Məhkəmə qərarları › İş №2(3-6)-1768/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1768/2026

12.05.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1768/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddianın təmini tədbirinin ləğv edilməsinə dair ərizəsi ilə bağlı iş üzrə (açar sözlər: iddianın təmini tədbirinin ləğv edilməsinə dair) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat Ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M evin * saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, **M saylı evin * saylı mənzilinə dair Cavabdeh Mənzil Tikinti Kooperativi ilə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ##.##.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə şərtinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən pay haqqı tam olaraq ödənilmişdir. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, 13 M saylı evin 1-ci giriş, 3-cü mərtəbə, * saylı, 1 otaqlı (68,0 kv.metr) mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına keçirilmişdir. Uzun illərdir ki, qeyd olunan mənzildə ailəsi ilə birlikdə yaşayır. Mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədlərlə DƏDKR * saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən həmin idarənin ##.##.2024-cü il tarixli, ************ nömrəli məktubundan ona məlum olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı ilə mülkiyyətində və sahibliyində olan qeyd edilən mənzilin üzərinə həbs qoyulmuşdur. Belə ki, o, uzun illərdir ki, qeyd olunan mənzildə ailəsi ilə birlikdə yaşayır. Mənzilə dair bütün kommunal xidmətlər onun adınadır. Mənzilin ona aid olması faktını eyni zamanda MTK ilə aralarında bağlanmış müqavilə, maliyyə arayışı və protokoldan çıxarış təsdiq edir. Hazırda hesab edir ki, mülkiyyətidən maneəsiz istifadə hüququnu məhdudlaşdırdığı üçün yuxarıda qeyd edilən qərardad ləğv edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, **M saylı evin * saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ərizəni müdafiə edərək, bildirmişdir ki, iş üzrə iddiaçıya İsgəndərov Zöhrab Rəsul oğluna həmin binada digər ev verilmiş, bu mənzil isə Cavabdeh MTK tərəfindən ona satılmışdır. İş üzrə iddiaçı İsgəndərov Zöhrab Rəsul oğlu və cavabdeh Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cıil tarixli qərardadı ilə ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M evin * saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İsgəndərov Yaqub Zöhrab oğlunun cavabdeh Cavabdeh MTK-ya qarşı iddiası təmin edilərək, İsgəndərov Zöhrab Rəsul oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində 1-ci giriş, 4-cü mərtəbə, * saylı mənzilə sahiblik və istifadə hüququ tanınmış, onun və ailə üzvlərinın həmin mənzilə köçürülməsi və onların həmin mənzildə yaşamalarına və mənzildən istifadə etmələrinə cavabdeh "xxxx” MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və.s qət edilmişdir. Eyni zamanda, iş gedişatında həmin mənzilin özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh MTK-ya qadağan edilmişdir. Lakin, bu qadağaya baxmayaraq, Cavabdeh MTK həmin mənzili bir neçə dəfə, sonuncu dəfə isə ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına keçirmişdir. Halbuki, məhkəmənin qanuni qüvvəsini almış məhkəmənin qətnaməsi ilə həmin mənzilə iddiaçı İsgəndərov Zöhrab Rəsul oğlunun sahiblik və istifadə hüquqları tanınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi üzrə həbsin götürülməsi iddiaçı İsgəndərov Zöhrab Rəsul oğlunun hüquqlarını məhdudlaşdıra bilər. İddiaçı isə məhkəmə iclasına gəlməmiş və öz mülahizəsini bildirməmişdir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M evin * saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M evin * saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, **M saylı evin * saylı mənzilinə dair Cavabdeh Mənzil Tikin Kooperativi ilə iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında ##.##.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə şərtinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən pay haqqı tam olaraq ödənilmişdir. Müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yen Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı evin 1-ci giriş, 3-cü mərtəbə, * saylı, 1 otaqlı (68,0 kv.m) mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına keçirilmişdir. Uzun illərdir ki, qeyd olunan mənzildə ailəsilə birlikdə yaşayır. Mülkiyyət hüququnun qeydiyyata alınması üçün müvafiq sənədlərlə DƏDKR * saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən həmin idarənin ##.##.2024-cü il tarixli, ************ nömrəli məktubundan ona məlum olmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı ilə mülkiyyətində və sahibliyində olan qeyd edilən mənzilin üzərinə həbs qoyulmuşdur. Belə ki, o, uzun illərdir ki, qeyd olunan mənzildə ailəsi ilə birlikdə yaşayır. Mənzilə dair bütün kommunal xətlər onun adınadır. Mənzilin ona aid olması faktını eyni zamanda MTK ilə arasında bağlanmış müqavilə, maliyyə arayışı və protokoldan çıxarış təsdiq edir. Hazırda hesab edir ki, mülkiyyətində maneəsiz istifadə hüququnu məhdudlaşdırdığı üçün yuxarıda qeyd edilən qərardad ləğv edilməli və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, **M saylı evin * saylı mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, iddiaçı İsgəndərov Yaqub Zöhrab oğlu cavabdeh Cavabdeh MTK-ya qarşı iddia qaldırmış, həmin iddia təmin edilərək, İsgəndərov Zöhrab Rəsul oğlunun Bakı şəhəri, Suraxanı rayon Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində 1ci giriş, 4-cü mərtəbə, * saylı mənzilə sahiblik və istifadə hüququ tanınmış, onun və ailə üzvlərinın həmin mənzilə köçürülməsi və onların həmin mənzildə yaşamalarına və mənzildən istifadə etmələrinə cavabdeh "xxxx” MTK tərəfində yaradılmış maneələr aradan qaldırılması və s. qət edilmişdir. Eyni zamanda, iş gedişatında həmin mənzilin özgəninkiləşdirilməsi cavabdeh "xxxx" MTK-ya qadağan edilmişdir. Lakin, bu qadağaya baxmayaraq, "xxxx" MTK həmin mənzili bir neçə dəfə, sonuncu dəfə isə ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına keçirmişdir. Halbuki, məhkəmənin qanuni qüvvəsini almış məhkəmənin qətnaməsi ilə həmin mənzilə iddiaçı İsgəndərov Zöhrab Rəsul oğlunun sahiblik və istifadə hüquqları tanınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi üzrə həbsin götürülməsi iddiaçı İsgəndərov Zöhrab Rəsu oğlunun hüquqlarını məhdudlaşdıra bilər. İddiaçı isə məhkəmə iclasına gəlməmiş və öz mülahizəsini bildirməmişdir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010) ****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M evin * saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə təmin edilməməlidir. Halbuki, məhkəmə işin faktiki hallarına və tərəfindən təqdim edilən mötəbər sənədlərə diqqət yetirməmiş, həmin faktlar nəzərə alınmamışdır. İsgəndərov Zöhrab Rəsul oğlunun mənzil üzərində iddiası təmin edildikdən sonra MTK ilə iddiaçı arasında razılıq əldə edilmiş və sözügedən binad yerləşən ** saylı mənzil iddianın predmeti olan * saylı mənzillə əvəzləşdirilmişdir. Buna görə də həmin qətnamə icraya yönəldilməmiş, bundan sonra da iddiaçı tərəfindən hər hansı mübahisə və şikayət edilməmişdir. Bak şəhəri Suraxanı rayon İcra şöbəsindən təqdim edilən məktubdan da görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi ilə bağlı icra qurumuna hər hansı icra vərəqəsi daxi olmamışdır. Belə olan halda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı da öz mahiyyətini itirmiş olur. Çünki iddianın predmeti olan * saylı mənzilin əvəzinə İsgəndərov Zöhrab Rəsul oğluna həmin bunada və eyni girişdə olan ** saylı mənzi verilmişdir. Sonradan * saylı mənzil MTK tərəfindən müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş və həmin şəxslər qeyd edilən mənzilə faktiki sahiblik edərək mənzildən maneəsiz olaraq istifadə etmişlər. Sonuncu dəfə 2021-ci ildə mənzil onun adına keçirilmiş və həmin tarixdən etibarən o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Qeyd edilən faktı hazırda binanın istismarçısı olan şirkət rəsmiləri də təsdiq edirlər. 10 ildən çox bir müddət ərzində qeyd edilən qətnamənin icra edilməməsi, eləcə də həmin mənzilə dair artıq mübahisənin mövcud olmaması hazırda mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas təşkil edir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi ilə bağlı icra qurumuna hər hansı icra vərəqəsi daxil olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M saylı binanın sifarişçisi və istismarçısı "xxxx" MMC tərəfindən verilən arayışdan da aydın olur ki, İsgəndərov Zöhrab Rəsul oğlu tərəfindən mübahisələndirilən həmin binada yerləşən * saylı mənzil MTK tərəfindən ** saylı mənzillə əvəzləşdirilmişdir. Yəni İsgəndərov Zöhrab Rəsul oğluna * saylı mənzilin əvəzinə ** saylı mənzil təqdim edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 M evin * saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərardadının qüvvəsində saxlanılması və həmin qərardaddan verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Maddə 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollekiya şikayətin dəlilləri üzrə qeyd edir ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktlarıdır. Məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. (MM-in 14.1,14.2,14.2.3, 551.2,4-cü mad.) Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qərardadı ilə iddiaçı İsgəndərov Zöhrab Rəsul oğlunun iddianın təmin etmə tədbiri ilə bağlı verdiyi ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində “xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,0 kv.m olan 1 (bir) otaqlı, * saylı mənzilinin özgəninkiləşdirilməsinin cavabdeh Cavabdeh MTK-ya qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı İsgəndərov Zöhrab Rəsul oğlunun cavabdeh “xxxx" MTK-ya qarşı iddiası təmin edilmiş, İsgəndərov Zöhrab Rəsul oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsində, 1-ci giriş, 4-cü mərtəbə, * saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, İsgəndərov Zöhrab Rəsul oğlunun və onun ailə üzvləri arvadı İsgəndərova Milana Səməd qızının, uşaqları İsgəndərov Yaqub Zöhrab oğlunun və İsgəndərova Fəxriyyə Zöhrab qızının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, Cavabdeh MTK tərəfindən inşa edilmiş çöxmərtəbəli yaşayış binasında, 1-ci giriş, 4-cü mərtəbə, * saylı mənzilə köçürülməsi və onların həmin mənzildə yaşamalarına və mənzildən istifadə etmələrinə cavabdeh "xxxx” MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və.s qət edilmişdir. ## ###### 2021-ci il tarixli ** saylı müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən X1 adına olan 1 otaqlı 68 kv\m ** saylı mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına keçirilmişdir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı İsgəndərov Zöhrab Rəsul oğlunun iddianın təmin etmə tədbiri ilə bağlı ərizəsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində “xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,0 kv.m olan 1 (bir) otaqlı, * saylı mənzilinin özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh MTK-ya qadağan edilmiş, qanuni qüvvəsini almış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı İsgəndərov Zöhrab Rəsul oğlunun cavabdeh “xxxx" MTK-ya qarşı iddiası təmin edilmiş, İsgəndərov Zöhrab Rəsul oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsində, 1-ci giriş, 4-cü mərtəbə, * saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, İsgəndərov Zöhrab Rəsul oğlunun və onun ailə üzvləri arvadı İsgəndərova Milana Səməd qızının, uşaqları İsgəndərov Yaqub Zöhrab oğlunun və İsgəndərova Fəxriyyə Zöhrab qızının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, Cavabdeh MTK tərəfindən inşa edilmiş çöxmərtəbəli yaşayış binasında, 1-ci giriş, 4-cü mərtəbə, * saylı mənzilə köçürülməsi və onların həmin mənzildə yaşamalarına və mənzildən istifadə etmələrinə cavabdeh "xxxx” MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və.s qət edilmişdir. Ərizəçi ## ###### 2021-ci il tarixli ** saylı müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsi, Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında, 1-ci giriş, 4-cü mərtəbədə yerləşən * saylı mənzili almasını, mənzilin hazırda onun istifadəsində və sahibliyində olmasını bildirsə də, qeyd olunan bu hallar seçilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, İsgəndərov Zöhrab Rəsul oğlunun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsində, 1-ci giriş, 4-cü mərtəbə, * saylı mənzilinə məhkəmə aktına əsasən sahiblik və istifadə hüququ tanınmış, məhkəmə qərarına əsasən əmələ gələn və otuz il icrası müddəti olan tələbdən İsgəndərov Zöhrab Rəsul oğlunun imtina etməsinə dair hər hansı bir sübut isə ərizəçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, ərizəçi tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar