dayandırılacaq. Birinci instansiya məhkəməsinin tərəfindən kommunal xətlərin çəkilməsi ilə bağlı qətnamə qəbul olunmuş, lakin qarşı tərəf heç bir hərəkət etməyib. Həm kommunal xəttləri çəkmirlər, həm də onların göstərdikləri kommunal xidmətlərin ödənişini etmirlər. Qarşı tərəf həm müqavilə bəndinin etibarsız olduğunu, həm də məbləğlə də razı olmadığını bildirir.
31. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Maddə 402.1. Ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. Ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. Ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4. Ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin və "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarı: Ilkin müqavilə gələcəkdə bağlanılacaq müqavilənin şərtlərini və müddətlərini müəyyən etməklə, əmlak hüquqları yaratmır, mövcud və ya gələcək “əşyanı” yüklü etmir. Bir qayda olaraq ilkin müqavilə o zaman bağlanılır ki, tərəflər hər hansı hüquqi və ya faktiki səbəbdən həmin an əsas müqaviləni bağlamaq imkanına malik olmur və müvafiq öhdəlik yaratmaqla sonradan müqavilənin bağlanmasını təmin etmək istəyirlər. Ilkin müqavilə gələcəkdə müqavilə bağlamaq öhdəliyini və tərəflərə kontragentindən ilkin müqavilə üzrə yaranan öhdəliyi yerinə yetirməyi tələb etmək hüququnu yaradır. Tərəflərdən biri müqavilənin bağlanmasından imtina edərsə, digər tərəf müqavilənin bağlanılması (icrası mümkün müqavilələr üzrə) və ya müqavilə bağlamaq öhdəliyinin pozulması səbəbi ilə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmaqda haqlıdır. Burada xüsusilə qeyd edilməlidir ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə müvafiq olaraq müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 402-ci maddəsi ilə nəzərdə tutulan ilkin müqavilənin bağlanması isə həmin Məcəllənin 390.3-cü maddəsi ilə istisna hal kimi qeyd edilmiş könüllü götürülmüş öhdəlik halını yaradır. Məhz bu səbəbdən mülki hüquq nəzəriyyəsində ilkin müqavilələr müqavilə azadlığının subyektiv məhdudlaşdırılması adlandırılır. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Qanunvericiliyin ilkin müqavilədə əsas müqavilənin mühüm şərtlərinə dair aydınlığın təmin edilməsi ilə bağlı tələbi tərəflərin mümkün sui-istifadəsinin qarşısının alınmasına, yarana biləcək mübahisələrin həll edilməsinə, o cümlədən müqavilənin bağlanmasına məcburetmə haqqında iddialar daxil olduğu təqdirdə məhkəmələrin əsas müqavilənin şərtlərini müəyyən etməsinə xidmət edir.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Hazırkı işdə ilkin iddia qismən təmin, qarşılıqlı iddialar isə tam təmin olunduğundan, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən ilkin iddianın təmin edilməyən hissəsində və qarşılıqlı iddia tələblərinin təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37.
38. Işdən görünür ki, qarşılıqlı iddia tələbləri “xxxx" MMC ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndlərinə əsaslanaraq, sonuncunun üzərinə aylıq xidmət haqqı 450 manat olmaqla xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması öhdəliyinin qoyulması barədədir. Ilkin iddia üzrə iddiaçı İddiaçı isə həmin bəndlərin etibarsız hesab olunmasını xahiş etmişdir.
39. Kollegiya ilk növbədə ilkin iddia üzrə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, sözügedən bəndlərin məzmununa əsasən İddiaçı gələcəkdə cavabdeh2 MMC ilə sonuncu tərəfindən fərdi yaşayış evinin yerləşdiyi ərazidə göstərilən xidmətlərə dair “Xidmət müqaviləsi”nin (əsas müqavilə) bağlanması barədə öhdəlik götürür.
40. Göründüyü kimi, həmin bəndlər ilkin müqavilənin ünsürlərini özündə ehtiva edir.
41. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.
42. Lakin sözügedən bəndlərdə əsas müqavilənin predmeti, yəni göstəriləcək xidmətlərin dairəsi, habelə digər mühüm şərtlərini, o cümlədən müqavilənin qiymətini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməmiş, həmin şərtlərlə iddiaçının tanış olmasının təmin edilməsi barədə cavabdehlər tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir.
43. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, qanunvericiliyin ilkin müqavilədə əsas müqavilənin mühüm şərtlərinə dair aydınlığın təmin edilməsi ilə bağlı tələbi tərəflərin mümkün suiistifadəsinin qarşısının alınmasına, yarana biləcək mübahisələrin həll edilməsinə, o cümlədən müqavilənin bağlanmasına məcburetmə haqqında iddialar daxil olduğu təqdirdə məhkəmələrin əsas müqavilənin şərtlərini müəyyən etməsinə xidmət edir.
44. “xxxx" MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilədə məhz əsas müqavilənin mühüm şərtlərinə dair aydınlığın təmin edilməməsi hazırki mübahisəyə yol açmışdır. Kollegiya qeyd edir ki, ilkin müqavilədə əsas müqavilənin mühüm şərtlərinə dair aydınlıq təmin edildiyi təqdirdə gələcəkdə tərəfin müqavilə bağlamaq öhdəliyi yaranır, bu öhdəlik yerinə yetirilmədiyi təqdirdə isə qarşı tərəfdə onun bu öhdəliyin yerinə yetirilməsini tələb etmək hüququ yaranır. Əks təqdirdə cavabdehlərin birtərəfli qaydada müəyyən etdikləri şərtlərlə qarşı tərəfi müqavilə bağlamağa məcburetmə mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır.
45. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, həmin razılaşma mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığına görə etibarlı hesab edilə bilməz və bu səbəbdən iddiaçının üzərinə gələcəkdə “Xidmət müqaviləsi”nin (əsas müqavilə) bağlanması ilə bağlı öhdəlik qoyula bilməz. Kollegiya onu da qeyd edir ki, ilkin iddia təmin edilərək müqavilənin 1.8 və 2.1.7ci bəndləri
46. etibarsız hesab edildiyi halda, həmin bəndlərə əsaslanan qarşılıqlı iddia tələblərinin təmin edilməsi istisna edilir.
47. O da qeyd edilməlidir ki, müqavilənin 1.8 və 2.1.7-ci bəndləri etibarlı olduqları qəbul edilsə belə, qarşılıqlı iddialar təmin edilə bilməz. Belə ki, müqavilə bağlandığı ##.##.2022-ci il tarixindən mülki qanunvericiliklə müəyyən edilmiş 1 il müddətində əsas müqavilə bağlanmadığına və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərmədiyinə görə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliyə (əsas müqavilənin bağlanması) artıq xitam verilmişdir (Mülki Məcəllənin 402.4 və 402.5-ci maddələri).
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən - ilkin iddianın təmin edilməyən və qarşılıqlı iddia tələblərinin təmin edilən hissələrində ləğv edilsin. Ilkin iddia tələbi təmin edilməklə, “xxxx" MMC ilə İddiaçı arasında bağlanılan ##.##.2022-ci il tarixli, NNRPT-****-**/* nömrəli alğı-satqı müqaviləsinin 1.8 və 2.1.7-ci bəndləri etibarsız hesab olunsun. Qarşılıqlı iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: