Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1411/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tələbinə və birləşdirilmiş iş üzrə Cavabdeh İddiaçı qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1411/2026 (Açar sözlər: ləyaqətsiz vərəsə hesab edilmə və mirasda pay hüququnun müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçının, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili vəkil1, ilk iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə və birləşdirilmiş iş üzrə Cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “miras əmlakın bölünməsi və ½ pay üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 məhkəmə tərəfindən ləyaqətsiz vərəsə hesab edilməsi və atası Şahməmmədov Rasim Ağaməmməd oğlunun vərəsələri sırasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 onun nənəsidir. Bildirmişdir ki, uzun müddət nənəsi ilə mərhum atasının münasibətləri olmamış, nənəsi atasının xəstəliyi zamanı onunla maraqlanmamışdır. Qısaca bildirir ki, atası ilə anası 1992-ci il tarixdə boşandıqdan sonra o, atasının himayəsinə verilmiş və onun tərbiyəsi və saxlanmağı ilə atası məşğul olmağa başlamışdır. Atası ilə uzun müddət Yasamal rayonu "Sovetski" adlanan ərazidə yaşasalar da, 2020-ci il tarixdə evləri söküntüyə getmiş və onlar mənzil şəraitlərini təmin etmək üçün Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22A, giriş 2-də yerləşən ***A saylı mənzili atasının adına satın almışlar Bundan sonra, yəni, 2024-cü ilin əvəllərinə kimi bu evdə problemsiz yaşamışlar. Lakin 2024-cü ilin əvvəllərində atasının səhhətində ağır xəstəlik aşkarlanmış və həmin ilin noyabr ayına kimi atasının səhhəti, atasına qulluq olunması onun öhdəsinə düşmüşdür. Onu da qeyd edir ki, o, özü də həmin ərəfədə işlədiyi üçün dəfələrlə nənəsinə müraciət edərək, heç olmasa gündüzlər atasının yanında qalmasını xahiş etmişdir. Nənəsi isə öz istirahətinə görə onunla razılaşmamışdır. Noyabr ayında atasının ölümündən sonra isə nənəsi atasının adında olan evdən pay istəməyə başlamışdır. Artıq uzun müddətdir ki, nənəsi ilə aralarında olan münasibətlər bu mənzilə görə konflikt həddinə çatmışdır. Ömrünün ahıl yaşında nənəsi atasından miras qalan evi ələ keçirmək üçün hər vasitəyə əl atır. Məhz nənəsinin bu əməllərini gördüyü üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən də belə hesab edir ki, cavabdeh X5 məhkəmə tərəfindən ləyaqətsiz vərəsə hesab edilməli və atasının vərəsələri siyahısından məhkəmə qaydasında çıxarılmalıdır.
3. Sonradan birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “miras əmlakın bölünməsi və ½ pay üzərində mülkiyyət hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinı müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 22 A, giriş 2, ***A saylı mənzilin miras əmlakı olaraq bölünməsi və ½ pay üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu Şahməmmədov Rasim Ağaməmməd oğlu ##.##.2024-cü il tarixində vəfat etmişdir. Oğlu Şahməmmədov Rasim Ağaməmməd oğlunun mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 22 A, giriş 2, ***A saylı mənzil miras əmlakı olaraq qalmışdır. Miras qoyan oğlunun 1-ci növbəli vərəsələri olaraq o və mirası qoyanın yeganə övladı olan oğlu iş üzrə cavabdeh İddiaçıdur. Miras qoyan Şahməmmədov Rasim Ağaməmməd oğlu ilə həyat yoldaşı Haşimova İradə Haşim qızı arasındakı nikah Yasamal Rayon Məhkəməsinin ##.##.1994-cü il tarixli qətnaməsi ilə pozulmuş və ##.##.1994-cü ildə ** nömrəli akt qeydi ilə Yasamal rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Miras qoyanın atası və onun həyat yoldaşı - X9 ##.##.1989-cu il tarixində vəfat etmişdir. Miras qalan əmlak miras qoyan Şahməmmədov Rasim Ağaməmməd oğlunun mülkiyyətinə ##.##.2020-ci il tarixində keçmişdir. Cavabdeh İddiaçı mirasın qəbulu üçün zəruri sənədləri notariusa verməkdən və ümumiyyətlə mirasın qəbulu ilə bağlı notariusa müraciət etməkdən imtina edir. Hətta miras əmlakının mövcudluğunu ondan gizlətməyə çalışsa da, vəkil soröusu əsasında bu məlumatı əldə edə bilmişdir. Cavabdehin niyyəti isə miras qalmış əmlaka tam olaraq yiyələnməkdən ibarətdir.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(004)- ****/**** saylı qərardadına əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı “miras əmlakın bölünməsi və ½ pay üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair e-*(***)-****/**** saylı mülki iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair *(***)-****/**** saylı mülki işlə birləşdirilməsi üçün məhkəməyə göndərilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ * saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “miras əmlakın bölünməsi və ½ pay üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilərək, mərhum Şahməmmədov Rasim Ağaməmməd oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 22 A, giriş 2, ***A saylı mənzilin ½ hissəsinə iddiaçı Cavabdeh payının müəyyən edilməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1, 1133.1, 1134.1, 1137, 1138, 1139, 1145, 1151.1, 1159.1, 1159.1.1, 1160, 1176.1, 1176.2, 1193, 1203.1, 1203.2, 1243.1, 1243.2, 1243.3, 1255, 1261, 1268.1, 1274, 1291-ci maddələri, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən ilk iddia üzrə iddiaçı İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və onun tərəfindən verilən iddia tələbinin təmin edilməsi, qarşı tərəfin birləşdirilmiş iş üzrə iddiasının isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti ilkin iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh Cavabdeh etirazı əsassızdır. Belə ki, bu etirazıetməkdə əsas məqsədi mərhum oğlunun əmlakından pay əldə etməkdir. Əslində isə oğlunu uşaq yaşlarından keçmiş həyat yoldaşına vermiş və ana kimi övladına qayğı göstərməmişdir. Məhkəməiddiaçı İddiaçı iddiasını təmin etməmək üçün əsaslandırmışdır ki, iddiaçının yuxarıda təqdim etdiyi məlumatlar iş materiallarında sübut olunmayıb. Qeyd etmək lazımdır ki, bu iddia üzrə cavabdeh Cavabdeh yuxarıda sadalanan halları təkzib edən məlumatları iş materiallarında sübut olunmadığı halda onun məlumatları əsasında o, “ləyaqətsiz vərəsə” hesab edilməmiş, hətta “miras əmlakın bölünməsi və ½ pay üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmişdir. Belə sual ortaya çıxır ki, bu iddia üzrə cavabdehin təqdim etdiyi məlumatlar iş materiallarında sübut olunmadığı halda niyə əsaslı və düzgün hesab edilmişdir? Bütün bu hallara əsasən, qəbul olunmuş qətnamə qanunsuz və əsassızdır, həmin qətnamə ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə iddiaçının, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə etmişdir. Həmçinin iş üzrə əlavə sübutları təqdim etmək, o cümlədən iddiaçı və üçüncü şəxsin iştirakının təmin olunmasl məqsədilə iclasın təxirə salınmasını xahiş etmiş, bu təmin olunmadığı təqdirdə şikayət barəsində izahat verməkdən imtina etdiyini bildirmişdir.
12. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
13. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mübahisə olduğu dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
15. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
16. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
17. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
18. Maddə 1140. Əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir.
19. Maddə 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.
20. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
21. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
22. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
23. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
24. Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
25. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir;
26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
27. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
28. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.
29. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki iş üzrə iddiaçı tərəfindən apelyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunduğundan apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Kollegiya iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
39. Belə ki, hazırki işin hallarına əsasən müəyyən olunur ki, ilk iddia üzrə cavabdeh Cavabdeh iddiaçı İddiaçı atasının anası, yəni nənəsidir. İlk iddia üzrə iddiaçı nənəsinin ləyaqətsiz vərəsə hesab edilməsini xahiş edir, nənəsi Cavabdeh isə ayrıca iddia qaldıraraq miras əmlakdan ona da pay ayrılmasını xahiş edir.
40. Kollegiya ilkin olaraq ilk iddia tələbi üzrə cavabdeh Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsinə dair aşağıdakıları qeyd edir.
41. Belə ki, qanunvericiliyin ləyaqətsiz vərəsə barəsində mövcud olan tələbinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
42. İlk növbədə qeyd edilməlidir ki, mərhum Rasim Şahməmmədovun sağlığında anası Cavabdeh vərəsəlikdən məhrumetməsi ilə bağlı hər hansı addımı iş materialları ilə müəyyən edilmir. Bundan başqa cavabdeh Cavabdeh ahıl yaşlı bir xanım olmaqla onun miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən edilmir.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”.
44. Beləliklə, Kollegiya apelyasiya şikayətinin “cavabdeh Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apelyatorun tələbinin bu hissədə əsassız olması qənaətinə gəlir.
45. Apelyasiya şikayətinin digər, cavabdeh Cavabdeh miras əmlaka pay hüququnun mövcud olmamasına dair hissədə, kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.
46. Belə ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 1 2 ünvanında yerləşən mənzil ##.##.2020ci il tarixdə Şahməmmədov Rasim Ağaməmməd oğlunun adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. AZ-II seriyalı ****** nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Şahməmmədov Rasim Ağaməmməd oğlu ##.##.2024-cü il tarixdə ölmüşdür.
47. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin Maddə 1159.1.1. 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
48. Beləliklə, işin mübasəsiz halı ondan ibarətdir ki, Şahməmmədov Rasim Ağaməmməd oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. O vəfat etdikdən sonra ondan qalan miras əmlak üzrə qanuni pay hüququ olan 2 vərəsəsi olmuşdur: oğlu İddiaçı və anası Cavabdeh. Mübahisənin mahiyyətinə gəldikdə birinci instansiya məhkəməsinin mövqeyinin yoxlanılması aspektindən hazırda aydınlaşdırılmalı məqam mirasda pay hüququnun müəyyən edilməsi epizodu ilə bağlıdır.
49. Qeyd olunmalıdır ki, Roma hüququndan başlayaraq, mirasın qəbulu avtomatik proses kimi nəzərdən keçirilmirdi. Bununla əlaqədar iki əsas forma müəyyən olunmuşdur: - Cretio (Rəsmi bəyanatla) - Pro herede gestio (faktiki davranışla qəbulu)
50. Azərbaycan Respublikası mülki qanunvericiliyi də oxşar qənaətdədir. Belə ki, Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən qeyd edir ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
51. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
52. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə ## #### 2014-cü il tarixli qərarı).
53. Hazırki iş üzrə Cavabdeh mirasın qəbulu üçün faktiki addımlar atmış, daha dəqiq desək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofiisinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş Şahməmmədov Rasim Ağaməmməd oğlundan qalmış miras əmlaka dair vərəsəsi anası - Cavabdeh ərizəsi əsasında ##.##.2025-ci il tarixli V-***/**** saylı vərəsəlik işi açılmışdır. Hazırki qətnamə ilə bir daha təsdiq olunur ki, Cavabdeh vərəsəlikdən məhrum edilməsi kimi bir hal da müəyyən edilməmişdir.
54. Eyni zamanda yuxarıda vurğulandığı kimi, işin mübahisəsiz halıdır ki, mərhum Şahməmmədov Rasim Ağaməmməd oğlu vəfat etdiyi zaman, qalan miras əmlak üzrə qanuni pay hüququ olan 2 vərəsəsi - oğlu İddiaçı və anası Cavabdeh olmuşdur. Bu baxımdan, hazırki iş üzrə Xaqan Şahməmmədovla birlikdə Sürəyya Şahməmmmədovanın da miras qoyana məxsus olan əmlakın həcminə görə onlardan 1/2 hissədə pay əldə etmək hüququ vardır.
55. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, Sürəyya Şahməmmmədovanın ləyaqətsiz vərəsə hesab edilməsi üçün qanunla nəzərdə tutulan heç bir hal mövcud olmamış, o, mirasın rəsmi qəbulu üçün müvafiq zəruri addımı atmış və nəticə etibarilə miras əmlakdan pay almaq hüququnu istisna edən hər hansı hal aşkar edilməmişdir. Nəticə etibarilə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
60. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev