Məhkəmə qərarları › İş №2(3-6)-1675/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1675/2026

18.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1675/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndələri X12, X5 və X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı töhmət əmrinin ləğv edilməsi və əsassız məhrum olduğu mükafat məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-102) **/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı töhmət əmrinin ləğv edilməsi və əsassız məhrum olduğu mükafat məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş "İddiaçı barəsində intizam tənbehi tədbirinin tətbiqi haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*-k-**/**** saylı əmrin ləğv edilməsi və əsassız olaraq məhrum olduğu, dövlət qulluqçularına dekabr ayı və sonrakı aylar üzrə ödənilən kollektiv mükafat məbləğinin işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1999-cu ildən 2006-cı ilə qədər Mədəniyyət Nazirliyinin Goranboy rayon Mədəniyyət şöbəsində abidə mühafizəçisi, 2006-cı ildən 2017-ci ilə qədər Mədəniyyət və Turizm Nazirliyinin Goranboy rayon şöbəsində, 2017-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Goranboy rayonu üzrə abidə mühafizəçisi, 2018-ci ildən 2020-ci ilə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Goranboy rayonu üzrə abidə mühafizəçisi, 2021-ci il fevral ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsində baş mütəxəssis (abidə mühafizəçisi) vəzifəsində çalışır. ##.##.2021-ci ildə daimi dövlət qulluğuna qəbul edilmişdir. İşə qəbul olunduğu tarixdən hazırkı vaxtadək öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir və o, işində heç bir nöqsana yol verməmişdir. Öz vəzifə funksiyalarını yerinə yetirərkən qanunvericiliyin tələblərinə, idarənin əsasnaməsinə, daxili intizam qaydalarına əməl etmişdir. Uzun illərdir bu vəzifədə çalışdığına görə ixtisaslı kadr olaraq bu sahədə kifayət qədər təcrübəyə malikdir. Bu sahə üzrə 3 dəfə kurs keçmişdir. Lakin öz işini peşəkarlıqla yerinə yetirməyi nədənsə Gəncə Regional İdarəsinin rəhbərliyini narahat edir. Belə ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi, rəis vəzifəsini icra edən Xəlil İbrahimov tərəfindən ona qarşı qərəzli yanaşma mövcuddur. 2025-ci ildə isə Xəlil İbrahimov tərəfindən ona qarşı qərəzli yanaşma halları və əsassız ittihamların sayı çoxalmış, işçi kimi hüquqları kobud şəkildə pozulmuşdur. ##.##.2025-ci il tarixdə “Goranboy rayonunda yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin baş mütəxəssislər (abidə mühafizəçiləri) üzrə bölgü siyahısı”na əsasən onun nəzarətində olan bir sıra abidələrin bölgü siyahısından əsassız olaraq kənarlaşdırılmışdır.O, nəzarətində olan abidələrin siyahısından kənarlaşdırılmasına öz etirazını bildirmişdir. Həmin gün xəstə olduğundan və onun üstünə çox gəlindiyindən özünü pis hiss etdiyi üçün inzibati binanı məcburi olaraq tərk etmişdir. Bundan sonra ##.##.2025-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi, rəis İbrahimov Xəlil Əsəd oğlu, aparıcı məsləhətçisi X6, Goranboy rayonu üzrə baş mütəxəssisləri (abidə mühafizəçiləri) X10, X9, X7 iştirakları ilə tam əsassız akt tərtib olunmuş və həmin aktda qeyd edilmişdir ki, guya ki, “mən özümü çox kobud apararaq etik qaydalara zidd hərəkətlərlə siyahının tərtib olunmasına maneələr yaratmışam, əməkdaşların şəxsiyyətinə toxunan ifadələr işlətmişəm, hədələmişəm. Ulu Öndərin müqəddəs ruhunu öz məqsədlərim üçün bayağı və yersiz olaraq istifadə etmişəm, nümayişkaranə şəkildə keçirilən iclası təhqiramiz şəkildə tərk etmişəm". Qeyd edir ki, bütün bunların hamısı yalandır, əsassızdır və ona qarşı qurulmuş oyunun bir hissəsidir. O, yalnız abidə bölgüsünə öz etirazını bildirmişdir, heç kəsin şəxsiyyətinə toxunan ifadələr işlətməmişdir, etik qaydaları pozmamışdır. Həmin aktda qeyd edilmişdir ki, guya ki, o, etik davranış qaydalarını pozmuşdur. Lakin əksinə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi, rəis İbrahimov Xəlil Əsəd oğlu tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsindən görünür ki: 4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur. 4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər-hansı digər birliyə mənsubiyyətinə görə hər-hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən, dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır. O, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin baş məsləhətçisi, rəis İbrahimov Xəlil Əsəd oğlunun ona qarşı qərəzli münasibəti və yol verdiyi hüquq pozuntuları ilə bağlı öz şikayətlərini Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə bildirsə də, heç bir nəticəsi olmamışdır. O, xəstəliyi ilə əlaqədar əməliyyat olunması üçün ##.##.2025-ci ildən ##.##.2025-ci ilədək bülletendə olmuşdur. Bununla bağlı əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət üçün xəstəlik vərəqi də təqdim edir. ##.##.2025-ci il tarixdə onun istifadəsində olan telefon nömrəsinin “Whatsapp” sosial internet şəbəkəsinə ona töhmət verilməsi ilə bağlı əmrin şəkli göndərilmişdir. Qeyd edir ki, həmin gün əməliyyatdan yenicə çıxmışdır. Onun barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Şəbinə Hacıyevə tərəfindən verilən ##.##.2025-ci il tarixli *-**-*/*-*-k-**/**** saylı əmrdə qeyd edilir ki, “Xidməti işinə məsuliyyətsiz yanaşaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etdiyinə və daha əvvəl də xəbərdarlıq aldığına görə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Goranboy rayonu üzrə baş mütəxəssisi (abidə mühafizəçisi) yardımçı dövlət qulluqçusu İddiaçı töhmət verilsin”. Onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli *-**-*/*- *-k-**/**** saylı əmri tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Şəbinə Hacıyevə tərəfindən verilən bu əmr Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, o, öz işinə heç vaxt məsuliyyətsiz yanaşmamışdır, əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etməmişdir və bununla bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsində işçiyə intizam tənbehi verilməsi şərtləri aşağıdakı kimi göstərilmişdir: 1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 2.İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. ##.##.2025-ci il tarixdə o, işdə olduğu vaxt ona hər hansı intizam tənbehi verilməsi ilə bağlı heç bir xəbərdarlıq və ya məlumat verilməmişdir. O, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində, yəni ##.##.2025-ci il tarixdə onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli qanunsuz əmr “Whatsapp” vasitəsilə ona göndərilmişdir. Göründüyü kimi Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinin tələbi ilə qanunla qadağan olunmuş müddətdə, yəni, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində barəsində intizam tənbehi verilmişdir. Bu da azmış kimi, işəgötürən həmin əmri qəbul edildiyi vaxtdan əvvəlki tarixə, yəni ##.##.2025-ci il tarixə rəsmiləşdirmişdir. Halbuki, həmin əmr ##.##.2025-ci il tarixdə qəbul edilmiş olsa idi, o, həmin əmrlə tanış olmalı idi və əmrin bir surəti ona təqdim edilməli idi. İşəgötürən bununla da kifayətlənməyərək Konstitusiyanın, digər qanunvericilik aktlarının, o cümlədən, Əmək Məcəlləsinin normalarını kobud şəkildə pozaraq barəsində qəbul edilmiş əmrin surətini rəsmi qaydada yox, “Whatsapp” vasitəsilə ona göndərmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Şəbinə Hacıyevə tərəfindən barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli 3-24-1 /3-3-k- **/**** saylı əmrin surəti hələ də rəsmi olaraq ona təqdim edilməmişdir. Yuxarıda sadaladıqlarından açıq şəkildə görünür ki, barəsində intizam tənbehinin verilməsi ilə bağlı qəbul edilmiş ##.##.2025-ci il tarixli əmr ona qarşı qərəzli münasibətin nəticəsidir. Həmçinin, işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli 3-24-1 /*-*-k-**/**** saylı əmr qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-*-k-**/**** saylı əmr qanunsuz və əsassız hesab olunmaqla ləğv edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnaməyə əsasən, dövlət qulluqçuları olaraq ona qanunvericiliklə müəyyən edilmiş milli bayram günləri və digər əlamətdar hadisələrlə əlaqədar hər il üçün kollektiv mükafat verilir. Ona əsassız və qanunsuz verilmiş töhmətlə əlaqədar dekabr ayında təqdim edilən mükafatdan məhrum olmuşdur. Odur ki, əsassız məhrum olduğu mükafat məbləğinin də işəgötürən tərəfindən ona ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva tərəfindən qəbul edilmiş "İddiaçı barəsində intizam tənbehi tədbirinin tətbiqi haqqında” ##.##.2025-ci il tarixli *-**-*/*-*-k-**/**** saylı əmrin ləğv edilməsi və əsassız olaraq məhrum olduğu, dövlət qulluqçularına dekabr ayı və sonrakı aylar üzrə ödənilən kollektiv mükafat məbləğinin işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-102) **/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən iddiaçı İddiaçı barəsində töhmət verilməsinə dair qəbul edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*-k-***** nömrəli əmrin ləğv edilməsi və dövlət qulluqçularına dekabr ayı və sonrakı aylar üzrə ödənilən kollektiv mükafat məbləğinin işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin Baş mütəxəssis (adibə mühafizəçisi) vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir (bənd 1.2). Bu əmək müqaviləsi müddətsiz bağlanılır (bənd 2.1). Dövlət qulluçusu ##.##.2021-ci il tarixdən qulluq vəzifəsinin icrasına başlayır (bənd 2.2). Bundan başqa iş materiallarından görünür ki, iddiaçı xidməti işinə məsuliyyətsiz yanaşaraq əmək müqaviləsi ilə müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməkdən imtina etdiyinə və daha əvvəl də xəbərdarlıq aldığına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli *-**- */*-*-k-**/**** saylı əmri ilə iddiaçı barəsində intizam tənbehi kimi töhmət verilmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı uzun müddət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Goranboy rayonu üzrə abidə mühafizəçisi, 2021-ci ilin fevral ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsində baş mütəxəssis (abidə mühafizəçisi) vəzifəsində daimi dövlət qulluğu ilə işləyir. İddiaçı dövlət qulluqçusu statusundadır. Hazırda iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-*-k-**/**** saylı əmri tamamilə qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli, ## ##### 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd) Göründüyü kimi Plenum qərarında əks edilmiş mövqeyə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1 və 33.2-ci maddələrinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli qərarının 15.4-cü bəndinə görə, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyəttabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı hazırki tələbini məhz inzibati icraat qaydasında mübahisələndirilməli olduğu halda iddia ərizəsi ümumi məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi isə hazırki iddia tələbinə mülki qaydada baxılması yol verilməz olduğu halda mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Göründüyü kimi Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır. Bu baxımdan şəxs istənilən sənədin, aktın, iradə ifadəsinin deyil, məhz onun hüquqlarına və ya qanunla qorunan mənafeyinə təsir edən, özü-özlüyündə hüquqi nəticələrə səbəb olan bu cür hüquqi faktların etibarsızlığı barədə iddia qaldırdıqda həmin iddia mümkün hesab edilə və məhkəmədə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin təmin edilməklə qətnamə ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə Kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.8-ci maddəsinə görə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 261, 264, 387.2.8 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı “töhmət əmrinin ləğv edilməsi və əsassız məhrum olduğu mükafat məbləğinin ödənilməsi” öhdəliyinin qoyulması barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar