Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1449/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçılar iddiaçı2 və iddiaçı3 İlqar qızının, İddiaçı iddiaçı4, iddiaçı2 və iddiaçı3 İlqar qızının nümayəndəsi-vəkili HYPERLINK "https://icms.courts.gov.az/cases/case-operations?id=9FTaIXc66io=" Nümayəndə, Cavabdeh cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı3 İlqar qızı və İsayeva Vüsalə Məzahir qızının cavabdehlər cavabdeh2, cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsi və cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(0*0)-3794/2025 nömrəli, 26.*2.2025-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı3 İlqar qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: iddiaçı4, iddiaçı2, iddiaçı3 İlqar qızı və İsayeva Vüsalə Məzahir qızı cavabdeh2 Bakı şəhəri Mədəniyyət Baş İdarəsi ilə aralarında bağlanmış əmək müqavilələrinə müvafiq olaraq ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə müəllim peşəsinə (vəzifəsinə) işə qəbul edilmişlər. cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası tərəfindən **.03.2025-ci il tarixdə qəbul edilmiş 03, 04, 06, ** nömrəli qərarlara əsasən, həmin məktəbin fortepiano müəllimi vəzifəsində çalışan iddiaçı4, iddiaçı2, iddiaçı3 İlqar qızı və İsayeva Vüsalə Məzahir qızının tutduqları vəzifəyə uyğun hesab edilməmişdir. Bundan sonra ##.##.2025-ci il tarixli, *5, *7, *8 nömrəli və ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlərlə Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan iddiaçı4, iddiaçı2, iddiaçı3 İlqar qızı və İsayeva Vüsalə Məzahir qızının ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, qanunvericiliyə uyğun olaraq son haqq-hesabın ödənilməsinin və əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı3 İlqar qızı və İsayeva Vüsalə Məzahir qızının cavabdehlər cavabdeh2, cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsi və cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa edilməklə, məcburi buraxılmış müddət üçün əmək haqqının onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ** nömrəli Uşaq Musiqi Məktəbində uzun illərdir ki, əmək müqaviləsi əsasında müəllim vəzifəsində çalışırlar. Hər birinin bu təşkilatda müəllim kimi iş stajı beş il və ondan yuxarıdır. Lakin, ##.##.2025-ci il tarixdə məktəbin direktoru tərəfindən imzalanmış fərdi əmrlərlə işdən azad olunmuşlar. Əmrlərin surətləri ##.##.2025-ci il tarixində poçt vasitəsilə hər birinin ünvanına təqdim olunmuşdur. İddiaçılar bu məsələyə dair müxtəlif instansiyalara müraciət etmiş və ##.##.2025-ci il tarixində cavabdeh tərəfə mediasiya təklifi təqdim etmişlər. Təklif rəsmi olaraq surətli poçt vasitəsilə təqdim edilmiş və məktəb direktoru tərəfindən qəbul edilərək sənədə imza atılmışdır. İddiaçı iddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında ## ##### 2025-ci il tarixdə *7 nömrəli əmr verilmişdir. Əmr əsasında o, icra etdiyi fortepiano müəllimi vəzifəsindən azad edilmişdir. Əmrdə aşağıdakılar qeyd olunur: “*. Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi iddiaçı4 ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. 2. iddiaçı4 qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi təmin edilsin. 3. Əmrin surətinin aidiyyəti üzrə çatdırılması təmin edilsin. Əsas: Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının ** mart 2025-ci il tarixli qərarı əks etdirən attestasiya vərəqəsi və **.03.2025-ci il tarixli * nömrəli protokolu”. İşəgötürən müəssisənin *7 nömrəli əmri rəsmi dövlət poçtu vasitəsilə ## ##### 2025-ci il tarixdə yaşadığı ünvana göndərilməklə ona təqdim olunmuşdur. Mediasiya təklifini işəgötürənə təqdim etmişdir. Mediasiya təklifini işəgötürən müəssisənin rəhbəri qəbul edərək sənədi imza etmişdir. Mediasiya təklifindən sonra ilkin mediasiya sessiyası üçün mediatora ərizə təqdim etmişdir. Mediasiya arayışı iddiaya əlavə edilir. İddiaçı İsayeva Vüsalə Məzahir qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında ## ##### 2025-ci il tarixdə *5 nömrəli əmr verilmişdir. Əmr əsasında o, icra etdiyi fortepiano müəllimi vəzifəsindən azad edilmişdir. Əmrdə aşağıdakılar qeyd olunur: “*. Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Vüsalə Məzahir qızı İsayeva ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. 2. V.M.İsayevaya qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi təmin edilsin. 3. Əmrin surətinin aidiyyəti üzrə çatdırılması təmin edilsin. Əsas: Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının ** mart 2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və **.03.2025-ci il tarixli * nömrəli protokolu”. O, 0*.09.2000-ci ildən etibarən Ağdam rayon Gülablı məktəbində Fortepiano müəllimi vəzifəsində işləmişdir. 2002-ci ildən etibarən ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmışdır. Məcburi köçkün olmuşdur. İşəgötürən müəssisənin *5 nömrəli əmri rəsmi dövlət poçtu vasitəsilə ## ##### 2025-ci il tarixdə yaşadığı ünvana göndərilməklə ona təqdim olunmuşdur. Mediasiya təklifini işəgötürənə təqdim etmişdir. Mediasiya təklifini işəgötürən müəssisənin rəhbəri qəbul edərək sənədi imza etmişdir. Mediasiya təklifindən sonra ilkin mediasiya sessiyası üçün mediatora ərizə təqdim etmişdir. Mediasiya arayışı iddiaya əlavə edilir. İddiaçı iddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında ## ##### 2025-ci il tarixdə ** nömrəli əmr verilmişdir. Əmr əsasında o, icra etdiyi fortepiano müəllimi vəzifəsindən azad edilmişdir. Əmrdə aşağıdakılar qeyd olunur: “*. Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi iddiaçı2 ## ##### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. 2. iddiaçı2 qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi təmin edilsin. 3. Əmrin surətinin aidiyyəti üzrə çatdırılması təmin edilsin. Əsas: Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının ** mart 2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və **.03.2025-ci il tarixli * nömrəli protokolu”. İşəgötürən müəssisənin ** nömrəli əmri rəsmi dövlət poçtu vasitəsilə ## ##### 2025-ci il tarixdə yaşadığı ünvana göndərilməklə ona təqdim olunmuşdur. Mediasiya təklifini işəgötürənə təqdim etmişdir. Mediasiya təklifini işəgötürən müəssisənin rəhbəri qəbul edərək sənədi imza etmişdir. Mediasiya təklifindən sonra ilkin mediasiya sessiyası üçün mediatora ərizə təqdim etmişdir. Mediasiya arayışı iddiaya əlavə edilir. İddiaçı iddiaçı3 İlqar qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında ## ##### 2025-ci il tarixdə *8 nömrəli əmr verilmişdir. Əmr əsasında o, icra etdiyi fortepiano müəllimi vəzifəsindən azad edilmişdir. Əmrdə aşağıdakılar qeyd olunur: “*. Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Gülnar İlqar qızı Quliyeva ## ##### 2025ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin.
2. G.İ.Quliyevaya qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi təmin edilsin.
3. Əmrin surətinin aidiyyəti üzrə çatdırılması təmin edilsin. Əsas: Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının ** mart 2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və **.03.2025-ci il tarixli * nömrəli protokolu”.İşəgötürən müəssisənin *8 nömrəli əmri rəsmi dövlət poçtu vasitəsilə ## ##### 2025-ci il tarixdə yaşadığı ünvana göndərilməklə ona təqdim olunmuşdur. Mediasiya təklifini işəgötürənə təqdim etmişdir. Mediasiya təklifini işəgötürən müəssisənin rəhbəri qəbul edərək sənədi imza etmişdir. Mediasiya təklifindən sonra ilkin mediasiya sessiyası üçün mediatora ərizə təqdim etmişdir. Mediasiya arayışı iddiaya əlavə edilir. Əmək müqavilələrinə xitam verilməsi barədə işəgötürən ** nömrəli Uşaq Musiqi Məktəbinin barələrində verdiyi əmrlərin qanunsuz və əsassız olması barədə X4 və Azərbaycan Respublikası Mədəniyyət nazirinə kollektiv müraciət ünvanlamışlar. Əmək Məcəlləsinin 66-cı maddəsinin tələblərinə görə attestasiya olunmayan işçilər müəyyən edilmişdir. Qeyd edilməlidir ki, 20*8–2023-cü illər ərzində bu norma təkmilləşdirilmiş və nəticədə aşağıdakı məzmunda hüquqi tələblər müəyyən edilmişdir. İşəgötürən tərəfindən müəssisədə çalışan müəllimlər barəsində rəsmiləşdirilən işdən azad olunma əmrləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin aşağıda qeyd olunan müddəalarının tələblərinə ziddir: Maddə 66. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər attestasiya olunmayan işçilər hesab edilir. Cavabdeh tərəf bu qanun normasını kobud şəkildə pozmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(0*0)-3794/2025 nömrəli, 26.*2.2025-cı il tarixli qətnaməsi iddia tələbləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən işçilərin, eləcə də hazırkı iş üzrə iddiaçıların attestasiyadan keçirilməsi tam qanuni və əsaslı olmuş, yəni cavabdeh məktəb müvafiq hüquqi imkanlara malik olmaqla, bundan istifadə etmişdir. İddiaçılar və onların nümayəndəsi-vəkili məhkəmə prosesi gedişində əvvəlcə iddiaçıların ümumiyyətlə attestasiyadan keçirilməsinin qanunun məcburi göstərişlərinə zidd olduğunu və buna görə də onların işə bərpasının mümkünlüyü ətrafında əsaslandırma aparsalar da, sonradan məhkəməyə ünvanlanan yazılı ərizələrdə qeyd edilənlərlə yanaşı, attestasiya prosesinin özünün şəffaflığı mübahisələndirilmiş və işəgötürən tərəfindən iddiaçılara qarşı qərəzli mövqe tutulduğu qeyd edilmişdir. Bu məqsədlə, attestasiya prosesinin qeydə alındığı video-audio yazılar müvafiq orqandan tələb edilmiş və həmin video-audio yazıların daxil edildiyi maddi daşıyıcılar iş materiallarına əlavə edilməklə məhkəmə baxış iclasında tərəflərin iştirakı ilə tədqiq olunmuşdur. İddiaçılar attestasiya zamanı həyəcanlı olduqlarını, onlara verilən suallara bu və ya digər səbəblərdən (həyəcan, stress, oruc tutma səbəbindən hal vəziyyətin yerində olmaması, attestasiyanın keçirilmə vaxtının düzgün təşkil edilməməsi və s.) tam və ya qismən cavab verə bilmədiklərini etiraf etmiş, həmçinin işgötürən tərəfindən attestasiya zamanı veriləcək sualların aid olduğu mövzular barədə * (bir) təqvim ayı öncədən yazılı qaydada məlumatlandırıldıqlarını, onlara əvvəlcədən təqdim olunumuş proqramda qeyd olunan suallardan və tapşırıqlardan kənar suallar verilmədiyini, ifa etmək tələbinin olmadığını məhkəmənin diqqətinə çatdırmışlar. Bu hissədə məhkəmə attestasiya institunun mövcudluğu son nəticədə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq olduğu üçün qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əmək etməklə müvafiq prosesi həyata keçirmək də məhz işəgötürənə məxsusdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.5-ci maddəsinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşəgötürən tərəfindən isə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş attestasiya prosesinin icrası zamanı müəyyən olunan məhdudiyyətlərin pozulması ilə bağlı mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Bu məqsədlə, işəgötürən tərəfindən işçilərə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasını təsdiq edən sənədləri təqdim etməli olduqları barədə bildirilsə də, bu və ya digər sənəd nə məhkəməyədək işəgötürənə, nə də məhkəmə icraatı gedişində birbaşa məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi verilməsi üçün müvafiq qərardad qəbul edilmiş və qərardadın surəti iş materialları ilə birlikdə Bakı Musiqi Akademiyasına göndərilmişdir. Bakı Musiqi Akademiyası tərəfindən məhkəmənin qərardadı icra edilərək müvafiq rəy verilsə də, məhkəmə həmin rəyi iş üzrə mötəbər sübut kimi qəbul etmir. Belə ki, rəy nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyi verən təşkilatın zəruri rekvizitləri (rəyin verilməsi üçün müəyyən olunan minimal tələblərə əməl edilməmiş, rəyi verən təşkilatın adı, təşkilat rəhbəri və ya onu əvəz edən şəxs barədə məlumatlar göstərilməmiş və rəy gerbli möhürlə təsdiq edilməmişdir) əks olunmadığı üçün həmin rəy iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün mötəbər və kifayətedici sübut növlərindən biri kimi qəbul edilə və digər sübutlarla yanaşı qiymətləndirilə bilməz. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd etmişdir ki, attestasiya prosesinin qeyrişəffaf, qərəzsiz və birtərəfli həyata keçirilməsi barədə iddiaçı tərəfin mövqeyi formal olaraq əsassız hesab edilməlidir. İddia tərəfinin öz tələblərini əsaslandırdıqları fakt və halların biri digərini də məhz işəgötürənin əmək müqaviləsini ləğv etmək səlahiyyətinin olmaması ilə bağlıdır. Bu hissədə məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, işçinin əmək müqaviləsinin qeyd edilən əsaslarla ləğv edilməsi hüququ hüquqi təbiətinə görə səlahiyyətverici (dispozitiv) hüquq (imkan) olduğu üçün həmin əsasların mövcudluğu halında əmək müqaviləsini ləğv etmək və ya etməmək hüququ da məhz işəgötürənə məxsusdur. İşəgötürən də əmək qanunvericiliyə ilə ona verilmiş imkanlardan istifadə edərək, qanunla müəyyən edilmiş müvafiq prosedurlara riayət etməklə iddiaçılarla bağlanmış əmək müqavilələrini müvafiq əsasla ləğv etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürən dedikdə, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür. Həmin məcəllənin 83-cü maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) Əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. İddiaçılarla əmək müqavilələrini Bakı şəhər Mədəniyyət Baş İdarəsi bağlamış olsa da, həmin əmək müqavilələrinin tədqiqindən aydın olur ki, işəgötürən qismində ** nömrəli Uşaq Musiqi Məktəbinin direktoru İsmayılova Türkan Əhliman qızı qeyd edilmiş və əmək müqaviləsi işəgötürən qismində məktəb direktorunun elektron imzası ilə təsdiq edilmişdir. Bundan əlavə, əmək müqaviləsinin ləğvi barədə əmrin də qeyd edilən məktəb direktoru tərəfindən qəbul edilmiş olması, məktəbin tabe olduğu üst qurum tərəfindən işəgötürən səlahiyyətlərinin məktəbə ötürülmüş olması qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, ölkə üzrə ƏMAS sisteminin tətbiqinə başlandığı vaxtdan işəgötürən tərəfindən səlahiyyətli orqanlara müəyyən səlahiyyətlərin (əmək müqaviləsinin bağlanılması, ona dəyişikliklər edilməsi və ya ləğv edilməsi, məzuniyyət əmrlərinin, xəstəlik vərəqələrinin verilməsi və s.) elektron qaydada verilməsi mümkündür və bu səlahiyyətlərin ötürülmüş (verilmiş) olması ağlabatan mühakimə əsasında məqbul hesab edilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçıların çatmaq istədikləri hüquqi nəticəni əmək müqaviləsinin ləğv edilməsi barədə əmrlərin ləğv edilərək işə bərpa olunmaları təşkil etdiyi üçün bu kateqoriyadan olan iddiаya cavab verməli olan şəxs də məhz həmin əmri qəbul edən cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbidir. Həmçinin, işin halları ilə artıq müəyyən olunur ki, ** nömrəli Uşaq Musiqi Məktəbinin direktoruna əmək müqavilələrini ləğv etmək səlahiyyəti məhz məktəbin tabe olduğu üst qurum Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmişdir. Yəni, əlavə olaraq, digər cavabdeh cavabdeh2 qarşı hazırkı iddia tələbi qaldırıla və yönələ bilməz. Həmin qətnamədən iddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı3 İlqar qızı tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər.
Apellyasiya instansiyası məhkəməsində icraat:
Əsasları eyni olan apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, ** nömrəli Uşaq Musiqi Məktəbində əmək müqaviləsi əsasında müəllim kimi iş stajları beş il və ondan yuxarıdır. Lakin, 20*7-ci ildə bütün işçilərə münasibətdə əmək müqavilələri yenilənərək, işəgötürən kimi Bakı şəhər Mədəniyyət Baş İdarəsi göstərilmiş və müqavilələr Baş İdarənin verdiyi (ötürdüyü) səlahiyyətlərinə uyğun olaraq Baş İdarənin adından məktəbin direktoru tərəfindən imzalanmışdır. 2025-ci ildə isə işəgötürən Baş İdarə yox, ** nömrəli Uşaq Musiqi Məktəbinin direktoru fərdi əmrlər əsasında ** nömrəli məktəb adından müqaviləyə xitam vermişdir. Göründüyü kimi 20*7-ci ilin dekabr ayında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi (VÖEN: **********, ünvan: ünvan 1) dövlət qurumu “işəgötürən” kimi onlarla işçi qismində Əmək Məcəlləsinə uyğun olaraq müddətsiz əmək müqaviləsi bağlamışdır. a) Əmək müqaviləsində qeyd olunur ki, işəgötürən Bakı Şəhər Mədəniyyət Baş İdarəsidir. b) Əmək müqaviləsində qeyd olunur ki, işçi olaraq ** nömrəli Uşaq Musiqi Məktəbində müəllim vəzifəsi (peşəsi) üzrə işə qəbul olunmuşlar. c) Əmək müqaviləsindən məlum olur ki, işəgötürən Baş İdarənin adından direktor vəzifəsini müvəqqəti icra edən Türkan İsmayılova əmək müqaviləsini elektron qaydada imzalamışdır. Əmək müqaviləsi əsasında müəyyən olunur ki, onlara münasibətdə işəgötürən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi olmuşdur. Bu təkzibolunmaz fakt Suraxanı Rayon Məhkəməsinin qətnaməsində qeyd olunmasına baxmayaraq, məhkəmə əmək müqaviləsinin işəgötürən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən deyil, ** nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən ləğv edilməsini düzgün qiymətləndirmədən hüquqi cəhətdən, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsi baxımından qətnamədə əsaslandırmamışdır. Əmək müqaviləsi işəgötürən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən bağlanmasına baxmayaraq, əmək müqavilələrinin xitamına dair əmr hüquqi şəxs və işəgötürən hesab edilməyən ** nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən Əmək Məcəlləsinə zidd olaraq verilmişdir. İş materiallarına əlavə edilmiş ** nömrəli Uşaq Musiqi Məktəbinin əmrində qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu müəllim vəzifəsindən azad edilməklə, bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsi “işəgötürən” Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən bağlansa da, əmək müqaviləsi ** nömrəli Uşaq Musiqi Məktəbinin adından həmin məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən əmr verilmişdir. Əmrin ** nömrəli Uşaq Musiqi Məktəbinin adından onun direktor vəzifəsini icra edən şəxs tərəfindən verilməsi qanunsuzdur. Məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, məktəb direktoru “işəgötürən”in, yəni Baş İdarənin adından əmr imzalamamışdır. Əmr “işəgötürən” şəxs tərəfindən deyil, hüquqi şəxs olmayan ** nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmişdir. Məhkəmə qərar qəbul edərkən Əmək Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını düzgün tətbiq etməyərək, qətnamədə aşağıdakı mövqeyi qeyd etmişdir. “Əmək və məşğuluq“ altsistemi (ƏMAS) Əmək münasibətlərinin tənzimlənməsi və məşğuluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. İddiaçılarla əmək müqavilələrini Bakı şəhər Mədəniyyət Baş İdarəsi bağlamış olsa da, həmin əmək müqavilələrinin tədqiqindən aydın olur ki, işəgötürən qismində ** nömrəli Uşaq Musiqi Məktəbinin direktoru İsmayılova Türkan Əhliman qızı qeyd edilmiş və əmək müqaviləsi işəgötürən qismində məktəb direktorunun elektron imzası ilə təsdiq edilmişdir. Bundan əlavə, əmək müqaviləsinin ləğvi barədə əmrin də qeyd edilən məktəb direktoru tərəfindən qəbul edilmiş olması, məktəbin tabe olduğu üst qurum tərəfindən işəgötürən səlahiyyətlərinin məktəbə ötürülmüş olması qənaətinə gəlməyə əsas verir. Nəzərə alınmalıdır ki, ölkə üzrə ƏMAS sisteminin tətbiqinə başlandığı vaxtdan işəgötürən tərəfindən səlahiyyətli orqanlara müəyyən səlahiyyətlərin (əmək müqaviləsinin bağlanılması, ona dəyişikliklər edilməsi və ya ləğv edilməsi, məzuniyyət əmrlərinin, xəstəlik vərəqələrinin verilməsi və s.) elektron qaydada verilməsi mümkündür və bu səlahiyyətlərin ötürülmüş (verilmiş) olması ağlabatan mühakimə əsasında məqbul hesab edilir”. Məhkəmə səlahiyyətlərinin ötürülməsi qaydası ilə səlahiyyəti olmayan şəxsin əmr imzalaması qaydalarını düzgün qiymətləndirməmişdir. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, səlahiyyətlərin ötürülməsi, bu səlahiyyətlərin elektron müqavilə, etibarnamə, əmr və başqa formada verilməsi qadağan deyil. Bu qaydada əgər səlahiyyətlər ötürülürsə əmri imzalayaraq əmək müqaviləsini ləğv edən şəxs bu hərəkətləri bütün hallarda “işəgötürən” hüquqi şəxsin adından icra edə bilərdi. Daha doğrusu bu ötürülmüş səlahiyyətləri “işəgötürənin” adından verilmiş səlahiyyətlər əsasında icra edə bilərdi. Rəsmiləşdirilmiş əmək müqaviləsi və əmrdən aydın şəkildə görünür ki, əmək müqaviləsini işəgötürən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi adından səlahiyyətləri ötürülmüş şəxs imzalamış, lakin əmək müqaviləsinin ləğvi barədə əmri “işəgötürən” deyil, başqa bir şəxs vermişdir. Əmri verən işəgötürən şəxs deyildir. İşəgötürən adından deyil, tamam aid olmayan şəxs əmri imza edib. Məhkəmə işin faktiki və hüquqi əsaslarını araşdırarkən ** nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən “işəgötürənin” onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair əmri; *) Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının tələblərinə zidd olmasını düzgün qiymətləndirməmişdir. 2) Əmək müqaviləsinin xitamına dair əmrin “Təhsil haqqında” qanuna və Azərbaycan Respublikası Əmək Məcəlləsinin “təhsilverənlərə” dair müəyyən edilmiş imperativ normaların tələbləri düzgün tətbiq edilmədən düzgün olmayan nəticəyə gəlmişdir. Hətta video görüntülərinə baxış keçirilərkən açıq-aydın görünür ki, attestasiya komissiyasının 5 nəfər üzvündən bəzi hallarda yalnız 4 nəfəri iştirak etmişdir. Habelə videomateriallarda attestasiya komissiyasının üzvü olmayan kənar şəxsin həmin otaqda stolda əyləşərək faktiki olaraq komissiyanın fəaliyyətinə müdaxilə etdiyi aydın şəkildə müşahidə olunur. Bu hallar attestasiyanın keçirilməsi prosedurunun pozulmasını təsdiq edir və nəticələrin etibarsız sayılması üçün hüquqi əsas yaradır. Bundan başqa nəzərə alınmalıdır ki, onlarla əmək müqaviləsi 27.*2.20*7-ci il tarixdə VÖEN-i ********** olan hüquqi şəxs – Bakı Şəhər Mədəniyyət Baş İdarəsi arasında bağlanmışdır. Hüquqmüəyyənedici sənəd olan əmək müqaviləsi əsasında müəyyən olunur ki, əmək müqaviləsini Bakı Şəhər Mədəniyyət Baş İdarəsi bağladığı halda, Əmək Məcəlləsinin tələblərinə zidd olaraq işçinin işdən çıxarılması və əmək müqaviləsinin xitamına dair əmri ** saylı Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsini müvəqqəti icra etmiş Türkan İsmayılova icra etmişdir. Bu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin açıq və kobud şəkildə pozulmasıdır. Qeyd olunan hallar onu göstərir ki, əmək müqaviləsinin xitamı qanunsuz olmuş, hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsi və işdən azad olunma barədə əmr işəgötürənin səlahiyyətli qurumu tərəfindən verilməlidir. İşəgötürən olmayan başqa bir hüquqi şəxs tərəfindən işdən azad olunma barədə verilmiş əmr hüquqi qüvvəyə malik ola bilməz. 26.*2.2025-ci il tarixdə yekun məhkəmə aktı qəbul edildikdən sonra, 08.0*.2026-cı il tarixdə “E-Məhkəmə” sistemində Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin nümayəndəsi tərəfindən imzalanmış “İş üzrə izahat” və ona əlavə edilmiş “Səlahiyyətlərin verilməsinə dair” bildiriş yerləşdirilmişdir. Həmin bildirişdə direktor Qanuni nümayəndə səlahiyyətlərin verilmə tarixi ##.##.2025-ci il olaraq göstərilmişdir. Hansı ki, qanunsuz əmrlər və hüquqa zidd formada əmək müqavilələrinin xitamı barədə hərəkətlər aprel 2025-ci il tarixdə olmuşdur. Hətta bu halda belə əmək müqaviləsinə xitam verən “işəgötürən” Baş İdarənin adından verilmədiyi halda, bu əmr hüquqi nəticə yaratmamalıdır. Lakin bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərin tarixi 2025-ci ilin aprel ayına təsadüf edir ki, bu da göstərilən səlahiyyətlərin xitam əmrlərinin verildiyi tarixdən sonrakı dövrə aid olduğunu göstərir. Hüququn açıq-aydın formada pozulması yolverilməz haldır. Bu həm də antikonstitusion bir hərəkətdir. Attestasiya, yaxud sertifikasiya baxımından iddia ərizəsində, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin, “Təhsil haqqında” qanunun normalarına istinad edilməklə, qanunun düzgün tətbiq edilməməsi barədə əsaslandırmalar edilmişdir. Cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbinin əmri həm də aşağıdakı qanun normalarının tələblərinə ziddir: Əmək Məcəlləsinin 66-cı maddəsinin *2-ci abzası hazırda aşağıdakı məzmundadır: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər attestasiyaya cəlb edilmir. Beləliklə 20*8-ci ildən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsi təhsilverənləri, yəni müəllimləri attestasiya olunmayan işçilər kimi müəyyən olunmuşdur. Beləliklə 20*8-ci ildən etibarən müəllimlər sertifikatlaşdırmaya cəlb edilməli olduğundan təhsilverən olaraq attestasiyaya cəlb edilə bilməzlər. Bu norma ilk olaraq Əmək Məcəlləsinə 20*8-ci ildə əlavə edilmiş və sonrakı illərdə maddəyə əlavə və dəyişikliklər edilmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndi işçilərin kütləvi şəkildə ixtisar edilməsini yolverilməz hesab edir, lakin cavabdeh həm də bu normanın tələblərini pozmuşdur. Cavabdeh kütləvi işdən azadetmə kimi hərəkətlər edib. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh qeyd olunan əmri imzalayarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması *. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-*. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könülüdür. 4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcə- lənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq bildirir ki, ** nömrəli Uşaq Musiqi Məktəbinin işəgötürənin adından deyil, öz adından əmək müqaviləsini ləğv etməsi, həm də təhsilverənlərə münasibətdə Əmək Məcəlləsinin və “Təhsil haqqında” qanunun normaları düzgün tətbiq edilməmişdir. Göründüyü kimi iş üzrə mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçı ilə əmək müqaviləsi işəgötürən qismində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən bağlanmışdır. Bu, işəgötürən tərəfin məhz Baş İdarə olduğunu açıq şəkildə təsdiq edir. Digər mübahisəsiz fakt ondan ibarətdir ki, 20*7-ci ildə əmək müqaviləsi Baş İdarə tərəfindən verilmiş səlahiyyətlərə əsasən, onun adından səlahiyyətli şəxs tərəfindən icra edilmişdir. Beləliklə, əmək müqaviləsi bilavasitə işəgötürən tərəfindən bağlanmışdır. Eyni zamanda, iş üzrə təkzibolunmaz fakt ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr işəgötürən olan Baş İdarə tərəfindən deyil, hüquqi şəxs olmayan ** nömrəli Uşaq Musiqi Məktəbinin adından, məktəb direktorunun vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən imzalanmışdır. Halbuki, ** nömrəli Uşaq Musiqi Məktəbi işəgötürən deyildir və bu səlahiyyətə malik olmamışdır. Buna baxmayaraq, məhkəmə qeyd olunan təkzibolunmaz faktları düzgün qiymətləndirməmişdir.
Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları
Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı2 və onun nümayəndəsivəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı3 İlqar qızı və onun nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı4 nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Qanuni nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən – iddiaçılar iddiaçı4, iddiaçı2 və iddiaçı3 İlqar qızına münasibətdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Əmək Məcəlləsi:
3. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. 65.*. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.5-*. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 65.8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir.
66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı *8-dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması. *. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
Mülki Prosessual Məcəllə:
*4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.*. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iddiaçılar hazırki apellyasiya şikayətlərində işdən azad olmaları barədə əmrlərin səlahiyyətli şəxs tərəfindən verilmədiyini, attestasiyadan keçirilməsinin qanunun məcburi göstərişlərinə zidd olması, eləcə də düzgün keçirilməməsinə istinad etmişlər. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri adlanan 65-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Attestasiyadan keçirilməyə cəlb olunmayan işçilərin siyahısı isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində öz əksini tapmışdır. Həmin maddədə sadalanan şəxslər dairəsinə həmçinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər aid edilmişdir. Yəni, bütün təhsilverənlər deyil, yalnız sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlərin attestasiyadan keçirilməsi qanunla qadağan edilmiş, digər təhsilverənlərin attestasiya prosesinə cəlb edilməsi isə qanunla qadağan edilməmişdir. İddiaçıların nümayəndəsi-vəkilinin iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi arqument də məhz iddiaçıların təhsilverən statusuna malik olduqları üçün attestasiyaya cəlb olunmalarının qanunun imperativ tələblərinə zidd olması ilə bağlıdır. Bu məqsədlə kollegiya qeyd edir ki, “təhsilverən” anlayışının hüquqi mahiyyəti, təyinatı, bir sözlə həmin kateqoriyaya daxil edilməli olan şəxslərin dairəsi müəyyənləşdirilməlidir. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun *.0.43-cü maddəsinə əsasən, təhsil dedikdə, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi başa düşülür. Həmin qanunda “təhsilverən” ifadəsinə anlayış verilməsə də, bunun üçün qanunla müəyyən edilmiş tələblərə (yaş, təhsil səviyyəsi və s.) cavab verən, hər hansı təhsil pilləsində təhsilalanlara sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin aşılanması və bu prosesin təşkili üzrə fəaliyyət göstərən fiziki şəxslərin “təhsilverən” statusuna daxil edilməsi ağlabatan mühakimə baxımından məqbul hesab edilməlidir. Həmin qanunda attestasiya və sertifikasiya anlayışlarının mənası da açıqlanmış və həmin anlayışlar əhəmiyyətli dərəcədə differensiallaşdırılmışdır. Belə ki, attestasiya dedikdə, hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi proseduru, sertifikatlaşdırma dedikdə isə dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru başa düşülür. Göründüyü kimi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu təhsilverənlərin həm attestasiya, həm də sertifikasiya prosesinə cəlb edilməsinin mümkünlüyünü nəzərdə tutmuş, yalnız dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlərin attestasiyadan deyil, sertifikasiyadan keçirilməli olduğunu təsbit etmişdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun *-ci maddəsinə əsasən, ümumi təhsil dedikdə, təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi, ümumi təhsil müəssisəsi dedikdə isə ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu təhsil müəssisəsi başa düşülür. Ümumi təhsil pilləsinin səviyyələri dedikdə isə ümumi təhsil pilləsini təşkil edən və varislik əsasında hər biri üzrə müvafiq tədris proqramlarının həyata keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri başa düşülür. Hazırkı iş üzrə cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbinin ümumi təhsil müəssisəsi olmaması, yəni ümumi təhsil pilləsinin hər üç səviyyəsinin və ya hər hansı səviyyəsinin (səviyyələrinin) təşkil olunduğu müəssisə olmaması qanunvericiliyin imperativ göstərişlərinə əsasən müəyyən olunur. Belə ki, ibtidai təhsil-ümumi təhsilin birinci səviyyəsi, ümumi orta təhsil-ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; tam orta təhsil-ümumi təhsilin ayrı-ayrı təmayüllər üzrə və ya təmayüllər olmadan təşkil edilən və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan üçüncü səviyyəsidir. cavabdeh2 Kollegiyasının ## #### 2025-ci il tarixli *-**/*-*-KQ-*/**** nömrəli Qərarı ilə təsdiq edilmiş “İncəsənət məktəb və mərkəzlərinin nümunəvi əsasnaməsi”nin *.*-ci maddəsinə əsasən, incəsənət (musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq və s.) məktəb və mərkəzləri incəsənət sahəsində təhsil verən və cavabdeh2 tabeliyində fəaliyyət göstərən dövlət müəssisəsidir. Həmin əsasnamənin tədqiqindən aydın olur ki, incəsənət (musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq və s.) məktəb və mərkəzləri, o cümlədən hazırkı iş üzrə cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbi incəsənət sahəsində təhsilverən dövlət müəssisəsi olsa da, həmin müəssisələrdə ümumi təhsil pilləsinin hər üç səviyyəsi və ya hər hansı səviyyəsi təşkil olunmadığı, habelə məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi nəzərdə tutulmadığı üçün qanunla ümumi təhsil müəssisəsi hesab edilmir. Nəzərdə tutulmalıdır ki, yalnız dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlərin attestasiyadan deyil, sertifikasiyadan keçirilməli olduğu təsbit edilmişdir. Musiqi məktəbləri isə ümumi təhsil müəssisəsi hesab edilmədiyi üçün həmin müəssisənin daxilində fəaliyyət göstərən təhsilverənlərin (hazırkı iş üzrə iddiaçılar da daxil olmaqla) attestasiyadan keçirilməsi imkanı birbaşa qanunvericiliklə təsbit edilmiş, sözügedən prosedurla bağlı bu və ya digər qadağa nəzərdə tutulmamışdır. Göründüyü kimi iş üzrə cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən işçilərin, eləcə də hazırkı iş üzrə iddiaçıların attestasiyadan keçirilməsi tam qanuni və əsaslı olmuş, yəni cavabdeh məktəb müvafiq hüquqi imkanlara malik olmaqla, bundan istifadə etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi baxışı zamanı attestasiya prosesinin qeydə alındığı video-audio yazıların daxil edildiyi maddi daşıyıcılarda olan görüntülərdən müəyyən edilir ki, iddiaçılar attestasiya zamanı həyəcanlı olduqlarını, onlara verilən suallara bu və ya digər səbəblərdən (həyəcan, stress, oruc tutma səbəbindən hal vəziyyətin yerində olmaması, attestasiyanın keçirilmə vaxtının düzgün təşkil edilməməsi və s.) tam və ya qismən cavab verə bilmədiklərini etiraf etmiş, həmçinin işgötürən tərəfindən attestasiya zamanı veriləcək sualların aid olduğu mövzular barədə * (bir) təqvim ayı öncədən yazılı qaydada məlumatlandırıldıqlarını, onlara əvvəlcədən təqdim olunumuş proqramda qeyd olunan suallardan və tapşırıqlardan kənar suallar verilmədiyini, ifa etmək tələbinin olmadığını məhkəmənin diqqətinə çatdırmışlar. Attestasiya institunun mövcudluğu son nəticədə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq olduğu üçün qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əmək etməklə müvafiq prosesi həyata keçirmək də məhz işəgötürənə məxsusdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.5-ci maddəsinə əsasən, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşəgötürən tərəfindən isə əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş attestasiya prosesinin icrası zamanı müəyyən olunan məhdudiyyətlərin pozulması ilə bağlı mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Bu məqsədlə, işəgötürən tərəfindən işçilərə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasını təsdiq edən sənədləri təqdim etməli olduqları barədə bildirilsə də, bu və ya digər sənəd nə məhkəməyədək işəgötürənə, nə də məhkəmə icraatı gedişində birbaşa məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mütəxəssis rəyi verilməsi üçün müvafiq qərardad qəbul edilmiş və qərardadın surəti iş materialları ilə birlikdə Bakı Musiqi Akademiyasına göndərilmişdir. Lakin Bakı Musiqi Akademiyası tərəfindən məhkəmənin qərardadı icra edilərək müvafiq rəy verilsə də, həmin rəyi iş üzrə mötəbər sübut kimi birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməmiş və bu hal hazırda apellyasiya qaydasında mübahisələndirilmədiyindən həmin rəyə qiymət verilməsinə zərurət yoxdur. Bundan başqa iddiaçılarla əmək müqavilələrini Bakı şəhər Mədəniyyət Baş İdarəsi bağlamış olsa da, həmin əmək müqavilələrinin tədqiqindən aydın olur ki, işəgötürən qismində ** nömrəli Uşaq Musiqi Məktəbinin direktoru İsmayılova Türkan Əhliman qızı qeyd edilmiş və əmək müqaviləsi işəgötürən qismində məktəb direktorunun elektron imzası ilə təsdiq edilmişdir. Bundan əlavə, əmək müqaviləsinin ləğvi barədə əmrin də qeyd edilən məktəb direktoru tərəfindən qəbul edilmiş olması, məktəbin tabe olduğu üst qurum tərəfindən işəgötürən səlahiyyətlərinin məktəbə ötürülmüş olması qənaətinə gəlməyə əsas verir. Belə ki, nəzərə alınmalıdır ki, ölkə üzrə ƏMAS sisteminin tətbiqinə başlandığı vaxtdan işəgötürən tərəfindən səlahiyyətli orqanlara müəyyən səlahiyyətlərin (əmək müqaviləsinin bağlanılması, ona dəyişikliklər edilməsi və ya ləğv edilməsi, məzuniyyət əmrlərinin, xəstəlik vərəqələrinin verilməsi və s.) elektron qaydada verilməsi mümkündür və bu səlahiyyətlərin ötürülmüş (verilmiş) olması ağlabatan mühakimə əsasında məqbul hesab edilir. Eyni zamanda iddiaçıların çatmaq istədikləri hüquqi nəticəni əmək müqaviləsinin ləğv edilməsi barədə əmrlərin ləğv edilərək işə bərpa olunmaları təşkil etdiyi üçün bu kateqoriyadan olan iddiya cavab verməli olan şəxs də məhz həmin əmri qəbul edən cavabdeh2 Bakı şəhər Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbidir. Həmçinin, işin halları ilə artıq müəyyən olunur ki, ** nömrəli Uşaq Musiqi Məktəbinin direktoruna əmək müqavilələrini ləğv etmək səlahiyyəti məhz məktəbin tabe olduğu üst qurum Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmişdir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıların cavabdeh tərəfindən onlara qarşı qərəzli münasibət nəticəsində işdən azad edilmələrinə dair dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, əmək qanunvericiliyi ilə işəgötürənə attestasiya komissiyası tərəfindən tutduğu vəzifəyə uyğun olmayan hesab edilmiş işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermək səlahiyyəti vəzifə olaraq yox, hüquq (mümkün davranış qaydası) olaraq verilmişdir. Bu da əmək münasibətlərinin hüquqi təbiətindən irəli gəlir. Belə ki, işəgötürən işçilərin seçilməsi, yerləşdirilməsi və işdən çıxarılması ilə bağlı müvafiq kadr qərarları qəbul etmək, müstəqil olaraq əməyin müvafiq sahədə səmərəli təşkilini təmin etmək üzrə məsuliyyət daşıyır. Bu səbəbdən attestasiyanın keçirilməsi proseduru pozulmadığı, qaydalara uyğun şəkildə keçirilməsi üçün lazımi şəraitin təmin edildiyi təqdirdə attestasiya komissiyası tərəfindən barəsində tutduqları vəzifəyə uyğun olmaması haqqında qərar çıxarılmış işçilərin işəgötürənin təşəbbüsü ilə işdən çıxarılması heç də əmək qanunvericiliyinə zidd hesab edilə bilməz Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçılar iddiasını əsasını təşkil edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, təqdim etdiyi sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 2*7, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçılar iddiaçı4, iddiaçı2 və iddiaçı3 İlqar qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(0*0)-3794/2025 nömrəli, 26.*2.2025-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.