Məhkəmə qərarları › İş №2(3-6)-1515/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1515/2026

01.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1515/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1rşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: "əmrin ləğv edilməsi" tələbi) Hakimlər X13 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1rşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, ## #### 2025-ci il tarixli **/Ü-*** nömrəli əmrin surətinin verilməsini tələb etmişdir.

2. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 İddiaçı ünvanladığı məktubdan görünür ki, ##.##.2025-ci il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, İddiaçı ##.##.2025ci il tarixdə intizam tənbehinin verilməsi barədə **/Ü-*** saylı əmrlə tanış olmaqdan imtina etmişdir. ## #### 2025-ci il tarixli **/Ü-*** nömrəli əmrin surətini kadrlar üzrə mütəxəssis G.V.Hacıyevadan götürə bilərsiniz.

3. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 intizam tənbehinin verilməsi barədə ## #### 2025-ci il tarixli **/Ü-*** nömrəli əmrin surətindən görünür ki, kollecin hüquqşünası İddiaçı ##.##.2025-ci il tarixli ərizəsi ilə 1 günlük ödənişsiz məzuniyyət üçün rəhbərliyə müraciətinə cavab olaraq, tədris ilinin sonu ilə bağlı bəzi zəruri sənədləşmə prosesi ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixinə ona icazə verilmədiyi, başqa gün, istədiyi vaxt icazə götürə biləcəyi barədə məlumat verilməsinə baxmayaraq, əvvəlcə kadrlar üzrə mütəxəssisə, iş saatının sonunda isə dəhlizdə texniki işçilərin gözü qarşısında direktor X7 yüksək səs tonuyla təzyiq göstərmişdir. Kollecin hüquqşünası İddiaçı ##.##.2025-ci il tarixində kadrlar üzrə mütəxəssis Günel Hacıyevanın oturduğu otağa daxil olaraq yenidən aqressiv şəkildə, uca səs tonuyla icazə ərizəsini ona geri verilməsini tələb etmiş, əks təqdirdə 15 dəqiqə ərzində ərizə ona geri verilməzsə 102 Polis xidmətinə müraciət edəcəyini bildirərək, kadrlar üzrə mütəxəssis Günel Hacıyevanı hədələyərək ona psixoloji təzyiq göstərmişdir. Bu mübahisənin və davamlı psixoloji təzyiqin təsiri ilə kadrlar üzrə mütəxəssis X2 pisləşmiş, kollecə təcili tibbi yardım çağırılmış və ona ilkin tibbi yardım göstərilmişdir. Eyni zamanda İddiaçı 102 Polis Xidmətinə zəng edərək, polis əməkdaşlarını şikayətçi qismində kollecə çağırmışdır. Təhsil müəssisəsində yaranan gərginlik kollecdə iş prosesinin gedişatına mane olmuşdur. İddiaçı işçiyə qarşı etdiyi mənəvi və psixoloji təzyiqləri nəzərə alaraq təcili tibbi yardımın gəlməsi, işçilərin təşvişə düşməsi İddiaçı müəssisəyə polis çağırması kollecdə gedən iş prosesinə mənfi təsiri və Günel Hacıyevaya edilən psixoloji və mənəvi təsirlər kollecin daxili intizam qaydalarının 2.5; 2.9.1; 2.9.3; 2.9.5; 2.9.7; 2.9.14; 2.9.16 2.9.18, 2.9.19, 2.9.20 və 3.2.20-ci bəndlərini pozmuşdur. İddiaçı bu davranışları ilə bağlı ##.##.2025-ci il tarixdə İntizam komissiyasının iclası keçirilməli idi. Lakin İddiaçı iclasda səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini qeyd etmişdir. İclas ##.##.2025-ci il tarixə təxirə salınmış və İddiaçı iclasa dəvət olunmuşdur. İddiaçı İntizam komissiyası üzvlərini qəbul etmədiyini və iclasda iştirak etməyəcəyini qeyd etmişdir. İddiaçı iştirakı olmadan iclas keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən Kollecin hüquqşünası İddiaçı töhmət elan edilsin. İddiaçı nəzərinə çatdırılsın ki, gələcəkdə belə hallar təkrar baş verdikdə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcək. İddiaçı əmrlə tanış edilsin.

4. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 ***/** nömrəli, ##.##.2025-ci il tarixli məktubunun surətindən görünür ki, ***/** saylı 29 oktyabr tarixli sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində X1 sabiq hüquqşünası İddiaçı ##.##.2025-ci il tarixində "İntizam tənbehinin verilməsi” barədə **/Ü-*** nömrəli əmrlə tanış olmaqdan imtina etmiş (Bununla bağlı akt tərtib edilmişdir), əmrin çıxarışını almaq üçün kollecə məktubla müraciət etmişdir, İddiaçı əmrin çıxarışını kadrlar üzrə mütəxəssisdən götürə biləcəyi barədə rəsmi şəkildə məlumat verilsə də o, bu istiqamətdə heç bir tədbir görməmişdir. ##.##.2025-ci il tarixində isə "İddiaçı əmək müqaviləsinə xitam verilməsi” barədə **/K-** nömrəli əmrlə tanış olmuş, lakin əmrin çıxarışını götürməkdən imtina etmişdir (Bununla bağlı akt tərtib edilmişdir).

5. ##.##.2025-ci il tarixli aktın surətindən görünür ki, ##.##.2025-ci il tarixində kollecin operatoru X5 İntizam tənbehinin verilməsi barədə 03/Ü- *** nömrəli ##.##.2025-ci il tarixli əmrlə tanış olması və həmin əmrin çıxarışının təhvil verilməsi üçün İddiaçı otağına yaxınlaşmışdır. Kollecin hüquqşünası İddiaçı ona İntizam tənbehinin verlməsi barədə əmr olduğunu görüb, əmrlə tanış olmaqdan və əmrin çıxarışını təhvil almaqdan imtina etmişdir.

6. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 daxili intizam qaydalarının: 2.5öz şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, 2.9.1 -kollektiv münasibətlərdə əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmaq, yalnız şəxsi nüfuzunu deyil, həm də kollecin və həmkarlarının nüfuzunu qorumaq və öz fəaliyyəti ilə kollecin nüfuzunun artmasına çalışmaq, 2.9.3-icra və əmək intizamına riayət etmək, işə vaxtında gəlmək, iş vaxtında kənar işlərlə məşğul olmamaq, vaxtından əvvəl iş yerini tərk etməmək və üzrsüz səbəbdən işdən yayınmamaq, 2.9.5-qarşılıqlı münasibətdə olduğu şəxsə fiziki və mənəvi zor işlətməmək, şərəf və ləyaqəti alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, xeyirxah və ədalətli olmaq, davranışda haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmaq və bundan nəticə çıxarmağa çalışmaq, 2.9.7- həmkarlarının fəaliyyətini düzgün qiymətləndirmək, peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmaq, tənqidləri təhqirə çevirməmək, dəqiq və xoşxasiyyətli olmaq, obyektivlik və qərəzsizlik nümayiş etdirmək, 2.9.14-iş yoldaşlarının hüquqlarına hörmətlə yanaşmaq, qanuni mənafelərini pozmamaq, 2.9.16-həm kollecdə, həm də ictimai yerlərdə kolleci təmsil edərkən nizam-intizamlı və səliqəli olmaq, 2.9.18-tutduğu vəzifəyə görə dövlət, cəmiyyət, kollec, ailə və özü qarşısında məsuliyyətli olmaq, etika və əxlaq normalarına riayət etmək, 2.9.19-ətrafdakılarla münasibətdə təmkinli davranmaqla hər bir vəziyyətdə, özünü ələ almağı bacarmaq, ictimai münasibətlərdə öz şəxsiyyətini qorumaq, vətəndaşlıq borcunu dərk etməklə mənfi təsirlər altına düşməmək, 2.9.20-hər zaman nitqinə fikir vermək, nitqində kobud və təhqiredici sözlər işlətməmək, 3.2.20-təhsilverənlər üçün nəzərdə tutulmuş etik davranış qaydalarına kollecin bütün işçiləri riayət etməlidir.

7. Bakı şəhəri Təcili və X11 Mərkəzinin 08 iyul və ## #### 2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, İddiaçı tərəfindən çağırış edilmişdir. Təzyiqi 180/100, nəbzi 70 olmuşdur.

8. İddiaçı haqqında Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 direktoruna ünvanlanmış müraciətdən görünür ki, cənab İlham Əliyevin rəhbərliyi ilə təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, təhsil müəssisələrinin modernləşdirilməsi, müəllim əməyinin qiymətləndirilməsi və keyfiyyətli tədris mühitinin yaradılması üçün ardıcıl tədbirlər görülmüşdür. Valideynlər, müəllimlər, ictimai təşkilatlar və gənclər bu sahəyə göstərilən qayğını yüksək dəyərləndirirlər. Bəzi hallarda bu dəyərlərə uyğun gəlməyən, etik davranış və əmək intizamı prinsiplərini pozan şəxslər təhsil müəssisəsinin nüfuzuna mənfi təsir göstərir, kollektivdə qarşıdurmalar yaradır və iş ahəngini pozur. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X1 hüquqşünası İddiaçı məhz bu qəbildən olan əməkdaşlardandır. İddiaçı 2018-ci ildən etibarən kollecdə hüquqşünas vəzifəsində çalışsa da dəfələrlə iş prosesində nizam- intizam qaydalarını pozmuş, kollektivin üzvləri ilə peşəkar münasibət qura bilməmiş, inzibati və pedaqoji heyətlə münaqişə yaratmış, təhsil ocağına yaraşmayan, etik qaydalara uyğun olmayan davranışla kollecin normal iş prosesinə xələl gətirmişdir. Eyni zamanda İddiaçı əməkdaşların hüquqlarını pozaraq kollecdaxili iclaslarda əməkdaşların gizlin şəkildə səsini yazır, müxtəlif vaxtlarda şəklini çəkərək foto və video görüntülərini müxtəlif saytlara və dövlət qurumlarına göndərir. Bu hal illərdir davam edir və kollektivin bütün üzvlərini narahat edir. Dövlət idarəetmə orqanlarının rəhbərliyi, kollec rəhbərliyi və bir sıra əməkdaşlar barədə müxtəlif dairələrə böhtan xarakterli ərizə və məktublar ünvanlamış, sosial şəbəkələrdə kollec barəsində yalan məlumatların və həqiqətə uyğun olmayan video görüntülərin yayılmasını təşkil edərək X1 nüfuzuna xələl gətirmişdir. İddiaçı kollecə qarşı qərəzli mövqeyi kollecin keçmiş rəhbərinin (sabiq direktor V.İ.İsmayılovun) dövründən başlamış, X1 barəsində öz təsdiqini tapmayan əsassız məlumatları ictimailəşdirməkdən çəkinməmişdir. Belə ki, hələ ## ###### 2023-cü ildə onun tərəfindən “Qafqazinfo.az” saytına kollecdə keçirilən imtahan prosesi barədə böhtan xarakterli video materiallar ötürülmüş, bunun nəticəsində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. Ədalət Muradovun - əmri ilə video materiallarda qeyd olunan faktların yoxlanılması məqsədilə komissiya yaradılmış, komissiyanın hesabatına əsasən böhtan xarakterli faktlar öz təsdiqini 2023/2024-cü tədris ilinin yayından etibarən Sizin təyinatınızdan sonra kollecin İnfrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, X1 hər iki tədris korpusu təmir edilərək müəllim və işçi heyətinin əmək qabiliyyətinin səmərəliliyi üçün əlverişli şərait yaradılmış, işçi və tələbə heyətinin davamiyyət prosesinin gücləndirilməsi məqsədilə müasir texnologiyaya uyğun şəkildə tədris korpuslarına giriş və çıxış qurğuları (turniketlər) quraşdırılmış, qida profilli orta ixtisas təhsil müəssisəsi olaraq kadr hazırlığı aparılan ixtisasların xüsusiyyətlərinə uyğun bir sıra avadanlıqların və kommunikasiya xəttlərinin olduğu laboratoriya və emalatxanaların yaradılması istiqamətində bir sıra işlər görülmüşdür. Kollecdə təhsilin keyfiyyətinin yüksəldilməsi və inkişafı, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi istiqamətində tədris prosesinin təşkilində və imtahanların keçirilməsində yeni qaydalar tətbiq edilmiş, kollecin fəaliyyət prinsipini və tələbələrin hüquq-məsuliyyətlərini müəyyən etmək məqsədilə Pedaqoji Şuranın qərarı ilə nizam-intizam qaydaları təsdiq edilərək İntizam komissiyası yaradılmışdır. Kollecin inkişafi, kollektivin səmərəli fəaliyyəti üçün lazımi şəraiti bizim üçün təşkil etməyinizə baxmayaraq İddiaçı kollecə qarşı başlatdığı "qarayaxma kampaniyası” əmək fəliyyətimizə təsir edərək kollektivdə ruh düşkünlüyü yaradır. O, kollecin fəaliyyəti, rəhbərliyi və kollektiv üzvləri haqqında həqiqətə uyğun olmayan məlumatları sosial şəbəkələrdə ("xalqxeber.az, bakunews.az, soztv.az, icma.az, cebheinfo.az, tehsilmedia.az, Ixeber.media, dunyapress.info, aknews.az, paralel.az, mediatv.az, dogruxeber.az, teref.az, aztehsil.com, Bizim Xəbər.Tv, Operativ.x, meydan, azad söz” və s. media kanallarında) ictimailəşdirərək müəssisənin cəmiyyət qarşısında obrazını təhrif etmişdir. Bu paylaşımlar bəzən video formatında, bəzən yazılı formada yayımlanmış və məqsədli şəkildə ictimai rəyi çaşdırmağa yönəldilmişdir. Son iki il ərzində əmək qanunvericiliyinin və daxili intizam qaydalarını pozduğuna görə İddiaçı 1 şifahi xəbərdarlıq, 2 yazılı xəbərdarlıq və 2 töhmət verilsə də, bu intizam tədbirləri müsbət nəticə verməmiş, əksinə onun daha da kəskin və təxribatçı addımlar atmasına səbəb olmuşdur. İddiaçı kollec əməkdaşlarının faizindən çoxu ilə (rəhbərdən başlayaraq fəhləyə qədər) iş saatlarında münaqişə yaratmış və bu əməkdaşlar işdə gərginlik və anlaşılmazlıqlarla üzləşmişlər. X1 kollektivdə sağlam psixoloji mühitin bərpası məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri İddiaçı davranışları ilə bağlı iclaslar keçirmiş, müzakirələr aparmış, lakin o, öz mövqeyini dəyişməmiş və təhqir, təhrif və şər, böhtan xarakterli kampaniyasını davam etdirmişdir. Təhsil müəssisələrində sağlam əmək mühitinin formalaşması, qarşılıqlı hörmətin təmin olunması və hüquqi davranış normalarına riayət edilməsi hər bir əməkdaşın borcudur. Xüsusilə də hüquqşünas kimi fəaliyyət göstərən şəxslər digər əməkdaşlara nümunə olmalı, hüquqa və etik dəyərlərə hörmətlə yanaşmalıdırlar. Təəssüf hissi ilə bildiririk ki, İddiaçı uzunmüddətli fəaliyyəti bütün bu prinsiplərə zidd olmuş, kollektivə qarşı təhqiramiz və dağıdıcı davranışlar nümayiş etdirməklə əmək mühitində etimadsızlıq və psixoloji gərginlik yaratmışdır. Hörmətli Sevinc xanım, Biz- X1 kollektivi olaraq İddiaçı son dövrlərdə nümayiş etdirdiyi yolverilməz davranışlarını diqqətinizə çatdırmaq istəyirik. Onun əsassız və şər böhtan xarakterli məlumatlar yayması işimizin səmərəliliyinə mənfi təsir göstərir və birmənalı olaraq həm X1, həm də ümumilikdə təhsilimizin inkişafına qarşı yönəldilmiş cəhd kimi qiymətləndirilməlidir. Bu səbəbdən İddiaçı ilə işləməyin kollektiv üçün çətinlik yaratdığını bildirir, mövcud vəziyyətlə bağlı Sizdən onun barəsində ciddi tədbir görməyinizi, qeyd edilənləri nəzərə alaraq onun bu-xarakterli hərəkətlərinə hüquqi qiymət verməyinizi xahiş edirik. İddiaçı sahib olduğu bu psixologiya ilə təhsil müəssisəsinə yararlı kadr deyil.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona töhmət verilməsi barədə Azərbaycan Respublikasının ADİU (UNEC)-nin nəzdində X1 ##.##.2025-ci il tarixli, **/Ü-*** saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X1 hüquqşünas vəzifəsində çalışdığı müddətdə kollecin rəhbərliyi, xüsusilə direktor X7 tərəfindən davamlı olaraq qanunsuz təzyiqlərə, əsassız intizam tənbehlərinə məruz qalmışdır. Onun əmək hüquqları kobud şəkildə pozulmuş, işgüzar nüfuzu ləkələnmiş, peşə fəaliyyətinə və şəxsi ləyaqətinə ağır zərbə vurulmuşdur. Qeyd etmək istəyir ki, ##.##.2025- ci il tarixində ##.##.2025-ci il tarixi üçün 1 (bir) günlük ödənişsiz məzuniyyət verilməsi barədə direktor Sevinc Həmzəyevanın adına ərizə yazaraq Kadrlar üzrə mütəxəssis Günel Hacıyevaya təqdim etdi. ##.##.2025-ci il tarixində o, Günel Hacıyevanın iş otağına daxil olaraq ərizəsinə direktorun münasibətini soruşdu. O, ona bildirdi ki, ərizə direktorun otağındadır və maraqlanacaq. Günorta saatlarında yenidən müraciət etdikdə o, direktorun iclasa getdiyini, qayıtdıqda məlumat verəcəyini söylədi. Axşam saat 17:10 radələrində Günel Hacıyeva onun otağına gələrək bildirdi ki, direktor ərizənin üzərinə "iş çoxdur, icazə verilmir” qeydi yazıb. Halbuki, yay aylarında əsasən əmək məzuniyyətlərinə dair əmrlər verilir, belə hallarda ödənişsiz məzuniyyətlərin rədd edilməsi əsassızdır. Kollecin rəhbərliyi iş otaqların nə kondisionerlə, nə də ventilyatorla təmin etmədiyi üçün otaqda havalandırmanı yalnız pəncərə və qapının açıq saxlanması ilə təmin etmək olur. O, Günel Hacıyevaya iradını bildirdi ki, "direktorun mənə ödənişsiz məzuniyyəti rədd etmək hüququ yoxdur və siz də bu barədə mənə 1-2 saat əvvəldən məlumat verməli idiniz ki, mən də gedəcəyim verə xəbər verim”. Eyni zamanda ərizəsinə direktorun yazdığı dərkənarın surətinin ona təqdim olunmasını tələb etdi, əks halda hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edəcəyini bildirdi. İşdən çıxarkən direktor qapının ağzında maşına əyləşirdi. O, ona yaxınlaşıb dedi ki, ödənişsiz məzuniyyət vermədiyinə görə onları məhkəməyə verəcək. Direktor isə əl hərəkəti ilə "rədd ol” işarəsi göstərərək, "get kimə istəyirsən şikayət et” cavabını verdi. Qeyd edir ki, kollecin ərazisində yerləşdirilmiş kameralar səs yazma funksiyasına malikdir və həmin anı təsdiqləyə bilər. Evdə özünü çox pis hiss etdiyi üçün təcili yardıma zəng etdi. Təcili yardım həkimləri ona yüksək təzyiq diaqnozu qoyaraq yardım etdilər. Səhəri gün yenə səhhətində problem yarandığına görə yaşadığı ərazidəki xəstəxanaya müraciət etdi və 1 günlük işə çıxmama barədə arayış verildi. ##.##.2025-ci il tarixində işə gəldi. Saat 10-11 radələrində Günel Hacıyevanın otağına qalxaraq dedi ki, "siz düzgün etmədiniz, mənə cavabı əvvəlcədən verməli idiniz, axşam işdən çıxmağa az qalmış demək düzgün deyil”. O isə "məndən asılı deyil” cavabını verdi. Həmin vaxt otaqda həmkarları Heydərzadə Ləman və Şirinzadə Natəvan da var idi. O, onlara dedi ki, əgər ərizənin surətini ona təqdim etməsəniz, 10-15 dəqiqədən sonra 102-yə müraciət edəcək. Sonra otağı tərk etdi və iş otağına qayıtdı. Şərlənməkdən ehtiyat etdiyi üçün həmin söhbəti telefonla səs yazısına götürmüşdü. Lakin bundan az sonra Günel Hacıyevaya təcili yardım çağırılıb. Guya o, onu "hədələmişdir” və buna görə ürəyi gedib. O, heç vaxt Günel Hacıyevaya qarşı hədə, təhqir və ya zor tətbiq etməmişdir. Sadəcə qanuni hüququnu dilə gətirmiş, yəni 102-yə müraciət və məhkəməyə şikayət. Bu isə Konstitusiyanın 60-cı maddəsi ilə təsbit olunmuş şikayət hüququdur və heç vaxt "hədə” kimi yozula bilməz. Həmin gün o, özü 102-yə müraciət etdi və polis əməkdaşları gəlib ondan izahat aldılar. Lakin kollecin təsərrüfat işləri üzrə direktor müavini Oktay Salayev təkrar-təkrar "Güneli qorxutmusan, ürəyi gedib” deyə onu əsassız ittiham etməyə çalışdı. Sonradan məlum oldu ki, direktorun göstərişi ilə Günel Hacıyeva, eləcə də onunla bir otaqda oturan Heydərzadə Ləman və Şirinzadə Natəvan ona qarşı əsassız ərizələr yazıblar. Hətta ##.##.2025-ci ildə baş vermiş söhbəti də təhrif edərək guya "hədə” kimi təqdim ediblər. Halbuki, həmin gün onun səhhətində problem yaranmış və təcili yardım çağırmışdı. Yay günündə pəncərələrin açıq olması səbəbindən qonşu otaqlardan səs eşidilməsi təbiidir, lakin bu heç vaxt intizam pozuntusu hesab edilə bilməz. ## #### 2025-ci il tarixində intizam komissiyasının iclası keçirildi, orada əsassız ittihamlar elan edilərək ondan izahat tələb edildi və daha sonra xəbəri olmadan ona əsassız töhmət verildiyi məlum oldu. Xüsusilə qeyd etmək istəyir ki, ##.##.2025-ci il tarixli, 03/1 J-*** nömrəli əmrlə ona töhmət verilməsinə baxmayaraq, bu proses qanunsuz şəkildə aparılmışdır. Belə ki, əmrin surəti ona yalnız tanış olmaq üçün gətirildi, lakin o, həmin surətin özünə təqdim edilməsini tələb etdikdə bu tələbdən imtina olundu. Bu səbəbdən o, imza çəkməkdən imtina etdi. O, bilməmişdir ki, əmrlə faktiki tanış olmadan, sadəcə imza atmaqdan imtina etdiyi üçün əmr rəsmiləşdiriləcəkdir. Halbuki, Əmək Məcəlləsinin tələblərinə əsasən intizam tənbehinin tətbiqi barədə əmr işçiyə mütləq qaydada yazılı formada təqdim edilməli və işçinin izahat vermək hüququ təmin olunmalı idi. Onun dəfələrlə rəsmi şəkildə müraciət etməyinə baxmayaraq, bu günədək həmin əmrin surəti ona təqdim edilməmişdir. Bu fakt özü göstərir ki, ona verilmiş intizam tənbehinin hüquqi qüvvəsi yoxdur və bu sənəd saxta, qanunsuz və birtərəfli qaydada rəsmiləşdirilmişdir. Yuxanda qeyd olunan hallar təsdiq edir ki, onun barəsində verilmiş intizam tənbehləri hüquqi əsasdan məhrumdur və yalnız əsassız ittiham xarakteri daşıyır. Bu qərarlar onun işgüzar nüfuzunu alçaltmaq, peşə fəaliyyətinə və şəxsi ləyaqətinə xələl gətirmək məqsədilə süni şəkildə hazırlanmışdır.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 "intizam tənbehinin verilməsi” barədə ## #### 2025-ci il tarixli **/Ü-*** nömrəli əmrin ləğv edilməsi, dövlət rüsumunun dövlət büdcəsinə aid edilməsi qət edilmişdir. (hakim Ülkər Yusifova)

12. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli aktın surətindən görünür ki, ##.##.2025-ci il tarixində kollecin operatoru X5 İntizam tənbehinin verilməsi barədə **/Ü-*** nömrəli ##.##.2025-ci il tarixli əmrlə tanış olması və həmin əmrin çıxarışının təhvil verilməsi üçün İddiaçı otağına yaxınlaşmışdır. Kollecin hüquqşünası İddiaçı ona İntizam tənbehinin verlməsi barədə əmr olduğunu görüb, əmrlə tanış olmaqdan və əmrin çıxarışını təhvil almaqdan imtina etmişdir. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 İddiaçı ünvanladığı məktubdan görünür ki, ##.##.2025-ci il tarixli müraciətə cavabda və ##.##.2025-ci il tarixli məktubda İddiaçı ##.##.2025-ci il tarixdə intizam tənbehinin verilməsi barədə **/Ü-*** saylı əmrlə tanış olmaqdan imtina etdiyi qeyd edilmişdir. Lakin İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə baxışında tədqiq olunmuş "CD” diskdən müəyyən olunur ki, İddiaçı İntizam tənbehinin verilməsi barədə **/Ü-*** nömrəli ##.##.2025-ci il tarixli əmri tələb edir ona yalnız digər əməkdaşın əlində tanış olmağa şərait yaradılır. Halbuki, Əmək Məcəlləsinin tələblərinə əsasən intizam tənbehinin tətbiqi barədə əmr işçiyə mütləq qaydada yazılı formada təqdim edilməli və işçinin izahat vermək hüququ təmin olunmalı idi. Belə olan halda, məhkəmə hesab etmişdir ki, İddiaçı İntizam tənbehinin verilməsi barədə əmr rəsmi qaydada verilmədiyi üçün məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Lakin əmrdə qeyd edilən direktor X7 yüksək səs tonuyla təzyiq göstərməsi, kadrlar üzrə mütəxəssis Günel Hacıyevanın oturduğu otağa daxil olaraq yenidən aqressiv şəkildə, uca səs tonuyla icazə ərizəsini ona geri verilməsini tələb etməsi, əks təqdirdə 15 dəqiqə ərzində ərizə ona geri verilməzsə 102 Polis xidmətinə müraciət edəcəyi, kadrlar üzrə mütəxəssis Günel Hacıyevanı hədələməsi ona psixoloji təzyiq göstərməsi tam şəkildə sübut edilməmişdir. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “CD” diskdən müəyyən olunur ki, İddiaçı normal səs tonu ilə danışmış və kadrlar üzrə mütəxəssis Günel Hacıyevadan yazdığı ərizənin ona verilməsini tələb etmişdir. Həmin səs yazısından iddiaçının kiməsə səs tonunu qaldırması, psixoloji təzyiq etməsi, hədələməsi müəyyən olunmur. Əmrdə həmçinin daxili intizam qaydalarının 2.5; 2.9.1; 2.9.3; 2.9.5; 2.9.7; 2.9.14; 2.9.16 2.9.18, 2.9.19, 2.9.20 və 3.2.20-ci bəndlərini pozulduğu qeyd edilmişdir. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 daxili intizam qaydalarının: 2.5-öz şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, 2.9.1- kollektiv münasibətlərdə əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmaq, yalnız şəxsi nüfuzunu deyil, həm də kollecin və həmkarlarının nüfuzunu qorumaq və öz fəaliyyəti ilə kollecin nüfuzunun artmasına çalışmaq, 2.9.3-icra və əmək intizamına riayət etmək, işə vaxtında gəlmək, iş vaxtında kənar işlərlə məşğul olmamaq, vaxtından əvvəl iş yerini tərk etməmək və üzrsüz səbəbdən işdən yayınmamaq, 2.9.5-qarşılıqlı münasibətdə olduğu şəxsə fiziki və mənəvi zor işlətməmək, şərəf və ləyaqəti alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, xeyirxah və ədalətli olmaq, davranışda haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmaq və bundan nəticə çıxarmağa çalışmaq, 2.9.7- həmkarlarının fəaliyyətini düzgün qiymətləndirmək, peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmaq, tənqidləri təhqirə çevirməmək, dəqiq və xoşxasiyyətli olmaq, obyektivlik və qərəzsizlik nümayiş etdirmək, 2.9.14-iş yoldaşlarının hüquqlarına hörmətlə yanaşmaq, qanuni mənafelərini pozmamaq, 2.9.16-həm kollecdə, həm də ictimai yerlərdə kolleci təmsil edərkən nizam-intizamlı və səliqəli olmaq, 2.9.18-tutduğu vəzifəyə görə dövlət, cəmiyyət, kollec, ailə və özü qarşısında məsuliyyətli olmaq, etika və əxlaq normalarına riayət etmək, 2.9.19-ətrafdakılarla münasibətdə təmkinli davranmaqla hər bir vəziyyətdə, özünü ələ almağı bacarmaq, ictimai münasibətlərdə öz şəxsiyyətini qorumaq, vətəndaşlıq borcunu dərk etməklə mənfi təsirlər altına düşməmək, 2.9.20-hər zaman nitqinə fikir vermək, nitqində kobud və təhqiredici sözlər işlətməmək, 3.2.20-təhsilverənlər üçün nəzərdə tutulmuş etik davranış qaydalarına kollecin bütün işçiləri riayət etməlidir. Cavabdeh İddiaçı əmrdə qeyd olunan Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 daxili intizam qaydalarının pozması ilə bağlı, ümumi cümlələrlə X1 direktoruna ünvanlanmış müraciətdən başqa hər hansı sübut təqdim etməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, 60cı, 125-ci, 129-cu maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı, 187-ci, 294-cü, 296-cı, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 76-cı, 119-cu, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmrlə tanış olmaq istəmədi və bu barədə akt tərtib edilmişdir. Bütün bu subutlar iş materiallarına daxil edilməsi üçün vəsatət verilmişdir, lakin məhkəmə bunları nəzə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

25. Hazırki işin faktiki hallarına əsasən İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində X1 hüquqşünas vəzifəsində çalışmışdır. İddiaçı İddiaçı ##.##.2025ci il tarixi üçün 1 (bir) günlük ödənişsiz məzuniyyət verilməsi barədə direktor Sevinc Həmzəyevanın adına ərizə yazaraq Kadrlar üzrə mütəxəssis Günel Hacıyevaya təqdim etmişdir. Lakin məzuniyyət verilməsi barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Bu səbəbdən iddiaçı öz hüquqlarını tələb edərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Lakin Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 rəhbəri tərəfindən ərizə İddiaçı təqdim edilməmişdir. Belə ki, tərəflər arasında anlaşılmazlıq olmuş və mübahisə yaranmışdır. Cavabdeh tərəfindən İddiaçı barəsində ## #### 2025-ci il tarixli **/Ü-*** nömrəli əmrlə intizam tənbehi verilmişdir. Hazırda iddiaçı ona töhmət verilməsi barədə Azərbaycan Respublikasının ADİU (UNEC)-nun nəzdində X1 ##.##.2025-ci il tarixli, **/Ü-*** saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsini xahiş edir.

26. Belə ki, işəgötürən tərəfindən iddiaçı İddiaçı barəsində intizam tənbehi verilməsi barədə əmrin surəti verilməmişdir. Halbuki, ƏM-nin 296-cı maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin surəti verilməlidir. İddiaçı dəfələrlə şifahi və yazılı qaydada əmrin surətinin verilməsi barədə müraciət etsə də əmrin surəti ona təqdim olunmamışdır.

27. Cavabdeh tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli aktın surətindən görünür ki, ##.##.2025-ci il tarixində kollecin operatoru X5 İntizam tənbehinin verilməsi barədə **/Ü-*** nömrəli ##.##.2025-ci il tarixli əmrlə tanış olması və həmin əmrin çıxarışının təhvil verilməsi üçün İddiaçı otağına yaxınlaşmışdır. Kollecin hüquqşünası İddiaçı ona İntizam tənbehinin verlməsi barədə əmr olduğunu görüb, əmrlə tanış olmaqdan və əmrin çıxarışını təhvil almaqdan imtina etmişdir. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 İddiaçı ünvanladığı məktubdan görünür ki, ##.##.2025-ci il tarixli müraciətə cavabda və ##.##.2025-ci il tarixli məktubda İddiaçı ##.##.2025-ci il tarixdə intizam tənbehinin verilməsi barədə 03/Ü- *** saylı əmrlə tanış olmaqdan imtina etdiyi qeyd edilmişdir.

28. Lakin İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə baxışında tədqiq olunmuş "CD” diskdən müəyyən olunur ki, İddiaçı İntizam tənbehinin verilməsi barədə **/Ü-*** nömrəli ##.##.2025-ci il tarixli əmri tələb edir ona yalnız digər əməkdaşın əlində tanış olmağa şərait yaradılır. Halbuki, Əmək Məcəlləsinin tələblərinə əsasən intizam tənbehinin tətbiqi barədə əmr işçiyə mütləq qaydada yazılı formada təqdim edilməli və işçinin izahat vermək hüququ təmin olunmalı idi.

29. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 intizam tənbehinin verilməsi barədə ## #### 2025-ci il tarixli **/Ü-*** nömrəli əmrin surətindən görünür ki, “kollecin hüquqşünası İddiaçı ##.##.2025- ci il tarixli ərizəsi ilə 1 günlük ödənişsiz məzuniyyət üçün rəhbərliyə müraciətinə cavab olaraq, tədris ilinin sonu ilə bağlı bəzi zəruri sənədləşmə prosesi ilə əlaqədar olaraq ##.##.2025-ci il tarixinə ona icazə verilmədiyi, başqa gün, istədiyi vaxt icazə götürə biləcəyi barədə məlumat verilməsinə baxmayaraq, əvvəlcə kadrlar üzrə mütəxəssisə, iş saatının sonunda isə dəhlizdə texniki işçilərin gözü qarşısında direktor X7 yüksək səs tonuyla təzyiq göstərmişdir. Kollecin hüquqşünası İddiaçı ##.##.2025-ci il tarixində kadrlar üzrə mütəxəssis Günel Hacıyevanın oturduğu otağa daxil olaraq yenidən aqressiv şəkildə, uca səs tonuyla icazə ərizəsini ona geri verilməsini tələb etmiş, əks təqdirdə 15 dəqiqə ərzində ərizə ona geri verilməzsə 102 Polis xidmətinə müraciət edəcəyini bildirərək, kadrlar üzrə mütəxəssis Günel Hacıyevanı hədələyərək ona psixoloji təzyiq göstərmişdir. Bu mübahisənin və davamlı psixoloji təzyiqin təsiri ilə kadrlar üzrə mütəxəssis X2 pisləşmiş, kollecə təcili tibbi yardım çağırılmış və ona ilkin tibbi yardım göstərilmişdir. Eyni zamanda İddiaçı 102 Polis Xidmətinə zəng edərək, polis əməkdaşlarını şikayətçi qismində kollecə çağırmışdır. Təhsil müəssisəsində yaranan gərginlik kollecdə iş prosesinin gedişatına mane olmuşdur. İddiaçı işçiyə qarşı etdiyi mənəvi və psixoloji təzyiqləri nəzərə alaraq təcili tibbi yardımın gəlməsi, işçilərin təşvişə düşməsi İddiaçı müəssisəyə polis çağırması kollecdə gedən iş prosesinə mənfi təsiri və Günel Hacıyevaya edilən psixoloji və mənəvi təsirlər kollecin daxili intizam qaydalarının 2.5; 2.9.1; 2.9.3; 2.9.5; 2.9.7; 2.9.14; 2.9.16 2.9.18, 2.9.19, 2.9.20 və 3.2.20-ci bəndlərini pozmuşdur”.

30. Lakin əmrdə qeyd edilən direktor X7 yüksək səs tonuyla təzyiq göstərməsi, kadrlar üzrə mütəxəssis Günel Hacıyevanın oturduğu otağa daxil olaraq yenidən aqressiv şəkildə, uca səs tonuyla icazə ərizəsini ona geri verilməsini tələb etməsi, əks təqdirdə 15 dəqiqə ərzində ərizə ona geri verilməzsə 102 Polis xidmətinə müraciət edəcəyi, kadrlar üzrə mütəxəssis Günel Hacıyevanı hədələməsi ona psixoloji təzyiq göstərməsi tam şəkildə sübut edilməmişdir. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “CD” diskdən müəyyən olunur ki, İddiaçı normal səs tonu ilə danışmış və kadrlar üzrə mütəxəssis Günel Hacıyevadan yazdığı ərizənin ona verilməsini tələb etmişdir. Həmin səs yazısından iddiaçının kiməsə səs tonunu qaldırması, psixoloji təzyiq etməsi, hədələməsi müəyyən olunmur.

31. Əmrdə həmçinin daxili intizam qaydalarının 2.5; 2.9.1; 2.9.3; 2.9.5; 2.9.7; 2.9.14; 2.9.16 2.9.18, 2.9.19, 2.9.20 və 3.2.20-ci bəndlərini pozulduğu qeyd edilmişdir. Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 daxili intizam qaydalarının: 2.5-öz şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, 2.9.1- kollektiv münasibətlərdə əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmaq, yalnız şəxsi nüfuzunu deyil, həm də kollecin və həmkarlarının nüfuzunu qorumaq və öz fəaliyyəti ilə kollecin nüfuzunun artmasına çalışmaq, 2.9.3-icra və əmək intizamına riayət etmək, işə vaxtında gəlmək, iş vaxtında kənar işlərlə məşğul olmamaq, vaxtından əvvəl iş yerini tərk etməmək və üzrsüz səbəbdən işdən yayınmamaq, 2.9.5-qarşılıqlı münasibətdə olduğu şəxsə fiziki və mənəvi zor işlətməmək, şərəf və ləyaqəti alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmək, xeyirxah və ədalətli olmaq, davranışda haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmaq və bundan nəticə çıxarmağa çalışmaq, 2.9.7- həmkarlarının fəaliyyətini düzgün qiymətləndirmək, peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmaq, tənqidləri təhqirə çevirməmək, dəqiq və xoşxasiyyətli olmaq, obyektivlik və qərəzsizlik nümayiş etdirmək, 2.9.14-iş yoldaşlarının hüquqlarına hörmətlə yanaşmaq, qanuni mənafelərini pozmamaq, 2.9.16-həm kollecdə, həm də ictimai yerlərdə kolleci təmsil edərkən nizam-intizamlı və səliqəli olmaq, 2.9.18-tutduğu vəzifəyə görə dövlət, cəmiyyət, kollec, ailə və özü qarşısında məsuliyyətli olmaq, etika və əxlaq normalarına riayət etmək, 2.9.19-ətrafdakılarla münasibətdə təmkinli davranmaqla hər bir vəziyyətdə, özünü ələ almağı bacarmaq, ictimai münasibətlərdə öz şəxsiyyətini qorumaq, vətəndaşlıq borcunu dərk etməklə mənfi təsirlər altına düşməmək, 2.9.20-hər zaman nitqinə fikir vermək, nitqində kobud və təhqiredici sözlər işlətməmək, 3.2.20-təhsilverənlər üçün nəzərdə tutulmuş etik davranış qaydalarına kollecin bütün işçiləri riayət etməlidir.

32. İddiaçının belə bir hallara yol verdiyi, o cümlədən işlədiyi dövr ərzində onun barəsində ümumiyyətlə hər hansı intizam tənbehinin tətbiq edildiyi məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Cavabdeh İddiaçı əmrdə qeyd olunan Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində X1 daxili intizam qaydalarının pozması ilə bağlı, ümumi cümlələrlə X1 direktoruna ünvanlanmış müraciətdən başqa hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli hökmünə əsasən xüsusi ittihamçı Sevinc Həmzəyevanın İddiaçı CM-nin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayəti təmin edilməmiş və sonuncu həmin maddələr üzrə CPM-in 42.1.2-ci madəsinə əsasən bəraət verilmişdir. Qeyd edilənlər öz növbəsində sözügedən əmrin verilməsi əsaslarının həqiqəti əks etdirməməsini göstərən hal kimi nəzərə alınmalıdır. Ayrıca cavabdehin nümayəndəsinin məhkəmə iclasında nümayiş etdirdiyi video görüntüdə də iddiaçının hər hansı intizam qaydalarının pozulması və və istinad edilən halların təsdiq deyil, təkzib edir. O cümlədən, məhkəmə iclasında cavabdehin nümayəndəsi iş yerində kameraların olduğu, xüsusən də istinad edilən hərəkətlərin edildiyi otaqda da kameranın olduğunu bildirsə də, iddiaçının orada hər hansı intizam qaydalarını pozduğunu, səs tonunu qaldırması, psixoloji təzyiq etməsi, hədələməsi ilə bağlı hər hansı bir görüntü, səs və sair sübut təqdim edə bilməmişlər.

33. Bununla belə, məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbləri baxımından ##.##.2025-ci il tarixli, **/Ü-*** saylı əmri nəzərdən keçirib, onun məzmununa hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar