Məhkəmə qərarları › İş №2(3-6)-1663/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1663/2026

30.06.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1663/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi (maraqlı şəxs3və maraqlı şəxs4maraqlı şəxslər qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə, maraqlı şəxs maraqlı şəxs2 nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, ərizəçi Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və maraqlı şəxs4maraqlı şəxslər qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları

1. Ərizəçi ## ######## 1956-cı il tarixində anadan olmuşdur.

2. ## ####### 1972-ci il tarixdə verilmiş əmək kitabçasına əsasən müəyyən olunur ki, 1956-cı il təvəllüdlü X9 ## ### 2003-cü il tarixdə ** nömrəli əmrlə xxxx şirkətinə fəhlə qəbul edilmiş, ## ###### 2005-ci il tarixdə ** nömrəli əmrlə müqavilə müddətinin bitməsini nəzərə alaraq tutduğu vəzifədən azad edilmişdir.

3. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X9 ## #### 1978-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Apayeva soyadı verilmişdir.

4. “xxxx” Şirkəti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi haqqında müəssisəyə təqdim edilən yazılı müarciət araşdırılmış, aparılan yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən şəxsə dair məlumatların dəqiqləşdirilməsi üçün tələb olunan hər hansı sənəd və arxiv materialı qurumda mövcud deyildir.

5. ******* nömrəli “Pensiya hesablanması üçün əmək haqqı barədə” arayışın surətindən görünür ki, əmək haqqının aylar üzrə məbləği 280 manat, işçinin adı hissəsində X5 qeyd edilmiş, idarə rəhbəri, baş mühasib tərəfindən imzalanmış, müəssisə tərəfindən möhürlə təsdiqlənmişdir.

6. maraqlı şəxs2 tərəfindən verilən ##.##.2024-cü il tarixli məktubd qeyd oldunmuşdur ki, xidməti yoxlama zamanı müəyyən pensiya işinə daxıl olan xxxx-yə məxsus 2003-2005-ci iləri əhatə edən əməkhaqqı arayışında əmək haqqı alınması qeyd olunsa da, həmin dövr üzrə əmək fəaliyyətinin olması əmək kitabçasının surətində əks olunmamışdır, həmçinin sözügedən əmək haqqı arayışında soyad “Alpanova” qeyd edilmişdir.

7. maraqlı şəxs2 tərəfindən verilən ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ##.##.2007-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiya təyin edilmişdir, xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, pensiya işinə daxil olan 2003-2005-ci iləri əhatə edən əməkhaqqı arayışında əməkhaqqı alınması qeyd olunsa da, həmin dövr üzrə əmək fəaliyyətinin olması əmək kitabçasının surətində əks olunmamışdır, həmçinin sözügedən əməkhaqqı arayışında soyad "Alpanova” qeyd edilmişdir, bu səbəbdən Qanunun 39.1-ci maddəsinə əsasən ##.##.2021-ci ıl tarixindən ##.##.2024-cü ıl tarixinədək əmək pensiyanızın aylıq məbləğində artiqödəmə müəyyən edilmişdir, Inzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. qeyd olunanları nəzərə alaraq, ona vaxtı ilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibatı icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “Inzibatı icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş taktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün ##.##.2024-cü il tarixində dəvət məktubu göndərilmiş və ##.## 2024-cü ıl tarixində saat 11:45-də Bakı şəhəri, H.Zərdabi küçəsi. 80 ünvanında yerləşən X6 Fondunun Inzibati binasına gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunmuşdur, ##.##.2024-cü ıl tarixində siz Fondda qəbulda olmuş və əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin yenidən hesablanmış əmək pensiyanızdan hər ay tutulmaqla Fondur büdcəsinə geri qaytarılmasına razılıq verməmisiniz, pensiya işı qovluğunuzda oları sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ##.##.2006-cı il tarixinədək 20 il 6 ay 17 gün sığorta stajınız əsasında pensiyanız məbləği yenidən hesablanaraq ##.##.2021-ci il tarixindən 259,78 manat müəyyən edilmişdir, Qanunun 29 1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə. həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyqun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir, qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərok ## ##.2022-ci il tarixirdən 268,62 manata çatdırılmışdır. Qanuna ## ##.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022 ci ıl üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023 cü il yanvarın 1 don onların əmək pensiyalarının tərkibinə daxıl edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır,qeyd olunanları nəzərə alaraq əmək pensiyanızın məbləği 01.01,2023-cu il tarixindən Qanunun 264cü maddəsinə əsasən 286,28 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən indeksləşdirilərək həmin tarixdən 327,22 manata. ##.##.2024-cü il tarixindən 363,86 manata çatdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək “xxxx” Şirkəti tərəfindən verilmiş pensiya hesablanması üçün əmək haqqı barədə arayışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən Ərizəçi # ######## 2007-ci il tarixindən orta aylıq əməkhaqqı əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Flialının (bundan sonra Filial) direktorunun 3-17-1/2-A- ******/**** nömrəli ## ###### 2024-cü ili tarixli məktubuna əsasən ərizəçi sözügedən filiala dəvət edilərək vaxtı ilə çalışdığı “xxxx”yə məxsus 2003-2005-ci illəri əhatə edən əmək fəaliyyətinin olması barədə əmək kitabçasının surətində qeyd edilməməsi (nöqsan aradan qaldırıldı) və ərizəçiyə verilən əməkhaqqı arayışında soyadı səhvən “Apayeva” əvəzinə "Alpanova" kimi qeyd edilməsi bildirilmişdir. Filial tərəfindən "xxxx" şirkətinə müvafiq sorğu göndərilmiş və ziyarət edildikdən sonra məlum oldu ki, qeyd edilən illərə dair arxiv sənədləri qanunvericiliyə əsasən məhv edilib. Qeyd edilənlərə baxmayaraq Filialın nümayəndəsi ərizəçiyə, əməkhaqqı arayışının dəyişdirilmədiyi halda, pensiyasının növbət; aydan kəsiləcəyi və minimuma endiriləcəyi bildirdi. 2025-ci ilin yanvar ayının pensiyası minimuma endirilərək ödənildi. Filial direktorunun *-**-*/*- A****/**** nömrəli ## ###### 2025-ci ili tarixli məktubuna əsasən əmək fəaliyyətinin olması barədə əmək kitabçasının surətində qeyd edilməməsi (halbuki filialın əməkdaşı şəxsən surəti çıxararaq işə tikmişdir) və əməkhaqqı arayışında soyadı səhvən qeyd edilməsi bildirilərək onun əmək pensiyası əsassız olaraq minimuma endirilməsi barədə qərar qəbul edildi. Bu yanışlıq ərizəçinin gündəlik fəaliyyətinə və yaşayışına əhəmiyyətli dərəcədə mənfi təsir edir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ərizə təmin edilərək, “xxxx” Şirkəti tərəfindən verilmiş pensiya hesablanması üçün əmək haqqı barədə arayaşın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması qət edilmişdir.

11. Qətnamənin əsaslarına görə, qeyd edilən faktın müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malkidir, lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən müddəalara əsasən hüquqi əhəmiyyəti olan faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün əsasən 2 şərt tələb olunur: birincisi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi onu irəli sürən şəxs üçün hüquqi nəticələr yaratmış olsun, yəni şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə nəticələnsin, ikincisi, tələbi irəli sürən şəxsin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən kənar başqa qaydada əldə edə bilməsin (yaxud hüquqi əhəmiyyəti olan faktla bağlı müvafiq sənədi başqa qaydada ala bilməsin). Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi Ərizəçi ##.##.1956-cı il tarixdə anadan olmuşdur. ##.##.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, 1956-cı il təvəllüdlü X9 ##.##.2003-cü il tarixdə ** nömrəli əmrlə xxxx şirkətinə fəhlə qəbul edilmiş, ##.##.2005-ci il tarixdə ** nömrəli əmrlə müqavilə müddətinin bitməsini nəzərə alaraq tutduğu vəzifədən azad edilmişdir. Həmin əmək kitabçasında qeyd edilmişdir ki, işçi nikaha daxil olduqdan sonra soyadı Apaeva olaraq dəyişdirilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X9 ##.##.1978-ci il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Apayeva soyadı verilmişdir. Bu hal ərizəçinin hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab etmişdir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, “xxxx” Şirkəti tərəfindən verilmiş pensiya hesablanması üçün əmək haqqı barədə arayaşın Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki,göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin olunaraq müəyyən edilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5, 307.2.11, 308, 311-ci maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli, ** saylı Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

13. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Qeyd olunan normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Bu müddəalar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (## ##### 2019-cu il, ** saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyənedildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Lakin hazırki işdə məhkəmə işi araşdıran zaman şahid ifadələrinə yer verməmiş, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almağının mümkün olmadığı qənaətinə gələrək ərizəni təmin etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən ərizənin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli, *** №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Normaların məzmunundan görünür ki, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Lakin hazırki iş üzrə ümumiyyətlə şahidlər çağırılmamış, şahid ifadələrinə yer verilmədən işin halları araşdırılaraq ərizə təmin edilmişdir. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iş üzrə obyektiv və ədalətli qətnamə qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmiş, ümumiyyətlə hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə obyektiv və ədalətli qətnamə qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmiş, ümumiyyətlə hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş və ərizəçinin dəlillərinə düzgün münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin qeyd olunan normalarının və beynəlxalq hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. Qeyd olunan hallar birmənalı şəkildə barəsində şikayət olunan qətnamənin ləğv edilməsi üçün ciddi əsaslardır. Göründüyü kimi şahid ifadələrinə yer verilmədən işin hallarının araşdırılaraq ərizə təmin edilməsi qanunvericilik normalarına zidd olmuşdur.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Əmək Məcəlləsi (## #### 2024-cü il tarixə kimi olan redaksiya): Maddə 87.1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” (## ### 2025-ci il tarixə kimi qüvvədə olmuşdur): 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia).

18. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarı: “1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Itən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. ... 6. MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.”

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.4. Işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

21. Bu şərtlər üzrə araşdırma aparan məhkəmə kollegiyası qeyd edir ki, 1-ci şərt mövcuddur, yəni, şəxsin sənəddə göstərilən soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı ilə fərqlidir.

22. 2-ci şərtə münasibətdə ilkin olaraq qeyd olunmalıdır ki, ərizəçinin özünə məxsus olması tələb etdiyi sənəd əmək haqqı barədə arayışdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, əmək haqqı barədə arayış hüquq müəyyənedici sənəd hesab oluna bilməz. Belə ki, şəxsin hazırkı faktın müəyyən olunmasında məqsədi əmək stajı düzgün hesablanmaqla pensiya təminatından istifadə etməsidir.

24. Ərizəçiyə pensiyanın təyin olunduğu dövrdə qüvvədə olan Əmək Məcəlləsinin 87.1ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

25. Eyni müddəa ## ### 2025-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 1.1-ci bəndində də aşağıdakı məzmunda qeyd olunmuşdur: “Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.”

26. Yuxarıda qeyd olunan plenum qərarının 1.3-cü bəndində xüsusilə vurğulanmışdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.

27. Bundan başqa plenum qərarının 6.1-ci bəndində qeyd olunur ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.

28. Lakin iddiaçının təsdiq olunmasını tələb etdiyi sənəd müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olmur. Əgər əmək kitabçasında olan məlumatlarla şəxsiyyəti təsdiq edən sənəddə olan məlumatlar arasında uyğunsuzluq olsa idi, bu halda fakt müəyyən oluna bilərdi. Çünki, yuxarıda qeyd olunduğu kimi ərizəçiyə pensiya hüququnu verən sənəd məhz əmək kitabçasıdır.

29. Hazırkı situasiyada əgər ərizəçinin şəxsiyyətini təsdiq edən məlumatlarla pensiya hüququ verən əmək kitabçasında olan arasında uyğunsuzluq yoxdursa və pensiyanı təyin edən orqan arayışda hər hansı bir hərf səhvinə görə pensiyanın məbləğinin azaldılması qənaəətinə gəlirsə, bu zaman ərizəçinin həmin orqanın hərəkətlərini inzibati qaydada mübahisələndirmək hüququ vardır və bununla bağlı ərizəçiyə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

30. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və maraqlı şəxs4maraqlı şəxslər qismində cəlb edilməklə) hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar