Məhkəmə qərarları › İş №2(3-6)-1731/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1731/2026

30.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1731/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundova Günay Təyar qızının sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli, qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh QSC-yə qarşı “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və əlavə iş saatlara görə pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə əlavə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh QSC-dən onun xeyrinə 17000 manat əsas borcun tutulması, ##.##.2025-ci il-##.##.2025-ci il müddətinə hesablanmış 4318 manat dəbbə pulunun cavabdehdən tutulması, ona dəymiş mənəvi ziyana görə cavabdehdən 10.000 manat məbləğin tutulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş bütün maddi və mənəvi zərərlərin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli, qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərcləri qismində dövlət rüsumunun Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 112 manat vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya icraatında olarkən məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı ərizə təqdim edərək hazırkı iş üzrə tərəflər arasında mübahisə ilə bağlı razılıq əldə edildiyini, bu səbəbdən məhkəməyə təqdim etdiyi iddiadan könüllü surətdə imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrinin, o cümlədən məhkəmənin iş üzrə icraata xitam verməsi və qanunvericiliklə nəzərdə tutulmuş digər nəticələrin ona izah edildiyini və aydın olmasını bildirmiş, iddiadan imtinasının qəbul edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı iddiadan imtina etdiyini bildirdi və bununla bağlı ərizəni məhkəməyə təqdim etdi. Izahatında cavabdehlə aralarında barışıq əldə edildiyini, ona müəyyən məbləğdə ödəniş edildiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəflər arasında barışıq əldə edildiyini bildirərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı tərəfin iddiadan imtinası qəbul olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. Iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli, qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, iddiaçı bu qəbildən olan tələb üzrə dövlət rüsumu ödəməkdən azad olduğu üçün iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqat dəyəri dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar