Məhkəmə qərarları › İş №2(3-6)-1322/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1322/2026

05.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1322/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər:pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 katibliyi ilə, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. İddiaçı ilə “xxxx” MMC arasında imzalanmış * saylı, ##.##.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən, “xxxx" MMC İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının (“X3” yaşayış kompleks layihəsinin) tikintisini həyata keçirirək, bu binada İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan, Dövlət Reyestrindən çıxarışda göstərilmiş 100,4 kv, 4 otaqlı (faktiki 142,47 kv.m.) mənzilin ümumi sahəsinə 20% əlavə etməklə 2-ci giriş (layihə üzrə ortada yerləşən bina), yaşayış sahəsinin 6-cı mərtəbəsində, yerləşən, təmirsiz, 4 otaqlı, ümumi sahəsi 168,36 kv.m. olan mənzili və -1-ci (mənfi birinci) mərtəbədə 1 (bir) ədəd avtonəqliyyat vasitəsini normal saxlamağa uyğun olan qarajı iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə hər ay üçün 400 manat məbləğində kirayə haqqından və mənzilin təmirindən imtina edir, imtina edilmiş kirayə və təmir pulu ödənişi 1.1-ci bəndə əsasən 1 ədəd (1 maşınlıq) qaraj yeri ilə əvəzləşdirilir. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən “xxxx" MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddətinə bitirərək, müqavilə şərtlərinə əsasən İddiaçı ilə razılaşdırılmış mənzili və qarajı ona təhvil verməyi öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən “xxxx" MMC Müqavilənin 2.2.2. bəndində qeyd olunan müddətdə işləri bitirmədiyi təqdirdə iddiaçıya əlavə hər bir ay üçün 400 manat məbləğində pul vəsaiti ödəməlidir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin M**** saylı, ##.##.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, «Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə yaşayış və qeyri-yaşayış binaları (Baş plan üzrə bina 2, 3, 4 və 5)» üzrə tikinti layihəsində qeyd olunmuş nöqsanlar əsasında müvafiq düzəlişlər aparılmalıdır. Qeyd olunmuş nöqsanlar aradan qaldırıldıqdan sonra müsbət ekspertiza rəyi almaq üçün layihə sənədləri Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinə yenidən təqdim olunmalıdır.

Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inflyasiya dərəcəsi nəzərə alınmaqla ümumilikdə 15824,8 manat məbləğində pul vəsaiti və ödənilmiş 137,48 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh “xxxx" MMC arasında imzalanmış * saylı, ##.##.2021-ci il tarixli Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının (“X3” yaşayış kompleksi layihəsinin) tikintisini həyata keçirərək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan, Dövlət Reyestrindən çıxarışda göstərilmiş 100,4 kv.metr, 4 otaqlı (faktiki 142,47 kv.metr) mənzilin ümumi sahəsinə 20% əlavə etməklə 2-ci giriş (layihə üzrə ortada yerləşən bina), yaşayış sahəsinin 6-cı mərtəbəsində, yelşəşən, təmirsiz, 4 otaqlı, ümumi sahəsi 168,36 kv.metr olan mənzili və-1-ci (mənfi birinci) mərtəbədə 1 ədəd avtonəqliyyat vasitəsini normal saxlamağa uyğun olan qarajı iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddətinə bitirərək, müqavilə şərtlərinə əsasən iddiaçı ilə razılaşdırılmış mənzili və qarajı ona təhvil verməyi öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən “xxxx” MMC Müqavilənin 2.2.2. bəndində qeyd olunan müddətdə işləri bitirmədiyi təqdirdə iddiaçıya əlavə hər bir ay üçün 400 manat məbləğində pul vəsaiti ödəməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Rüspublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Məhkəmənin diqqətinə çatdırır ki, binanın bünövrəsi cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdə qoyulmuşdur. * saylı, ##.##.2021-ci il tarixli Müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən göründüyü kimi, cavabdeh tərəfindən tikiləcək binanın bünövrəsi qoyulduğu gündən 24 ay müddətində işlərin bitirilmədiyi halda hər ay üçün iddiaçıya 400 manat məbləğində pul vəsaitinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tikilməsi nəzərdə tutulan binanın bünövrəsinin ##.##.2022-ci il tarixdə tökülməsini və bu günə kimi binanın təhvil verilməməsini nəzərə alaraq hesab edir ki, cavabdeh ##.##.2024-cü il tarixdən hər ay üçün ödəməli olduğu 400 manat məbləğində pul vəsaitini ödəməklə, ##.##.2025-ci il tarixə 12 ay üçün nəzərdə tutulmuş 4.800 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Bundan başqa, məhkəmənin nəzərinə çatdırır ki, AMB tərəfindən elan edilmiş məlumatlara əsasən 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9% olub. Illik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib. Beləliklə, illik baza inflyasiya 4.9% dərəcəsində müəyyən olunub. Bu isə o deməkdir ki, cavabdehin 2024-cü ilin 5 ayı (avqust-dekabr) üzrə iddiaçıya ödəməli olduğu məbləğ 2.000 mnat deyil, 2098 manat təşkil edir. Məhkəmənin diqqətinə çatdırır ki, Milli Məclisin Iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ##.##.2024-cü il tarixdə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov proqnozlara əsasən, Azərbaycanda 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağı gözlənildiyini qeyd edib. Bu isə, 2024cü ildə yer almış 4.9 inflyasıya faizinin üzərinə 5.8% gəlməsi deməkdir. Göründüyü kimi, 2025ci ilin 7 ayı üçün cavabdeh iddiaçıya 2800 manat deyil, 3099,6 manat ödəməlidir. Bundan da başqa, hazırda tikinti işlərinin ümumiyyətlə aparılmamasını, o cümlədən, binanın təhvil verilməsi istiqamətində hər hansı işlərin görülməməsini nəzərə alaraq binanın yaxın 2 il müddətində hazır olmaq ehtimalının olmaması aşkar haldır. Müqavilənin şərtlərinə uyğun olaraq bu gündən etibarən 24 ay üçün nəzərdə tutulmuş məbləğin inflyasiyasiyası nəzərə alınaraq 9600 manat deyil, 10627,2 manat məbləğində ödənilməlidir.

5. Iddiaçı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, müqavilədə iki məsələ var. Birinci yeni yaşayış binasının özülünün qoyulması, ikinci isə müqavilə üzrə ona veriləcək mənzildir. Cavabdeh ona 6 ay ərzində tikintiyə başlayacağını demişdirlər, lakin 1 il sonra başlamışdırlar. Ona bildirmişdirlər ki, 1-ci bina ilə 2-ci bina arasında 1-2 ay olmaqla tikintiyə başlayacaqlar. 3 bina 1 kompleksdir. Sadəcə birinci bina hazırdır, ikincinin bünövrəsi qoyulub, nə vaxt tikiləcəyi isə bəlli deyil. 3-cü binanın isə ümumiyyətlə heç bir təməli qoyulmamışdır. Cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin M**** saylı, ##.##.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, həmin mənfi rəy baş plana əsasən 2-ci, 3-cü, 4-cü və 5 ci binalara münasibətdə verilmişdir. Qeyd etmək istəyir ki, cavabdehlə aralarında bağlanmış Müqavilənin 2.2.2-ci bəndinə əsasən “Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə bitirərək, müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə razılaşdırılmış mənzili və qarajı təhvil vermək” cavabdehin vəzifə və öhdəliyi kimi müqavilədə konkret olaraq öz əksini tapmışdır. Yəni müqavilədə yeni yaşayış binası kompleks layihə kimi qeyd olunmuş, cavabbeh tərəfindən təqdim edilmiş “Ekspertiza Baş Idarəsi” tərəfindən verilmiş M**** saylı, ##.##.2025-ci il tarixli ekspertiza rəyindəki kimi 2-sі, 3-sü, 4-cü və 5-ci binalara bölünməmişdir. Bundan başqa, qeyd etmişdir ki, cavabdehin bünövrə qoyulduqdan sonra müddətin axımının başlanması ağlabatan deyildir. Bönövrənin qoyulması bəlkə daha çox çəkəcəkdir. Binanın fundamenti qoyulduğu gündən tikintiyə başlanılmalı idi. Əgər onun alacağı binanın tikintisində problem var idisə, onda on bildirəydilər ki, FHN həmin ərazi barədə mənfi rəy verib. Məhkəməyə qədər iddiaçı cavabdehə dəfələrlə müraciət etmiş, ona hər dəfə bu gün tikintiyə başlayacağıq, sabah başlayacağıq deyərək vaxtını alırdılar. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, heç bir şirkətə sərf eləmir ki, binanın tikintisini illərlə saxlasın. Şirkət binanı tez tikib satmaqda maraqlıdır. Ərazidə bünövrə qazıntısı zamanı ekspertiza keçirilib və FHN mənfi rəy verib. O, həmin sənədləri də təqdim etmişdir. Orada sulu qurunt var, sürüşmə təhlükəsi var. Işin ləngiməsi cavabdehdən asılı olmayan səbəblərdəndir. Binanın bünövrəsi qoyulmayıb. Bünövrənin yeri qazılıb. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Müqavilə üzrə isə 24 aylıq müddətin bönövrənin qoyulmasından başlayır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh MMCdən 4800 manat pul vəsaitinin və 41,7 manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 95,78 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2021-ci il tarixdə bağlanmış ** nömrəli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının (“X3” yaşayış kompleks layihəsinin) tikintisini həyata keçirirək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan, Dövlət Reyestrindən çıxarışda göstərilmiş 100.4 kv, 4 otaqlı (faktiki 142.47 kv.m.) mənzilin ümumi sahəsinə 20% əlavə etməklə 2-ci giriş (layihə üzrə ortada yerləşən bina), yaşayış sahəsinin 6-ci mərtəbəsində, yelçəkən, təmirsiz, 4 otaqlı, ümumi sahəsi 168.36 kv.m. olan mənzili və -1-ci (mənfi birinci) mərtəbədə 1 (bir) ədəd avtonəqliyyat vasitəsini normal saxlamağa uyğun olan qarajı iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə hər ay üçün 400 manat məbləğində kirayə haqqından və mənzilin təmirindən imtina edir, imtina edilmiş kirayə və təmir pulu ödənişi 1.1-ci bəndə əsasən 1 ədəd (1 maşınlıq) qaraj yeri ilə əvəzləşdirilir, 2.2.2-ci bəndinə əsasən “xxxx" MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə bitirərək, müqavilə şərtlərinə əsasən İddiaçı ilə razılaşdırılmış mənzili və qarajı ona təhvil verməyi öz üzərinə götürmüş, 2.2.3-cü bəndinə əsasən “xxxx" MMC Müqavilənin 2.2.2. bəndində qeyd olunan müddətdə işləri bitirmədiyi təqdirdə iddiaçıya əlavə hər bir ay üçün 400 manat məbləğində pul vəsaiti ödəməlidir. Həmçinin, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh hazırkı vaxtadək müqavilə ilə tikintisi nəzərdə tutulan binanın tikintisinə başlamamışdır. Cavabdeh buna səbəb olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin M**** saylı, ##.##.2025-ci il tarixli ekspertiza rəyini əsas gətirir. Belə ki, həmin rəydə belə nəticəyə gəlinmişdir ki, “Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə yaşayış və qeyriyaşayış binaları (Baş plan üzrə bina 2, 3, 4 və 5)” üzrə tikinti layihəsində qeyd olunmuş nöqsanlar əsasında müvafiq düzəlişlər aparılmalıdır. Qeyd olunmuş nöqsanlar aradan qaldırıldıqdan sonra müsbət ekspertiza rəyi almaq üçün layihə sənədləri Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinə yenidən təqdim olunmalıdır. Ekspertiza rəyində təqdim edilmiş tikinti layihəsinə dair aradan qaldırılmayan nöqsanlar kimi konstruktiv həll hissəsində 2-ci hissədə “Mühəndisi-geoloji hesabatın nəticələrinə görə sulu qum qruntunun yatım şəraitini və qum layında təzyiqli su horizontunun olmasını nəzərə alaraq bu qruntu keçmək şərti ilə svaylarla bərkitmə işlərinin aparılması məqsədəuyğun hesab edilir. Binanın özüllərinin konstruktiv həlli dəqiqləşdikdən sonra konstruksiya bölməsinə münasibət bildirmək olar” qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı İddiaçı və cavabdeh Cavabdeh MMC arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Podrat müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır, yəni podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi - hazırkı halda layihə sənədlərinə uyğun olaraq qüsursuz, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi, habelə mənzil sahəsi və qaraj sahəsini “sifarişçi”yə təhvil verməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzdu ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd etmişdir ki, öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınmalıdır. (Mülki Məcəllənin 404.1 və 2-ci maddəsi) Məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab etmişdir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin qanuniliyi yoxlanılmalı, həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında ##.##.2021-ci il tarixdə * saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh Cavabdeh MMC “X3” yaşayış kompleks layihəsinin tikintisini həyata keçirirək, 2-ci giriş (layihə üzrə ortada yerləşən bina), yaşayış sahəsinin 6-cı mərtəbəsində yerləşən, təmirsiz, 4 otaqlı, ümumi sahəsi 168.36 kv.m. olan mənzili və -1-ci (mənfi birinci) mərtəbədə 1 (bir) ədəd avtonəqliyyat vasitəsini normal saxlamağa uyğun olan qarajı iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh cəmiyyət yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə bitirməklə razılaşdırılmış mənzil və qarajı mülkiyyətçiyə təhvil verəcəyi barədə öhdəliyi götürmüş, əks təqdirdə isə mülkiyyətçiyə (iddiaçıya) əlavə hər bir ay üçün 400 manat pul vəsaiti ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin cavabdeh “xxxx” MMC müqavilə üzrə mənzili və qarajı hal-hazıradək iddiaçıya təqdim etməmişdir. Əvəzində isə ##.##.2025-ci il tarixli ekspertizanın mənfi rəyini təqdim edərək, müqavilə üzrə öhdəliklərin icra edilməməsinin cavabdeh cəmiyyətdən asılı hal olmadığını bildirmişdir. Yuxarıda deyilənlərdən məlum olduğu kimi tərəflər arasında bağlanmış müqavilə əsasında podrat münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə əsasən cavabdeh iddiaçıya müvafiq mənzil və qaraj sahəsini, iddiaçı isə özünəməxsus mənzilin sökülməsi üçün cavabdehə təhvil verilməsini öhdəsinə götürmüşdür. Iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən cavabdeh cəmiyyət müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı İddiaçı göstərilən müqavilənin şərtləri üzrə öhdəliyin icra edilməməsinə görə müqavilə ilə razılaşdırılmış şəkildə (müqavilənin 2.2.3-cü bəndi) pul vəsaitinin ona ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, ağlabatan mühakimə əsasında müəyyən olunur ki, cavabdehin bu və ya digər hərəkətsizliyi nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etdiklərindən xeyli dərəcədə məhrum olmuş – uzun müddətdir ki, yeni mənzil və qarajla təmin ediləcəyi günü gözləyir. Cavabdeh isə müqavilə bağlanan gündən hal-hazıradək ötən müddət ərzində binanın bünövrəsinin qoyulması, o cümlədən tikintinin davam etdirilməsi üçün hər hansı əməli hərəkətlər etməmişdir. Bunun əksinə isə məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin ekspertiza rəyinin tarixindən görünür ki, bu rəy müqavilə bağlandıqdan sonra təxminən 4 il sonra alınmışdır. Göründüyü kimi, iddiaçı ilə müqavilə bağlandıqdan sonra ötən 4 il ərzində müqavilə öhdəliklərinin icra edilməməsinin cəmiyyətin təqsirli hərəkətlərindən irəli gəlmədiyini göstərmək üçün ##.##.2025-ci il tarixli ekspertiza rəyini almaqla kifayətlənmişlər. Işin faktiki hallarına istinad etməklə iddiaçının pozulmuş hüquqlarının bərpasından “binanın bünövrəsinin qoyulmaması” səbəbindən imtina edilməsi hazırki vəziyyətdə ədalətli və qanunauyğun hesab edilə bilməz. Yuxarıda qeyd olunan xüsusatlara əsasən məhkəmə bildirir ki, cavabdehin sırf tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndindəki “yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddətinə bitirmək” barədə öhdəlik götürdüyü, o cümlədən müvafiq dövlət orqanından mənfi rəy aldıqlarına görə bünövrənin 4 il ərzində qoyula bilməməsi barədə etirazının dəlilləri əsassızdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan görülmüş xidmətin dəyərini almaq (hazırki halda mənzili sökmək) hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin iddiaçıya tam və qüsursuz şəkildə göstərilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmətin tam əvəzini almasına dair hüququndan istifadə etmiş, lakin həmin xidməti icra etməli (mənzil və qarajı təhvil verməli) olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin icra edilməməsi səbəbindən dəymiş maddi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə nəzər yetirsək, hazırki mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olar. Məhkəmə qeyd edir ki, cavabdeh “xxxx” MMC yuxarıda qeyd edilən müqavilələrlə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə ilə nəzərdə tutulan öhdəliklərini icra etməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh “xxxx” MMC özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Mülki Məcəllənin öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyən 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi pul vəsaiti öhdəliyin lazımınca icra edilməməsi nəticəsində əmələ gələn zərər olmaqla, tərəflərin müqavilə ilə müəyyən etdikləri qiymət üzrə həll edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçı dəymiş zərəri tələb etməkdə haqlı olsa da, həmin zərərin inflyasiya dərəcələri nəzərə alınmaqla, cavabdehdən tutulması hissəsində iddiası əsassızdır. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə pul öhdəliklərinin icrası ilə bağlı olmamış, əmlakın təhvil verilməsi ilə bağlı olmuşdur. Razılaşmaya əsasən, cavabdeh cəmiyyət öhdəliyini vaxtında icra etməyəcəyi təqdirdə iddiaçıya əlavə hər bir ay üçün 400 manat məbləğində pul vəsaiti ödəməlidir. Beləliklə məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh MMC müqavilə öhdəliyini pozduğuna görə ##.##.2021-ci il tarixli müqavilə üzrə 400 manatdan hesablanmaqla, iddiaçıya pul vəsaiti ödəməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçıya dəymiş zərərin başlanğıcının ##.##.2022-ci il tarixdən hesablanması ilə bağlı iddiaçının tələbi əsaslıdır. Bu nöqteyi nəzərdən məhkəmə hesab edir ki, iddiaçının yeni binanın bünövrəsinin qoyulması tarixini müqavilə bağlandıqdan sonra təxminən 15 ay sonra qeyd etməsi əslində ədalətli yanaşma olmaqla, həmçinin də ağlabatan müddətdir. Beləliklə, həmin tarixdən 24 ay sonrakı tarix ##.##.2024-cü il tarixinə təsadüf edir. Bundan başqa iddiaçı bildirir ki, hazırda tikinti işlərinin ümumiyyətlə aparılmamasını, o cümlədən, binanın təhvil verilməsi istiqamətində hər hansı işlərin görülməməsini nəzərə alaraq binanın yaxın 2 il müddətində hazır olmaq ehtimalının olmaması aşkar haldır. Bu səbəbdən iddiaçı ona dəymiş ziyanın iki illik müddətə hesablanaraq, cavabdehdən ödənilməsini xahiş edir. Məhkəmə heab etmişdir ki, hazırda maddi ziyan ##.##.2025-ci il tarixinədək hesablanmalı və iddiaçının xeyrinə cavabdehdən 4800 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qalan hissədə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsi verilən gündən sonrakı 24 ay müddəti üçün dəymiş zərərin əvəzinin tələb edilməsi hissəsində iddiası heç bir qanuni əsasa söykənmədiyindən, o cümlədən qeyri-müəyyən olduğundan əsassızdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 324.5, 337.1, 385.1, 386.1, 404.1, 421.2, 425.1, 427.1, 427.2, 442, 443.1, 443.3, 752.1, 759.1, 759.2, 762.1, 762.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, iddianın əsasını cavabdehin müqavilə öhdəliklərini pozması və nəticədə iddiaçının zərərə məruz qalması iddiası təşkil edir. Belə ki, tərəflər arasında Müqavilə imzalanmışdır və həmin Müqavilənin şərtlərinə əsasən, iddiaçının öz mülkiyyətindən imtina etməsinin əvəzində cavabdeh onu mənzillə təmin etməli idi. Iddiaçı müqavilə şərtlərinin pozulmasına görə pul tələbi irəli sürmüşdür. Cavabdehin mövqeyi isə tikintinin gecikməsinin ondan asılı olmayan hallarla bağlıdır. Məhkəməbu halların qiymətləndirilməsində yanlışlığa yol vermişdir və cavabdehin vicdanlılıq göstərmədiyini qeyd etmişdir. Məhkəmə iş üzrə halları qiymətləndirərkən tərəflər arasında imzalanmış Müqavilənin mahiyyətindən kənara çıxmış, Müqavilə üzrə öhdəliyin icra müddətinin konkret hadisə ilə əlaqələndirilməsinin qiymətləndirilməsində səhvə yol vermişdir. Tərəflər arasında imzalanmış Müqavilənin şərtinə əsasən cavabdeh tikinti işlərini bünövrə qoyulduqdan sonra 24 ay ərzində yekunlaşdırmalı idi. Məhz bu halla bağlı məhkəməyə sübutlar təqdim edilmiş, ərazidə gözlənilməz şəkildə sulu qruntun aşkar edilməsi səbəbindən cavabdehin bünövrəni qoya bilməməsi məhkəmənin diqqətinə çatdırılmışdır. Məhkəmə müvafiq dövlət orqanının rəyinin tarixinə istinad etməklə cavabdehin 4 il ərzində hər hansı iş görmədiyini əsas gətirir, halbuki cavabdeh ərazidə bünövrə çalasının qazıntısını bitirmiş, lakin bünövrə qoyulmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş Idarəsinin qərarı ilə dayandırılmış, bütün araşdırma və layihələndirmə işləri yenidən aparılmaq məcburiyyətində qalınmışdır. Məhkəmə nədənsə bu prosesin sadəcə bir gün aldığı haqqında əsası naməlum nəticəyə gəlmişdir. Məhkəmə baxışında da dəfələrlə bildirilmişdir ki, sulu qruntun aşkar edilməsi, yenidən ekspertizanın aparılması, yeni rəyin verilməsi və svay layihələndirilməsinin yenidən işlənməsi həddindən artıq vaxt alan prosesdir. Məhkəmə nədənsə iddiaçıya münasibətdə “ağlabatan mühakimə” metodundan istifadə edir, lakin eyni yanaşmanı cavabdehə tətbiq etmir. Müqavilənin məzmunundan da aydın olur ki, öhdəliyin icrası müddətinin axımı konkret hadisə ilə, bünövrənin qoyulması ilə bağlıdır, cavabdeh bünövrəni dövlət orqanının müdaxiləsinə görə qoya bilmirsə, məhkəmənin ağlabatan mühakimə kimi təfsirə açıq mülahizə ilə müqavilə münasibətlərinə müdaxiləsi əsassızdır. Qeyd edilənlərə əsasən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməklə iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməlidir. Məhkəmə istinad edilən normaların tələblərini pozmuşdur. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə istinad edilsə də məhkəmə həmin maddəni düzgün tətbiq etməmiş, Mülki Məcəllənin 328.4-cü maddəsinin tələbini pozmuşdur. Öhdəliyin icrası konkret şərtə bağlıdırsa və cavabdeh həmin şərti özündən asılı olmayan səbəbdən icra edə bilmirsə bu halda, hansı əsasla cavabdeh məsuliyyət daşıya bilər. Məhkəmə ağlabatn mühakimə metodunu cavabdehə münasibətdə də tətbiq etsəydi aydın olardı ki, heç bir tikinti şirkəti tikintinin yekunlaşmasının gecikməsində maraqlı deyil və ləngimə xərclərin lüzumsuz artımına səbəb olur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mövqeyi sübutlara istinad edilmədən, sadəcə Mülki Məcəllənin normalarının və hakimin mülahizəsinin məcmusundan ibarətdir, məhkəmə ağlabatan mühakimə əsası ilə sübutların kompleks qiymətləndirilməsindən yayınmış, sübuta əhəmiyyət vermədən mülahizə əsaslı qərar qəbul etmiş, oxşar mülahizəni cavabdehə münasibətdə tətbiq etməməklə isə birtərəfli nəticəyə gəlmişdir. Sübutlar kompleks şəkildə tədqiq edilmədən, sadəcə sadalanmış, sonra isə iki cümləlik mülahizə ilə mövqe bildirilmişdir. “Bu mülahizə hansı sübuta əsaslanır” və “hansı sübut niyə mötəbər hesab edilmir” kimi suallar isə cavabsızdır. Bünövrənin qoyulmasının cavabdehdən asılı olmayan hallara görə ləngiməsi yetərincə araşdırılmamışdır. Məhkəmə müqavilə münasibətlərinə tənasübsüz müdaxilə etməklə birtərəfli nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Iddiaçı İddiaçı ## ### 2026-cı il tarixində məhkəməyə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən geri qaytarılmasını və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinə etiraz iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Iddiaçı İddiaçı apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamə ləğv edilərək, iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət cavabdeh tərəfin birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmış, işdə olan sübutlar düzgün qiymətləndirilərək iş üzrə yekun nəticəyə gəlinmişdir.

21. Birinci instansiya məhkəməsi qətnaməsində düzgün olaraq qeyd etmişdir ki, cavabdehin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçıya dəymiş zərərin başlanğıcının ##.##.2022-ci il tarixdən hesablanması ilə bağlı iddiaçının tələbi əsaslıdır. Bu nöqteyi-nəzərdən iddiaçının yeni binanın bünövrəsinin qoyulması tarixini müqavilə bağlandıqdan sonra təxminən 15 ay sonra qeyd etməsi əslində ədalətli yanaşma olmaqla, həmçinin də ağlabatan müddətdir. Beləliklə, həmin tarixdən 24 ay sonrakı tarix ## #### 2024-cü il tarixinə təsadüf edir. Bundan başqa, iddiaçı bildirmişdir ki, hazırda tikinti işlərinin ümumiyyətlə aparılmamasını, o cümlədən, binanın təhvil verilməsi istiqamətində hər hansı işlərin görülməməsini nəzərə alaraq binanın yaxın 2 il müddətində hazır olmaq ehtimalının olmaması aşkar haldır. Buna görə də məhkəmə hesab edir ki, hazırda maddi ziyan ## #### 2025-ci il tarixinədək hesablanmalı və iddiaçının xeyrinə cavabdehdən 4800 manat məbləğində pul vəsaiti tutulmalıdır. Qalan hissədə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsi verilən gündən sonrakı 24 ay müddəti üçün dəymiş zərərin əvəzinin tələb edilməsi hissəsində iddiası heç bir qanuni əsasa söykənmədiyindən, o cümlədən qeyri-müəyyən olduğundan əsassızdır.

22. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndində xüsusilə vurğulanmışdır ki, “fors major hal(lar)ına istinad edən tərəf digər tərəfə bu barədə 3 iş günü ərzində yazılı məlumat verməlidir. Fors major halı qəbul edilsə belə cavabdeh tərəfindən iddiaçıya bu barədə hər hansı bir yazılı məlumat verilməmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən irəli sürülmüş arqumentləri daha əsaslı hesab edir.

23. Beləliklə, hazırki mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün qiymətləndimə aparmış və məhkəmənin iddianın qismən edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar