Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1399/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı işi üzrə Açar sözlər: (“əmək intizam tənbehlərinin töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrlərinin ləğv edilməsi “) hakimlər X14 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı Cavabdeh QSC-nin baş direktoru Çingiz Hacıyevin ## #### 2025-ci il tarixli əmri ilə ona verilmiş töhmət və ## #### 2025-ci il tarixli, **-*-**/K***/**** saylı əmri ilə ona verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv olunması; həmin intizam tənbehlərinin şəxsi işindən çıxarılması; ona verilmiş intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi; məhkəmə xərclərinin cavabdeh Cavabdeh QSC-nin üzərinə qoyulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2016-cı ildən “Şıx” sanatoriyasında kiçik tibb işçisi kimi fəaliyyət göstərmiş, işə daxil olan gündən vanna prosedur otaqlarında işləmiş, əmək fəaliyyəti dövründə vicdanla çalışmış, tapşırılan sahədə daim nizam-intizam və sanitariya tələblərinə maksimum diqqətlə yanaşmış, 2025-ci ilin yanvar ayınadək işdə heç bir problemi olmamış, rəhbərlik tərəfindən ona heç vaxt irad bildirilməmiş, heç vaxt intizam cəzası almamışdır. Lakin sanatoriyaya direktor vəzifəsinə Fuad Quliyev təyin olunandan sonra bir çox işçilər kimi onun da problemləri başlamış, yeni direktor gələndən sonra süni şəkildə qəsdən yaratdığı problemlər barədə şikayətlərində qeyd etmiş, həmçinin AİHİK-ə gələrək vəzifəli şəxslərin qəbulunda da söyləmiş, ilk olaraq vannalarda istifadə olunan suyun qoxusu pis, buxarlanma isə nəfəs darlığı və başgicəllənmə yaratdığı barədə rəhbərliyə və aidiyyəti tibb personalına dəfələrlə məlumat versə də, tədbir görən olmamış, nəticədə səhhətində ağırlaşma baş vermiş və həkimlərin rəyinə əsasən onda astma xəstəliyi aşkarlanmışdır. Sanatoriyanın direktoru Fuad Quliyev vəzifəyə təyin olunan kimi onu guya "vannaları pis təmizlədiyimə görə" şərləyərək əvvəlki vəzifəsindən 2025-ci ilin yanvarında uzaqlaşdırmış, onu “müalicə korpusunun xadiməçisi” kimi qeyri-rəsmi və aşağılayıcı formada işlətmişdir. ##.##.2025-ci il tarixli, **-*-**/K-***/**** saylı əmrlə ona “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilib. Əmrin məzmunu ilə tanış olduqda aydın olur ki, sənəd tam qərəzli, hüquqi cəhətdən əsassız və faktoloji baxımdan absurddur. Əmr 2 bəndə əsaslanaraq onun guya sanitariya qaydalarına əməl etmədiyini və işə səhlənkar yanaşdığını iddia edir. Halbuki, nə konkret fakt göstərilib, nə xidmət üzrə yazılı əsaslandırma mövcuddur, nə də onun izahatı və hüququ nəzərə alınıb. Əmr bir növ “şablon ittihamlar toplusu”dur və məqsəd sadəcə ona psixoloji təzyiq göstərmək, rəhbərliyin cinayət xarakterli su istifadəsinə etiraz etdiyi üçün onu susdurmaqdır. Əgər o hansısa qaydanı pozmuşdusa, o zaman nəyə görə sanatoriyada hələ də işləyir? Əgər vannalar pis təmizlənirdisə, bu qədər illər rəhbərlik niyə susurdu? Əmr “bütün tədbirlər görülməsinə baxmayaraq, işçi fəaliyyətində dönüş yaratmayıb” kimi ifadələrlə manipulyasiya edir. Halbuki, rəhbərlik tərəfindən onunla heç bir söhbət aparılmayıb, xəbərdarlıq edilməyib, hüququ pozulduğu üçün isə bu cür “dönüş” baş verməsi mümkün deyildi. Bu, açıq-aşkar böhtandır və hüquqi baxımdan da qüsurludur. Bundan başqa əmrin mətnindən də göründüyü kimi, guya Şəfəq Hüseynova 02-## #### 2025-ci il tarixlərdə onun tərəfindən döyülübdür və bu barədə dərhal xidməti bildiriş yazıbdır. Belə olan halda nəyə görə sanatoriya direktoru Cavabdeh QSC-yə bu barədə uydurma xidməti məruzəni həmin vaxt deyil, 10 gün sonra, yəni ## #### 2025-ci il tarixdə göndəribdir? Cavabdeh QSCnin rəhbərliyi isə bu uydurma hadisədən 35 gün keçdikdən sonra, yəni ## #### 2025-ci il tarixdə ona şiddətli töhmət veriblər. Hansı ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. Buradan da bu məsələnin qondarma olduğu bir daha görünür. Şəfəq Hüseynovanın 02-## #### 2025-ci il tarixlərdə xidməti otağında onun tərəfindən döyülməsi barədə göstərilənlər isə ümumiyyətlə gülməlidir. Belə çıxır ki, hər gün onun iş otağına gedərək onu döyürmüş. Əmrdə həmçinin Şəfəq Hüseynovanın uydurma xəsarətinə diaqnoz da qoyublar, guya onun sağ said (bilək) və mil-milək oynağı zədələnmişdir. Bu xəsarəti hansı ekspert və nəyə əsasən təyin etmişdir? Və əgər o, cinayət törədərək Şəfəq Hüseynovanı 2 gün ərzində döyərək ona bədən xəsarəti yetirmişəmsə, ona hədə-qorxu gəlmişsə, nəyə görə onun barəsində polis orqanlarına məlumat verilməmişdir? Əmrdə yazılır ki, guya kiçik tibb bacısı Nurxanım Nuriyevə şifahi izahat verərək hadisəni təsdiq edib. Bəs, şifahi izahat verən işçi nəyə görə yazılı izahat verməyibdir (hanı bu barədə imtina aktı)? Əmrdə həmçinin qeyd olunur ki, o daha əvvəl də intizam tənbehinə məruz qalmış və guya bu “tədbir” müsbət dəyişiklik yaratmayıb. Bu cümlə açıq-aşkar qərəzlidir və onun əməyinə, fəaliyyətinə hörmətsizlikdir. ## #### 2025-ci il tarixdə isə guya ona töhmət verilməsi yalandır. O, belə bir əmrin və töhmətin verilməsini ilk dəfədir eşidir. Bütün bunlarla yanaşı, Cavabdeh QSC-nin Nizamnaməsinin və Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad edilsə də, həmin maddələrin konkret hansı hissəsinə əsaslanıldığı, onun hansı hüquqi normanı pozduğum əsaslandırılmayıb. Belə yanaşma hüquqi deyil, qərəzli yanaşmadır.
2. Cavabdeh Cavabdeh QSC-nin nümayəndəsi ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh QSC-nin “Şıx” Sanatoriyasının kiçik tibb bacısı İddiaçı müxtəlif vaxtlarda işdə yol verdiyi intizam pozuntularına görə qanuni əsaslarla intizam məsuliyyətinə cəlb olunmuşdur. Hazırki iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Etirazın dəlilləri və hüquqi məsələlər: ##.##.2025-ci il tarixli əmrlə bağlı: Bu əmrlə İddiaçı töhmət elan olunmuşdur. Belə ki, tibbi xidmət şöbəsinin kiçik tibb işçisi vəzifəsində çalışan İddiaçı ##.##.2025-ci il tarixində (Əmək müqaviləsi üzrə işin bitmə saatı 17:00) saat 16:25 radələrində rəhbərliyi məlumatlandırmadan iş yerini tərk etmişdir. İş yerini saat 16:25 radələrində tərk etməsinə baxmayaraq işə giriş-çıxış jurnalına 17:00 qeyd etmiş və imza atmışdır. Bu hal aşkarlandıqdan sonra onunla telefon vasitəsilə əlaqə saxlanılaraq geri qayıtması tələb olunmuş, geri qayıtdıqdan sonra iş yerini işin bitmə saatından əvvəl tərk etməsi ilə bağlı yazılı izahat istənmişdir. İddiaçı yazılı izahat verməkdən imtina etmişdir. Növbəti gün (##.##.2025-ci il tarixində) səhər saatlarında İddiaçı “Şıx” Sanatoriyasının direktoru, Fuad Quliyevin otağının qarşısında ona yaxınlaşaraq əlindəki yazılı izahatını qəbul etməyini tələb etmişdir. Sanatoriyanın direktoru öz növbəsində izahatı insan resursları üzrə mütəxəssis Esmira Cabarovaya təqdim etməsini bildirmişdir. Bu sözdən sonra adıgedən işçi digər əməkdaşların qarşısında “Şıx” Sanatoriyasının direktoruna səsini yüksəldərək məhkəməyə verəcəyini bildirmişdir. İddiaçı sonradan izahatını insan resursları üzrə mütəxəssis Esmira Cabarovanın yanına gələrək masasının üstünə atmışdır. İzahatında halının pisləşməsini, dərman alması üçün müəssisəni tərk etməsini, sonradan geri qayıdacağını bildirməsinə baxmayaraq kamera görüntülərindən və jurnalda əvvəlcədən çıxış üçün apardığı qeydə əsasən İddiaçı iş yerini rəhbərliyi məlumatlandırmadan tərk etdiyi təsdiqini tapmışdır (müvafiq sənədlər əlavə olunur). ##.##.2025-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” əmri ilə bağlı: Bu əmrlə İddiaçı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” elan olunmuşdur. Belə ki, ##.##.2025-ci il tarixində saat 16:00-da və ##.##.2025-ci il tarixində səhər saat 09:45 radələrində sanatoriyanın kiçik tibb işçisi İddiaçı, şöbə müdiri Hüseynova Şəfəqə qarşı subordinasiya (tabeçilik) qaydalarını pozaraq qapını döymədən onun otağına daxil olmuşdur və həkimə qarşı səbəbsiz səs tonunu ucaltmışdır. Bu hərəkətləri gördükdən sonra Hüseynova Şəfəq otağı tərk etmək istədikdə, İddiaçı qapını zərblə itələməsi nəticəsində Hüseynova Şəfəqin sağ said (bilək) və mil-milək oynağı zədələnmişdir. Hadisədən dərhal sonra İddiaçı, Hüseynova Şəfəqə hədə-qorxu gəlmiş və otağı tərk etmişdir. Keçirdiyi güclü əsəb və stress nəticəsində Hüseynova Şəfəqin arterial təzyiqi kəskin şəkildə yüksəlmiş, o, özünü pis hiss etmiş və ona ilkin tibbi yardım göstərilmişdir. Tibbi müdaxilədən sonra onun vəziyyəti nisbətən stabilləşmişdir. Baş vermiş bu hadisə əmək kollektivində ciddi narahatlığa səbəb olmuş və bu cür davranış sanatoriyada işgüzar ab-havaya mənfi təsir göstərmişdir. Şöbə müdiri Hüseynova Şəfəq təqdim etdiyi xidməti bildirişdə kiçik tibb işçisi İddiaçı tərəfindən təhqir olunduğunu və hədələndiyini bəyan etmişdir. Hadisənin şahidləri – tibb bacıları Məmmədova Tamilla, Muradova Gülnarə baş verənləri öz yazılı izahatları təsdiq etmiş, digər şahid - xadimə Nuriyeva Nurxanım isə həyat yoldaşının bu tipli məsələlərdən narahat olduğunu bildirdiyinə görə yazılı izahat verməkdən imtina etmişdir. İddiaçı bundan əvvəl əmək funksiyalarını pozduğuna görə verilmiş töhmət intizam tənbehindən nəticə çıxartmamış və yenidən oxşar neqativ hərəkətə yol vermişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı kiçik tibb işçisi olaraq Cavabdeh QSC-də həftə ərzində 40 saatdan çox olmamaqla saat 09:00-dan 17:00dək işləyir; - İddiaçı ##.##.2025-ci il tarixli izahatına əsasən, İddiaçı astma xəstələyinin olduğunu, həmin gün xəstəliyinin ağırlaşdığını, bu səbəbdən dərman almaq məqsədilə sanatoriyanın inzibati ərazisini tam tərk etməyərək, yalnız həyət ərazisindən kənara çıxaraq yaxın məsafəyə dərman alıb geri qayıtdığını bidlrimişdir; - X5 ##.##.2025-ci il tarixli izahatına əsasən, ##.##.2025-ci il tarixdə İddiaçı Fuad Quliyevdən 10 dəqiqəlik qəbuluna keçmək üçün vaxt istəmiş, direktor isə ona hamının qarşısında sözünü deyə biləcəyini ifadə etmişdir. Bundan sonra İddiaçı səs tonunu yüksəldərək bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir; - Elnarə Əjdər qızının ##.##.2025-ci il tarixli izahatına əsasən, ##.##.2025-ci il tarixdə İddiaçı Fuad Quliyevə izahatı təqdim etmək istəyərkən, direktor ona izahatl kadrlar şöbəsinə tqdim etməli olduğunu bidlrimişdir. Bundan sonra İddiaçı səs tonunu yüksəldərək bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir;- ##.##.2025-ci il tarixli daxili intizam qaydalarının pozulması haqqında akta əsasən, İddiaçı işdən çıxış vaxtı 17:00 olduğu halda, rəhbərlikdən və ya müvafiq məsul şəxsdən icazə almadan saat 16:25-də iş yerini tərk etmişdir. İddiaçı çıxışa dair qeydiyyat kitabında 17:00 olaraq göstərmiş və bunu imzalamışdır. Bu isə qeyri-dəqiq və yanıldıcı xarakter daşıyır. X2, Hüseynova Şəfəq, Məmmədova Tamilla tərəfindən imzalanmışdır; - İş yerinə gəlib-getmə vaxtına dair cədvəlin surətinə əsasən, İddiaçı ##.##.2025-ci il tarixdə iş yerini saat 17:00-da tərk etdiyini qeyd etməklə onu imzalamışdır; - Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli, **-*-**/K-***/**** nömrəli “İntizam tənbehinin verilməsi barədə” əmrində qeyd olunur ki, Cavabdeh QSC-nin “Şıx” sanatoriyası filialından daxil olmuş sənədlər əsasında aparılmış araşdırma zamanı müyyən olunmuşdur ki, sanatoriyanın tibbi xidmət şöbəsinin kiçik tibb işçisi vəzifəsində çalışan İddiaçı ##.##.2025-ci il tarixində (Əmək müqaviləsi üzrə işin bitmə saatı 17:00) saaat 16:25 radələrində rəhbərliyi məlumatlandırmadan iş yerini tərk etmişdir. İş yerini saat 16:25 radələrində tərk etməsinə baxmayaraq, işə giriş-çıxış jurnalına 17:00 qeyd etmiş və imza atmışdır. Bu hal aşkarlandıqdan sonra onunla telefon vasitəsilə əlaqə saxlanılaraq geri qayıtması tələb olunmuş, geri qayıtdıqdan sora iş yerini işin butmə saatından əvvəl tərk etməsi ilə bağlı yazılı izahat istənilmişdir. İddiaçı yazılı izahat verməkdən imtina etmişdir və bu hal aktlaşdırılmışdır. Növbəti gün (##.##.2025-ci il tarixində) səhər saatlarında İddiaçı “Şıx” Sanatoriyası Filialın direktoru, X1 otağının qarşısında yaxınlaşaraq əlindəki yazılı izahatını qəbul etməyini tələb etmişdir. Filialın direktoru öz növbəsində izahatı insan resursları üzrə mütəxəssis X6 təqdim etməsini bildirmişdir. Bu sözdən sonra adıgedən işçi digər əməkdaşların qarşısında “Şıx” Sanatoriyası Filialın direktoru, X1 yüksəldərək məhkəməyə verəcəyini bildirmişdir. İddiaçı sonradan izahatını insan resursları üzrə mütəxəssis X6 yanına gələrək masasının üstünə atmışdır. İzahatında halının pisləşməsini, dərman alması üçün müəssisəni tərk etməsini, sonradan geri qayıdacağını bildirməsinə baxmayaraq kamera görüntülərindən və jurnalda əvvəlcədən çıxış üçün apardığı qeydə əsasən İddiaçı iş yerini rəhbərliyi məlumatlandırmadan tərk etdiyi təsdiqini tapır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “Şıx” Sanatoriyası Filialının tibbi xidmət şöbəsinin kiçik tibb işçisi İddiaçı töhmət elan edilməsi əmr edilmişdir. Əsas olaraq Cavabdeh QSC-nin “Şıx” SanatoriyasıFilialının direktoru X12 ##.##.2025-ci il tarixli **-*-**-*/*-**/**** nömrəli xidməti məruzəsi, ##.##.2025-ci il tarixli akt, işçilərin izahatları, İddiaçı sonradan təqdim etdiyi izahat, işçilərin işə gəlib-getmə jurnalının ##.##.2025ci il tarixinə olan səhifəsinin surəti qeyd olunmuşdur. 13. ##.##.2025-ci il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixində müalicə işi şöbəsinin şöbə müdiri X7 xidməti yazısına əsasən İddiaçı insan resurları şöbəsinə dəvət edilmiş, ondan ##.##.2025 və ##.##.2025-ci il tarixlərində baş vermiş hadisə ilə bağlı yazılı izahat tələb olunmuş, lakin İddiaçı izahat verməkdən imtina etmişdir. X2, Salehli Süsən və Məmmədova Tamilla tərəfindən imzalanmışdır; - ##.##.2025-ci il tarixli akta əsasən, ##.##.2025-ci il tarixdə xadimə Nuriyeva Nurxanım insan resurları otağına dəvət olunmuş, onun həkim Şəfəq Hesynovaya qarşı kobu davranışına dair gördüyü hallarla bağlı izahat verməsi istənilmiş, lakin Nuriyeva Nurxanım izahat verməkdən imtina etmiş, səbəb olaraq ailə vəziyyəti və həyat yoldaşının bu tip məsələlərə görə narahat olmasını göstərmiş və izahat təqdim edə bilməyəcəyini, onu heç kimin narahat etməməsini xahiş etmişdir; - X7 ##.##.2025ci il tarixli yazılı izahatında qeyd olunur ki, İddiaçı ona qarşı 02.06.20285-ci il tarixdə kobud və təhqiramiz ifadələr işlətmiş, ##.##.2025-ci il tarixdə isə yenidən ona qarşı kobudluq etmiş və qapını sıxaraq onun əlini zədələmişdir; - X9 ##.##.2025-ci il tarixli yazılı izhatında qeyd olunur ki, ##.##.2025-ci il tarixində hesabat vermək üçün çöbə müdiri Şəfəq Hüseynovanın yanına getmiş, həmin vaxt İddiaçı Şəfəq xanıma yüksək səslə danışb hörmətsizlik edirmiş, Şəfəq xanım otaqdan çıxmaq istəyəndə ona imkan verməmiş və qapını sıxaraq onun əlini zədələmişdir; - X3 ##.##.2025-ci il tarixli yazılı izahatında qeyd olunur ki, Hüseynova Şəfəqə tibbi yardım üçün gəldikdə onun halınının pisləşməsinə və qolunun xəsaət almasına səbəbin İddiaçı olduğunu eşitmişdir; - Cavabdeh QSC-nin ##.##.2025-ci il tarixli, **-*-**/K-***/**** nömrəli “İntizam məsuliyyətinə cəlb edilmə barədə” əmrində qeyd olunur ki, “Şıx” Sanatoriyası Filialının direktoru Fuad Quliyevin ##.##.2025-ci il tarixli, Cavabdeh QSC-nin rəhbərliyinə ünvanladığı xidməti məruzəsindən aydın olur ki, ##.##.2025-ci il tarixində-saat 16:00-da və ##.##.2025-ci il tarixində səhər saat 09:45 radələrində sanatoriyanın kiçik tibb işçisi İddiaçı, şöbə müdiri Flüseynova Şəfəqə qarşı subordinasiya (tabeçilik) qaydalarını pozaraq qapını döymədən onun otağına daxil olmuşdur və həkimə qarşı səbəbsiz səs tonunu ucaltmışdır. Bu hərəkətləri gördükdən sonra Hüseynova Şəfəq otağı tərk etmək istədikdə, İddiaçı qapını zərblə itələməsi nəticəsində Hüseynova Şəfəqin sağ said (bilək) və mil-milək oynağı zədələnmişdir. Baş vermiş bu hadisə əmək kollektivində ciddi narahatlığa səbəb olmuş və iş mühitinə mənfi təsir göstərmişdir. Oxşar halların əvvəllər də təkrarlandığını nəzərə alaraq, bu cür davranış sanatoriyada işgüzar ab-havaya mənfi təsir göstərmişdir. Şöbə müdiri Hüseynova Şəfəq təqdim etdiyi xidməti bildirişdə kiçik tibb işçisi İddiaçı tərəfindən təhqir olunduğunu və hədələndiyini bəyan etmişdir. Hadisənin təsadüfi şahidi olan kiçik tibb bacısı X10 bu barədə şifahi məlumat vermişdir. Bu fakt Hüseynova Şəfəqin təqdim etdiyi izahat məktubunda da öz əksini tapmış və təsdiq olunmuşdur. Kiçik tibb işçisi İddiaçı bundan əvvəl əmək funksiyalarını pozduğuna görə ## #### 2025-ci il tarixli əmrlə töhmət verilmişdir. Lakin, görünən odur ki, tətbiq edilmiş intizam tənbehi onun davranışında müsbət dəyişiklik yaratmamış və o, yenidən oxşar neqativ hərəkətə yol vermişdir. Bu səbəbdən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin “Şıx” Sanatoriyası-Filialının kiçik tibb bacısı İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi; “Şıx” Sanatoriyası Filialının direktoru X1 işçinin bu əmrlə tanış olmasını təmin etsin. Əmrin çıxarışı İddiaçı şəxsi işinə əlavə edilməsi; İddiaçı nəzərinə çatdırılsın ki, bir daha belə neqativ hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirləri görülməsi əmr edilmişdir. Əsas olaraq xidməti araşdırma ilə bağlı izahatlar və digər sənədlər qeyd olunmuşdur; - İddiaçı ##.##.2025-ci il tarixində əmrlə tanış olaraq, əmrdə qeyd olunanlarla razı olmadığını bildirmişdir; - İddiaçı Azərbaycan HİK sədri Sahib Məmmədova ##.##.2025-ci il tarixli şikayət ərizəsinə əsasən, ## #### 2025-ci il tarixli mənə töhmət verilməsi barədə əmr, həmçinin ## #### 2025- ci il tarixli, **-*-**/K-***/**** saylı əmrin tam ləğv edilməsinə dair hüquqi qərar verilməsi; Barəsində yalan və böhtan xarakterli materiallar hazırlayıb təqdim edən direktor Fuad Quliyevin inzibati məsuliyyətə cəlb olunmasının təmin olunması; Sanatoriyada istifadə olunan suyun mənşəyi və sanitar təhlükəsizlik standartların təcili və müstəqil ekspertiza ilə yoxlanılması; Onun səhhətinə və əmək hüquqlarıma vurulan ziyanın kompensasiya olunmasının təmin edilməsi; Vəzifə səlahiyyətlərini aşan, işçini şərləyən və təhlükəli vəziyyəti gizlədən rəhbər şəxslərin fəaliyyətinə qiymət verilməsi barədə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur; - İddiaçı Səbail rayon prokurorluğuna ##.##.2025-ci il tarixli müraciət məktubuna əsasən, Cavabdeh QSC və "Şıx" sanatoriyasının rəhbərliyi tərəfindən ona qarşı vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, hüquqlarımın pozulması və sağlamlığıma zərər yetirilməsi ilə bağlı geniş araşdırma aparılmasını, töhmət əmrinə hüquqi qiymət verilməsini və sağlamlığına dəyən zərərin müəyyən olunaraq hüquqi tədbirlərin görülməsini xahiş etmişdir; - *** nömrəli ambulator kitabça çıxarışından görünür ki, İddiaçı ##.##.2025- ##.##.2025-ci illər aralığında qarışıq astma, piylənmə, essensial hipertenziya xəstəliklərindən Bakı Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ambulator müalicə olunmuşdur; - ****** nömrəli ambulator kitabçadan çıxarışından görünür ki, İddiaçı qarışıq astma xəstəliyindən əziyyət çəkir. Ambulator kitabçadan çıxarış Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunmuşdur; - ##.##.2025-ci il tarixli, MŞB/*-****/** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh QSCyə ##.##.2025-ci il tarixində mediasiya üçün ərizə göndərilmiş, Cavabdeh QSC-nin mediasiya sessiyasında iştirak etməməsi səbəbilə mediasiya prosesinin keçirilməsi mümkün olmamışdır.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, **-*-**/K- ***/**** nömrəli “İntizam məsuliyyətinə cəlb edilmə” barədə əmrin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi görə ödənilməmiş 100 (bir yüz) manat dövlət rüsumunun məbləğinin cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 11, 186, 187, 190, 287; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə əvvəlcə ##.##.2025-ci il tarixli “töhmət verilməsi” barədə əmrlə bağlı qeyd edir ki, sözügedən əmr iddiaçının ##.##.2025-ci il tarixində iş yerini vaxtından əvvəl tərk etməsi halı ilə bağlı qəbul edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı iş yerini vaxtından əvvəl tərk etməsi faktı müəyyən edilmişdir. Həmçinin iddiaçı İddiaçı özü də ##.##.2025-ci il tarixdə iş yerini vaxtından əvvəl tərk etdiyini öz ərizəsində və izahatında etiraf etmişdir. Belə ki, o, iş yerini bir neçə dəqiqəlik tərk etdiyini, özünü pis hiss etdiyi üçün oğlundan dərman almağa getdiyini və qayıtmaq niyyətində olduğunu bildirmişdir. Məhkəmə iddiaçının iş yerinə geri qayıtmaq niyyəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında iddiaçının iş yerini tərk edərkən imzaladığı sənədin surəti mövcuddur. Həmin cədvəldə iddiaçının adının qarşısında onun iş yerini 17:00-da, yəni əmək müqaviləsində qeyd olunan saatda tərk etməsini göstərən qeyd və iddiaçının imzası mövcuddur. İddiaçı özü də izahatında həmin saatın və imzanın onun tərəfindən icra edildiyini, ancaq iş yerini saat 17:00-da deyil, daha tez tərk edərkən qeyd etdiyini etiraf etmişdir. Habelə, həmin müəssisənin işçiləri Əzizə Rəcəbova və Elnarə Qardaşxanovanın ##.##.2025-ci il tarixli yazılı izahatları ilə də qeyd olunan fakt təsdiq edilmişdir. Qeyd olunan sübutlar, həmçinin iddiaçının iş yerini tərk edərkən hər hansı məsul şəxsə bu barədə xəbər verməməsi iddiaçının iş yerini müvəqqəti, yəni geri qayıtmaq üçün bir neçə dəqiqlik tərk etməsi ilə bağlı dəlillərinin əsassız olduğunu təsdiq edir. Mövcud qanunvericiliyə əsasən isə tələbi sübuta yeirmək hər bir tərəfin özünün öhdəliyidir. Habelə qeyd olunmaldır ki, ##.##.2025-ci il tarixli əmr qanunvericiliklə məüyyən edilmiş bir aylıq müddət ərzində qəbul edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçı İddiaçı töhmət verilməsi ilə bağlı ##.##.2025-ci il tarixində qəbul edilən əmr qanunvericiliyin tələblərinə uyğundur və onun ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Bu səbəbədən məhkəmə hesab edir ki, iddia tələbi ##.##.2025-ci il tarixli töhmət əmrinin ləğv edilməsi hissəsində əsassız olduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə ##.##.2025-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” əmrinə münasibətdə qeyd edir ki, əmək qanunvericiliyinin imperativ tələbləri pozulmuşdur. Əvvəla, əmrdə işçi (iddiaçı) tərəfindən törədilən pozuntu hallarının ##.##.2025 - ##.##.2025-ci il tarixlərində baş verməsi qeyd olunmuş, qeyd edilən hal ##.##.2025-ci il tarixində “Şıx” Sanatoriyasının İnsan resursları şöbəsi tərəfindən aktlaşdırılmış və elə ##.##.2025-ci il tarixində iddiaçıdan və işçi Nuriyeva Nurxanımdan izahat verməsi istənilmiş, lakin onlar izahat verməkdən imtina etmiş və bu da həmin gün aktlaşdırılmışdır. Həmçinin aktda qeyd olunur ki, ##.##.2025-ci il tarixində müalicə işi şöbəsinin şöbə müdiri Şəfəq Hüseynovanın xidməti yazısına əsasən İddiaçı insan resursları şöbəsinə dəvət olunmuşdur. İddia edilən pozuntu halının ##.##.2025-ci il tarixində aktlaşdırılmasına və iddiaçıdan, habelə digər işçidən pozuntu ilə əlaqədar izahatın ##.##.2025ci il tarixində tələb edilməsinə baxmayaraq, iddiaçı barəsində intizam tənbehi pozuntunun aşkar olunduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra – ##.##.2025-ci il tarixdə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən, intizam tənbehi işçi tərəfindən əmək intizamının pozulduğunun aşkar edilməsi tarixindən bir ay ərzində verilməldir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin qeyd edilən imperativ tələbi pozulmuşdur. Digər tərəfdən, ümumiyyətlə, əmrin məzmunu və pozuntu halı ilə bağlı məsələ məhkəmə tərəfindən mübahisəli hesab edilir. Belə ki, əmrin təsviri hissəsində İddiaçı ##.##.2025-##.##.2025-ci il tarixlərində şöbə müdiri Şəfəq Hüseynovaya qarşı subordinasiya qaydalarını pozması, ona hədə-qorxu gəlməsi, Şəfəq Hüseynovanın sağ said və mil-milək oynağını zədələməsi qeyd olunmuşdur. Habelə əmrin təsviri hissəsində qeyd olunan pozuntu hallarına X10 tərəfindən təsadüfi şahidlik edildiyi, onun bu barədə şifahi məlumat verdiyi qeyd olunmuşdur. Əvvəla əmrdə qeyd edilən “İddiaçı qapını zərblə itələməsi nəticəsində Hüseynova Şəfəqin sağ said (bilək) və mil-milək oynağının zədələnməsi” halının baş verdiyi (törədildiyi) iddiaçı tərəfindən etiraf edilmir və iddiaçı ümumiyyətlə belə bir halın baş vermədiyini bildirir. Əmri qəbul etmiş cavabdeh qurum isə əmrdə qeyd olunan halı təsdiq edən mümkün və mötəbər sübutlar təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş foto-şəkillərlə bağlı qeyd olunmaldır ki, fotoşəkillərin hansı zamanda, hansı şəraitdə çəkilməsini, həmin hadisə ilə əlaqəsini və onun iddiaçı tərəfindən törədildiyini müəyyən etmək mümkün deyildir. Həmçinin həmin foto-şəkil bədən xəsarətinin alınmasının sübuta yetirən mümkün və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında qeyd edilir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Əmrin əsası hissəsində ümumi bir cümlə - “xidməti araşdırma ilə bağlı izahatlar və digər sənədlər” qeyd edilib, izahat və sənədlərlə bağlı isə hər hansı açıqlama verilməmiş və sənədlər əlavə edilməmişdir. Əmrin mətnində də pozuntu faktının təsdiqi ilə bağlı sadəcə “hadisənin təsadüfi şahidi olan kiçik tibb bacısı X10 şifahi məlumat verməsi” qeyd edilib. Halbuki, ##.##.2025-ci il tarixli aktda qeyd olunur ki, ##.##.2025ci il tarixdə xadimə Nuriyeva Nurxanım insan resurları otağına dəvət olunmuş, onun həkim Şəfəq Hüseynovaya qarşı kobud davranışına dair gördüyü hallarla bağlı izahat verməsi istənilmiş, lakin Nuriyeva Nurxanım izahat verməkdən imtina etmiş, səbəb olaraq ailə vəziyyəti və həyat yoldaşının bu tip məsələlərə görə narahat olmasını göstərmiş və izahat təqdim edə bilməyəcəyini, onu heç kimin narahat etməməsini xahiş etmişdir. Digər tərəfdən cavabdeh tərəfindən sonradan məhkəməyə daha başqa iki işçinin (Tamilla Məmmədova və Gülnarə Muradova) hadisənin şahidi olması ilə bağlı ##.##.2025-ci il tarixli yazılı izahatı təqdim edilmişdir. Halbuki, başqa şahidlər olduğu və onlar tərəfindən yazılı izahat verildiyi halda cavabdeh tərəfindən əmrdə onların adı əvəzinə sadəcə “hadisənin təsadüfi şahid olan bir şəxsin şifahi məlumatı”na istinad etməsi və əmrin əsasında onlara istinad etməməsi inandırıcı deyil. Ona görə məhkəmə cavabdeh tərəfindən sübut kimi təqdim edilmiş Tamilla Məmmədovanın və Gülnarə Muradovanın yazılı izahatlarının pozuntu halının baş verməsini təsdiq edən şübhədənkənar və təkzibedilməz sübut meyarına uyğun olmadığını hesab edir. Habelə, işəgötürən tərəfindən daha ağır intizam tənbehinin verilməsinin zəruriliyi əsaslandırılmayıb. Belə ki, əmrdə “oxşar halların əvvəllər də təkrarlandığı və daha əvvəl oxşar neqativ hərəkətə görə töhmət verildiyi” qeyd edilsə də, iddiaçı tərəfindən oxşar halların daha əvvəlllər də törədildiyini təsdiq edən heç bir sübut təqdim edilməyib. Əmrdə istinad edilən ##.##.2025-ci il tarixli töhmət əmri isə iddiaçının oxşar əməlinə görə deyil, işdən yarım saat tez getdiyinə görə verilmişdir. Beləliklə, qeyd olunan səbəblərdən məhkəmə hesab edir ki, ##.##.2025-ci il tarixli əmrlə iddiaçı barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi əsaslı tətbiq edilməmişdir. Ona görə də, iddia tələbi ##.##.2025-ci il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrinin ləğv edilməsi hissəsində əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Məhkəmə intizam tənbehlərinin şəxsi işdən çıxarılması və intizam tənbehlərinin kollektivin iştirakı ilə elan olunmasının qanunsuz hesab edilməsi tələbləri ilə bağlı qeyd edir ki, əvvəla iddia tələbi ##.##.2025-ci il tarixli töhmət əmrinin ləğv edilməsi hissəsində təmin edilmədiyindən, həmin əmrə münasibətdə digər tələblər də təmin edilə bilməz. Məhkəmə tərəfindən ləğv edilən ##.##.2025-ci il tarixli əmrdə isə “Şıx” Sanatoriyası Filialının direktoru X1 işçinin bu əmrlə tanış olmasını təmin etməsi; əmrin çıxarışının İddiaçı şəxsi işinə əlavə edilməsi öz əksini tapmışdır. Həmin əmr qanunsuz sayılıb ləğv edilməklə qeyd edilən tədbirlər də artıq öz hüquqi qüvvəsini itirmiş olduğundan, həmin tələblər təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin “iddianın təmin olunan hissəsində” ləğv olunmasını və iddianın təmin olunan hissəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Əmək Məcəlləsinin 179, 187, 190; Mülki Prosessual Məcəllənin 9.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə bu qənaətə gəlmişdir ki, intizam tənbehi onun aşkar olunduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra verilmiş və bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbi pozulmuşdur. Qeyd olunmalıdır ki, İddiaçı tərəfindən ##.##.2025- ##.##.2025-ci il tarixlərdə intizam pozuntusuna yol verilmiş, bu barədə “Şıx” Sanatoriyasının direktoru tərəfindən ##.##.2025-ci il tarixdə xidməti məruzə ilə işəgötürən Cavabdeh QSC-nin baş direktoruna məlumat verilmiş, işəgötürənin tapşırığı ilə müvafiq araşdırma aparılmış və ##.##.2025-ci il tarixli əmrlə İddiaçı intizam tənbehi verilmişdir. Göründüyü kimi işəgötürən Cavabdeh QSC tərəfindən intizam pozuntusu ##.##.2025-ci il tarixdə aşkar edilmiş və həmin tarixdən 1 ay müddət keçməmiş, yəni ##.##.2025-ci il tarixdə intizam tənbehi verilmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci hissəsinə əsasən intizam tənbehləri, intizam pozuntusunun baş verdiyi tarixdən deyil, aşkar edildiyi tarixdən 1 ay ərzində verilə bilər. Həmçinin məlum olduğu kimi əmək qanunvericiliyinin subyekti iki növdür: işçi və işəgötürən. 186-cı maddənin birinci hissəsində işçiyə intizam tənbehinin işəgötürən tərəfindən verilməsi müəyyən edilmişdir. Ona görə də 187-ci maddədə intizam pozuntusunun aşkar olunması faktı işəgötürənə nisbətdə nəzərdə tutulmuşdur, nəinki qeyri-işəgötürənə. İşçi İddiaçı işəgötürəni Cavabdeh QSC-dir və Cəmiyyətin Nizamnaməsinin 7.3.1.9-cu bəndinə əsasən Cəmiyyətin tabeliyində olan hüquqi şəxs statuslu qurumların, filial və nümayəndəliklərin işçiləri barəsində həvəsləndirmə və intizam tədbirləri görmək səlahiyyəti Cəmiyyətin baş direktoruna aiddir. Cavabdeh QSC-nin Daxili İntizam Qaydalarının 5.9-cu bəndinə əsasən sanatoriyalarda baş vermiş pozuntu barədə məlumatın (xidməti məruzə, məktub) Cavabdeh QSC-nin aparatına rəsmi qaydada daxil olduğu tarix intizam pozuntusunun aşkar olduğu gün hesab edilir və həmin gündən bir ay keçənədək intizam tənbehi verilə bilər. Bütün bu sadalanan müddəalara riayət olunaraq işçiyə 1 ay müddətində intizam tənbehi verilmişdir. Məhkəmə isə işəgötürənin aşkar etdiyi tarixi deyil, İddiaçı iş yoldaşı tərəfindən tərtib olunmuş aktı intizam pozuntusunun aşkar olunduğu tarix hesab etmiş və bununla da Əmək Məcəlləsinin 187-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. 2. Məhkəmənin gəldiyi digər qənaət isə intizam əmrinin məzmunu ilə pozuntu arasında anlaşılmazlıq və ziddiyyətlərin olmasıdır: İddiaçı pozuntuya yol verdiyini etiraf etməyib; cavabdeh Cavabdeh QSC tərəfindən guya sonradan məhkəməyə başqa işçilərin izahatlarının təqdim olunması. İşçinin pozuntunu etiraf etməməsi, onun həmin pozuntuya yol vermədiyi mülahizəsini irəli sürmək üçün əsas ola bilməz. Necə ki, İddiaçı məhkəmə iclasında birinci intizam pozuntusunu da (töhmət) etiraf etməmiş, lakin məhkəmə həmin intizam tənbehini ləğv etməmişdir. Digər tərəfdən İddiaçı məhkəmə iclasında Müalicə şöbəsinin müdiri Hüseynova Şəfəq ilə aralarında mübahisə olduğunu etiraf etmiş, lakin ona hər hansı xəsarət yetirməsini inkar etmişdir. Məhkəmə bunun üçün iclasın audioyazısında iddiaçının izahatını diqqətlə dinləməli idi. Bu hal artıq insidentin baş verməsinin təsdiqidir. İntizam əmrində pozuntu barədə ümumi məlumat verilmiş, əmrin sonunda intizam pozuntusunun baş verməsi ilə bağlı digər sübutlara göndərici dispozisiya əsasında istinad olunmuşdur (Əsas: Xidməti araşdırma ilə bağlı izahatlar və digər sənədlər). Yəni əmrdə bütün sənədlər sadalanmasa da, Cavabdeh QSC tərəfindən aparılmış araşdırma sənədləri əmrin qoşmasına əlavə olunmuşdur. İddia ərizəsinə etiraz və bütün araşdırma sənədləri (izahatlar və digər) ##.##.2025-ci il tarixdə Cavabdeh QSC tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmiş, sonradan məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Məhkəmənin Cavabdeh QSC barəsində “sonradan məhkəməyə başqa işçilərin izahatlarını təqdim etməsi” ittihamı heç bir fakta söykənmir və formal mülahizə xarakteri daşıyır. Qanunvericilik intizam tənbehinin işəgötürən tərəfindən aşkar olunduqdan sonra 1 ay ərzində verilməsini nəzərdə tutur. Hazırki mübahisədə işəgötürən “Şıx” sanatoriyası deyil, Cavabdeh QSC-dir və Cavabdeh QSC intizam pozuntusunu ##.##.2025-ci il tarixdə aşkar etmiş, 1 ay keçməmiş, yəni ##.##.2025-ci il tarixdə iddiaçıya intizam tənbehi vermişdir. Məhkəmə tərəfindən işəgötürənin intizam pozuntusunu aşkar etdiyi tarix nəzərə alınmamış, sanatoriya daxilində, iddiaçının iş yoldaşı tərəfindən tərtib olunmuş akt, pozuntunun aşkar olunduğu tarix kimi götürülmüşdür. Halbuki, Əmək Məcəlləsinin 187-ci maddəsində intizam tənbehi vermək səlahiyyəti olan subyekti işəgötürəndir, nəinki işçinin iş yoldaşı. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Bu müddətdən sonra isə intizam tənbehi ilə bağlı bütün hüquqi nəticələr ləğv edilmiş hesab edilir. Məhkəmə ##.##.2026-cı il tarixdə qətnamə qəbul edərkən artıq intizam tənbehi ilə bağlı əmr qüvvədən düşmüşdü və məhkəmə qüvvədə olmayan inzibati aktı (əmri) ləğv etmişdir. Heç bir hüquqi nəticəsi olmayan əmrin ləğv olunması, məhkəmənin yol verdiyi başqa bir pozuntudur və artıq qüvvədə olmayan hüquqi sənəd məhkəmə mübahisəsinin predmeti ola bilməzdi. Sadalanan hüquqi nəticə həmçinin işçi İddiaçı münasibətdə də onun subyektiv hüququnu istisna edir. Yəni əmrdən altı ay sonra qüvvədən düşmüş əmr mübahisələndirə bilməzdi, mübahisələndirmə davam etdiyi təqdirdə isə, iddia baxılmamış saxlanılmalı idi. Çünki mübahisələndirilən əmr artıq mövcud deyil. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, Cavabdeh QSC sonradan məhkəməyə başqa işçilərin izahatlarını təqdim etmişdir. Bu kobud prosessual pozuntudur. Cavabdeh QSC ##.##.2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə iddia ərizəsinə etirazı və araşdırma materiallarını təqdim etmişdir. Həmin tarixdən sonra məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə isə heç bir fakta söykənmədən proses zamanı baş verməmiş pozuntunu (sonradan izahat təqdimetmə) öz qətnaməsində pozuntu kimi qeyd etmiş və bu yanlış yanaşma Cavabdeh QSC-nin əleyhinə olan “sübut” kimi təfsir olunmuşdur.
6. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayəti tamamilə əsassız, hüquqi və faktiki baxımdan ziddiyyətli olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi arqumentlər həm Əmək Məcəlləsinin düzgün təfsiri ilə, həm də iş materiallarında olan faktlarla təkzib olunur. İlk növbədə, cavabdeh yanlış olaraq iddia edir ki, guya intizam pozuntusu işəgötürən tərəfindən ##.##.2025-ci il tarixdə aşkar edilmiş və buna görə ##.##.2025-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” əmri qanuni müddətdə verilmişdir. Halbuki iş materiallarından açıq görünür ki, cavabdehin özünün təqdim etdiyi sənədlərə əsasən hadisə barədə məlumat və aktlar artıq ##.##.2025 və ##.##.2025-ci il tarixlərində mövcud olmuşdur. Daha da vacibi odur ki, cavabdehin təqdim etdiyi ##.##.2025-ci il tarixli aktlarda işçidən izahat tələb olunması, şahidlərin çağırılması və araşdırma aparılması artıq həmin tarixdə pozuntunun aşkar edildiyini təsdiq edir. Yəni işəgötürən faktiki olaraq ##.##.2025-ci il tarixdə hadisə barədə məlumatlı olmuş, araşdırmaya başlamış və prosessual hərəkətlər etmişdir. Sonradan ##.##.2025-ci il tarixli xidməti məruzə yazılması isə aşkar edilmə tarixini dəyişmir. Əks yanaşma qəbul olunsa, işəgötürən istənilən pozuntu barədə aylarla gözləyib sonradan formal məktub yazmaqla qanundakı 1 aylıq müddəti süni şəkildə uzada bilərdi. Bu isə Əmək Məcəlləsinin 187.2-ci maddəsinin məqsədini tamamilə mənasız edərdi. Əmək Məcəlləsinin 187.2-ci maddəsi intizam tənbehinin “aşkar edildiyi gündən” 1 ay ərzində verilməsini nəzərdə tutur. Buradakı “aşkar etmə” anlayışı hüquqi faktın real məlum olduğu anı ifadə edir, sonradan rəhbərliyin daxili yazışma aparmaq istədiyi tarixi deyil. Birinci instansiya məhkəməsi də haqlı olaraq məhz bu hüquqi yanaşmanı tətbiq etmişdir. Cavabdehin digər arqumenti isə ondan ibarətdir ki, guya intizam tənbehinin 6 aylıq qüvvədəolma müddəti keçdiyi üçün artıq həmin əmr mübahisələndirilə bilməzmiş. Bu mövqe hüquqi baxımdan tamamilə əsassızdır. Əmək Məcəlləsinin 190-cı maddəsində nəzərdə tutulmuş “6 aylıq müddət” intizam tənbehinin əmək münasibətləri daxilində hüquqi nəticələrinin davametmə müddətidir. Həmin norma işçinin məhkəməyə müraciət hüququnu aradan qaldırmır və qanunda belə məhdudiyyət yoxdur. Əks halda işəgötürən hər hansı qanunsuz intizam əmri verib məhkəmə baxışını müxtəlif üsullarla uzatmaqla sonradan “artıq 6 ay keçib” arqumenti ilə məsuliyyətdən yayınmış olardı. Hüquq sistemi isə “kim daha çox uzatdısa o qalib gəldi” yarışması deyil. Bu artıq prosessual hüquq yox, marafon olardı. Üstəlik, iş materiallarından görünür ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir. Buna görə sonradan əmrin qüvvədə olma müddətinin başa çatması artıq başlanmış məhkəmə müdafiəsi hüququnu aradan qaldıra bilməz. Cavabdeh həmçinin iddia edir ki, məhkəmə guya “sonradan təqdim edilmiş izahatlara” istinad etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin qətnaməsinin mətnindən görünür ki, məhkəmə cavabdehin sonradan sübut təqdim etməsini deyil, əksinə, cavabdehin öz mövqeyindəki ziddiyyətləri qiymətləndirmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, cavabdeh tərəfindən təqdim edilmiş izahatlar bir-biri ilə ziddiyyətlidir. Belə ki: - Muradova Gülnarə hadisəni birbaşa görmədiyini, yalnız sonradan eşitdiyini bildirmişdir; - Nuriyeva Nurxanım yazılı izahat verməkdən imtina etmişdir; - xəsarətlə bağlı tibbi ekspertiza, tibbi arayış və ya obyektiv tibbi sübut təqdim edilməmişdir; - guya “qol zədəsi” barədə yalnız daxili izahatlarla kifayətlənilmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin bu sübutları kifayət qədər inandırıcı hesab etməməsi tam qanunidir. Digər mühüm hal isə ondan ibarətdir ki, cavabdehin özü də etiraf edir ki, iddiaçı polisə verilməmiş, hadisə üzrə heç bir hüquqmühafizə araşdırması aparılmamış, tibbi ekspertiza təyin edilməmişdir. Halbuki cavabdehin təsvir etdiyi hadisə doğrudan da zor tətbiqi və xəsarət yetirmə xarakterli olsaydı, normal məntiqə görə dərhal hüquq-mühafizə orqanlarına müraciət olunmalı idi. Bu edilməmişdir. Çünki təqdim olunan “insident” əsasən daxili intizam mübahisəsi səviyyəsində formal sənədlərlə şişirdilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirmiş, tərəflərin izahatlarını, sənədləri və sübutların qarşılıqlı əlaqəsini araşdıraraq qanuni nəticəyə gəlmişdir. Cavabdeh QSC-nin apellyasiya şikayətində göstərilən hallar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün MPM-in 385-ci maddəsində nəzərdə tutulmuş əsasları yaratmır. Bu səbəbdən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Apellyasiya icraatında müəyyən edilən hallar
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti ilə eyni məzmunda izahat vermiş,iddiaçının 2025-ci il noyabr ayının 8-dən öz ərizəsi əsasında cavabdehlə əmək münasibətlərinə xitam verildiyini qeyd etmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən sübut kimi təqdim edilmiş Tamilla Məmmədovanın və Gülnarə Muradovanın yazılı izahatlarının pozuntu halının baş verməsini təsdiq edən şübhədənkənar və təkzibedilməz sübut meyarına uyğun olmadığına və kiçik tibb bacısı X10 izahat verməkdən imtina etməsi halına dair mövqeyinin əksini sübut edəcək dəlilləri mövcud deyildir.
8. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. İddiaçı tərəfindən qətnamədən şikayət verilmədiyindən, yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissədə qətnamə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 10. “b”. əmək intizamına və daxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. 11. “d”. işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işəgötürənin əsas hüquqlarından biridir. 186. 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunda müəyyən edilmiş qaydada cəlb edilir. 187. 1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. 3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. 188. 1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. 2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. 3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən vəzifəli şəxslərdən başqa digər vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq belə tənbeh işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun əmri (sərəncamı, qərarı) hüquqi qüvvəsi olmayan yararsız (əhəmiyyətsiz) əmr (sərəncam, qərar) hesab edilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ##.##.2025-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi” barədə əmrdə işçi (iddiaçı) tərəfindən törədilən pozuntu hallarının ##.##.2025 ##.##.2025-ci il tarixlərində baş verməsi qeyd olunmuşdur, qeyd edilən hal ##.##.2025-ci il tarixində “Şıx” Sanatoriyasının İnsan resursları şöbəsi tərəfindən aktlaşdırılmış və elə ##.##.2025-ci il tarixində iddiaçıdan və işçi Nuriyeva Nurxanımdan izahat verməsi istənilmiş, lakin onlar izahat verməkdən imtina etmiş və bu da həmin gün aktlaşdırılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixində müalicə işi şöbəsinin şöbə müdiri X7 xidməti yazısına əsasən İddiaçı insan resurları şöbəsinə dəvət edilmiş, ondan ##.##.2025 və ##.##.2025-ci il tarixlərində baş vermiş hadisə ilə bağlı yazılı izahat tələb olunmuş, lakin İddiaçı izahat verməkdən imtina etmişdir. X2, Salehli Süsən və Məmmədova Tamilla tərəfindən imzalanmışdır. ##.##.2025-ci il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixdə xadimə Nuriyeva Nurxanım insan resurları otağına dəvət olunmuş, onun həkim Şəfəq Hesynovaya qarşı kobud davranışına dair gördüyü hallarla bağlı izahat verməsi istənilmiş, lakin Nuriyeva Nurxanım izahat verməkdən imtina etmiş, səbəb olaraq ailə vəziyyəti və həyat yoldaşının bu tip məsələlərə görə narahat olmasını göstərmiş və izahat təqdim edə bilməyəcəyini, onu heç kimin narahat etməməsini xahiş etmişdir. İddia edilən pozuntu halının ##.##.2025-ci il tarixində aktlaşdırılmasına və iddiaçıdan, habelə digər işçidən pozuntu ilə əlaqədar izahatın ##.##.2025-ci il tarixində tələb edilməsinə baxmayaraq, iddiaçı barəsində intizam tənbehi pozuntunun aşkar olunduğu gündən 1 aydan artıq müddət keçdikdən sonra – ##.##.2025-ci il tarixdə tətbiq edilmişdir. Təqdim edilmiş aktlardan görünür ki, pozuntu barədə cavabdeh işəgötürən ##.##.2025-ci il tarixdə məlumatlı olmuş və müvafiq araşdırmalar həyata keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbinə əsasən, intizam tənbehi işçi tərəfindən əmək intizamının pozulduğunun aşkar edilməsi tarixindən bir ay ərzində verilməldir.
13. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi Cavabdeh Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” İnformasiya Sistemi ) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.