Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1276/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçılar iddiaçı2 və iddiaçı1 Ağarza qızının cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmlak tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən iş üzrə tərəf olmayan, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bildirən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndələri (vəkili) vəkil1 və (anası) X1 və iddiaçı iddiaçı2 vəkili (nümayəndəsi) vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçılar cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mərhum anaları X2 cavabdeh MTK ilə ##.##.2011-ci il tarixdə bağladığı müqavilənin icrasının təmin olunması məqsədilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində MTK tərəfindən inşa edilmiş ** saylı binanın 1-ci blokunda, binanın 10-cu mərtəbəsindən yerləşən və ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı mənzilin onların istifadə və sahibliyinə verilməsi, habelə həmin mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin yaradılmasının cavabdeh MTK-ya qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların anası Zərifə Rzayeva, onunla cavabdeh MTK arasında ##.##.2011-ci il tarixdə müqavilə bağlayaraq yuxarıda qeyd edilən mənzili MTK-dan almış, müqavilənin şərtinə uyğun olaraq mənzilin hər kvadrat metri üçün 1.000 manat olmaqla, ümumilikdə 140.300 manat məbləğində pulu MTK-ya ödəmiş və MTK bununla bağlı ona “Maliyyə arayışı” verərək, müqavilə üzrə borcun qalmamasını bəyan etmişdir. Zərifə Rzayeva mənzilin yerləşdiyi binaya baş çəkmiş, tikintinin başa çatmasını gözləmiş, hətta 2022-ci ildə mənzilə qapı da qoydurmuşdur. Lakin o, ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra iddiaçılar mənzilə baş çəkmək üçün həmin ünvana getmiş, lakin MTK-nın işçiləri onları binaya buraxmamışlar. Bu səbəbdən iddiaçılar notariusa müraciət etmiş, onların müraciəti əsasında vərəsəlik işi açılmış, onlar qanun üzrə vərəsə kimi tanınmış, lakin buna baxmayaraq mənzil iddiaçılara təhvil verilmir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, mübahisəli mənzilin iddiaçılara təhvil verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulmasını və iddiaçıların sahiblik hüquqlarına yaradılan bütün məhdudiyyətlərin aradan qaldırılmasını qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zərifə Rzayeva, onunla cavabdeh MTK arasında ##.##.2011-ci il tarixdə bağladığı müqavilə üzrə MTK qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, mənzilin dəyəri kimi müqavilədə qeyd edilən 140.300 manatı MTK-ya pay haqqı olaraq tam ödəmiş, bununla da, mənzil Zərifə Rzayevanın mülkiyyətinə keçmişdir. Zərifə Rzayeva ##.##.2025-ci il tarixdə vəfat etdiyindən, mənzil MTK tərəfindən mərhumun vərəsələrinə - övladlarına (iddiaçılara) təhvil verilməli və iddiaçıların mənzil üzərində sahiblik hüquqlarının həyata keçirilməsinə yaradılan bütün maneələr aradan qaldırılmalıdır. c) apellyasiya şikayəti haqqında məlumat
5. İş üzrə tərəf olmadığı üçün işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun hüquq və maraqlarına toxunulduğu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardad ilə müəyyən edilmiş Maraqlı şəxs həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs, onunla MTK arasında ##.##.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən yuxarıda qeyd edilən ** saylı mənzili MTK-dan almış, mənzilin pay dəyərini MTK-ya tam məbləğdə ödəmiş, bununla bağlı MTK qarşısında hər hansı borcu qalmamış, mənzil MTK tərəfindən ona təhvil verilmişdir. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2017-ci il tarixli qətnamə ilə qət edilmişdir ki, Maraqlı şəxs iddiası təmin edilsin, həmin mənzilin ona təhvil verilməsi vəzifəsi MTK-nın üzərinə qoyulsun və həmin mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneçiliyin yaradılması MTK-ya qadağan edilsin. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icra olunması üçün icra orqanına göndərilmiş və icra edilmiş, nəticədə mənzilin açarları ona təhvil verilmişdir. Bundan başqa, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnamə ilə qət edilmişdir ki, Maraqlı şəxs iddiası təmin edilsin, həmin mənzil üzərində onun mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınması üçün tələb olunan sənələrin (kooperativi üzvlərinin ümumi yığıncağının qərarının, mənzilə dair plan-sxemin və sair) ona verilməsi öhdəliyi MTK-nın üzərinə qoyulsun. Lakin hazırkı iş üzrə tərəflər, əsasən də cavabdeh MTK bunlar barədə işə baxmış Rayon Məhkəməsinə məlumat verməmiş, nəticədə Rayon Məhkəməsi Maraqlı şəxs işin baxılmasına cəlb etməmiş, işə Maraqlı şəxs iştirakı olmadan baxaraq onun mülkiyyətində olan mənzilin iddiaçılara təhvil verilməsini qət etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və apellyasiya baxışında iştirak etmiş şəxslərin izahatları haqqında məlumat
7. Apellyatorun nümayəndələri (vəkili) vəkil1 və (anası) Aybəniz Babayeva apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.
8. İddiaçı iddiaçı2 vəkili (nümayəndəsi) vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin, həmçinin Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.
9. İş üzrə digər iddiaçı iddiaçı1 və cavabdeh MTK-nın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.
11. Belə ki, işdə olan sənədlərdən və işin baxılmasında iştirak etmiş şəxslərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, i. üzrə cavabdeh olan MTK, onun tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində inşa edilmiş ** saylı binanın 1ci blokunda, binanın 10-cu mərtəbəsindən yerləşən və ümumi sahəsi 140,3 kv.metr olan 3 otaqlı ** saylı mənzilə dair ##.##.2011-ci il tarixdə iddiaçıların anası Zərifə Rzayeva ilə, ##.##.2011-ci il tarixdə isə apellyator Maraqlı şəxs ilə podrat müqaviləsi bağlamışdır. Onların hər biri mənzilə görə pay haqqını MTK-ya ödəsələr də, mənzil, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş ##.##.2017ci il tarixli qətnamənin icrası ilə əlaqədar olaraq MTK tərəfindən ##.##.2018-ci il tarixdə Maraqlı şəxs təhvil verilmiş, bununla bağlı olaraq Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2018-ci il tarixli qərarı ilə “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir.
12. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir (maddə 752.2.). Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (maddə 759.1.). Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun (maddə 760.1.). Fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir (maddə 452.1.). Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 452.2.).
13. Göstərilən maddi hüquq normalarının tələblərini və işin müəyyən edilmiş hallarını, habelə yuxarıda qeyd edilən hər iki müqavilənin etibarsız hesab edilməsi üçün hazırkı mərhələdə hüquqi əsasların müəyyən edilməməsini nəzərə alan Məhkəmə bildirir ki, fərdimüəyyən əşya MTK tərəfindən Maraqlı şəxs təhvil verildiyindən iddiaçılar Mehriban və Sevinc Rzayevlərin “əmlak tələbi barədə” birgə iddiaları təmin edilə bilməz.
14. Bununla yanaşı Məhkəmə bildirir ki, iş üzrə iddiaçılar, onlara dəymiş zərərin əvəzinin (naturada və ya alternativ qaydada) ödənilməsi ilə bağlı hazırkı iş üzrə cavabdeh MTK-ya qarşı müvafiq iddia ilə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdirlər. f) apellyasiya baxışının nəticəsi
15. Beləliklə də, qeyd edilənləri, MPM-in 385-ci maddəsinin tələblərini və MPM-in 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
16. Məhkəmə həmçinin bildirir ki, iddiaçılar hazırkı qətnamədən kassasiya şikayəti verə bilsələr də, iş üzrə digər proses iştirakçıları qətnamədən kassasiya şikayəti vermək hüququna malik deyillər, çünki onların təmin edilməmiş tələbləri yoxdur.
17. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar iddiaçı2 və iddiaçı1 Ağarza qızının cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı birgə irəli sürdükləri “əmlak tələbi barədə” iddiaları təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə aid edilsin. Bu məqsədlə cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativindən 100 (yüz) manat məbləğində pul alınaraq birgə iddiaçılar iddiaçı2 və iddiaçı1 Ağarza qızına, 50 (əlli) manat məbləğində pul alınaraq apellyator Maraqlı şəxs ödənilsin. İddiaçılar iddiaçı2 və iddiaçı1 Ağarza qızı hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İş üzrə cavabdeh Cavabdeh MTK və apellyator Maraqlı şəxs hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.