Məhkəmə qərarları › İş №2(3-6)-1310/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1310/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1310/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı Şəhərı ** saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri ** saylı notariat ofisində tərtib olunmuş ##.##.2025-ci il tarixli, 8İ-**** reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76cı maddəsinə əsasən AZ1095, ünvan 1 ünvanında yerləşən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin VÖEN: ********** xeyrinə vaxtında ödənilməmiş 11289 manat 64 qəpik (on bir min iki yüz səksən doqquz manat altmış dörd qəpik) məbləğin tutulması barədə 8İ-**** №-li, ##.##.2025-ci il tarixli İcra qeydi aparılmışdır. İddiaçı icra qeydi ilə razılaşmır və aşağıdakı səbəblərdən onu əsassız hesab edir. Qeyd olunan icra sənədinə səbəb olmuş Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusunun icra qeydi onlara rəsmi qaydada təqdim olunmamış və İcra qeydindən yalnız İcra şöbəsi tərəfindən ##.##.2025-ci il tarixdə iş yerinə əmək haqqına yönəldikdən sonra məlumatı olmuşdur. Bütün bu olanlara görə işdən azad edilmişdir. Borcla razılaşmır və tərəfindən edilmiş ödənişlər nəzərə alınmamışdır. Qanunvericiliyin tələblərinə əsasən Notariusda İcra qeydi həyata keçirilməmişdən öncə tələbkar tərəfindən icra qeydinin aparılmasına 20 gün qalmış bu barədə onların ünvanına heç bir bildiriş daxil olmamış və məlumatlandırılmamışdır. Bu halda bu icra qeydinin aparılması həyata keçirilə bilməz. Bu da icra qeydinin qanunvericiliyin tələblərindən kənara çıxmaqla tərtib edildiyinin göstəricisidir. Qanunvericiliyə əsasən icra qeydinin aparılması üçün növbəti ödənişlərin müddətini keçirməyə görə vətəndaşlardan borcu və müamiləni tutmaqdan ötrü icra qeydi almaq üçün borclunun tapşırıq-öhdəliyinin əsli, borcun (müamilənin) məbləği və ödənilməsi müddətləri göstərilməklə, borclunun şəxsi hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarışı təqdim olunmağı tələb olunur. Odur ki, Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən aparılmış 8İ-**** №-li, ##.##.2025-ci il tarixli icra qeydi ləğv olunmalıdır.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddianın təmin edilməsi, Bakı şəhəri ** saylı notariat ofisində tərtib olunmuş ##.##.2025-ci il tarixli, 8İ-**** reyestr nömrəli icra qeydinin ləğv edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli, bildirişin çatdırıldığını təsdiq edən sənədi təqdim etməli olduğu halda, həmin bildirişin iddiaçıya çatdırılmasını təsdiq etmədən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC notariat ofisinə müraciət etməzdən əvvəl borcluya qeyd olunan məzmunda bildirişin çatdırılmasını göstərən qəbzi məhkəməyə təqdim etsə də, həmin bildirişin borcluya çatdırılmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, hesablanmış borca münasibətdə tərəflər arasında mübahisənin olduğu, dəbbə pulunun tənasübsüz hesablandığının bəlli olduğu halda, mübahisəsiz borc kimi icra qeydinin aparılması da qanunamüvafiq olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə borcalan öhdəliyi lazımınca yerinə yetirmədiyindən tərəflərindən ##.##.2025-ci il tarixli bildiriş göndərilmiş və bildirişdə qeyd olunmuşdur ki, 20 gün müddətində borc ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacaqdır. Həmin bildiriş hazırki iş üzrə iddiaçı İddiaçı ##.##.2025ci il tarixində çatdırılmış, lakin borcalan özü şəxsən qəbul etməsə də, onun ailə üzvlərindən biri bildirişi qəbul etmişdir. Göründüyü kimi borclu və yaxınları həmin bildirişdən məlumatlı olmuş, lakin qərəzli olaraq bildirişi qəbul etmədiyini və belə bildirişdən xəbərdar olmadığını bildirmişdir. Borclunun bildirişi şəxsən almaması icra qeydinin ləğvi üçün əsas deyildir. Təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və borclu barəsində aparılan icra qeydinin tam əsaslı səbəbdən aparıldığını göstərir. Göründüyü kimi məhkəmənin qətnamə qəbul edən zaman gəldiyi nəticə tamamilə yanlışdır. Bundan əlavə, qətnamədə qeyd olunub ki, bank tərəfindən hesablanmış 5740,74 manat məbləğində cərimə, 5146,49 manat ödənilməmiş kredit borcuna münasibətdə açıq-aşkar tənasübsüz hesablanmışdır və cərimənin hansı əsasla hesablandığını təsdiq edən sübutlar əlavə edilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli, İK İK141768/22 saylı kredit müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuşdur ki, əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 20 % olmaqla cərimə faizi ödəyir. Həmin müqavilə isə borcalanın özü tərəfindən imzalanmışdır. Tərəf müqavilənin şərtlərinə əməl etməmiş və nəticədə gecikmə yaranmışdır ki, Bank da müqavilədə qeyd olunan hüququndan istifadə edərək həmin gecikmə gününə uyğun olaraq cərimə məbləği müəyyən etmişdir. Həmçinin, məhkəmə ekspertiza təyin etmədən öz mülahizəsinə əsasən hesab etmişdir ki, həmin cərimə məbləği əsas borca nisbətdə tənasübsüz hesablanıb. Ancaq qeyd etmək vacibdir ki, cərimə məbləğinin hesablanması xüsusi bilik tələb edən məsələ olduğuna görə ekspertizanın təyin edilməsi daha məqsədəmüvafiq olardı. Məhkəmə isə ekspertiza təyin etmədən icra qeydini əsassız olaraq ləğv etmişdir. Tərəflər öz iradələri ilə müstəqil şəkildə müqaviləni imzalamışlar və buradan da belə nəticəyə gəlmək olar ki, kredit müqaviləsində qeyd olunan cərimə faizinin miqdarı qarşılıqlı razılaşma ilə müəyyənləşdirilmişdir. Lakin məhkəmə işin araşdırılması zamanı bu faktı nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, poçt xəbərnaməsində imza etmiş Qədimovanın borclunun ailə üzvü olub-olmaması məhkəmə tərəfindən yoxlanılmamış, bu barədə heç bir sənəd və ya sübut tələb edilməmişdir. Yalnız imzanın borclunun özünə məxsus olmaması faktı və öz adının olmaması bildirişin çatdırılmaması kimi qiymətləndirilə bilməz, çünki poçt qaydaları ailə üzvünə təslim etməni qanuni sayır. Məhkəmənin bu mühüm faktı araşdırmadan qətnamə çıxarması onun ləğv edilməsi üçün mütləq əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın II hissəsinə əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin nümayəndəsi Nümayəndə izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materiallarında olan Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 8İ-**** reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin xeyrinə ödənilməmiş 5523,90 manat əsas borc, 5740,74 manat cərimə borcu və ödənilmiş 25 manat dövlət rüsumu, ümumilikdə 11289,64 manat pul tutulmalıdır.

17. İş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC və İddiaçı (borc alan) arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 19000 manat məbləğində, 36 ay müddətinə qaytarmaq şərti ilə kredit verir, borc alan bu kreditdən istifadəyə görə 20% olmaqla faiz ödəyir.

18. İş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən İddiaçı (ünvan 2) və X4 ünvanlanmış ##.##.2025-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki, müqavilə üzrə ##.##.2025-ci il tarixə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə 5146,49 manat əsas, 377,41 manat faiz, 5740,74 manat cərimə olmaqla, cəmi borcu 11264,64 manat təşkil etməsi, borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir.

19. İş materiallarında olan “Qumru-D” ekspres tərəfindən tərtib edilmiş qaimədən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən İddiaçı (ünvan 2) ünvanlanmış ##.##.2025-ci il tarixli bildiriş məktubu ##.##.2025- ci il tarixdə Qədimova adlı şəxs tərəfindən təhvil alınmışdır.

20. İş materiallarında olan ## #### 2025-ci il tarixli, *** saylı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən tərtib edilmiş maliyyə arayışının surətindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC –nin Binəqədi filialı İddiaçı arasında ## ####### 2022-ci il tarixli, İK-141768/22 saylı kredit müqaviləsi bağlanmışdır. Borcalan həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, ##.##.2025-ci il tarixədək borcalan banka əsas borc üzrə 5146,49 manat, faiz borcu 377,41 manat dəbbə pulu olaraq 5740,74 manat, cəmi 11264,64 manat məbləğində ödənilməmiş borcu qalmışdır.

21. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs xxxx ASC arasında ##.##.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, borc verən borc alana 19000 manat məbləğində, 36 ay müddətinə qaytarmaq şərti ilə kredit vermiş, borc alan bu kreditdən istifadəyə görə 20% olmaqla faiz ödəməli idi. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyindən, onun 5523,90 manat əsas borc, 5740,74 manat cərimə borcu və ödənilmiş 25 manat dövlət rüsumu, ümumilikdə 11289,64 manat borcu yaranmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC isə iddiaçının kredit müqaviləsindən irəli gələn borcunun ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən ##.##.2025-ci il tarixdə müvafiq icra qeydi verilmişdir.

22. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC apellyasiya şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarətdir ki, müqavilə üzrə borcalan öhdəliyi lazımınca yerinə yetirmədiyindən tərəflərindən ##.##.2025-ci il tarixli bildiriş göndərilmiş və bildirişdə qeyd olunmuşdur ki, 20 gün müddətində borc ödənilmədiyi təqdirdə notarius tərəfindən icra qeydi aparılacaqdır. Həmin bildiriş hazırki iş üzrə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixində çatdırılmış, lakin borcalan özü şəxsən qəbul etməsə də, onun ailə üzvlərindən biri bildirişi qəbul etmişdir. Göründüyü kimi borclu və yaxınları həmin bildirişdən məlumatlı olmuş, lakin qərəzli olaraq bildirişi qəbul etmədiyini və belə bildirişdən xəbərdar olmadığını bildirmişdir. Borclunun bildirişi şəxsən almaması icra qeydinin ləğvi üçün əsas deyildir.

23. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC apellyasiya şikayətində qeyd etdiyi bu dəlilə münasibət bildirərək ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. İş materiallarında olan “Qumru-D” ekspres tərəfindən tərtib edilmiş qaiməyə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən İddiaçı (ünvan 2) ünvanlanmış ##.##.2025-ci il tarixli bildiriş məktubunun ##.##.2025-ci il tarixdə Qədimova adlı şəxs tərəfindən təhvil alınması qeyd edilsə də, lakin həmin şəxsin İddiaçı münasibətdə qohumluq dərəcəsi, onun ailə üzvü olubolmaması həmin qaimədən görünmür. Hazırda iddiaçı ##.##.2025-ci il tarixli bildiriş məktubunun ona rəsmi qaydada təqdim olunmadığını iddia edir.

24. Məhkəmə kollegiyası hesab edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli bildiriş məktubunun naməlum şəxs tərəfindən qəbul edilməsi, məktubun iddiaçıya çatdırılması anlamına gəlmir. Qeyd olunmalıdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən nə birinci instansiya məhkəməsində, nə də hazırki apellyasiya baxışında ##.##.2025-ci il tarixli bildirişin iddiaçıya çatdırılmasını sübut edən hər hansı digər sübut məhkəməyə təqdim olunmamışdır. Buna görə, məhkəmə kollegiyası iddiaçının ##.##.2025-ci il tarixli bildiriş məktubunun alması barədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin apellyasiya şikayətində qeyd etdiyi dəlili əsassız hesab edir.

25. Bundan əlavə, apellyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi məhkəmə ekspertiza təyin etmədən öz mülahizəsinə əsasən hesab etmişdir ki, həmin cərimə məbləği əsas borca nisbətdə tənasübsüz hesablanmışdır.

26. Bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı borc məbləğini mübahisələndirərək əsassız dəbbə pulunun hesablandığını, borcun onun tərəfindən aparılmış ödənişlər nəzərə alınmadan hesablandığını bildirmiş və hesablanmış borca münasibətdə tərəflər arasında mübahisənin olduğu, dəbbə pulunun tənasübsüz hesablandığı bəlli olduğu halda, mübahisəsiz borc kimi icra qeydinin aparılması da qanunamüvafiq olmamışdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın II hissəsinə əsasən icra qeydi almaq üçün alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunmalıdır. Lakin iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən tərtib edilmiş ## #### 2025-ci il tarixli, *** saylı maliyyə arayışında borc üzrə faiz və cərimələrin hesablanma tarixi və qaydası göstərilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı tələb olunan qaydada tərtib edilmədiyindən və orada göstərilən məlumatlar natamam olduğundan, iddiaçıdan icra qeydinə əsasən əsas borca görə hesablanmış cərimə məbləğinin tələb olunması əsassızdır.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar