Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-14/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh “xxxx Bank” ASC-nin nümayəndəsi-vəkili vəkil2 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx Bank” ASC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Cavabdeh ASC-nə (bundan sonracavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq, işəgötürənin ## ###### 2025-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdehin Xaçmaz filialında müştəri xidməti şöbəsində “böyük kassir” vəzifəsinə işə bərpa edilməsi və məcburi işburaxma günlər üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, o, cavabdehin Xaçmaz filialında müştəri xidməti şöbəsində “böyük kassir” vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi dövrdə heç bir intizam pozuntusuna yol verməmiş, kollektivdə həmişə müsbət işçi olaraq fərqlənmiş, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini daim vaxtında və vicdanla icra etmiş, işlədiyi dövrdə barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. ## ###### 2024-cü il tarixdə iş yerində onunla filialın kiçik referenti Firuzə İbrahimi arasında kiçik insident olmuş, lakin insident dərhal həll olunmuş, işçilərin biri-birinə qarşı şikayəti olmamışdır. Bundan sonra ## ###### 2024-cü il tarixd, o, Baş ofisə dəvət olunaraq onunla söhbət aparılmış, yaxşı işçi olması diqqətinə çatdırılaraq bir daha iş yoldaşı ilə arasında belə bir hadisəyə yol verməməsi tapşırılmış və məsələnin bitdiyi, işinə davam edə biləcəyi bildirilərək prosedur tələbi səbəbi ilə izahat verməsi tələb olunmuş, o, isə hər şeyin yolunda getdiyini düşünərək onların diktəsi ilə Firuzə İbrahimi ilə aralarında kiçik insident olması, hazırda aralarında heç bir kinin (mübahisənin) olmadığı barədə izahat vermişdir. Bundan sonra, ## ###### 2024-cü il tarixdə hər iki ildən bir əmək müqaviləsi yeniləndiyindən, həmin tarixdə yenidən onunla əmək müqaviləsi bağlanılmış və yeni əmək müqaviləsi üzrə əmək haqqına 20 manat əlavə edilmişdir. ## ###### 2024-cü il tarixdə son iş günündə baş ofisdən və filial direktorundan işdən çıxarıldığını eşitmiş, iş gününün sonunda kadrlar şöbəsinin işçisinin imzalaması üçün onun elektron poçt ünvanına öz xahişi ilə işdən çıxma ərizəsini göndərmiş və imzalayıb geri göndərməyi tələb etmiş, iddiaçı isə bundan imtina etmişdir. Sonradan kassanın onun tərəfindən Daşqın adlı işçiyə təhvil verilməsi tələb edilmiş, kassa Daşqınla birgə sayılaraq təhvil verilmişdir. Günün sonunda kassanı Daşqın adlı işçi, direktor və baş mühasib bağlamışlar. ## ###### 2025-ci tarixdə isə o işə gəlib 1 saat işlədikdən sonra filial direktoru yanına çağıraraq ərizəsini öz xoşu ilə yazmasını tələb etmiş, Firuzə İbrahimini də 10 gündən sonra işdən çıxardacaqlarını bildirmişdir. O isə nə özünün, nə də Firuzə İbrahiminin işdən çıxarılmasının tərəfdarı olmadığını bildirmişdir. Sonra kassadan çıxmağı tələb olunmuş, lakin o filialı iş gününün sonunadək tərk etməmiş, mətbəxdə və zalda gözləmiş, iş günün sonunda ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıldığı bildirilmişdir. Beləliklə də səbəbsiz yerə iddiaçının 12 illik ideal karyerasına və işgüzar nüfuzuna xələl gəlmişdir. Nəticə etibarı ilə işəgötürənin ## ###### 2025-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Lakin, hazırkı mübahisə üzrə heç bir əsaslandırılmış əmr mövcud deyil. Ümumiyyətlə onun hansı pozuntuya yol verdiyi, onun yol verdiyi pozuntunun cavabdehdə işin və ya xidmətin normal ahəngini hansı şəkildə pozduğuna dair əmrdə heç bir cümlə (əsaslandırma) mövcud deyil. Hazırkı mübahisə üzrə əmək müqaviləsinə xitam verilməsinə dair ## ###### 2025-ci il tarixli əmrdə isə işçinin yol verdiyi pozuntuların Əmək Məcəlləsinin 71-ci maddəsinə uyğun olaraq müəssisədə işin və ya xidmətin normal ahəngini hansı şəkildə pozmasına dair heç bir əsaslandırma və ya sübut yoxdur. Əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilsə də işçinin yol verdiyi pozuntunun nədən ibarət olması, onun işdən çıxarılma səbəbinin izahı verilməmiş, beləliklə də AR Əmək Məcəlləsinin 70-ci maddəsində qeyd edilmiş əsasların hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. O, haqlı olaraq işə bərpa olunma tələbi ilə müvafiq dövlət qurumlarına şikayət etməyə başlamış, həmçinin, təşkil edilmiş mediasiya prosesində cavabdeh təşkilatın nümayəndəsi “işçinin kassanı gec bağladığı üçün işdən azad edildiyini” şifahi olaraq bildirmiş, lakin əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq əmrdə bu əsaslandırma öz əksini tapmamışdır. Onunla Firuzə İbrahiminin arasında baş vermiş kiçik mübahisə zamanı qeyd edilən maddədə göstərilən əsaslardan heç biri baş verməmişdir. Məhz elə bu səbəbdən işəgötürən dərhal bir bəhanə ilə çıxış etmək məcburiyyətində qalmış, mediasiya prosesində onun işdən çıxarılma səbəbi cavabdeh təşkilatın nümayəndəsi tərəfindən iş yerində baş vermiş kiçik mübahisə kimi deyil, həmin hal təhrif olunaraq iddiaçı tərəfindən kassanın gec bağlanması kimi diqqətə çatdırılmışdır. Amma alınmış izahatdan aydın görünür ki, izahat iki şəxsin arasında yaranmış mübahisədən dolayı alınmış, izahatda işçi qarşısında kassanı gec bağlaması ilə bağlı heç bir sual qoyulmamış və izahatda ümumiyyətlə bu məsələyə toxunulmamışdır. İşəgötürən heç bir səbəb olmadan sadəcə gətirdiyi bəhanə ilə işçini işdən azad etməklə, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) 1-ci bəndinin tələbini də pozmuşdur. Belə ki, AR Əmək Məcəlləsinin qeyd edilən maddəsinin 1-ci bəndində qeyd edilir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Yəni, həmin maddə işçinin öz daxili iradəsi əsasında işdən çıxma barədə ərizə verilməməsinin mümkünlüyünü özündə ehtiva edir. Lakin, hazırkı mübahisə üzrə işəgötürənin təyin etdiyi filial rəhbəri və həmin rəhbərə bilavasitə tabe olan kadrlar şöbəsinin əməkdaşı iddiaçını işdən çıxma barədə ərizə yazmağa məcbur etmiş, iddiaçı bundan imtina etdikdə isə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişlər. O, əvvəllər də fərqli banklarda işləmiş, işlədiyi dövrdə barəsində nəinki heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmiş, hətta xəbərdarlıq belə almamış və kollektiv arasında böyük hörmət qazanmışdır. Sonuncu iş yeri olan cavabdehin Xaçmaz filialında işlədiyi dövrdə də xəbərdarlıq almamış, barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməmiş və həmişə filialın müdiri tərəfindən işinin peşəkarı kimi tanınmışdır. 2023-cü ildə “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə dövlət hesabına magistraturaya daxil olmuş, bankda yerdəyişmə olmadığından, təhsilini dayandırmaq məcburiyyətində qalmış və bu barədə heç bir şikayəti olmamışdır. Himayəsində anası və 2 yaşında olan azyaşlı uşağı vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, işəgötürənin iddiaçı ilə bağladığı əmək müqaviləsinin ləğv edilməsinə dair ## ###### 2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi vəkil2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2025-ci il tarixli, 2(103)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (vəkili vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinini *(***)-****/**** nömrəli ## ###### 2025ci il tarixli qərarı ilə cavabdeh Cavabdeh Cavabdehəhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # #### 2025ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı İddiaçı və cavabdeh “xxxx Bank” ASC-nin nümayəndəsi-vəkili vəkil2 tərəflər arasında bağlanmış ## ##### 2026-cı il tarixli barışıq sazişini məhkəməyə təqdim etməklə hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: Sazişin predmeti:
1. İddiaçının Cavabdehə qarşı “əmrin ləğv olunması, işə bərpa və ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(*-*)-**/**** saylı mülki işin (bundan sonra “Məhkəmə işi” adlandırılacaq), habelə Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li Kredit müqaviləsindən irəli gələn mübahisələrin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qarşılıqlı razılıqla həll edilməsi bu Sazişin predmetini təşkil edir.
2. İddiaçının Cavabdeh ilə bağlanmış ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li kredit müqaviləsi üzrə ##.##.2026-cı il tarixinə 10 133,80 (on min bir yüz otuz üç manat 80 qəpik) manat məbləğində ödənilməmiş borcunun mövcud olduğu nəzərə alınaraq, Tərəflər razılığa gəldilər ki, Məhkəmə işi və Tərəflər arasında olan bütün mübahisələr bu Sazişlə müəyyən edilmiş qaydada barışıq yolu ilə həll edilsin.
3. Bu Saziş qüvvəyə minməsi üçün Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in tələblərinə müvafiq olaraq təsdiq olunmalıdır.
Tərəflərin öhdəlikləri:
1. Bununla İddiaçı bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) iş günü ərzində ##.##.2022-ci il tarixli əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə ərizə ilə Cavabdehə müraciət etməyi və müvafiq qeydlər edilməsi üçün əmək kitabçasını Cavabdehə təqdim etməyi öhdəsinə götürür.
2. Bununla Cavabdeh İddiaçının ərizəsini aldığı tarixdən etibarən 7 (yeddi) iş günü ərzində aşağıdakı öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürür: - İddiaçı ilə bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli XB-KI #.#.****-*** nömrəli əmri ləğv etmək və bu barədə iddiaçının əmək kitabçasına müvafiq qeyd daxil etmək; - həmin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi ilə” ##.##.2025-ci il tarixdən xitam verilməsi barədə yeni əmr vermək və bu barədə iddiaçının əmək kitabçasına müvafiq qeyd daxil etmək; - müvafiq icra hakimiyyəti orqanının elektron sistemində müvafiq dəyişikliklərin aparılmasını təmin etmək; - qəbul edilmiş əmrin surətini İddiaçıya təqdim etmək;
3. Bununla Cavabdeh İddiaçının ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li kredit müqaviləsi üzrə bu Sazişin tələblərinin icra olunacağı günə mövcud olacaq borc məbləğini tam şəkildə sonuncuya güzəşt edərək öz vəsaiti hesabına silməyi öhdəsinə götürür.
4. Tərəflər razılaşırlar ki, bu Saziş üzrə öhdəliklər tam icra edildikdən sonra bir-birlərinə qarşı hər hansı iddia, tələb və etirazları olmayacaqdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddələr 52.3 və 52.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370); Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2.); Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5.); İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. (maddə 262.1 və 262.4); Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.5.); Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. (maddə 114.1.4). Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, iş üzrə bağlanmış və müvafiq şərtləri özündə əks etdirən ## ##### 2026-cı il tarixli barışıq sazişi qanuna zidd olmadığından və işin baxılmasında iştirak edən şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI:
İddiaçı İddiaçı və cavabdeh “xxxx Bank” ASC arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən ## ##### 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) iş günü ərzində ##.##.2022ci il tarixli əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə ərizə ilə Cavabdehə müraciət etməyi və müvafiq qeydlər edilməsi üçün əmək kitabçasını Cavabdehə təqdim etməyi öhdəsinə götürür.
2. Cavabdeh İddiaçının ərizəsini aldığı tarixdən etibarən 7 (yeddi) iş günü ərzində aşağıdakı öhdəlikləri yerinə yetirməyi öhdəsinə götürür: - İddiaçı ilə bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli XB-KI #.#.****-*** nömrəli əmri ləğv etmək və bu barədə iddiaçının əmək kitabçasına müvafiq qeyd daxil etmək; - həmin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “işçinin öz xahişi ilə” ##.##.2025-ci il tarixdən xitam verilməsi barədə yeni əmr vermək və bu barədə iddiaçının əmək kitabçasına müvafiq qeyd daxil etmək; - müvafiq icra hakimiyyəti orqanının elektron sistemində müvafiq dəyişikliklərin aparılmasını təmin etmək; - qəbul edilmiş əmrin surətini İddiaçıya təqdim etmək;
3. Cavabdeh iddiaçının ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li kredit müqaviləsi üzrə bu Sazişin tələblərinin icra olunacağı günə mövcud olacaq borc məbləğini tam şəkildə sonuncuya güzəşt edərək öz vəsaiti hesabına silməyi öhdəsinə götürür.
4. Tərəflər razılaşırlar ki, bu Saziş üzrə öhdəliklər tam icra edildikdən sonra bir-birlərinə qarşı hər hansı iddia, tələb və etirazları olmayacaqdır.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh “xxxx Bank” ASC-yə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Mülki iş üzrə dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev