Məhkəmə qərarları › İş №2(3-6)-1705/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1705/2026

20.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1705/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı İddiaçı Əliəkbər oğlunun, Müstəqil tələb irəli sürən üçüncü şəxs Hüquqi varis iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 Əliəkbər oğluna, cavabdeh3 İkram qızına, cavabdeh2 və X2 qarşı “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hüquqi varis (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Əliəkbər oğlunun hüquqi varisi) İddiaçı, cavabdeh4 Əliəkbər oğluna, cavabdeh3 İkram qızına, cavabdeh2 və X2 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 Əliəkbər oğlu, cavabdeh3 İkram qızı, X3 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv m torpaq sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxarılmalarını, ona vurduqları 15000,0 maddi zərərin, 5000,0 manat mənəvi zərərin, 25000,0 əldən çıxmış faydanın və 30,0 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, 2(003)- **/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Hüquqi varis ərizə təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadından şikayət vermişdir. Bu səbəbdən qərardaddan verilən şikayətə baxılması üçün mülki iş materiallarının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı İddiaçı Əliəkbər oğlu vəsatətə etiraz etdiyini bildirmişdir. Cavabdehlər cavabdeh4 Əliəkbər oğlu, cavabdeh3 İkram qızı, cavabdeh2 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs Hüquqi varis tərəfindən təqdim edilən ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüquqi varis verdiyi şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Əliəkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüquqi varis şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Əliəkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar