Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1316/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olunan günə kimi orta aylıq əmək haqqının ödənilməsi, mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə hakimlər: X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olunan günə kimi orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ##.##.2025-ci il tarixli, ***/Ü nömrəli əmrinin qismən, iddiaçıya aid 2-ci bəndinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə Pirəbədil meşəbəyliyinin meşəbəyi vəzifəsinə işə bərpa edilməsi, işə bərpa ediləcəyi günə qədər məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, hüquqi yardımla bağlı xidmət haqqı kimi bağlanmış müqavilə üzrə 300 manat və mənəvi zərər kimi 10.000 manat təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2012-ci il tarixli, *** nömrəli əmrlə Şabran rayonu, Çuxurəzəmi meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. ##.##.2018-ci il tarixli, ***/K nömrəli əmrlə Pirəbədil meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. ##.##.2022-ci il tarixli, ***/K nömrəli əmrlə işdən azad olunmuşdur. ##.##.2023-cü il tarixli əmrlə Pirəbədil meşəbəyliyinə fəhlə, ##.##.2023-cü il tarixli əmrlə Pirəbədil meşəbəyliyinə meşə gözətçisi, ##.##.2023-cü il tarixli əmrlə Pirəbədil meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdə işinin öhdəsindən daim müvəffəqiyyətlə gəlmiş və öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. Lakin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ##.##.2025-ci il tarixli, ***/Ü nömrəli əmrinə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Həmin əmrdə qeyd olunur ki, * saylı X8 Mərkəzinin Pirəbədil meşəbəyliyinin * saylı meşə dolayında “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən meşə fondu torpağı kürünərək diametrli ağac və kol cinsləri məhv edilmiş 1.3 ha ərazidə torpağın üst münbit qatı korlanmışdır. Nəticədə X1 277.572,13 manat zərər hesablanmışdır. Göründüyü kimi, Pirəbədil meşəbəyliyinin meşəbəyisi İddiaçı vəzifə təlimatı üzrə müəyyən olunmuş vəzifələrini, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş, nəticədə dövlətin qanunla qorunan mənafelərinə 277.572,13 manat məbləğində ziyan dəymişdir. Məsələ ilə bağlı ##.##.2025-ci il tarixdə * saylı X8 Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və Pirəbədil meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. “Azneft” İB tərəfindən Şabran rayonu Pirəbədil kəndi ərazisində yerləşən "Şabran" otelin ərazisindən işıq dirəklərinin çıxardılaraq Pirəbədil meşəbəyliyinin * saylı dolayının ərazisinə yerinin dəyişilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Meşələrin İnkişafı Xidmətinə müraciət ünvanlanmışdır. Bununla bağlı Meşələrin İnkişafı Xidməti tərəfindən * saylı X8 Mərkəzinə məktub ünvanlanmışdır. Bundan sonra idarənin və “Azneft” İB-nin əməkdaşları ilə birlikdə həmin yerə baxış keçirdi. “Azneft” İB-nin əməkdaşları işıq dirəklərinin basdırılacağı yerləri göstərdilər, həmin ərazidə ağac və kolların diametrini, cinsini, dəyərini hesablayaraq həcm cədvəli hazırlayaraq aktlaşdırıb idarəyə təqdim etdi, idarə isə Meşələrin İnkişafı Xidmətinə təqdim etdi. Sadəcə olaraq “Azneft” İB müraciətin nəticəsini bir müddət gözlədikdən sonra müvafiq sənədin gəlməməsinə baxmayaraq, qeyriiş günlərində, yəni, 2025-ci ilin iyun ayının 15 və 16-sı tarixlərində xəbəri olmadan icazəsiz olaraq tikinti-quraşdırma işlərini aparmışdır. İşlədiyi dövrdə Pirəbədil meşəbəyliyinin meşəbəyisi olaraq 6400 hektar əraziyə nəzarət etmişdir. İşlədiyi dövrdə nəzarəti altında olan əraziləri hissə-hissə gəzmişdir. Belə ki, 1-2 gün ərzində qeyd olunan ərazini gəzib qurtarmaq mümkün deyildir. Meşə gözətçiləri əgər ərazidə hər hansısa qanunazidd halı aşkar edərlərsə məlumat verirlər və o da, dərhal həmin əraziyə gedirdi. Belə ki, “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən qanunsuz olaraq tikinti-quraşdırma işləri Pirəbədil meşəbəyliyinin * saylı dolayının 8-ci kvartal ərazisində, 2025-ci ilin 15-16 iyun tarixlərində aparılmış, həmin günlər qeyri-iş günləri olmuşdur. 2025-ci ilin iyun ayının 17-si axşamüstü həmin ərazidə qanunsuz olaraq tikintiquraşdırma işlərinin aparıldığı barədə meşə gözətçisi tərəfindən məlumat verilmişdir. O, 2025-ci ilin iyun ayının 18-i səhər həmin ərazidə olmuş və “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparıldığını, ərazidə kol-kosların qırıldığını görmüş, Şabran rayonu, Pirəbədil kəndi ərazisində yerləşən “Şabran” otelin ərazisindən işıq dirəklərinin çıxardılaraq Pirəbədil meşəbəyliyinin * saylı dolayının ərazisində basdırıldığı məlum olmuşdur. * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin əraziyə gələrək, yerində baxış keçirilərək müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin əməkdaşlarına etirazı bildirmişdir. Bildirilmişdir ki, görülən işlər razılaşdırılıb, 2 gün ərzində işıq xətlərinin yeri dəyişdirilməlidir. Buna baxmayaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Meşələrin İnkişafı Xidmətinə bu barədə məlumat verilmişdir. Sonradan, həmin faktlara hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərilmişdir. “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin və “Şabran” otelin əməkdaşları işdən azad olunmaq yerinə heç bir əsas olmadan işdən azad olunmuşdur. Göründüyü kimi, o özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi şəkildə yerinə yetirmiş, üzərinə düşən əmək vəzifələrini pozmamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ##.##.2025-ci il tarixli, ***/Ü nömrəli əmri əsassız və qanunsuzdur. Həmin qanunsuz və əsassız əmr əsasında o işindən məhrum olmuşdur. Bundan sonra o, işin mediasiya vasitəsi ilə həll olunması məqsədi ilə əmək mübahisəsi, işə bərpa tələbləri ilə ##.##.2025-ci il tarixdə Quba * saylı Mediasiya Təşkilatına müraciət etdi. Qarşı tərəfin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmək üçün gəlməmiş, nəticədə ona Quba * saylı Mediasiya Təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli arayış verilmişdir. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ##.##.2025-ci il tarixli, ***/Ü nömrəli əmri ləğv edilməli, o əvvəlki vəzifəsinə işə bərpa olunmalı və əmək müqaviləsinə xitam verildiyi tarixdən işə bərpa olunacağı günə qədər məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim A.Əsədzadə) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmrin ləğv edildiyi tarixdən işə bərpa olan günə kimi orta aylıq əmək haqqının ödənilməsi, mənəvi zərərin əvəzinin tutulması tələbinə dair iddiası təmin edilməmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmrin əsası – məsul olduğu meşəbəyliyin ərazisində lazımi icazələr alınmadan aparılmış tikinti-quraşdırma işlərinə mane olmayaraq, Meşə fonduna zərər vurulmasına səbəb olmuş vəzifə təlimatının yerinə yetirilmədiyi işin faktiki halları ilə öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli akt və məlumatdan görünür ki, kürünmə nəticəsində həmin ərazidə olan müxtəlif diametrlərdə palıd cinsindən 820 ədəd, goyuş cinsindən 284 ədəd, qarağac 153 ədəd, ağcaqayın 85 ədəd, fısdıq 22 ədəd, vələs 450 ədəd, ağac heyva cinsindən 10 ədəd, fındıq cinsindən 85 ədəd, alça cinsindən 4 ədəd olmaqla, cəmi 142 ədəd kol, ümumilikdə 2540 ədəd yaşıllıq, o cümlədən cücərti və yeniyetmələri kürünərək məhv edilmiş, torpağın üst munbit qatı götürülmüş, nəticədə X1 dəymiş zərərin məbləği 277.572,13 manat təşkil etmişdir. Məhz bu akt işəgötürən tərəfindən yol verilmiş pozuntunun əhəmiyyətini qiymətləndirmək, veriləcək intizam tənbeh tədbirinin növünü seçmək üçün əsas olmuş, bundan sonra, ##.##.2025-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. İddiaçının əmək müqaviləsinin ləğv edilməsi üçün faktiki və qanuni əsaslar mövcud olmuş, əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun ləğv edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, meşəbəyliyin ərazisində həyata keçirilməli olan işlərlə bağlı Azərbaycan Respublikası Prezident Adminstrasiyasından verilən rəsmi tapşırığın icrası ilə bağlı aidiyyəti orqanlar tərəfindən müvafiq işlər görülmüş və bu işlərin həyata keçirilməsi prosesində dövlət orqanlarının qarşılıqlı fəaliyyəti nəticəsində görülən bütün işlərin qanun çərçivəsində həyata keçirildiyinə bu sahədə çalışanlarda təbii olaraq etimad və inam yaranmışdır. Beləliklə də, 15-## #### 2025-ci il tarixlərdə qeyri-iş günlərində “Azneft” İB “Siyəznneft” Neft və Qazçıxartma İdarəsi tərəfindən müvafiq qaydada meşəbəyliyin ərazisində əvvəlcədən müvafiq qaydada icazə alınmadan müəyyən işlər həyata keçirilən zaman görülən işlərin müvafiq razılıq və prosedur əsasında aparıldığına heç bir kəsin haqlı olaraq şübhəsi yaranmamışdır. Lakin dövlət orqanının (“Azneft” İB “Siyəznneft” Neft və Qazçıxartma İdarəsinin) məsuliyyətsiz və qəbul edilməz davranışı nəticəsində qeyri-iş günlərində qanunsuz aparıldığı fəaliyyətə görə müvafiq qaydada rəsmi işə cəlb edilməmiş işçinin (meşəbəyi İddiaçı) fəaliyyətində nöqsan axtarılması və həmin şəxsin təqsiri sübuta yetirilmədən tələsik formada əmək qanunvericiliyinin tələbləri pozulmaqla intizam tənbeh tədbirinin ən ağır sanksiyası (işdən azad edilməsi) formasında cəzalandırılması qanunsuz və əsassız olmaqla ədalətsiz yanaşmadır. Belə ki, cavabdeh orqan təqsiri heç bir formada təsdiq olunmayan işçi barəsində intizam tənbeh tədbiri kimi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən işçinin konkret olaraq hansı öhdəliyi yerinə yetirmədiyini qeyd etməyərək əmək qanunvericiliyinin tələbini pozmuşdur. İşəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsi ilə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını belə gözləməmiş və yaxud da formal göstəriş xarakterli icra etməklə gözdən pərdə asmağa çalışmışdır. İntizam tənbeh tədbiri kimi işdən azad edilmə barədə əmrə diqqət yetirdikdə əmrin ümumi fikirlərdən ibarət olduğu və əmrin təsviri (giriş) hissəsinin 4-cü abzasında yalnız bir cümlə ilə “Göründüyü kimi Pirəbədil meşəbəyliyinin meşəbəyisi İddiaçı vəzifə təlimatı üzrə müəyyən olunmuş vəzifələrini, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş, nəticədə dövlətin qanunla qorunan mənafelərinə ziyan dəymişdir” ifadəsi və həmçinin mübahisələndirilən əmrin qərar hissəsinin 2-ci bəndində “meşəbəyliyin ərazisində “Azneft” İB “Siyəznneft” Neft və Qazçıxartma İdarəsi tərəfindən qanunsuz aparılmış tikinti quraşdırma işlərinə mane olmayaraq vəzifə təlimatı və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin” qeyd etməklə əmri əsaslandırmağa çalışmışdır. Lakin işəgötürənin mübahisələndirilən əmrində konkret olaraq vəzifə təlimatı üzrə hansı vəzifəni və yaxud əmək müqaviləsində nəzərdə tutulmuş hansı öhdəliyi meşəbəyinin yerinə yetirilmədiyini qeyd etməmişdir. Qanunsuz aparılmış tikinti quraşdırma işlərinə necə və hansı yolla mane olunmalı olduğunu isə məhkəmə aydınlaşdırmalı olduğu halda bunu həyata keçirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İddiaçı İddiaçı məhkəmə kollegiyasının keçirilən iclaslarında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə2 məhkəmə kollegiyasının keçirilən iclaslarında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi nümayəndə1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində), habelə dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
Maddə 71. Bənd 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.
Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması.
Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
Maddə 83. 1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
Maddə 186. 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Bənd 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.
Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
-Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; -Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; -Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. İş materiallarında olan “Azneft” İB-nin məhkəmə sorğusuna verdiyi ##.##.2025-ci il tarixli cavabdan görünür ki, Şabran rayonu Pirəbədil kəndi ərazisində yerləşən “Şabran” Yaradıcılıq İstirahət Kompleksinin ərazisindən keçən və “Siyəzən” yarımstansiyasından qidalanan 35 KV-luq “Zağlı-Zeyvə” X4 Xətlərinin (HEVX) təxirəsalınmadan ərazidən köçürülməsi zərurəti yaranmışdır. Sözügedən layihənin icrası məqsədi ilə meşə fondu torpaqları daxilində ağac və kol bitkilərinin budanması və kəsilməsi, texnikanın hərəkəti üçün yolun açılması, qazıntı işlərinin aparılması, dayaqların basdırılması, xətlərin çəkilməsi və digər zəruri texniki işlərin həyata keçirilməsinə icazə verilməsi üçün “SOCAR”ın baş ofisi tərəfindən ##.##.2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmişdir. Lakin işlər başa çatdırıldıqdan sonra müraciətə rəsmi münasibət bildirilmiş və layihə ərazisinə düşən ağac və kol bitkilərinin sayının çoxluğunu, həmçinin hava xətləri boyunca texnikanın hərəkəti üçün yolun açılmasının zəruriliyi nəzərə alınaraq, mövcud X4 Xətlərinin köçürülməsi üçün alternativ marşurutun seçilməsinin məqsədəmüvafiq olduğu hesab edilmişdir.
17. * saylı X8 Mərkəzinin direktor müavini-Baş meşəbəyisi X2 tərəfindən verilən ##.##.2025-ci il tarixli izahatdan görünür ki, Mərkəzin Pirəbədil meşəbəyliyinin * saylı dolayın 8-ci kvartalında “Azneft” İB “Siyəzənneft” NQÇİ-nin Zağlı-zeyvə X4 xətlərinin özbaşına köçürülməsi ilə əlaqədar meşəbəyi və meşə gözətçisi tərəfindən mərkəzə rəsmi və ya şifahi məlumat daxil olmadığı üçün aparılmış işlərdən xəbəriz olmuşdur. Həmin işlər meşəbəyinin verdiyi şifahi məlumata görə 14-15-16 iyun tarixlərində həyata keçirilmişdir. Həmin günlərdə istirahət günləri olduğundan xəbəri olmamışdır. ##.##.2025-ci il tarixdə məlumat daxil olan kimi əraziyə getmiş, məlum olmuşdur ki, ərazi kürünüb dirək basdırılıb, naqillər bərkidilir. Dəfələrlə işi dayandırma təkid olunsa da, onlar icazə alacaqlarını bildirərək işlərini davam etmişlər. Onlar kimliklərini bildirmək istəməsələr də, “SOCAR”ın əməkdaşları olduqları məlum olmuşdur.
18. * saylı X8 Mərkəzinin Pirəbədil meşəbəyliyinin meşəbəyi İddiaçı tərəfindən verilən ##.##.2025-ci il tarixli izahatdan görünür ki, Mərkəzin Pirəbədil meşəbəyliyinin * saylı dolayın 8-ci kvartalında elektrik dirəklərinin basdırılması üçün həmin ərazidə ağac və kol bitkilərinin təmizlənməsi işlərinin aparılması 15-16 iyun tarixlərində qeyri-iş günlərindən istifadə nəticəsində baş vermişdir. ##.##.2025- ci il tarixdə * saylı dolayın meşə gözətçisi Rabil Babayev telefon vasitəsi ilə məlumat vermiş, 18 iyun tarixində o həmin əraziyə getmiş, ərazinin küründüyünü, dirəklərin basdırıldığını gördükdən sonra * saylı idarənin işçiləri gəlmişlər. O, dəfələrlə işi dayandırmağı təklif etsə də, icazə alacaqlarını bildirmişlər.
19. * saylı X8 mərkəzinin Pirəbədil meşəbəyinin * saylı dolayın 8-ci kvartalı tərəfindən tərtib edilən ##.##.2025-ci il tarixli aktdan görünür ki, Meşələrin İnkişafı Xidmətinə daxil olmuş şifahi məlumata əsasən * saylı X8 Mərkəzinin Pirəbədil meşəbəyliyinin * saylı dolayının 8-ci kvartalın bir hissəsində 13 hektar sahə ağır texnika vasitəsi ilə kürünmüş ərazidəki ağac və kollar əsasən torpağın altında qalmışdır. Ərazidə 7 ədəd yüksək gərginlikli X4 xətlərinin çəkilməsi məqsədilə dəmir dayaqla basdırılmışdır. Məlum olmuşdur ki, bu işlər heç bir icazə sənədi olmadan “Azneft” İB “Siyəzənneft” NQÇİ tərəfindən “Zağlı- Zeyvə” X4 Xətlərinin köçürülməsi nəticəsində olmuşdur. Kürünmə nəticəsində həmin ərazidə olan müxtəlif diametrlərdə palıd cinsindən 820 ədəd, goyuş cinsindən 284 ədəd, qarağac 153 ədəd, ağcaqayın 85 ədəd, fısdıq 22 ədəd, vələs 450 ədəd, ağac heyva cinsindən 10 ədəd, fındıq cinsindən 85 ədəd, alça cinsindən 4 ədəd olmaqla, cəmi 142 ədəd kol ümumilikdə 2540 ədəd yaşıllıq o cümlədən cücərti və yeniyetmələri kürünərək məhv edilmişdir. Torpağın üst munbit qatı götürülmüşdür.
20. Akta əlavə edilmiş * saylı X8 mərkəzinin Pirəbədil meşəbəyinin xidməti ərazilərindən keçən “Siyəzənneft” NQÇİ-nin “Zağlı-Zeyvə” X4 xətlərinin qanunsuz köçürülməsi barədə məlumatdan görünür ki, “Zağlı-Zeyvə” X4 xəttinin qanunsuz köçülürməsi zamanı 2398 ədəd ağac, 142 ədəd kol olmaqla, cəmi 2540 ədəd yaşıllıq götürülmüşdür, X1 dəymiş zərərin məbləği 277.572,13 manat təşkil edir.
21. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-**/*-***/**** nömrəli təqdimatına əsasən Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən qanunvericilik aktı və vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə * saylı X9 Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilməsi məsələsinə baxılması xahiş edilmişdir.
22. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin * saylı X8 Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı göndərilən bildirişdən görünür ki, qanunverilik aktı və vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifələrini pozduğuna görə İddiaçı əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilib-verilməməsi məsələsi ##.##.2025-ci il tarixdə 14:00-da * saylı RMTM-in inzibati binasınıda * saylı X8 Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müzakirə olunması üçün İddiaçı iştirakı üçün dəvət edilmişdir.
23. * saylı X8 mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli protokola əsasən Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun ##.##.2025-ci il tarixli, *-**/**/*-***/**** nömrəli və * saylı X8 Mərkəzinin direktoru Elburus Əliyevin ##.##.2025-ci il tarixli, 3-14-27- **/*-***/**** nömrəli təqdimatına baxılmış, Pirəbədil meşəbəyliyinin meşəbəyisi İddiaçı və həmin meşəbəyliyin * saylı dolayının meşə gözətçisi X5 əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi və * saylı X8 mərkəzinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilmişdir. 24.Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ##.##.2025-ci il tarixli, ***/Ü nömrəli əmrinə əsasən meşələrin qorunub mühafizə olunması sahəsində öz vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, habelə tabeliyində olan əməkdaşların vəzifə təlimatlarına uyğun fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədiyinə görə * saylı X8 Mərkəzinin direktoru X6 meşə təsərrüfatı sahəsindəki fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq edilməsi, məsul olduğu meşəbəyliyin ərazisində “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxartma İdarəsi tərəfindən 10-15 gün müddətində qanunsuz aparılmış tikintiquraşdırma işlərinə mane olmayaraq vəzifə təlimatı və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə * saylı X8 Mərkəzinin Pirəbədil meşəbəyliyinin meşəbəyisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilməsi, xidmətin Maliyyə və iqtisadiyyat sektoru (Ləman Tacəddinova) əmək müqaviləsinə xitam verilmiş İddiaçı son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilməsini təmin edilməsi, xidmətin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinə (nümayəndə1) tapşırılması, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsini həyata keçirməsi, bu əmrin surətinin * saylı X8 Mərkəzinə və Xidmətin aidiyyəti struktur bölmələrinə çatdırılmasının təmin edilməsi, * saylı X8 Mərkəzinin direktoru Elburus Əliyevə tapşırılması, mühafizəsinə məsul olduğu dolayda “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxartma İdarəsi tərəfindən 10-15 gün müddətində qanunsuz aparılmış tikinti-quraşdırma işlərinə mane olmayaraq vəzifə təlimatı və əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədiyinə görə * saylı X8 Mərkəzinin Pirəbədil meşəbəyliyinin * saylı dolayısının meşə gözətçisi Ravil Balayev barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsi məsələsinə baxılması əmr edilmişdir.
25. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin ##.##.2025-ci il tarixli, ***/Ü nömrəli əmrinin qismən, iddiaçıya aid 2-ci bəndinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə Pirəbədil meşəbəyliyinin meşəbəyi vəzifəsinə işə bərpa edilməsi, işə bərpa ediləcəyi günə qədər məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini xahiş edir.
26. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin əmri ilə təsdiq edilmiş meşəbəyi vəzifəsinin vəzifə təlimatlarına əsasən vəzifə öhdəlikləri aşağıdakılardır: Meşəbəyliyin ərazisində meşələrin qorunub mühafizə olunmasına, bərpasına və digər meşə təsərrüfatı tədbirlərinin aparılmasına rəhbərlik edir; Meşə istifadəçilərinin yanğın və digər təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edir; Meşə qanunvericiliyinin pozulması haqda akt və ya protokolların vaxtında və düzgün tərtib edilməsini, habelə onların Mərkəzə təqdim edilməsini, həmçinin ərazisində təftişlər aparılmasını təmin edir; Meşəbəylikdə bütün növ meşə təsərrüfatı tədbirlərinə dair plan-proqnozların hazırlanmasında iştirak edir; Meşə yanğınlarının qarşısının alınması üçün, profilaktiki və digər yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsinə və baş verəcəyi halda yanğınların söndürülməsinə rəhbərlik edir; Mərkəzin direktorunun tapşırığı və verdiyi etibarnamə əsasında məhkəmə və hüquq mühafizə orqanlarında meşə yanğınları və digər meşə qanunvericiliyinin pozulması haqda işlərə baxılmasında səlahiyyətli şəxs kimi iştirak edir; Meşəbəylikdə qırma sahələrinin və qırıntıya təyin olunacaq ağacların qanunvericiliyə uyğun olaraq düzgün ayrılmasını və qiymətləndirilməsini təmin edir; Xidməti istifadəsində olan meşə damğasından mövcud təlimatın tələblərinə uyğun olaraq istifadə etməli (qulluq (xidməti)) qırmalara ayrılmış ağacların kök boğazına, özbaşına kəsilmiş ağacların dib kötüklərinə, meşə qanunvericiliyini pozanlardan tutulub sekvestr olunmuş meşə materiallarının üzərinə istifadəsində olan xidməti damğasını vurur; Meşə quruluşu işləri aparılarkən, çöl işlərini aparan mütəxəssislərə meşə fondunun sərhədlərini, kvartal ayırmalarını, sərhəd, kvartal və digər dirəkləri, habelə meşəbəylik ərazisində olan digər obyektləri yerində göstərir; Meşəbərpa və digər meşə təsərrüfatı tədbirlərinin icrasına dair akt-naryadları tərtib edir; Tabeliyində olan işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə tanış edir, onların işlərinə rəhbərlik və vəzifə borclarının həyata keçirmələrinə nəzarət edir; Meşədən cır meyvə, toxum tədarükü, ot çalınması və sair əlavə istifadə üçün sahələrin ayrılmasını təmin edir və işin icrasına nəzarət edir; Tabeliyində olan işçilərin texniki bilik səviyyələrinin artırılması üçün tədbirlər görür; Əhali arasında meşələrin qorunub mühafizə olunması ilə bağlı təbliğat və maarifləndirmə işləri aparır, onları bu işlərə cəlb edir; Qırma sahələrindən tədarük edilən işlik oduncağın daşınması zamanı daşınma damğaları ilə damğalanmasını təmin edir; Qanunla müəyyən olunmuş qaydada qırma sahələrinin pul-qiymət cədvəlini əvvəlcədən tərtib edir və mərkəzə təqdim edir; Sekvestr (müsadirə) olunmuş və meşəbəyliyin ərazisində qalmış meşə məhsulunun qanunamüvafiq tədbirlər görülənədək qorunub saxlanılmasına nəzarət edir; Meşəbəylik ərazisində monitorinq apararaq zərərverici və xəstəliklər müşahidə olunduğu təqdirdə ilkin qabaqlayıcı və zəruri mübarizə tədbirlərinin görülməsi məqsədilə rəhbərliyə məlumat hazırlayaraq təqdim edir; Meşəbəylikdə meşə qanunvericiliyinin pozulmasına dair akt (protokol) tərtib edir; Tabeliyində olan aidiyyəti işçilər tərəfindən meşə qanunvericiliyinin pozulmasına dair tərtib edilmiş sənədlərin düzgünlüyünü yoxlayır və rəhbərliyin göstərişinə əsasən məhkəmə orqanlarında meşə pozuntularına aid işlərdə nümayəndə kimi iştirak edir; Sekvestr olunan meşə məhsulunu qanunamüvafiq tədbirlər görülənə qədər, saxlamaq üçün xidməti ərazidə (meşə sahəsində) aktla meşə mühafizəçisinə, xidməti ərazidən kənarda isə yerli hakimiyyət orqanının nümayəndəsinə və ya “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının * nömrəli əlavəsinə əsasən meşə qanunvericiliyini pozan şəxsə (müstəsna hallarda) təhvil verir; Meşə yanğınları baş verdiyi halda digər rəhbər vəzifəli şəxslər hadisə yerinə gələnə kimi, onun qarşısının alınması üçün tədbirlər görür, yanğının söndürülməsinə meşədəki və yaxınlıqdakı obyektlərin, yaşayış məntəqələrinin nəqliyyat vasitələrini və canlı qüvvələri cəlb edir; Tabeçiliyində olan işçilərə təhkim olunmuş nəzarət damğalarından və digər avadanlıqlarından xidməti ərazisində istifadəsinə nəzarət edir; Meşəbəyliyin ərazisində meşə ehtiyatlarından (oduncaq tədarükü, cır meyvə və dərman bitkiləri yığmaq, ot çalmaq, torpaqdan istifadə və s.) istifadə olunması ilə əlaqədar fiziki, hüquqi və vəzifəli şəxslərdən müvafiq sənədləri tələb edir, qanunvericiliyin pozulması hallarına dair qiymətləndirməni həyata keçirir və nəzarət edir; Meşəbəyliyə daxil olmuş meşə qanunvericiliyin pozulmasına dair məlumatları öz səlahiyyətləri çərçivəsində yoxlayır, maddi cəhətdən qiymətləndirilməsini həyata keçirir və nəzarət edir; Meşə qanunvericiliyinin pozulması zamanı xidməti istifadəsində olan meşə damğasından mövcud təlimatın tələblərinə uyğun olaraq istifadə edir: Xidməti ərazisi daxilində (meşəbəylik) meşə mühafizə və nəzarət tədbirlərini lazımi şəkildə və ya müddətdə təşkil etmədiyindən təqsirli hərəkət və ya hərəkətsizlik nəticəsində meşə qanunvericiliyinin pozulması halları ilə bağlı müvafiq qanunvericiliklə məsuliyyət daşıyır; Qanunvericiliklə müəyyən olunmuş qaydada, meşə mühafizə işçilərinin istifadəsi üçün nəzərdə tutulmuş inventar, xüsusi geyim forması, rabitə və nəqliyyat vasitələrindən istifadə edir; Meşə quruluşu işləri aparılarkən, çöl işlərini aparan mütəxəssislərdən meşə fondunun sərhədlərini, kvartal ayırmalarını, sərhəd, kvartal və digər dirəklərin yerinin müəyyən edilməsini tələb edir.
27. Təlimatdan göründüyü kimi, meşəbəyliyin ərazisində meşələrin qorunub mühafizə olunmasına, bərpasına və digər meşə təsərrüfatı tədbirlərinin aparılmasına rəhbərlik etmək, meşə istifadəçilərinin yanğın və digər təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək, meşə qanunvericiliyinin pozulması haqda akt və ya protokolların vaxtında və düzgün tərtib edilməsini, habelə onların Mərkəzə təqdim edilməsini, həmçinin ərazisində təftişlər aparılmasını təmin etmək meşəbəyinin vəzifəsi kimi qeyd edilmişdir.
28. İşin hallarından görünür ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Mübahisələndirilən əmrin verilməsinə əsas məsul olduğu meşəbəyliyin ərazisində “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxartma İdarəsi tərəfindən qanunsuz aparılmış tikinti-quraşdırma işlərinə mane olmayaraq öz vəzifə öhdəklərini yerinə yetirməməsi olmuşdur.
29. “Zağlı-Zeyvə” X4 xəttinin meşə fondu ərazisinə qanunsuz köçülürməsi zamanı meşə fondu ərazisində kol və ağaclardan ibarət yaşıllıqların kürünməsi baş vermiş, nəticədə X1 277.572,13 manat məbləğdə zərər dəymişdir. Meşə fondu ərazisində bu işlərin aparılması meşəbəyi tərəfindən rəsmiləşdirilməmiş, müvafiq akt tərtib edilməmiş, məlumat verilməmişdir.
30. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbinə əməl edilmişdir.
31. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 3-cü bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
32. Hazırkı işin hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixdə xitam verilməsi barədə əmr verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır və əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmışdır.
33. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, meşəbəyliyin ərazisində həyata keçirilməli olan işlərlə bağlı Azərbaycan Respublikası Prezident Adminstrasiyasından verilən rəsmi tapşırığın icrası ilə bağlı aidiyyəti orqanlar tərəfindən müvafiq işlər görülmüş və bu işlərin həyata keçirilməsi prosesində dövlət orqanlarının qarşılıqlı fəaliyyəti nəticəsində görülən bütün işlərin qanun çərçivəsində həyata keçirildiyinə bu sahədə çalışanlarda təbii olaraq etimad və inam yaranmışdır. Beləliklə də, 15-## #### 2025-ci il tarixlərdə qeyri-iş günlərində “Azneft” İB “Siyəzənneft” Neft və Qazçıxartma İdarəsi tərəfindən müvafiq qaydada meşəbəyliyin ərazisində əvvəlcədən müvafiq qaydada icazə alınmadan müəyyən işlər həyata keçirilən zaman görülən işlərin müvafiq razılıq və prosedur əsasında aparıldığına heç bir kəsin haqlı olaraq şübhəsi yaranmamışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şikayətinin dəlili olaraq qeyd etdiyi hallar onun vəzifə təlimatlarını yerinə yetirməkdən üzrlü səbəbdən yayınmasına səbəb olan hallar kimi qiymətləndirilə bilməz, bu səbəbdən şikayətin dəlili əsassızdır. Belə ki, həm işlərin yalnız qeyri-iş günlərində görülməsi öz təsdiqini tapmır, həm də kürünmə əməliyyatının qeyri-iş günlərində həyata keçirilməsi iddiaçını vəzifə təlimatlarını həyata keçirilməsindən azad etmir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsində təsbit edilmiş müddətin ötürülməsi barədə dəlilinin də hüquqi əsası yoxdur.
36. Əmək Məcəlləsinin 71.2-ci maddəsinin tələbinə əsasən Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
37. Göründüyü kimi, işçi tərəfindən əmək müqavilə və ya vəzifə təlimatları üzrə öhdəliklərinin yerinə yetirilməməsi birmənalı olaraq ən ağır intizam tənbeh tədbiri olan əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə əsas vermir. Bu zaman işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır.
38. Bu baxımdan, meşə fondu ərazisində kürünmə işlərinin aparılması faktı üzrə meşəbəyi və meşə gözətçisindən izahatların alınması özlüyündə intizam tənbeh tədbirinin tətbiqi üçün əsas olmamışdır.
39. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli akt və məlumatdan görünür ki, kürünmə nəticəsində həmin ərazidə olan müxtəlif diametrlərdə palıd cinsindən 820 ədəd, goyuş cinsindən 284 ədəd, qarağac 153 ədəd, ağcaqayın 85 ədəd, fısdıq 22 ədəd, vələs 450 ədəd, ağac heyva cinsindən 10 ədəd, fındıq cinsindən 85 ədəd, alça cinsindən 4 ədəd olmaqla, cəmi 142 ədəd kol, ümumilikdə 2540 ədəd yaşıllıq o cümlədən, cücərti və yeniyetmələri kürünərək məhv edilmiş, torpağın üst munbit qatı götürülmüş, nəticədə X1 dəymiş zərərin məbləği 277.572,13 manat təşkil etmişdir. Məhz bu akt işəgötürən tərəfindən yol verilmiş pozuntunun əhəmiyyətini qiymətləndirmək, veriləcək intizam tənbeh tədbirinin növünü seçmək üçün əsas olmuş, bundan sonra, ##.##.2025-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir, bununla da qanunvericiliyə əsasən tələb edilən müddət ötürülməmişdr.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər formal mülahizələrə əsaslandığından qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov