Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-134/2026 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-134/2025 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2(011)-3008/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 04 fevral 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-11 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X2 vərəsəsi arvadı X6 "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətin verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-12 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X2 vərəsəsi qızı Cavabdeh "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətin verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X2 vərəsəsi arvadı X6 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin ½ hissə pay verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisində verilmiş xx.xx.2016-cı il tarixli 2V-20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X2 vərəsəsi qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin ½ hissə pay verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 3iat Ofisində verilmiş xx.xx.2024-cü il tarixli 2V-136 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ölmüş X4 vərəsəsi qızı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzilin tam hissədə verilməsi haqqında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri 36 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2V-18 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X6 verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli **********65-05101- 093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin, ünvan 3iat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnaməsi əsasında X6 verilmiş çıxarışın etibarsız hesab edilməsi, iddiaçının X1na məxsus olmuş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzilin 1/3 hissədə iddiaçıya payın ayrılması, iddiaçının X1na məxsus olmuş "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən 1/3 hissədə iddiaçıya payın ayrılması, iddiaçının anası X6 qanun üzrə vərəsəlik hüququ əsasında ona çatası olan paydan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzilin ½ hissədə iddiaçıya payın ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh iddiaçının atası Vaqif Rəhimovun ölümündən sonra özünə aid vərəsəlik hissəsindən anası Şəfiqə Rəhimovanın xeyrinə imtina etməsini nəzərə alaraq, Cavabdeh anası X4 ölümündən sonra vərəsəlik işinə qoşulmaqla Şəfiqə Rəhimovaya çatası hissədən vərəsəsi sayılmaqla yuxarıda qeyd edilən qaydada yekunda 5/8 hissəsi İddiaçı verilməsi, X1na məxsus olmuş "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən 1/3 hissədə iddiaçıya payın ayrılması, "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının anasına məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 2348-ci məhəllədə yerləşən binanın 37 saylı mənzilin özəllədirildiyi halda bu mənzilə dair vərəsəlik işi üzrə mərhumə X4 varisi kimi İddiaçı ½ hissə payın verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci ildə Bakıda doğulmuşdur. X1, anası X10 ilə nikahlarını qeyd etdirmişlər. İddiaçının X1 xx.xx.2015-ci ildə vəfat etmişdir. O, vəfat edənə qədər onun adına ünvan 1 ona məxsus olmuşdur. Onun "xxxx" QSC-də hesabı olmuşdur. İddiaçının atası öldükdən sonra onun adına olan ünvan 1 ünvanındakı mənzilin iddiaçının adına keçdiyi, anası öldükdən sonra isə bu mənzilin bacısı Cavabdeh adına keçməsi barədə bu yaxınlarda məlumat əldə etmişdir. xx.xx.2018-ci ildə iddiaçının anası vəfat etmişdir. İddiaçı atası və anasına məxsus əmlakların qeyri qanuni yolla bacısının adına keçməsini bildikdən sonra vərəsəlik işi qaldırmaq üçün bununla əlaqədar vəkil tutmuşdur. Vərəsəlik işlərinin açıldığı ünvan 3iat Ofisinə və Bakı şəhəri 36 saylı Bakı Notariat Ofisinə vəkil sorğuları təqdim edilərək vərəsəlik işlərinin əsli ilə təsdiq edilmiş surətləri tələb olunaraq əldə edilmişdir. İddiaçının X1 vəfat etdikdən sonra Bakı şəhəri 36 saylı Notariat Ofisində ünvan 1 ünvanındakı mənzil və "xxxx" QSC -də olan əmanətlə bağlı vərəsəlik işi açılmışdır. 36 saylı Notariat Ofisində anası X10 ərizə yazaraq ondan başqa yeganə vərəsənin bacım Cavabdeh olmasını göstərməklə Xətai rayonu, Gəncə prospekti, ev 67, mənzil 30 ünvanındakı mənzili və "xxxx" QSC -də olan əmanətlə bağlı qanun üzrə şəhadətnamə verilməsini xahiş etmişdir. Bacım Cavabdeh da ərizə yazaraq ondan başqa yeganə vərəsənin anası X10 olmasını göstərməklə ünvan 1 ünvanındakı mənzil və "xxxx" QSC - də olan əmanətlə bağlı qanun üzrə şəhadətnamə verilməsini xahiş etmişdir. 36 saylı Notariat Ofisindən verilmiş sorğu məktub əsasında "xxxx" QSC -dən alınmış 131 saylı 10 fevral 2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, müştəri X5 məxsus olan AZ83ACAB******************** saylı cari hesabda 3479,19 AZN, AZ57ACAB******************** saylı cari hesabda 0,01 AZN və AZ35ACAB******************** saylı kredit kart hesabda isə 0,00 AZN məbləğində vəsait mövcuddur. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ölmüş X2 vərəsəsi arvadı X10 əmlakdan ½ hissədə pay almalıdı. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən və ona hesablanmış faizlərdən ibarətdir. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ölmüş X2 vərəsəsi qızı Cavabdeh əmlakdan ½ hissədə pay almalıdı. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin Xəqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən və ona hesablanmış faizlərdən ibarətdir. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ölmüş X2 vərəsəsi arvadı X10 əmlakdan ½ hissədə pay almalıdı. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx/xx/2003 tarixdə X2 adına verilmiş 30/11632 qeydə alma nömrəsi ilə 710 nömrəli 106651-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzildən ibarətdir. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ölmüş X2 vərəsəsi qızı Cavabdeh əmlakdan ½ hissədə pay almalıdı. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx/xx/2003 tarixdə X2 adına verilmiş 30/11632 qeydə alma nömrəsi ilə 710 nömrəli 106651-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan 2 otaqlı mənzildən ibarətdir. xx.xx.2018-ci ildə anam X10 vəfat etmişdir. İddiaçının anası vəfat etdikdən sonra ünvan 3iat Ofisindən vərəsəlik işi açılmışdır. 44 saylı Notariat Ofisində iddiaçının bacısı Cavabdeh yanlış məlumatlı aşağıdakı məzmunda ərizə yazmışdır. xx.xx.2015-ci ildə mənim Bakı şəh. Gəncə pr. Ev 67, m.30 ünvanda yaşamış anası - X11 ölmüşdür. Mirasın tərkibi: daşınar və daşınmaz əmlak ondan irs qalmışdır. Ondan başqa vərəsə yoxdur. Mirasın tərkibinə daxil olan əmlaklara dair vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. Həmin müraciət əsasında xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəməyə görə ƏMDK-nın yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X6 verilmiş **********65-05101- 093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,14 kv/m olan mənzildən ibarətdir. ünvan 3iat Ofisində və Bakı şəhəri 36 saylı Notariat Ofisində vərəsəliklə bağlı müraciət olunarkən vərəsəlik barədə rəsmiləşdirmə aparan notarius qanun üzrə bütün vərəsələrin müəyyən olunub çağrılması üçün lazımı tədbirlər görməmişdir. İddiaçı atası və anası ilə həmişə yaxşı ünsiyyətdə və münasibətdə olmuşdur. İddiaçı və anası öldükdən sonra onlara məxsus bəzi əşyaları iddiaçı götürmüşdür.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli e-2(011)- 3008/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1151.2, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1248.2, 1255, 1273, 1321.1, 1321.2, 1321.3, 1322, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd edilir ki, İddiaçı ata və anasının öldüyünü bildiyi halda vərəsəliklə bağlı notariat orqanlarına müraciət etməmişdir. Bildirir ki, İddiaçı iddia ərizəsində və məhkəmə prosesi zamanı bildirmişdir ki, atası öldükdən sonra o evin hələ də onun adında olduğunu bilmişdir. Mənzilin anasının adına keçirilməsindən xəbəri olmamışdır. Qardaşı Rauf yaxın vaxtlarda evin atasının adından keçdiyini deyəndən sonra o, vəkil tutub yoxlatmış, bu zaman işin əsli ona məlum olmuşdur. Hansı ki, Cavabdeh da bu faktı təsdiq edərək qeyd edib ki, Rauf Zauru xəbərdar edəndən sonra Zaur işə başladı. Bu deyilənlərdən də aydın olur ki, İddiaçı notariat orqanı tərəfindən dəvət olunmamış, ona vərəsəlik barədə məlumat verilməmişdir. ünvan 3iat Ofisində və Bakı şəhəri 36 saylı Notariat Ofisində vərəsəliklə bağlı müraciət olunarkən vərəsəlik barədə rəsmiləşdirmə aparan notarius qanun üzrə bütün vərəsələrin müəyyən olunub çağrılması üçün lazımı tədbirlər görməmişdir. İşə baxan məhkəmə 2 notariat ofisi tərəfindən aparılan qanunsuz notariat hərəkətlərinə qiymət verməmiş, əksinə, İddiaçı notariat orqanına müraciət etməməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Əgər şəxs bir yerə çağırılmırsa, o necə bilə bilər ki, nə baş verib? Cavabdeh məhkəmədə bildirdi ki, notariat kontorlarında ondan başqa varisin olması barədə heç nə soruşulmamışdır. Çap olunmuş ərizə formaları onun qarşısına qoyulmuş və o da imza etmişdir. Zaurun vərəsə kimi göstərilib göstərilməməsi onun hüquqlarına toxunmur. Bununla bağlı bildirir ki, Cavabdeh qəsdən başqa vərəsələrin olmasını gizlətmiş, Zaur və Raufu vərəsə kimi qeyd etməmişdir. Bundan əlavə 2 notariat ofisi də saxtakarlıq edərək başqa vərəsələrin olması məsələsindən yan keçmişlər. Hər iki notariat ofisinin yalnız kompyuterlə çap olunmuş ərizə formalarını Cavabdeh qarşısına qoymaları inandırıcı deyil və bu, Notariat Ofislərinin birbaşa vəzifələri idi. Bundan əlavə iddiaçının nümayəndəsi tərəfindən Şəfəq "xxxx" MTK-ya Cavabdeh vəkili tərəfindən göndərilmiş sorğu məktubu oxunduqdan sonra məktubda “mən tək vərəsəyəm, başqa vərəsə yoxdur” yazısı ilə bağlı onun sualına cavab olaraq Cavabdeh “əgər mən vərəsə kimi evi qəbul etmişəmsə, vəkilim də ("xxxx" MTK-na) elə gedib deyib” kimi bildirdi. Burda söhbət mərhumə X4 adına olan"xxxx" MTK tərəfindən tikilmiş evin Cavabdeh adına keçirilməsi üçün MTK-na müraciəti ilə əlaqədar olmuşdur. Yəni Cavabdeh əvvəllər dəyalan məlumatlar verməsini davam etdirərək onun yeganə varis olması ilə əlaqədar evin onun adına keçirilməsinə nail olmağa çalışmışdır. Hansı ki, bu üsul 2 notariat kontorunda da tətbiq edilmiş və notariat ofislərində bu qaydada rəsmiləşdirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil3 verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
11. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Mübahisə olduğu dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
13. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
14. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
15. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
16. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
17. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
18. Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
19. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir;
20. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır;
21. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir.
22. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
23. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
24. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.
25. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.
26. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
27. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
28. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
29. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki iş üzrə iddiaçı tərəfindən apelyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunduğundan apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Kollegiya iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
39. İş materialları ilə müəyyən edilir ki, X9 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. Onun birinci növbəli qanun üzrə vərəsələri arvadı X10, qızı Cavabdeh, oğlu İddiaçı və X13 olmuşdur. X10 xx.xx.2016-cı il tarixində 36 saylı Notariat Kontoruna müraciət edərək məhrum X9 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. O, ərizədə özündən başqa Cavabdeh da vərəsə olduğunu qeyd etmişdir. Sonuncu da eyni qaydada həmin tarixdə notariat kontoruna müraciət edərək özündən başqa X4 da vərəsə olduğunu qeyd etmişdir.
40. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Xətai Rayonu Mənzil Kommunal İstismar Birliyinin 85 saylı MKİS tərəfinədn verilmiş arayışdan görünür ki, xx.xx.2015-ci il tarixində vəfat etmiş X9 vəfat edən günədək ünvan 4 ünvanında həyat yoldaşı X10 və qızı X12 ilə birgə qeydiyyatda olmuşdur.
41. xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrindən görünür ki, xx.xx.2015-ci il tarixində ölmüş X2 vərəsələri Cavabdeh və X7r və onlar "xxxx" QSC-nin Xaqani filialının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən və ona hesablanmış faizlərdən ibarət miras əmlakdan hərəsi ½ hissədə pay almalıdırlar.
42. Həmçinin xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2015-ci il tarixində ölmüş X2 vərəsələri müvafiq olaraq X7r və X7r və onlar ünvan 4 ünvanında yerləşən mənzildən ibarət miras əmlakdan ½ hissədə pay almalıdırlar.
43. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 67, 30 saylı mənzilin 1/2 hissəsi X4 və Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 2V-20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhatnaməyə əsasən 1/2 hissəsi Cavabdeh adlarına xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçmişdir. Sonradan Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 4Ə56 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. ünvan 3iat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 2V-136 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. Sonuncu xx.xx.2018-ci il tarixində vəfat etmişdir. Onun birinci növbəli qanun üzrə vərəsələri qızı Cavabdeh, oğlu İddiaçı və X13 olmuşlar.
44. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Xətai Rayonu Mənzil Kommunal İstismar Birliyinin 85 saylı MKİS tərəfindın verilmiş arayışdan görünür ki, xx.xx.2018-ci il tarixində vəfat etmiş X10 vəfat edən günədək ünvan 4 ünvanında həyat yoldaşı X9 və qızı X12 ilə birgə qeydiyyatda olmuşdur.
45. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2018-ci il tarixində vəfat etmiş X4 vərəsəsi Cavabdehdır və o, ünvan 4 ünvanında yerləşən mənzildən ibarət miras əmlakdan tam hissədə pay almalıdır.
46. Beləliklə, işin mübasəsiz halı ondan ibarətdir ki, X9 xx.xx.2015-ci il tarixində tarixində vəfat etmişdir. O vəfat etdikdən sonra ondan qalan miras əmlak üzrə qanuni pay hüququ olan 4 vərəsəsi olmuşdur, arvadı, qızı və 2 oğlu. Lakin qeyd edilən vərəslərdən yalnız mərhumun arvadı və hazırki iş üzrə cavabdeh olan qızı Cavabdeh qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakına pay əldə etmək üçün notariat ofisini müraciət etmiş, mərhumun oğlanları, yəni hazırki iş üzrə İddiaçı və qardaşı isə notariat ofisinə hər hansı formada müraciət etməmişlər. Beləliklə, qanun üzrə vərəsəlik haqqqında şəhadətnamə yalnız mərhumun arvadı və X10 və Cavabdeh verilmişdir. X10 da vəfat etdikdən sonra yenə də sadəcə Cavabdeh qızı qanunla nəzərdə tutulmuş müddətdə miras əmlakına pay əldə etmək üçün notariat ofisini müraciət etmiş və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əldə etmişdir.
47. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki işə hüquqi qiymət verilməsi üçün ilk növbədə tətbiq edilməli olan hüquq norması seçilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşməsi müəyyənləşdirilmişdir. Lakin mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.
48. Hazırki işin hallarından da göründüyü kimi X9 xx.xx.2015-ci il tarixində, X10 isə xx.xx.2018-ci ildə vəfat edilmiş və miras əmlakları müvafiq olaraq həmin tarixlərdə açılmışdır. Bu isə o deməkdir ki, hazırki mübahisəyə Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin tətbiqi ilə bağlı hər hansı məhdudiyyət mövcud deyildir.
49. Mübahisənin mahiyyətinə gəldikdə isə istər sözügedən normaların tələblərinə əsasən, istərsə də birinci instansiya məhkəməsinin mövqeyinin yoxlanılması aspektindən hazırda aydınlaşdırılmalı məqam mirasın qəbulu epizodu ilə bağlıdır.
50. Qeyd olunmalıdır ki, Roma hüququndan başlayaraq, mirasın qəbulu avtomatik proses kimi nəzərdən keçirilmirdi. Bununla əlaqədar iki əsas forma müəyyən olunmuşdur: - Cretio (Rəsmi bəyanatla) - Pro herede gestio (faktiki davranışla qəbulu)
51. Azərbaycan Respublikası mülki qanunvericiliyi də oxşar qənaətdədir. Belə ki, Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
52. Kollegiya qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
53. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
54. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının (apelyatorun) irəli sürdüyü faktiki hallar tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü onun miras əmlakı faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olduğu iş materialları ilə ümumiyyətlə müəyyən olunmur, dindirilmiş şahidlərin isə qeyri-müəyyən ifadələri (mərhum atadan ona verilmiş tilovun qəbulu və s.) mirasın faktiki qəbul kimi dəyərləndirilə bilməz.
55. Bundan başqa, Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququna dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Həmin Məhkəmənin İvaşkieviç Polşaya qarşı iş üzrə 26 iyul 2011ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (§ 44). Beləliklə, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların G.Atamovaya anası tərəfindən verilməsi məqamının apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Azərbaycan Respublikası Miilki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.”
56. Daha sonra, məhkəmə kollegiyası, ona da xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, mübahisə baş verən zamana qüvvədə olan mülki qanunvericiliyə əsasən müddət – subyektiv hüquqların reallaşdırılması və nəticə etibarı ilə müəyyən hüquqi nəticələrin yaranması üçün müəyyənləşdirilmiş vaxt kəsiyidir. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində qanunverici vərəsə tərəfindən mirası qəbul etmək və beləliklə də müvafiq hüquqi nəticələr yaratmaq üçün müddət müəyyən etmişdir. Qeyd olunan qanunun normasına əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilən norma imperativ xarakter daşıyır. Buna görə də mirasın qəbul olunması məqsədilə göstərilən Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq müddətin bərpası üçün ehtimal olunan vərəsənin müəyyən olunmuş müddət ərzində mirası qəbul etməsini mümkün etməyən üzrlü səbəblərin müəyyən olunması vacibdir. Hazırki işə baxılarkən bu cür üzrlü səbəblər müəyyən olunmamışdır.
57. Mülki Məcəllənin 1273-1-ci maddəsində qanunverici təsbit etmişdir ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir; həmin Məcəllənin 1262-ci və 1263-cü maddələrinə görə isə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.
58. Göründüyü kimi qanunverici, mirasdan imtina edən, habelə mirası qəbul və ya ondan imtina barədə iradəsini bəyan etməyən (susan) vərəsənin bu hərəkətinin hüquqi nəticəsini konkret tənzimləmişdir – belə vərəsənin payı digər vərəsələrin (mirası qəbul etmiş qanun və ya vəsiyyət üzrə vərəsələrin) payına əlavə edilir.
59. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.
60. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının X1 xx.xx.2015-ci il tarixində, iddiaçının anası X10 isə xx.xx.2018-ci il tarixində vəfat etmişdirlər. İşin mübahisəsiz hallarına əsasən iddiaçı hər iki valideynin ölümündən məlumatlı olmuşdur. Hətta iddiaçı mirası faktiki qəbul etdiyini əsaslandırarkən atasının tilovunun ona atasının yas mərasimində anası tərəfindən yadigar olaraq təqdim edildiyini bildirmişdir. Bu hal isə ona dəlalət edir ki, iddiaçı ən pis halda valideynlərinin yas mərasimlərində mirasın açıldığından məlumatlı olmuşdur. Buna baxmayaraq iddiaçı nə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş, nə də ki, mirasa sahiblik və istifadə etməklə mirası faktiki qəbul etmişdir.
61. İddiaçı qeyd edilən halla bağlı öz əks arqumentini belə əsaslandırmışdır ki, o, atasından miras qalmış bir ədəd tilovu qəbul etmişdir və həmin tilov da atasının miras əmlakı olduğundan, iddiaçı mirasın bir hissəsinə faktiki sahiblik etməklə bütün mirasa sahiblik etmiş sayılmalıdır.
62. Kollegiya bu barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, övladın valideyninin yas mərasimində iştirakı, o cümlədən mərhum atadan qalan bir sıra şəxsi istifadəsində olmuş əşyaların yadigar kimi götürülməsi əsas mülki dövriyyə predmetini və böyük bir kütləni təşkil edən miras əmlakın faktiki qəbul olunması anlamına gələ bilməz. Bu halda mülki dövriyyənin sabitliyi pozular və vərəsələrin miras qoyanlardan qəbul etdikləri hər kiçik bir əşya əsas gətirilərək qanunvericiliyin bu barədə olan normalarından sui-istifadəyə şərait yaranardı.
63. Ümumiyyətlə, qeyd edilməlidir ki, miras əmlaka sahiblik, xüsusilə də qeyd edilən miras daşınmaz əmlak olduğu halda burada mirasa sahiblik real əsaslara söykənməlidir (kommunal xidmətlərin ödənməsi, əmlaka üzərində hər hansı bir fəaliyyət həyata keçirməsi və.s kimi hərəkətlər).
64. O cümlədən birinci instansiya məhkəməsindəki icraat zamanı çıxış edən şahidlər də faktiki olaraq cavabdehin mübahisəli evdə məskunlaşması və mərhum miras qoyanlar, yəni valideynlərinin sosial qayğılarını da öz üzərinə alan şəxsin məhz cavabdeh, yəni Cavabdeh olduğunu təsdiq etmişlər.
65. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, iddiaçı mirasın qəbulu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş hər iki qəbul formasından heç birini müəyyənləşdirilmiş vaxtda həyata keçirməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
67. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
68. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
69. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
70. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli e-2(011)- 3008/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev