Məhkəmə qərarları › İş №2(3-6)-1291/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1291/2026

02.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-1291/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Sartif qızının cavabdehlər Yusubov Rəfail Cəlal oğlu, cavabdeh3 Rəfail qızı və cavabdeh2 Rəfail qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır) Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyası, hakimlәr X1 (sәdrlik edәn vә mәruzәçi), X3 vә X5 ibarәt tәrkibdә, Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadından cavabdeh Yusubov Rәfail Cәlal oğlunun nümayәndәsi vә vәkili X2 tәrәfindәn verilmiş şikayәtә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müәyyәn etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı İddiaçı Sartif qızının cavabdehlәr Yusubov Rәfail Cәlal oğlu, cavabdeh3 Rәfail qızı vә cavabdeh2 Rәfail qızına qarşı mәnzilә istifadә hüququna xitam verilmәsi tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir.

2. Cavabdeh Yusubov Rәfail Cәlal oğlu iddiaçı İddiaçı Sartif qızına qarşı pul tәlәbinә dair qarşılıqlı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk,qarşılıqlı iddianı icraata qәbul edәrәk, cavabdehin ilkin iddiası ilә birlikdә bir icraatda 20.000 Azn kompensasiya pulunun, 40.000 Azn tәmir xәrclәrinin ümümlikdә 60.000 Azn pulun İddiaçı Sartif qızından alınaraq ilkin iddia üzrә cavabdeh, qarşılıqlı iddia üzrә iddiaçı Yusubov Rәfail Cәlal oğluna ödәnilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir.

3. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı ilә cavabdeh Yusubov Rәfail Cәlal oğlunun iddiaçı İddiaçı Sartif qızına qarşı pul tәlәbinә dair qarşılıqlı iddia әrizәsinin icraata qәbul edilmәdәn geri qaytarılması qәrara alınmışdır.

4. Birinci instansiyası mәhkәmәsi qәrardadını onunla әsaslandırmışdır ki, iddia әrizәsi mәhkәmәnin icraatına ##.##.2025-ci ildә daxil olmuş vә iddia әrizәsinin surәti cavabdehә qanuna müvafiq qaydada göndәrilmişdir. Qarşılıqlı iddia әrizәsi isә ##.##.2025-ci il tarixindә “Elektron mәhkәmә” informasiya sistemi vasitәsilә verilmişdir. Cavabdehin nümayәndәsi vә vәkili mülki işә sonradan qoşulduğunu vә iş barәdә mәlumatı gec әldә etdiyini vә bu sәbәbdәn qarşılıqlı iddia әrizәsinin gec verildiyini bildirmişdir. Mәhkәmә hesab edir ki, müvafiq hal ağlabatan olmamaqla yalnız izahatlara әsaslanır vә bu da öz növbәsindә qarşılıqlı iddia әrizәsinin qanunla nәzәrdә tutulmuş müddәtdәn sonra verilmәsi üçün әsas ola bilmәz. Belә ki, iş materiallarından bildirişlәrin cavabdehin ünvanına göndәrildiyi vә heç bir bildirişin geri qaytarılmadığı müәyyәn edilir. Eyni zamanda cavabdehin vәkilinin orderindәn görünür ki, onunla tәrәf arasında müqavilә ## ####### 2025-ci il tarixdә bağlanmış, ## ###### 2025-ci il tarixdә isә ona etibarnamә verilmişdir.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

5. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadından cavabdeh Yusubov Rәfail Cәlal oğlunun nümayәndәsi vә vәkili X2 tәrәfindәn verilmiş şikayәt hәmin mәhkәmәnin ##.##.2026-cı il tarixli qәrardadı ilә tәmin edilmәmiş, iş materialları ilә birlikdә baxılması üçün Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi məhkəmənin hazırlıq iclasında verilmişdir baxış iclasında yox. Məhkəmə qeyd olunan mülkü işi ##.##.2025-ciil tarixdə icraata qəbul etmişdir. Tərəflər məhkəmə prosseində iştirak etmişlər, lakin, həmin müddətdə onların vəkili olmamışdır. Həmçinin cavabdehin hüququ savadı yoxdur, o həmin işlə bağlı qarşılıqlı iddia verilməsi barədə məlumatı olmamışdır. Həmçinin xususi olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qarşılıqlı iddia verilməsi üçün əsaslar sonradan yaranmışdır. Qeyd etmək istəyir ki, onlar tərəfindən verilən qarşılıqlı iddia ilə ilk iddia arasında bir başa əlaqə vardır və onların birlikdə baxıılması mübahisənin daha tez həlli üçün vacibdir. Həmin iddia cavabdeh tərəfidən ayrıca iddia şəkilində də qaldırılmış olsaydı məhkəmə tərfindən iddiaların birləşdirilib eyni icrata qəbul edilməsi və birlikdə baxılması mümkün idi. Cavabdeh özünün hüquqi savadının olmaması ilə bağlı yeni vəkil ilə müqavilə bağlamaq üçün vəkil xidmətindən yararlanmaq istəmiş, nəticədə onunla vəkil arasında hüquqi xidmət müqaviləsi bağlamışdır. Bir daha qeyd etmək istəyir ki, cavabdehin hüquqi savadı yoxdur, o həmin iddia ilə bağlı qarşılıqı iddia verilməsinin onun hüququ olması barədə biliyi yoxdur, həmçinin qarşılıqlı iddai verilməsi üçün əsaslar sonradan yaranmışdır. Ona görə də, hesab edir ki, qarşılıqı iddia icarata qəbul olunmalı və ilkin idda ilə birlikdə baxılmalıdır. Nərimanov rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, 2(005)-4196/2025 məhkəmə qərardadı şikayət vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş 20 günlük müddətin ötürülməsinin hansı əsaslara görə üzrsüz sayaraq bərpa etməməsini əsaslı hallarla əsaslandırmamışdır. Belə ki, tərəflərindən verilmiş qarşılıqlı iddia ərizəsində də, müddətin ötürülməsi və onların eyni icraatda baxılması üçün əsaslar qeyd olunmuşdur. Cavabdeh tərəfindən həmin tələb yeni iddia şəkilində də qaldırılmış olsaydı da, yenə də məhkəmə həmin iddianı eyni tərəflər və eyni predmentə aid olması səbəbi ilə birləşdirməyə haqlı idi. Məhkəmə iş üzrə qərardad qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsaslı deyildir. Bütün qeyd edilən diqqətəlayiq hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, məhkəmə öz qərardadını mötəbər, təkzibedilməz halları nəzərə almadan və əsaslandıra bilmədən qəbul etmişdir.

7. Şikayәtә Azәrbaycan Respublikası MPM-in 10.8-1 vә 397.2-ci maddәlәrinә uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Mülki Prosessual Məcəllə Maddә 154.1 İşdә iştirak edәn şәxs iddia әrizәsinin surәtini aldıqdan sonra 20 gün әrzindә iddiaya etirazını, qoyulmuş suallara cavablarını vә әrizәyә әlavә olunmuş sәnәdlәrә münasibәtini, hәmçinin iddiaya etirazın vә ona әlavә olunmuş sәnәdlәrin surәtlәrini iddiaçıya vә mәhkәmәyә tәqdim edir. Maddә 155.1. Cavabdeh ilk iddia ilә birlikdә baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermәyә haqlıdır. Qarşılıqlı iddia bu Mәcәllәnin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilmәlidir. Maddә 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qәbul edir: 156.1.1. qarşılıqlı tәlәb ilk tәlәbin qarşılıqlı ödәnilmәsinә yönәlmişsә; 156.1.2. qarşılıqlı iddianın tәmin edilmәsi ilk iddianın tam vә ya qismәn tәmin edilmәsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı vә ilk iddia arasında qarşılıqlı әlaqә vardırsa vә onlara birlikdә baxılması mübahisәlәrә daha tez vә düzgün baxmaqla nәticәlәnәrsә. Maddә 35.3. Qarşılıqlı iddia, әrazi aidiyyәtindәn asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin mәhkәmәsinә verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilәrәk qarşılıqlı iddia әrizәsinin icraata qәbul mәsәlәsinә yenidәn baxılması üçün iş materialları birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir.

11. Belә ki, iş materiallarından görünür ki, iddia әrizәsi ##.##.2025-ci il tarixdә mәhkәmәyә daxil olmuşdur. İddia әrizәsi mәhkәmә bildirişi ilә birlikdә cavbadehin ünvanına göndәrilmiş, lakin, zәrf “ünvan düzgün deyil” qeydi ilә mәhkәmәyә qaytarılmışdır.

12. Lakin, cavabdeh Yusubov Rәfail Cәlal oğlu vә onun nümayәndәsi vә vәkili ##.##.2025-ci il tarixli mәhkәmә hazırlıq iclasında iştirak etmiş, qarşılıqlı iddia әrizәsi isә ##.##.2025-ci il tarixdә verilmişdir.

13. Kollegiya hesab edir ki, mәhkәmә müddәtin ötürülmәsi әsası ilә qarşılıqlı iddianın icraata qәbulundan imtina edәrәk işin qanunvericiliyin tәlәblәrinә formal yanaşmışdır.

14. Belә ki, işdәn görünür ki, iddiaçı İddiaçı Sartif qızının iddia әrizәsi ##.##.2025-ci il tarixdә mәhkәmәyә daxil olsa da, iddiaçı ##.##.2025-ci il tarixdә iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә tәqdim etmişdir.

15. Qarşılıqlı iddia әrizәsi ilә bundan sonra ##.##.2025-ci il tarixdә verilmişdir.

16. ##.##.2025-ci il tarixli iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizәdә iddiaçı X4 iş üzrә cavabdeh qismindә cәlb edilmәklә iddiaçıya mәxsus mәnzildәn çıxarılması xahiş edilmişdir.

17. Cavabdeh isә qarşılıqlı iddia әrizәsindә 20000 manat kompensasiya ödәnilmәsi barәdә tәlәbini ilkin iddia tәlәbindә qeyd olunan mәnzilin iddiaçının qızı X4 mәxsus olması, özünün vә digәr cavabdehlәrin isә Elmira Yusubovanın ailә üzvlәri (hәyat yoldaşı vә qızları) olmasına istinad edәrәk әsaslandırmış, faktiki olaraq Yusubova Elmiranın ailә üzvlәri (digәr cavabdehlәr) ilә birlikdә 17 ildәn çoxdur qeyd olunan mәnzildә yaşamasını, hazırda yaşamağa başqa yerin olmamasını qeyd etmişdir.

18. Göründüyü kimi, birinci instansiya mәhkәmәsi cavabdeh tәrәfindәn verilmiş qarşılıqlı iddia üzrә irәli sürülәn kompensasiya tәlәbinin hüquqi vә faktiki әsaslarını hәrtәrәfli araşdırmamış, hәmin tәlәbin ilkin iddia ilә qarşılıqlı әlaqәsini düzgün qiymәtlәndirmәmişdir. Belә ki, cavabdeh qarşılıqlı iddiasını әsaslandırarkәn mübahisәli mәnzilin faktiki istifadәçisi olan şәxslәrin hüquqi statusuna, xüsusilә dә hәmin mәnzilin iddiaçının qızı X4 mәxsus olmasına vә özünün, elәcә dә digәr cavabdehlәrin onun ailә üzvlәri kimi uzun müddәt hәmin yaşayış sahәsindә yaşamalarına istinad etmişdir.

19. Eyni zamanda iş materiallarından müәyyәn olunur ki, X4 yalnız iddiaçının ##.##.2025-ci il tarixli iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizәsi ilә ilk dәfә olaraq iş üzrә cavabdeh qismindә cәlb edilmişdir.

20. Belә olan halda, qarşılıqlı iddianın verilmә müddәtinin hesablanması zamanı yalnız ilkin iddianın tәqdim olunduğu tarix deyil, hәm dә iddia tәlәbinin dәyişdirilmәsi nәticәsindә yaranmış yeni hüquqi vәziyyәt nәzәrә alınmalı idi.

21. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi cavabdeh Yusubov Rәfail Cәlal oğlu tәrәfindәn verilmiş qarşılıqlı iddia әrizәsinin icraata qәbul edilmәsi mәsәlәsini müzakirә edәrkәn qarşılıqlı iddia tәlәbinin әsasını vә bu tәlәbin ilkin iddia üzrә iddiaçının ##.##.2025-ci il tarixli iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizәsinә әsasәn X4 cavabdeh kimi işә cәlb edilmәsi ilә bağlılığını nәzәrә almamış, bu isә qarşılıqlı iddianın icraata qәbul edilmәsi mәsәlәsindә prosessual hüquq normalarının tәtbiqindә düzgün qiymәtlәndirmәnin aparılmaması ilә nәticәlәnmişdir.

22. Belә ki, cavabdeh Yusubov Rәfailin tәqdim etdiyi qarşılıqlı iddianın predmeti (kompensasiya) birbaşa olaraq iddiaçının ##.##.2025-ci il tarixli dәqiqlәşdirilmiş tәlәblәrindәn vә yeni cәlb edilmiş cavabdehin hüquqi statusundan qaynaqlanır. İddiaçı tәrәfindәn iddianın әsasının vә predmetinin dәqiqlәşdirilmәsi, cavabdeh üçün yeni müdafiә hüququ vә buna mütәnasib qarşılıqlı iddia qaldırmaq zәrurәti yaratmışdır. Bu sәbәbdәn, kollegiya hesab edir ki, prosessual müddәtin başlanğıcının ilkin iddia әrizәsinin daxil olduğu tarixlә әlaqәlәndirilmәsi düzgün hesab edilә bilmәz.

23. Belә olan halda mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi qarşılıqlı iddia әrizәsinin qәbulundan imtina edilmәsi barәdә qәrardad qәbul etmәkdә prosessual hüquq normalarının tәlәblәrini düzgün qiymәtlәndirmәmişdir.

24. Buna görә dә kollegiya hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilmәli, iddiaçı İddiaçı Sartif qızının cavabdehlәr Yusubov Rәfail Cәlal oğlu, cavabdeh3 Rәfail qızı vә cavabdeh2 Rәfail qızına qarşı mәnzilә istifadә hüququna xitam verilmәsi tәlәbinә dair mülki iş üzrә cavabdeh Yusubov Rәfail Cәlal oğlu tәrәfindәn verilmiş qarşılıqlı iddia әrizәsinin icraata qәbul edilmәsi mәsәlәsinә yenidәn baxılması üçün mülki iş birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir.

25. Mülki Prosessual Mәcәllәnin 398.0.2-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır.

26. Yuxarıda göstәrilәnlәrә әsasәn vә MPM-nin 397, 398, 400-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

Q Ə R A R A A L D İ: Şikayәt qismәn tәmin edilsin. Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilsin. Iddiaçı İddiaçı Sartif qızının cavabdehlәr Yusubov Rәfail Cәlal oğlu, cavabdeh3 Rәfail qızı vә cavabdeh2 Rәfail qızına qarşı mәnzilә istifadә hüququna xitam verilmәsi tәlәbinә dair mülki iş üzrә cavabdeh Yusubov Rәfail Cәlal oğlu tәrәfindәn verilmiş qarşılıqlı iddia әrizәsinin icraata qәbul edilmәsi mәsәlәsinә yenidәn baxılması üçün mülki iş Nәrimanov Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Sәdrlik edәn hakim imza: Günay Axundova Hakimlәr imzalar: Mәhәmmәd Rüstәmli Fәrrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar