Məhkəmə qərarları › İş №2(3-6)-1335/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1335/2026

21.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1335/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı iddiaçı2 İsa oğlunun cavabdeh Cavabdeh QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı iddiaçı2 İsa oğlunun nümayəndə-vəkilləri vəkil1 və iddiaçı1 İsa oğlunun, cavabdeh Cavabdeh QSC-nin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı iddiaçı2 İsa oğlunun cavabdeh Cavabdeh QSC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Notarial qaydada imzalanmış iddiaçı2 İsa oğlu ilə "xxxx” QSC arasında ##.##.2022-ci il tarixli qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin:

2. 1.1-ci bəndinə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın cavabdeh tərəfindən sökülməsinə razılıq verir və Cavabdeh isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə İddiaçının mülkiyyətində olan faktiki ümumi sahəsi 40.04 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd tam təmirli mənzili və yeni tikiləcək binada yerləşən ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzili tikib İddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.

3. 1.3-cü bəndinə əsasən, İddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə İcraçı tərəfindən tikilib təhvil veriləcək 2 (iki) ədəd tam təmirli mənzili qəbul etməyi öz öhdəsinə götürür.

4. 2.1.7-ci bəndinə əsasən, İddiaçı təhvil verdiyi mənzilin əvəzinə Cavabdehin mülahizəsinə uyğun olaraq yaşayış sahəsinin tələblərinə cavab verən səviyyəli və mebel əşyaları verilmədən mənzilin ümumi sahəsinə 25 % (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə yeni tikiləcək binada yerləşən, ümumi sahəsi 45 kv.m və 35 kv.m olan təmirli mənzili tələb etmək hüququdur.

5. 2.1.8-ci bəndinə əsasən, yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 550 (beş vüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqını Cavabdehdən tələb etmək İddiaçının hüququ və vəzifəsidir.

6. 2.1.9-cu bəndinə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə göstərilən öhdəlik yerinə yetirilənədək İcraçının mənzilin təhvil verilməsini uzatmaq və kirayə haqlarının ödənişini dayandırmaq hüququ vardır.

7. 2.2.1 -ci bəndinə əsasən, Müqavilədə göstərilən şərtlər əsasında yaşayş üçün təhlükəli olan və istismar müddəti keçmiş mövcud binanın söküntüsünü, yeni binanın tikintisini və Cavabdehin mülahizəsinə uyğun olaraq yaşayış sahəsinin tələblərinə cavab verən səviyyədə, mənzilin kommunal sayğaclarını quraşdırmaqla 2 (iki) ədəd təmirli mənzilin verilməsini təmin etmək Cavabdehin vəzifəsidir.

8. 2.2.3-cü bəndinə əsasən, yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə bu müqavilənin 2.1.8-ci bəndində nəzərdə tutulmuş günə qədər rübdə 1 dəfə hər rübün 1-ci ayının 15-dək İddiaçıya kirayə haqqının ödənilməsini təmin etmək Cavabdehin vəzifəsidir.

9. 2.2.4-cü bəndinə görə yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən İddiaçıya 2 (iki) ədəd təmirli mənzili təhvil vermək Cavabdeh öz üzərinə öhdəlik olaraq götürmüşdür.

10. 2.2.9-cu bəndinə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə göstərilən öhdəlik yerinə yetirilənədək İcraçının mənzilin təhvil verilməsini uzatmaq və kirayə haqlarının ödənişini dayandırmaq hüququ vardır.

11. 2.2.10-cu bəndinə əsasən Sifarişçi bu müqavilə ilə müəyyən edilmiş müddətdə mənzili boşaldıb təhvil vermədikdə, o cümlədən yeni tikilmiş binadakı mənzili qəbul etmədikdə İcraçının bu müqavilədə nəzərdə tutulmuş kirayə haqlarının verilməsini dayandırmaq hüququ vardır.

12. Mənzilin hörgü planının təsdiqi barəsində ##.##.2023-cü il tarixli akta əsasən * saylı binanın 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan 2 otaqlı ** saylı təmirli mənzilin hörgü planı iddiaçı2 İsa oğlu tərəfindən imza ilə təsdiq edilmişdir.

13. Mənzilin hörgü planının təsdiqi barəsində ##.##.2024-cü il tarixli akta əsasən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı * saylı təmirli mənzilin hörgü planı iddiaçı2 İsa oğlu tərəfindən imza ilə təsdiq edilmişdir.

14. Yeni tikilmiş təmirli mənzilin təhvilinə dair ##.##.2024-cü il tarixli akta əsasən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı * saylı təmrli mənzil iddiaçı2 İsa oğlu tərəfindən təhvil alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı iddiaçı2 İsa oğlu cavabdeh Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən 1 (bir) ədəd ümumi sahəsi 45 kv.m olan 2 otaqlı tam təmirli mənzilin tikilib ona təhvil verilməsi, müqavilə bağlandığı andan məhkəmədə iddia qaldırıldığı günə qədər hər ay 550 (beş yüz əlli) manat məbləğində pul olmaqla, cəmi 14.850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pulun, müqavilə ilə digər 45 kv.m olan 2 otaqlı mənzil təhvil verilənədək aylıq 550 (beş yüz əlli) manat kirayə haqqının hesablanaraq ödənilməsi, həmçinin hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manatın və ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh arasında ##.##.2022-ci il tarixli qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında notarial qaydada müqavilə imzalanmışdır. Müqavilənin müvafiq bəndlərinə əsasən, o, "Sifarişçi” olaraq ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin "İcraçı” olan cavabdeh tərəfindən sökülməsinə razılıq verdiyi kimi cavabdeh olan "xxxx” QSC-də sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə onun mülkiyyətində olan faktiki ümumi sahəsi 40.04 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd tam təmirli mənzili və yeni tikiləcək binada yerləşən ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilədə nəzərdə tutulduğu kimi tikintisi başa çatmış binalardan ona təhvil verməli olan 2 (iki) ədəd təmirli mənzili ümumiyyətlə təhvil vermirdi. Eyni zamanda qeyd edilməlidir ki, Müqavilənin 2.1.8-ci bəndinə əsasən, yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 550 manat məbləğində kirayə haqqı cavabdeh tərəfindən rübdə 1 dəfə hər rübün 1-ci ayının 15-dək ona ödənilməli idi. Lakin cavabdeh tərəfindən ona ödənilməli olan aylıq 550 manat məbləğində kirayə haqqı bugünə qədər ödənilməmiş olaraq qalmışdır. Bir sözlə Cavabdeh QSC yuxarıda qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən Müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilədən və ya bununla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların arapılması yollu ilə həll edilir. Müqavilənin tələblərini nəzərə alaraq tərəfindən pretenziya qaydasında 9 sentyabr və # ###### 2024-cü il tarixli məktublarla cavabdehə müraciət edilmiş və Müqavilə üzrə 2 (iki) ədəd təmirli mənzilin təhvil verilməsi və Müqavilə bağlandığı andan aylıq 550 manat kirayə haqqının ödənilməsi xahiş edilmişdir. Sözügedən pretenziya məktublarına cavabdeh tərəfindən rəsmi qaydada cavab verilməmiş, lakin o, Müqavilə üzrə 35 kv.m olan 1 otaqlı bir ədəd mənzilin təhvil verilməsinə dəvət edilmiş və ## ###### 2024-cü il tarixdə tərəflər arasında bağlanmış Müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən yalnız birinin, yəni 35 kv.m olan 1 otaqlı mənzilin təhvil verilməsi həyata keçirilmişdir. Başqa sözlə, cavabdeh Müqavilə üzrə öhdəlikləri qismən (yəni bir ədəd mənzili təhvil versə) verinə yetirsə də, Müqavilə üzrə digər 45 kv.m olan 2 otaqlı mənzil İddiaçıya bu günədək təhvil verilməmiş və Müqavilə bağlandığı andan aylıq 550 manat kirayə haqqları bu günədək ödənilməmişdir. Bildiririk ki, cavabdeh kirayə haqqlarının ödənilməsi ilə bağlı iddia tələbinə etiraz edir ona görə ki, guya bundan əvvəl iddiaçıya mənzilin təhvil verilməsi ilə bağlı müraciətlər edilmiş və bu səbəbdən də kirayə haqqları həmin müraciət edildiyi vaxtadək hesablanmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış Müqavilədə aylıq kirayə haqqının ödənilməsi müvəqqəti yaşayış məqsədi ilə şərtləndirilmiş və kirayə haqqının ödənilməsi üçün son müddət olaraq binanın tikintisinin başa çatması göstərilmişdir. Həmçinin, kirayə haqqının ödənilməsi Müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd təmirli mənzilin təhvil verilməsi ilə əlaqələndirilmişdir. Hazırda isə cavabdeh Müqavilə üzrə yalnız 1 ədəd mənzilin təhvil verilməsini həyata keçirmişdir ki, bu da Müqavilənin şərtlərinə görə aylıq 550 manat kirayə haqqının ödənilməsinin dayandırılmasına əsas ola bilməz. Hesab edir ki, Cavabdeh Müqavilə üzrə hər iki mənzilin təhvil verilməsini başa çatdırdıqdan sonra aylıq 550 manat kirayə haqqı da dayandırılmalıdır. Beləliklə, tərəflər arasında pretenziya qaydasında mübahisənin tam formada həll olunması heç bir fayda verməmişdir və o, öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanılmış Müqavilə üzrə o, üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməyərək, müqavilənin şərtlərinə əsasən təhvil verilməli olan mənzillərdən yalnız birini 35 kv.m olan 1 otaqlı bir ədəd mənzil ona təhvil vermiş, digər 45 kv.m olan 2 otaqlı mənzil isə bugünə nə qədər cavabdeh tərəfindən ona təhvil verilməmiş, eynilə müqavilənin şərtlərinə əsasən müqavilə bağlanıldığı tarixdən hər rübün 1-ci ayının 15-dən aylıq ödənilməli 550 manat kirayə haqqı cavabdeh tərəfindən ona bugünə qədər ödənilməmiş olaraq qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən ona ödəməli olduğu kirayə haqqı borcu hazırki günə qədər, 14.850 manat təşkil edir (##.##.2022-ci il tarixindən-##.##.2025-ci il tarixinə qədər ödənilməli olan məbləğ 14.850 manatdır). Digər 45 kv.m olan 2 otaqlı mənzil ona təhvil verildiyi halda hər ay cavabdeh tərəfindən ona ödənilməli olan kirayə haqqı dayandırılacaqdır. Ancaq hazırki vəziyyətdə cavabdeh tərəfindən ona yığılmış kirayə haqqı ödənilməli, eyni zamanda digər mənzil təhvil verilənədək hər ay ödənilməli olan kirayə haqqı cavabdeh tərəfindən ona ödənilməlidir.

17. Cavabdeh Cavabdeh QSC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı iddiaçı2 İsa oğlu ilə cavabdeh "xxxx” QSC (hazırda MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ** saylı ##.##.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh MTK-ya məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 2-ci binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan 2 otaqlı təmirli və 8-ci binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı təmirli mənzillərə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” ##.##.2022-ci il tarixli müqavilə bağlanmışdır. Belə ki, müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi (iş üzrə iddiaçı) ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın İcraçı (iş üzrə cavabdeh) tərəfindən sökülməsinə razılıq verir və İcraçı isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə Sifarişçinin mülkiyyətində olan faktiki ümumi sahəsi 40.04 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd tam təmirli mənzili və yeni tikiləcək binada yerləşən ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzili tikib Sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Sifarişçi mülkiyyətində olan mənzilin əvəzinə İcraçı tərəfindən tikilib təhvil veriləcək 2 ədəd tam təmirli mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.9-cu bəndinə əsasən Sifarişçi müqavilədə göstərilən müddət ərzində İcraçının müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə təhvil verdiyi 2 ədəd təmirli mənzilləri 3 (üç) gün müddətində qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.7-ci bəndinə əsasən sözügedən yaşayəş binaları müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilmişdir. Müqavilənin 2.2.8-ci bəndinə əsasən bina (mənzil) tikilib təmir edildikdən sonra İcraçının Sifarişçidən mənzilin təhvil alınmasını tələb etmək hüququ vardır. Müqavilənin 2.2.9-cu bəndinə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə göstərilən öhdəlik yerinə yetirilənədək İcraçının mənzilin təhvil verilməsini uzatmaq və kirayə haqlarının ödənişini dayandırmaq hüququ vardır. Müqavilənin 2.2.10-cu bəndinə əsasən Sifarişçi bu müqavilə ilə müəyyən edilmiş müddətdə mənzili boşaldıb təhvil vermədikdə, o cümlədən yeni tikilmiş binadakı mənzili qəbul etmədikdə İcraçının bu müqavilədə nəzərdə tutulmuş kirayə haqlarının verilməsini dayandırmaq hüququ vardır. Mülki işin mübahisə doğurmayan halları aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin **** saylı ##.##.2014-cü il tarixli əmri təsdiq edilmiş Ö/****** nömrəli ##.##.2023-cü il tarixli istismara hazırlıq aktına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində 1 ədəd 1 girişli, 2 səviyyəli zirzəmili, 15 mərtəbəli * saylı yaşayış binası istismara təhvil verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin **** saylı ##.##.2014-cü il tarixli əmri təsdiq edilmiş Ö/****** nömrəli ##.##.2024-cü il tarixli istismara hazırlıq aktına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində 1 ədəd 1 girişli, zirzəmili, 14 mərtəbəli * saylı yaşayış binası istismara təhvil verilmişdir. Mənzilin hörgü planının təsdiqi barəsində ##.##.2024-cü il tarixli akta əsasən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı * saylı təmirli mənzilin hörgü planı iddiaçı2 İsa oğlu tərəfindən imza ilə təsdiq edilmişdir. Yeni tikilmiş təmirli mənzilin təhvilinə dair ##.##.2024-cü il tarixli akta əsasən * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı * saylı təmirli mənzil iddiaçı2 İsa oğlu tərəfindən təhvil alınmışdır. Mənzilin hörgü planının təsdiqi barəsində ##.##.2023-cü il tarixli akta əsasən * saylı binanın 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan 2 otaqlı ** saylı təmirli mənzilin hörgü planı iddiaçı2 İsa oğlu tərəfindən imza ilə təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən iddiaçı2 İsa oğlunun qeydiyyatda olduğu (ünvan 2) ünvanına poçt vasitəsilə 2-ci binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan 2 otaqlı təmirli mənzilin təhvil alınmasına dair **/SY saylı ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı # ######## 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı2 İsa oğlu ilə "xxxx” QSC arasında bağlanmış ##.##.2022-ci il tarixli Müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə cavabdeh tərəfindən tikilib təhvil veriləcək 1 (bir) ədəd, ümumi sahəsi 45 kv.m olan 2 otaqlı tam təmirli mənzilin iddiaçı2 İsa oğluna təhvil verilməsinin "xxxx” QSC-yə həvalə edilməsi; ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd və 35 kv.m olan 1 otaqlı bir ədəd mənzillərə görə ödənilməli olan 550 (beş yüz əlli) manat məbləğində kirayə pulunun hesablanaraq iddiaçı2 İsa oğluna ödənilməsi; ##.##.2024-cü il tarixdən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənə kimi 275 manat məbləğində kirayə pulunun hesablanaraq iddiaçı2 İsa oğluna ödənilməsi qət edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilədə nəzərdə tutulduğu kimi tikintisi başa çatmış binalardan iddiaçıya təhvil verməli olan 2 (iki) ədəd təmirli mənzildən birini 35 kv.m olan 1 otaqlı mənzilin təhvil verilməsini ## ###### 2024-cü il tarixli akt əsasında həyata keçirsə də, digər mənzili hazırki vaxta kimi təhvil verməmişdir. Cavabdeh tərəf digər mənzilin təhvil alınmasına dair iddiaçı ilə dəfələrlə əlaqə saxlanılsa da, xəbərdarlıq göndərilsə də onun təhvil almamasını göstərməsinə baxmayaraq məhkəmə cavabdehin bu arqumentlərini əsaslı, iddiaçının müqavilədə nəzərdə tutulmuş mənzillərdən birini təhvil aldığı halda, digərini təhvil almamağına dair dəlillərini inandırıcı saymamışdır. Buna görə də məhkəmə iddianın digər, yəni, sahəsi 45 kv.m olan təmirli mənzili ümumiyyətlə təhvil verməməklə cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsinə dair dəlillərini əsaslı saymışdır.

20. Məhkəmə tərəfindən həmçinin ## ###### 2024-cü il tarixli akt əsasında tərəflər arasında bağlanmış müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən 35 kv.m olan 1 otaqlı mənzilin təhvil verilməsi həyata keçirilməsinə baxmayaraq müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.8-ci bəndinə əsasən aylıq kirayə haqqı müqavilə bağlanan ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixə kimi hər iki mənzilə münasibətdə ödənilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia ##.##.2024-cü il tarixə kimi cavabdeh tərəfindən hər iki mənzil təhvil verilmədiyi üçün müqavilənin 2.1.8-ci bəndinə əsasən aylıq 550 manat kirayə ödənilməsi hissəsində də əsaslı olduğu üçün təmin edilməlidir

21. Məhkəmə iddiaçının Müqavilə üzrə yalnız 1 ədəd mənzilin təhvil verilməsini həyata keçirməməsinin müqavilənin şərtlərinə görə aylıq 550 manat kirayə haqqının ödənilməsinin dayandırılmasına əsas ola bilməməsinə dair dəlilinə qiymət verərək qeyd etmişdir ki, müqavilənin 2.2.3-cü bəndində yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə bu müqavilənin 2.1.8-ci bəndində nəzərdə tutulmuş qünə qədər rübdə 1 dəfə hər rübün 1-ci ayının 15-dək iddiaçıya kirayə haqqının ödənilməsini təmin etmək cavabdehin vəzifəsi kimi göstərilsə də müqavilənin 2.1.8-ci bəndinə əsasən aylıq 550 manat kirayə ödənilməsi hissəsində yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 550 (beş yüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqının ödənilməsinin göstərilməsi hər iki mənzil üçün ayrılıqda deyil, ümumilikdə nəzərdə tutulmuşdur. İddiaçıya ## ###### 2024-cü il tarixli akt əsasında tərəflər arasında bağlanmış Müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən 1-i, yəni 35 kv.m olan 1 otaqlı mənzili təhvil verilmişdir. Başqa sözlə, artıq iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi ona münasibətdə digər ünvanda müvəqqəti yaşayış anlayışının aradan qaxmasına dəlalət edir. Müqavilədə isə hər iki mənzil təhvil verilənə kimi aylıq 550 manat verilməsinin qeyd edilməsi mənzillərdən birinin təhvil verilməsindən sonra bu məbləğin olduğu kimi digər mənzil təhvil verilənə kimi ödənilməli olmasını ehtiva etmir. Qeyd olunduğu kimi kirayə haqqı mənzillər təhvil verilənə kimi yalnız digər ünvanda müvəqqəti yaşayış üçün verilən məbləğdir ki, ##.##.2024cü ildə iddiaçı artıq ona verilməli olan mənzillərdən biri ilə təmin edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı digər, yəni hələ təhvil verilməmiş mənzil üzrə cavabdehdən müqavilənin 2.1.8 və 2.2.3-cü bəndlərinə əsasən aylıq 550 manat ödənilməsinə tələb etməkdə haqlı deyildir. Lakin buna baxmayaraq məhkəmə, nə qədər ki, cavabdeh sahəsi 45 kv.m olan təmirli mənzili hazırki vaxta kimi təhvil verməməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsini və müqavilənin 2.1.8-ci bəndində aylıq 550 (beş yüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqının da hər iki mənzil üçün ayrılıqda deyil, ümumilikdə nəzərdə tutulmasını nəzərə alaraq hesab etmişdir ki, iddia bu hissədə, yəni kirayə haqqının təhvil verilməyən mənzil üzrə tam olaraq ödənilməli olması hissəsində qismən əsaslıdır və cavabdeh sahəsi 45 kv.m olan təmirli mənzil təhvil verilən vaxta kimi həmin mənzil üzrə üzərinə götürdüyü aylıq kirayə haqqı olan 550 manatı yarısını təşkil edən 275 manat kirayə məbləğini iddiaçıya ödəməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 421.2, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 752.1, 752.2 və 770-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

23. Həmin qətnamədən iddiaçı iddiaçı2 İsa oğlu apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

24. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında ##.##.2022ci il tarixli qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında notarial qaydada müqavilə imzalanmışdır. ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, o, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin "İcraçı” olan cavabdeh tərəfindən sökülməsinə razılıq verdiyi kimi cavabdeh olan "xxxx” QSCdə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə onun mülkiyyətində olan faktiki ümumi sahəsi 40.04 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd tam təmirli mənzili və yeni tikiləcək binada yerləşən ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh müqavilədə nəzərdə tutulduğu kimi tikintisi başa çatmış binalardan ona təhvil verməli olan 2 (iki) ədəd təmirli mənzili ümumiyyətlə təhvil vermirdi. Eyni zamanda qeyd edilməlidir ki, müqavilənin 2.1.8-ci bəndinə əsasən, yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 550 manat məbləğində kirayə haqqı cavabdeh tərəfindən rübdə 1 dəfə hər rübün 1-ci ayının 15-dək ona ödənilməli idi. Lakin cavabdeh tərəfindən ona ödənilməli olan aylıq 550 manat məbləğində kirayə haqqı bugünə qədər ödənilməmiş qalmışdır. Bir sözlə Cavabdeh QSC yuxarıda qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilədən və ya bununla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların arapılması yollu ilə həll edilir. Müqavilənin tələblərini nəzərə alaraq tərəfindən pretenziya qaydasında 9 sentyabr və # ###### 2024-cü il tarixli məktublarla cavabdehə müraciət edilmiş və Müqavilə üzrə 2 (iki) ədəd təmirli mənzilin təhvil verilməsi və Müqavilə bağlandığı andan aylıq 550 manat kirayə haqqının ödənilməsi xahiş edilmişdir. Sözügedən pretenziya məktublarına cavabdeh tərəfindən rəsmi qaydada cavab verilməmiş, lakin o, müqavilə üzrə 35 kv.m olan 1 otaqlı bir ədəd mənzilin təhvil verilməsinə dəvət edilmiş və ## ###### 2024-cü il tarixdə tərəflər arasında bağlanmış müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən yalnız birinin, yəni 35 kv.m olan 1 otaqlı mənzilin təhvil verilməsi həyata keçirilmişdir. Başqa sözlə deyilsə, cavabdeh müqavilə üzrə öhdəlikləri qismən (yəni bir ədəd mənzili təhvil versə) yerinə yetirsə də, müqavilə üzrə digər 45 kv.m olan 2 otaqlı mənzil ona bu günədək təhvil verilməmiş və Müqavilə bağlandığı andan aylıq 550 manat kirayə haqqları bu günədək ödənilməmişdir. Bildirir ki, cavabdeh kirayə haqqlarının ödənilməsi ilə bağlı iddia tələbinə etiraz edir ona görə ki, guya bundan əvvəl ona mənzilin təhvil verilməsi ilə bağlı müraciətlər edilmiş və bu səbəbdən də kirayə haqqları həmin müraciət edildiyi vaxtadək hesablanmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə aylıq kirayə haqqının ödənilməsi müvəqqəti yaşayış məqsədi ilə şərtləndirilmiş və kirayə haqqının ödənilməsi üçün son müddət olaraq binanın tikintisinin başa çatması göstərilmişdir. Həmçinin, kirayə haqqının ödənilməsi müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd təmirli mənzilin təhvil verilməsi ilə əlaqələndirilmişdir. Hazırda isə cavabdeh müqavilə üzrə yalnız 1 ədəd mənzilin təhvil verilməsini həyata keçirmişdir ki, bu da müqavilənin şərtlərinə görə aylıq 550 manat kirayə haqqının ödənilməsinin dayandırılmasına əsas ola bilməz. Hesab edir ki, cavabdeh müqavilə üzrə hər iki mənzilin təhvil verilməsini başa çatdırdıqdan sonra aylıq 550 manat kirayə haqqı da dayandırılmalıdır. Beləliklə, tərəflər arasında pretenziya qaydasında mübahisənin tam formada həll olunması heç bir fayda verməmişdir və o öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bununla da, o, öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanılmış müqavilə üzrə o, üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməyərək, müqavilənin şərtlərinə əsasən təhvil verilməli olan mənzillərdən yalnız birini 35 kv.m olan 1 otaqlı bir ədəd mənzil ona təhvil vermiş, digər 45 kv.m olan 2 otaqlı mənzil isə bugünə nə qədər cavabdeh tərəfindən ona təhvil verilməmiş, eynilə müqavilənin şərtlərinə əsasən müqavilə bağlanıldığı tarixdən hər rübün 1-ci ayının 15-dən aylıq ödənilməli 550 manat kirayə haqqı cavabdeh tərəfindən ona bugünə qədər ödənilməmiş olaraq qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən ona ödəməli olduğu kirayə haqqı borcu hazırki günə qədər 14.850 manat təşkil edir. (##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər ödənilməli olan məbləğ 14.850 manatdır). Qeyd edir ki, digər 45 kv.m olan 2 otaqlı mənzil ona təhvil verildiyi halda hər ay cavabdeh tərəfindən ona ödənilməli olan kirayə haqqı dayandırılacaqdır. Ancaq hazırki vəziyyətdə cavabdeh tərəfindən ona yığılmış kirayə haqqı ödənilməli, eyni zamanda digər mənzil təhvil verilənədək hər ay ödənilməli olan kirayə haqqı cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə ##.##.2024-cü il tarixdən sonrakı dövr üzrə kirayə haqqını 275 manat tutmaqda haqlı deyildir. Belə ki, Nəramanov rayonunda, Nərimanov Metrostansiyası ətrafında, şəhərin mərkəzində - 2 otaqlı mənzilin təkcə kirayə qiyməti 700 manat civarındadır. Digər tərəfədən də ona təhvil verilən mənzil təhvil verilməyəndən kiçikdir, həm otaq sayına görə, həm də ölçüsünə görə. Məhkəmə hansı meyarlarla məbləği 275 manat tutub, açıqlamır. Bundan sui-istifadə edən cavabdehin mənzilin təhvilini qəsdən uzatmaq üçün əlinə fürsət düşəcək. Onlar sakinlərin hesabına cavabdeh göydələnlər inşa edib, milyonlar əldə edir, lakin onu qəsdən incidir, bu hərəkətlərin cavabı 275 manatla yox, ədalətlə verilməli idi.

25. Həmin qətnamədən cavabdeh Cavabdeh QSC apellyasiya şikayəti verərək onun iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir.

26. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddiaçı2 İsa oğluna müqavilənin 2.2.10-cu bəndinə müvafiq olaraq inşa edilmiş mənzilin təhvil verilməsi ilə bağlı telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə MTK tərəfindən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq yeni mənzil təhvil alınmamışdır. Göstərilən öhdəliklər iddiaçı iddiaçı2 İsa oğlu tərəfindən yerinə yetirilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş bununla da qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçıya ## ###### 2024-cü il tarixli akt əsasında tərəflər arasında bağlanmış Müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən 1-i, yəni 35 kv.m olan 1 otaqlı mənzili təhvil verilmişdir. Başqa sözlə, artıq iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi ona münasibətdə digər ünvanda müvəqqəti yaşayış anlayışının aradan qaxmasına dəlalət edir. Müqavilədə isə hər iki mənzil təhvil verilənə kimi aylıq 550 manat verilməsinin qeyd edilməsi mənzillərdən birinin təhvil verilməsindən sonra bu məbləğin olduğu kimi digər mənzil təhvil verilənə kimi ödənilməli olmasını ehtiva etmir. Qeyd olunduğu kimi kirayə haqqı mənzillər təhvil verilənə kimi yalnız digər ünvanda müvəqqəti yaşayış üçün verilən məbləğdir ki, ##.##.2024cü ildə iddiaçı artıq ona verilməli olan mənzillərdən biri ilə təmin edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı digər, yəni hələ təhvil verilməmiş mənzil üzrə cavabdehdən müqavilənin 2.1.8 və 2.2.3-cü bəndlərinə əsasən aylıq 550 manat ödənilməsinə tələb etməkdə haqlı olmamışdır. Göründüyü kimi, iddiaçı iddiaçı2 İsa oğluna müqavilənin 2.2.10-cu bəndinə müvafiq olaraq inşa edilmiş mənzilin təhvil verilməsi ilə bağlı telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə MTK tərəfindən xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq yeni mənzil təhvil alınmamışdır. Göstərilən öhdəliklər iddiaçı iddiaçı2 İsa oğlu tərəfindən yerinə yetirilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 İsa oğlunun nümayəndəvəkilləri vəkil1 və iddiaçı1 İsa oğlu iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş; cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdilər.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh QSC-nin nümayəndəsi X1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş; iddiaçının apellyasiya şikayətini əsassız hesab etdiyini təmin edilməməsini xahiş etmişdir.

Apelyasiya baxışının hədləri

23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin müvafiq olaraq iddianın təmin edilməyən və təmin edilən hissələrində ləğv edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Konstitusiyasının

27. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

28. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

29. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə * saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

30. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

31. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

32. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

35. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

39. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

40. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

41. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

42. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

43. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.

44. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

45. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

46. 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

47. 752.1-ci və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

48. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

51. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin “##.##.2024-cü il tarixdən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənə kimi 275 manat məbləğində kirayə pulunun hesablanaraq iddiaçı2 İsa oğluna ödənilməsi” hissəsi üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir.

54. Belə ki, məhkəmə kollegiyası “ümumi sahəsi 45 kv.m olan 2 otaqlı tam təmirli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh QSC-yə həvalə edilməsi və ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək kirayə haqqının ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd və 35 kv.m olan 1 otaqlı bir ədəd mənzillərə görə hesablanaraq iddiaçıya ödənilməsi” tələbləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, məhkəmə tərəflərin münasibətləri ilə bağlı qanunvericiliyin müvafiq müddəalarına istinad etməklə iş üzrə müəyyən edilmiş hallara əsasən düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin bu hissədə ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

55. Məhkəmə kollegiyası mübahisələndirilən qətnamənin “##.##.2024-cü il tarixdən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənə kimi 275 manat məbləğində kirayə pulunun hesablanaraq iddiaçı2 İsa oğluna ödənilməsi” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

56. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” notarial qaydada təsdiq edilmiş müqaviləyə əsasən, “Sifarişçi” olan iddiaçı ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus yaşayış sahəsinin “İcraçı” olan cavabdeh tərəfindən sökülməsinə razılıq verməyi, cavabdeh isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək həmin binada iddiaçının mülkiyyətində olan faktiki ümumi sahəsi 40,04 kv.m olan mənzilin əvəzinə ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd və ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzilləri iddiaçının mülkiyyətinə verməyi, həmçinin yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 550 manat məbləğində kirayə haqqını hər rübün birinci ayının 15-dək iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

57. İddiaçı məhkəməyə müraciət edərək Bakə şəhəri, Nərimanv rayonu, * saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı * saylı təmrli mənzilin ona təhvil verilməsi barədə ##.##.2024-cü il tarixli akt tərtib edildikdən sonra da müqavilənin 2.1.8-ci bəndində nəzərdə tutulmuş qaydada aylıq 550 manat məbləğində kirayə haqqının ödənilməsinin dayandırılmasının əsassız olduğunu bildirmişdir.

58. Göstərilən tələb üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilənin 2.1.8-ci bəndinə əsasən aylıq 550 manat məbləğində kirayə haqqının ödənilməsinin yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə nəzərdə tutulduğu görünür. İddiaçıya ## ###### 2024-cü il tarixli akt əsasında tərəflər arasında bağlanmış müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən biri — ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzil təhvil verilmişdir. Qeyd olunan kirayə haqqı mənzillər təhvil verilənədək müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş məbləğ olduğundan, ## ###### 2024-cü il tarixdən sonra iddiaçı artıq ona verilməli olan mənzillərdən biri ilə təmin edilmiş hesab edilir. Bu səbəbdən, birinci instansiya məhkəməsi təhvil verilməmiş mənzil üzrə kirayə haqqının yarısını təşkil edən 275 manat məbləğində kirayə pulunun ödənilməsi barədə nəticəyə gəlmişdir.

59. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın bu hissəsi üzrə gəldiyi qənaət ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

60. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.8-ci bəndindən görünür ki, cavabdehin aylıq 550 manat məbləğində kirayə haqqı ödəmək öhdəliyi yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək iddiaçının müvəqqəti yaşayışının təmin olunması məqsədi ilə müəyyən edilmişdir. Həmin bənddə göstərilən məbləğin tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzillərin hər biri üzrə ayrıca müəyyən edilməsi və ya mənzillərdən birinin təhvil verilməsindən sonra proporsional qaydada azaldılması nəzərdə tutulmamışdır.

61. Birinci instansiya məhkəməsi tərəfindən kirayə haqqının 275 manat məbləğində müəyyən edilməsi tərəflərin iradəsindən irəli gəlməyən yeni hüquqi tənzimləmənin yaradılması olmaqla müqavilə şərtlərinin mahiyyətcə dəyişdirilməsi kimi qiymətləndirilməlidir.

62. Halbuki məhkəmə mübahisəni həll edərkən tərəflər arasında razılaşdırılmış öhdəlik şərtlərini öz mülahizəsinə əsasən əvəz etmək, hazırkı halda kirayə haqqı məbləğini müəyyən etmək və ya müqavilədə birbaşa nəzərdə tutulmayan, eləcə də tərəflərin həqiqi iradəsindən irəli gəlməyən şərtlər formalaşdırmaq səlahiyyətinə malik deyildir. Əks yanaşma məhkəmə tərəfindən mülki-hüquqi öhdəliyin məzmununun faktiki dəyişdirilməsi demək olardı ki, bu da müqavilə azadlığı prinsipinə, mülki hüquq münasibətlərinin dispozitiv xarakterinə və müqavilə şərtlərinin təfsiri zamanı məhkəmə mülahizəsinin hüdudlarına ziddir.

64. Bu səbəbdən birinci instansiya məhkəməsinin müqavilədə nəzərdə tutulmuş 550 manat məbləğində kirayə haqqını öz mülahizəsi ilə iki hissəyə bölərək cavabdehdən 275 manat məbləğində kirayə haqqının tutulması barədə gəldiyi nəticə müqavilənin şərtlərinə və tərəflərin iradəsinə uyğun hesab edilə bilməz. Müqavilə şərtlərindən belə nəticə çıxmır ki, tərəflər kirayə haqqının hər bir mənzil üzrə ayrıca hesablanmasını və ya mənzillərdən birinin təhvil verilməsindən sonra proporsional şəkildə azaldılmasını razılaşdırmışlar.

65. Həmçinin iş materialları ilə təsdiq edilmir ki, tərəflər müqaviləni bağlayarkən həmin müqavilənin 2.1.8-ci bəndində nəzərdə tutulmuş aylıq 550 manat məbləğində kirayə haqqının mənzillərdən birinin təhvil verilməsindən sonra digər mənzil təhvil verilənədək qismən saxlanılmasını və ya tam dayandırılmasını nəzərdə tutmuşlar. Əksinə, müqavilənin məzmunundan tərəflərin həqiqi iradəsinin aylıq 550 manat məbləğində kirayə haqqının vahid ödəniş kimi müəyyən edilməsinə və cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyin tam icra edilənədək həmin məbləğdə ödənişləri həyata keçirməsinə yönəldiyi görünür.

66. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

67. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

68. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).

69. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müzakirə olunan məsələ üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

70. Belə olan halda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ######## 2025-ci il tarixli qətnaməsi sözügedən hissədə ləğv edilməlidir. İş üzrə yeni qətnamə çıxarılmaqla, ##.##.2024cü il tarixdən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənədək aylıq 550 manat məbləğində kirayə haqqının iddiaçı2 İsa oğluna ödənilməli olması müəyyən edilməlidir. Cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməlidir.

71. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı iddiaçı2 İsa oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ######## 2025-ci il tarixli qətnaməsi “##.##.2024-cü il tarixdən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənə kimi hər ay 275 manat məbləğində kirayə pulunun hesablanaraq iddiaçı2 İsa oğluna ödənilməsi” hissəsində ləğv edilsin. Həmi hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh QSC-dən ##.##.2024-cü il tarixdən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənədək aylıq 550 manat məbləğində kirayə haqqı iddiaçı2 İsa oğluna ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar