Məhkəmə qərarları › İş №2(3-6)-1530/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1530/2026

11.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1530/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə cavabdeh “xxxx” X1 Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə ödənclərin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə4, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 və nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X14 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əmək qabiliyyətinin 60 faizini itirib, üçüncü qrup müddətsiz əlildir. Diaqnoz: sağ əlinin 2 barmağı 1,5 barmaq sümüyünün, III-IV-V barmaqların iki barmaq sümüklərinin travmatik amputasiyası və l barmağın əsas barmaq sümüklərinin kontrakturası, tutma funksiyasının pozulması.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin ##.##.2022-ci il tarixli *********** saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 224-cü maddəsinin 2 ci hissəsinə əsasən əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-4-cü hissələrinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan diger şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Formanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.3-cü və 3.4-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ###### tarixli *** nömrəli qərarının İ nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsndə sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə odənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Göründüyü kimi dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən müavinət işəgötürən tərəfindən, zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanaraq ödənilir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçıa ünvanlanmış ##.##.2022-ci il tarixli *********** saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam ve ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş diger əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Lakin qanunvericilikdə qeyd olunan ödənclərin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə ödənilməsi nəzərdə tutulmamışdır. Sözügedən ödəncin verilmə qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2003-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş istehsalat qəzası ve yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və mebləği"ne əsasən müəyyən edilir və həmin hüquqi aktın 3.10-cu bəndinə uyğun olaraq, işçiyə zərər dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil etdiyi halda zərərçəkənə zərərin onun hüquqi varisi olan müəssisə ödəyir.

4. Azərbaycan Respublikasının Iqtisadidiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təərfindən İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli *-**-*/*-Ə-****-**/**** saylı məktubdan görünür ki, 1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilmesinin Dövlət Proqramıda uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1998-ci i! tarixli, **** nömrəli sərəncamı ilə Bakı Şəhər Icra Hakimiyyətinin Bakı Tikinti və Şəhərin Inkişafı Departamentinin tabeliyində olmuş xxxx zavodu bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri ##.##.2001ci il tarixində tam özəlleşdirilorek mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının ## ##.1996-cı il tarixli, ***-IQ saylı Qanunu ile təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnaməyə” əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbleği"nə əsasən işçinin istehsalat qəzası ve yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisənin gəliri hesabına ödənilməlidir. Kadr və digər kargüzarlıq sənədlərinin müəssisənin arxivində saxlanıldığını və yuxarıda qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müstəqil təsərrüfat subyekti olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2023-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs X11 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsində təqsirli bilinərək, 1400 manat cərimə edilməsinə dair X10 Xidmətinin rəisi X4 tərəfindən inzibati tənbeh vermə haqqında MN******* saylı, ##.##.2022-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilərək, hüquqi şəxs X11 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsində təqsirli bilinərək, 1400 manat cərimə edilməsinə dair X10 Xidmətinin rəisi X4 tərəfindən inzibati tənbeh vermə haqqında MN******* saylı, ##.##.2022-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * saylı Bakı “DOSR” mərkəzi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış “aylıq ödənc əvəzinə aylıq müavinət haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə- 33 manat, peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə- 44 manat, peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə- 55 manat, peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə- 66 manat, həlak olduqda- 77 manat məbləğində aylıq müavinət verilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il #######ın #-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair çağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirirlər ki, “xxxx" ASC-nin müvafiq arayışına əsasən ##.##.2002-ci tarixində müəssisənin özəlləşdirilməsi başa çatmışdır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, “xxxx ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün İddiaçı aylıq ödənc əvəzinə verilən aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 3-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

8. Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunun surətindən görünür ki, BBTI Mexaniki Təmir savodunun 1987-ci ildən sonrakı dövr üçün və 1958-1969-cu illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müavinətlər üzrə məlumat bazasında İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində zərərə görə aylıq ödənc alması barədə məlumat aşkar edilməmişdir.

10. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ##.##.2024cü il tarixli məlumatından görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1997-ci il tarixli, *** nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkətinin tabeliyində olan Təmir-Mexaniki zavodunun bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilib. Nəzərinizə çatdırırlar ki, səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməyib.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Mexaniki Təmir Zavodu”nda baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%-i itirən İddiaçı ödənilməli olan müavinət pulunun miqdarı orta aylıq əmək haqqı (İ cild, səhifə-165) nəzərə alınmaqla 2019-cu ilə 1.370,16 manat məbləğində, 2020-ci ilə 4.507,20 manat məbləğində, 2021-ci ilə 4.126,32 manat məbləğində, 2022-ci ilə 4.680,72 manat məbləğində və 2023-cü ilə 2.159,40 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Mexaniki Təmir Zavodu”nda baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%-i itirən İddiaçı ödənilməli olan müavinət pulunun miqdarı minimum aylıq əmək haqqı (II cild) nəzərə alınmaqla 2019-cu ilə 600,00 manat məbləğində, 2020-ci ilə 1.800 manat məbləğində, 2021-ci ilə 1.800 manat məbləğində, 2022-ci ilə 2.160 manat məbləğində və 2023-cü ilə 1.035 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,İddiaçı xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl, yəni 1968-ci ildən əvvəl malik olduğu orta aylıq əmək haqqı nəzərə alınmaqla 2019-sentyabr ayından 2023-cü ilin mayınadək ödənilməli olan müavinət pulunun miqdarının nə qədər olmasını müəyyən etmək mümkün olmadı.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 Cəmiyyətinə qarşı “istehsalatda bədbəxt hadisə nəticəsində ödənclərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona ödənilən ödənclərin (əlilliyə görə müavinatın 2018-2019-cu illər üçün) qalıq hissəsinin və əlilliyə görə müavinat tam dayandırıldığı tarixdən (2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayınadək) cəmi 7653 manat 60 qəpik olmaqla, hər il 12 təqvim ayı və vahid tarif cədvəlində minimum əmək haqqında artım nəzərə alınmaqla “xxxx” ATSC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

14. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 1965-ci ildən Mexaniki-Təmir Zavodunda əmək fəailyyəti ilə məşğul olmağa başlayıb. ## ####### 1968-ci ildə istehsalatda baş vermiş bədbaxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%-i itirib. Belə ki, hadisə nəticəsində sağ əlinin 2 barmağı 1,5 barmaq sümüyünün, 3-4-5-ci barmaqların iki barmaq sümüklərinin travmatik amputasiyası və l barmağın əsas barmaq sümüklərinin kontrakturası, tutma funksiyasının pozulması xəsarətini alıb. Odur ki, ona III qrup miiddətsiz əlillik təyin edilib. Istehsalatda bədbaxt hadisə ilə bağlı olaraq Mexaniki-Təmir Zavodu tərəfindən ona aylıq ödənclər verilib. Daha sonra “Azərbaycan Respublikasının 1995-1996- cı illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlak Komitəsinin ## ###### 1998-ci il tarixli **** saylı sərəncamı ilə Bakı şəhər Icra Hakimiyyətinin sərəncamında olan Mexaniki-Təmir Zavodu Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş Özəlləşdirmə Planına (Emissiya prospektinə) uyğun olaraq özəlləşdirməyə verilib və özəlləşdirmə başa çatıb. Özəlləşdirmə nəticəsində Mexaniki-Təmir Zavodu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X7 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilmiş “Dövlət qeydiyyatı haqqında” şəhadətnamə ilə “Bakı-Mexaniki Təmir” ATSCnin mülkiyyətinə verilib. Cavabdeh “xxxx” ATSC Mexaniki Təmir Zavodunu özəlləşdirdikdən sonra 2019-cu ilin sentyabr ayınadək ona aylıq ödəncləri düzgün hesablanmadan kəsirlə verilsə də, 2019-cu ilin sentyabr ayından ödənişlər tamamilə dayandırılıb. Bununla əlaqədar olaraq, cavabdeh təşkilatın rəhbərliyinə dəfələrlə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməyib. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10nə müraciət edib. X10 Bakı şəhər Idarəsinin ## ###### 2022-ci il tarixli *********** saylı cavab məktubunda cavabdeh “xxxx” ATSC-nin barəsində Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib. Lakin bundan sonra da, cavabdeh təşkilat ona ödənilməli olan ödənişlərin dayandırıldığı tarixdən bu günədək hesablanıb ödənilməsini təmin etməyib. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xxxx Zavodunda işlədiyi zaman istehsalatda baş vermiş bədbaxt hadisə nəticəsində sağlamlığına dəyən zərərə görə ödəncin verilməsinə köməklik göstərilməsi barədə müraciətinə verilən ## ##### 2023-cü il tarixli 3-21-3/2-Ə-0708- 35/2023-saylı məktubda bildirilir: “1995- 1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1998-ci il tarixli, **** nömrəli sərəncamı ilə xxxx zavodu bazasında ‘"xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri ##.##.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişib. Azərbaycan Respublikasının ##.##.1996-cı il tarixli, ***-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin özəlləşdirilmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnaməyə” əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş, “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vo ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisənin gəliri hesabına ödənilməlidir”. Aşağıda göstərilənləri nəzərə alaraq, istehsalatda baş vermiş bədbaxt hadisə nəticəsində ona ödənilən ödənclərin dayandırıldığı tarixdən hesablanaraq cavabdeh “xxxx” ATSC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Işin faktiki hallarından göründüyü kimi, istehsalatda bədbaxt hadisə nəticəsində işlədiyi Mexaniki-Təmir Zavodu tərəfindən ona ödənclər verilib. Daha sonra həmin zavod cavabdeh “xxxx” ATSC tərəfindən özəlləşdirilib. Cavabdeh “xxxx” ATSC 2019-cu ilin sentyabr ayınadək ödənclərin verilməsini davam etdirsə də, 2019-cu ilin sentyabr ayından ödəncləri dayandırıb. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə və cavabdeh təşkilat X10 Xidməti tərəfindən inzibati qaydada cərimə edilsə də, heç bir müsbət nəticə əldə edilməyib. Cavabdeh “xxxx” ATSC-nin Mexaniki-Təmir Zavodunun öhdəliklərini icra etməməli olmaları barədə ona bildirdikləri şifahi münasibət qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 56.2-ci maddəsinə əsasən, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Maddənin mənasına görə, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olur. Odur ki, qoşulan hüquqi şəxsin bütün hüquq və vəzifələri, hüquq varisliyi qaydasında və təhvil aktına əsasən, hüquqi şəxs kimi öz fəaliyyətini davam etdirən qoşulduğu hüquqi şəxsə keçir. Beləliklə də, qoşulan hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət onun qoşulduğu hüquqi şəxsin üzərinə düşür. Ona görə də, Mexaniki-Təmir Zavodu “xxxx” ATSC tərəfindən özəlləşdirildiyindən, öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olub və bütün hüquq və vəzifələrini hüquq varisliyi qaydasında “xxxx” ATSC-yə ötürüb. Bu baxımdan Mexaniki-Təmir Zavodunun iddiaçı tərəf olaraq onun qarşısında öhdəlikləri üzrə məsuliyyət cavabdeh “xxxx” ATSC-nin üzərinə düşür. Göründüyü kimi, cavabdeh təşkilatın müxtəlif bəhanələrlə ona ödənclərin verilməsindən imtina etməsi qanunsuz və əsassızdır.

15. Cavabdeh tərəfindən məhkəməyə ##.##.2024-cü ildə daxil olmuş təqdim edilmiş müraciətdən görünür ki, iddiaçı cavabdeh “Bakı Mexaniki-Təmir” ATSC-nin işçisi olmamışdır. Azərbaycan Respublikasının Prezidentinin “Tikinti Kopleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında" # ###### 1997-ci tarixli Fərmanının icrası məqsədi ilə AR Dövlət Əmlak Komitəsinin **** saylı ## ###### 1998-ci il tarixli Sərəncamı ilə özəlləşdirmə həyata keçirilərək ##.##.2002-ci il tarixində Bakı şəhəri Icra Hakimiyyətinin tabeliyində olan və Bakı Tikinti və Şəhərin Inkişafı Departamentinin ünvan 1 ünvanda yerləşən Mexaniki Təmir zavodunun bazasında “xxxx” X1 cəmiyyəti yaradılmışdır. Qeyd edək ki, Özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barədə hər hansı qeyd olmamışdır. Həmin şəxs barəsində heç sonradan da bizə hər hansı sənədlər təqdim edilməmişdir. Müəssisəinin İddiaçı adlı işçisi olmamışdır. Özəlləşdirmə planında da həmin şəxs barəsində hər hansı məlumat əks etdirilməmiş, “Bakı Mexaniki-Təmir” ATSC-yə şəxsin istehsalat qəzası 9nəticəsində əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar ödənc almalı olmasına dair öhdəlik keçməmiş, bu barədə sənədlər onlara daxil olmamışdır.

16. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini əsassız olduğundan qəbul etmirlər. Bununla bağlı fikirlərini və əsaslandırmalarını bundan əvvəlki məhkəmə prosesində məhkəmənin diqqətinə çatdırıblar. Hazırkı ərizə ilə isə eyni zamanda bildirmək istəyirlər ki, iddia tələbi başqa bir yöndəndə düzgün qoyulmayıb. Belə ki, bu cür iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3cü maddəsinə görə yalnız əvvəlki 3 ilə dair irəli sürülə bilərdi. Bu səbəbdən də hesab edirlər ki, məhkəmə iddia müddətini tətbiq etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq edərək işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd: Iddia müddətinin tətbiqi barədə ərizələri, iddianı qismən qəbul etmələri kimi qiymətləndirilə bilməz.

17. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məhkəmə mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2023-cü ildə məhkəməyə təqdim edilmiş mülahizədə qeyd edilmişdir ki, iddiaçı İddiaçı ## ####### 1969-cu il tarixdə “Mexaniki-Təmir Zavodu” da işlədiyi dövrdə əmək xəsarəti aldığını qeyd edib. Həmçinin, həmin dövrdən iddiaçıya müəssisə tərəfindən orta aylıq əməkhaqqı nəzərə alınmaqla aylıq ödəncin ödənildiyini qeyd edib. Lakin iddiaçı İddiaçı qeyd etdiyinə görə təyin olunan ödənc 2019-cu ilin sentyabr ayından etibarən ödənilmir. Qeyd olunan səbəbdən iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bildirirlər ki, Azərbaycan Respublikasının Prezidentinin ##.##.2003-cü il tarixli *** saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən bu Qaydalar: 2.1.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na əsasən bu Qaydalar dövlət müəssisələrinin “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Yuxarıda qeyd olunan fərmanın 5-ci bəndində qeyd edilir ki: Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş, Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının 1.3-cü bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: a) istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); b) işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. 1.5. DTSERA qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”na əsasən təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Belə ki, hazırki iş üzrə iddiaçı İddiaçı xəsarətə görə aylıq ödənc “xxxx” ATSC tərəfindən ödənilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmənin işə baxarkən qanunvericiliyin müəyyən etdiyi normalara uyğun qətnamə çıxarması xahiş edilmişdir.

18. ##.##.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, iddiaçının nümayəndəsini tanıyır, iddiaçı çox da yadında qalmayıb, yaşlı insandır, deyəsən bir dəfə Səhmdar Cəmiyyətinin rəhbərinin yanına gələndə görüb. O, müəssisədə mühasib kimi çalışıb, cəmiyyətin rəhbəri Kamal müəllim idi. Iddiaçı Əmək Müfəttişliyinin nümayəndəsinin iştirakı ilə müəssisəyə gələndə Səhmdar Cəmiyyətinin rəhbəri Kamal müəllim Hikmət müəllimə köməklik edəcəyini və maddi müavinət veriləcəyini deyirdi. Istehsalatda bədbəxt hadisə müəsissədə yox, əvvəllər zavodda olub, zavod sonradan Səhmdar Cəmiyyətinə çevrilib, öz səhmdarları tərəfindən idarə olunub. Iddiaçı əvəllər də müavinət, xəsarətə görə təqaüd məsələsini mübahisə edirdi. Müavinətin verilməsində mübahisələr yarandı, yəni müavinət Səhmdar Cəmiyyəti tərəfindən verilmirdi. Ondan sonra Kamal müəllim iddiaçıya köməklik edəcəyinin məsləhət olunduğunu deyib. Məsələ orasındadır ki, Səhmdar Cəmiyyətinin o barədə nə qərarı, nə də aktı var. Sadəcə həmin pul maddi yardım kimi verilib. Kamaləddin müəllim öz cibinin pulu ilə iddiaçıya kömək edib. Müəssisədən heç nə verilməyib. Müəssisədə nə öhdəlik, nə də qərar olub. Sadəcə olaraq Kamal müəllimlə 3-4 aydan bir zəngləşirdilər, Kamal müəlim ona iddiaçının nümayəndəsinin gələcəyini və ona pul verəcəyini deyirdi. Kamal müəllim cibindən ona pulu verirdi, o da pulu verdiyinin sübutu kimi qəbz yazırdı ki, sonradan pulu verdiyini sübut edə bilsin. Kamal müəllimin ona verdiyi pulu sahibinə çatdırdığı barədə Kamal müəllimə hesabat vermək üçün qəbzi yazırdı. Bunu iddiaçının özü də bilir. Ancaq yardım məqsədi ilə ödənişlər olunub. O, həmin vaxt bu məsələnin belə həll edilməli olunmamasını, səhmdarların ümumi iclasının qərarının, razılığının olmasını, ondan sonra müavinətin verilməli olmasını bildirib. Iddiaçının nümayəndəsi ilə də dəfələrlə söhbət ediblər, müəssisədən kənar söhbətləri də olub. X16 nümayəndəsi gələndən sonra ödənməyə başladığı barədə heç nə deyə bilməz, yəni müəssisənin rəhbəri var. Rəsmi sənədlərlə iddiaçıya ödəniş olunmayıb. Əgər rəsmi sənədlərlə ödəniş olsaydı, Səhmdar Cəmiyyətinin hesabatlarında olardı. Rəsmi sənədlərdə Mirzağa müəllim barədə heç bir əsas olmayıb. Bədbəxt hadisə ilə bağlı aktın olub-olmadığını deyə bilməz. Onun aktdan xəbəri yoxdur. Səhmdar Cəmiyyətində akt olsaydı, həmin aktı təqdim edərdilər. Onun işlədiyi dövrdə müəssisə bu hadisə ilə bağlı təqsirli bilinməyib. Əmək Müfəttişliyində başqa bir məsələ ilə bağlı söhbət olub.

19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim - Qumru Əliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” X1 Cəmiyyətindən 5988 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumunun cavabdehə aid edilməsi, 79,88 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” X1 Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 156,5 manatının cavabdeh “xxxx” X1 Cəmiyyətindən və 43,5 manatının iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

20. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı ##.##.1969-cu ildə çilingər kimi çalışdığı “Mexaniki Təmir Zavodunda” istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 60%-ni itirmiş və bununla əlaqədar olaraq ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəlləşdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ATSC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir. Iddiaçı əmək qabiliyyətinin 60%-ni itirdiyinə görə pensiya almış, əlillik müddətsiz hesab edilmişdir. Cavabdeh isə iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi ##.##.2002-ci ildə başa çatmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənişlər edildiyini, 2019-cu ilin sentyabr ayından ödənişin tamamilə dayandırıldığını qeyd edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müavinətlər üzrə məlumat bazasında İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində zərərə görə aylıq ödənc alması barədə məlumat aşkar edilməmişdir. Yəni, “Mexaniki Təmir Zavodunda” özəlləşdirilənkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ödəniş edilməmişdir. Hazırda cavabdeh iddiaya etiraz edərək, iddiaçının cavabdeh “Bakı Mexaniki-Təmir” ATSC-nin işçisi olmadığını, Azərbaycan Respublikasının Prezidentinin “Tikinti Kopleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında" # ###### 1997-ci tarixli Fərmanının icrası məqsədi ilə AR Dövlət Əmlak Komitəsinin **** saylı ## ###### 1998-ci il tarixli Sərəncamı ilə özəlləşdirmə həyata keçirilərək ##.##.2002-ci il tarixində Bakı şəhəri Icra Hakimiyyətinin tabeliyində olan və Bakı Tikinti və Şəhərin Inkişafı Departamentinin Mexaniki Təmir zavodunun bazasında “xxxx” X1 cəmiyyəti yaradıldığını, özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barədə hər hansı qeyd olmadığını, həmin şəxs barəsində heç sonradan da onlara hər hansı sənədlər təqdim edilmədiyini qeyd etmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”na əsasən təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Belə ki, iddiaçının işçisi olduğu “Mexaniki Təmir Zavodu”nun özəlləşdirilməsi nəticəsində “Bakı Mexaniki-Təmir” ATSC-nin yaradılması işin mübahisəsiz halıdır. Bu səbəbdən özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barədə hər hansı qeyd olmaması cavabdeh cəmiyyəti “Mexaniki Təmir Zavodu”nun hüquqi varisi kimi iddiaçıya dəymiş xəsarətə görə aylıq ödənc ödənilməsi vəzifəsindən azad etmir.

23. Həmçinin, məhkəmə iclasında şahid kimi dindirilən Şahid da iddiaçıya müavinət ödənildiyini, buna dair qəbzlər tərtib etdiyini qeyd etmişdir. Lakin cavabdeh tərəf həmin ödənişlərin öhdəlik kimi deyil, cəmiyyətdə işləyən şəxs tərəfindən iddaçıya edilmiş maddi yardım kimi icra edildiyini qeyd etsə də, məhkəmə həmin dəlilləri əsassız hesab etmişdir.

24. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı mimimum əmək haqqı məbləğinə istinadən, 2018-2019-cu illərin qalıq hissələrinin, 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayınadək, cəmi 7653,60 manay pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının “Mexaniki Təmir Zavodu”nda işlədiyi müddət ərzində aldığı əmək haqları barədə məlumat təqdim edilmədiyindən orta aylıq əmək haqqı məbəğini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən cavabdeh tərəfindən iddiaçıya ödənclər verilməli olmasını nəzərə alaraq, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqları nəzərə alınmaqla hesablama aparılmışdır.

25. Məhkəmə həmçinin cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alaraq Mülki Məcəllənin 384.0.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, tələb ən çox iddia irəli sürməzdən əvvəlki üç müddət üçün ödənilə bilər. Hazırda iddiaçı 2023-cü ilin may ayınadək ödənclərin verilməsi xahiş etdiyindən, 2020-ci ilin may ayından 2023-cü ilin may ayınadək müəyyən edilən ödənc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli rəyinə əsasən “Mexaniki Təmir Zavodu”nda baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 60% i itirən İddiaçı ödənilməli olan müavinət pulunun miqdarı minimum aylıq əmək haqqı nəzərə alınmaqla 2019-cu ilə 600 manat məbləğində, 2020-ci ilə 1800 manat məbləğində, 2021-ci ilə 1800 manat məbləğində, 2022-ci ilə 2160 manat məbləğində və 2023-cü ilə 1035 manat məbləğində müəyyən edilir. Məhkəmə rəyin tətqiqat hissəsinə əsasən qeyd edir ki, 2020-ci ilin may ayından başlayaraq, 2023-cü ilin may ayınadək, 8x150=1200 manat (2020-ci il), 12x150=1800 (2021-ci il), 12x180=2160 (2022ci il), 207x4=828 (2023-cü ilin 4 ayı) manat olmaqla, cəmi 5988 manat müəyyən edilməsini nəzərə alaraq hesab etmişdir ki, 5988 manat məbləğində ödənc cavadehdən iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, ödənilməli dövlət rüsumu cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 79,88 manat məbləğində dövlət rüsumu cavabdehdən tuularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iddiaçının tələbi qismən təmin edildiyi üçün keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 200 manatın 43,5 manatı iddiaçıdan, 156,5 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1114.1, 1118.1, 1118.2, 1119.1, 1123.1, 1123.2, 1123.3, 1126.1-ci; Əmək Məcəlləsinin 191.1, 191.2, 239.1-239.5-ci; “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, * saylı Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.3, 107, 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

29. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, orta əmək haqqı ilə bağlı hesablanma əsas götürülməklə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddia tələbinə tam həcmdə hüquqi qiymət verməmiş, iddia tələbinin dəyişdirilməsi üçün ərizə verməyinə şərait yaradılmamışdır. Məhkəmə qətnaməsinin əsaslandırıcı və nəticə hissələri bir-birinə uyğun olmamaqla məhkəmə səhv nəticəyə gələrək iddianı tam deyil qismən təmin etmişdir. Məhkəmə qətnaməsində əmək haqqındakı artımın nəzərə alınıb-alınmasına münasibət bildirməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini pozaraq ödənc məbləğinin orta aylıq əmək haqqı məbləği üzrə deyil, minimum əmək haqqı nəzərə alınmaqla hesablanmasını aparmış, artımları da nəzərə almamışdır. Əvvəlki dövr üzrə ödənc məbləğinin niyə məhz üç il müddətinə hesablanmaqla qətnamə çıxarılmasını da məhkəmə qətnaməsində əsaslandıra bilməmişdir. Iddia tələbinə münasibətdə ödənc məbləğinin orta əmək haqqı nəzərə alınmaqla hesablanması barədə verdiyi dəqiqləşdirmə ərizəsini də guya gec məhkəmə baxışında təqdim etdiyini əsas gətirilərək nəzərə alınmamışdır. Məhkəmə iş üzrə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyini, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sorğuya cavab məktublarını nəzərə almamış, ümumiyyətlə qanunu düzgün təbiq etmənmiş, nəticədə iddia tələbi tam deyil, qismən təmin edilmişdir. Nazirlər Kabinetinin istinad edilən Qaydalarında aylıq ödəncin məbləğinin hesablanmasında qanunvericilik orta əmək haqqı əsas götürülmüşdür. Nədənsə məhkəmə həmin Qaydaların normalarını iş üzrə düzgün təbiq etməmişdir. Hətta Məhkəmə Sorğusuna DSMF tərəfindən verilmiş cavabda göstərilmişdir ki, “Qeyd olunanları nəzərə alaraq bildiririk ki, "xxxx" ASC-nin özəlləşdirilməsi ##.##.2002-ci il tarixində başa çatdığı üçün vətəndaşa ödənilməli aylıq ödəncin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli * nömrəli Qərarının ilə təsdiq edilmiş "Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nə əsasən hesablanmalıdır. Qeyd edək ki, həmin Qaydalara əsasən aylıq ödənc təqsirkar müəssisə tərəfindən zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edildiyi üçün tərəfimizdən hesablanması mümkün hesab edilmir.” Həmin Qaydaların 2.1-ci maddəsində göstərilir ki, həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli *** nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Məhkəmə iş üzrə əldə edilmiş ekspert rəyinə düzgün hüquqi qiymət verməmişdir. Həmin rəydə həm minimum əmək haqqına həm də orta əmək haqqına münasibətdə hesablamalar aparılmışdır ki, bunu işə baxan məhkəmə nəzərə ala bilərdi. Həmin ekspert rəyinin 1-ci və 2-ci suallara cavabı iş üzrə düzgün tətbiq edilməmişdir.

31. Qətnamədən həmçinin cavabdeh “xxxx” ASC apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia ələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mövqeyini əsaslandırarkən öz mövqeyini işə üçüncü şəxs kimi cəlb etdiyi AR DSMF-nun mövqeyinə uyğunlaşdırmışdır (hətta birə-bir eyniləşdirmişdir). Diqqətə çatdırmaq istəyir ki, iddiaçı cavabdeh “Bakı Mexaniki -Təmir” ATSC-nin işçisi olmamışdır. Azərbaycan Respublikasının Prezidentinin “Tikinti Kopleksinin inhisarsızlaşdırılması və özələşdirilməsi tədbirləri haqqında" # ###### 1997-ci tarixli Fərmanının icrası məqsədi ilə AR Dövlət Əmlak Komitəsinin **** saylı ## ###### 1998-ci il tarixli Sərəncamı ilə özələşdirmə həyata keçirilərək ##.##.2002-ci il tarixində Bakı şəhəri Icra Hakimiyyətinin tabeliyində olan və Bakı Tikinti və Şəhərin Inkişafı Departamentinin ünvan 1 ünvanda yerləşən Mexaniki Təmir zavodunun bazasında “xxxx” X1 cəmiyyəti yaradılmışdır. Qeyd edir ki, Özələşdirmə planında (emissiya prospektində) İddiaçı barədə hər hansı qeyd olmamışdır. Həmin şəxs barəsində heç sonradan da şirkətə hər hansı sənədlər təqdim edilməmiş, “Bakı Mexaniki -Təmir” ATSC-yə şəxsin istehsalat qəzası nəticəsində əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar ödənc almalı olmasına dair öhdəlik keçməmiş, bu barədə sənədlər şirkətə daxil olmamışdır. Bildirmək istəyir ki, hazırkı mülki mübahisədən əvvəl hazırkı iddiaçının şikayəti əsasında (əsaslar hazırki iddia ərizəsi ilə eyni olmuşdur) X10 Xidməti tərəfindən cavabdeh hüquqi şəxsin rəhbərinin cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan rəhbər şəxs tərəfindən şikayət verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh hüquqi şəxsin rəhbəri X11 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcələsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsində təqsirli bilinərək, 1400 manat cərimə edilməsinə dair X10 Xidmətinin rəisi X2 tərəfindən inzibati tənbeh vermə haqqında MN******* saylı, ##.##.2022-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Yəni artıq cavabdehin ödənc ödəmək öhdəliyinin olmamasına məhkəmə tərəfindən qiymət verilmişdir. Eyni zamanda məhkəmə şahidin ifadəsinə də düzgün qiymət verməmiş, ifadəni təhrif edərək qətanamədə əks etdirmişdir. Belə ki, şahid ifadəsində iddiaçıya şirkətin hesabına hər hansı ödəniş etdiyini təsdiq etməmiş buna dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin qeyd etmək istəyir ki, istehsalatda bədbəxt hadisə nəticəsində ödənclərin verilməsini tənzimləyən qanunvericilik aktları (hansıkı məhkəmə istinad edir) cavabdeh müəssisənin özələşdirmə prosessi yekunlaşdırıldıqdan (##.##.2002-ci il) sonra qəbul edilmişdir. Bu aktlar yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları” və Azərbaycan Respublikası Prezidentinin 2008ci il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özələşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi qaydaları” cavabdehin özələşdirilməsi başa çatdıqdan sonra qəbul edildiyindən həmin qanunvericilik aktlarının geriyə qüvvəsi yoxdur. Hətta yuxarıda qeyd edilən qanunvericilik aktlarının normalarını əsas götürsək belə, yenə də istehsalatda bədbəxt hadisə nəticəsində ödəncin verilməsi cavabdehin öhdəliyi ola bilməz. Belə ki, qanunvericilik normalarını qarşılıqlı təhlil etsək məlum olur ki, bu ödəncin verilməsi mexnaizmi aşağıdakı kimi qurulmuşdur (Bəsit dildə desək). Özələşdirilmə prosesi başlayan müəsisisədə bu proses davam etdiyi müddətdə aylıq ödənclər dövlət büdcəsi hesabına ödənilməli; Özələşdirmə başa çatdıqdan sonra ödənc ödəmə öhdəliyi müvafiq müəssisəyə ötürülməli və bu barədə müvafiq dövlət orqanı tərəfindən şirkətə rəsmi məlumat verilməlidir. Lakin, iddiaçının cavabdehin özələşdirilmə prosesi davam etdiyi müddətdə dövlətdən aylıq ödənclər alması və özələşdirmə başa çatdıqdan sonra ödənc ödəmə öhdəliyi müvafiq müəssisəyə ötürüləsi barədə rəsmi məlumatın şirkətə daxil olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

34. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi nümayəndə4 öz apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

35. Məhkəmə kollegiyasının əvvəkli iclasında iddiaçının nümayəndəsi nümayəndə4 izahatında qeyd etmişdir ki, iddia ərizəsində qeyd etmişdir ki, minimum əmək haqqının 60 faizi tutulmaqla ödənilsin. 2019-cu ilədək zavod onlara pulu ödədi, sonradan ödənilmədiyi üçün onlar məhkəməyə müraciət etdilər. Sonradan ekspert rəyinə görə müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sorğuya cavab məktubunda orta əmək haqqı üzrə hesablanmalı olduğunu göstərib. Bundan sonra məhkəməyə dəqiqləşmə ilə bağlı müraciət etdi, lakin məhkəmədə bildirildi ki, sonuncu iclasda belə bir ərizə verə bilməz. Orta əmək haqqı üzrə hesablanmalı olmasını sonradan bilmişdir, ekspertiza rəyindən sonra məlumatlı olmuşdur. Məhkəmə bunu nəzərə ala bilərdi, qanunvericilikdə orta əmək haaqı üzrə hesablanmanın olması müəyyən edilib. Eyni zamanda yalnız 2020-2023-cü illər üzrə hesablanma aparılıb. Bunlardan narazı olduğu üçün apellyasiya şikayəti vermişlər.

36. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X3 və nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

37. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etmişdir ki, onlar birinci instansiya məhkəməsində dəfələrlə bildirmişdir ki, onların belə bir öhdəliyi yoxdur, ola da bilməz. Çünkü onlar özəlləşdirilmiş müəssisədir, özəlləşdirilən müəssisənin təhvil-təslim aktı emissiya prospekti adlanır. Emissiya prospektində hüquq və öhdəliklər birəbir yeni müəssisəyə keçir. Həmin emissiya prospektində iddiaçının adı qeyd edilmir. Özəlləşdirməni həyata keçirən qurum mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olduğu üçün məhkəmədə üçüncü şəxs qismində cəlb edildilər, lakin Xidmət də həmin şəxslə bağlı hər hansı bir sənəd təqdim edə bilmədi. Məhkəmənin və üçüncü şəxsin mövqeyi bundan ibarətdir ki, 2003-cü ildən sonra olan qanunvericilyə əsasən bu öhdəliklər müəssisənin üzərinə düşür. Onların özəlləşmə prosesi isə 2002-ci ildə başa çatmışdır, onlar bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. 2002-ci ildə yekunlaşmış özəlləşmə prosesinə necə ola bilər ki, 2003-cü ildən sonra qüvvəyə minmiş qanunvericiliyə istinad edilsin. Eyni zamanda sözügedən qanunvericilik aktı məhkəməyə təqdim edilməyib, o, həmin qanunu tapa bilməmişdir. Özəlləşmə müddəti ərzində, yəni 1998-2002-ci illərdə bu ödənclər dövlət tərəfindən verilməli idi. Lakin həmin ödənclərin verilib-verilməməsi ilə bağlı heç bir məlumat və ya sənəd təqdim edilməyib. Bundan əlavə eyni əsaslarla X10 Xidməti tərəfindən müəssisənin direktoru cərimələnmişdir. Onlar həmin qərarı da mübahisələndirmiş və məhkəmə tərəfindən həmin iş üzrə icraata xitam vermişdir. 2018-ci ilədək iddiaçıya ödəncin verilməsi ilə bağlı sübut da yoxdur. Şahid də bildirib ki, direktor humanistliyini göstərərək öz şəxsi vəsaiti hesabına ödəniş edib. Müəssisənin öhdəliyi kimi qiymətləndirə bilmək üçün bununla bağlı rəsmi sənədlər, ödəniş tapşırığı olmalı idi.

38. Məhkəmə kollegiyasının əvvəlki iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi nümayəndə2 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, onların istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanıdır. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hansı hallarda aylıq müaviət verir. Aylıq müavinət və aylıq ödənc fərqlidir. Aylıq müavinət dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdırılana qədər verilir. Bu da 2003-cü ildən özəlləşdirilməyə başlanılmış müəssisələrə münasibətdə tətbiq edilir. Müəssisə isə 2002-ci ildə başa çatdırılıb, hər hansı bir qanunvericilikdə 1998-ci ildən onların aylıq müavinəti ödəməyi ilə bağlı norma yoxdur. Onlar hesab edir ki, həmin ödənişlər cavabdeh tərəfindən ödənilməlidir. Müəssisə ilə bağlı məlumatlar mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən onlara təqdim edildikdən sonra onlar həmin müavinətləri ödəyirlər. Nazirliyə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı tətbiq edilir.

39. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər müstəqil tələb irəli sürməyən 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən 3-cü şəxsin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 384.0. Iddia müddəti aşağıdakılara şamil edilmir: Maddə 384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1118.2. Itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Maddə 1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Maddə 1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər. Maddə 1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər. Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.

41. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsi. 1-ci bənd. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsi. 2-ci bənd. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 239.-cu maddəsi. 1-ci bənd. Istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239-cu maddəsi. 2-ci bənd. Işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239-cu maddəsi. 3-cü bənd. Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 239-cu maddəsi. 4-cü bənd. Istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 239-cu maddəsi. 5-ci bənd. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

46. Iş materiallarının tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ##.##.1969-cu ildə çilingər kimi çalışdığı “Mexaniki Təmir Zavodunda” istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 60%-ni itirmiş və bununla əlaqədar olaraq ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəlləşdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ATSC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir. Iddiaçı əmək qabiliyyətinin 60%-ni itirdiyinə görə pensiya almış, əlillik müddətsiz hesab edilmişdir. Cavabdeh isə iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi ##.##.2002-ci ildə başa çatmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənişlər edildiyini, 2019-cu ilin sentyabr ayından ödənişin tamamilə dayandırıldığını qeyd edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il # ###### tarixli * nömrəli “Istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”na əsasən Işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir (1.1-ci bənd) .

48. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq Ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

49. Qeyd olunan Qaydaların 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

50. Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar ‘Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir.

51. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən Bu Qaydalar dövlət müəssisələrinin “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

52. Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il #######ın #-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir.

53. Qaydaların 5.3-cü bəndinə əsasən Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

54. Hazırki işin hallarından görünür ki, “xxxx” ASC-nin özəlləşdirilməsi ##.##.2002-ci il tarixində başa çatmışdır.

55. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nın 5.6-cı maddəsinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

56. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 57.Iddiaçının işçisi olduğu “Mexaniki Təmir Zavodu”nun özəlləşdirilməsi nəticəsində “Bakı Mexaniki-Təmir” ATSC-nin yaradılması işin mübahisəsiz halıdır. Bu səbəbdən özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barədə hər hansı qeyd olmaması cavabdeh cəmiyyəti “Mexaniki Təmir Zavodu”nun hüquqi varisi kimi iddiaçıya dəymiş xəsarətə görə aylıq ödənc ödənilməsi vəzifəsindən azad etmir.

58. Cavabdeh həmçinin apellyasiya şikayətində qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2023-cü il tarixli qərarından görünür ki, cavabdeh hüquqi şəxsin rəhbəri X11 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcələsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsində təqsirli bilinərək, 1400 manat cərimə edilməsinə dair X10 Xidmətinin rəisi X2 tərəfindən inzibati tənbeh vermə haqqında MN******* saylı, ##.##.2022-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Yəni artıq cavabdehin ödənc ödəmək öhdəliyinin olmamasına məhkəmə tərəfindən qiymət verilmişdir.

59. Cavabdehin bu dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi mülki-hüquqi mənada iddiaçı qarşısındakı öhdəliyin mahiyyətinə toxunmur və iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Hüquqi tənzimləmənin fərqli sahələrinə aid olan inzibati xətanın tərkibinin subyektiv cəhətdən sübuta yetirilməməsi, işçinin istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş real zərərin əvəzinin ödənilməsinə dair mülki məsuliyyətin əsaslarını aradan qaldırmadığından, cavabdehin Xətai Rayon Məhkəməsinin qərarına istinadən öhdəliyin olmaması barədə mövqeyi əsassız hesab edilir.

60. Tutulmalı olan məbləğlə bağlı kollegiya qeyd edir ki, iddiaçı mimimum əmək haqqı məbləğinə istinadən, 2018-2019-cu illərin qalıq hissələrinin, 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayınadək, cəmi 7653,60 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

61. Iş üzrə ekspert rəyi əldə edildikdən sonra icraat ##.##.2025-ci il tarixdə təzələnmiş və ##.##.2025-ci il tarixdə iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək yuxarıda göstərilən illər üzrə ödənclərin vahid tarif cədvəli üzrə orta əmək haqqının 60 faizinin (əmək qabiliyyətinin itirilmə faizi) tutaraq ona ödənilməsini xahiş etmişdir.

62. Işə baxan birinci intansiya məhkəməsi dəqiqləşmə ərizəsini məhkəmənin baxış iclasında təqdim edildiyindən nəzərə almamışdır. 63.Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, işə baxan məhkəmə ilkin olaraq nəzərə almalı idi ki, aylıq ödəncin zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilməsi qanunun tələbidir. 64.Bundan əlavə, iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında həm iddia tələbinə uyğun, həm də qanunun tələbinə uyğun olaraq suallar qoyulmuşdur. Ekpsert rəyi əldə edildikdən sonra iddiaçıya aydın olmuşdur ki, qanuna əsasən orta aylıq əmək haqqı əsas götülməlidir və bu hal onun mənafeyinə uyğundur. Iş üzrə ekspert rəyi əldə edildikdən sonra icraat ##.##.2025-ci il tarixdə təzələnmiş və ##.##.2025-ci il tarixdə iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim etmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi nəzərə alınmalıdır.

65. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Mexaniki Təmir Zavodu”nda baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%-i itirən İddiaçı ödənilməli olan müavinət pulunun miqdarı orta aylıq əmək haqqı (İ cild, səhifə-165) nəzərə alınmaqla 2019-cu ilə 1.370,16 manat məbləğində, 2020-ci ilə 4.507,20 manat məbləğində, 2021-ci ilə 4.126,32 manat məbləğində, 2022-ci ilə 4.680,72 manat məbləğində və 2023-cü ilə 2.159,40 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Mexaniki Təmir Zavodu”nda baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%-i itirən İddiaçı ödənilməli olan müavinət pulunun miqdarı minimum aylıq əmək haqqı (II cild) nəzərə alınmaqla 2019-cu ilə 600,00 manat məbləğində, 2020-ci ilə 1.800 manat məbləğində, 2021-ci ilə 1.800 manat məbləğində, 2022-ci ilə 2.160 manat məbləğində və 2023-cü ilə 1.035 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,İddiaçı xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl, yəni 1968-ci ildən əvvəl malik olduğu orta aylıq əmək haqqı nəzərə alınmaqla 2019-sentyabr ayından 2023-cü ilin mayınadək ödənilməli olan müavinət pulunun miqdarının nə qədər olmasını müəyyən etmək mümkün olmadı.

66. Həmçinin, cavabehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki qanunvericiliyə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər iddia müddəti şamil edilməsə də, bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir (Mülki Məcəllə 384.0.3).

67. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, tələb ən çox iddia irəli sürməzdən əvvəlki üç il (2020-ci ilin may ayından 2023-cü ilin may ayınadək müəyyən edilən ödənc məbləği) müddət üçün ödənilə bilər. 68.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */**** nömrəli rəyinə əsasən “Mexaniki Təmir Zavodu”nda baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%-i itirən İddiaçı ödənilməli olan müavinət pulunun miqdarı orta aylıq əmək haqqı nəzərə alınmaqla 2019-cu ilə 1.370,16 manat məbləğində, 2020-ci ilə 4.507,20 manat məbləğində, 2021-ci ilə 4.126,32 manat məbləğində, 2022-ci ilə 4.680,72 manat məbləğində və 2023-cü ilə 2.159,40 manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası rəyin tətqiqat hissəsinə əsasən qeyd edir ki, 2020-ci ilin may ayından başlayaraq, 2023-cü ilin may ayınadək, 8 ayx375,6=3004,8 manat (2020-ci il), 4.126,32 manat (2021-ci il), 4.680,72 manat (2022-ci il), 4 ay x 179,95=719,8 manat (2023-cü ilin may ayınadık-tələbdə qeyd edildiyi kimi) manat olmaqla, cəmi 12531,64 manat məbləğində pul cavadehdən iddiaçının xeyrinə tutulmalıdır.

69. Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyinə tutulan ödəncin məbləği hissəsində dəyişdirilməli, cavabdeh “xxxx” X1 Cəmiyyətindən 12531,64 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməli, apellyasiya şikayətinin verilməsi görə ödənilmiş dövlət rüsumunun məbləği tərəfin özünə aid edilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyinə tutulan ödəncin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh “xxxx” X1 Cəmiyyətindən 12531,64 ( on iki min beş yüz otuz bir manat altmiş dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi görə ödənilmiş dövlət rüsumunun məbləği tərəfin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar