Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1533/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (Abbasəliyev İsmayıl Əhməd oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İbrahim oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsinə köçürülmə, özbaşına tikili) Hakimlər X12 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X7 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı İddiaçı, onun nümayəndəsi X2, Cavabdehlər cavabdeh2 və cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abbasəliyev İsmayıl Əhməd oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (Abbasəliyev İsmayıl Əhməd oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İbrahim oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) ilə cavabdeh cavabdeh2 arasında ##.##.2022-ci il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahından ##.##.2023-cü il tarixdə X1 doğulmuşdur. Tərəflər arasında nikah ##.##.2025-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında qalmış, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh cavabdeh2 iddiaçının xeyrinə aliment tutulmuşdur. Nikaha daxil olduqdan sonra iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yolu, Elmir Orucov küçəsində yerləşən */*K saylı fərdi yaşayış evinə köçmüş və ##.##.2025-ci il tarixədək cavabdeh cavabdeh2 ilə birlikdə həmin evdə yaşamışdır. Həmin ev hüquqi vəziyyətinə görə özbaşına tikintidir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh1 (iddiaçının qayınatası) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı məxsus olan cehiz əşyaların çıxarılmasına dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən onun apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladı ##.##.2023-cü il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməsi və həmin evdə cavabdehlər tərəfindən yaşamaqlarına yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, ##.##.2023-cü ildən etibarən əri ilə birlikdə valideynlərinin onlar üçün birgə aldıqları ünvan 1 ünvanında yaşamış və gəlin köçərkən el adət-ənənəsinə uyğun olaraq valideynlərinin ona verdikləri cehiz əşyaları da həmin evə aparılmış və hazırda da həmin evdədir. Övladları X1 xəstələndiyinə görə o, 9 gün * nömrəli X11mış, lakin xəstəxanada olduğu zaman ##.##.2025-ci il tarixdə qayınatası cavabdeh1 ona telefonla zəng edərək ağır formada təhqirlər etmiş, o, bununla bağlı ərinə bildirsə də, əri ona dəstək olmamışdır. ##.##.2025-ci il tarixdə cavabdeh cavabdeh2 onu övladı ilə birgə xəstəxanadan çıxarsa da, onları birgə yaşadıqları evə yox, onun valideynlərinin yaşadığı evə gətirmiş və boşanmaq istədiyini bildirmişdir. Hazırda o, sözügedən evə cavabdehlər tərəfindən buraxılmır. Hətta qayınatası cavabdeh1 evin qıfılını da dəyişdirmişdir. Onların nikahı rəsmiləşdirildikdən sonra toy mərasiminədək olan müddət ərzində ünvan 1 ünvanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən özbaşına tikili onun valideynlərinin maddi köməkliyi əsasında əldə edilmişdir. Bununla bağlı onun əlində videogörüntü var və ərizəyə əlavə olunur. Onun hazırda yaşamağa heç bir yaşayış yeri yoxdur. Mübahisələndirilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, mövcuddur və onun həmin evdə yaşamaq hüququ vardır. Onun valideynlərinin evi 2 otaqdan ibarətdir və evdə subay qardaşı da yaşayır. Övladı azyaşlı olduğundan heç yerdə işləyə bilmir və başqa evdə kirayə yaşamağa maddi imkanı yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı İddiaçı övladı, ##.##.2023-cü il təvəllüdlü X1 ilə birlikdə əvvəl yaşadıqları (ünvan 1 ünvanında yerləşən) fərdi yaşayış evinə köçürülmüş, iddia qalan hissədə təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (hakim X3)
6. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı əri, cavabdeh cavabdeh1 isə iddiaçının qayınatasıdır. Mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır (özbaşına tikintidir).
7. İddiaçı İddiaçı izahatında, cavabdeh cavabdeh2 ilə tanış olanda onun evinin olmadığını, ev aldıqdan sonra evlənmək barədə razılığa gəldiklərini, ev almaq üçün cavabdeh2 kifayət qədər imkanı olmaması səbəbilə iddiaçının atasının da bu məsələdə onlara maddi köməklik göstərdiyini, birgə vəsaitləri hesabına hazırki evi aldıqlarını, təmir etdirdiklərini, ev alınarkən boş olduğunu, özünə məxsus cehiz əşyaların həmin evə aparıldığını, həyat yoldaşı ilə xoşbəxt yaşadığını, lakin ərinin ailəsinin onu yola vermədiyini, həmin evi atalarının birgə seçdiyini, onları da evə baxmağa çağırdıqlarını, evi 38.000 manata aldıqlarını, atasının da evin alınması üçün pul verdiyini, ancaq nə qədər pul verdiyini dəqiq bilmədiyini, evdə yalnız əri ilə özünün yaşadığını, qayınatası və qaynanasının ancaq bir neçə dəfə qonaq gəlib qaldığını, onların heç vaxt o evdə daimi yaşamadığını və yaşamaq niyyətinin olmadığını, uşağın qızdırması olması səbəbilə onu xəstəxanaya apardığını, yoldaşının xəstəxanadan çıxdıqdan sonra onu və uşağını öz evlərinə deyil, iddiaçının atası evinə apardığını, əvvəlcədən aralarında hər hansı narazılıq olmadığını, amma yoldaşının sonradan boşanmaq qərarına gəldiyini, həmin evdəki bütün əşyaların onun tərəfindən cehiz olaraq gətirildiyini, hazırda övladı ilə məcburən atasıgildə yaşadığını, öz evindən cavabdehlər tərəfindən məcburi olaraq çıxarıldığını, ona görə öz evinə köçürülməyini xahiş etdiyini bildirmişdir.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında, iddia tələbinin mübahisəli fərdi yaşayış evinə köçürülmə ilə bağlı olduğunu, həmin evin rəsmi olaraq heç kəsin mülkiyyətində olmadığını, cavabdehlərin heç birinin evə dair çıxarışının olmadığını, lakin həmin ev üzrə idarətetmənin hazırda cavabdehlər tərəfindən həyata keçirildiyini, lakin bunun mülkiyyət hüququnun yaranması üçün əsas olmadığını, həmin evin toydan qabaq bəy-gəlin (iddiaçı və cavabdeh) üçün alındığını, evin alınmasına iddiaçının atası tərəfindən də 5.000 manat vəsait ödənildiyini, ev alındıqdan sonra iddiaçının atasının evin kosmetik təmirini həyata keçirdiyini, həyətin daşının, evin darvazasının iddiaçının atası tərəfindən təmin edildiyini, evin yeni ailə üçün nəzərdə tutulduğunu və alındığını, cavabdehlərin həmin ev üzrə mülkiyyət hüququnun olmadığını, iddiaçının cavabdehlər tərəfindən qanunsuz və əsassız olaraq evdən çıxarıldığını və hazırda evə buraxılmadığını, bu səbəbdən iddiaçının həmin evdə yaşamaq hüququnun olduğunu bildirmişdir.
9. Cavabdeh cavabdeh2 izahatında, tərəflər arasında boşanma ilə bağlı məhkəmə mübahisəsinin də olduğunu və ona görə hazırki işlə bağlı öz aralarında razılığa gəlmək üçün onlara vaxt verilməsini xahiş etdiyini, hazırki evi iddiaçı ilə ailə qurduqdan əvvəl aldıqlarını, təmir etdiklərini və toy etdikdən sonra həmin evə köçüb yaşadıqlarını, evi atasının özlərinin yaşaması üçün aldığını, evin təmiri ilə özünün də məşğul olduğunu, atasının isə quyunu qazdığını, yəni maddi cəhətdən hər şeyi özlərinin qarşıladığını, toydan əvvəl isə oboy və lak işlərini gördüyünü, atasının 36.000 manat pulunun olduğunu, iddiaçının atası isə evin alınmasına kömək etmək üçün onlara borc verdiyini, evin təmiri üçün qarşı tərəfin də xərc çəkdiyini, amma bunların yüngül xərclər olduğunu, iddiaçının cehiz əşyalarını gətirdiyini və o əşyaların evdə oduğunu, tərəflər arasında nikahın pozulması barədə artıq məhkəmə qərarı qəbul edildiyini bildirmişdir.
10. Cavabdeh cavabdeh1 izahatında, uzun illərdir Xırdalanda yaşadıqlarını, özünün və yoldaşının yaşaması üçün həyət evi axtardıqlarını, oğlu ilə iddiaçı evlənmədən əvvəl bu evi aldıqlarını, evə baxmağa adətən qardaşıyla birgə getdiyini, bu evə baxmağa gedəndə isə iddiaçının atası Ruslana da onunla gəlməsini xahiş etdiyini, həmin ev üçün 38.000 manat pul verdiklərini, pulu çatmadığı üçün 5 min manatını iddiaçının atasından borc aldığını, evin çıxarışı olmadığına görə etibarnamə əsasında verildiyini, etibarnamənin onun adına verildiyini, evin 3 otaqlı balaca ev olduğunu, evin əşyalarını iddiaçının atası Ruslanın cehiz olaraq aldığını, evi alanda 1 otağın boş olmasını, oğlu ilə gəlinin bir müddət həmin evdə tək yaşamasını istədiyini, sonradan yoldaşı ilə gəlib orda qalacağını bildirdiyini, şəhərdəki evini digər oğluna bağışladığını, yaşlı olmaları səbəbilə sonradan həyat yoldaşı ilə birlikdə onlarla yaşamaq niyyətində olduğunu, bu müddət ərzində bir neçə dəfə həmin evdə gedib qaldıqlarını, iddiaçının atasından aldığı 5.000 manat pulu da qaytarmaq üçün ona bildirdiyini, lakin qarşı tərəfin bu pulu qəbul etmədiyini, sonradan gəlini ilə oğlu arasında mübahisələr yarandığını, nəvəsini soruşmaq üçün xəstəxanada olanda zəng elədiyini, onunla kobud danışmağa başladığını, bu zaman özünün də biraz səsini qaldırdığını, iddiaçının da bu səbəblə Hövsan polisinə şikayət etdiyini, iddiaçı evdən gedəndən sonra yoldaşıyla özünün həmin evə köçüb yaşadığını, hazırda mübahisə edilən evi satdığını, ona məxsus etibarnamədə evin və torpaq sahəsinin özəlləşdirilə bilməsinin qeyd olunduğunu, ona görə etibarnamə əsasında satdığını və əldə etdiyi pul ilə qardaşına və digər şəxslərə borclu olduğu pulları qaytardığını və demək olar ki, bütün pulunu xərclədiyini, eləcə də iddiaçının atasından aldığı borcu da artıqlaması ilə qaytarmağa razı olduğunu bildirmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında 7 il bundan qabaq qardaşının ondan 13 min manat məbləğində borc aldığını, həmin borcun 5 min manatlıq hissəsini təxminən 1 il sonra qaytardığını, borcun 8 min manatlıq hissəsinin isə hələ də qaytarılmadığını, ondan pulu hansı məqsədlə borc aldığını dəqiq bilmədiyini, etibarnamə əsasında evi isə özü üçün aldığını bildiyini qeyd etmişdir.
12. Nəticədə məhkəmə müəyyən etmişdir ki, mübahisə obyekti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 nikaha daxil olmamışdan əvvəl əldə edilmiş (etibarnamə əsasında), həmin evin alınması üçün iddiaçının atası 5.000 manat məbləğində pul vermiş və evin təmir tikintisində iddiaçının atası da köməklik göstərmiş, iddiaçıya məxsus cehiz əşyalar həmin evə quraşdırılmış, həmin evdə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək yalnız iddiaçı ilə cavabdeh cavabdeh2 yaşamış və iddiaçıya məxsus cehiz əşyaları hazırda da həmin evdədir. Belə ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 məhkəmədə vermiş olduqları izahatlarında iddiaçının toy mərasimi baş verdiyi tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində barəsində mübahisə edilən fərdi yaşayış evində yaşamasını etiraf etmişlər. Bu hal isə iddiaçının həmin evdə cavabdehlə birgə faktiki yaşayışını və onun həmin evdən faktiki istifadə etdiyini təsdiq edir. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən şəxs qaldığı yerin “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir.
13. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının barəsində mübahisə edilən fərdi yaşayış evində ardıcıl olaraq 2 il 4 ay müddətində yaşaması və ona məxsus cehiz əşyalarının orada yerləşməsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının qaldığı yer, yəni mənzil sayılması üçün əsasdır. Həmçinin, cavabdehlər izahatında iddiaçını evə buraxmadıqlarını və onun həmin evdə yaşamağını istəmədiklərini də təsdiq edirlər. Belə olduğu təqdirdə isə iddiaçı İddiaçı sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə konstution hüququ olan mənzil hüququ yaranır ki, həmin hüquq da özlüyündə heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməyəcəyini nəzərdə tutur. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olubolmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin.
14. Məhkəmə cavabdeh cavabdeh1 mübahisəli fərdi yaşayış evini özü üçün aldığını və onun mülkiyyətində olmasına münasibətdə qeyd etmişdir ki, barəsində bəhs olunan əşya fərdi yaşayış evi, yəni daşınmaz əmlakdır. Mövcud qanunvericiliyə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən) alınmalıdır. Lakin iş materiallarında qeyd olunan faktı, yəni fərdi yaşayış evinin cavabdeh cavabdeh1 xüsusi mülkiyyətində olmasını təsdiq edən sübut (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfin verilmiş çıxarış) iş materiallarına əlavə olunmamış və məhkəmə araşdırması zamanı da qeyd olunan faktın mövcudluğu öz təsdiqini tapmamışdır. Habelə iş materillarında olan cavabdeh1 İddiaçı qarşı “əmlakların evdən çıxarılması” tələbinə dair qətnaməsinə əsasən məhkəmə mübahisə edilən evin cavabdeh1 məxsus olmaması qənaətinə gəlmiş və həmin evi özbaşına tikili olaraq dəyərləndirmişdir. Göründüyü kimi, mübahisəli evin cavabdeh cavabdeh1 mülkiyyətində olması faktı təsdiq olunmur. Həmçinin, cavabdehlər dəfələrlə qeyd olunan faktları təsdiq etmək üçün şahid gətirəcəklərini qeyd etsələr də, yalnız sonuncu məhkəmə baxış iclasında X4 (cavabdeh cavabdeh1 qardaşı) şahid qismində məhkəməyə dəvət etmişlər. Şahid X4 isə izahatında qardaşının ondan 7 il əvvəl borca pul aldığını (hazırki evin isə sadəcə 3-4 il əvvəl alındığı bildirilir), həmin pulu hansı məqsədlə aldığını dəqiq bilmədiyini, həmin borcun 5.000 manatlıq hissəsini təxminən 1 il sonra qaytardığını, borcun 8.000 manatlıq hissəsini isə hələ də qaytarılmadığını bildirməklə cavabdehin bildirdiklərini təkzib etmişdir.
15. Məhkəmə barəsində mübahisə edilən fərdi yaşayış evinin hazırda etibarnamə əsasında başqasına satılmasına münasibətdə qeyd etmişdir ki, qeyd olunan faktı təsdiq etmək üçün cavabdehlər tərəfindən iş materiallarına ƏN-II seriyalı, ****** nömrəli etibarnamə əlavə edilmişdir. Həmin etibarnamədə isə hazırki iş üzrə barəsində mübahisə edilən ünvan 1 ünvanında yerləşən evin və torpaq sahəsinə deyil, Abşeron rayonu, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evin və torpaq sahəsinə aiddir. Qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakla bağlı yalnız notarial qaydada təsdiq edilməli olan əqd (müqavilə) əsasında sərəncam verilməsi mümkündür. Beləliklə, iş materiallarına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin mülkiyyətdə olmasını, özəlləşdirməsini, satılmasını təsdiq edən hər hansı mümkün və mötəbər sübut təqdim olunmamışdır.
16. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 ilə bərabər surətdə həmin evdə yaşamaq hüququna malik olduğundan, onların həmin evdə yaşamasına məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından həmin şəxslərin mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli evdə yaşamaq hüququnun müəyyən edilməsi və onların həmin evə köçürülməsi ilə bağlı iş üzrə mötəbər sübutlar əsasında müəyyən olunmuş faktiki və hüquqi əsaslar iddianın evə köçürülmə ilə bağlı hissədə qanuni və əsaslı olması nəticəsinə gəlməyə zəmin yaradır və bu səbəbdən iddia tələbi evə köçürülmə hissəsində təmin olunmalıdır.
18. Məhkəmə iddia tələbinin evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlər tərəfindən onun sözügedən fərdi yaşayış evində istifadəsinə konkret olaraq hansı maneələr yaradılması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Başqa sözlə, iddiaçı həm evə köçürülməsinə maneələrin olduğunu irəli sürərək evə köçürülməsini tələb etmişdir ki, həmin hissədə iddia tələbi məhkəmə tərəfindən əsaslı sayılmışdır və iddiaçının evə köçürülməsinin təmin edilməsi ona qarşı evə köçmək və evdə yaşamaqla bağlı maneələrin da aradan qaldırılmasını ehtiva edir. Ancaq nə iddia ərizəsində, nə də məhkəmə iclaslarında verilən izahatlarda iddiaçı tərəf iddia tələbinin ikinci hissəsinə, yəni konkret olaraq ona başqa hansı maneələrin yaradıldığı ilə bağlı dəqiq məlumat verə bildirilməmişdir. Məhkəmə bu səbəbdən hesab etmişdir ki, iddia tələbi evdən istifadə edilməsinə yaradılmış maneənin aradan qaldırılması hissəsində əsaslı olmadığından təmin edilməməlidir.
19. Məhkəmə, məhkəmə xərclərinə aid hissəsində qiymət verərək, qərara almışdır ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu tələb edilmədiyi və iddia tələbi qismən təmin edildiyi üçün iddiaçının özünə aid edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 43-cü, 60cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” * saylı Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 77.1-ci, 88-ci, 217-ci, 218.3-cü maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini xahiş etmişdir.
22. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini qanunvericiliyin bir sıra müddəalarına istinad etməklə onunla əsaslandırmışdır ki, məhkəmə onun izahatını təhrif etmiş, iddiaçının məhkəmə baxışındakı izahatına əlavələr etmiş, iddianın məhkəmə ərazi aidiyyətini pozmuş, bir çox maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır. Belə ki, ailəsi ilə Xırdalan şəhərində 5 mərtəbəli evin sonuncu, 5-ci mərtəbəsində yaşayırlar. Özü gözdən əlildir, arvadı nevroz xəstəsidir, yaşlıdırlar. Həkimlər hər ikisinə daim təmiz havada olmağı tövsiyə edirdilər. 5-ci mərtəbəyə hər gün qalxıb-düşmək onları yorurdu. Bu evlərində 11 nəfər qeydiyyatdadır. Böyük oğlu Rauf ailəsi, iki uşağı ilə bu evdə yaşayır. Çox darısqallıq idi. Odur ki, hələ oğlu Rüfət evlənməzdən öncə də o, həyətyanı ev almaq istəyir, araşdırırdı. Oğlu Rüfət iddiaçı ilə ailə həyatı qurarkən Xəzər rayonu, Binə qəsəbəsinə yaxın yerdə işləyirdi. Odur ki, axtarıb Hövsan Südçülük sovxozu, Elmir Orucov küçəsi 7/7K ünvanında yerləşən 3 otaqlı həyət evini almışdır. İş materiallarında olan videogörüntüdə evi ona satan şəxslər İbrahim Musayev və oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 aydın ünvan 3 ünvanında yerləşən evi cavabdeh1, yəni ona satırlar. Ardınca 38.000 manata aldığı bu üç otaqlı evin 32.800 manatını (200 yüz manat öncədən beh kimi ödəmişdir) cibindən çıxarıb saymaq üçün evi satan ata-balaya verir. İbrahim və Ramil adlı şəxslər 32.800 manat pulu saydıqdan sonra, iddiaçının atası Ruslan 4.000 manat onlara pul verir. 4.000 manatı razılaşmalarına görə borc olaraq alırdı. Kommunalların evi satan tərəfindən çəkilməsi üçün 1.000 manat girov saxlamışdılar. Sözügedən fərdi yaşayış evinin hüquqi sənədləri yoxdur, daşınmaz əmlakın dövlət reyestr xidmətində də qeydə alınmamışdır. Yəni mülkiyyətçisi olmayan qanunsuz yaşayış evidir. Faktiki mülkiyyətçisi olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İbrahim oğlu onunla sövdələşmiş, evi faktiki olaraq ona satmışdır. İş materiallarında olan AR-II № ****** saylı, ##.#.2022-ci il tarixli etibarnamədən göründüyü kimi evin yerləşdiyi torpaq sahəsinin faktiki sahibi Abbasəliyev İsmayıl Əhməd oğlu və evi tikmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İbrahim oğlu evlə bağlı aşağıdakı səlahiyyətləri ona vermişlər: “İsmayıl Abbasəliyevin faktiki istifadəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ünvanı ərazisində yerləşən torpaq sahəsinin və yaşayış evinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, onunla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq sahəsində mülkiyyət hüququmu təsdiq edən sənəd əsasında göstərilən 500 kv.m torpaq sahəsindən 200 kv.m.torpaq sahəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi və on çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsi ilə ödənildikdə, məni bankda təmsil etməyi,əmlak və torpaq vergi borcunu ödəməyi və bu tapşırığın yerinə yetrilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar edirəm”. Göründüyü kimi, həmin fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsi üzərində sərəncam vermək iddiaçının atasına yox, yalnız ona etibar edilmişdir. Həm də evin kommunalları (işıq, qaz, su) onun adına qeydə alınmışdır. Son bir ildə iddiaçı ilə oğlu yola getmirdilər. Tez-tez mübahisə edir, valideynləri işə qatırdılar. Hiss olunurdu ki, sonacan bir yerdə yaşaya bilməyəcəklər. İddiaçı ona və ailəsinə hörmətsiz yanaşır, ora gedib-gəlmələrini istəmirdi. Nə vaxt gedirdilərsə qaş-qabaq tökür, oğlu ilə mübahisə yaradırdı. İddiaçı özü yazdığı kimi uşaqla qaldığı xəstəxanadan çıxdıqdan sonra atasıgilə getmiş və orada da oğlu Rüfətlə əsassız mübahisə etmiş, oğlunu təhqir etmişdir. Odur ki, oğlu da ona boşanacaqlarını bildirərək evdən çıxmışdır. ##.##.2025-ci il tarixdə Rüfət heç onlara da xəbər etmədən iddiaçı ilə boşanması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda boşanmışlar. İddiaçı oğlunun ondan boşanmaq istəmisini görüb, məhkəmədə onlara qarşı bu əsassız iddianı qaldırmışdır. Belə ki, sözügedən evin heç bir hüquq müəyyənedici sənədi yoxdur, icazəsiz tikilmiş evdir. Odur ki, bu evlə bağlı hər hansı iddia tələbi irəli sürmək əsassızdır. O, həmin evi heç də iddiaçının söylədiyi kimi oğlu və iddiaçıya hədiyyə etməmişdir. O, eləcə də iddiaçının atası həmin fərdi yaşayış evinin mülkiyyətçisi deyil ki, onu övladlarına hədiyyə etsinlər. Şəxs mülkiyyətində olan əşyaları, əmlakı hədiyyə edə bilər. Evi öz pul vəsaiti ilə öz ailəsinə almışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində sərəncam vermək hüququ etibarnamə əsasında ona həvalə edilmişdir. O da həmin torpaq sahəsi üzərində tikilmiş, ancaq daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmamış fərdi yaşayış evini öncədən razılaşmalarına əsasən müvəqqəti yaşamaq üçün oğluna vermişdir. İddiaçının ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş digər iş materiallarındanda göründüyü kimi, həmin fərdi yaşayış evinin pulu iddiaçı və oğlunun pul vəsaiti ilə yox, onun pul vəsaiti ilə alınmışdır. Deməli, bu ev iddiaçı ilə oğlunun paylı mülkiyyəti hesab oluna bilməz. İddiaya qarşı etiraz ərizəsinə əlavə etdiyi qaz, işıq, su kommunal xidmətləri ilə bağlı aidiyyəti qurumlarla müqaviləni də abonentçi kimi o bağlamış və sərfiyyata görə pul ödənişlərini də həmişə o ödəmişdir. ************* saylı ərizədən də göründüyü kimi, sözügedən fərdi yaşayış evini ona satmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İbrahim oğlu faktiki istifadəsində olan həmin evin üzərində tikildiyi 0,02 ha torpaq sahəsini evlə birlikdə müvafiq qanunvericiliyə uyğun olaraq təyinatı üzrə istifadə etmək üçün onun istifadəsinə vermişdir. Verdiyi etibarnaməni də onu xəbərdar etmədən ləğv etməyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Eyni zamanda həmin etibarnamə əsasında sözügedən fərdi yaşayış evini və üzərində yerləşdiyi 0,02 ha torpaq sahəsini özəlləşdirib öz adına keçirmək icazəsini də ona vermişdir. Xəzər rayon Binə Bələdiyyəsinin sədri H.Həmidovun “xxxx” ASC-yə təqdim etmək üçün verdiyi 40,426904,50,****** saylı cizgi xəritəsindəndə göründüyü kimi, Xəzər rayonu, Binə Bələdiyyəsi, Hövsan südçülük Sovxozunda yerləşən bu fərdi yaşayış evi onun adına göstərilmişdir. Abşeron rayon Hövsan südçülük sovxozu üzrə ##.##.1998-ci il tarixli, ** saylı əmrindən çıxarışdan göründüyü kimi sözügedən fərdi yaşayış evinin tikildiyi torpaq sahəsi (0,05 ha) həmin torpaq sahəsinin 0,02 ha hissəsindən faktiki istifadə etmək üçün ona etibarnamə vermiş Abbasəliyev İsmayıl Əhməd oğluna ayrılmışdır. ##.##.1996-ci il tarixli, ** saylı əmrdən çıxarışdan göründüyü kimi, torpaq sahəsi Abbasəliyev İsmayıl Əhməd oğluna məxsus olmuş və üzərində sərəncam vermək hüququ etibarnamə əsasında ona ötürülmüşdür. Hələ iddiaçının həmin evə köçürülməsi ilə bağlı iddia ərizəsi məhkəmədə araşdırılarkən və oğlu Rüfətlə iddiaçı boşandıqları və Rüfətin Xırdalana yaxın Masazır qəsəbəsində özünə iş yeri tapdığı üçün o, həmin mübahisəli evi sataraq Xırdalan şəhərində binanın birinci qatında icarəyə mənzil götürərək, iddiaçıya məxsus cehiz əşyalarınıda daşıdıb o evə yerləşdirmişdir. Dəfələrlə iddiaçıya, onun vəkilinə, atasına cehiz əşyalarını təhvil götürmələrini bildirsə də, qəbul etməmişlər. O, həmin evi etibarnamə ilə ona verilmiş səlahiyyətə əsasən satmışdır, iddiaçının həmin evə heç bir yaşamaq hüququ da olmamışdır. İddiaçı belə bir hüququ olması ilə bağlı onunla notarial qaydada heç bir razılıq müqaviləsi bağlamamışdır. Ev qanunsuz tikili olduğundan bu heç mümkün də deyil. Sadəcə özlərinə ev alana qədər o və ailəsi ilə bilikdə orada yaşamaları icazəsini vermişdir. Göründüyü kimi, iddiaçının bu evdən istifadə hüququ müvəqqəti olmuşdur. Odur ki, məhkəmənin iddiaçının iddiasını qismən təmin edilməsi ilə bağlı çıxardığı ##.##.2026-cı il tarixli qətnamə tamamilə ədalətsiz olmuş, qanunsuz və əsassız olaraq çıxarılmışdır. İddiaçının atasının verdiyi 4.000 manat öncədən razılıqlarına görə ona borc verilmişdir. Tikili reyesterdə qeydə alınmasa da, faktiki sahibi var və ona da etibarnamə əsasında satılmışdır. İddiaçının isə nə bu evi satan şəxslə, nə də onunla bu evə yaşamaq hüququnun olması haqda notarial qaydada razılaşması yoxdur. İkincisi isə iddiaçı ilə oğlu onun icazəsi ilə müvəqqəti olaraq orada yaşayırdılar. İddiaçının atasının iki ayrı-ayrı kifayət qədərdə geniş otaqlı mənzilləri var, iddiaçı orada yaşayır, nəvəsini də evə yaxın bağçaya qoyur. Rüfət ayda 246 manat məbləğində ona aliment ödəyir. İddiaçının məhkəməyə verdiyi izahatının qətnamədəki şərhi də məhkəmə iclasında verilən izahatına uyğun deyil, xeyli əlavələr edilmişdir. Onun oğlu evlənərkən iddiaçıya evlənən kimi ev alacağını deməmiş, alınan evində pulunu Rüfətin pulu hesabına yox, onun pul vəsaiti hesabına almışlar. İddiaçının atası da onlara maddi köməklik etməmiş, sadəcə 4.000 manat borc vermişdir, evində xırda-para təmir işlərini onun pul vəsaiti hesabına etmişlər. İddiaçı tərəfindən bir-iki halda cüzi texniki köməklik olmuşdur. Onun və arvadının iddiaçı ilə oğlunun münasibətlərinin pis təsir etmələri haqda yazılanlar da yalandır, əksinə onlar mehriban olsunlar deyə özləri həmin evə köçməyib, bir müddət gözlədilər və s. Əslində isə iddiaçı özü oğlu ilə onlarların münasibətlərini pozmağa çalışır, onların həmin evə köçməyinə qarşı çıxırdı. İddiaçını evdən qovmamışlar, sadəcə uşağın boğazında çöp qaldığı halda, onu xəstəxanada yanlış müalicədə saxladığı üçün söhbətləri olub. Məhkəmə onların izahatlarını müəyyən qədər iddiaçının xeyrinə əlavə sözlərlə zənginləşdirib, izahatlarını adi sadalama qaydasında yazaraq onlara hüquqi münasibətini bildirməmiş, iddia ərizəsinə etdiyi hüquqi əsaslara qiymət verməmiş, iddiaçı tərəfindən məqsədli olaraq kifayət qədər mürəkkəbləşdirilən hallara hüquqi münasibət bildirməmiş, aid olmayan hüquq normalarına söykənən əsassız bir qətnamə çıxarmışdır. Qətnamədə iddiaçının atasının 5.000 manat məbləğində pul verdiyini, evin təmir-tikintisində köməklik göstərdiyi yazılır, hansı ki, o, iddiaçının atasından 5.000 manatı borc almışdır. Evin də elədə əhəmiyyətli təmirə ehtiyacı yox idi, olanın da onun pul vəsaiti ilə ödəmişlər. İddiaçının atasının təmir işində müəyyən cüzi həddə fiziki iştirakı olub və bu hallarda məhkəmə araşdırması zamanı tərəflərindən tam sübuta yetirilmişdir. Məhkəmədə iddiaçının evdən məcburi çıxarmağı kimi bir hal sübut edilməmiş, heç məhkəmənin araşdırma predmetidə olmamışdır. Məhkəmə yaranmış durumda həmin evin onun şəxsi vəsaiti ilə alındığını, etibarnamə ilə həmin ev üzərində bütün hüquqların, o cümlədən sərəncam hüququnun ona verildiyini nəzərə almalı, mülkiyyətlə bağlı analoji hüquq normalarına söykənib verilmiş iddianı əsassız saymalıydı. Oğlu Rüfət iddiaçı ilə boşanması haqda məhkəməyə iddia ərizəsi verdikdən, iddiaçının da atasıgildə qalması səbəbindən o, ailə ilə köçüb həmin mübahisəli evdə yaşamağa başladı. İddiaçıya və atasına da bildirdi ki, cehiz əşyasını aparsınlar. Ancaq iddiaçı bundan imtina etdiyindən o, cehiz əşyalarının etibarnamə əsasında ona məxsus olan evindən çıxarılması üçün məhkəməyə müraciət etdi. O, həmin evlə bağlı sərəncam vermək hüququndan yararlanıb, evi başqa şəxsə satmışdır. Həmin ərazi öncə Abşeron rayonu, Südçülük sovxozu adlanırdı. Məhkəmənin bu qanunsuz tikilidə qanun axtarışı anlaşılmır. Bu tikilinin özbaşına tikinti olması mülki işin az qala hər vərəqində hallanır. İddiaçı xəstəxanadan çıxarkən bu evə yox, atasıgilə getməsi və orada yaşamağa davam etməsi, eləcə də Rüfətlə boşanması səbəbindən həmin evdə yaşamamış, onların isə onun bu evə gəlib yaşamasına heç bir maneələri olmamışdır. Sözlə nəyi isə demək hələ sübut deyil. Əgər iddiaçı yaşamaq üçün həmin evə gəlmişsə və onu evə buraxmayıblarsa, onda polisə şikayət edə bilərdi. Onun həmin evə gəlməsi faktı olmamış, onu evə buraxmamaq kimi addımları olmamışdır. Məhkəmə etibarnamə əsasında ona verilmiş hüquqdan istifadə edib həmin evi başqa şəxsə satmağı ilə bağlı gerçək fakta münasibət bildirməmiş, üstündən keçmişdir. Hansı ki, bu fakt işin düzgün, qanuni və ədalətli həllinə birbaşa təsir edirdi. Belə ki, artıq iddiaçı heç bir maneə olmadan özü həmin evə gəlmir, orada yaşamır, atasıgildə qalırdı. Oğlundan boşanması faktına görə də təklif etsələr də, cehiz əşyalarını evdən çıxarmırdı. Odur ki, məcbur olub həmin cehiz əşyaları üçün Xırdalanda ayrı bir mənzil icarəyə götürdülər. İşə ərazi aidiyyət normalarını pozmaqla baxılaraq qətnamə çıxarılmışdır. Belə ki, mübahisəli evin yerləşdiyi ərazi Xəzər rayonunun yox, ona bitişik Suraxanı rayonunun ərazisidir. Ərazi aidiyyəti Suraxanı rayonunadır. Bu hal onlara məhkəmənin hazırlıq iclasında bəlli oldu və dərhal məhkəməyə ərizə verib, iddia ərizəsini ərazi aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərməsini tələb etdilər, ancaq vəsatətləri lazimi sübularlar təqdim etmələri əsasında təmin edilməmişdir. Əslində sübutlar yetərli qədər idi. Təəssüf ki, məhkəmənin bu haqda qərardadından verdikləri apellyasiya şikayəti üzrədə obyektiv araşdırma aparılmadan elə birinci instansiya məhkəməsinin qərardadını öz qərardadına köçürməklə təmin edilmədi. Hələ məhkəməyə müraciət etməzdən öncə iddiaçı ondan aidiyyət üzrə Xəzər rayon polisinə yox, məhz Suraxanı polisinə şikayət etmişdir. 102 xidmətinə zəng etmiş, oradan da onu ərazi aidiyyəti üzrə Suraxanı rayon Polisinə yönəltmişdilər. O, hələ oğlu cavabdehlə ailə həyatı qurmazdan çox öncə özünə ev almaq üçün cəhdlər etmişdi. Bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu sübutların təqdim edilməsinə məhkəmə baxış iclasında səbəb yaranmış, elə həmin iclasda da məhkəmə bitdiyi üçün bu sübutlarını təqdim edə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan evi ##.##.2022-ci il tarixdə etibarnamə əsasında almış, eyni üsulla ##.##.2025ci ildə X6. ##.##.2023-cü il tarixində oğlu və iddiaçının toyu olub. ##.##.2022-ci ildə ona torpaq və evə dair səlahiyyətlərin ötürülməsi barədə etibarnamə verilibdir. Həmin etibarnamə qüvvədən düşüb. Evi satmaqda məqsədi o olub ki, artıq iddiaçı və oğlu boşanıbdır. Boşanma haqqında qətnamə qanuni qüvvəyə minəndən bir ay sonra evi satıbdır. Evi şəxsi vəsait hesabına 38.000 manat ödəməklə alıb. Evin pulunu vermək üçün cavabdehin atasından 5.000 manat borc almışdır. Evin sahibi Abbasəliyev İsmayıl Əhməd oğlu olub, o, evi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 almışdır. Evi alarkən təmirli idi, divar kağızı yox idi, qaz yox idi. Sayğaclar o, evi alandan 5-10 gün sonra qoyulub. Sayğaclar onun adına olub. Nikahdan sonra kosmetik təmir işləri aparılıb. Təmir işlərinə 4.000 manat pul xərcləmişdir. Toydan sonra iddiaçının atasına 5.000 manat pulu qaytarmaq istəyəndə qəbul etmədi. Oğlu boşanandan sonra da dəfələrlə pulu qaytarmağı təklif etsə də, qəbul etməyib. Gah ondan 20.000 manat istəyir, gah ev istəyir. Toydan sonra həmin evdə oğlu və iddiaçı yaşayıb. Onlar evli olanda o, ailəsi ilə başqa bir mənzildə yaşayırdı. Onlar ayrılandan sonra evin boş qalmaması üçün o, ailəsi ilə ora köçmüşdür. Evi 57.000 manata satmış, 2.000 manat alqı-satqıya vasitəçilik edən şəxsə vermişdir. Qalan məbləğlə borclarını ödəmişdir. Evi satdığı şəxs mübahisə predmeti olan evdə yaşayır. İddiaçının əşyalarını öz hesabına Xırdalan şəhərində kirayə ev tutub, ora daşımışdır. O, 2018-ci ildən ev almaq üçün daim axtarışda olmuşdur. Evi özü və yoldaşı üçün almışdı. Oğlu iş yerinə yaxın ünvanda kirayə evdə yaşayırdı. Gənc ailə olduğu üçün ilk öncə onların köçməsi qərarına gəldilər. 2018-ci ildən ev axtarırdı ki, yaşamasalar da kirayəyə versinlər. Oğlunun iş yeri dəyişilib, həm onun, həm də oğlunun borcları var. Evi borcları qaytarmaq üçün satmışdır. Təqdim etdiyi CD diskdə evin alınması zamanı aralarında olan danışıqlarla yanaşı, iddiaçının atasının evi ona satan şəxsi yalan danışması üçün təlimatlandırmasını əks etdirən yazışmalar da mövcuddur. Qarşı tərəf səs yazısının özünə sərf edən hissəsini məhkəməyə təqdim edib. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Məhkəmə iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abbasəliyev İsmayıl Əhməd oğlu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Hövsan qəsəbəsi Sovxoz adlanan ərazidə torpağı olub, onu digər bir şəxsə satmışdır. Torpağa və üzərindəki evə dair heç bir tələbi yoxdur.
29. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iş materiallarında videoyazı mövcuddur. Videogörüntüdə əks olunan danışıqlar evin yeni evlənən şəxslər üçün alındığını təsdiq edir. Hər iki tərəf yeni yaradılan ailə üçün ev aldığını videoyazıda bildirib. Həmin videoyazı tərəflər arasında olan digər məhkəmə işinin materiallarında mövcuddur. Toydan dərhal sonra yeni evlənənlər həmin evə köçüb və ayrılana qədər həmin evdə yaşayıb. İddiaçının atası da evin alınmasına pul verib. Onlar əmlak mübahisəsi aparmırlar. İddiaçının həmin evə köçürülməsini tələb edirlər. İddiaçı həm də həmin evdə müəyyən əmlaka sahibdir. Aidiyyətlə bağlı məsələyə apellyasiya instansiyasında baxılıb. Ev dövlət qeydiyyatına alınmayıb. Mövcud adət-ənənə baxımından evin mövcud sənədləri evdə yaşayan şəxslərin, yeni evlənənlərin adına olmayıb. Göstərilənlərin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə kollegiyası tərəfindən işə cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İbrahim oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2010-cu il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Hazırki apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti əsassızdır və bu səbəbdən təmin edilə bilməz.
38. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıbyaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.
39. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı və cavabdeh cavabdeh2 keçmiş ər-arvaddır, digər cavabdeh isə iddiaçının keçmiş qayınatasıdır. Onlar arasında ##.##.2022-ci il tarixdə nikah bağlanmış və birgə nikahdan ##.##.2023-cü il tarixdə X1 doğulmuşdur. ##.##.2025-ci il tarixdə tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının yanında saxlanılmışdır. İddiaçı nikaha daxil olduqdan sonra mübahisəli evə köçmüş və 2025-ci ilin may ayınadək cavabdeh cavabdeh2 ilə birlikdə orada yaşamışdır.
40. Mübahisəli ev bügünədək mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir.
41. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülüb-köçürülməməsinin mümkünlüyü bilavasitə fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına əldə edilməsindən, bu əmlakın hansı şəxsə məxsus olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı hüququnun yaranıb-yaranmamasından və iddiaçının həmin evin alınmasında hər hansı vəsait sərf etməsindən asılıdır.
42. İddiaçı tələbini rəsmi nikaha daxil olduqdan sonra həmin tikintiyə köçməsi və tikilidən çıxarıldığı tarixədək orada yaşaması, habelə himayəsində yetkinlik yaşına çatmayan 1 övladının olması, tikilinin onun və ərinin birgə yaşaması üçün onun da atasının maddi dəstəyi ilə alınması ilə əsaslandırır.
43. Cavabdehlər isə iddia tələbini qəbul etmir. Cavabdeh cavabdeh1 tikilinin 2022-ci ilin dekabr ayında 38.000 manat alındığını, bu məbləğin 5.000 manat hissəsinin iddiaçının atasından borc aldığını, evi almaqda məqsədinin öz ailəsi ilə birlikdə həmin ünvanda yaşamaq olduğunu, oğlu cavabdeh2la iddiaçı evləndikdən sonra ayrıldıqları günə qədər həmin evdə yaşadıqlarını, hazırda evi satdığını, həmçinin iş üzrə ərazi aidiyyətinin pozulduğunu bildirir. Lakin bu məbləğin borc olması öz təsdiqini tapmır. Hər bir halda, borc olduğu təqdirdə ötən dövr ərzində onun qaytarılması təmin edilərdi. Görünən odur ki, ev əldə edilərkən onun dəyərinin 5.000 manat hissəsinin iddiaçının atası tərəfindən verilməsi ilə bağlı tərəflər öz aralarında razılığa gəlmişdilər. Ev əldə edildikdən sonra onun təmiri ilə bağlı işlərdə iddiaçı tərəfin də iştirak etməsini cavabdehlər özləri də (lakin iştirakın cuzi olduğunu qeyd edirlər) bildirir.
44. Məhkəmə kollegiyası işin mübahisələndirilməyən hallarını, yəni iddiaçı ilə cavabdeh cavabdeh2 evləndikdən sonra, yəni 2023-cü ilin yanvar ayından başlayaraq birlikdə, digər ailə üzvləri olmadan mübahisəli tikilidə yaşamalarını, evin məhz onların nikahında qısa müddət əvvəl alınmasını, evin alınmasında iddiaçının atasının da vəsait qoyduğunu və iddiaçı tərəfin də təmirdə iştirak etməsini nəzərə alaraq hesab edir ki, mübahisəli tikili məhz iddiaçı ilə cavabdeh cavabdeh2 birlikdə yaşaması, ailə təsərrüfatlarını idarə etməsi üçün əldə edilmiş, bu tikili (ona görə ödənilmiş pul vəsaiti) onlara hədiyyə edilmişdir.
45. Belə ki, cavabdeh cavabdeh1 apellyasiya şikayətində Xırdalan şəhərində yerləşən mənzilinin 5-ci mərtəbədə yerləşdiyindən, özü və arvadı yaşlı insanlar olduğundan həyət evi axtardıqlarını, bu məqsədlə öz yaşayışları üçün ev aldıqlarını bildirsə də, işin halları ilə müəyyən edilir ki, onlar ev alındıqdan sonra ümumiyyətlə mübahisəli əmlakda yaşamamışlar (buna heç cəhd belə etməmişlər), cavabdeh özü məhkəmə baxışında iddiaçı evi tərk etdikdən sonra məhz ev boş qalmasın deyə evə köçdüyünü bildirmişdir. Həmçinin, məhkəmə baxışında evi kirayə vermək üçün aldığını qeyd etsə də, buna qədər olan izahatlarında yuxarıda qeyd edilən digər məzmunda (nəticə etibarı ilə biri-birinə zidd olan izahatlar vermişdir) izahat vermişdir.
46. Birinci instansiya məhkəməsində şahid kimi ifadəsi alınmış cavabdehin qardaşı X4, məhkəmə baxışı zamanı izahat verən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abbasəliyev İsmayıl Əhməd oğlunun izahatları ilə ünvan 2 ünvanında yerləşən evin cavabdeh1 tərəfindən məhz özünə, öz şəxsi ehtiyacları üçün alındığı öz təsdiqini tapmamışdır. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş videogörüntülərdə isə fərdi yaşayış evinin alqı-satqısı həyata keçirilərkən əvvəl 200 manat beh verildiyi, daha sonra isə qalan məbləğ ödənilməklə 38.000 manat pulun ödənildiyi, pulun cavabdeh1 tərəfindən təqdim edildiyi, bu zaman iddiaçının atası Ruslan Cəfərovun da iştirak etdiyi, həmin şəxslərin söhbəti ilə evin yeni evlənən övladları üçün alındığı müşahidə edilmişdir.
47. Cavabdeh evi artıq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ##.##.2025-ci ildə etibarnamə əsasında satdığını bildirsə də, həmin etibarnamədə Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi və yaşayış evi ilə bağlı müəyyən səlahiyyətlərin ötürüldüyü müəyyən edilir, hazırda mübahisələndirilən tikili isə başqa ünvanda, yəni ünvan 2 ünvanında yerləşir. Məhkəmə baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə araşdırması zamanı fərdi yaşayış evinin həmin şəxsə satılması, onun həmin tikilidə yaşması halı müəyyən edilmir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh cavabdeh1 bu hərəkətlərə məhkəmə mübahisəsi davam edən zaman yol vermişdir (hazırki iddia ##.##.2025-ci il tarixdə, yəni etibarnamənin verilmə tarixindən təxminən 6 ay əvvəl qaldırılmışdır).
48. Hüquqi nəticə etibarı ilə cavabdeh cavabdeh1 həmin evlə bağlı bağladığı hər hansı əqdin (bu evə olan hüquqların satılması, ötürülməsi və sair) məhkəmə üçün hər hansı bir əhəmiyyəti də yoxdur, həmin əqd əhəmiyyətsizdir. Bu tikili yaşayış sahəsi olaraq iddiaçı və cavabdeh cavabdeh2 üçün (onlara hədiyyə olaraq) alındığından həmin tikiliyə məhz qeyd edilən iki şəxsin hüquqları yaranmış və mövcuddur. Cavabdeh cavabdeh1 həmin tikili ilə bağlı hər hansı digər şəxslə əqd bağlamaq (evə mövcud olan hüquqları satmaq, ötürmək və sair) səlahiyyəti (hüququ) olmamışdır.
49. Bundan başqa, məhkəmə bir halı da vurğulayır ki, əgər cavabdeh həqiqətən də evi özü və ailəsi üçün almış olsa idi, iddiaçı ilə oğlu ayrıldıqdan sonra, yəni iddiaçı artıq həmin ünvanda yaşamadığı vaxtda, evi qısa müddət ərzində və məhkəmə mübahisəsi davam edən bir vaxtda satmaq əvəzinə, həmin evdə yaşamağa davam edər və ya kirayəyə verərdi. Lakin o, məhkəmə baxışında da evin satılması səbəbi kimi artıq iddiaçı ilə oğlunun ayrılmasını göstərmişdir. Bu da bir daha təsdiq edir ki, mübahisəli ev məhz iddiaçı ilə cavabdeh cavabdeh2 üçün, onların ailəsi üçün əldə edilmişdir.
50. Bu konteksdə iddiaçının cavabdehlər tərəfindən evə buraxılmaması onun bu evdə yaşamaqdan qanunsuz olaraq məhrum edilməsi kimi qiymətləndirilir. Bu da öz növbəsində iddianın əsaslı olmasına dəlalət edir və apellyasiya şikayətinin rədd edilməsini şərtləndirir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində göstərildiyi üçün qeyd edir ki, iş üzrə ərazi aidiyyəti məsələsi daha əvvəl cavabdeh tərəfindən mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməyərək, mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə dair ərizənin rədd edilməsi barədə məhkəmənin ##.##.2025-ci ili tarixli qərardadı qüvvədə saxlanılmışdır.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh1 aid edilməlidir.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.