Məhkəmə qərarları › İş №2(3-6)-1309/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1309/2026

22.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1309/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış sahəsindən çıxarılma) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları 1.

2. Iş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II seriyalı, ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ## #### 2022ci il tarixdə ölmüşdür.

3. Iş materiallarında olan * saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş *-**-*/*-Ə/*-****-**/** saylı ## ### 2025-ci il tarixli arayışdan görünür ki, X4 ilə Qırxlarova (Əsgərova) Fatma Sakit qızı arasında Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində ##.##.2013-cü il tarixdə nikah bağlanmış və bu barədə *** nömrəli akt qeydi tərtib olunmuşdur.

4. Iş materiallarında olan şahid3 və qeyriləri tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, bu akt tərtib edilir ondan ötrü ki, həqiqətən də, Cavabdeh rəhmətlik həyat yoldaşı X4 ilə birlikdə ünvan 1ndə öz maliyyə vəsaitləri hesabına ev inşa etmişlər. Rəhmətlik X4 vəfat etdiyi, yəni ## #### 2022-ci il tarixə kimi həmin evdə yaşamışdır. İddiaçı evi Cavabdeh evindən ayrı yerləşir. Cavabdeh gecə-gündüz işləyərək rəhmətlik əri ilə birlikdə ailə büdcələrinin hesabına mübahisə olunan evi tikmişlər.

5. Iş materiallarında olan ## ######## 2025-ci il tarixli yerində müayinə protokolundan görünür ki, həmin tarixdə sözügedən mübahisəli ünvanda, yəni ünvan 1ndə yerləşən ünvanda yerində müayinə keçirilmiş, yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin yaşadığı ev ünvana giriş qapıdan daxil olduqda qabaq hissədə yerləşir və bir mərtəbəli evdən ibarətdir. Torpaq sahəsinə daxil olduqda sağ hissədə başqa bir tikili mövcuddur və həmin tikilidə hazırki iş üzrə iddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Bundan başqa, küçədə hər iki tikiliyə ayrı-ayrılıqda qaz və elektrik sayğacları quraşdırılmışdır.

6. Yerində müayinə zamanı sədrlik edənin sualına cavab olaraq iddiaçı İddiaçı bildirmişdir ki, mübahisə predmeti olan ev 2010-cu ildə onun tərəfindən tikilmiş, oğlu öldükdən sonra cavabdehə yaşamaq istəyirsə həmin evdə yaşaya biləcəyini demiş, cavabdeh isə öz növbəsində bundan sonra ərə getməyəcəyini bildirmişdir. Lakin hazırda cavabdehlə birgə yaşamaq mümkün deyildir.

7. Yerində müayinə zamanı sədrlik edənin sualına cavab olaraq cavabdeh Cavabdeh bildirmişdir ki, mübahisə predmeti olan evi rəhmətlik yoldaşı tikmiş, qardaşı və atasıgili köməklik etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə xitam verilməsi və sahədən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ünvan 1ndə yerləşən yaşayış sahəsindən istifadəsinə xitam verilməsi və həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1ndə inşa etdikləri tikilidə yaşayır. Mərhum oğlu X4 ## #### 2022-ci il tarixdə vəfat etmişdir. Onun həyat yoldaşı, yəni gəlini Cavabdeh oğlunun vəfatından sonra bəzən onlarla, çox zaman öz ata evində yaşayır. Uzun müddətdir ki, cavabdeh Cavabdeh başqa şəxslə şəxsi münasibətdədir və həmin şəxsin də onlarla birlikdə yaşamasına nail olmağa çalışır. Lakin cavabdehin belə tələbləri mənəvi-əxlaqi dəyərlərlə uzlaşmır, mərhum oğlunun əziz xatirəsinə hörmətsizlik kimi qəbul olunur. Cavabdehə bir neçə dəfə şifahi, o cümlədən ## ##### 2025-ci il tarixdə yazılı müraciət edərək, evdən köçməsini təklif etmişdir. Lakin cavabdeh evdən köçməmiş, əvvəlki kimi gah ata evində, gah da onlarla birlikdə yaşayır və mənəvi-əxlaqi baxımdan qəbul edilməz davranışlara yol verir. Cavabdehin ata evində yaşaması üçün şəraiti vardır, bundan əlavə yenidən ailə qurmağa hazırlaşır. Ona görə də, o, hesab edir ki, hazırda yaşadıqları evdən cavabdehin istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmalıdır.

10. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsində göstərmişdir ki, onun yaşadığı ev tam olaraq iddiaçının evindən ayrı yerləşir və onun yaşadığı evə iddiaçının və onun ailə üzvlərinin heç bir hüququ və aidiyyəti yoxdur. ## #### 2022-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X4 özü gecə-gündüz işləyərək və onunla birlikdə əziyyət çəkərək ailə büdcələri hesabına hazırda mübahisə predmeti olan evi tikmişlər. Evin tikintisinə mərhum ərinin Özbəkistanda yaşayan qardaşı maddi köməklik etmişdir. Iddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1ndə yerləşən ev onun sahibliyində olmuşdur. Əslində bir həyətdə iki ev yerləşir, qeyrirəsmi olaraq hər iki ev üçün eyni ünvandan istifadə olunur. Iddiaçının ünvan 1ndə yerləşən evə aid heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Əgər iddiaçı hesab edir ki, mübahisə olunan evə dair vəkil sorğusuna cavab olan sənəd kimi verilmiş Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının 28 X1 Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin məktubu onun əsl mülkiyyətçi və ya ona oxşar olan bir hüquq statusa malik şəxs sayılması üçün kifayət edir, xeyr, Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının 28 X1 Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən təqdim olunan sənədin məzmunundan aydın görünür ki, iddiaçı İddiaçı qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsi üzərində özbaşına tikilisi vardır və həmçinin məktubun hüquqi mənasından aydın görünür ki, onunla iddiaçı eyni hüquqa malik şəxslərdirlər. O, X4 ilə ##.##.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur və R.Əsgərov vəfat edənə kimi, yəni ## #### 2022-ci il tarixə kimi onunla bir yerdə yaşayaraq birgə təsərrüfat aparmışlar. Onun evinin iddiaçının evinə heç bir qarışacağı olmamışdır. O, iddia ərizəsində qeyd olunanlarla razılaşmır, belə ki, iddiaçının fikirləri tam olaraq düzgün deyildir. Onun ata evinə getməsinin səbəbi iddiaçı və onun ailə üzvlərinin ona qarşı edilən haqsız basqıları nəticəsində olmuşdur. O, özünü köməksiz hiss edərək atasıgilə getmiş və sonra polisin köməyi ilə yenidən evinə qayıtmışdır. Onun heç bir kəslə əlaqəsi yoxdur, mənəvi-əxlaqi dəyərlərə həmişə hörmətlə yanaşmış, mərhum ərinin əziz xatirəsini həmişə hörmətlə anır. Iddiaçının iddia ərizəsinin həqiqi mənası ifrat formada insanlığa, o cümlədən qadına sərt yanaşmanı təbliğ edir. Iddiaçının ərizəsindən belə çıxır ki, əri ölən qadını evdən qovmaq lazımdır, çünki əri ölən qadın ərə gedərsə “mərhumun əziz xatirəsinə hörmətsizlik kimi qəbul oluna bilər”. O, hesab edir ki, bu cür yanaşma qadına qarşı aşkar zorakılıqdır. Eyni zamanda qeyd etmişdir ki, iddiaçı belə bir iddia ərizəsini məhkəməyə təqdim etməkdə, ona qarşı mənəvi, psixoloji zərbə vurmaq istəyir. Iddiaçının son zamanlar onu gördükdə şəxsiyyətini alçaldan sözlər deməsi bir daha göstərir ki, onun əsas məqsədi “mənəvi dəyərlərdən istifadə etməklə” onun evini ələ keçirtmək, ona heç nə verməmək və onu evsiz qoymaqdır. Iddiaçının ona qarşı belə bir iddia qaldırmaq hüququ yoxdur. Iddiaçı belə bir iddia ilə çıxış etmək üçün müvafiq subyektiv hüquqa malik olmalıdır. Cavabdeh göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində iddiaçı İddiaçı ona qarşı yaşayış sahəsindən istifadəyə xitam verilməsi və sahədən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid1 iddiaçının tanışı olmaqla yanaşı, sözügedən həyətdə iki evin olmasını, həmin evlərdən birində iddiaçı və onun Rizvan adlı oğlunun ailəsi ilə birlikdə yaşamasını, digər evin bünövrəsinin 2010-cu ildə onun tərəfindən qoyulmasını, cavabdehi tanımamasını, sözügedən evin tikintisi ilə bağlı bütün xərclərin Feyruz adlı şəxs tərəfindən çəkilməsini, həyətin qabaq hissəsindəki beş daş kürsülü evin onun tərəfindən tikilməsini, digər evin isə kim tərəfindən tikilməsini dəqiq bilmədiyini bildirmişdir.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid3 tərəflərin qonşusu olmaqla yanaşı, sözügedən evin damını şahid şahid1 ilə birlikdə qoyduqlarını, həmin həyətdə iki evin olmasını, sözügedən digər evin 2013-cü ildən sonra tikilməsini, sözügedən evin tikintisi ilə bağlı xərclərin hamısının iddiaçının mərhum oğlu və cavabdeh tərəfindən verilməsini bildirmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid2 iddiaçının qonşusu olmaqla yanaşı, iddiaçının ondan 8 x 10 ölçüdə bir ev tikməyi xahiş etdiyini, pulunu da iddiaçının verdiyini, cavabdehin gəlin gələrkən ilk əvvəl həmin evdə yaşadığını, daha sonra isə həyətdə ikinci evin tikildiyini, hər iki evin də onun tərəfindən tikildiyini, iddiaçının evini 2010-cu ildə, cavabdeh və iddiaçının mərhum oğlunun yaşadığı evi isə 2013-cü ildə tikdiyini, mərhumun ona pul vermədiyini, iddiaçının və oğlunun ona fəhlə kimi köməklik etdiklərini, ödənişin, yəni 300 manatın İddiaçı tərəfindən edildiyini bildirmişdir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 180.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.1, 12.2, 12.3, 13.2, 13.3, 30.1, 30.2-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 77.1, 88, 119.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1ndə inşa etdikləri tikilidə yaşayır. Mərhum oğlu X4 ## #### 2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh yəni mərhum oğlunun həyat yoldaşı Cavabdeh oğlunun vəfatından sonra bəzən onlarla, çox zaman isə öz ata evində yaşayır. Uzun müddətdir ki, cavabdeh qonşuluqda olanmərhum oğlu ilə gəlinin yaşadığı lakin iddiaçıya məxsus olan evin tikintisində iştirak etmiş şahid3 ilə münasibətdədir və cavabdeh həmin şəxsin də onlarla birgə yaşamasına nail olmağa çalışır. Lakin cavabdehin belə tələb və hərəkəti heç bir mənəvi-əxlaqi dəyərlərlə uzlamamaqla yanaşı iddiaçının mərhum oğlunun xatirəsinə hörmətsizlik kimi qəbul edilir. Belə olan təqdirdə iddiaçı cavabdehə bir neçə dəfə şifahi, hətda ## ##### 2025- ci il tarixdə isə cavabdehə yazılı müraciət olunaraq evdən köçməsi təklif edilmişdir. Lakin cavabdeh buna məhəl qoymadan öz davranışlarına davam etmişdir. Bu səbəblərdən dolayı iddiaçı tərəflər arasında gələcəkdə yarana biləcək hər hansı neqativ halların qarşısını almaq üçün qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə şübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır, yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, qətnamə qanuni və əsaslı deyildir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin etiraf və izahatlarına uyğun əsaslandırılmalıdır. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının tələbini yox, işdə olan sübutları tədqiq edərək əsaslandırılımış qətnamə qət etməli idi. Lakin məhkəmə işi tam araşdırmadan və izahatını almadan qətnamə qəbul edə bilməzdi. Ilkin olaraq qeyd edilməlidir ki, məhkəmə iddia tələbi üzrə işi araşdırarkən diqqət yetirməli olduğu bir sıra ciddi məqamlar mövcuddur: Birinci məqam mübahisə predmeti olan evin hüquqi statusu və bu statusa uyğun olaraq hazırkı iş üzrə tətbiq edilməli maddi və prosessual hüquq normaları. Ikinci məqam tərəflərin torpaq və tikili üzərində hüquqlarının yoxlanılması yəni evin kim tərəfindən, hansı vəsait hesabına tikilməsi; torpaq sahəsinin mülkiyyətçisinin olubolmaması; cavabdehin mübahisəli evdə qanuni yaşayış hüququnun olub-olmamaı. Üçüncü məqam fərdi yaşayış evindən faktiki istifadə və yaşayış vəziyyətinin yoxlanılması yəni cavabdehin həmin evdə daimi yaşayıb-yaşamaması, cavabdehin sözügedən evdən hansı əsasla istifadə etməsi. Dördüncü məqam isə qeyd olunan üç hala münasibətdə məhkəməyə təqdim edilmiş sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilməsi. Belə ki, tərəflərin izahatları və şahid ifadələri və sair. Hesab edir ki, birinci məqamla bağlı məhkəmənin tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgündür. Lakin digər əsaslara münasibətdə məhkəmə araşdırmasını və gəlinən nəticəni qəbul etmir. Belə ki, məhkəmə öz qətnaməsində yalnız iş üzrə dindirilmiş şahid ifadələrinə istinad etməklə ümumi olaraq sözügedən fərdi yaşayış evinin iddiaçının vəsaiti hesabına tikilmədiyini qeyd etsə də, iddia tələbinin əsassızlığını konkret hansı hallardan ibarət olmasını qeyd etməmişdir. Şahid ifadələrindən cavabdeh tərəfdən dəvət edilmiş şahid3 ifadəsinin sübut kimi qəbul edilməsinə etiraz edir. Belə ki, iddiaçı tərəf istər məhkəmə iclaslarındakı izahatlarında, həmçinin məhkəmənin ##.##.2025-ci il tarixli yerli baxış protokolunda sözügedən şəxsin iddiaçıya münasibətdə qərəzli olduğunu bildirmiş və onun ifadə verməsinin əleyhinə olduğunu qeyd etmişdir. Iddiaçı hesab edir ki, nə qədər ki, sözügedən şəxsin cavabdehlə münasibəti mövcuddur və həmin şəxs cavabdehin xeyrinə olacaq hər hansı hüquqi nəticədə maraqlıdır. Lakin bu etiraza baxmayaraq məhkəmə sözügedən şahidi dinləsə də, iddiaçı tərəfin etirazın rəddinə dair münasibəti nə məhkəmə iclas protokollarında, nə də məhkəmə qətnaməsində əsaslandırmamışdır. Iş üzrə iddiaçı tərəfindən məhkəmə iclasına dəvət edilmiş və ifadə vermiş digər iki şahidə münasibətdə isə məhkəmə onların ifadələrində ziddiyyətli məqamların nədən ibarət olmasını və yaxud hansı hallardan dolayı sözügedən ifadələrin iddia tələbinin təmin edilməsinə əsas olmadığını qeyd etməmişdir. Sözügedən hər iki şahid evin tikintisi sərf olunan vəsaitin nə cavabdeh, nə də onun mərhum həyat yoldaşına məxsus olmadığını qeyd etmişlər. Belə ki, onlar sözügedən evin tikintisi üçün evin məhz iddiaçı və digər oğlunun vəsaiti hesabına olduğunu qeyd etmişdirlər. Cavabdehin mərhum həyat yoldaşı isə sadəcə fəhlə kimi evin tikintisində bəzi məqamlarda ustalara kömək etmişdir. Ev iddiaçının vəsaiti hesabına tikilmişdir. Belə ki, şahid ifadələrində və hətta cavabdehin iddiaya etirazında qeyd etdiyi iddiaçının xaricdə yaşayan digər oğlunun göndərmiş olduğu pul vəsaiti əslində atasına yəni iddiaçıya dolanmaq üçün göndərdiyi pay olmuşdur. Lakin iddiaçı həmin paydan evin tikintisini də həyata keçirmişdir. Belə ki, iş materiallarında olan istər yerli müayinə protokolunda, istərsə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etirazda cavabdeh etiraf etsə də ki, evin tikintisində qaynı və qaynatası cavabdehin mərhumun həyat yoldaşına köməklik etmişdir, lakin məhkəmə bu qeyd olunan halları nəzərə almamış, cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyi kimi iddia tələbini təmin etməmişdir. Məhkəmə öz qətnaməsində yalnız iş üzrə dindirilmiş şahid ifadələrinə istinad etməklə ümumi olaraq sözügedən fərdi yaşayış evinin iddiaçının vəsaiti hesabına tikilmədiyini qeyd etsə də, iddia tələbinin əsassızlığını konkret hansı hallardan ibarət olmasını qeyd etməmişdir. Qeyd olunan fərdi yaşayış evinin tikintisinin iddiaçı tərəfindən tikilməsini təsdiq edən əlavə şahidlər də mövcuddur. Hansı ki onların da verəcəyi ifadələr iş üzrə araşdırmanın obyektiv aparılmasına xidmət edəcəkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

21. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

22. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

23. 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası)

24. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

25. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin

26. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.

27. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.

28. Maddə 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir.

29. Maddə 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir.

30. Maddə 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.

31. Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

32. Maddə 30.2.əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun

33. 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur.

34. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 217.2 qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Kollegiya qeyd edir ki, iddiaçı qətnaməni ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, hazırki halda qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

45. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

47. Işin halları ilə müəyyən edilir ki, cavabdeh Cavabdeh hazırki iş üzrə iddiaçının oğlu, yəni X4 ilə ##.##.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar, X4 ## #### 2022-ci il tarixdə vəfat etmişdir. Nikahda olduqları müddət ərzində cavabdeh Cavabdeh ilə mərhum həyat yoldaşı R.Əsgərov ünvan 1ndə yerləşən fərdi yaşayış evində yaşamışlar. Birinci instansiya məhkəməsində icraat zamanı həmin ünvanda yerində müayinə keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdehin yaşadığı ev ünvana giriş qapıdan daxil olduqda qabaq hissədə yerləşir və bir mərtəbəli evdən ibarətdir. Torpaq sahəsinə daxil olduqda sağ hissədə başqa bir tikili mövcuddur və həmin tikilidə hazırki iş üzrə iddiaçı öz ailəsi ilə birlikdə yaşayır. Bundan başqa, küçədə hər iki tikiliyə ayrı-ayrılıqda qaz və elektrik sayğacları quraşdırılmışdır.

48. Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti Başçısının 28 X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən “AAA” Vəkil bürosunun vəkili nümayəndə1 ünvanlanmış ## ##### 2025-ci il tarixli məktubla təsdiq edilmişdir ki, İddiaçı Binəqədi rayonu, 28 May qəsəbəsi, Şəfa küçəsində zəbt olunmuş torpaqda özbaşına tikilmiş evdə ailə üzvləri, yəni həyat yoldaşı X2 və gəlini Cavabdeh ilə birlikdə yaşayır.

49. Iddiaçı iddia tələbində fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsinə əsaslanaraq, cavabdeh, yəni keçmiş gəlini Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmasını tələb etmişdir. Apellyasiya şikayətində sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilmədiyini, şahid ifadələrinə və izahatlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etmişdir.

50. Qeyd edilməlidir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan qanuni əsasla əmlaka sahiblik edən şəxsə məxsusdur. Bu baxımdan hazırki iş üzrə iddiaçının cavabdehin fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir.

51. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. Iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.

52. Kollegiya hesab edir ki, iddia tələbində qeyd edilən mübahisəli fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən edildiyindən və özbaşına tikilidən çıxarılma məsələlərini birbaşa tənzimləyən maddi hüquq normaları mövcud olmadığından birinci instansiya məhkəməsi mübahisəyə analoji münasibətləri tənzimləyən hüquq normalarını tətbiq etməklə haqlı olmuşdur.

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası).

54. Cavabdeh mübahisəli evdə 2013-cü ildən yaşadığından məhkəmə mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ## ####### 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsini tətbiq etməklə iddianın hüquqi əsasını müəyyən edərək maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

55. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

56. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur (180.2).

57. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

58. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı şahid ifadələrinə düzgün hüquqi qiymət verilmədiyini, şahid şahid3 iddiaçıya münasibətdə qərəzli olduğunu, digər şahid ifadələrinin mötəbər sübut kimi qəbul edilməli olduğunu, iddiaçının xaricdə yaşayan digər oğlunun iddiaçıya göndərdiyi pul vəsaiti ilə evin tikintisini həyata keçirdiyini qeyd etməklə mübahisəli fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsini bildirsə də, sözügedən mübahisəli fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Şahid ifadələri ilə sözügedən fərdi yaşayış evinin məhz iddiaçının şəxsi vəsaiti hesabına tikilməsi öz təsdiqini tapmamışdır. Apellyasiya şikayətində qeyd ounanlar subyektiv mülahizələr olmaqla iddianın təmin edilməsinə əsas vermir. Hazırki halda mübahisəli yaşayış evi özbaşına tikili olmaqla yanaşı, iddiaçının şəxsi vəsaiti hesabına tikilməsi öz təsdiqini tapmadığından və daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan qanuni əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, iddiaçının belə bir tələb irəli sürməklə bağlı subyektiv hüquqa malik olmamışdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir.

61. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

62. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

64. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən dövlət rüsumunu iddiaçının özünə aid etməkdə məhkəmə haqlı olmuşdur. Hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar