Məhkəmə qərarları › İş №2(3-6)-1428/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1428/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1428/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh X2 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı İddiaçı, apellyatorun nümayəndələri nümayəndə2 və nümayəndə1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Konservatoriyadan onun xeyrinə 1.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2025-ci ilin sentyabr ayında əlavə təhsil almaq üçün müvafiq sənədlərini Konservatoriyaya təqdim etmiş, ##.##.2025-ci il tarixdə Konservatoriya ilə “Təhsil haqqında” müqavilə bağlamış və müqavilə üzrə Konservatoriyaya 2.000 manat məbləğində təhsil haqqı ödəmişdir. O, 15 və ## ######## 2025-ci il tarixlərdə dərsə getsə də, sonradan onun səhhətində problemlər yaranmış və o, təhsilini davam edə bilməyəcəyini anlayaraq bu barədə Konservatoriyanın rəhbərliyinə məlumat vermiş və ödədiyi təhsil haqqının qaytarılmasını xahiş etmişdir. İddiaçının müraciəti qismən təmin edilmiş, Konservatoriya tərəfindən iddiaçıya həmin məbləğin yarısı qaytarılmış, qalan 1.000 manat qaytarılmamışdır. 1.000 manatın qaytarılmamasını cavabdeh onunla əsaslandırılmışdır ki, iddiaçı, 15 və ## ######## 2025-ci il tarixlərdə dərsdə olmuş, bununla da Konservatoriya müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasına başlamışdır. İddiaçının müqavilə üzrə ödədiyi pulu qaytarılması üçün əslində əsas yoxdur. Lakin iddiaçıya güzəşt edilir və buna görə də, iddiaçıya yalnız ikinci semestrə aid məbləğ, yəni ödənişin 1/2 hissəsi – 1.000 manat qaytarılır. İddiaçı bildirir ki, Konservatoriyada ona cəmi 2 gün ərzində təhsil verilib. 2 günə görə 1.000 manatın saxlanılması düzgün deyil. b) birinci instansiya məhkəməsi zamanı tərəflərin verdikləri izahatlar barədə məlumat

3. Rayon Məhkəməsinə verdiyi izahatında iddiaçı iddia ərizəsində qeyd edilənləri təsdiq etmiş və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh Konservatoriyanın nümayəndəsi X3 iddiaçıya bildirdiyi və iddia ərizəsində qeyd edilən etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini Rayon Məhkəməsindən xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini və iddianın məhkəməyə verilməsi üçün iddiaçının dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsini, cəmi 1.030 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin dəlilləri sübuta yetir və əsaslıdır. d) apellyasiya şikayətləri barədə məlumat

7. Cavabdeh Konservatoriyası həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı, 15 və ## ######## 2025-ci il tarixlərdə dərsdə olmuş, bununla da Konservatoriya müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasına başlamışdır. İddiaçının müqavilə üzrə ödədiyi pulu qaytarılması üçün əslində əsas yoxdur. Lakin iddiaçıya güzəşt edilmiş və iddiaçıya ikinci semestrə aid məbləğ, yəni ödənişin 1/2 hissəsi (1.000 manat) qaytarılmışdır. Lakin Rayon Məhkəməsi bunlara əhəmiyyət verməmiş, iddiaçı ilə Konservatoriya arasında bağlanmış ##.##.2025-ci il tarixli, ** nömrəli “Təhsil müqaviləsinin” 4.4-cü bəndinə düzgün hüquqi qiymət verməmişdir. Halbuki müqavilənin həmin bəndində qeyd edilmişdir ki, “təhsilalan” hər hansı səbəbdən tələbələr sırasından xaric edilərsə, ödənilmiş təhsil haqqı geri qaytarılmır. Bundan əlavə Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı üçün fərdi “Tədris planı” hazırlanmış, tədris prosesinin təşkili ilə bağlı xərclər çəkilmiş, təhsil xidməti göstərilməyə başlanılmışdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

9. Cavabdeh Konservatoriyanın nümayəndələri apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

10. Apellyasiya baxışı iclaslarında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

11. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Konservatoriyanın apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi iddianın tam təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır.

12. Belə ki, iddiaçı ilə cavabdeh Konservatoriya arasında ##.##.2025-ci il tarixdə bağlanmış ** nömrəli “Təhsil müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən iddiaçı cavabdeh Konservatoriyanın musiqişünaslıq ixtisası üzrə əlavə təhsil proqramına qəbul edilmişdir. İllik təhsil haqqı 2.000 manat təşkil edir.

13. “Fərdi tədris planından” görünür ki, iddiaçının təhsil alacağı fənlər və tədris yükü əvvəlcədən müəyyən edilmiş, onun tədris prosesinə cəlb olunması ilə bağlı təşkilati tədbirlər həyata keçirilmişdir.

14. İşdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı tərəfindən Konservatoriyaya 2.000 manat məbləğində ödəniş edilmiş və iddiaçı, cəmi 2 gün ərzində, yəni 15 və ## ######## 2025-ci il tarixdə dərsdə iştirak etmiş, lakin iddiaçı ##.##.2025-ci il tarixdə Konservatoriyanın rəhbərliyinə müraciət edərək, səhhətində problemlər yarandığını, bu səbəbdən təhsilini davam edə bilməyəcəyini bildirərək, ödədiyi təhsil haqqının qaytarılmasını xahiş etmişdir. İddiaçının müraciətinə əsasən ##.##.2025-ci il tarixdə qəbul edilmiş *** nömrəli əmrlə iddiaçı öz arzusu ilə Konservatoriyanın tələbələr sırasından xaric edilmişdir. Konservatoriya tərəfindən iddiaçıya, iddiaçının ödədiyi məbləğin yarısı, yəni 1.000 manat qaytarılmışdır.

15. Konservatoriyanın vəzifəli şəxsləri və nümayəndələri 1.000 manatın qaytarılmamasını onunla əsaslandırırlar ki, iddiaçı, 15 və ## ######## 2025-ci il tarixlərdə dərsdə olmuş, bununla da Konservatoriya müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasına başlamışdır. İddiaçının müqavilə üzrə ödədiyi pulu qaytarılması üçün əslində əsas yoxdur. Belə ki, Konservatoriya ilə iddiaçı arasında bağlanmış “Təhsil müqaviləsinin” 4.4-cü bəndində nəzərdə tutulmuşdur ki, “təhsilalan” hər hansı səbəbdən tələbələr sırasından xaric edilərsə, ödənilmiş təhsil haqqı geri qaytarılmır. Lakin iddiaçıya güzəşt edilmiş və buna görə də, iddiaçıya yalnız ikinci semestrə aid məbləğ, yəni ödənişin 1/2 hissəsi – 1.000 manat qaytarılmışdır.

16. İddiaçı isə hesab edir ki, Konservatoriya tərəfindən ona cəmi 2 gün ərzində təhsil verilmiş, 2 günə görə isə 1.000 manatın saxlanılması düzgün deyil.

17. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Borclu əmlakı hazırlamaq və kreditorun mülkiyyətinə vermək və ya əmlakı kreditorun istifadəsinə vermək və ya onun üçün müəyyən işi görmək və ya ona müəyyən xidməti göstərmək öhdəliyini icra etmədikdə kreditor, əgər bu Məcəllədən, müqavilədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, ağlabatan qiymətə və ağlabatan müddətdə öhdəliyin icrasını üçüncü şəxslərə tapşıra bilər və ya onu öz qüvvələri ilə icra edə bilər və çəkdiyi zəruri xərclərin və digər zərərin əvəzini ödəməyi borcludan tələb edə bilər (maddə 451.). Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir (maddə 783.1.). Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir (maddə 783.2.). Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır (maddə 783.3.). Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır (maddə 784.).

18. İddiaçı ilə cavabdeh Konservatoriya arasında bağlanmış “Tədris müqaviləsinin” 4.4cü bəndində qeyd edilmişdir ki, “təhsilalan” hər hansı səbəbdən tələbələr sırasından xaric edildiyi halda ödənilmiş təhsil haqqının geri qaytarılmaması nəzərdə tutulmuşdur. Buna görə də Rayon Məhkəməsinin müqavilədə belə şərtin mövcud olmaması barədə gəldiyi nəticə iş materiallarına uyğun gəlmir və apellyasiya şikayətinin bu hissədəki dəlili əsaslıdır.

19. Bununla belə, müqavilənin qeyd edilən bəndi cavabdehə faktiki göstərilməmiş təhsil xidməti üzrə ödənilmiş pul vəsaitinin tam həcmdə saxlanılması hüququ vermir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən müqavilənin təfsiri zamanı müqavilədə olan söz və ifadələrin hərfi mənası, müqavilənin şərtləri təfsir edilərkən tərəflərin həqiqi iradəsi, müqavilənin məqsədi və bütün hallar birlikdə nəzərə alınmalıdır.

20. Məhkəmə nəzərə alır ki, iddiaçı üçün fərdi tədris planı hazırlanmış, tədris prosesi təşkil edilmiş və iddiaçı müəyyən müddət təhsil xidmətindən istifadə etmişdir. Bu səbəbdən cavabdehin birinci semestr üzrə ödənilmiş 1.000 manat məbləğin hamısını geri qaytarmamaq barədə mövqeyi tamamilə əsassız hesab edilə bilməz.

21. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, iddiaçı tədris prosesində qısa müddət iştirak etdikdən sonra təhsilini davam etdirməmiş, sonrakı dövrdə isə təhsil xidmətindən istifadə etməmişdir. Buna görə də birinci semestr üzrə ödənilmiş 1.000 manat məbləğin tam həcmdə cavabdehdə saxlanılması da işin faktiki hallarına uyğun hesab edilə bilməz.

22. Məhkəmə müəyyən edir ki, birinci semestr üzrə ödənilmiş 1.000 manat məbləğ dörd aylıq tədris müddətinə aiddir. Bu halda bir aylıq tədris müddətinə uyğun məbləğ 250 manat təşkil edir.

23. İşin müəyyən edilmiş hallarını, iddiaçının tədris prosesinə faktiki qoşulmasını, onun üçün fərdi tədris planının hazırlanmasını, tədrisin təşkilinə çəkilmiş xərcləri, habelə sonradan təhsil xidmətindən istifadə etmədiyini nəzərə alan Məhkəmə hesab edir ki, birinci semestr üzrə ödənilmiş 1.000 manat məbləğin 1 aya aid hissəsi (1.000 manat : 4 ay=) 250 manat hissəsinin cavabdehdə saxlanılması, qalan 750 manat hissəsinin isə iddiaçıya qaytarılması tərəflərin hüquq və qanuni mənafelərinin balansına, müqavilə münasibətlərində vicdanlılıq prinsipinə və işin müəyyən edilmiş faktiki hallarına uyğun hesab edilir.

24. Buna görə də iddia tələbi 750 manat hissədə əsaslı hesab edilməli, qalan 250 manat hissədə isə təmin edilməməlidir. g) apellyasiya baxışının nəticəsi

25. Beləliklə də apellyasya göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 384, 385, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə qismən, yəni iddianın tam təmin edilməsi və cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh X1rşı irəli sürdüyü “pul tələbi barədə” iddiası qismən təmin edilsin. 750 (yeddi yüz əlli) manat məbləğində pul Cavabdeh X4 tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## ###### 2026cı il tarixli qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar