Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1299/2026 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmək haqqının və son haqqhesabın tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək (tam ştat dövrü) 6 aylıq (günə 7 saat) müddətdə iş vaxtından artıq işlədiyi iş vaxtına görə ödənilməmiş 2.091,60 manat, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək (yarım ştat) iş vaxtından artıq işlədiyi müddət üçün ödənilməmiş (günə 7 saat) 24.081,21 manat (44 aylıq) olmaqla, cəmi 26.172,81 manat əmək haqqı miqdarında pulun və istifadə etmədiyi 4 illik əmək məzuniyyətinə görə ödənilməmiş məzuniyyət pullarının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil ərizə və həmin qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi və prossesual müddətin bərpa olunaraq apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026- cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bu qərardaddan iddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı tam qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət MPM-nin 267-ci maddəsinin tələblərinə riayət edilməklə verilmiş və elektron kabinetə yerləşdirilmişdir. Məhkəmənin iddiaçının vəkili tərəfindən şikayətin dəftərxana vasitəsi ilə verilməsi ilə bağlı gəldiyi nəticə absurddur və həqiqətə uyğun deyildir. Apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinin tələblərinə, apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəlləyədə qeyd edilmiş * saylı Əlavədə əks olunmuş tələblərə uyğun formada tərtib edilməklə verilmişdir. Bu səbəbdən məhkəmənin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026- cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron qaydada tərtib edilməmiş və imzalanmamışdır. Nəticə etibarı ilə şikayət Mülki-Prossesual Məcəllə ilə müəyyən edilmiş formaya riayət edilmədən tərtib edilmiş və sadə qaydada imzalanmışdır. Halbuki, bu sistemin tətbiq olunduğu məhkəmələrdə şikayətin bele qaydada verilməsi nəzərdə tutulmamışdır. Bu halın mövcudluğu isə hüquqi nəticə etibarı ilə şikayətin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından verilmiş şikayət Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən tərtib edilmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu əsasla şikayəti geri qaytarmışdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-1299/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1299/2026
10.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver