Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-169/2026 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-28/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Şirkəti cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0.06 ha torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə gedən yolda quraşdırılmış dəmir darvazanın və yolda inşa edilmiş yarım tiklilərin sökülərək ərazinin boşaldılmasının cavadehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, Bakı İnzibati Məhkəməsinin icraatında olan, qeyd olunan inzibati işlər üzrə yekün məhkəmə qərarı qəbul edilənədək icraatda olan e-2(001)- 28/2025 saylı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş 0,06 ha ölçüdə olan "torpaq sahəsinə gedən yolda quraşdırılmış dəmir darvazanın və yolda inşa edilmiş yarımtikililərin sökülərək ərazinin boşaldılmasının ona həvalə edilməsinə” dair qətnamə çıxarılması barədə tələbinə dair hal-hazırda e-2(001)-28/2025 saylı mülki iş icraatdadır. Qeyd edir ki, icraatda olan mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən 600 kv/m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarış və Plan-ölçüdə sözügedən mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisi kimi qeyd olunmuş İddiaçı əvvəl adına Çıxarış və Plan-ölçü verilmiş şəxs İddiaçı qardaşı X3 adına verilmiş dövlət hüquqların qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və plan ölçünün verilməsində əsası olmuş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına olan JN - 30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli Şəhadətnamə”də əks olunan torpaq sahəsinin səhfən və yaxud bilərəkdən onun torpaq sahəsinin üzərinə sürüşdürülməsi müəyyən edilmişdir. Bununla əlaqədar bildirir ki, icraatda olan mülki iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən ona məxsus, onun istifadəsində və mülkiyyətində olan, “Fərdi yaşayış evinin tikintisi üçün 600 kv/m torpaq sahəsinin satılmaqla mülkiyyətinə verilməsi barədə Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17 aprel 2006-cı il tarixli 08/57 saylı Qərarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən tərtib edilmiş və Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin daimi komissiyasının üzvünün imzası ilə təsdiqlənmiş ilkin yerləşmə sxemində, cizgisində göstərilən ona "Fərdi yaşayış evinin tikintisi üçün 600 kv/m torpaq sahəsinin satılmaqla mülkiyyətinə verilməsi barədə Binəqədi rayonunun Xocəsən Bələdiyyəsinin 08/57 saylı 17 aprel 2006-cı il tarixli qərarına əlavə edilmiş, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin daimi komissiyasının üzvünün imzası ilə təsdiqlənmiş ilkin yerləşmə sxemində, cizgisində əks olunmuş onun “Fərdi yaşayış evinin tikintisi üçün 600 kv/m torpaq sahəsinin satılmaqla mülkiyyətinə verilməsi barədə Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 17 aprel 2006-cı il tarixli 08/54 saylı Qərarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən tərtib edilmiş və Bakı şəhəri, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin daimi komissiyasının üzvünün imzası ilə təsdiqlənmiş ilkin yerləşmə sxemində, cizgisində göstərilən X3 adına "Fərdi yaşayış evinin tikintisi üçün 600 kv/m torpaq sahəsinin satılmaqla mülkiyyətinə verilməsi barədə Binəqədi rayonunun Xocəsən Bələdiyyəsinin 08/54 saylı 17 aprel 2006-cı il tarixli qərarına əlavə edilmiş ilkin yerləşmə sxemində, cizgisində göstərilən torpaq sahəsi tam fərqli, başqa yerdə yerləşdiyi halda, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən səhfən və yaxud bilərəkdən başqasının, onun tərəfindən 2004-2005-ci illərdən mişar daşı ilə hasara alınmış, içərisində ev və müxtəlif tikililər olan, 2004-2005-2006-cı illərdən etibarən hazırki vaxtadək ona məxsus torpaq sahəsinin üzərinə X3 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən səhfən və yaxud bilərəkdən və yaxud sonradan keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məqsədli şəkildə əllərində olan baza məlumatlarında saxtakarlıq edilməklə məqsədli şəkildə sürüşdürülərək 2004-2005-2006-сı illərdən etibarən hazırki vaxtadək ona məxsus torpaq sahəsinin üzərinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş "Fərdi yaşayış evinin tikintisi təyinatı ilə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının torpağın mülkiyyətə verilməsinə dair X3 adına olan JN - 30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli Şəhadətnamə"nin ləğv edilməsi barədə onun tərəfindən Bakı İnzibati Məhkəməsinə 26 noyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edilmişdir və həmin iddia ərizəsinə baxılması ilə bağlı 2-1(112)-19395/2025 saylı inzibati iş hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Bundan əlavə, icraatda olan sözügedən mülki iş üzrə mübahisəli torpaq sahəsinə dair İddiaçı əvvəl adına Çıxarış və plan-ölçü verilmiş şəxs olan X3 adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınması üçün əsas olmuş 1 saylı predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən ərazisində, Motodrom yaşayış massivində yerləşən fərdi evin tikintisi təyinatı ilə onun mülkiyyət hüquqlarının “Torpağın Mülkiyyətə verilməsi"nə dair 0,06 ha adına verilmiş JN - 30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli şəhadətnamə olmuş və həmin JN - 30159H KOD 0 ******* saylı 05 may 2006-c il tarixli Şəhadətnamə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması üçün əsas olmuş 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)- 2098/2017 saylı qərarının ləğv edilməsi, onun həmin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və hazırki işin mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə verilmişdir və həmin ərizəyə baxılması ilə bağlı 2-1(81)-2098/2017 saylı inzibati iş hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Hesab edir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair Bakı İnzibati məhkəməsinin icraatında olan və onun tərəfindən verilmiş iddia ərizəsi üzrə icraata qəbul edilmiş inzibati işlərə baxılaraq, yekun məhkəmə qərarları qəbul edilənədək, icraatzda olan hazırki mülki iş üzrə icaat dayandırılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-28/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Şirkəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma, inşa edilmiş tikililərin sökülməsi və ərazinin boşaldılması” tələbinə dair mülki iş üzrə icraatın Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-19395/2025 saylı və 2-1(81)-2098/2017 saylı işlər həll edilənə qədər dayandırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prossual Məcəllənin 170.1, 170.2, 254.1.4, 255, 261.0.1— 261.0.3, 261.0.6—261.0.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ərizəyə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2- 1(112)-19395/2025 saylı sərəncamından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respuplikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "şəhadətnamənin ləğv olunması” tələbinə dair işin hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2026-cı il tarixə (saat 09:40) təyin edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(81)- 2098/2017 saylı bildirişindən görünür ki, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə baxılmaqdadır. Məhkəmə Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)- 19395/2025 saylı və 2- 1(81)-2098/2017 saylı işlərin olmasını nəzərə alaraq hesab edir ki, həmin işlər həll edilməyincə hazırki mülki işə baxmaq mümkün deyil və buna görə də cavabdehin vəsatəti təmin edilməli və mülki iş üzrə icraat dayandırılmalıdır Apellyasiya şikayətinin, ona qarşı etirazın dəlilləri, məhkəmənin mövqeyi: İddiaçı qərardaddan şikayət verərək Binəqədi Rayon Məhkəməsinin e-2(001)-28/2025 nörəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş "Fərdi yaşayış evinin tikintisi təyinatı ilə mülkiyyətində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının torpağın mülkiyyətə verilməsinə dair X3 adına olan JN - 30160H KOD 00101036 saylı 05 may 2006-cı il tarixli Şəhadətnamə"nin ləğv edilməsi barədə iş üzrə cavadeh Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinə 26 noyabr 2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət edilmişdir. Həmin iddia ərizəsinə baxılması ilə bağlı 2-1(112)-19395/2025 saylı inzibati iş hal-hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Belə ki, həmin işin nəticəsi hazırkı iş üzrə məhkəmənin işə baxmasına heç bir mane yaratmır.Nəticədə məhkəmə normanı düzgün tətbiq etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-28/2025 saylı işi üzrə xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətə dair yazılı etiraz ərizəsini təqdim etmiş və şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-28/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa Məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir”. Həmin qərarda vurğulanmışdır ki: X2 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyriməcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 254-258,267-269, 371, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və subyektiv mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bu baxımdan prosessual qanunvericiliyə əsasən şikayət verən tərəf dayandırılmanın zəruri olmadığına dair dayanıqlı və sübutedici istinadlar təqdim etmədən ümumi mülahizələr yürütmüşdür. Halbuki, hazırki mülki işə inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan (qeyd edilən) iş həll edilməyincə işə baxmaq mümkün deyildir və bunun əksini iddiaçı sübuta yetirə bilməmişdir. Diqqətə çatdırılmalıdır ki, icraatın dayandırılması üçün əsaslar aradan qalxdıqdan sonra birinci instansiya məhkəməsi tərəfindən icraatın təzələnməsi məsələsinə baxılması mümkündür. Bunun üçün isə iddiaçının mötəbər sübutedici dəlillərlə əsaslandırılmış müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-28/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(3-6)-169/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-169/2026
26.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver