Məhkəmə qərarları › İş №2(3-6)-1409/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1409/2026

21.04.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1409/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2*26-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Icra Hakimiyyəti Başçısının Masazır X1 SüdçülükTərəvəzçilik Sovxozunun *6.*8.1996-cı il tarixli ** nömrəli sərəncamına əsasən Abşeron Rayon Icra Hakimiyyəti Başçısının Masazır X1 X2 direktorunun ##.##.1995-ci il tarixli ** nömrəli məktubuna əsasən Abşeron rayon Masazır kəndində yerləşən *.5 ha (5** kv m=5 sot) mülkiyyətə verilmiş torpağın *2.11.1959-cu il təvəllüdlü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2*26-cı il tarixli qərardadı ilə ərazi aidiyyəti qaydalarına uyğun verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş hal aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, 1-ci qrup müddətsiz əlil, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. 1996-cı ildən Abşeron ray., Masazır kəndində yerləşən qeyd etdiyi torpağın faktiki sahibi olmuş sahiblənmiş və əlində də Abşeron Rayon Icra Hakimiyyətinin arxiv sənədi olub, 1996-cı ildən Masazır Icra Nümayəndəliyi verib. İ.N. ƏMDX DƏDKR * saylı Abşeron Ərazi Idarəsinə yaxınlaşanda bildirdilər ki, Abşeron Rayon Dövlət Arxivinə sorğu vermişlər, lakin cavab gəlib ki, nə sənəd tapılmayıb, nə sərəncam, nə də onun adı çıxmayıb. Heç bir yerdə də sənəd çıxmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Nəsimi Rayon Məhkəməsi xüsusi icraat qaydasında faktın müəyyən olunması ilə bağlı ərizəsinin geri qaytarılması barədə əsassız qərardad qəbul edib və qərardad ##.##.2*26-cı il tarixdə məhkəmə portalına yüklənib. Nəsimi rayonunda qeydiyyatdadır və yaşayır, Abşeron rayonunda sadəcə boş torpağı var (evsiz), yəni torpaqda yaşaya bilməz, ona görə düşünür ki, Nəsimi Rayon Məhkəməsi ərizəsinə baxsa qaydalara, qanunlara daha uyğun olar, çünki bir neçə hüquqşünaslarla, vəkillərlə və Abşeron Rayon Məhkəməsinin əməkdaşları ilə məsləhətləşdikdə, onlar MPM-in 3*9.1-ci maddəsinə istinad edərək qeydiyyatda olduğu rayonun məhkəməsinə müraciət etməyini tövsiyə etdilər. Rayon məhkəməsinin eyni saylı, ##.##.2*26-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 2* gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-ci maddəsində qeyd edilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Rayon məhkəməsi qeyd etmişdir ki, ərizəçi faktiki sahib olmasına istinad edib torpaq sahəsinin ona məxsus olmasını, yəni, daşınmaz əmlak üzərində sahiblik və istifadə etmək faktının tanınmasını tələb etdiyindən, müvafiq torpaq sahəsi isə Abşeron rayon Masazır kəndində yerləşdiyindən ərizəyə aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. MPM-in 39.1-ci maddəsinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə ərizəçinin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, müstəsna aidiyyətin mahiyyəti iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunması və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılmasından ibarətdir. Həmin maddənin məzmununa görə, daşınmaz əşya ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Hazırkı halda iddia tələbi Abşeron rayon Masazır kəndində yerləşən torpaq sahəsinə iddiaçının sahiblik və istifadə hüququnun tanınmasıdır. Belə olan halda isə Məhkəmə hesab edir ki, rayon məhkəməsi düzgün nəticəyə gələrək ərazi aidiyyəti qaydalarına uyğun verilmədiyindən iddia ərizəsini geri qaytarmış və iddiaçıya müvafiq ərazi aidiyyəti üzrə məhkəməyə yenidən müraciət etmək hüququnun olmasını izah etmişdir. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.*.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.*.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.*.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2*21-ci il # ####### tarixdən qüvvəyə minmiş) *9 iyul 2*21-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 4*2-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.*.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.*.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 398.*.3, 4**, 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilən şikayət təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2*26-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar