Məhkəmə qərarları › İş №2(3-6)-1283/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1283/2026

09.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1283/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əmənova Türkan Kamran qızının katibliyi, iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili vəkil1 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddət üçün əmək haqqının hesablanaraq ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında olan əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli ***/** nömrəli əmrin ləğv edilməsi, işə bərpa, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, ödənilməmiş məzuniyyət, istirahət və bazar günlərində işə cəlb edilmə və iş vaxtından artıq işə cəlb edilmə ilə bağlı haqqların hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ##.##.2024-cü il tarixdə Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq cavabdeh şirkətə məxsus və Bakı şəhəri, Azərbaycan prospekti 57C ünvanda yerləşən “Gloria Jean`s coffee” kafesinə əsas iş yeri olmaqla Kafe meneceri vəzifəsinə işə qəbul olunmuşdur və həmin tarixdən iş vəzifələrin icrasına başlamışdır. İşlədiyi müddətdə heç bir qanun pozuntusuna və ya hər hansı bir nöqsana yol verməmiş, intizam məsuliyyətinə cəlb olunmamışdır. ## ###### 2025-ci il tarixdə, o, cavabdehin ofisinə dəvət olunmuş və ona müvvəqəti işə çıxmaması (işdən kənarlaşdırılması) barədə şifahi qaydada məlumat verilmişdir. ## ######## 2025-ci il tarixdə cavabdehin nümayəndəsi onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq işdən çıxarılması barədə məlumatı ona şifahi qaydada vermişdir. İşdən çıxarılması barədə əmr və əmək kitabçası ümumiyyətlə ona təqdim edilməmişdir. Bundan sorna, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin elektron informasiya sisteminə daxil olaraq müəyyən etmişdir ki, cavabdehin ##.##.2025-ci il tarixli ***/** nömrəli əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ç bəndinə müvafiq olaraq xitam verilmişdir. O, işlədiyi dövr ərzində bayram və qeyri-iş günlərində işə cəlb edilmişdir və gündəlik olaraq iş vaxtından artıq işləmişdir. Halbuki, onunla bağlanmış əmək müqaviləsinin 4.21.-ci bəndində gündə 7 saatdan, həftədə isə 40 saatdan çox olmayaraq iş vaxtının rejimi müəyyən edilib. Bundan əlavə olaraq, əmək müqaviləsinin 4.27-ci bəndində işçinin 30 təqvim günü əsas məzuniyyətin müddəti göstərilsə belə, ona işlədiyi dövr ərzində məzuniyyət verilməmiş və istifadə olunmamış məzuniyyət günlərinə görə hər hansı kompensasiya ödənilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı İddiaçı nümayəndəsi-vəkili vəkil2 və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili vəkil1 tərəflər arasında bağlanmış ## #### 2026-cı il tarixli barışıq sazişini məhkəməyə təqdim etməklə hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. İddiaçı İddiaçı öhdəlik götürür ki, ## #### 2026-cı il tarixədək Cavabdeh rəhbərliyinin adına etdiyi hərəkətləri ilə əlaqədar üzrxahlıq məktubu ilə müraciət edəcək.

2. Üzrxahlıq məktubun mətni tərəflər arasında aşağıdakı formada razılaşdırılmışdır: “Hörmətli rəhbərlik və dəyərli kollektiv üzvləri, Bildirmək istəyirəm ki, işlədiyim dövr ərzində yol verdiyim səhv hərəkətə görə dərin peşmanlıq hissi keçirirəm. Sistemə müdaxilə edərək pulsuz kofelərin qeydə alınması ilə bağlı etdiyim hərəkətin həm şirkətin daxili qaydalarına, həm də işçi olaraq daşıdığım etimada zidd olduğunu tam şəkildə dərk edirəm. Bu davranışımla şirkətə və kollektivə qarşı məsuliyyətsiz yanaşdığımı anlayıram və bunun nəticəsində yaranmış mənfi hallara görə səmimi şəkildə üzr istəyirəm. Yol verdiyim səhvdən nəticə çıxardığımı və bu cür halların yolverilməz olduğunu tam qəbul etdiyimi bildirirəm. Mənə göstərilən etimada və birgə əmək mühitinə xələl gətirdiyim üçün bir daha dərin təəssüf hissi keçirdiyimi ifadə edir və üzr istəyirəm”.

3. Cavabdeh Cavabdeh öhdəlik götürür ki, ## #### 2026-cı il tarixədək ##.##.2025-ci il tarixli ***/** nömrəli əmri ləğv edəcək və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin öz xahişi ilə xitam verilməsi barədə yeni əmr rəsmləşdirəcək.

4. Tərəflər razılığa gəlirlər ki, vəkil xərcinin bir hissəsi olan 1.000 (bir min) manat Cavabdeh bu Müqavilənin 5-ci bəndində göstərilən öhdəliyini icra etdikdən dərhal sonra, digər 600 (altı yüz) manat isə ƏMAS altsistemində maddənin dəyişdirilməsindən dərhal sonra iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddələr 52.3 və 52.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370); Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2.); Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5.); İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. (maddə 262.1 və 262.4); Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.5.); Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. (maddə 114.1.4). Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iş üzrə bağlanmış və müvafiq şərtləri özündə əks etdirən ## #### 2026-cı il tarixli barışıq sazişi qanuna zidd olmadığından və işin baxılmasında iştirak edən şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, bu səbəbdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı İddiaçı və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən ## #### 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı İddiaçı öhdəlik götürür ki, ## #### 2026-cı il tarixədək Cavabdeh rəhbərliyinin adına etdiyi hərəkətləri ilə əlaqədar üzrxahlıq məktubu ilə müraciət edəcək.

2. Üzrxahlıq məktubun mətni tərəflər arasında aşağıdakı formada razılaşdırılmışdır: “Hörmətli rəhbərlik və dəyərli kollektiv üzvləri, Bildirmək istəyirəm ki, işlədiyim dövr ərzində yol verdiyim səhv hərəkətə görə dərin peşmanlıq hissi keçirirəm. Sistemə müdaxilə edərək pulsuz kofelərin qeydə alınması ilə bağlı etdiyim hərəkətin həm şirkətin daxili qaydalarına, həm də işçi olaraq daşıdığım etimada zidd olduğunu tam şəkildə dərk edirəm. Bu davranışımla şirkətə və kollektivə qarşı məsuliyyətsiz yanaşdığımı anlayıram və bunun nəticəsində yaranmış mənfi hallara görə səmimi şəkildə üzr istəyirəm. Yol verdiyim səhvdən nəticə çıxardığımı və bu cür halların yolverilməz olduğunu tam qəbul etdiyimi bildirirəm. Mənə göstərilən etimada və birgə əmək mühitinə xələl gətirdiyim üçün bir daha dərin təəssüf hissi keçirdiyimi ifadə edir və üzr istəyirəm”.

3. Cavabdeh Cavabdeh öhdəlik götürür ki, ## #### 2026-cı il tarixədək ##.##.2025-ci il tarixli ***/** nömrəli əmri ləğv edəcək və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin öz xahişi ilə xitam verilməsi barədə yeni əmr rəsmləşdirəcək.

4. Tərəflər razılığa gəlirlər ki, vəkil xərcinin bir hissəsi olan 1.000 (bir min) manat Cavabdeh bu Müqavilənin 5-ci bəndində göstərilən öhdəliyini icra etdikdən dərhal sonra, digər 600 (altı yüz) manat isə ƏMAS altsistemində maddənin dəyişdirilməsindən dərhal sonra iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilməsi və s." tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar