Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1707/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı işi üzrə Açar sözlər: (“əmrin ləğv edilməsi və işə bərpa“) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi vəkil vəkil1, nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC Qərb RETSİ X3 tərəfindən verilmiş ## ### 2025-ci il tarixli əmrin ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh Cavabdeh ASC-nin iddiaçı İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə ## ### 2025-ci il tarixli əmrinin ləğv edilməsinə, iddiaçı İddiaçı Cavabdeh ASC-nin Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödəniməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə cavabdeh xxxx Qərb RETSİ X3ndə nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. İşlədiyi dövrdə əmək müqaviləsində üzərinə düşən vəzifələri müqavilədə göstərilən şərtlərə uyğun yerinə yetirmişdir. Onun barəsində Tovuz Rayon Məhkəməsində ## ### 2025-ci il tarixdə qərar çıxarılmış və 30 gün inzibati həbs verilmişdir. İnzibati xəta fəaliyyət göstərdiyi iş yerində və iş vaxtında baş verməmişdir. Belə halda o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad oluna bilməz. Cavabdeh təşkilat qeyd etdiyi maddə ilə işdən onu çıxarmışdır. İşdən azad olunsa da, işdən çıxarılma barədə əmrin surəti ona verilməmişdir. Hesab edir ki, işdən çıxarılma barədə əmr düzgün çıxarılmamış və həmin əmr ləğv olunmalıdır. Belə ki, inzibati xətanı iş yerində törətməmişdir. İşdə olmadığı dövrdə törədilmişdir. Ərizəsi əsasında da işdən azad oluna bilərdi. ## ### 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunması ilə razı deyil və həmin Məcəllənin qeyd etdiyi bəndlə işdən azad olunması qanunla düzgün deyil. Həmin əmr ləğv olunduqdan sonra könüllü olaraq öz ərizəsi əsasında işdən azad olması barədə ərizə verəcəkdir. İş vaxtı kobud pozuntuya yol verməmiş və 30 gün işdə olmamağının səbəbi isə üzürlü səbəbdir. Belə ki, barəsində inzibati həbs seçilmişdir və həbsdə olduğu dövürdə onun işə çıxmağı qeyr-mümkündür. Əslində o, müddətli əmək müqaviləsi bağlamış və müqavilə başa çatandan sonra da əmək müqaviləsinə xitam verilə bilərdi.
2. Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X1 ərizə verərək göstərmişdir ki, hazırkı iddia tələbi üzrə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir. Belə ki, Cavabdeh ASCnin ##.##.2025-ci il tarixli əmri ilə “Qərb” RETSİ-nin X3 nəzarətçi mühəndis çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh ASC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə tərəfindən xitam verlməsi səbəbindən son-haqq hesabı ödənilmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə ilkin mediasiya sesiyasında iştirak etmək üçün müraciət etmiş, ##.##.2025-ci il tarixdə Tovuz * saylı Mediasiya Təşkilatında ilkin sessiyası keçirilmiş və iddiaçıya Cavabdeh ASC-nin iştirak etməməsi barədə ##.##.2025-ci il tarixli MŞQ/MT***/****-**** saylı arayış verilmişdir. Həmin mediasiya sənədindən də görünür ki, iddiaçının Cavabdeh ASC ilə arasında olan əmək müqaviləsinə ##.##.2025-ci il tarixli əmrlə xitam verilmiş, lakin iddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MMnin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı "işə bərpa və s." tələbinə dair iddia müddəti şamil edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq hazırkı iş üzrə iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Cavabdeh ASC-nin k/**-***** saylı ##.##.2025-ci il tarixli əmrinə əsasən İddiaçı Qərb RETSİ-nin X3 Enerji Satış şöbəsində 2 həftə sınaq müddəti ilə nəzarətçi mühəndis vəzifəsinə təyin olunması, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 690 manat müəyyən müəyyən edilməsi əmr edilmişdir; - Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Qərb RETSİ-nin X3 Enerji Satış şöbəsində nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixədək müəyyən olunmuşdur; - İddiaçı əmək kitabçasının surətinə əsasən o, ##.##.2025-ci il tarixdə cavabdeh xxxx Qərb RETSİ X3ndə nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir; - Tovuz Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutuimuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 gün müddətinə inzibati qaydada həbs edilməsi və inzibati qaydada həbs etmənin əvvəli ## ### 2025-ci il tarixdən saat 18:30dan hesablanması qərara alınmışdır; - Cavabdeh ASC-nin k/**-***** saylı ##.##.2025-ci il tarixli əmrinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixindən xitam verilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (##.##.2025- ##.##.2025-ci iş ilinə görə 6 t/g) ödənilməsi təmin edilməsi əmr edilmişdir; - Cavabdeh ASCnin İddiaçı ünvanladığı məktuba əsasən onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Son haqq hesabı və əmək kitabçasını götürmək üçün Səhmdar Cəmiyyətin Qərb X6 və Satışı İdarəsinin Kadrlar üzrə aparıcı mütəxəssisinə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir; - Cavabdeh ASC-nin Qərb RETSİ-nin hüquqi rəyinə əsasən Qərb RETSl-nin X3 rəisi N.Mənsimov regionun rəhbərliyinə təqdim etdiyi xidməti məlumatında göstərmişdir ki, Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı əmək müqaviləsi ile nəzərdə tutulmuş vəzifə öhdəliklərini yerinə yetirməmiş, heç bir üzrlü səbəb olmadan iş yerinə gəlmədiyini göstərmişdi. Belə ki, aparılan araşdırma zamanı Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı heç bir üzrlü səbəb olmadan davamiyyət jurnalına qol çəkmədiyi və xidməti ərazisində olmadığı aşkar olunaraq barəsində akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən əmək funksiyalarını tam və düzgün yerinə yetirmədiyinə görə X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı oğiu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edir; - Cavabdeh ASC-nin Qərb RETSİ-nin X3 ##.##.2025-ci il tarixli aktına əsasən Tovuz EŞnin ESŞ-nin nəzarətçi mühəndisi İddiaçı ##.##.2025-cü il tarixdə saat 14:00~dan sonra işə gəlməmiş və xidməti sahəsində olmamışdır; - Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Birliyinin ##.##.2025-ci il tarixli qərarına əsasən Qərb RETSİ-nin X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı haqqında işlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə Həmkarlar İttifatı Birliyi etiraz etmir; - ##.##.2025-ci il tarixli mediasiya arayışına əsasən, ##.##.2025-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh ASC-nin nümayəndəsi iştirak etməmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-cı il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Əmək Məcəlləsinin 68, 70, 71, 72, 296; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı tərəfindən müddət ötürülməmiş, əmək müqaviləsinə xitam verildiyi ##.##.2025-ci il tarixdə iddiaçı inzibati həbsdə olmuş, yalnız azadlığa çıxdıqdan sonra barəsində müvafiq əmrin verilməsindən məlumatlı olmuşdur. Həmin tarixdən hesablandıqda, iddiaçının iddia müddətini ötürmədiyi müəyyən olunur. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, onunla işəgötürən arasında mövcud olan etimadı tam aradan qaldırmasa da, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir. Normanın məzmunundan da görünür ki, həmin şərtlər Məcəllənin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar Əmək Məcəlləsinin 72-ci maddəsində sadalamışdır. Onlardan biri də “a” bəndində nəzərdə tutulan, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halıdır. Beləliklə, sözügedən iki əsasın bir-birindən mahiyyət etibarilə fərqli olması, bu əsaslara dair norma və müddəaların qanunverici tərəfindən də müvafiq fərqləndirmə aparılmaqla nəzərdə tutulması belə qənaətə gəlməyə əsas verir ki, onlara münasibətdə eyni yanaşma, yəni Əmək Məcəlləsinin 72-ci maddəsində açıqlanan hallara da 71-ci maddənin 2-ci hissəsinin tətbiqi doğru deyil. Əks yanaşma, bu əsasların fərqləndirilməsini (o cümlədən əmək vəzifələrinin kobud pozulması hallarının ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmasını) mənasız edərdi. Odur ki, işçi, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulardan birini törətdikdə işəgötürən, əmək müqaviləsini 70-ci maddənin “ç” bəndinə əsasən ləğv edə bilər. Bu zaman o, 71-ci maddənin 2-ci hissəsindəki şərtləri sübut etməyə borclu deyil. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçının iş saatı 08:00-dan 17:00-dək müəyyən olunmuşdur. Verilmiş ##.##.2025-ci il tarixli əmrdən və həmin əmrin verilməsinə əsas olan sənədlərdən isə görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə saat 14:00-dan sonra iş yerini məlumat vermədən tərk etmişdir. İddiaçının işdə olmamasının səbəbi kimi inzibati həbsə məruz qalması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında həbs etmənin əvvəlinin ##.##.2025-ci il tarixdən saat 18:30-dan hesablandığı göstərilmişdir. Cavabdeh təşkilat təqdim edilmiş sənədlərdə isə onun saat 14:00-dan sonra işə gəlməməsi göstərilmiş və bu hal Tovuz EŞ-nin ESŞ-nin əməkdaşları tərəfindən aktla rəsmiləşdirilmişdir. İddiaçı tərəf əsassız olaraq işdən azad edildiyini qeyd etsə də, qeyd edilən hal öz təsdiqini məhkəmə araşdırması zamanı tapmamışdır, işəgötürən isə işçinin işdən azad olunmasına əsas olmuş sübutlarını məhkəməyə təqdim etmiş və məhkəmə araşdırması zamanı həmin sübutlar tədqiq edilmişdir. Məhkəmə qeyd edir ki, məhz sözügedən kobud pozuntu ilə bağlı tərtib edilmiş aktda qeyd olunan və iddiaçı tərəfindən əksi sübuta yetirilə bilməyən səbəblərdən, cavabdeh Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Belə olan halda, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə hesab edir ki, işəgötürən işçi (iddiaçı) ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin özündə ehtiva etdiyi qanunvericiliyin müəyyən etdiyi qaydalara riayət etmiş və işəgötürən tərəfindən Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edərkən bu Məcəllənin 71, 80, 84, 187 və 189-cu maddəsinin tələblərinə ciddi əməl edildiyindən, həmçinin iddiaçı barəsində görülən tədbirlər və qəbul edilmiş əmr və qərarların ləğv edilməsi üçün əsasların olmaması iddia tələbinin rədd edilməsinə əsasdır. İddia üzrə irəli sürülmüş “məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və gecikmə faizlərinin ödənilməsi” tələblərinin “işə bərpa” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilibedilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət Azərbaycan Respubliklası Əmək Məcəlləsinin 70; Mülki Prosessual Məcəllənin 9.1-ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas olmamışdır. Belə ki, iddiaçının ## ### 2025-ci il tarixdə saat 18:30-da tutulması faktı onu göstərir ki, o, məhz iş vaxtının başa çatmasından sonra tutulmuşdur. İddiaçı məhkəmə iclaslarında da bildirmişdir ki, bir qayda olaraq onun iş vaxtı saat 17:00-da bitirdi. Bu isə əmrdə göstərilən iddiaçının heç bir üzrlü səbəb olmadan və rəsmi sənəd təqdim etmədən ## ### 2025-ci il tarixdə heç kimə məlumat vermədən xidmət etdiyi ərazini tərk etməsi faktı ilə üst-üstə düşmür. Bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsində həmin əsasla 70-ci maddəsinin “ç” bəndilə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin iddiaçının 30 gün müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəlinin ## ### 2025-ci il tarixdən saat 18:30-dan hesablanması onu göstərir ki, sonrakı günlərdə işə gəlməməsi obyektiv səbəbdən üzrlü olmuş, onun əlindən mobil telefonun alınması səbəbindən heç kəsə məlumat verə bilməmişdir. Məhz buna görə iddiaçı ilə əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən isə heç bir üzrlü səbəb olmadan müəssisənin rəhbərliyinə məlumat verməyərək işə gəlməməsi səbəbi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində həmin əsasla 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi əsassız olmuşdur. Məhkəmə araşdırması zamanı məlum olur ki, iddiaçının ## ### 2025-ci il tarixdə və ondan sonrakı günlərdə işdə olmaması üzrlü olmuşdur. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı İddiaçı izahat verərək bildirdi ki, martın əvvəlindən işə başlamışdır, əmri isə ## #### 2025-ci ildə verilib. İş saat 8 də başlayırdı, o, 8-ə qalmış işə gedirdi. Gedib imza atır, sonra isə əraziyə çıxırdı. Ərazisində barəsində bir dəfə belə abonent şikayəti olmamışdır. İş saatı 5-də bitirdi, o isə daha çox– saat 7-8-ə kimi işləyirdi. Aylıq sərfiyyat 10-12 min olmalıdı. Amma onda həmişə 15-18 min olurdu. İclasları olurdu, iclaslarda bir dəfə belə problemi olmamışdır. Mayın 26-sı axşam radələrində, müdir müavini Fərdan müəllim zəng etmişdir ki, müdir səni çağırır. O da bildirmişdir ki, iş saatı bitib, yemək yeməyib, sabah idarəyə gələndə danışar. Fərdan müəllim Tovuz rayonunda satış rəisidir. Fərdan müəllim ona demişdir ki, “təcili gəlməlisən, taksiyə min gəl”. Əli idarəyə getdikdə, orada R və R rütbəsində olan şəxsləri görmüşdür. Ona dedilər ki, “polis idarəsindən səni çağırırlar. Blogger şəkilləri göstərəcəklər, sən əvvəl blogger fəaliyyəti ilə məşğul olmusan deyə tanıyarsan”. O da razılaşdı, onu sıravi avtomobillə apardılar. İçəriyə daxil olandan sonra bir saat ağzını bağlı saxladılar, sonra isə təzyiqlər etməyə başladılar. Onu təhdid etdilər, dedilər ki, atanın maşınına narkotik atıb sizi ailəlikcə tutduracayıq. Axırda ona izahat yazdırdılar. Guya o, Semizavud qəsəbəsində ucadan nalayiq söz işlətmişdir. 27 mayda isə onu arxa qapıdan məhkəməyə apardılar. Atası ilə danışmağa icazə vermədilər. 2 telefonu var idi, hər ikisində olan sosial media hesablarını ələ keçiriblər. ## ### 2025-ci ildə məhkəməsi oldu, hakim qərar çıxardı ki, ona polisə müqavimət göstərdiyinə görə inzibati xəta olaraq 30 saatlıq həbs verildi. Onu 2 nəfərlik saxlama məntəqəsində saxlayıblar, ailəsi ilə danışmağa da icazə verməmişlər. 30 gün tamam oldu, ## #### 2025-ci ildə saat 7-də həbsdən çıxmışdır. Məhkəmənin iddiaçı tərəfindən müddətin ötürülməməsi mövqeyi ilə razıdır. Lakin məhkəmə “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin”ə istinad etmiş, cavabdehin əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamasını bildirsə də, bu mövqeylə məhkəmə özü cavabdeh kimi davranaraq sanki onun yerinə müqaviləyə xitam verilməsi üçün yeni əsas fikirləşərək iddianın rədd olunması üçün yeni hal ortaya atmışdır. Mövqeyini sadəcə Cavabdeh ASC-nin Qərb RETSİ-nin X3 ##.##.2025-ci il tarixli aktında göstərilən Tovuz EŞnin ESŞ-nin nəzarətçi mühəndisi İddiaçı ##.##.2025-cü il tarixdə saat 14:00~dan sonra işə gəlməməsi və xidməti sahəsində olmamasına dair məlumata əsaslandırmışdır. İddiaçının ərazini məlumat vermədən tərk etdiyini iddia edən cavabdeh bunun hansı səbəbə baş verdiyi halı araşdırmalı, iddiaçıdan izahat almalı idi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ümumiyyətlə iddiaçının əvvəllər əmək intizamını və ya müəssisə daxili intizam qaydalarını da pozmamış, barəsində töhmət, sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət, cərimə kimi intizam təhbehləri tətbiq olunmamışdır. İş materillarından və məhkəmə araşdırmasından da göründüyü kimi iddiaçının işdən azad olunmasında 8 bəndin heç birinin olmaması və bu halın sübut olunmamasına baxmayaraq məhkəmə iddianı rədd etmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında həbs etmənin əvvəlinin ##.##.2025-ci il tarixdən saat 18:30-dan hesablandığı göstərilməsinə baxmayaraq, inzibati orqan kimi güclü olan Cavabdeh ASC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli akta sübut kimi qiymət vermiş, məhkəmə qərarı hakimin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmamaqla düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə nəticəyə gələrkən işin faktiki halları olan Tovuz Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qərarında həbs etmənin əvvəlinin ##.##.2025-ci il tarixdən saat 18:30-dan hesablanması ilə cavabdehin tərtib etdiyi aktda göstərilən “14:00-dan dan sonra işə gəlməməsi və xidməti sahəsində olmaması” arasındakı fərqləri aydınlaşdırmamışdır. İddia ərizəsindən, qətnamədən və məhkəmədə verilən izahatdan da göründüyü kimi iddiaçı inzibati həbsə məruz qalmasını onun gün ərzində işdə olmaması əsası ilə işdən azad olunmasıyla bağlı olduğunu bildirir. Çünki cavabdeh ##.##.2025-ci il tarixdə iddiaçının gün ərzində işdə olmamasını əsas gətirmişdir. Məhkəmədə verilən izahatda isə iddiaçı bildirmişdir ki, onu məhz işdən çıxandan sonra təxminən 18:00-dan sonra polis bölməsinə aparmışlar. Məhkəmənin isə cavabdeh tərəfindən təqdim edilən “sənədlər”ə istinad etməsi düzgün deyil, çünki Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında həbs etmənin əvvəlinin ##.##.2025-ci il tarixdən saat 18:30-dan hesablandığı göstərilməsi əksinə onu sübut edir ki, iddiaçı həmin vaxtadək işdə olmuşdur. Məhkəməyə təqdim edilən sənədi fiziki şəxs qarşısında inzibati orqan kimi güclü olan Cavabdeh ASC tərəfindən tərtib edilmişdir. Həmçinin iddiaçı izahatında bildirmişdir ki, cavabdeh orqanın əməkdaşları o həbsdə olarkən evlərinə gələrək anasına hansısa sənədə qol çəkməyə məcbur etsələr də, anası bilmədiyi sənədə qol çəkməkdən imtina etmişdir. Bu hal bir daha göstərir ki, cavabdeh orqan tərəfindən tərtib edilən sənədlərin mötəbərliyinə şübhə yaradır. Hətta bu hal baş versəydi belə, iddiaçının işdən azad olunması üçün əsas ola bilməzdi. Apellyasiya icraatında müəyyən edilən hallar
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, iddianın və şikayətin məzmununa uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmiş ki, iddiaçı gəncdir, əmək müqaviləsi müddətli əmək müqaviləsidir, onunla əmək münasibətlərinə müddətin bitməsi əsası ilə xitam verilməsini xahiş edir, çünki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam verilməsi onun gələcəkdə iş tapmasını xeyli çətinləşdirəcək, 3 saat işdə olmamasına görə bu maddə ilə işdən azad olunması ədalətli deyil.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı bildirmiş ki, gəncdir, 5ci kurs tələbəsidir. İş saatı 08:00-dan -17:00-dəkdir, onu isə iş vaxtından kənar saatda may ayının 26-sı 18:00 radələrində idarənin müdir müavini Fərdan müəllim çağırıb və ordan polislər onu götürüb bölməyə aparıblar, 30 sutka inzibati qaydada həbs olunub, polis bölməsində ona təzyiq göstərilib. Polis qərarında qeyd edilib ki, polisə müqavimət göstərib, lakin həmin vaxt o, Tovuz rayonunun Bozaqanlı kəndində olub, hər hansı şəkildə polisə müqaviməti olmayıb. Qorxduğu üçün polisin həmin qərarından şikayət verməyib.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etmiş, iddiaçını şərlədiklərini, onun belə bir hərəkətlərə yol vermədiyini bildirmişdir, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz etmiş, şikayətin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfə “xxxx” ASC direktorunun görüşünə getməsi barədə təklif etsə də, qarşı tərəf hər hansı hərəkət etməmişdir. Qeyd: mübahisənin barışıq yolu ilə həll edilməsi üçün vaxt verilmiş, lakin məlum olmuşdur ki, cavabdehin nümayəndəsinin onlara rəhbərliyin qəbulunda olması təklifi ilə razılaşmayan iddia tərəfi mübahisənin sözdə barışıqla həll edilməsi istəyinə rəğmən əməldə bu istəklə uzlaşan heç bir hərəkət etməmiş, yalnız formal olaraq barışıq sazişinin lahiyəsini elektron məhkəmə sisteminə yükləməklə kifayətlənmişdir. Apellyasiya baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 70. “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; 80. 1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. 80. 2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2025-ci il tarixindən xitam verilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (##.##.2025- ##.##.2025-ci iş ilinə görə 6 t/g) ödənilməsi təmin edilməsi əmr edilmiş və buna əsas iddiaçının təkcə “heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmə”xxxx “əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizam-intizam qaydalarının kobud şəkildə pozulması” olmuşdur. Diqqət çəkən məqam odur ki, tərəflər tam açıqlamasalar da, şəxsin inzibati həbs növündə saxlanılması halı onun strateji obyekt olan dövlətin enerji resursları sahəsində fəaliyyətinin intizamlı olmamasına işarə edən pərdəarxası haldır. Kollegiya hesab edir ki, iddiaçının polisə müqavimət göstərməsi özü-özlüyündə qeyd edilən təşkilatda fəaliyyətini müsbət səciyyələndirən hal deyildir. Bununla belə, iddiaçı bu əsaslardan çıxış etmədiyindən və cavabdeh də bu dəlilləri qabartmadığından bu halların birbaşa əmrin verilməsinə əsas kimi yox, sadəcə iddiaçının etik davranışına diqqətçəkən hal olaraq cavabdehin əlavə reaksiyası kimi qiymətləndirilməlidir.
15. İşin halları araşdırılarlkən müəyyən edilir ki, iddiaçı heç bir üzrlü səbəb olmadan və rəsmi sənəd təqdim etmədən ##.##.2025-ci il tarixdə heç kimə məlumat vermədən xidməti ərazini tərk etmiş və ##.##.2025-ci il tarixdən davamiyyət jurnalına qol çəkmədiyi və xidməti ərazisində olmadığı aşkar olunaraq barəsində aktlar tərtib edilmişdir. İddiaçı isə işə gəlməməsinin səbəbini onun barəsində inzibati həbs tətbiq edilməsi və telefonunun əlindən alınması səbəbindən işəgötürənə məlumat verə bilməməsi ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası qeyd edilən arqumentləri əsassız hesab edir və qeyd edir ki, şəxsin qanunazdidd hərəkətləri nəticəsində azadlıqdan məhrum edilməsi və bu səbəbdən işə gəlməməsi əmək qanunvericiliyi baxımdan üzrlü səbəb kimi xarakterizə olun bilməz. Əmək qanunvericiliyində üzrlü səbəb dedikdə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi və.s başa düşülür. Şəxsin törətdiyi xəta zəmnində həbs olunması isə subyektiv təqsirdən irəli gələn haldır və işəgötürən üçün üzrlü səbəb kimi qəbul edilə bilməz. İddiaçı özü birbaşa işəgötürənə məlumat verə bilməsə də, üçüncü şəxslər (ailə üzvləri və ya vəkili) vasitəsilə işəgötürəni obyektiv vəziyyətdən xəbərdar etmək üçün heç bir rəsmi addım atmamışdır. İşəgötürən işçinin harada olması barədə məlumatsız qalmış, bu isə müəssisənin normal iş ritminin pozulmasına səbəb ola bilən haldır.
16. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının ##.##.2025-ci il tarixində 14:00-dan sonra işdə olmaması faktı da özlüyündə intizam pozuntusudur və növbəti günlərdə davam edən tam iş günləri ilə birlikdə işəgötürənə əmək müqaviləsinə xitam vermək hüququnu formalaşdırır.
17. Belə olan halda işdən azad etmənin qanuniliyini və əsaslılığını şübhə altına alan hər hansı əsas müəyyən edilmir, əmr Əmək Məcəlləsinin müvafiq maddəsinə istinad edilməklə və işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilməzdən əvvəl həmkarlar ittifaqı orqanının razılığı alınmaqla, səlahiyyətli şəxs tərəfindən və müəyyən olunmuş qaydalara uyğun verilmişdir. Həmkarlar ittifaqı orqanının razılığı isə iclas protokolunun qərarı ilə təsdiq edilmişdir. Ümumiyyətlə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən qiymət verilən halları iddiaçı sual altında sadalamaqla faktları təkzib edən sübutlar təqdim etməmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmışdır.
19. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır.
20. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və subyektiv mülahizə səciyyə daşıyan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
21. Əssassız olduğundan apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” İnformasiya Sistemi ) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.