Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1365/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və digər ödənişlərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndələri nümayəndə2 və nümayəndə1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və digər ödənişlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “xxxx” X6 ilə İddiaçı arasında bağlanmış ## ###### 2026-cı il tarixli, *** nömrəli əmək müqaviləsinə əsasən sonuncu ## ###### 2017-ci il tarixdən ## ###### 2018-ci il tarixədək 3 ay müddətində “təmirçi-çilingər” vəzifəsinə işə qəbul edilmişdir, sonradan əmək müqaviləsinin tarixi uzadılmışdır.
2. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ## ###### 2024-cü il tarixli əmək müqaviləsinə əsasən sonuncu ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək 3 ay müddətində təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, ## ###### 2024cu il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ## ### 2025-ci il tarixində xitam verilməsi və qanunvericiliyinin tələblərinə görə son haqq hesabın aparılması barədə iddiaçı İddiaçı məlumat vermişdir.
4. Cavabdeh MMC-nin ## ### 2025-ci il tarixli, **/K nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
5. Cavabdeh MMC-nin nizamnaməsinə əsasən cəmiyyət “Azərsilah”xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən törəmə təsərrüfat cəmiyyəti olaraq yaradılmışdır, onun tabeliyində fəaliyyət göstərir və ## ######## 2024-cü il tarixdə qeydiyyata alınmışdır.
6. “Azərsilah”xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinə əsasən cəmiyyət Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
7. “xxxx” MMC-nin nizamnaməsinə əsasən cəmiyyət Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, “xxxx” Istehsalat Birliyi MMC-nin “xxxx” Elmi – Istehsalat Müəssisəsinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.
Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -nin ## ### 2025-ci il tarixli, **/K saylı əmrinin ləğv edilməsi, iddiaçının həmin MMC-yə “Alət və mexaniki emal sahəsində 4-cü dərəcəli təmirçi çilingər” vəzifəsinə bərpa edilməsi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC “xxxx” EIM-də ## ###### 2017-ci il tarixdən ## ### 2025-ci il tarixədək olan müddət ərzində əmək fəaliyyəti göstərmiş. işlədiyi müddətdə həmişə nümunəvi işçi olmuş, öz əmək funksiyasını vaxtı-vaxtında yerinə yetirmişdir. Lakin, müəssisə rəhbərliyi tərəfindən onunla müddətli əmək müqaviləsi bağlanmış, sonradan həmin müqavilənin müddətinin başa çatması bəhanəsi ilə ## ### 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Onun cavabdeh müəssisədə 7 ildən çox fasiləsiz iş təcrübəsi olmuş, əmək münasibətləri faktiki olaraq müddətsiz xarakter daşımışdır. Buna baxmayaraq formal müddətli müqaviləyə əsasən işdən azad olunmağı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə ziddir. Bundan başqa, hər dəfə əmək müqaviləsi bağlansa da, əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq əmək müqaviləsinin surəti ona təqdim olunmurdu. Halbuki, Əmək Məcəlləsinin 44-cü maddəsinin 3cü bəndinə görə, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 2017-ci ildən işlədiyi müddətdə bir dəfə də olsun əmək müqaviləsinin surətini almamışdır. Onunla müddətli və ya müddətsiz əmək müqaviləsi bağlanmasından xəbəri olmayıb, lakin işin xarakterinə və uzun müddət işləməyinə görə iş yerini daimi iş yeri bilmiş və hesab etmişdir ki, onunla müddətsiz əmək müqaviləsi bağlanıbdır. Işəgötürən əmək qanunvericiliyinin tələblərini pozaraq, onun işdən azad olunmağı barədə əmrin surətini də ona təqdim etməmişdir. Beləliklə, onunla müddətli əmək müqaviləsi bağlana bilməzdi. Işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Lakin əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğundan, onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab olunmalı və müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz hesab edilməklə onun əvvəlki işinə bərpa olunmağı barədə qətnamə çıxarılmalıdır.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
11. Qətnamənin əsaslarına görə məhkəmə işin mahiyyətinə qiymət vermədən iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibət bildirərək hesab etmişdir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, işə cavabdeh tərəfindən təqdim edilməklə əlavə edilmiş cavabdeh tərəfindən iddiaçı İddiaçı ünvanlanan müddətli əmək müqaviləsinə xitam verilməsi barədə ## ### 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı ilə cəmiyyət arasında bağlanmış ## ###### 2024-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətli əmək müqaviləsinin qurtarması ilə əlaqədar ## ### 2025-ci il tarixində xitam veriləcək və iddiaçı da həmin bildirişlə ## ### 2025-ci il tarixdə tanış olub imzalamışdır. Işdə olan razılıq və təsdiqləmə vərəqinin surətindən görünür ki, İddiaçı ## ### 2025-ci il tarixədək işlədiyi müəssisədə bütün ödənişləri almış və heç bir narazılığı yoxdur. Həmin vərəqədə iddiaçı İddiaçı ## ### 2025-ci il tarixdə imza etmişdir. Bu isə o deməkdir ki, iddiaçı əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi və müqavilənin müddətinin uzadılmayacağı ilə bağlı əvvəlcədən xəbərdar edilmiş, sonradan isə elə əmrin çıxarıldığı vaxt əmrlə tanış edilərək onunla son haqq hesab aparılmışdır. Bu isə ## ### 2025-ci il tarixdə baş vermişdir. Iddiaçı isə işdə olan mediasiya arayışındakı müddətə əsasən əmrin çıxarıldığı vaxtdan bir aya yaxın müddət keçdikdən sonra, yəni ## #### 2025-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Mediasiya arayışı isə ## #### 2025-ci il tarixdə verilmişdir. Daha sonra məhkəməyə müraciət üçün vəkil müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı dövlət hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilmiş, daha sonra hazırki iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş, məhkəmənin ## ####### 2025-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmış, bundan sonra iddiaçı hazırki iddia ilə ## ###### 2025-ci ildə məhkəməyə müraciət etmiş və beləliklə də əmək qanunvericiliyi ilə təsbit edilmiş fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Həmçinin, iddiaçı həmin müddətin Əmək Məcəlləsində təsbit edilmiş xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən, yəni üzürlü səbəblərdən ötürülməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Qanunverici fərdi əmək mübahisələrinə baxılmasının məhkəməyə qədər və məhkəmə qaydasını müəyyən etmiş, həmçinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxılmasının yalnız kollektiv müqavilələrdə nəzərdə tutulduğu təqdirdə mümkün hesab etmişdir. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin, fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2, 69.1, 69.4, 69.5, 73.1, 287, 294, 296-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” # #### 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı İddiaçı cavabdeh - Cavabdeh MMC “xxxx” EIM-də ##.##.2017-ci il tarixindən ##.##.2025-ci il tarixinədək olan müddət ərzində bağlanılmış əmək müqavilələri əsasında əmək münasibətlərində olaraq fəaliyyət göstərmişdir. Işlədiyi müddət ərzində öz əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Həmin müəssisədə ardıcıl olaraq 7 ildən artıq fasiləsiz işləməsinə baxmayaraq işəgötürən tərəfindən ona məlum olmayan səbəblərdən və xəbəri olmadan bir neşə dəfə müddətli əmək müqaviləsi bağladığı birinci instansiya məhkəməsində aparılan araşdırmalar zamanı ona məlum olmuşdur. Yəni işəgötürənin aşağıda göstərilən əmrləri ilə məhkəmə gedişində tanış olmuşdur: - ##.##.2017-ci il tarixindən ##.##.2018-ci il tarixinədək - 3 ay müddətinə təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir; - ##.##.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə görə əmək müqaviləsi ##.##.2022-ci il tarixinədək uzadılmışdır; - ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən ##.##.2025-ci il tarixinədək - 3 ay müddətinə əsas təmirçi-çilingər vəzifəsinə işə qəbul edilmişdir; - ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə guya əmək müqaviləsinin müddətinin bitməsinə görə xitam verilmişdir. Iş üzrə cababdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobudcasına pozulmuşdur. Işəgötürən tərəfindən onunla müxtəlif dövrlərdə əmək müqaviləsi baglanmış, lakin həmin müqavilələrin surəti işçiyə təqdim edilməmişdir. Əmək münasibətləri faktiki olaraq fasiləsiz və daimi xarakter daşımışdir. Bu səbəbdən iddiacı pozulmuş hüquqularınin bərpası əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarxli qətnaməsi ilə iddiaçının cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərfinə görə əmək haqqının və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddiası rədd olunmuşdur. Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi işə hərtərəfli, obyekiv, əldə edimiş sübutlar əsasında deyil, yalnız cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə əsaslanmış və qətnamənin məzmunundan da, göründüyü kimi hər vasitə ilə onu (iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsini) əsaslandırmağa çalışmışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı cavabdeh qurumda fasiləsiz olaraq 7 ildən artıq müddətdə -##.##.2017-ci il tarixindən - ##.##.2025-ci il tarixinədək əmək funksiyasını yerinə yetirmişdir. Bu maddənin tələblərindən də, göründüyü kimi işəgötürən onunla müddətli əmək müqaviləsi bağlamaqla qanunvericiliyi kobudcasına pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulmuş, əmrin surəti, iddiacının son haqq hesabı və əmək kitabçası iddiaçıya verilməmişdir. Işə baxan birinci instansiya məhkəməsinin iddia tələbinin rədd ediməsinə əsas kimi iddia müddətinin ötürülməsi qənaətinə gəlməsi əsassızdır. Belə ki, iddiaçı qanunvericiliyin tələblərinə müvafiq olaraq ilkin olaraq “Mediasia” sessiyasında iştirak üçün ##.##.2025-ci il tarixində müraciət etmiş, yəni hesab etsək ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti ona məhz ##.##.2025-ci il tarixində verilmişdir ki, bu halda da o, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməmiş olur. Sonrakı hallarda məhkəmə araşdırmaları olmuş və bu halda da, müddət ötürülməmişdir. “Mediasiya haqqında” Azırbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinin tələblərinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin işə baxan birinci instansiya məhkəməsi qanunun bu düzünə göstərişini nəzərə almamışdır. Işəgötürən tərəfindən əmək kitabçasının iddiaçıya verilməsi və yaxud onun tərəfindən əmək kitabçası ilə bağlı bildiriş göndərilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən norma kobud surətdə pozulmuşdur. Əksinə, əmək kitabçasının qanunla müəyyən edilmiş müddətdə verilməməsində işəgötürənin təqsiri iddiaçı tərəfindən sübuta yetirilmiş, lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamışdır. Hazırki iş üzrə işin halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə əsasən sübut olunmuşdur. Birinci instansiyası məhkəməsi işdə olan sübutları hərtərəfli, obyektiv araşdırmamış və həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ## ##### 2026-cı il və ## ##### 2026-cı il tarixlərində məhkəməyə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə görə, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti ilə razı deyil və hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Iddiaçının göstərdiyi dəlilə münasibətdə bildirilir ki, Azərbaycan Respublikasının Qanunu ilə Məcəllənin 44-cü maddənin 1-ci hissəsi yeni redaksiyada verilmişdir. Məcəllənin yeni redaksiyasına əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Bu səbəbdən əmək müqaviləsinin surəti kağız daşıyıcıda verilmir. Iddiaçının göstərdiyi digər dəlilə münasibətdə bildirilir ki, iddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2024-cü il tarixində bağlanmış müddətli əmək müqaviləsinə əsasən O, Cavabdeh MMCnin “xxxx EIM”-in Alət və mexaniki emal sahəsinə təmir çilingər peşəsinə işə qəbul edilmişdir. Göstərilən digər dəlilə münasibətdə bildirilir ki, Azərbaycan Respublikasının Qanunu ilə Məcəllənin 83-cü maddənin 2-ci hissəsi yeni redaksiyada verilmişdir. Məcəllənin yeni redaksiyasına əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, cavabdeh iddiaçı ilə ##.##.2024-cu il tarixində bağlanmış əmək müqaviləsinə Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin 'b' bəndinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ##.##.2025-ci il tarixində xitam verilməsi və qanunvericiliyinin tələblərinə görə son haqq hesabın aparılması barədə iddiaçıya məlumat vermişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə bildirişlə tanış olub imzalamışdır. Işdə olan razılıq və təsdiqləmə vərəqinin surətindən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixədək işlədiyi müəssisədə bütün ödənişləri almış və heç bir narazılığı yoxdur. Həmin vərəqədə iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə imza etmişdir. Bu isə o deməkdir ki, iddiaçı əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi və müqavilənin müddətinin uzadılmayacağı ilə bağlı əvvəlcədən xəbərdar edilmiş, sonradan isə elə əmrin çıxarıldığı vaxt əmrlə tanış edilərək onunla son haqq hesab aparılmışdır. Digər dəlilə münasibətdə bildirilir ki, HYPERLINK "https://e-qanun.az/framework/57718" \o "Azərbaycan Respublikasının ## #### 2024-cü il tarixli 1195-VIQD nömrəli Qanunu"## #### 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Məcəllənin 87-ci maddəsi yeni redaksiyada verilmişdir. Məcəllənin yeni redaksiyasına əsasən bu maddənin 2-ci hissəsində (Məcəllənin 87.2-ci maddəsi: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır.) nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. Iddiaçının göstərdiyi dəlilə münasibətdə bildirilir ki, iddiaçı işdə olan mediasiya arayışındakı müddətə əsasən əmrin çıxarıldığı vaxtdan bir aya yaxın müddət keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Mediasiya arayışı isə ##.##.2025-ci il tarixdə verilmişdir. Daha sonra məhkəməyə müraciət üçün vəkil müraciəti əsasında Sumqayıt şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı dövlət hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilmiş, daha sonra hazırki iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmış, bundan sonra iddiaçı hazırki iddia ilə ##.##.2025-ci ildə məhkəməyə müraciət etmiş və beləliklə də əmək qanunvericiliyi ilə təsbit edilmiş fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Həmçinin, iddiaçı həmin müddətin Məcəllədə təsbit edilmiş xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən, yəni üzürlü səbəblərdən ötürülməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətinə etiraz olaraq bir daha bildirilir ki, cavabdeh iddia tələblərini qəbul etmir. Iddia tələbləri də əsassızdır. Həmçinin, qeyd olunan tələblər üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlardan da aydın görünür ki, iddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin hazırda qüvvədə olmayan, köhnə dərc olunmuş normalarına istinad etmişdir. Lakin qeyd etmək vacibdir ki, iddiaçı ilə əmək münasibətlərini tənzimləyən qanunvericilik normaları, yaranmış əmək münasibətinin dövrünə uyğun olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin hazırda qüvvədə olan müddəalarına əsasən qiymətləndirilməlidir. Iddiaçının, mövcud hüquqi vəziyyəti düzgün analiz etmədiyi və ya qanunvericiliyin müddəalarını səhv tətbiq etdiyi üçün, onun təqdim etdiyi iddia müddəti düzgün hesablanmamışdır. Bu səhv hesablamanın nəticəsində isə iddiaçının apellyasiya şikayəti hüquqi əsası olmayan, qeyri-qanuni bir xarakter alaraq əsassız olmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Iddiaçı İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
18. Cavabdehin nümayəndələri nümayəndə2 və nümayəndə1 apellyasiya şikayətinə etiraz ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. Iddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 382. Iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə; Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; Maddə 12. 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir; Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz; Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda; Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur; Maddə 73.2. Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər; Maddə 76.1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Maddə 83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir; Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər; Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir;Maddə 294.5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.5. Işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər; Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2024-cü il tarixli Qərarı: “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. ... Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. ... Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.”
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən ##.##.2023-cü il tarixli, 2(102)- ****/**** nömrəli Qərarı: “- 72. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. ... - 79. ... Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Işçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.”
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
26. Birinci instansiya məhkəməsi iddia müddəti keçdiyinə görə iddianın rədd olunması qənaətinə gəldiyindən məhkəmə kollegiyası ilk növbədə bununla bağlı araşdırma apararaq aşağıdakıları müəyyən etmişdir.
27. Iddiaçı ## ### 2025-ci il tarixli əmrlə işdən azad olunmuş, ## #### 2025-ci il tarixdə medasiya təklifi göndərilmiş, ## #### 2025-ci il tarixdə mediasiya sessyiasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, ## #### 2025-ci il tarixdə Sumqayıt Regional vəkil bürosunun müdiri tərəfindən iddiaçının vəkillə təmin olunma barədə ərizə ilə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadına əsasən müraciət təmin olunmuş, məhkəməyə müraciət olunduqdan sonra prosessual nöqsanlara yol verildiyinə görə həmin məhkəmənin ## ####### 2025-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmış, sonradan isə aidiyyat qaydalarına düzgün riayət olunmaqla ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuşdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin axımı başlandıqdan sonra mediasiya təklifi göndərilmiş, bundan sonra vəkillə təmin olunma barədə ərizə göndərilmiş, prosessual pozuntular olduğundan iddia ərizəsi baxılmamış saxlanılmış və sonradan aidiyyat qaydalarına riayət olunmaqla yenidən məhkəməyə müraciət olunmuşdur. Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının hazırkı tələblə məhkəmələrə müraciət edərkən Mülki Məcəllənin 382-ci maddəsində qeyd olunduğu kimi onun şəxsiyyəti (savadsızlığı) ilə bağlı hallar müddətin ötürülməsi üçün üzrlü səbəb hesab olunmalıdır. Buna görə də cavabdehin qeyd olunan əsasları iddia müddətinin buraxılması qənaətinə gəlməyə əsas vermir. Iddiaçı tərəfindən prosesin bütün mərhələlərində dövlət hesabına vəkillə təmin olunma barədə ərizələrlə müraciət etməsi də bunu təsdiq edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının məhkəməyə müraciət edərkən prosessual pozuntulara yol verməsi, ərazi aidiyyatını düzgün müəyyən etməməsi cavabdeh tərəfindən ona ünvanlanmış bildirişdə (1-ci cild, 26-cı vərəqə) hüquqi şəxsin adının “Zirah MMC “xxxx EIM” kimi göstərilməsi olmuşdur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən ##.##.2023-cü il tarixli, 2(102)- ****/**** nömrəli Qərarında da qeyd olunmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
31. Yuxarıda qeyd olunan qərarlardakı hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən araşdırma aparılaraq Cavabdeh MMC, “Azərsilah”xxxx”xxxx“xxxx” MMCnin nizamnamələri alınaraq iş materiallarına əlavə olunmuşdur.
32. Müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin nizamnaməsinə əsasən cəmiyyət “Azərsilah”xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən törəmə təsərrüfat cəmiyyəti olaraq yaradılmışdır, onun tabeliyində fəaliyyət göstərir və ## ######## 2024-cü il tarixdə qeydiyyata alınmışdır, “Azərsilah”xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinə əsasən cəmiyyət Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir, “xxxx” MMC-nin nizamnaməsinə əsasən cəmiyyət Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, “xxxx” Istehsalat Birliyi MMC-nin “xxxx” Elmi – Istehsalat Müəssisəsinin çevrilməsi nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.
33. Işin halları ilə müəyyən olunur ki, 2017-ci ildən əmək müqaviləsinə xitam verildiyi ana qədər işçi əmək funksiyasını eyni yerdə həyata keçirmişdir, “xxxx” ASC tərəfindən verilmiş hesabdan çıxarışa (2-ci cild, 12-ci vərəqə) əsasən müəyyən olunmuşdur ki, hətta əmək haqqını aldığı hesab nömrəsi belə dəyişməmişdir. Bu hallar işin faktiki halları ilə təsdiqini tapdığından və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir.
34. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını yuxarıda qeyd olunan normalar baxımından qiymətləndirərək bu nəticəyə gəlir ki, işçi ilə əmək müqaviləsi bağlayan hüquqi şəxslər - “xxxx” MMC və Cavabdeh MMC Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən hüquqi şəxslərdir, iddiaçı 2017-ci ildən “xxxx” MMCdə işə qəbul olunmuş, Cavabdeh MMC ## ######## 2024-cü il tarixdə qeydiyyata alındıqdan 2 ay 3 gün sonra vəzifəsi və əmək funksiyasının həyata keçirdiyi yer dəyişmədən onunla sonuncu arasında müddətli əmək müqaviləsi bağlanmış, artıq bu ana qədər işçinin əmək stajı 5 ildən artıq, təxminən 7 il təşkil etmişdir. Buna görə də işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir, işçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
35. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
36. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ## ### 2025-ci il tarixli, **/K nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində təmirçi çilingər vəzifəsinə bərpa edilsin və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.