Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1711/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 mülki iş üzrə (Açar sözlər: tələb hüququ, əşya hüququ, mülkiyyətin müdafiəsi, sahibliyin müdafiəsi) Hakimlər Azad Nizam oğlu Imanov (sədrlik edən və məruzəçi), Ziya Allahverdi oğlu Şirinov və Rəşid Əfraim oğlu Səmədovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdehlər cavabdeh1 və cavabdeh3 iştirakları ilə, Işin halları
1. ünvan 2 7 ünvanında yerləşən mənzil “ünvan 1 Idarəsinin *** saylı orderlə iddiaçı İddiaçı adına rəsmiləşdirilmişdir.
2. Cavabdehlər Füzuli rayonundan məcburi köçkünlərdir; 3. *** saylı Mənzil Kommunal Istismar Sahəsi tərəfindən ## ### 2024-cü il tarixli akt tərtib edilmiş, aktda görə, Füzuli rayonundan məcburi köçkünlər dünən axşam Zahid Xəlilov küçəsi, məhəllə 570, ev 14, yataqxana, otaq 7 ünvanında yerləşən mənzilin qapısını qıraraq evi zəbt ediblər. Ona görə də təcili mənzil sahibinə, yəni İddiaçı qaytarılaraq, açar ona təhvil verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdehlərin ünvan 2 7 ünvanındakı mənzildən çıxarılması, evin ona təhvil verilməsi, cavabdehlər tərəfindən əmlaka daxil olmağına və sərbəst şəkildə istifadə etməyinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, 30 ildən çoxdur ki, məcburi köçkünlər həmin evdə yaşayırdılar. Bu günədək tələblərinin olmasına baxmayaraq ev ona təhvil verilməmişdir. Həmin şəxslər ##.##.2024-cü il tarixində öz torpaqlarına köçürülmüşlər. Bundan sonra ##.##.2024-cü il tarixdə qonşuluqda yaşayan digər məcburi köçkünlər, yəni cavabdehlər * saylı Xüsusi Təyinatlı Mənzil-X10 *** saylı Mənzil-Kommunal Istismar sahəsi tərəfindən mənzilin qapısına vurulmuş blombu qıraraq evə qanunsuz olaraq daxil olmuş və zəbt etmişlər.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, 2(004)- ****/** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim A.Sultanova-Məmmədova)
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
7. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilmsəi və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məcburi köçkün olaraq Bakı şəhəri, Yasamal rayonu, X.Xəlilov küçəsi, 570-ci məhəllədəki ** saylı yataqxana binasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yerləşdiriliblər. Ailə tərkibi 10 nəfərdir, kiçik otaqda yaşaması mümkünsüzdür. Yataqxananın 7-ci otağında başqa məcburi köçkün məskunlaşmışdı, həmin məcburi köçkünlər doğma yurdlarına köçürüldükdən sonra həmin otaq boşadılmışdır. Ailə tərkibi böyük olduğundan həmin otağa köçüblər. Daimi yurdu bərpa olunduqdan sonra müvəqqəti məskunlaşdıqları otaqdan köçəcəklər. Məhkəmə mübahisəli otağın dövlət mülkiyyətində olması, dövlət strukturu tərəfindən həmin otaqda məskunlaşdırılmağı faktını, onların mübahisəli otağa məcbur olaraq müvəqqəti köçməyi faktını aydınlaşdırmamışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər A.Isgəndərov - sədrlik edən və məruzəçi, S.Səlimova və M.Rüstəmlidən ibarət tərkibdə)
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 (İ),29.2, Mülki Məcəllənin 152.1, 152.5, 153.4, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Kassasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2025- ci il tarixli qətnaməsinin tamamilə ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayətində cavabdeh əlavə olaraq qeyd etmişdir ki, məhkəmələr tərəfindən dəlillər və sübutlar araşdırılmadan qəbul edilməməklə, cavabdehin хeyrinə оlan хüsusatlara əhəmiyyət verilməməklə, sübutlara və işin materiallarına, düzgün qiymət verilməməklə, tam, hərtərəfli və оbyektiv araşdırma aparılmamaqla işin ədalətli araşdırılması hüququ pоzulmuşdur.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X6) kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2025-ci il tarixli 2(103)- ****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
14. Kassasiya kollegiyası qeyd etmişdir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Hər iki instansiya məhkəməsi iddianı təmin edərkən tələbin qanuni əsası kimi Mülki Məcəllənin 152,157.2 və 157.4-cü maddələrinə istinad etmişlər. Həmin normalar mülkiyyət hüququnu, eləcə də öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur (§ 22-24). Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia təmin oluna bilməz. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr bu qaydada hüquqi dəyərləndirmə aparmamış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etməmişlər.
15. Kassasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iş materiallarından mübahisəli sahəyə dair iddiaçının adına rəsmiləşdirilmiş order olduğu görünür. Məhkəmələr order əldə etmiş iddiaçının sahənin mülkiyyətçisi kimi tanınmasının, həmin sənədin cavabdehlərə qarşı hazırkı tələbi irəli sürmək səlahiyyəti verməsinin hüquqi əsaslarını öz aktlarında göstərməmişlər. Order, bir qayda olaraq, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında müvafiq dövlət orqanının vətəndaşa verdiyi, yaşayış sahəsini icarə müqaviləsinin bağlanması və yaşayış sahəsinə köçmək üçün əsas olan sənəddir. Başqa sözlə, order sahibi aidiyyəti qurumla yaşayış sahəsinin icarə müqaviləsi bağlanmaq, belə müqavilə bağlandıqdan sonra icra müqaviləsindən irəli gələn hüquq münasibətlərində olmaq imkanı təmin edir. Müqavilə hüquq münasibətlərindən irəli gələn tələb hüququ isə yalnız kontrogentə qarşı irəli sürülə bilər. Icarə hüququnu həyata keçirən şəxs o zaman üçüncü şəxslərə qarşı iddia qaldıra bilər ki, həmin şəxslər artıq onun sahibliyində olan əşyadan istifadə etməsinə özbaşınalıqla maneçilik törətsin, yaxud onu əşyaya sahiblikdən özbaşına şəkildə məhrum etsinlər. Təbii ki, bu hallarda icarəçi, Mülki Məcəllənin 164.2-ci və 165.1-ci maddələrinə uyğun olaraq, sahibliyinin müdafiəsinə dair məhkəmədə iddia qaldıra bilər (§ 25-26). Məhkəmə isə həmin normalarda nəzərdə tutulan şərtlərin mövcudluğunu aşkar etdikdə iddianı təmin edə bilər. Hazırkı işdə iddianı təmin edən məhkəmələr nə iddiaçının mübahisəli yaşayış sahəsinin əvvəlki və ya mövcud sahibi olmasını əsaslandırmış, nə də yuxarıda göstərilən normalar əsasında hüquqi dəyərləndirmə aparmışlar. Yeri gəlmişkən, əşyanın sahibi (məsələn, balans saxlayıcı) və ya mülkiyyətçisi aydın məsələdir ki, sahibliyin və ya mülkiyyətin müdafiəsinə dair iddialar qaldırmaqla özabaşınalığın və ya mülkiyyət hüququnun pozuntusunun qarşısının alınmasını tələb edə bilər. Lakin hazırkı işdə iddianı yaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətçisi olan orqan qaldırmamışdır.
16. Kassasiya kollegiyası həmçinin qeyd etmişdir ki, dövlət mənzil fondunda orderlə yaşayan şəxslərin həmin yaşayış sahəsi üzərində xüsusi mülkiyyət əldə etmək imkanları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla tanınır. Təbii ki, bu halda orderə sahib olan şəxslərin gözlənilən mülkiyyətçi kimi qəbul edilməsi və bu səbəbdən Mülki Məcəllənin mülkiyyətin müdafiəsinə dair 157-ci maddəsinin onlara da tətbiq edilməsi mümkündür. Mülkiyyət hüququ isə tələb hüquqlarından fərqli olaraq, tam əşya hüququdur. Əşya hüquqları isə nəinki müqavilə tərəfinə, onu pozan hər şəxsə qarşı irəli sürülə bilər. Baxılan işdə mübahisəli yaşayış sahəsinin yerləşdiyi xüsusi təyinatlı binanın yataqxana olması haqqında məlumatlar mövcuddur. Buna baxmayaraq, məhkəmələr belə bir təyinatda olan yaşayış sahəsinə münasibətdə iddiaçının gözlənilən mülkiyyət hüquqlarının mövcud olub-olmadığını müəyyən etmədən Mülki Məcəllənin 157-ci maddəsi ilə iddianı təmin etmələri qanuni və əsaslı yanaşma hesab edilə bilməz.
17. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 164.2, 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1, 217.3, 416.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər cavabdeh1 və cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.
24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
29. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
30. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, həmçinin kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/** nömrəli qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) Iddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
36. Iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki işdə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
38. Belə ki, AR MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
39. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
41. Qeyd olunan normalar mülkiyyət hüququnu, eləcə də öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur (§ 22-24).
42. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır.
43. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar (və işin müəyyən edilən halları) göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia təmin oluna bilməz.
44. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bu qaydada hüquqi dəyərləndirmə aparmamış, normanın birinci dispozisiya şərtini - iddiaçının mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olduğunu müəyyən etməmişdir.
45. Belə ki, iş materiallarından mübahisəli sahəyə dair iddiaçının adına rəsmiləşdirilmiş order olduğu görünür.
46. Qeyd edilməlidir ki, order bir qayda olaraq, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında müvafiq dövlət orqanının vətəndaşa verdiyi, yaşayış sahəsini icarə müqaviləsinin bağlanması və yaşayış sahəsinə köçmək üçün əsas olan sənəddir. Order orderin sahibinin aidiyyəti qurumla yaşayış sahəsinin icarə müqaviləsi bağlamaq, belə müqavilə bağlandıqdan sonra icarə müqaviləsindən irəli gələn hüquq münasibətlərində olmaq imkanını təmin edir. Müqavilə hüquq münasibətlərindən irəli gələn tələb hüququ yalnız kontrogentə qarşı irəli sürülə bilər.
47. Icarə hüququnu həyata keçirən şəxs o zaman üçüncü şəxslərə qarşı iddia qaldıra bilər ki, həmin şəxslər artıq onun sahibliyində olan əşyadan istifadə etməsinə özbaşınalıqla maneçilik törətsin, yaxud onu əşyaya sahiblikdən özbaşına şəkildə məhrum etsinlər. Təbii ki, bu hallarda icarəçi, Mülki Məcəllənin 164.2-ci və 165.1-ci maddələrinə uyğun olaraq, sahibliyinin müdafiəsinə dair məhkəmədə iddia qaldıra bilər (§ 25-26). Məhkəmə isə həmin normalarda nəzərdə tutulan şərtlərin mövcudluğunu aşkar etdikdə iddianı təmin edə bilər.
48. Belə ki, iş materiallarından mübahisəli sahəyə dair iddiaçının adına rəsmiləşdirilmiş order olduğu görünür.
49. Kollegiya xüsusi olaraq qeyd edir ki, iddiaçının da bildirdiyi kimi, mübahisəli sahəyə dair order verilən andan iddiaçının yaşayış sahəsinə yiyələnməməsi işin mübahisəsiz halıdır.
50. Kassasiya kollegiyası qeyd etmişdir ki, əşyanın sahibi (məsələn, balans saxlayıcı) və ya mülkiyyətçisi aydın məsələdir ki, sahibliyin və ya mülkiyyətin müdafiəsinə dair iddialar qaldırmaqla özbaşınalığın və ya mülkiyyət hüququnun pozuntusunun qarşısının alınmasını tələb edə bilər. Lakin hazırkı işdə iddianı yaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətçisi olan orqan qaldırmamışdır.
51. Beləliklə məhkəmə kollegiyası kassasiya məhkəməsinin göstərişini nəzərə almaqla iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli yaşayış sahəsinin yerləşdiyi xüsusi təyinatlı binanın yataqxana olmaqla belə bir təyinatda olan yaşayış sahəsinə münasibətdə iddiaçının gözlənilən mülkiyyət hüquqlarının mövcud olub-olmadığını müəyyən etmədən Mülki Məcəllənin 157-ci maddəsi ilə iddianı təmin etməsi qanuni və əsaslı yanaşma hesab edilə bilməz. Buna görə də, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
54. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, hazırki halda iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, 2(004)- ****/** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia rədd edilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.