Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1330/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu Isgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iş materiallarında olan Avonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən 2022-07-22-ci il tarixdə saat 20:30 dəqiqədə Niyazi küçəsi yol-nəqliyyat hadisəsi baş vermişdir, avtonəqliyyat vasitəsinin markası, modeli və dövlət qeydiyyat nişanı - ** BV *** dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” minik markalı avtomobildir.
2. Iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, *** nömrəli qüsur aktına əsasən “Toyota Prıus” markalı dövlət nömrə nişanı **-ZL-*** olan avtomobilin sahibinin xahişi ilə avtomobilə yerində “Avto Təmir” təmir xidmətinin ustaları tərəfindən baxış keçirilmiş və ona dəyən zərər müəyyən edilmişdir. 1. Qabaq hamper— 180, 2. Qabaq sol fara—80, 3. Qabaq sağ fara—80, 4. Qabaq qanadaltı 2əd.—60, 5. Qabaq padpres—120, 6-Qabaq panel ekran dəst—250, 7. Su radiatoru—80, 8. A/C radiatoru—50, 9. Elektorvintilyator—60, 10.Su radiatoru patrubkaları—40, 11. Motorxanadi şnurlar dəst—150, 12. Su və antifriz baçoku—40,
13. Sol yan güzgü—70, 14. Sağ yan güzgü—70, 15. Şit torpedo—250, 16. Şitin airbakı—80,
17. Sükan—50, 18. Sükanın airbakı—80, 19. Salon güzgüsü—40, 20. Salonun plasmasları dəst—200, 21. Arxa baqajın plasmasları dəst—150, 22. Təkər diskisi 2əd.—150, 23. Təkər 4əd—380, 24. Arxa sağ və sol stoplar – 180, 25. Arxa bamper – 150, 26. Motorun üst qapağı,
27. Avtomobilin qibrid mühərriki—220, 28. Avtomobilin akkumulyatorları dəst—1050, 29. Avtomomobilin benzinli mühərriki—1250, 30. Antifriz—50, 31. A/C freon—60, 32. Qermetika—30, 33. Kley və praymer—40, 34. Knopkalar,küplər—80, 35. Armatur işləri—300 (salon,ön hissə,arxa hissə), 36. Elektrik işləri—200 (motorxana və salon), 37. Razval, balans, montaj—80, 38. Dəmirçi işləri—400, 39. Rəngsaz işləri—1000 (tam rəngləmə), 40. Mühərrik işləri—300, 41. Çilingər işləri—100, 42. Qabaq padpresin quraşdırılması—80, 43. Diaqnostika və elektronşik—40, 44. Kimyəvi təmizləmə və yuma—100, 45 olmaqla ümumi 8440 manat. Avtomobil sökülüb dağıldığına görə tam zərəri müəyyən etmək mümkün deyil. Ona görə əlavə xərc ola bilər. Göstərilən ehtiyat hissəsləri istifadə olunmuş detallardır.
3. Iş materiallarında mövcud olan ##.##.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən, buraxılış ili 2007 olan, gümüşü metalik rəngli, “Toyota Prius” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ehtiyat hissələrinə 200 (iki yüz) manat, işçilik xərclərinə isə 640 (altı yüz qırx) manat olmaqla, ümumilikdə 840 (səkkiz yüz qırx) manat vəsait tələb olunur.
4. Iş materiallarında mövcud olan ##.##.2022-ci il tarixli ***** nömrəli ödəniş tapşırığına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X1 ** ZL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə tərtib edilmiş sığorta aktına əsasən 4 300 (dörd min üç yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
5. Iş materiallarında olan ##.##.2024-cü il tarixli ittiham aktına əsasən X1 adlı şəxs tərəfindən ona iki ədəd avtomobil satacağı adı ilə müxtəlik vaxtlarda ümumillikdə 21000 manat məbləğində pulunu alaraq ələ keçirib aldatmasına dair Yasamal RPI-nin 29-cu PŞ-nə ##.##.2022-ci il tarixdə ərizə ünvanlamışdır.
6. Iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh istintaq zamanı şübhəli şəxs qismində tutulduğu ## ### 2024-cü il tarixdən ## ### 2024- cü il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olması hesabı ilə hesablanaraq 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
7. Həmin hökmə əsasən təqsirləndirilən şəxs Cavabdeh ifadəsində, 2020-ci ildə Mirmehdi Əsgərov onu öz bibisioğlu X1 ilə tanış edərək sonuncuya məxsus "Toyota-Prius” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilini icarəyə götürməsini təklif etmişdir. O, Mehdi Kərimovun təklifi ilə razılaşıb ilkin olaraq 1.000 manat olmaqla 03 il müddətinə hər ay 750 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüş və onlar 03 ildən sonra isə avtomobilin onun mülkiyyətinə verilməsi barədə razılaşmışlar. Bundan sonra o uzun zaman vaxtı-vaxtında Mehdi Kərimova ödənişlər edərək ümumilikdə ona 16.500 manat məbləğində pul vermişdir. Bundan sonra Mehdi Kərimov həmin avtomobil ilə qəza törətmiş və sığorta şirkəti həmin qəza nəticəsində Mehdi Kərimova 7100 manat məbləğində ödəniş etmişdir. Lakin Mehdi siğorta pulunu aldıqdan sonra onu avtomobilin təmirinə sərf etməmişdir. Bu səbəbdən həmin avtomobil yararsız vəziyyətdə qalmış, lakin buna baxmayaraq Mehdi ondan həmin avtomobilə görə pul tələb etmişdir.
8. Iş materiallarına "Toyota-Prius” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri əlavə edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh avtomobilin təmiri üçün ehtiyac olan 8440 manatı və əldən çıxmış faydaya görə 10800 manat, ümümilikdə 19240 manat məbləğində pulun və ödənilmiş 148 manat dövlət rüsumunun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 11 oğlu 2021- ci ilin fevral mart aylarından dayısı oğlu X8, Yasamal rayon Məhəmməd Xiyabani 35-39 ünvanında işlədiyi maşın təmiri sexində cavabdeh Cavabdeh tanımışdır. Cavabdeh maşınları icarəyə verməklə məşğul olurdu. Pula ehtiyacları olduğundan oğlunun etibarnamə ilə idarə etdiyi onun mülkiyyətində olan **-ZL-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı maşını icarəyə verməyi qərara almışlar. 2021-ci ilin avqust ayında **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomaşını 3 (üç) il müddətində günü 25 manat olmaqla ayı 750 manata icarəyə verilməsi ilə bağlı razılığa gəldilər ki, 3 ildən sonra 27000 manat ödədikdən sonra maşın ona qalacaqdır. Ilk öncə Cavabdeh 1000 manat pul ödəmiş, qalan hər bir şeyə özü cavabdeh olacaq, ancaq onun gətirdiyi sürücülərə etibarnamə verərsən demişdir. Cavabdeh 11 ay maşını idarə etmiş, ümumilikdə siğorta ilə birlikdə 16200 manat pul ödəmişdir. 2022-ci ilin iyul ayının 22-də maşın qəzaya düşmüşdür. Daha sonra cavabdeh Cavabdeh hər dəfəsində söz versə də, maşını düzəltdirməmiş və onlara təhvil verməmişdir. Maşın uzun müddət yolun kənarında onun sexinin yaxınlığında onun icarəyə verdiyi maşınların yanında qalmışdır. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli qüsur aktına əsasən 99- Z1.-763 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomaşına 8440 manat ziyan dəymişdir. Eyni zamanda hazıradək avtomaşın təmir edilməmişdir. Təmirə pulu olmadığından avtomaşını təmir elətdirə bilmədiklərindən avtomaşını yenidən icarəyə verə bilməmişlər. Ona görə də, hazırki günə kimi aylıq 750 manat gəlirdən məhrum olmuşlar. Cavabdeh maşını əzdiyi üçün avtomobilin təmirinə 8440 manat və əldən çıxmış faydaya görə isə 2022-ci ilin iyul ayından 2025-ci ilin iyul ayına kimi 27000 manat təşkil edir. 27000 manatdan 16200 manatını ödəyindən əldən çıxmış fayda 10800 manat təşkil etmişdir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək pulu ödəməkdən yayınmışdır.
11. Məhkəmə iclasında şahid X6 ifadəsində iddiaçı İddiaçı onun bibisi olduğunu, cavabdehin isə yanına gəlib maşınları düzəltdirdiyini, cavabdehi bu yolla tanıdığını, cavabdehi bibisi ilə özünün tanış etdiyini, bibisi oğlunun 2021-ci ilin avqustunda ilkin 1000 manat ödəməklə aylıq 750 manat şərtilə maşını təklif etdiyini, cavabdehlə aralarında razılığın yarandığını, sonra maşını istifadə etdiyini, istifadədə olan vaxt 1-2 dəfə maşını vurduğunu, 1-ci qəzadan sonra maşını sığorta pulu ilə təmir etdiklərini, sonuncu qəzadan sonra maşının uzun müddət sexin yanında qaldığını, maşının sökülüb-töküldüyünü, açarın və texniki pasportun verilməsindən məlumatı olmadığını, sığorta pulunu iddiaçının aldığını bildirmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 3000 (üç min) manat və dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 385.1, 386.1, 425.1, 442, 458.1, 1096, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 106.1, 119.1, 217.4, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təmir xərclərinin tam həcmdə cavabdehin üzərinə qoyulmasını əsaslı hesab etməsə də, heç yarı xərcini də cavabdehin üzərinə qoymamışdır. Məhkəmə qeyd etmişdir ki, avtomobilin uzun müddət istifadəsiz və nəzarətsiz qalması nəticəsində onun texniki vəziyyətinin pisləşməsi və əlavə zərərin yaranması ehtimalını artırmışdır. Lakin məhkəmə avtomobilə hansı ziyanın dəydiyini müəyyənləşdirmədən belə bir qənaətə gəlmişdir. Iş materiallarında olan qüsur aktına əsasən avtomobilin yarasız olmuş bir neçə hissəni qeyd edir 1. Qabaq hamper— 180, 2. Qabaq sol fara —80, 3. Qabaq sağ fara—80, 4. Qabaq qanadaltı 2əd.—60, 5. Qabaq padpres— Sol yan güzgü— 70, 14. Sağ yan güzgü—70, 15. Şit torpedo—250, 16. Şitin airbakı—80 Göründüyü kimi, avtomobilin hissələri qəza nəticəsində sıradan çıxmışdır. Necə ola bilər ki, uzun müddət qalma nəticəsində avtomobilin şitin airbakı açıla bilər. Çünki bu mümkün deyildir. Lakin məhkəmə avtomobilin qəza nəticəsində ziyan görməsinə əhəmiyyət verməyərək, avtomobilin uzunmüddət istifadəsiz və nəzarətsiz qalması nəticəsində onun texniki vəziyyətinin pisləşməsi kimi heç bir əsası olmayan gülünc bir qənaətə gəlmişdir. Məhkəmə araşdırmanı o qədər səthi aparmışdır ki, 3-cü vərəqdə axırıncı abzasda qeyd etmişdir ki, bundan sonra Mehdi Kərimov həmin avtomobil ilə qəza törətmiş və sığorta şirkəti həmin qəza nəticəsində Mehdi Kərimova 7100 manat məbləğində ödəniş etmişdir. Halbuki, qeyd olunan avtomobili Mehdi Kərimov idarə etməmişdir. Buradan da görünür ki, məhkəmə heç bir araşdırma aparmamış,əsasız qətnamə qəbul etmişdir. Əldən çıxmış fayda ilə bağlı məhkəmə bu hissədə də yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki,avtomobilin 2022-ci ilin dekabr ayına qədər cavabdehin sahibliyində və istifadəsində olmasına və avtomobilin açarını və texniki pasportunu iddiaçıya 2022-ci ilin dekabr ayının sonunda təhvil verməsinə baxmayaraq 2022-ci ilin avqust ayından dekabr ayına qədər, yəni sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ödənişləri etməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, sonrakı aylar avtomobilin fayda verməməsi səbəbinin cavabdeh Cavabdeh tərəfindən avtomobilin yararsız hala salınması və təmir etdirilməməsi ilə bağlıdır. Göründüyü kimi, məhkəmə hər iki hissədə yanlış nəticəyə gəlmişdir. Hazırki iş üzrə məhkəmə işin həqiqi halları ilə üst-üstə düşməyən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Hazırki iş üzrə məhkəmə sübutları düzgün qiymətləndirməmiş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
16. Qətnamədən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2021-ci ildə İddiaçı məxsus olan “TOYOTA PRIUS MINIK” markalı “**ZL***” dövlət qeydiyyat nişanlı avtomobili X1 ilə qarşılıqlı razılığa əsasən günlük 25 manat ödəməklə 3 il müddətinə kreditə götürmüşdür. Qarşılıqlı razılaşmaya əsasən bu avtomobilin dəyəri ödənildikdən sonra avtomobil onun mülkiyyətinə veriləcəkdi. Həmin avtomobilə görə mənim tərəfindən 16500 manat məbləğində nağd pul ödənilmiş və həmçinin baş vermiş sığorta hadisəsi ilə əlaqədar ona çatası 7100 manat məbləğində pul isə sığorta şirkətindən alınmış və ona ödənilməmişdir. Həmçinin, bu avtomobilin alqı-satqısı zamanı ilkin ödəniş kimi də tərəfindən 1000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh tərəfindən ödənişlər həmişə vaxtlı-vaxtında icra olunmuşdur. Lakin bir müddət sonra avtomobil qəzaya uğramış və avtomobilə xeyli miqdarda ziyan dəymişdir. Avtomobil cavabdeh tərəfindən təmir olunmuş və yararlı hala gətirilmişdir. Lakin həmin ziyana görə ödənilən sığorta məbləği də X1 tərəfindən alınmışdır. Mehdi maddi sıxıntılarının olduğunu və ona görə də sığorta ilə alınan vəsaiti ora xərcləyəcəyini, lakin həmin sığorta məbləğinin aralarında olan haqq-hesabdan çıxacağını bildirmişdir. Lakin aldatma yolu ilə avtomobili istifadəsindən almış və bir daha geri qaytarmamışdır. Bu avtomobilin alqı-satqısına görə iddiaçıya pul ödəsə də, həm avtomobildən məhrum olmuş, həm də ödədiyi pul geri qaytarılmamışdır. Ona görə də hesab edir ki, iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklər qərəzli şəkildə yerinə yetirilmədiyi üçün həmin bu avtomobilə ödənilmiş pul vəsaiti özünə qaytarılmalı olduğu halda məhkəmə əsassız olaraq ondan 3000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Avtomobilin həmin vaxt real bazar dəyəri 10 000- 12 000 manat arası olmuşdur. Cavabdeh tərəfindən və həmçinin iddiaçının sığorta ödənişlərindən aldığı pullarla birlikdə bu avtomobilə görə o ümumilikdə 24 764 manat məbləğində pul vəsaiti əldə etmişdir. Yəni bu avtomobilin real bazar qiymətindən iki qat artıq həcmdə pul vəsaiti əldə etmişdir. Yəni işin hallarından da görsənir ki, iddiaçı tərəfindən hər hansı bir ziyana düşmək faktından danışmaq olmaz. Bu işdə faktiki olaraq ziyan çəkən cavabdeh olmuşdur. Belə ki, bu avtomobilə görə sığorta ödənişi qarışıq 24 764 manat məbləğində iddiaçıya pul ödənilsə də, faktiki olaraq cavabdeh həm puldan, həm də maşından məhrum olmuşdur. Iddiaçı iddiasının əsası kimi mübahisə predmeti olan avtomobilə dəymiş ziyanla əlaqədar və həmçinin əldən çıxmış gəlirə görə cavabdehə qarşı tələb irəli sürdüyünü bildirmişdir. Avtomobil icbari sığorta olunduğu üçün qəza nəticəsində avtomobilə dəymiş ziyan sığorta şirkəti tərəfindən tam şəkildə ödənilmişdir. Əldən çıxmış faydaya gəldikdə isə iddiaçının mülkiyyətində olan avtomobilin real dəyəri 10 000- 12 000 manat olduğu halda ona ümumilikdə 24 764 manat məbləğində pul ödənmişdir. Ona görə də hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən heç bir maddi ziyan dəyməmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən bu nəzərə alınmamış və bununla da AR MM-in 21-ci maddəsinin tələbləri pozulmuşdur. Öhdəliklərin icrası zamanı hər bir tərəf vicdanlılıq prinsipinə riayət etməklə hərəkət etməlidir. Işin hallarından da görsənir ki, tərəflər arasında avtomobilin alqı-satqısı barədə müqavilə bağlanmış və şifahi razılaşmaya əsasən də bu avtomobilin istismarı zamanı baş verəcək yol nəqliyyat hadisələri ilə əlaqədar sığorta ödənişləri də cavabdehə veriləcəkdir. Lakin əfsuslar olsun ki, avtomobilə dəymiş ziyanla əlaqədar sığorta ödənişi iddaçı tərəfindən alınmış lakin cavabdehə ödənilməmişdir. Bu isə müqavilənin tələblərinin pozulması deməkdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən müqavilənin tələblərinə riayət etməməsi nəzərə alınmamış və bununlada AR MM-in 425-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün bütün prosessual imkanlarından istifadə etməlidir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən bu iddia ərizəsinə baxılarkən işin bütün halları obyektiv və ədalətli şəkildə araşdırılmamışdır. Belə ki, bu işdə faktiki olaraq cavabdeh ziyan çəkdiyi halda cavabdehdən əlavə pul da tutulmuşdur. Çox qəribədir ki, işin hallarından da görsənir ki, mübahisə predmeti olan avtomobil iddiaçıya qaytarılmış və onun tərəfindən başqa şəxsə satılaraq müəyyən pul vəsaiti əldə olunmuşdur. Eyni zamanda da cavabdeh tərəfindən də bu avtomobilin dəyərindən iki qat artıq məbləğ iddiaçıya ödənilmişdir. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bütün bu halları araşdırılmamış və bununla da məhkəmə tərəfindən AR MPM-nin 14-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə işdə olan sübutlara əsaslanaraq qətnamə qəbul etməlidir. Lakin işin hallarından görünür ki, məhkəmə qanunvericilik normalarını düzgün tətbiq etməmiş və cavabdeh tərəfindən iddiaçıya hər hansı bir ziyanın vurulmasını təsdiq edən sübut və fakt olmadığı halda məhkəmə əsassız olaraq belə bir qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən AR MPM-nin 217-ci maddəsinin tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
20. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
21. 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
25. Maddə 152.1 mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1 öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 458.1 əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
32. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
33. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
34. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
38. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;
39. Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
40. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 384.0.1 apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Hazırki halda qətnamə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
48. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında şifahi razılaşmaya əsasən İddiaçı ona məxsus “Toyota Prius” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci ilin avqust ayında ilkin olaraq 1000 manat ödəniş edilməklə, 3 il müddətinə, günü 25 manat olmaqla, aylıq 750 manata Cavabdeh icarəyə verilməsi, 3 il müddətinin sonunda ümumilikdə 27000 manat ödənildikdən sonra avtomobilin cavabdeh Cavabdeh mülkiyyətinə keçməsi barədə razılığa gəlmişlər. Cavabdeh ilkin olaraq iddiaçıya 1000 manat məbləğində ödəniş etmiş, avtomobili təxminən 11 ay müddətində istifadə etmiş və bu dövr ərzində sığorta ödənişləri də daxil olmaqla, ümumilikdə iddiaçıya 16200 manat məbləğində pul ödəmişdir. ## #### 2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, ##.##.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən “Toyota Prius” markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 840 manat vəsait tələb olunmuş və həmin vəsait sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Hadisədən sonra avtomobil faktiki olaraq istismar olunmamış və uzun müddət yol kənarında, cavabdehin avtomobil təmiri sexinin yaxınlığında saxlanılmışdır. ##.##.2022-ci il tarixdə iddiaçının oğlu X2 cavabdeh ilə bağlı Yasamal RPI-nin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra dekabr ayının sonlarında cavabdeh avtomobilin açarlarını və texniki pasportunu iddiaçıya qaytarmışdır. Lakin iddiaçı cavabdehin avtomobili təmir etməsini gözlədiyindən, həmçinin, avtomobili aparmağa yeri və pulu olmadığından avtomobili həmin vaxt götürməmiş və yalnız # ###### 2023-cü il tarixdə qüsur aktını (avtomobilə dəymiş zərərin ümumi məbləği 8440 manat müəyyən edilmişdir) tərtib etdirdikdən sonra avtomobili 2023-cü ilin dekabr ayında götürmüşdür.
49. Iddiaçı apellyasiya şikayətində məhkəmə tərəfindən təmir xərclərinin cavabdehin üzərinə qoyulması məsələsində düzgün hüquqi qiymətləndirmə aparılmadığını, qətnamədə avtomobilin uzun müddət istifadəsiz qalmasının onun texniki vəziyyətinə hansı formada mənfi təsir göstərməsinin əsaslandırılmadığını, avtomobildə yaranmış qüsurların uzun müddət istifadəsiz qalması nəticəsində deyil, məhz qəza nəticəsində baş verdiyini, qətnamədə avtomobili idarə etməyən şəxsin qəza törətməsi barədə yanlış məlumat göstərildiyini, əldən çıxmış fayda ilə bağlı hissədə avtomobilin gəlir gətirməməsinin səbəblərinin düzgün qiymətləndirilmədiyini, cavabdehin avtomobili yararsız vəziyyətə salmasının nəzərə alınmadığını qeyd etmişdir.
50. Cavabdeh apellyasiya şikayətində avtomobilin qəza nəticəsində zərər görməsini və sığorta ödənişlərinin iddiaçı tərəfindən mənimsənilməsinin məhkəmə tərəfindən nəzərə alınmadığını, ödənilmiş məbləğlərin avtomobilin real dəyərindən artıq olmasına baxmayaraq cavabdehin ziyana məruz qaldığını qeyd etmişdir.
51. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır.
52. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.
53. Işin mübahisələndirilməyən halı onda ibarətdir ki, cavabdeh Cavabdeh avtomobilin açarlarını və texniki pasportunu 2022-ci ilin dekabr ayının sonlarında iddiaçı İddiaçı qaytarmış, bununla da avtomobil üzərində faktiki sahiblik, istifadə və sərəncam vermək imkanı iddiaçıya keçmişdir. Lakin iddiaçı cavabdehin avtomobili təmir etməsini gözlədiyindən, həmçinin, avtomobili aparmağa yeri və pulu olmadığından avtomobili həmin vaxt götürməmiş, onu uzun müddət olduğu yerdə saxlamış və yalnız # ###### 2023-cü il tarixdə qüsur aktını tərtib etdirdikdən sonra avtomobili 2023-cü ilin dekabr ayında götürmüşdür. Bu müddət ərzində avtomobil istifadəsiz və nəzarətsiz qalmışdır.
54. Kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə hesab edir ki, zərərçəkmiş şəxs zərərin qarşısının alınması və onun artmaması üçün ağlabatan tədbirlər görməlidir. Iddiaçı öz mülkiyyətində olan avtomobil üzərində faktiki sərəncam vermək imkanına malik olduğu halda, onu vaxtında götürməmiş və təmir etdirilməsi üçün tədbirlər görməmişdir. Avtomobilin uzun müddət istifadəsiz və nəzarətsiz qalması nəticəsində onun texniki vəziyyətinin pisləşməsi və əlavə zərərin yaranması ehtimalının artması gözləniləndir. Bu baxımdan məhkəmə avtomobilin uzun müddət saxlanılma şəraitini və istifadəsiz qalmasını nəzərə alaraq əlavə zərərin yaranması ehtimalını qiymətləndirməkdə haqlı olmuşdur. Üstəlik, iddiaçı həmin dövrdə avtomobili götürmək və ya vəziyyətinə nəzarət etmək imkanına malik olduğu halda bunu etməmişdirsə, bu hal onun risk dairəsinə daxildir.
55. Kollegiya hesab edir ki, məhkəmə avtomobilin uzun müddət istifadəsiz və nəzarətsiz qaldığını, iddiaçının avtomobil üzərində faktiki sərəncam vermək imkanına malik olduğu halda, onu vaxtında götürmədiyini və təmir etdirilməsi üçün tədbirlər görmədiyini, yalnız # ###### 2023-cü il tarixdə qüsur aktını tərtib etdirdikdən sonra avtomobilin iddiaçı tərəfindən 2023-cü ilin dekabr ayında götürülməsini nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, 2023cü ildə tərtib edilmiş qüsur aktında göstərilən 8440 manat məbləğində təmir xərclərinin tam həcmdə cavabdehin üzərinə qoyulması əsaslı hesab edilə bilməz.
56. Kollegiya qeyd edir ki, iddiaçı qətnamənin 3-cü səhifəsində avtomobili idarə etməyən şəxsin qəza törətməsi barədə yanlış məlumat göstərildiyini qeyd etsə də, həmin hissə iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs Cavabdeh verdiyi ifadəni əks etdirir.
57. Kollegiya əldən çıxmış fayda ilə bağlı tələbə münasibətdə qeyd edir ki, bu hissədə qətnamə həm iddiaçı həm də cavabdeh tərəfindən mübahisələndirilir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən yalnız 2022-ci ilin avqust ayına qədər (avqust ayı da daxil olmaqla) olan ödənişləri həyata keçirmişdir. Avtomobil 2022-ci ilin dekabr ayına qədər cavabdehin sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh avtomobilin açarını və texniki pasportunu iddiaçıya 2022-ci ilin dekabr ayının sonunda təhvil vermişdir. Bundan sonra avtomobil üzərində faktiki sahiblik, istifadə və sərəncam vermək imkanı iddiaçıya keçmişdir. Cavabdeh 2022-ci ilin avqust ayından dekabr ayına qədər, yəni sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ödənişləri etməmişdir.
58. Belə olan halda, cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməli olan əldən çıxmış faydanı həmin 4 ay üçün hesablayaraq 3000 manat (750 manat * 4ay) müəyyən etməklə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
59. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayətləri təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Kollegiya hesab edir ki, iddianın təmin edilən hissəsinə mütənasib olaraq birinci instansiya məhkəməsinin məhkəmə xərcinə dair gəldiyi nəticə düzgündür. Hazırki halda isə apellyasiya şikayətləri təmin edilmədiyindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
64. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehə münasibətdə qətnamənin mübahisələdirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsinə görə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.