Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1716/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “əmlak üzrə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi” tələbinə dаir mülki iş üzrə (Açar sözlər: əmlak üzrə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X6 və X15 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili X3, Maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlunun, Maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlunun nümayəndəsi və vəkili vəkil3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə) “əmlak üzrə sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Ali Məhkəmənin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı əsasında mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi ** saylı ünvanda inşa edilmiş hündürmərtəbəli binanın 1-ci bloku 7-ci mərtəbəsində yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş 74 kv.m sahəsi olan bir otaqlı ** saylı mənzilin İddiaçı sahibliyi və istifadəsinə verilməklə ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış ** saylı, ## ###### 2020-ci il tarixli və ** saylı, ## ###### 2021-ci il tarixli müqavilələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi ** saylı ünvanda inşa edilmiş 6 bloklu hündürmərtəbəli evin 1-ci bloku, 7-ci mərtəbəsi 74 kv.m sahəsi olan ** saylı mənzili və adı çəkilən ünvanda yerləşən binanın 1-ci bloku 7-ci mərtəbəsində yerləşən 65 kv.m sahəsi olan ** saylı mənzilin tam dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı alınmışdır. Hazırda Cavabdeh MTK-nın rəhbərliyi barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanmış və səbəb isə Cavabdeh MTK tərəfindən bir mənzilin bir-neçə adama satılması əsas tutulur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddianın təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev ** saylı ünvanda inşa edilmiş hündürmərtəbəli binanın 1-ci bloku 7-ci mərtəbəsində yerləşən 74 kv.m sahəsi olan bir otaqlı ** saylı mənzilə iddiaçı İddiaçı sahiblik, istifadə hüququnun tanınması və həmin mənzilin cavabdeh Cavabdeh MTK tərəfindən iddiaçı İddiaçı təhvil verilməsi, cavabdeh Cavabdeh MTK-dan 100 manat dövlət rüsumunun iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ## ###### 2020-ci il tarixli, ** saylı müqavilədə tərəflər özlərini “alıcı” və “xxxx” qismində tanımışdır. İddiaçı və cavabdeh MTK arasında bağlanmış müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “alıcı”, Cavabdeh MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında tikilən yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 74 kv.m sahəsi olan 1 otaqlı mənzili almaq üçün “xxxx”ya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. Göründüyü kimi, İddiaçı tərəflər arasında ## ###### 2020ci il tarixli, ** saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında tikilən yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 74 kv.m sahəsi olan 1 otaqlı mənzili almış, mənzilin tam şəkildə dəyərini (74.000 manat) ödəmişdir. Müqavilənin 13- cü bəndində qeyd edilir ki, bina tikilib başa çatdıqdan və alıcı order aldıqdan sonra müqavilə öz qüvvəsini itirmiş hesab olunur və xxxxya geri qaytarılır. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı ## ###### 2020- ci il tarixli, ** saylı müqavilə üzrə öhdəliklərini tam icra edərək, mənzilin dəyərini tam şəkildə ödəmiş, cavabdeh MTK həmçinin müqavilə üzrə öhdəliklərini icra etməli və mənzili iddiaçıya təhvil verməlidir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
5. Maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin heç bir halda mübahisəli mənzilə dair başqa fiziki və hüquqi şəxslər ilə müqavilə bağlaması kimi hüququ olmayıb. X13 Xasay oğlu Cavabdeh Mənzil Tikinti Kooperativi ilə ## ### 2018-ci il tarixdə ** nömrəli müqavilə bağlayaraq cavabdeh tərəfindən inşa edilən Bakı şəhəri, Nərimanov rayonu, İ. Dadaşov küçəsi 57 ünvanında 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 7 mərtəbəsində 1 otaqlı 74 kvadrat metr təşkil edən ** nömrəli mənzilin alqı-satqısına dair müqavilə bağlamışlar. Cavabdeh Mənzil Tikinti Kooperativinin layihə smeta sənədlərinə tikdiyi yaşayış binasında bir otaqlı mənzilin hər kvadrat metr sahəsinin dəyəri 1300 manat, mənzilin ümumi dəyəri isə 96.200 manat müəyyən edilmişdir. X13 Xasay oğlu tərəfindən müqavilə üzrə nəzərdə tutulan 96.200 manat cavabdehin hesabına ödənilmişdir. ## ### 2022-ci il tarixdə X13 Xasay oğlu Bakı şəhəri, Nərimanov rayonu, İ. Dadaşov küçəsi 57 ünvanında 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 7 mərtəbəsində 1 otaqlı 74 kvadrat metr təşkil edən ** nömrəli mənzilə dair hüquqlarından iddiaçı İslamov Vidadinin xeyrinə imtina etmişdir. Bununla bağlı X13 Xasay oğlu Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri T.Məmmədovun adına ## ### 2022-ci il tarixdə ərizə yazmışdır. Elə həmin günü ## ### 2022-ci il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İslamov Vidadi Oruc oğlu arasında Bakı şəhəri, Nərimanov rayonu, İ. Dadaşov küçəsi 57 ünvanında 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1 blok 7 mərtəbəsində 1 otaqlı 74 kvadrat metr təşkil edən ** nömrəli mənzilin alqı-satqısına dair ** saylı müqavilə bağlamışlar. Həmin müqaviləyə görə də mənzilin hər kvadrat metri üçün 1300 manat, ümumilikdə isə 96.200 manat müəyyən edilmiş, pulun ödənilməsinə dair Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri tərəfindən iddiaçı İslamov Vidadinin adına maliyyə arayışı verilmişdir. Göründüyü kimi cavabdeh Cavabdeh MTK ilə iddiaçı İddiaçı arasında ## ###### 2020-ci il tarixdə ** saylı müqavilə bağlanarkən (müqavilənin həmin tarixdə bağlanmasına kifayət qədər şübhələr var) artıq həmin mənzil Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən X13 Xasay oğluna ## ### 2018-ci il tarixdə satılmışdır. Cavabdehin həmin mənzili yenidən satmaq kimi bir hüququ olmamışdır. İddiaçı və cavabdeh arasında bağlanan saziş tamamilə etibarsız və puç əqddir və onun məhkəmədə həmin mənzilin üzərində sahiblik və istifadə hüququnun tanınmasına dair subyektiv hüququ yoxdur.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının cavabdeh MTK-a qarşı “mənzilin təhvil verilməsi tələbi”nə dair iddia tələbi rədd edilmişdir.
8. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 57 ünvanında tikilən yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 74 kv.m sahəsi olan 1 otaqlı ** saylı mənzilə dair ## ### 2018-ci il tarixdə Cavabdeh MTK ilə Səfərov Vəliyyəddin Xasay oğlu arasında müqavilə bağlanmışdır. Məhkəmə tərəfindən ## ### 2018-ci il tarixli müqavilənin etibarsızlığı halları müəyyən edilməmişdir. Deməli, mübahisə predmeti olan mənzilə dair 2018-ci il tarixdə müqavilə bağlandığı halda yenidən həmin mənzilə dair iddiaçı ilə müqavilə bağlana bilməzdi. O cümlədən, müəyyən edildi ki, Səfərov Vəliyyəddin Xasay oğlu ##.##.2022-ci il tarixli ərizə ilə Cavabdeh MTK-nın sədri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müraciət edərək, mübahisə predmeti olan mənzildən imtina etdiyini, həmin mənzilin İslamov Vidadi Oruc oğlunun adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmiş, ##.##.2022-ci il tarixdə Cavabdeh MTK ilə İslamov Vidadi Oruc oğlu arasında mənzilə dair müqavilə bağlanmışdır. Mübahisə predmeti olan mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçının nümayəndəsi ## ###### 2024-cü il tarixli iclasda izahatında qeyd etmişdir ki, MTK tərəfindən iddiaçıya açar təhvil verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili də izahatında qeyd etmişdir ki, mənzil onlara təhvil verilməyib. Bundan başqa, məhkəmə kollegiyası iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X4, qətnamə ilə maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlunun nümayəndəsi və vəkili vəkil3 iştirakı ilə ##.##.2025-ci il tarixdə mübahisə predmeti olan mənzilə yerində müayinə keçirmişdir. Müayinə zamanı mənzilin qapısını İslamov Vidadi Oruc oğlunun nümayəndəsi açmış, mənzilin və ümumiyyətlə binanın hələ təmirsiz vəziyyətdə olduğu, mübahisə predmeti olan mənzilin isə hazırda İslamov Vidadi Oruc oğlunun faktiki sahibliyində olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
0 c) Kassasiya instansiyası məhkəməsindəki icraat: 1
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı i tarixli qərarına əsasən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ***/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlu məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
11. Maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlunun nümayəndəsi və vəkili vəkil3 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. İddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikasının Konstitusiyası:
-Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Maddə 113.2. Kooperativin yenidən təşkilinin və ləğvinin başqa əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Maddə 144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. Maddə 144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. Maddə 144-1.4. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. Maddə 144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. Maddə 144-1.6. Xeyrinə təminat qeydi aparılmış şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında üçüncü şəxsə ötürə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi, aparılmış təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olmuş həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və qətnamə maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlu tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. İddiaçı ilə cavabdeh MTK arasında bağlanılmış ## ###### 2020-ci il tarixli, ** saylı podrat müqaviləsinə əsasən, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 57 ünvanında tikiləcək 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində 74 kv.m sahəsi olan 1 otaqlı mənzili İddiaçı təhvil verməyi, iddiaçı isə 1 kv.m üçün 1000 manat olmaqla 74.000 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdəki maliyyə arayışına əsasən 74.000 manat ödənilmişdir. Müqavilədə mənzilin nömrəsi qeyd edilməmişdir.
22. Cavabdeh MTK ilə Səfərov Vəliyyəddin Xasay oğlu arasında bağlanmış ## ### 2018-ci il tarixli, ** saylı müqavilədə cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında tikiləcək yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 74 kv.m sahəsi olan 1 otaqlı ** saylı mənzili Səfərov Vəliyyəddin Xasay oğluna təhvil verməyi, Səfərov Vəliyyəddin Xasay oğlu isə 1 kv.m üçün 1300 manat olmaqla, 96.200 manat ödəməyi öhdəsinə götürmüşdür.
23. Səfərov Vəliyyəddin Xasay oğlu Cavabdeh MTK-nın sədri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ərizə ilə müraciət edərək, ## ### 2018-ci il tarixdə ** nömrəli müqavilə ilə 7-ci mərtəbə 74 kv.m, ** nömrəli mənzildən imtina etdiyini, həmin mənzilin İslamov Vidadi Oruc oğlunun adına sənədləşdirilməsinə etiraz etmədiyini, həmin mənzillə bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.
24. Cavabdeh MTK ilə İslamov Vidadi Oruc oğlu arasında ## ### 2022-ci il tarixli, ** saylı müqavilə imzalanmış, cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında tikilən yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 74 kv.m sahəsi olan 1 otaqlı ** saylı mənzili İslamov Vidadi Oruc oğluna təhvil verməyi öhdəsində götürmüşdür.
25. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin müstəntiqi tərəfindən tərtib edilmiş təqsirləndirilən şəxsin dindirilməsi protokolunda qeyd edilənlərə əsasən, müqavilələri Cavabdeh MTK-nın sədri kimi imzalamış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Azərbaycan Respublikası CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü maddələri (vəzifə saxtakarlığı) ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək MTK-nın Nofəl Hacıyevə məxsus olduğunu, onun formal olaraq MTK-nın təsisçisi və sədri olduğunu, 2022-ci ilin mart, aprel aylarında Nofəl Hacıyevin dəvəti ilə ofisə gedərək ifadədə qeyd edilən müqavilələri geri tarixlə (2018-ci il) rəsmiləşdirmişdir.
26. İşin halları ilə müəyyən edilir ki, İddiaçı ilə cavabdeh Cavabdeh MTK-arasında bağlanmış ## ###### 2020-ci il tarixli, ** saylı müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu İ.Dadaşov küçəsi ev ** saylı ünvanda inşa edilmiş hündürmərtəbəli binanın 1-ci bloku 7-ci mərtəbəsində yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş 74 kv.m sahəsi olan bir otaqlı ** saylı mənzili almış, mənzilin tam şəkildə dəyərini – 74.000 manat ödəmişdir. Həmçinin müəyyən edilir ki, mübahisə predmeti olan mənzillə bağlı Cavabdeh MTK ilə Səfərov Vəliyyəddin Xasay oğlu arasında imzalanmış ## ### 2018-ci il tarixli, ** saylı müqavilə mövcuddur. X14 Xasay oğlu tərəfindən mənzildən İslamov Vidadi Oruc oğlunun xeyrinə imtina edilmiş, Cavabdeh MTK ilə İslamov Vidadi Oruc oğlu arasında ## ### 2022-ci il tarixli, ** saylı müqavilə imzalanmışdır.
27. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən ## ###### 2020-ci il tarixli, ** saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 57 ünvanında tikilən yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən 74 kv.m sahəsi olan 1 otaqlı mənzilə onun sahiblik və istifadə hüququnun tanınmasını, o cümlədən həmin mənzilin ona təhvil verilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir.
29. Mülki Məcəllənin 144-1.4-cü maddəsinə əsasən bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. Məcəllənin 144- 1.5-ci maddəsinə əsasən bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir.
30. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (xxxx) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (xxxx) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, xxxx (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında xxxxya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (xxxxnın, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
31. Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
32. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbinin əsası kimi tərəflər arasında imzalanmış ## ###### 2020-ci il tarixli, ** saylı podrat müqaviləsinə istinad edir. Müqaviləyə əsasən “Alıcı” Cavabdeh MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi ev 57 ünvanında tikilən yaşayış binasının 1-ci blok, 7ci mərtəbəsində yerləşən 74 kv.m sahəsi olan 1 otaqlı mənzili almaq üçün “xxxx”ya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. Müqaviləyə əsasən Cavabdeh MTK-nın həmin ünvanda layihə smeta sənədlərinə əsasən tikdiyi yaşayış binasında 1 otaqlı mənzildə şərti qəbul edilmiş hər kv.m sahəsinin ilkin dəyəri 1000 manatdır. Bu müqavilənin ümumi məbləği 74.000 manat təşkil edir. Müqavilənin 13-cü bəndində qeyd edilir ki, bina tikilib başa çatdıqdan və alıcı order aldıqdan sonra müqavilə öz qüvvəsini itirmiş hesab olunur və xxxxya geri qaytarılır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda qiymət verilməli olan məsələ müqavilənin etibarlı əqd olub-olmaması, əqdin tələblərinin iddiaçı və cavabdeh tərəfindən yerinə yetirilib-yetirilməməsinin yoxlanılması ilə bağlıdır.
34. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
35. Hazırkı halda iddiaçı tərəfindən istinad olunan müqavilənin etibarlı olması üçün tələb olunan şərtlərə əməl edilmişdir. Belə ki, müqavilə səlahiyyətli şəxs tərəfindən tərtib edilmiş, müqavilənin forması və məzmunu ilə bağlı tələblərə əməl edilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, tərəflər müqaviləyə daxil olmaqla bağlı, həmçinin müqavilənin şərtləri ilə bağlı iradələrini sərbəst ifadə edərək müqavilənin şərtləri ilə razılığa gəlmişlər. Bu səbəbdən sözügedən müqavilə etibarlı əqd olaraq müqavilə ilə şərtləşdirilmiş hüquqi nəticələrin yaranmasına əsas hesab edilməlidir.
36. İşin hallarından görünür ki, müqavilə üzrə öhdəliklər sifarişçi - İddiaçı tərəfindən icra edilmiş, müqavilə üzrə şərtləşdirilmiş pul məbləği ödənilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş, mənzil iddiaçıya təhvil verilməmişdir. Müqavilə üzrə öhdəliklərin İddiaçı tərəfindən icra edilməsi işin mübahisələndirilməyən halıdır və iş materiallarında olan maliyyə arayışı ilə təsdiq edilir.
37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə tələblər İddiaçı tərəfindən yerinə yetirildiyi üçün, müqavilənin digər tərəfi Cavabdeh MTK tərəfindən üzərinə götürdüyü öhdəlik icra edilməli və mübahisə predmeti olan mənzil iddiaçıya təhvil verilməlidir.
38. Hazırkı iş üzrə mübahisə yuxarıda qeyd olunan mənzillə bağlı Cavabdeh MTK ilə Səfərov Vəliyyəddin Xasay oğlu arasında imzalanmış ## ### 2018-ci il tarixli, ** saylı müqavilənin olması ilə bağlıdır. X14 Xasay oğlu tərəfindən mənzildən İslamov Vidadi Oruc oğlunun xeyrinə imtina edilmiş, Cavabdeh MTK ilə İslamov Vidadi Oruc oğlu arasında ## ### 2022-ci il tarixli, ** saylı müqavilə imzalanmışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
40. Qanunverciliyin tələbindən göründüyü kimi, əmlakın təhvil verilməsi ilə bağlı mübahisələrdə üçüncü şəxslərin hüquqları əmlakın təhvil verilməsinə mane olursa öhdəliyin hansı kreditorun xeyrinə daha əvvəl yaranması müəyyən edilməlidir.
41. İş materiallarında olan və mübahisənin yaranmasına səbəb olan müqavilələr nəzərdən keçirildikdə müəyyən edilir ki, Səfərov Vəliyyəddin Xasay oğlu ilə bağlanmış müqavilə tarix etibarı ilə daha əvvəl 2018-ci ildə bağlanmışdır. (İddiaçı ilə müqavilə 2020-ci ildə bağlanmışdır) X7 Xasay oğlu mənzillə bağlı hüquqlarından İslamov Vidadi Oruc oğlunun xeyrinə imtina etmiş və İslamov Vidadi Oruc oğlu ilə MTK arasında ## ### 2022-ci il tarixdə müqavilə imzalanmışdır. Digər tərəfdən qeyd edilməlidir ki, İddiaçı ilə 2020-ci ildə mənzilin 1 kv.m üçün 1000 manat məbləği ilə razılığa gəlinsə də, Səfərov Vəliyyəddin Xasay oğlu ilə 2018-ci ildə mənzilin 1 kv.m üçün 1300 manat məbləğinə razılığa gəlinmişdir. Keçən 2 il müddət ərzində mənzilin 1 kv.m-nin dəyərinin bahalaşmaq əvəzinə ucuzlaşması müqavilənin tərtibi ilə bağlı sualların yaranmasına səbəb olur.
42. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı i tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi üçüncü şəxs tərəfindən təqdim edilmiş müqavilələrin cavabdeh MTK-nın sədri olmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 geri tarixlə tərtib etdiyi müqavilələrə aid olub-olmadığını araşdırarkən iş üzrə ekspertiza təyin etməklə kifayətlənmiş, iş materiallarına əlavə edilmiş sübutların əlaqəli şəkildə qiymətləndirilməsini həyata keçirməmişdir. MPM-nin 101.7-ci maddəsinin tələbinə əsasən ekspertin rəyi məhkəmə tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilməli olduğundan məhkəmə hər hansı əqdin etibarlı olub-olmadığını qiymətləndirərkən işdəki digər sübutları nəzərə almadan yalnız ekspert rəyinə əsaslana bilməz. Kollegiya qeyd edilənlərə əsasən hesab etmişdir ki, mübahisələndirilən qətnamə ləğv edilərək işə yenidən apellyasiya qaydasında baxılmalı və mübahisəyə obyektiv və qanunun tələblərinə uyğun hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət daşıyan aşağıdakı hallar araşdırılmalıdır: -Cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa etdiyi mənzillərin 2018-ci ildə 1 kv.m-nin dəyəri nə qədər olmuş və qiymət hansı tarixdən artaraq 1 kv.m üçün 1300 manat təşkil etmişdir- (İşin hallarına əsasən, iddiaçı ilə 2020-ci ildə bağlanmış müqavilədə mənzilin 1 kv.m-nin dəyəri 1000 manat qeyd edildiyi halda, Səfərov Vəliyyəddin Xasay oğlu ilə daha əvvəl-2018-ci ildə bağlanmış ## ### 2018-ci il tarixli müqavilədə mənzilin 1 kv.m-in dəyəri 1300 manat qeyd edilmiş və mənzil 4 ildən sonra (2022-ci ildə) eyni qiymətlə İslamov Vidadi Oruc oğlunun adına rəsmiləşdirilmişdir.) -Cavabdeh tərəfindən inşa edilmiş binada mənzillərin nömrələnməsi hansı tarixdə həyata keçirilmişdir? (İddiaçı ilə 2020-ci ildə bağlanmış müqavilədə mənzilin nömrəsi qeyd edilmədiyi halda Səfərov Vəliyyəddin Xasay oğlu ilə 2018-ci ildə bağlanmış müqavilədə mənzilin nömrəsinin 42 olduğu qeyd edilmişdir.) -Cavabdeh MTK-nın ofisi İslamov Vidadi Oruc oğlu ilə müqavilə bağlandığı 2022-ci ilin may ayında fəaliyyət göstərmişdirmi? (iş materiallarının 2-ci cildinin 171-174-cü vərəqlərinə əlavə edilmiş izahatlar, cinayət işi materiallarında olan yazılı sübutlar və tərəflərin izahatları əlaqəli şəkildə qiymətləndirilərək)
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
44. İşə təkrar apellyasiya instansiya məhkəməsində baxılması zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası məqsədilə Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında inşa edilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının mənzillərinin nömrələnməsinin hansı tarixdən etibarən həyata keçirilməsi, ##.##.2018-ci il tarixdə sözügedən binada mənzillərin 1 kv.m dəyərinin nə qədər olması, (iş materiallarında olan müqavilələrə əsasən) həmin binada mənzillərin 1 kv.m dəyərinin hansı tarixdən etibarən 1300 manat təşkil etməsi, (iş materiallarında olan müqavilələrə əsasən) 2022-ci ilin may ayında Cavabdeh MTK-nin ofisinin fəaliyyət göstəribgöstərməməsi barədə müvafiq məlumatların və ya həmin məlumatları təsdiq edən sənədlərin təqdim olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğu göndərilmişdir.
45. Həmçinin, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında inşa edilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının mənzillərinin nömrələnməsinin hansı tarixdən etibarən həyata keçirilməsi, ##.##.2018-ci il tarixdə sözügedən binada mənzillərin 1 kv.m hissəsinin dəyərinin nə qədər olması, həmin binada mənzillərin 1 kv.m hissəsinin dəyərinin hansı tarixdən etibarən 1300 manat təşkil etməsi, 2022-ci ilin may ayında Cavabdeh MTK-nin ofisinin fəaliyyət göstərib-göstərməməsi barədə müvafiq məlumatların təqdim edilməsi məqsədilə Cavabdeh Mənzil Tikinti Kooperativinə sorğu göndərilmişdir.
46. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən göndərilmiş ## ### 2026-cı il tarixli məktubda qeyd edilir ki, məhkəmənin icraatında olan Cavabdeh Mənzil Tikinti Kooperativinin məsul şəxsi X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 193-1.3.2, 308.2 və 313-cü, Cavabdeh Mənzil Tikinti Kooperativinin rəhbəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə və hüquqi şəxs - “xxxx’’ Mənzil Tikinti Kooperativinin barəsində Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair *(***)-***/**** nömrəli cinayət işi üzrə adları qeyd olunan İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və İslamov Vidadi Oruc oğlu adlı şəxslər zərərçəkmiş şəxs qismində tanınmamışlar. Məhkəmə araşdırılması zamanı Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında inşa edilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən mənzillərin 2018-2022-ci illər ərzində nömrələnməməsi, ## ### 2018-ci il tarixdə sözügedən blokda mənzillərin 1 kv.m. sahəsinin müxtəlif qiymətlərə satılması, həmçinin cinayət işinin başlanması nəzərə alınmaqla 2022-ci ilin may ayından Cavabdeh MTK-nın ofisinin fəaliyyət göstərməməsi müəyyən edilmişdir. Müraciətə əsasən cinayət işi üzrə sübutların qiymətləndirilməsi qərarı, ittiham aktı və qeyd olunan 7-ci mərtəbə üzrə bağlanmış bütün müqavilələrin surətləri məhkəməyə təqdim edilmişdir.
47. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən göndərilmiş ## ### 2026-cı il tarixli məktuba əlavə edilmiş müqavilələrdən görünür ki, “xxxx’’ Mənzil Tikinti Kooperativi ilə vətəndaşlarla bağlanmış müqavilələr 2018-ci ildə 1 kv.m 1400 manat, 1 kv.m 1333 manat, 1 kv.m 900 manat, 1 kv.m 1400 manat, 1 kv.m 1000 manat, 1 kv.m 1200 manat, 1 kv.m 1400 manat, 2019-cu ildə 1 kv.m 1170 manat, 2020-ci ildə 1 kv.m üçün 1100 manat, 1 kv.m üçün 1300 manat, 1 kv.m üçün 910 manat, 1 kv.m üçün 900 manat, 1 kv.m üçün 1050 manat, 2021-ci ildə 1 kv.m 960 manat, 2022-ci ildə 1 kv.m 1000 manat məbləğində razılığa gəlinmişdir.
48. Təqdim edilmiş müqavilələrdən görünür ki, mənzillərin 1 kv.m-nin qiyməti eyni ildə sabit məbləğdə olmamış, mənzillərin 1 kv.m. sahəsinin müxtəlif qiymətlərə satılması müəyyən edilmişdir. Bu səbəbdən mənzillərin qiyməti ilə bağlı hər hansı mühakimə yürüdülməsi mümkün olmamışdır.
49. İşin araşdırılmış hallarından müəyyən edildiyi kimi, İddiaçı ilə 2020-ci il tarixdə bağlanmış müqavilədə mənzilin nömrəsi göstərilmədiyi halda Cavabdeh MTK ilə Səfərov Vəliyyəddin Xasay oğlu arasında 2018-ci il tarixdə imzalanmış müqavilədə mənzilin nömrəsi qeyd edilmişdir. Lakin məhkəmənin sorğusuna əsasən əldə edilmiş məlumatlardan və müqavilələrin araşdırılmasından müəyyən edilir ki, 2018-2022-ci illər ərzində Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında inşa edilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən mənzillər nömrələnməmişdir. Belə olan halda Cavabdeh MTK ilə Səfərov Vəliyyəddin Xasay oğlu arasında imzalanmış müqavilənin etibarlı əqd olması ilə bağlı şübhələr yaranır.
50. Digər tərəfdən qeyd edilməlidir ki, işin hallarından və apellyator İslamov Vidadi Oruc oğlunun təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, Səfərov Vəliyyəddin Xasay oğlu tərəfindən Cavabdeh MTK-dan alınması ilə bağlı razılığa gəlinmiş mənzil sonradan İslamov Vidadi Oruc oğlunun xeyrinə imtina edilmiş və Cavabdeh MTK ilə İslamov Vidadi Oruc oğlu arasında ## ### 2022-ci il tarixdə müqavilə imzalanmışdır.
51. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlu izahatında bildirmişdir ki, mənzilə görə vəsait cavabdeh MTK-nın ofisində tərəfindən ödənilmiş, mənzilə dair sənədlər ona təhvil verilmişdir və həmin zaman ofis fəaliyyətdə idi. Mənzilin əldə edilməsi ilə bağlı müqavilə cavabdeh MTKnın ofisində bağlanılmış, cavabdeh MTK-nın ofisi 2022-ci ilin may, iyun, iyul aylarında fəaliyyətdə olmuşdur. Eyni binada yerləşən başqa 1 mənzilə dair onunla cavabdeh MTK arasında müqavilə bağlanılmışdır.
52. Lakin qeyd edilməlidir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən göndərilmiş ## ### 2026-cı il tarixli məktubda qeyd edilir ki, araşdırılmış cinayət işinin materiallarında 2022-ci ilin may ayından Cavabdeh MTK-nın ofisinin fəaliyyət göstərməməsi müəyyən edilir. Belə olan halda Cavabdeh MTK ilə İslamov Vidadi Oruc oğlu arasında imzalanmış ## ### 2022-ci il tarixli, ** saylı müqavilənin qeyd edilən tarixdə tərtib edilməsi şübhə yaradır.
53. İş materiallarının 2-ci cildində (i.v. 171) binanın komendantı tərəfindən verilmiş izahatda MTK-nın satış ofisinin 2022-ci ilin mart ayında bağlanması qeyd edilir.
54. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq qeyd edir ki, hazırkı halda Səfərov Vəliyyəddin Xasay oğlu ilə Cavabdeh MTK arasında imzalanmış müqavilənin iddiaçıdan daha əvvəl, müqavilədə göstərildiyini kimi 2018-ci il tarixdə bağlanması, həmçinin Cavabdeh MTK ilə İslamov Vidadi Oruc oğlu arasında imzalanmış ## ### 2022-ci il tarixli, ** saylı müqavilənin etibarlı əqd olması iş materialları ilə öz təsdiqini tapmır, həmçinin bununla bağlı apellyator İslamov Vidadi Oruc oğlu tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir.
55. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuş, maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlunun apellyasiya şikayətində qeyd etdikləri dəlillər əsassızdır və bu dəlillər qətnamənin ləğvinə əsas ola bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün maraqlarına toxunan şəxs İslamov Vidadi Oruc oğlu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov