Məhkəmə qərarları › İş №2(3-6)-1660/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1660/2026

16.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1660/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “işə bərpa”tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh X21 Regional Qaz istismarı idarəsinin rəisinin ## ###### 2025-ci il tarixli saylı əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və əlavə ödənişlərin (mükafat və sair) ştat cədvəlinə əsasən ## ###### 2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər hesablanıb iddiaçıya ödənilməklə Cavabdeh X21 Regional Qaz istismarı idarəsindəki əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2014-cü il tarixdən Cavabdeh X21 Regional Qaz istismarı idarəsində əmək fəaliyyətinə başlamışdır və ##.##.2025-ci il tarixə qədər həmin qurumda fəaliyyətini davam etdirmişdir. Işlədiyi 15 il müddətində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, əməyin təhlükəsizliyi normalarına əməl etmiş və işəgötürənə heç bir maddi ziyan vurmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Buna baxmayaraq X2 istismarı idarəsinin rəisi Ramin Səfərov tərəfindən ## ###### 2025-ci il tarixdə **-*-*-*/*-*K-***/**** saylı əmr verilmiş və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən guya əmək funksiyasını yerinə yetirməməyinə görə xitam verilmişdir. X2 istismarı idarəsi həmkarlar ittifaqı təşkilatı tərəfindən formal iclas qurulmuş və protokol qəbul edilərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Həmin iclas tamamilə formal olmuş və qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır ki, bununla bağlı müvafiq qurumlara müraciətlər edəcək və məhkəmə iclaslarında əsaslı dəlillər təqdim edəcəkdir. X2 istismarı idarəsi həmkarlar ittifaqı təşkilatı işçilərin, yəni iddiaçının əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə yaradılan nümayəndəli orqan olsa da, hazırda işəgötürənin maraqlarını müdafiə edən təşkilata çevrilmişdir. Bununla bağlı geniş formada şikayətlər və sübutlar məhkəməyə və müvafiq qurumlara təqdim ediləcəkdir. Protokolda qeyd edilmişdir ki, “Idarənin Saatlı rayon üzrə sayğac əməliyyatları xidmətinin rəisi İddiaçı abonentlər tərəfindən təqdim olunmuş sənədləri araşdırmadan, addəyişmə olunmuş ünvanların qaz təsərrüfatında inventerizasiya aparmadan sənədləri addəyişmə olunması üçün əmək funksiyasının tələblərini pozmuşdur”. Qeyd edilənlər tamamilə əsassız olmuş və ümumiyyətlə iddiaçının hər hansı təqsiri olmadan barəsində əmr verilmişdir. Belə ki, təxminən 2 il bundan öncə işçilərə rəhbərlik tərəfindən tapşırıldı ki, bütün abonentlərlə müqavilə bağlanılmalı və bir nəfər belə müqavilə bağlanılmamış vətəndaş qalmamalıdır. Saatlı rayonunda da təxminən 17000 abonent olmuş, onlardan 2000 abonent yaşamır. Saatlı rayonunda əvvəllər sayğaclar quraşdırılarkən hüquqmüəyyənedici sənədlərə və ya arayışlara baxılmamış və tamamilə fərqli adlarla və ya hərf səhvləri olmaqla sayğaclar vətəndaşların adlarına yazılmışdır. Buna görə də, təxminən 2000 abonentin ad, soyadında problemlər olmuş və uyğunsuzluq olmuşdur. O, rəhbərliyə müraciət etmişdir ki, uyğun gəlməyən adlarla bağlı problem yaşayır. Ona Idarədən bildirildi ki, “alqı-satqı sənədi yoxdursa vətəndaşın ərizəsi, ərazi nümayəndəliyindən arayış və aktla göndərin”. Bəzi vətəndaşlar Asan Xidmətə getsə də, çoxu uzaq olduğu üçün getməmiş və ona müraciət etmişlər. Iddiaçı da müvafiq sənədləri yığdıqdan sonra Saatlı rayon qaz idarəsinin müdiri tərəfindən məktub hazırlanır və X2 istismarı idarəsinə göndərilir, orada da idarə rəisi viza qoyduqdan sonra kommersiya şöbəsinə göndərilir. Yəni iddiaçı bütün işləri qanuni və əsaslı etmişdir. Əgər qanunsuzluq var idisə, kommersiya şöbəsi də yoxlaya bilərdi. Iddiaçı tələb olunan sənədləri təqdim etmiş və iddiaçıdan sonra 3 dəfə imzalanandan sonra təsdiq edilirdi. Iddiaçının 300-dən çox addəyişmə məktubundan cəmi 15-də problem yaranmışdır. Saatlı Rayon Icra Hakimiyyətinə də məktub göndərilmiş və ordan da cavab gəlmişdir ki, arayışlar qanunidir. Əvvəllər arayışın qanuni olduğunu bildirsələr də, sonradan bunun əsas vermədiyini bildirmişlər.

3. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Sahibə Hacıyeva) ilə iddia tələbi təmin edilməmişdir.

4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Iddiaçı apellyasiya şikayəti verərək, bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Rayon məhkəməsi qaz sayğacları üzrə abonentlərin qeydiyyatında dəyişiklikləri aparılmasında iddiaçının öz əmək funksiyasının yerinə yetirmədiyi faktı ilə bağlı da hərtərəflli, tam və obyektiv araşdırma aparmamışdır. Iddiaçının əmək funksiyasını pozmasına dair cavabdehin əmrləri, iclas protokolları, apardığı araşdırmalar göstərir ki, onun əməllərində işəgötürənə, mülkiyyətçilərə maddi və mənəvi ziyan vurulması və Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hallara dair faktlar aşkar olunmamışdır. Iddiaçının əməllərində bu faktlar olmadığından onun cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması qanunsuz və qərəzli olmuşdur, iş materiallarında olan sübutlara əsəsən iddiaçının Məcəllənin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması faktı təsdiq olunmamışdır. Cavabdehin sübutlar olaraq təqdim etdiyi əmrlərə, iclas protokollarına əsasən müəyyən olunmuşdur ki, problemlər yaranmış Saatlı rayonu ərazisində 9 nəfər abonetlərin yaşadıqdarı ünvanlara iddiaçı tərəfindən yeni qaz sayğaçları quraşdırılmamışdır. Həmin ünvanlarda qabaqcadan qaz sayğacları qoyulmuşdur. Lakin sayğaclar düzgün ünvanlara qoyulmamışdır. Bu səbəbdən abonentlər arasında narazılıq və qaz satışı üzrə vəsaitin toplanmasında çətinliklər yaranmışdır. Odur ki, vətəndaşların müraciəti və yerli icra nümayəndəliyinin ərizəsi əsasında onların abonent qeydiyyatına dəyişikliklərin edilməsi üçün X2 istismarı Idarəsi tərəfindən göstəriş verilmiş və bu iş iddiaçıya həvalə edilmişdir. Qaz sayğaclarının quraşdırılmalı olmayan ünvanlara, özbaşına tikililərə qoyulması faktı müəyyən edilsə də, bu iş iddiaçı tərəfindən abonentlərin qeydiyyatında dəyişikliklərin aparılmasından çox əvvəl edilmişdir. Özbaşına tikililərdə də abonentlərin qeydiyyatına dəyişikliklər aparılmamışdan əvvəl həmin ünvanlarda qaz sayğacları mövcud olmuşdur və həmin sayğaclar iddaçı tərəfindən qoyulmamışdır. Bundan başqa, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi iddaçı üçün daha ağır nəticələrə səbəb olur, gələcəkdə onun işlə təmin olmasının, qazanc əldə etməsinin qarşısını alır. Bu hal həm də onun ailəsini, ondan asılı olan 3 körpə övladını da böyük maddi çətinliyə salır. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsinin xahiş etdi və əlavə olaraq da qeyd etdi ki, 2022-ci ildə Salyan Regional Idarəsi və Cavabdeh Istehsalat Birliyi tərəfindən şifahi təlimat gəldi ki, Saatlı rayonu üzrə bütün müqavilələr yenilənməlidir. Yenilənmənin əsas səbəbi isə adlarda səhvlik, uyğunsuzluğun olması, yəni evdə yaşayan şəxs və qazdan istifadə edən şəxs fərqli insanlar olması idi. Bütün rayon üzrə müqavilələr yenilənməli idi. Onlar isə abonentin evinə gedib müqavilələri müəyyən edir, hər hansı müqavilədə problem olmasa, qaz təsərrüfatı öz adınadırsa, addəyişməni edirdilər. Əgər sayğac öz adına deyildirsə, müqavilədə problem olanlar Asan Xidmət Mərkəzinə müraciət etməli idi. Onlarda problemli 2000 abonent qaldı. Bu barədə rəhbərliklə danışıqlar aparıldı və onlar bildirdilər ki, hər vətəndaş üçün məktub yazılsın, sonra orada yaşaması ilə bağlı arayış təqdim etsinlər və problem belə həll edilsin. Ən yaxın Asan Xidmət Mərkəzi Sabirabadda yerləşdiyi üçün vətəndaşların hamısı ora gedə bilmirdilər və gəlib idarədə ərizə yazırdılar. O, bunun problemli məsələ olduğunu bildirəndə rəhbərlik hər hansı problem yaranacağı təqdirdə məsuliyyətin Icra nümayəndəliyi daşıyacağını qeyd etmişdi, araşdırmalar zamanı aşkar olunmuş bəzi pozuntular həqiqətən olsa da, bu işlərin çoxluğu, ərazinin böyük olması və tam nəzarət edə bilməməsi səbəbindən olmuşdur.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi və xüsusi olaraq göstərdi ki, birinci instansiya məhkəməsi işə baxan zaman hərtərəfli araşdırma aparmamışdır. Belə ki, iddiaçı əmək vəzifəsini yerinə yetirməməyə görə işdən azad edilsə də, onun hansı əmək vəzifəsini pozduğu qeyd edilməmiş, pozuntunun nədən ibarət olması müəyyən edilməmişdir.

8. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 yazılı vəsatət verərək, yeni sübutlar təqdim etmiş, abonent siyahılarındakı imzaların iddiaçıya aid olub olmamasının yoxlanılması üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.

9. Məhkəmə hesab etmişdir ki, MPM-in 372.2-ci maddəsinə əsasən apellyasiya icraatı mərhələsində yeni sübutlar qəbul edilə bilməz, çünki iddiaçı rayon məhkəməsində şəxsən iştirak etmiş və eyni zamanda da peşəkar vəkillə təmsil olunmuşdur, rayon məhkəməsində icraat zamanı ekspertiza keçirilməsi barədə vəsatət verilmədiyindən iddiaçının hazırkı vəsatəti də təmin edilə bilməz.

10. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X.Salahov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, iddiaçının işdən azad edilməsinə səbəb onun qeyd etdikləri deyil. Belə ki, ona 17.000 abonentin kodunun dəyişdirilməsi ilə bağlı təlimat verilməmişdir. Yeni qaydaya əsasən rəqəmsallaşdırılmaya keçid edilmişdir. Onlara məlumat daxil olmuşdur ki, yaşayış olmayan evlərdən sayğaclar sökülür və müxtəlif sənədlərlə addəyişmə edilir, yeni çıxarış olmayan evlərə quraşdırılırdı. Bu məsələnin araşdırılması üçün komissiya yaradıldı və doqquz evlə bağlı araşdırma aparılıb arayış təqdim edildi. Həmin araşdırmanın nəticəsində məlum oldu ki, bir sıra şəxsin yaşayış yeri şəhərin tam fərqli yerində olmasına baxmayaraq sayğaclar aşkar əsassız aidiyyəti olmayan şəxslərin adına keçirilmişdir. Bu kimi halların baş verməməsi üçün xidmət yerində baxış keçirilməli idi, lakin iddiaçı hansısa səbəbdən bu kimi məsələlərə göz yummuş, səhlənkarlıq etmişdir. Iddiaçının işdən azad edilməsinin səbəbi də məhz bu halların törədilməsi olmuşdur. Belə ki, məlum olmuşdur ki, qazdan istifadəyə görə xeyli məbləğdə borcu olan abonentlərə addəyişmə edilməklə, əvvəlki borclar faktiki olaraq ödənilməsi mümkünsüz vəziyyətə gəlmişdir. Iddiaçının həmin qanunsuzluqları hansısa maraqlar naminə etməsi aşkardır, lakin əllərində buna dair keçərli sübutlar olmadığından prokurorluğa müraciət etməmişlər. Nümayəndə həmçinin qeyd etdi ki, bütün bunlara baxmayaraq iddiaçıya başqa vəzifəyə - çilingər vəzifəsinə keçirilməsi ilə bağlı təklif edilmiş, lakin o, bu təklifi qəbul etməmişdir. Sübutların tədqiqi:

11. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli, MŞS/MT***/****/****Ə saylı Salyan * saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “Ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı medisiya sessiyasında iştirak edərək 50 manat mediasiyaya dair xərci ödəmişdir.

12. Əmək müqaviləsinin ləğv edilməsi haqqında ##.##.2025-ci il tarixli **-*-*/*-*K-***/**** nömrəli əmrdən görünür ki, X2 Istismarı Idarəsinin Saatlı rayonu üzrə Sayğac əməliyyatları xidmət rəisi vəzifəsində işləyən , dərəcəsi 13 olan İddiaçı ilə bağlanmış ##.##.2014-cü il tarixli *** nömrəli əmək müqaviləsi ##.##.2025-ci il tarixdə yetirməməsinə görə ləğv edilmişdir.

13. İddiaçı məxsus ****** nömrəli əmək kitabçasından görünür ki, ##.##.2014-cüi il tarixə *** nömrəli əmr ilə ARDNŞ Cavabdeh IB X2 Istismarı idarəsi Salyan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingir peşəsinə qəbul olmuş , ##.##.2025-ci il tarixli **-*-*-*/*-*K-**/**** nömrəli əmr ilə struktur dəyişikliyi ilə əlaqədar olaraq Saatlı rayonu üzrə sayğac əməliyyatları xidmətinə 13-cü dərəcəli xidmət rəisi vəzifəsinə keçirilmiş, ##.##.2025-ci il tarixli **-*-*/*-*K-***/**** nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, işdən azad edilmişdir.

14. X2 Istismar Idarəsinə İddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli izahatda qeyd olunan sual-cavabda İddiaçı bildirmişdir ki, Saatlı rayonu ərazisində küçələr qarışıq olduğu və abonent bazası ilə uyğunsuzluqlar olduğu üçün qeyd olunan hallara diqqət yetirməmişdir, təkrar bildirir ki, ad dəyişmə olunan ünvanlarda olmadığı üçün qeyd olunan hala fikir verməmişdir, addəyişmə edilən zaman fərdi yaşayış evinin qaz təsərrüfatında inventarizasiya keçirilməsinə münasibətdə bildirmişdir ki, Salyan RQII tərəfindən abonentlərlə düzəlişlərin aparılması barədə tapşırıq verilmişdir, həmin tapşırığa əsasən işçilərə abonent qeydiyyatı səhv olan abonentlərə müvafiq sənədləri şəxsiyyət vəsiqəsi, çıxarış, arayış və s. təqdim olunması tapşırılmışdır, bu səbəbdən də abonentlər tərəfindən düzəliş olunma ilə bağlı kütləvi müraciətlər daxil olmuşdur, həmin müraciətlərin çoxluğu səbəbindən yerində araşdırılması mümkün olmamış, sənədlər əsasında Salyan RQII-yə müraciət olunmuşdur, təxminən 1 il ərzində 350-dən artıq abonentin düzəlişi üçün tərəflərindən müraciət edilmişdir, qeyd olunan saya ASAN Xidmətə daxil olan müraciətlər aid deyildir.

15. X2 Istismar Idarəsi Həmkarlar Təşkilatının idarə heyəti tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, * nömrəli protokoldan görünür ki, Salyan RQII-nin Saatlı rayonu üzrə Sayğac əmliyyatları xidmətinin rəisi İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.

16. X2 Istismarı Idarəsində ##.##.2025-ci il tarixdə keçirilmiş iclasın protokolundan görünür ki, Salyan RQII-nin ##.##.2025-ci il tarixli **-*-*-*/*-**-***/**** nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən Saatlı XS-də aparılmış yoxlama zamanı Salyan RQII-nin Saatlı rayonu üzrə Sayğac əməliyyatları xidmətinin rəisi İddiaçı əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanların müzakirəsi gündəlikdə olan məsələ olmuş, izahat vermək üçün söz Salyan RQII-nin Saatlı rayonu üzrə Sayğac əməliyyatları xidmətinin rəisi İddiaçı verilmiş, İddiaçı yazılı izahat verdiyini, iclasda izahat vermək istəmədiyini bildirmişdir.

17. Salyan RQll-nin ##.##.2025-ci il tarixli **-*-*-*/*-*İ-***/**** nömrəli əmrinin icrası ilə bağlı Saatlı xidmət sahəsində vətəndaşların müraciətləri əsasında abonent qeydiyyatında edilmiş dəyişikliklərin araşdırılmasının nəticələri barədə arayışdan görünür ki, Salyan RQlI-nin ##.##.2025-ci il tarixli **-*-*-*/*-**-***/**** nömrəli əmrinin icrası ilə bağlı Saatlı xidmət sahəsində vətəndaşların müraciətləri əsasında abonent qeydiyyatında edilmiş dəyişikliklərin araşdırılması zamanı aşağıda qeyd olunan faktlar müəyyən olundu;

18. 1.X24 235301700000180 abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ******* nömrəli qaz sayğacı X1 ərizəsi və Saatlı RlHB-nın Saatlı şəhəri Inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X1 adına keçirilmişdir. Sayğac 29.05,2024-cü il tarixdə quraşdırılmışdır. Həmin ünvanda X1 235301700000180 abonent hesabı olan və həmin ünvanda qeydiyyatda olan *********** nömrəli qaz sayğacı isə abonentin ərizəsi ilə qonşuluqda yeni inşa edilmiş, C.Həsənovanın qızı X4 adma keçirilmişdir.

19. 2.X13 235300800001560 abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ******* nömrəli qaz sayğacı X25 ərizəsi və Saatlı RlHB-nın Saatlı şəhəri Inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X25 adına keçirilmişdir. Araşdırma zamanı X13 Saatlı rayonu Babək küçəsində, X25 isə (sayğac quraşdırılan ünvan) Mikayıl Müşfiq küçəsində qeydiyyatda olması müəyyən edildi. X25 şifahi izahat verərək evə mülkiyyət hüquqlarını və evin tikintisinə müvafiq orqanların icazə verməsini təsdiq edən sənədlərin olmadığını bildirdi.

20. 3.X26 *************** nömrəli abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ******* nömrəli qaz sayğacı X5 ərizəsi və Saatlı RlHB-nın Saatlı şəhəri Inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X5 adına keçirilmişdir. N.Səfərovla əlaqə saxlanıldı, o, addəyişmə ilə bağlı müraciət etmədiyini, Cəmilə Qasımovanı tanımadığını bildirdi.

21. 4.X22 *************** nömrəli abonent hesabı və ünvanında qeydiyyatda olan qaz sayğacı X11 ərizəsi və Saatlı RIHB-nın Saatlı şəhəri Inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X11 adına keçirilmişdir. E.Hüseynzadə şifahi zahat verərək bildirdi ki, G.Hüseynovanı tanıyır, o. Başqa ünvanda yaşayır, addəyişmə ile bağlı heç bir sənəd təqdim etməmiş, bu barədə ərizə yazmamış, mənzili öz vəsaiti hesabına qazlaşdırmışdır, E.Hüseynzadə qazlaşdırma üçün ödədiyi pul məbləği ilə bağlı heç bir məlumat təqdim etmədi.

22. 5.X14 *************** nömrəli abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ******* nömrəli qaz sayğacı X6 ərizəsi və Saatlı RlHB-nın Saatlı şəhəri Inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X6 adına keçirilmişdir. Araşdırma zamanı X14 Saatlı rayonu X.Pirverdiyev küçəsində, X6 isə O.Rzayev küçəsində qeydiyyatda olması müəyyən edildi. Saatlı XS-si üzrə rəis müavni Ruslan Bünyadov idarəyə X6 ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqlarını təsdiq edən sənədlər təqdim etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən X6 ünvan 1 (yeni qaydalarla ünvan 2 93) ünvanında yerləşən fərdi yaşayış evinə ##.##.2023-cü il tarixdə 1323017903 nömrə ilə qeydiyyata alınaraq çıxarış verilmişdir.

23. 6.Abonent Əlikram Babaşovun 235300900000340 abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ******** nömrəli qaz sayğacı X7 ərizəsi və Saatlı RIHB-nın Saatlı şəhəri Inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X7 adına keçirilmişdir. Araşdırma zamanı Əlikram Babaşovun fərdi yaşayış evi Saatlı rayonu O.Rzayev küçəsində, Fikrət Bədəlovun fərdi yaşayış evinin isə Mətləb Kərimov küçəsində olması müəyyən edildi. Tərəfimzdən hər iki ünvanda yerləşən fərdi yaşayış evlərinə baxış keçirildi. Əlikram Babaşovun fərdi yaşayış evinin yararsız vəziyyətdə olması, darvazasının üzərində satılması ilə bağlı məlumatın olması, fərdi yaşayış evinin darvazasının sol hissəsində qaz sayğacının dirəyi ilə birlikdə kəsilərək götürülməsi, həyətyanı sahəyə daxil olan qaz xəttinin kəsik vəziyyətdə yerində qalması, Fikrət Bədəlovun fərdi yaşayış evinin isə yeni tikili olması və təmir işlərinin aparılması müəyyən edildi. F.Bədəlovla əlaqə saxlanıldı, o, Saatlı XS-nin əməkdaşlarına 2024-cü ilin iyulavqust aylarında pul verərək yaşayış evini qazlaşdırdığını, Əlikram Babaşovu tanımadığını, əvvəllər evində qaz sayğacı olmadığını, addəyişmə ilə bağlı müraciət etmədiyini bildirdi.

24. 7.X15 *************** nömrəli abonent hesabı X18 ərizəsi və Saatlı RIHB-nın Saatlı şəhəri Inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X18 adına keçirilmişdir. ##.##.2025-ci il tarixdə akt əsasında çıxarılmışdır.

25. 8.X19 *************** nömrəli abonent hesabı və ünvanında qeydiyyatda olan ZENNER T Mexaniki markalı *********** nömrəli qaz sayğacı X8 ərizəsi və Saatlı RIHB-nın Saatlı şəhəri Inzibati erazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X8 adına keçirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan qaz sayğacı hazırda X9 ünvanına quraşdırılmışdır ki, həmin ünvanda 5224,26 manat məbləğində (cərimə və sərfiyyat borcu) borc mövcuddur və baxış zamanı M.Ağayevin öz adına olan *************** nömrəli abonent kodunda qeydiyyatda olan Zenner Smart markalı ************* nömrəli qaz sayğacı yerində aşkar olunmamışdır. Bildiririk ki, arayışda qeyd olunan addəyişmə aparılmış ünvanlarda əksər tikililər yeni inşa olunmuşdur.

26. 9.X20 *************** nömrəli abonent hesabı X16 ərizəsi və Saatlı RIHB-nın Saatlı şəhəri Inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X17 adına keçirilmişdir. Araşdırma zamanı addəyişmə olunarkən sonuncunun ünvanına (##.##.2024-rCü il tarixdə) quraşdırılmış GCZ******* nömrəli qaz sayğacının klapanımn bağlı olduğu, evin inşa edilməkdə və hazır olmadığı, ünvanda yaşayış olmadığı müəyyən olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

27. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

28. Maddə 11. Bu maddənin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

29. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;

30. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

31. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun;

32. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

33. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

34. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

35. Maddə 186.1 Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

36. Maddə 186.2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

43. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

47. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

51. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

52. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

53. Hazırkı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ##.##.2014-cü il tarixə *** nömrəli əmr ilə ARDNŞ Cavabdeh IB X2 Istismarı idarəsi Salyan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingir peşəsinə qəbul olmuş, ##.##.2025-ci il tarixli **-*-*-*/*-*K-**/**** nömrəli əmr ilə struktur dəyişikliyi ilə əlaqədar olaraq Saatlı rayonu üzrə sayğac əməliyyatları xidmətinə 13-cü dərəcəli xidmət rəisi vəzifəsinə keçirilmiş, ##.##.2025-ci il tarixli **-*-*/*-*K-***/**** nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, işdən azad edilmişdir.

54. Iddiaçı həmin əmri qanunsuz hesab edərək, əmrin ləğvi, işə bərpa və s. tələbləri ilə məhkəməyə müraciət etmiş, rayon məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir.

55. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının dəlili onun əməllərində işəgötürənə, mülkiyyətçilərə maddi və mənəvi ziyan vurulması və Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hallara dair faktların aşkar edilməməsidir.

56. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının vəzifə funksiyalarını düzgün icra etməməsi, ona abonentlər tərəfindən təqdim edilən sənədlərlə bağlı araşdırma aparmadan addəyişmələr aparması, addəyişmə olunmuş ünvanların qaz təsərrüfatında inventarizasiya aparmaması və beləliklə də, qanunsuz özbaşına tikililərin qaz sayğacı ilə təmin edilməsinə şərait yaratması, bununla da bəzi hallarda əvvəlki dövrə olan borcların ödənilməsindən yayınmaya şəraitin yaradıldığı müəyyən edilmişdir.

57. Iddiaçının bu halların baş verməsinin işlərin çoxluğu ilə əlaqədar olması barədə bildirdikləri əsaslı hesab edilə bilməz. Belə ki, işin mübahisəsiz haldır ki, iddiaçı uzun müddətdir bu sahədə işləyir və hazırda tutduğu vəzifəyə görə onun həmin pozuntulardan məlumatsız olması və ya öz tabeliyində olan işçilərinə nəzərət edə bilməməsi inandırıcı və ağlabatan deyildir.

58. Iddiaçı ##.##.2025-ci il tarixdə X2 Istismar Idarəsinə verdiyi izahatında da addəyişmə ilə bağlı müraciətlərin çoxluğu ilə əlaqədar yerində araşdırma aparmadığını, ünvanlara baxış keçirmədiyini, addəyişmə olan ünvanla abonentin qeydiyyat ünvanının fərqli olmasına diqqət etmədiyini bildirmişdir.

59. Məhkəmə onu da qeyd edir ki, mülki iş materiallarında olan X2 Istismarı Idarəsində ##.##.2025-ci il tarixdə keçirilmiş iclasın protokolunda Insan Resursları şöbəsinin insan resursları üzrə mütəxəssisi Sevda Nəcəfovanın çıxışından iddiaçı İddiaçı ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən “töhmət” intizam tənbehi ilə cəzalandırıldığı müəyyən olur.

60. Əmək Məcəlləsinin 72 ci maddəsinin e) bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

61. Odur ki, hazırkı halda iddiaçının əmək funksiyasının tələblərini pozduğuna görə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin ##.##.2025-ci il tarixli əmri qanuni və əsaslı olmuşdur. Əmr qanunvericiliyin tələblərinə uyğundur, əmrin qəbul edilməsi zamanı hər hansı pozuntuya yol verilməmiş, qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:.

65. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

67. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar