Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1338/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X5 cavabdeh Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: işə bərpa) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı X5, Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X5 cavabdeh Cavabdeh MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında Baş anbardar vəzifəsinə təyin edilmiş, işin birinci 3 (üç) ayı sınaq müddəti hesab edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, işçi aşağıdakı əmək funksiyalarının icrasını öhdəsinə götürür: Distribyutorluqdan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərə əsasən göndərilən malların 1C də qeydiyyatının aparılması, rəhbərinə anbar qalıqları ilə bağlı hesabatların verilməsi. “SƏTƏM-sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi” qaydalarına riayət etməlidir. Müqavilənin 4.1-ci maddəsinə əsasən, işçiyə hər ay 600 manat məbləğində əmək haqqı ödənilir.
2. İddiaçı ##.##.2024-cü il tarixli izahatından görünür ki, o, 2008-ci ildən, Cavabdeh MMC-də işləyir, təxminən 5 il olar ki, tabeçiliyi satış meneceri vəzifəsində çalışan X2 nəzarətindədir. Onun satdığı malların müqabilində müştərilərdən aldığı pul vəsaitlərini şəxsi ehtiyaclarına xərclədiyi barədə məlumatı olmuşdur. ## ######## 2024-cü il tarixində X2 ona müştərilərdən aldığı pul vəsaitlərinin miqdarını, yəni 520.000 manat borclu olduğunu bildirmişdir. Rəşad Ələsgərovun borcu son 1 il olar ki, yaranıb. Satış menecerinin verdiyi sifarişləri onun göstərişi əsasında sənəd üzrə müştərilərə göndərirdi. Ona deyilmişdi ki, evi şirkətə borcu olduğu üçün satıb. Rəşad Ələsgərovun bu qanunsuz hərəkəti barədə məlumatlı olsa da, rəhbərliyə məlumat verməmişdir. Səbəb o olmuşdur ki, Rəşad evini satıb borcunu bağlamağa söz vermişdi. Bəzi hallarda müştəriləri satışdan gətirilən pulları Rəşada və Orxana verə bilmirdilər. Belə ki, onlar həmin vaxtlar iş yerində olmurdular. Pulu o qəbul edir, sonra da Rəşada və Orxana verirdi. Rəşada verilən pullar sistemə vurulmurdu, Orxan isə sistemə vururdu. İzahatını özü yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir.
3. Cavabdeh MMC-nin ##.##.2024-cü il tarixli K-**** nömrəli əmrindən görünür ki, “Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddənin “e” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) ##.##.2024-cü il tarixdə əmək müqaviləsinə xitam edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil1 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın iddiaçının barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli K-**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı uzun müddətdir ki, "Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışmışdır. Cavabdeh təşkilatın ##.##.2024-cü il tarixli, K-**** nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən iddiaçı işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab edir. Qeyd olunmalıdır ki, iddiaçının işlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtı vaxtında icra etmiş, rəhbərliyin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. Cavabdeh təşkilatın iddiaçını ittiham etdiyi əməllər cinayət məsuliyyətinə səbəb ola bilən hallardır. Həmçinin Konstitusiyasının təqsirsizlik prezumpsiyasına əsasən barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kimi təqsirli bilib ittiham etmək olmaz. Cavabdeh təşkilat isə bütün əmrlərdə iddiaçını açıq-aşkar cinayət əməlləri törətmiş şəxs kimi qələmə vermişdir. Belə ki, iddiaçı əmək müqaviləsi üzrə əmək funksiyalarını hər zaman lazımınca icra etmişdir. Əmək müqaviləsində iddiaçının əmək funksiyalarına aid edilən heç bir vəzifə üzrə səhvə yol verməmişdir. Həmçinin iddiaçının məsuliyyətində olanlarla bağlı işdən çıxarılan zaman təhvil-təslim aparılmış və heç bir nöqsan, əyri-əksiklik aşkar edilməmişdir. Cavabdeh təşkilat iddiaçını əmrdə də qeyd edildiyi kimi ona görə işdən çıxartmışdır ki, iddiaçı başqa bir əməkdaşın etdiyi qanunsuzluqları bilib onlara xəbər verməmişdir. Qeyd edilən məsələlər cinayət əməlləri hesab olunduğu üçün cavabdeh təşkilat həmçinin X4 da şikayət etmişdir. Bununla bağlı iddiaçı həm Polis Orqanında, həm də Prokurorluq orqanlarında izahat vermişdir. Yəni iddiaçı cavabdeh təşkilata qarşı heç bir qanunsuzluq etməmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Ayşən Sultanova- Məmmədova)
7. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinə əməl edilmiş və müqaviləyə xitam verilməsi əsaslı olmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının cavabdehin müəssisəsində çalışan digər işçinin törətdiyi qanunsuz əməlləri barədə cavabdehi məlumatlandırmaması göstərilmişdir. Bunun nəticəsində işəgötürənə külli miqdarda maddi ziyan dəymişdir. İşin hallarından görünür ki, iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək kimi vəzifələrini layiqincə yerinə yetirməmiş, digər işçinin əmək funksiyalarını və əmək qanunvericiliyini pozduğunu bildiyi halda bu barədə işəgötürənə məlumat verməmişdir. İddiaçının yazılı izahatından və onun məhkəmə iclaslarında verdiyi ifadələrindən qeyd olunan faktlar təsdiqini tapmışdır. iddiaçı izahatında bildirmişdir ki, malların giriş-çıxışı zamanı qeydiyyatı o, aparırdı. Bəzi hallarda müştəriləri onlar iş yerində, yəni kassada olmayanda pulları müştərilərdən alıb özü Orxana və Rəşada verirdi. Lakin müştərilərlə birbaşa əlaqədə olmadığından əvvəllər Rəşadın ara-sıra kassadan pul götürdüyünü bilmirdi. Rəşada verilən pullar sistemə vurulmurdu, Orxan isə sistemə vururdu. işçinin hərəkətsizliyi, qanunsuz əməlin törədilməsinin qarşısının alınmaması nəticəsində işəgötürənə birbaşa olmasa da dolayı yol ilə maddi zərər vermişdir. Qeyd olunan hallar iddiaçı tərəfindən əmək qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasını təsdiq edir. Məhkəmə həmçinin hesab etmişdir ki, işəgötürən tərəfindən tərəflər arasında bağlanmış əmək müqaviləsinin xitam edilməsi zamanı Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan əmrin (sərəncamının, qərarının) məzmunda göstərilməli olan məlumatların hər birinə əməl edilmiş, həmçinin əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmışdır. Məhkəmə daha sonra qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi "ç” bəndində işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd olunan qanunvericilik normaları müqavilənin ləğv edilməsini işəgötürənin səlahiyyətinə buraxır. Ona görə də əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin normalarına əməl olunaraq verildiyindən və işçinin işdən çıxarılması barədə kifayət qədər əsas olduğundan iddia təmin edilə bilməz.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi, 68-ci maddəsinin 1 -ci bəndi, 70-ci maddəsinin "ç” bəndi, 71- ci maddəsinin 2-ci hissəsi və 3-cü bəndi, 72-ci maddəsinin "e” bəndi, 84-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etdmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmadan yalnızca əmrdə işəgötürənin qeyd etdiyi formal mülahizələri sadalamaqla qərar qəbul etmişdir. Həmçinin məhkəmənin əmrin qanuniliyi ilə bağlı 1 abzaslıq "əsaslandırması” ümumiyyətlə başa düşülən deyil. Məhkəmənin iddiaçının ##.##.2024-cü il tarixli izahatı əsasında iddianı rədd eləməsi qanunsuzdur. Belə ki, o, həmin izahatı psixoloji təzyiq altında yazmışdır. Əmrdə də qeyd olunduğu kimi həmin izahat ilə şirkətdə aparılan audit yoxlama rəyinin tarixi eynidir. Həmin rəyi də iddiaçıya sübut kimi göstərib bildirdilər ki, "izahatı biz necə deyirik elə yazmalısan, əks halda sən də cinayət məsuliyyətinə cəlb olunacaqsan.” Həmin izahat onun sözləri deyil. Çünki izahatda o, necə dəqiq olaraq 520.000 manat pulu qeyd edə bilərdi ki, Rəşadın şirkətdən mənimsədiyi pulların hesabını aparmırdı. Artıq araşdırma aparılmışdı və məbləğ məlum idi. Ona görə də ona da izahatı belə yazdırdılar. Məhkəmə isə iddiaçının məhkəmədə verdiyi sərbəst izahatını deyil, təzyiq altında yazdığı izahatı əldə rəhbər tutaraq iddiasını rədd eləmişdir. Maddənin (Əmək Məcəlləsinin 186.1-cı maddəsi) tələbindən də göründüyü kimi intizam məsuliyyətinə cəlb etmək üçün 3 əsas şərt mövcuddur: 1) vəzifələrini yerinə yetirmədikdə, 2) hüquqlarından suiistifadə etdikdə və 3) əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə. İddiaçının barəsində verilmiş əmrdəki əsaslandırmada bu 3 şərtdən hansını məhkəmə təsbit edə bildi. Yəni iddiaçı hansı vəzifəsini icra etmədi və ya hansı hüququndan sui-istifadə etdi yaxud da əmək müqaviləsi üzrə hansı öhdəliyini pozdu? Əmək müqaviləsi üzrə iddiaçının hansısa cinayət barədə məlumat verməmə vəzifəsi yoxdur. Məhkəmə hesab etmişdir ki, əmr tam qanunidir və əmək qanunvericliyinin tələblərinə riayət edilməklə tərtib olunmuşdur. O zaman əmək qanunvericiliyi maddənin tələbindən də göründüyü kimi nə üçün burada inzibati tənbehin 1 ay ərzində verilməli olduğunu qeyd etmişdir. İddiaçının izahatı ## ######## 2025-ci il tarixində alınsa da əmri # ###### 2025-ci il tarixində verilmişdir. Bu maddə əmrin qanunsuz olduğunu tam əks etdirir. İşəgötürənin onu işdən çıxarmasına səbəb iddiaçının baş vermiş ağır cinayət barədə məlumat verməməyi olmuşdur. Bilindiyi kimi bu əməl özü də cinayət məsuliyyəti yaradır. Yəni iddiaçını bu əməldə ittiham etmək üçün onun barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü olmalıdır. Əks halda iddiaçı təqsirsizdir və bunu ən ali qanun aktı deyir. İddiaçının bu əsasla işdən çıxarılmağı və məhkəmənin buna qanuni deməsi sadəcə Konstitusiyanın normalarının pozulmasıdır. Məhkəmə tərəfindən ümumiyyətlə araşdırma aparılmadan və sorğular edilmədən yalnız cavabdehin nümayəndəsinin şifahi məlumatlarına əsasən qərar qəbul edilmişdir. Halbuki, məhkəmə ən azından bu faktla bağlı cinayət işi mövcuddursa materiallarını araşdıra bilərdi.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdeh MMC-nin ##.##.2024-cü il tarixli K-**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, iddia ərizəsinin verilməsi üçün 40 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan 50 manat məbləğində pulun cavabdehdən dövlət nəfinə tutulması qət edilmişdir. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Fərrux Qasımov).
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Qətnamədən cavabdeh Cavabdeh MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
15. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan normaları işin faktiki hallarına düzgün tətbiq etməmiş, iddiaçının törətdiyi pozuntunu cavabdehin aşkar edilməsi anı kimi iddiaçının MMC-yə izahat verdiyi ##.##.2024-cü il tarixi əsas götürmüş, pozuntunun aşkar edilməsi anının müəyyən edilməsi baxımından əhəmiyyətli olsa da, iddiaçının maddi-məsul şəxs olubolmamasını, maddi-məsul şəxs olduğu halda işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin yoxlanılmasının nəticələrinin mövcud olub-olmamasını, həmin nəticələrin hansı tarixə aid olmasını araşdırmamış, audit rəyinin məhz qeyd edilən tarixdə tərtib olunduğunu təsdiq edən sübutların iş materiallarında olmamasını qeyd etməklə kifayətlənmiş, müəyyən edilmiş nəticəyə uyğun olaraq işin hallarına hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan normaları işin faktiki hallarına düzgün tətbiq etməmiş, iddiaçının törətdiyi pozuntunu cavabdehin aşkar edilməsi anı kimi iddiaçının MMCyə izahat verdiyi ##.##.2024-cü il tarixi əsas götürmüş, pozuntunun aşkar edilməsi anının müəyyən edilməsi baxımından əhəmiyyətli olsa da, iddiaçının maddi-məsul şəxs olubolmamasını, maddi-məsul şəxs olduğu halda işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin yoxlanılmasının nəticələrinin mövcud olub-olmamasını, həmin nəticələrin hansı tarixə aid olmasını araşdırmamış, audit rəyinin məhz qeyd edilən tarixdə tərtib olunduğunu təsdiq edən sübutların iş materiallarında olmamasını qeyd etməklə kifayətlənmiş, müəyyən edilmiş nəticəyə uyğun olaraq işin hallarına hüquqi qiymət verməmişdir. Həmçinin iş materiallarında satış meneceri Rəşad Ələsgərovun barəsində cinayət işi başlanması qeyd olunsa da, həmin hal da pozuntunun aşkar edilməsi anının müəyyən edilməsi baxımından əhəmiyyətli olduğu halda, belə bir cinayət işinin başlanıb- başlanmaması, iddiaçının barəsində hər hansı qərarın (ittihamın verilməsi, yaxud cinayət işi başlanmasının rədd edilməsi haqqında) qəbul edilib-edilməməsi də araşdırılmamışdır. Belə ki, satış meneceri Rəşad Ələsgərovun müştərilərdən aldığı və mənimsədiyi qeyd olunan vəsaitin məbləğinin 520.000 manat olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. İzahatına əlavə olaraq bildirmişdir ki, anbarda çatışmamazlıqlar, fərqlərin yaranması 30 sentyabr tarixində aşkarlanmışdır. Lakin həmin tarixdən əvvəl rəhbər şəxslərə bu barədə məlumat vermiş və belə şərtlər altında işləyə bilməyəcəyini bildirmişdir. Bununla belə 01 oktyabr tarixində də öz vəzifəsini yerinə yetirmişdir. 02 oktyabr tarixində auditor yoxlaması təyin edildi, anbarı heç bir nöqsan olmadan təhvil vermişdir. O, anbara daxil olan malların girişinə-çıxışına nəzarət etmişdir. Kassaya daxil olan pullara nəzarət edən şəxs öz vəzifələrini düzgün şəkildə yerinə yetirməmişdir.
17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, həm anbarda araşdırma aparılırdı, həm də audit yoxlaması keçirilirdi. Onların təyin etdikləri auditlər yoxlamanı bitirdikdən sonra, işə müstəqil auditorlar cəlb edilmişdir. Allahverdiyev Elbrus şirkətin zərərə uğradığını bildiyi halda, bilə-bilə xəbər vermədiyi üçün işdən çıxarılmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.
11. (1-ci hissə). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək (c), işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək (d) əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. Maddə 68 (1 -ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68 (2-ci hissəsinin "a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 76 (1 -ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 79 (1 -ci hissə). İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 79 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Maddə 79 (3-cü hissə). Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1 -ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Maddə 186 (1 -ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin "ç” bəndində nəzərdə tutulmuş "əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər. Maddə 187 (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. Maddə 187 (3-cü hissə). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin ləğv edilən hissə ilə bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
24. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş üzrə kassasiya inatansiyasının qərarında qeyd edilən göstərişlər üzrə araşdırma aparmaqla hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir.
2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
27. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yanaşı Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi təsbit edilmiş, bu zaman əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən hallar Məcəllənin 72-ci maddəsində dəqiq şəkildə müəyyən edilmişdir. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi də (72-ci maddənin “e” bəndi) bu hallara aid edilmişdir. Lakin bu bəndin məzmunundan da belə qənaətə gəlmək olur ki, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır.
28. Hazırki işin faktiki hallarına əsasən tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı "Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarında Baş anbardar vəzifəsinə təyin edilmiş, satış meneceri vəzifəsində çalışan X2 tabeliyində işləmişdir. Həmçinin müəssisənin kassa və logistika üzrə mütəxəssisi X3 olmuşdur. Əmək müqaviləsinə əsasən iddiaçı - distribyutorluqdan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərə əsasən göndərilən malların 1C də qeydiyyatının aparılması, rəhbərinə anbar qalıqları ilə bağlı hesabatların verilməsi və s. əmək funksiyalarının icrasını öhdəsinə götürmüşdür. İddiaçı Rəşad Ələsgərovun satdığı malların müqabilində müştərilərdən bir il ərzində aldığı 520.000 manat pul vəsaitini şəxsi ehtiyaclarına xərclədiyi barədə məlumatlı olmuşdur. Həmçinin bəzi hallarda müştərilər satışdan gətirilən pulları Rəşada və Orxana verə bilmədikdə, iddiaçı pulları qəbul edərək sonradan Rəşada və Orxana vermiş, Rəşada verilən pullar sistemə vurulmamış, Orxan isə pulları sistemə vurmuşdur. Lakin iddiaçı məlumatlı olduğu bu hallar badədə MMC-nin rəhbərliyinə məlumat verməmişdir. İddiaçı qeyd olunanlarla bağlı cavabdeh MMC-yə ##.##.2024-cü il tarixdə izahat vermişdir. Cavabdeh MMC-nin ##.##.2024-cü il tarixli K-**** nömrəli əmri ilə "Emba Panel” aksessuar satış direktorluğunun Binəqədi satış anbarının kassa və logistika üzrə mütəxəssisi vəzifəsində çalışan iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi və 72ci maddənin "e” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilmişdir.
29. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının başqa bir əməkdaşın etdiyi qanunsuzluqları bilib onlara xəbər verməməsi səbəbindən işdən çıxarılmasını, qeyd edilən məsələlərin cinayət əməlləri hesab olunduğu üçün cavabdeh təşkilatın həmçinin X4 da şikayət etməsini, bununla bağlı iddiaçının həm Polis Orqanında, həm də Prokurorluq orqanlarında izahat verməsini, yəni iddiaçının cavabdeh təşkilata qarşı heç bir qanunsuzluq etməməsini qeyd edərək, işdən çıxarılmasına əsas olan əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
30. Cavabdehin nümayəndəsi isə iddia tələbinə qarşı etiraz vermiş, iddiaçının hərəkətsizliyinin şirkətə birbaşa olmasa da dolayı yol ilə maddi zərər verməsini, həmçinin iddiaçının hərəkətsizliyinin, yəni satış meneceri Rəşad Ələsgərovun qanunsuz hərəkətlərindən xəbərdar olub rəhbərliyə məlumat verməməsi, qanunsuz əməlin törədilməsinin qarşısının alınmaması əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi qiymətləndirilməli olmasını qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
31. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur (Əmək Məcəlləsinin 72-ci maddəsi "e” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir (Məcəllənin 70-ci maddəsinin "ç” bəndi).
32. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının cavabdehin müəssisəsində çalışan digər işçinin törətdiyi qanunsuz əməlləri barədə cavabdehi məlumatlandırmaması göstərilmişdir. Bunun nəticəsində işəgötürənə külli miqdarda maddi ziyan dəymişdir. İşin hallarında görünür ki, iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək kimi vəzifələrini layiqincə yerinə yetirməmiş, digər işçinin əmək funksiyalarını və əmək qanunvericiliyini pozduğunu bildiyi halda bu barədə işəgötürənə məlumat verməmişdir. X5 yazılı izahatından və onun məhkəmə iclaslarında verdiyi ifadələrindən qeyd olunan faktlar təsdiqini tapmışdır.
33. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.
34. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanan sorğuya əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh MMC-nin vəzifəli şəxsləri barəsində fakta görə ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 179.4 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış, həmin cinayət işi üzrə Cavabdeh MMC-də satış meneceri vəzifəsində işləmiş X2 ## ####### 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində “Polisin nəzarəti altınavermə” qətimkan tədbiri seçilmiş, ## ####### 2025-ci il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq edilərək aiddiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Mühasibatlıq sənədləri və ciddi hesabat blankları tam təqdim edilmədiyindən Cəmiyyətdə anbardar vəzifəsində işləmiş İddiaçı, xəzinədar vəzifəsində işləmiş X3 və qeyrilərinin əməllərinə hüquqi qiymət verilməsi mümkün olmadığından, qeyd edilən cinayət işininin istintaq materiallarından zəruri sənədlərin surətləri MMC-yə qaytarılmaqla əlavə yoxlama aparılması, həmin şəxslərin və qeyrilərinin əməllərində cinayət faktları müəyyən edilərsə, zəruri sənədlərin İstintaq orqanına göndərilməsi bildirilmişdir.
35. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçının yol verdiyi pozuntu ilə əlaqədar izahatı ##.##.2024-cü il tarixdə alınmış, iddiaçının izahatında qeyd etdiyi hallarla əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr isə ##.##.2024-cü il tarixdə verilmişdir. Əmək Məcələsinin 187-ci maddənin 3-cü hissəsinə əsasən isə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Odur ki, intizam tədbiri olaraq əmək müqaviləsinə xitam verilməsi barədə əmrin 6 aylıq müddətə əməl edilməklə verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd olmadığından əmr əsaslı olmuşdur.
36. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında nəzərdə tutulmuş göstərişə əsasən apellyasiya icraatı zamanı təqdim edilmiş audit xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı Cavabdeh MMC ilə audit şirkəti olan “xxxx” MMC arasında ## ####### 2024-cü il tarixdə, A**/** saylı müqavilə bağlanılmış və audit şirkəti tərəfindən rəy isə ## ###### 2024-cü il tarixdə verilmişdir. Bununla işçiyə intizam tənbehi verildiyi müddət ## ###### 2024-cü il tarix olduğundan, iddiaçı qanunla nəzərdə tutulmuş intizam tənbehinin verilməsi müddətini ötürməmiş və həmin müddət Əmək Məcəlləsinin 187.3-cü maddəsi ilə nəzərdə tutulan 6 aylıq müddətin daxilində olmuşdur.
37. Belə olan halda məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbləri baxımından ##.##.2024-cü il tarixli K-**** nömrəli əmri nəzərdən keçirib, onun məzmununa hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) ləğv edilməsi üçün hər hansı pozuntu halı mövcud deyil. Əmrdə göstərilənlər qeyd edilən maddələrin tərkibini yaradır. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmadan qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini təmin etməmişdir.
38. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə