Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1384/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 İslam qızına, cavabdeh3 İslam qızına, cavabdeh2 və İslamzadə Etibar Elçin oğluna qarşı (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 İslam qızına, cavabdeh3 İslam qızına, cavabdeh2 və İslamzadə Etibar Elçin oğluna qarşı (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2008-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda istifadədə olan 0.0973 ha torpaq sahəsində yerləşən **a nömrəli, 5 mərtəbəli binada yerləşən 57.84 kv.m ümumi, 45.94 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində qeydiyyata alınmışdır. Şuşa RİH-nin ##.##.2007-ci il tarixli **** saylı arayışından müəyyən olunur ki, 1992-ci ildən etibarən Şuşa şəhərindən məcburi köçkün olan cavabdeh3 İslam qızı Bakı şəhəri Binəqədi rayonunda məskunlaşmışdır. Azərbaycan Respublikası Alı Məhkəməsinin *K-**/**** saylı ##.##.2003-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİUMK-nın ##.##.2002-ci il tarixli qətnaməsi dəyişdiriləkər İddiaçı Kərəm oğlunun cavabdeh4 İslam qızının və başqalarının Bakı şəhəri 7-ci m\r 11 a saylı binanın ** saylı mənzilindən çıxarılması tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu sektorunun ##.##.2025-ci il tarixli **** saylı arayışından müəyyən olunur ki, Şuşa rayonundan məcburi köçkünlər cavabdeh4 İslam qızı, cavabdeh3 İslam qızı, Mehdiyeva Vüqarə Yaşar qızı, İslamzadə Etibar Elçin oğlu 7-ci mikrorayon ev 11a, mənzil 85-də məcburi köçkün kimi məskunlaşmışlar. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2025-ci il tarixli məktubunun surətindən müəyyən olunur ki, Şuşa şəhərindən məcburi köçkün cavabdeh4 İslam qızı bacısı Mehdiyeva Nelufer İslam qızı ilə birgə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X2 küçəsində yerləşən **a saylı evin ** nömrəli mənzildə müvəqqəti məskunlaşmışdır. Məhkəmə qərarının icrası ilə əlaqədar, mənzilin boşaldılıb iddiaçıya geri təhvil verilməsi tələbi ilə bağlı müraciət nəzərə alınaraq, sözügedən mənzildə məskunlaşan məcburi köçkün cavabdeh4 İslam qızına və bacısı cavabdeh3 İslam qızına cəmi 2 nəfər olmaqla dövlət tərəfindən ## #### 2025-ci il tarixdə Komitənin hazırda olan boş mənzil fondundan, məcburi köçkünlər üçün salınmış Biləsuvar rayonunda 2 və ya * saylı qəsəbələrdə 12 sot həyətyanı sahəsi olan 2 otaqlı fərdi yaşayış evi ilə təmin olunması təklif olundu. Lakin, cavabdeh4 İslam qızı və bacısı cavabdeh3 İslam qızı təklif olunmuş evə köçməkdən imtina etdilər. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli sorğuya cavab məktubundan, eləcə də ##.##.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı"na uyğun olaraq məcburi köçkün ailələrinin Şuşa şəhərinə ilkin mərhələ üzrə köçürülməsi başa çatmışdır. 2026-cı ilin axırlarında (IV rübündə) növbəti mərhələ üzrə Şuşa şəhərinə köçürülmələr başlanan zaman sözügedən ünvanda məskunlaşan, Şuşa şəhərindən məcburi köçkün (2-ci qrup onkoloji xəstə) cavabdeh2, İslamzadə Etibar Elçin oğlu, İslamzadə Kəmalə Mikayıl qızı, İslamzadə Nil Etibar qızı, İslamzadə Məhəmməd Etibar oğlu, cavabdeh4 İslam qızı və cavabdeh3 İslam qızı doğma yurdlarına köçürüləcəklər. Köçürülmə vaxtı yaşayış sahəsi boşaldılaraq mülkiyyətçinin özünə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə xəbərdarlıq olunacaqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4 İslam qızı, cavabdeh3 İslam qızı, cavabdeh2 və İslamzadə Etibar Elçin oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata cavabdeh4 İslam qızının “mənzildən çıxarılma”sına aid hissədə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4 İslam qızının və cavabdeh3 İslam qızının iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2025-ci il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehlər cavabdeh4 İslam qızının, cavabdeh3 İslam qızının, cavabdeh2 və İslamzadə Etibar Elçin oğlunun iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bununla bağlı, ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. 1992-ci ildən etibarən Şuşa şəhərindən məcburi köçkün kimi Bakıya gəlmiş cavabdehlər ona məxsus mənzildə məskunlaşmış və uzun müddət oradan çıxmamışlar. 1995ci ildə məhkəmə və digər hüquq mühafizə orqanlarına müraciət etsə də, məcburi köçkünlərlə bağlı hər hansı tədbir görülməmişdir. O, da Azərbaycan Respublikasının vətəndaşı kimi dövlətin qayda və qanunlarına riayət etməklə həmin şəxslərin orada yaşamasına göz yummuşdur. Lakin artıq 30 ildən çox müddət keçmişdir. İşğal altında olan torpaqlar azad olunmuşdur. Bununla bağlı o, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdehlərə Biləsuvar rayonu ərazisində 0,12 ha torpaq sahəsi və müvafiq yaşayış sahəsi ayrılması bildirilmişdir. Dövlət cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacını ödəməyə çalışır. Qarşı tərəfin də bundan imtinası iddiaçının mülkiyyət hüquqlarının pozuntusu üçün əsas ola bilməz. İddiaçı iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək iddia tələbini müdafiə etdiyini, tərəflər arasında barışığın mümkün olmadığını və cavabdehlərin mənzildən çıxarılmasına möhlət vermək fikrinin olmadığını bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh3 İslam qızı mənzildən çıxarılmasına etiraz etmədiyini, lakin onun məcburi köçkün düşdüyü Şuşa şəhərinə köçürüldükdən sonra hazırki mübahisəli mənzildən çıxa biləcəyini bildirmiş və bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət etdiyini qeyd etmiş, ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq cavabdeh onun Şuşa şəhərində mənzillə təmin edilmədən hazırki mənzildən çıxa bilməyəcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 bildirdi ki, Şuşaya köçən zaman ilk gedənlərdən olacaqlar, möhlət verilməsini xahiş edir, 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəli köçəcəklər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İslamzadə Etibar Elçin oğlu anası cavabdeh2 ilə eyni məzmunlu izahat vermiş və ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh3 İslam qızının, cavabdeh2 və İslamzadə Etibar Elçin oğlunun Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon ev 11A, mənzil 85 ünvanında yerləşən mənzildən çıxarılmaları və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Məhkəmə ilk öncə qeyd etmişdir ki, birinci dispozitiv şərtin mövcudluğu, yəni işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlərin məskunlaşdığı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzildən mülkiyyətçinin iradəsinə zidd sahiblik və istifadə etdikləri üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İkinci dispozitiv şərtin mövcudluğu həm də məhkəmə iclası zamanı müəyyən edilmişdir. Belə ki, cavabdehlər hazırda iddiaçıya məxsus mənzildə yaşamağa davam etməklə, iddiaçının orada yaşamağına, əmlakından istifadə etməyə və ondan yararlanmağa imkan vermir. Cavabdehlər də məhkəmə iclası zamanı bu halı qəbul etmiş, yalnız məcburi köçkün düşdükləri Şuşa şəhərində mənzillə təmin edildikdən sonra hazırda məskunlaşdıqları mənzildən çıxa biləcəklərini bildirmişlər. Üçüncü dispozitiv şərtə, yəni mənzilin cavabdehlərin qanunuz sahibliyində olmasına gəldikdə isə, bununla bağlı yuxarıda ətraflı şərh edilmişdir ki, cavabdehlərin məskunlaşdıqları mənzilə dair hər hansı bir hüquqları mövcud deyil. Bu onu deməyə əsas verir ki, mənzil cavabdehlərin qanunsuz sabibliyindədir. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin imperativ tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin məhkəmə tədqiqatı zamanı müəyyən edilmiş hallarından aydın olur ki, cavabdehlər Şuşa şəhərindən məcburi köçkün düşmüş və bundan sonra iddiaçıya məxsus mənzildə ünvan 2 ünvanında yerləşən mənzildə yaşamağa başlamış və bu günədək də həmin mənzildə yaşayırlar. Eləcə də, məhkəmə qeyd edir ki, istinad edilmiş qanunvericilik normalarının tələblərinə əsasən məcburi köçkünlərin müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. İşin araşdırılan hallarına əsasən müəyyən edilir ki, hazırda cavabdehlərin müstəqil olaraq məskunlaşdığı mənzil iddiaçının mülkiyyətindədir və cavabdehlər tərəfindən bu formada məskunlaşma mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarını və qanuni maraqlarını pozur. Bu səbəbdən də müvafiq icra hakimiyyəti orqanları cavabdeh olan məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehlərdən birinə, yəni cavabdeh4 İslam qızına münasibətdə artıq qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı olduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh4 İslam qızına aid hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1999cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” Qaydalarının 4-cü bəninə, BMT-nin ## ###### 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 17-ci maddəsinə, Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı iş üzrə” ## ######## 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh cavabdeh2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə hesab etmişdir ki, Bakı s əhəri, Binəqədi rayonu, 7 mikrorayon, ev 11A, mənzil 85 u nvanında yerləs ən mənzil cavabdehlər tərəfindən hec bir qanuni əsas olmadan zəbt edildiyindən və bununla da iddiac ının qanunla və “Insan hu quqlarının və əsas azadlıqların mu dafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi ilə qorunan mu lkiyyət hu quqlarını pozdug undan iddia tələbi təmin edilməlidir. Məhkəmənin gəldiyi mövqe ilə bağlı bildirilməlidir ki, məhkəmə yalnız iddiaçının mülkiyyət hüquqlarını nəzərə aldığı təqdirdə öz iradələrinə zidd olaraq məcburi köçkün olmuş şəxslərin hüquqlarını nəzərə almamışdır. Bunun sübutu kimi qeyd olunmalıdır ki, Binəqədi Rayon Məhkəməsinin hakimi öz qətnaməsində məcburi köçkünlərlə bağlı müvafiq qanunvericiliyə istinad etsədə ona zidd qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1999-cu il tarixli, 200 no mrəli qərarı ilə təsdiq edilmis “Məcburi ko c ku nlərin bas qa yas ayıs sahəsinə ko c u ru lməsi” Qaydasının 4-cü bəndinə əsasən mu vəqqəti məskunlas mıs məcburi ko c ku nlər digər s əxslərin mənzil hu ququnu pozduqda, onlar həmin yas ayıs məntəqəsi ərazisində zəruri tələblərə cavab verən bas qa yas ayıs sahəsi ilə təmin olunurlar. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Qac qınların və Məcburi Ko c ku nlərin is ləri u zrə Do vlət Komitəsinin ##.##.2025ci il və ##.##.2025-ci il tarixli sorg uya cavab məktubundan, eləcə də ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, 2026-cı ilin axırlarında (IV ru bu ndə) no vbəti mərhələ u zrə S us a s əhərinə ko c u ru lmələr bas lanan zaman so zu gedən u nvanda məskunlas an, S us a s əhərindən məcburi ko c ku n (2-ci qrup onkoloji xəstə) Mehtiyeva Vu qarə Yas ar qızının, cavabdeh1 Elc in og lunun, X6, X1, X7 og lunun, cavabdeh4 və cavabdeh3 dog ma yurdlarına ko c u ru ləcəklər. Ko c u ru lmə vaxtı yas ayıs sahəsi bos aldılaraq mu lkiyyətc inin o zu nə geri təhvil verilməsi u c u n əvvəlcədən aidiyyəti u zrə xəbərdarlıq olunacaqdır. Buradan da görünür ki, cavabdeh2 və onun ailə üzvləri hal-hazıradək yaşayış sahəsi ilə təmin olunmamışlar. X5 və onun ailə üzvlərinin yaşamaq hüquqları pozulacaqdır. Belə olan halda onların mənzildən çıxarılmaları qanunvericiliyə və insan haqlarına ziddir. Cavabdeh və onun ailə üzvləri məcburiyyət qarşısında öz doğma evlərindən qovulduqlarına görə müvəqqəti Bakı şəhərində məskunlaşmışlar və onların yaşamağa başqa yerləri yoxdur. Lakin qeyd olunanlara baxmayaraq qətnamə qəbul edilərkən, işi tam və ətraflı araşdırılmamış, cavabdehin və onun ailə üzvlərinin hüquqları nəzərə alınmamış və qərəzli şəkildə iddianın təmin edilməsinə dair ədalətsiz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci ilərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzilərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər cavabdeh4 İslam qızına, cavabdeh3 İslam qızına, İslamzadə Etibar Elçin oğluna, cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə rəsmi qaydada məlumat verilmişdir. Cavabdeh Mehdiyeva Vüqarə Yaşar qızı məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər cavabdeh4 İslam qızı, cavabdeh3 İslam qızı, İslamzadə Etibar Elçin oğlu, cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər cavabdeh4 İslam qızının, cavabdeh3 İslam qızının, İslamzadə Etibar Elçin oğlunun, cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 33. Mənzil toxunulmazlığı hüququ İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə iş üzrə yalnız cavabdeh cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bu cavabdehə münasibətdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki qanunvericiliyin imperativ tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı mülki işin faktiki hallarından müəyyən olunur ki, cavabdehlər Şuşa şəhərindən məcburi köçkün düşmüş və bundan sonra iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildə yaşamağa başlamış və bu günədək də həmin mənzildə yaşayırlar. Belə ki, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehin heç bir hüquqi əsası olmadan uzun müddət yaşaması işin mübahisəsiz halıdır. Kollegiya qeyd edir ki, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, * saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən * saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə hüquqi əsası olmadan uzun müddət yaşaması, bu halın mülkiyyətçinin hüquqlarının və qanuni maraqlarının pozulması ilə nəticələnməsi öz təsdiqini tapdığından iddiaçının tələblərini təmin edən birinci instansiya məhkəməsinin nəticəsi qanuni və əsaslıdır. Kollegiya həmçinin qeyd edir ki, Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, hazırkı qətnamə cavabdehlərin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilmələri üçün əsasdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-1384/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1384/2026
20.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver