Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1773/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa tələbi) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. B seriyalı, ****** nömrəli ali təhsil haqqında diplomun surətindən müəyyən olunur ki, Paşayeva (Nəsrullayeva) Gülşən Məhərrəm qızı Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt Fillialının ibtidai təhsilin pedaqogikası və metodikası ixtisasını fərqlənmə dərəcəsi ilə başa vurmuş və Dövlət Attestasiya Komissiyasının ##.##.2007-ci il tarixli qərarı ilə sonuncuya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir.
2. ##.##.2008-ci il tarixli, ** nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, Sumqayıt Müəllimlər İnstitutunun ibtidai təhsil pedaqogikası və metodikası üzrə ixtisasını bitirmiş, ali təhsilli müəllim Paşayeva (Nəsrullayeva) Gülşən Məhərrəm qızının ##.##.2008-ci il tarixdən *** nömrəli məktəbə günü uzadılmış qrup tərbiyəçisi təyin edilməsi əmr edilmişdir.
3. ##.##.2014-cü il tarixli, *******000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı ##.##.2008-ci il tarixdən Bakı şəhəri *** nömrəli tam orta məktəbdə günü uzadılmış qrup üzrə böyük tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir.
4. ##.##.2025-ci il tarixli, * nömrəli protokolundan çıxarışdan müəyyən olunur ki, həmkarlar ittifaqı təşkilatının günü uzadılmış qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsinə etiraz etmədiyi qərara alınmışdır.
5. ##.##.2025-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı şəhəri *** nömrəli tam orta məktəbdə günü uzadılmış qruplara kifayət qədər müraciət edilmədiyi üçün 2025/2026-cı il dərs ili üçün günü uzadılmış qruplar açılmamış və bu barədə qrup rəhbərlərinə xəbərdarlıq edilmişdir.
6. ##.##.2025-ci il tarixli, *** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən müəyyən olunur ki, Bakı şəhəri *** nömrəli tam orta məktəbin "Günü uzadılmış qrup” üzrə böyük tərbiyəçi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış *******000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində nəzərdə tutulmuş əsasla - işçilərin sayı və ya ştatları ixtisar edildikdə ##.##.2025-ci il tarixdən xitam verilməsi və işçinin ##.##.2008-ci il tarixdən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş "0” məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir.
7. ##.##.2025-ci il tarixli, *******0001X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı və ##.##.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri *** nömrəli tam orta məktəbin həmkarlar ittifaqı təşkilatı tərəfindən günü uzadılmış qrup rəhbərlərinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məsələyə baxılmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində müəyyən edilmiş əsasla həmin məktəbin günü uzadılmış qrupları üzrə çalışan ... İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunauyğun hesab edilmiş və həmin şəxslə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etirazın olmadığı bildirilmişdir.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində nəzərdə tutulmuş əsasla ##.##.2025-ci il tarixli, *** nömrəli əmrlə xitam verilmişdir.
8. İddiaçıya məxsus bank hesabından çıxarış məlumatlarından müəyyən olunur ki, ##.##.2025-ci il tarixdə iddiaçıya məxsus bank hesabına 1640.38 manat məbləğində pul vəsaiti "əmək haqqı” təyinatı ilə mədaxil edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinin ##.##.2025-ci il tarixli, *** nömrəli əmrinin ləğv olunması, iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə məktəbdə günü uzadılmış qrup rəhbəri vəzifəsinə işə bərpa olunması və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2008-ci ildən cavabdeh Bakı şəhəri Təhsil İdarəsinin *** saylı tam orta məktəbinə işə qəbul olmuş və əmək müqaviləsi ləğv edilənə ##.##.2025-ci il tarixinədək (~17 il) həmin məktəbdə günü uzadılmış qrup rəhbəri vəzifəsində işləmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi təxminən-17 il müddətində əmək funksiyalarını layiqincə yerinə yetirmiş və heç bir vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. İddia tələbinin halları ilə bağlı qeyd edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh *** saylı Tam Orta Məktəbinin ##.##.2025-ci il tarixli, *** saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” hissəsinə əsasən "işçilərin sayı və ya ştatları ixtisar edildikdə” ## ######## 2025-ci il tarixdən xitam verilmişdir. Cavabdeh məktəb tərəfindən işçilərin sayının və ştatlarının ixtisar edilməsi əsasları ilə əmək müqaviləsinə xitam verilsə belə, ixtisar proseduru qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə aparılmışdır. Belə ki, cavabdeh məktəb Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1ci hissəsində müəyyən olunmuş işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müvafiq müddətlərdə rəsmi xəbərdar edilməsi vəzifəsini yerinə yetirməmişdir. Eləcə də, hazırki iddia ərizəsinə əlavə edilən əmək kitabçasının surətindən göründüyü kimi ##.##.2008-ci il tarixindən əmək müqaviləsi ##.##.2025-ci il tarixdə xitam verilənədək -17 il cavabdeh *** saylı tam ota məktəbində günü uzadılmış qrup rəhbəri vəzifəsində işləyir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, iddiaçı həmin işəgötürənlə bağlanmış əmək müqaviləsi ilə müəyyən olunan 17 il əmək stajına uyğun olaraq ştatının ixtisar olunması barədə - azı doqquz təqvim həftə qabaq rəsmi xəbərdar edilməli idi. Eyni zamanda, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndi ilə, yəni ştatının ixtisar edilməsi əsasları ilə xitam verilməsinə baxmayaraq, cavabdeh *** saylı tam orta məktəbin ştat cədvəlində həmin ştat vahidi qalmaqdadır. Yəni cavabdeh məktəbin ştat cədvəlində işlədiyi vəzifənin ştat vahidi nə əmək müqaviləsinə xitam verilməsindən əvvəl, nə də ki, əmək müqaviləsinə xitam verilməsindən sonra ixtisar edilməmişdir. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə iddiaçının işlədiyi ştatın ixtisar olunmasına dair rəsmi xəbərdarlığın ona təqdim edilməsinə, eyni zamanda, ixtisarın aparılması üçün əsas olmuş qərara (sərəncama, əmrə) istinad olunmur, son haqq-hesabın, ixtisarla bağlı ödənilməsi nəzərdə tutulan işdənçıxma müavinətinin ödənilməsi və digər zəruri məlumatlar qeyd olunmamışdır. AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsası, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmçinin, iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi zaman sonuncu iş günü aparılmalı olan hesablaşmalar aparılmamış, yəni bu halda son haqqhesab ödənilməmişdir. Əmək müqaviləsinə ştatların ixtisarı əsasları ilə xitam verildiyini nəzərə alaraq, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuş, əmək stajından asılı olaraq müvafiq məbləğlərdə işdənçıxarma müavinəti də ödənilməmişdir. Bundan başqa, iddiaçı əmək müqaviləsinin ləğv olunduğu ##.##.2025-ci il tarixinədək işlədiyi müddətə görə əmək haqqı da sonuncu iş günü ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İddiaçının əmək haqqı kartına ##.##.2025-ci il tarixində cavabdeh məktəb tərəfindən pul vəsaiti köçürülmüşdür. Lakin, bu pulların təyinatı məlum deyildir. Göstərilənlərlə yanaşı, cavabdeh məktəb tərəfindən iddiaçıya əmək kitabçası və işdənçıxma əmri sonuncu iş günü ##.##.2025-ci il tarixində deyil, ##.##.2025-ci il tarixində təqdim edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas götürülmüş maddi hüquq norması nəzərə alınarsa, işəgötürən olaraq əsaslandırılmış əmri ilə işçinin tanış etməmiş, əmrin surətini və əmək kitaçasının sonuncu iş günü müvafiq qaydada ona təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 3cü hissəsinə əsasən, məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin "b” bəndinə göstərilən əsaslarla ləğv edildiyindən həmin Məcəllənin 80-ci maddəsinin 1 -ci və 2-ci hissələrinə əsasən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. AR Əmək Məcəlləsinin 80-ci maddəsinin 1 -ci və 2-ci hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. "Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin ikinci hissəsinə əsasən, ən azı yeddi nəfərin həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var. Odur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında məktəbin ##.##.2025-ci il tarixli, *** nömrəli əmri əsassız hesab edilməli və ləğv olunaraq iddiaçı işə bərpa olunmalıdır.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində göstərilən əsasla ləğvi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru X2 tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş *** nömrəli əmrin ləğv edilməsi, “İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbinin “tərbiyəçi günü uzadılmış qrup” vəzifəsinə bərpa edilməsi, İddiaçı ##.##.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbi tərəfindən hesablanaraq ödənilməsi qət edilmişdir. (hakim Fəridə Rzayeva)
12. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, baxılan iş üzrə işçinin əmək stajının on ildən çox olması nəzərə alındıqda, işəgötürən şəxsi təşəbbüsü ilə əmək müqaviləsini ləğv etməzdən azı doqquz təqvim həftəsi əvvəl işçini bu barədə, yəni ştatların ixtisarı ilə bağlı xəbərdar etməlidir, həmçinin, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Bu tənzimetmə bir tərəfdən işçinin əməyə olan qabiliyyəti əsasında özünə sərbəst surətdə başqa iş yeri tapmaq imkanını təmin edir, digər tərəfdən müəssisə daxili iş rejimini qorumaqla əmək vəzifələrinin davamlı və müntəzəm icrasına şərait yaradır. Bundan əlavə, əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: ... on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Lakin, baxılan iş üzrə işəgötürən işçini ən azı doqquz təqvim həftəsi əvvəldən rəsmi şəkildə xəbərdar etməmiş, doqquz həftəni iki aya bərabər tutmaqla, işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxma müavinəti ödəmişdir. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli həddində işdənçıxarma müavinəti ödənilməsi, yəni xəbərdarlıq müddəti gözləmədən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı alternativ həll qaydası birbaşa əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş olsa da, bu qayda işçinin razılığının alınması kimi mühüm şərtlə məhdudlaşdırılmışdır. Lakin, baxılan iş üzrə işçinin belə bir razılığı olmamış, cavabdeh tərəfindən bu razılığın olmasına dair mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir. İstinad edilən maddi hüquq normalarının məcburi göstərişlərinin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi üçün bir sıra şərtlərin - işçinin müəssisədaxili yaradılmış həmkarlar ittifaqı təşkilatına üzv olması, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və ya “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla xitam verilməsi, bu barədə işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatına yazılı və əsaslandırılmış təqdimatla müraciət edilməsi və həmkarlar ittifaqı təşkilatı tərəfindən təqdimatın daxili olduğu gündən ən geci 10 gün müddətində əsaslandırılmış yazılı qərarın təqdim edilməsi vəhdəti təmin edilməlidir. Lakin, işəgötürən tərəfindən ##.##.2025-ci il tarixdə həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına yazılı şəkildə müraciət edilmiş, müraciətin məzmununda yalnız işçinin əmək funksiyasını yerinə yetirdiyi ştat vahidi üzrə qruplara qəbul kvotasının müəyyən edilmiş müddət ərzində tam şəkildə icrasının mümkün olmadığına istinad edilməklə, işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində nəzərdə tutulmuş əsasla xitam verilməsinin məqsədəuyğun olub-olmaması barədə münasibət bildirilməsi xahiş edilmişdir. Həmkarlar ittifaqı təşkilatı tərəfindən elə həmin tarixdə növbədənkənar qaydada iclas keçirilmiş, iclasda həmin məktəbin "günü uzadılmış” qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində nəzərdə tutulmuş əsasla xitam verilməsi məsələsi müzakirə edilməklə səsə qoyulmuş, müzakirəyə çıxarılan məsələnin lehinə olaraq həmkarlar ittifaqı təşkilatının üzvləri tərəfindən yekdilliklə qərar qəbul edilmiş, yəni işçilərin (hazırkı iş üzrə iddiaçı da daxil olmaqla) əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi qanunauyğun hesab edilmiş və işçilərə birdəfəlik orta aylıq əmək haqqının iki misli həddində işdənçıxarılma müavinəti verilməsi qərara alınmışdır. Həmkarlar ittifaqı təşkilatının "günü uzadılmış” qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində nəzərdə tutulmuş əsasla xitam verilməsinin qanunauyğun olması barədə yazılı qərarını əldə etdikdən dərhal sonra işəgötürən tərəfindən həmin məktəbin "günü uzadılmış” qrup rəhbərləri ilə (hazırkı iş üzrə iddiaçı da daxil olmaqla) bağlanmış əmək müqavilələri müvafiq əsasla ləğv edilmişdir. Əmək qanunvericiliyində müvafiq ləğv qaydasının dəqiq şəkildə müəyyən edilməsi son nəticədə bu prosesin şəffaflığını təmin etməyə yönəldiyi üçün işçini əvvəlcədən rəsmi xəbərdar etmədən, eyni təqvim günü çərçivəsində işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılması üçün həmkarlar ittifaqı təşkilatına yazılı təqdimatla müraciət edilməsi, həmkarlar ittifaqı təşkilatının həmin gün növbədənkənar iclas keçirməklə işəgötürənin qərarını təsdiq etməsi və elə həmin gün işçinin əmək müqaviləsinin ləğvi hər hansı obyektivlikdən danışmağa əsas vermir və işçinin əmək hüquqlarının kobud pozuntusu ilə nəticələnir. Bundan əlavə, AR Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin məcəllənin 83.3-cü maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Lakin, iş materiallarına əlavə edilmiş və iddiaçıya məxsus bank hesabından çıxarış məlumatlarının tədqiqindən aşkar olunur ki, ##.##.2025-ci il tarixdə iddiaçıya məxsus bank hesabına 1640.38 manat məbləğində pul vəsaiti "əmək haqqı” təyinatı ilə mədaxil edilmişdir. Halbuki, işçiyə işdənçıxarılma müavinəti qismində orta aylıq əmək haqqının iki misli həddində pul vəsaiti sonuncu iş günü ödənilməlidir. İşçinin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi barədə əmrin ##.##.2025ci il tarixdə qəbul edilməsi nəzərə alınmaqla, sonuncu iş günündə işdənçıxarılma müavinətinin işçiyə ödənilməməsi aşkar görünür. Hər bir halda, yuxarıda sadalanan pozuntularla işçinin əmək müqaviləsinin ləğv edilməsi əmək qanunvericiliyinin güddüyü məqsədlərə mütənasib hesab edilmir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 30-cu, 70-ci, 71-ci, 77-ci, 78-ci, 80-cı, 83-cü, 300-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 76-cı, 119-cu, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi *** nömrəli tam orta ümumtəhsil məktəbi apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, шşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri işçilərin sayı və ya ştatları ixtisar edilməsidir. *** nömrəli tam orta ümumtəhsil məktəbində günuzadılmış qruplara tələbat azalmışdır, yəni əksər valideynlər uşaqları dərsdən sonra məktəbdə saxlamaq istəməmiş, bununla məktəbə ərizə ilə müraciət etməmişlər və elektron qəbul sistemi bağlanandan sonra, bu qruplar dövlət büdcəsindən maliyyələşdiyi üçün həmin qrupun saxlanması məqsədəuyğun hesab edilməmişdir. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ## ######## 2025-ci il tarixində *** nömrəli tam orta ümumtəhsil məktəbinə ştat cədvəli təsdiq edilmişdir və həmin ştat cədvəli əsas götürülərək, “günuzadılmış qrup müəllimi” ştatları ixtisar olunmuşdur. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən tərəfindən sinif komplektləşdirilmədiyinə görə ixtisar aparılmış və bu ixtisarın zəruriliyi əsaslandırılmışdır. Dövlət ümumi təhsil müəssisəsində ibtidai (İ-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Lakin qrupun açılmadığı və ştat ixtisarının zəruri olduğu yalnız 15 sentyabr tarixində tədris ilinin başlanılması zamanı müəyyən edilmişdir və bu səbəbdən məktəb direktoru müəyyən müddəti gözləmək üçün imkanı olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında cavabdeh *** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq göstərmişdir ki, günü uzadılmış qrup ştatı ayrıca ştatdır. Oradakı müəllimlərin məktəbdə ayrıca dərs deyən müəllimlərlə əlaqəsi yoxdur. İddiaçının ixtisası ibtidai sinif müəllimliyidir. Lakin günü uzadılmış qrupda dərs deməsi üçün ixtisasın ibtidai sinif müəllimliyi olması şərt deyil. İddiaçıdan əlavə bir nəfər də ibtidai sinif müəllimi və rus dili müəllimi olub. Onun tək yanlışı 9 təqvim həftəsi əvvəldən xəbərdarlıq etməməyi, xəbərdarlığın əvəzinə o müəllimə müvafiq ödənişi edərkən isə onun razılığının alınmamasıdır. Lakin onun niyyəti vaxt qazanmaq olub ki, şagird yığılsın. O, ştatı ixtisar etməyə də bilərdi. Lakin bu qanunsuz olacaqdı və o bugün burada rahat danışa bilməyəcəkdi. Ayın 15-də həmkarlar ittifaqına rəy almaq üçün müraciət edilib. Onlar da növbəti gün rəy veriblər. Rəyin tez bir müddətdə verilməsi, həmkarların üzvlərinin müəllimlər barəsində məlumatlı olmaları və onları yaxşı tanımaları olub.
18. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirib ki, iddiaçı ilə yanışı daha 3 müəllimə olub onların ikisi ilə bağlı bərpa barədə qətnamələr çıxıb lakin onlarla fərqli məktəblərdə iş təklif edilərək razılığıa gəlinib və işlə təmin ediliblər. Hazırda mümkün olan məktəblərdə iş təklifi ilə bağlı xanıma müraciət edəcəklər. Əvvəl bir təklifləri olmuş məktəb uzaqda olduğundan razılıq olmamışdır.
19. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 71-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür;
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.; 77.2-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1 -ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
3. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
26. Hazırki işin hallarına əsasən iddiaçı ##.##.2008-ci il tarixdən Bakı şəhəri *** nömrəli tam orta məktəbdə günü uzadılmış qrup üzrə böyük tərbiyəçi vəzifəsinə işə qəbul edilmiş, ##.##.2025-ci il tarixli, *** nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə Bakı şəhəri *** nömrəli tam orta məktəbin "Günü uzadılmış qrup” üzrə böyük tərbiyəçi vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində nəzərdə tutulmuş əsasla - işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə ##.##.2025-ci il tarixdən xitam verilməsi və işçinin ##.##.2008-ci il tarixdən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş "0” məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Müvafiq əmrin qəbul edilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatının ##.##.2025-ci il tarixli, * nömrəli protokolundan çıxarışa əsasən, həmkarlar ittifaqı təşkilatı günü uzadılmış qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinin ləğv edilməsinə etiraz etmədikləri ilə bağlı iradə ifadəsini bildirmişdir. Digər tərəfdən, işəgötürən tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktda göstərilir ki, Bakı şəhəri *** nömrəli tam orta məktəbdə günü uzadılmış qruplara kifayət qədər müraciət edilmədiyinə görə 2025/2026-cı il dərs ili üçün günü uzadılmış qruplar açılmamış və bu barədə qrup rəhbərlərinə xəbərdarlıq edilmişdir. Hazırda iddiaçı tərəf işəgötürən tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində müəyyən edilmiş əsasla xitam verilməsi zamanı qanunvericiliyin imperativ qaydada müəyyən etdiyi tələblərə riayət edilmədiyi üçün işə bərpanın mümkünlüyünü məhkəmənin diqqətinə çatdırmış, cavabdeh isə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qəbul etdiyi əmri müdafiə etmişdir.
27. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əsasları dəqiq şəkildə müəyyən etmişdir. Baxılan iş üzrə işçinin əmək müqaviləsi həmin maddənin "b” bəndində nəzərdə tutulmuş əsasla, yəni işçilərin sayı və ya ştatları ixtisar edildiyi üçün işəgötürən tərəfindən ləğv edilmişdir. Həmin məcəllənin 71.1 -ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmçinin, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
28. Məhkəmə mübahisələndirilən əmrin əsasları baxımından qeyd edir ki, İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvinin mümkün olduğu hallarda görülməli olan tədbirlərə münasibətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: ..., on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.
29. Baxılan iş üzrə işçinin əmək stajının on ildən çox olması nəzərə alındıqda, işəgötürən şəxsi təşəbbüsü ilə əmək müqaviləsini ləğv etməzdən azı doqquz təqvim həftəsi əvvəl işçini bu barədə, yəni ştatların ixtisarı ilə bağlı xəbərdar etməlidir, həmçinin, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Bu tənzimetmə bir tərəfdən işçinin əməyə olan qabiliyyəti əsasında özünə sərbəst surətdə başqa iş yeri tapmaq imkanını təmin edir, digər tərəfdən müəssisə daxili iş rejimini qorumaqla əmək vəzifələrinin davamlı və müntəzəm icrasına şərait yaradır. Bundan əlavə, əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: ... on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Lakin, baxılan iş üzrə işəgötürən işçini ən azı doqquz təqvim həftəsi əvvəldən rəsmi şəkildə xəbərdar etməmiş, doqquz həftəni iki aya bərabər tutmaqla, işçiyə orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxma müavinəti ödəmişdir. Xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli həddində işdənçıxarma müavinəti ödənilməsi, yəni xəbərdarlıq müddəti gözləmədən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı alternativ həll qaydası birbaşa əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş olsa da, bu qayda işçinin razılığının alınması kimi mühüm şərtlə məhdudlaşdırılmışdır. Lakin, baxılan iş üzrə işçinin belə bir razılığı olmamış, cavabdeh tərəfindən bu razılığın olmasına dair mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmişdir.
30. Bundan əlavə İstinad edilən maddi hüquq normalarının məcburi göstərişlərinin tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə tətbiq edilməsi üçün bir sıra şərtlərin - işçinin müəssisədaxili yaradılmış həmkarlar ittifaqı təşkilatına üzv olması, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və ya “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla xitam verilməsi, bu barədə işəgötürən tərəfindən həmkarlar ittifaqı təşkilatına yazılı və əsaslandırılmış təqdimatla müraciət edilməsi və həmkarlar ittifaqı təşkilatı tərəfindən təqdimatın daxili olduğu gündən ən geci 10 gün müddətində əsaslandırılmış yazılı qərarın təqdim edilməsi vəhdəti təmin edilməlidir. Lakin, işəgötürən tərəfindən ##.##.2025-ci il tarixdə həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına yazılı şəkildə müraciət edilmiş, müraciətin məzmununda yalnız işçinin əmək funksiyasını yerinə yetirdiyi ştat vahidi üzrə qruplara qəbul kvotasının müəyyən edilmiş müddət ərzində tam şəkildə icrasının mümkün olmadığına istinad edilməklə, işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində nəzərdə tutulmuş əsasla xitam verilməsinin məqsədəuyğun olub-olmaması barədə münasibət bildirilməsi xahiş edilmişdir. Həmkarlar ittifaqı təşkilatı tərəfindən elə həmin tarixdə növbədənkənar qaydada iclas keçirilmiş, iclasda həmin məktəbin "günü uzadılmış” qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində nəzərdə tutulmuş əsasla xitam verilməsi məsələsi müzakirə edilməklə səsə qoyulmuş, müzakirəyə çıxarılan məsələnin lehinə olaraq həmkarlar ittifaqı təşkilatının üzvləri tərəfindən yekdilliklə qərar qəbul edilmiş, yəni işçilərin (hazırkı iş üzrə iddiaçı da daxil olmaqla) əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi qanunauyğun hesab edilmiş və işçilərə birdəfəlik orta aylıq əmək haqqının iki misli həddində işdənçıxarılma müavinəti verilməsi qərara alınmışdır. Həmkarlar ittifaqı təşkilatının "günü uzadılmış” qrup rəhbərləri ilə bağlanmış əmək müqavilələrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndində nəzərdə tutulmuş əsasla xitam verilməsinin qanunauyğun olması barədə yazılı qərarını əldə etdikdən dərhal sonra işəgötürən tərəfindən həmin məktəbin "günü uzadılmış” qrup rəhbərləri ilə (hazırkı iş üzrə iddiaçı da daxil olmaqla) bağlanmış əmək müqavilələri müvafiq əsasla ləğv edilmişdir.
31. Əmək qanunvericiliyində müvafiq ləğv qaydasının dəqiq şəkildə müəyyən edilməsi son nəticədə bu prosesin şəffaflığını təmin etməyə yönəldiyi üçün işçini əvvəlcədən rəsmi xəbərdar etmədən, eyni təqvim günü çərçivəsində işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılması üçün həmkarlar ittifaqı təşkilatına yazılı təqdimatla müraciət edilməsi, həmkarlar ittifaqı təşkilatının həmin gün növbədənkənar iclas keçirməklə işəgötürənin qərarını təsdiq etməsi və elə həmin gün işçinin əmək müqaviləsinin ləğvi hər hansı obyektivlikdən danışmağa əsas vermir və işçinin əmək hüquqlarının kobud pozuntusu ilə nəticələnir.
32. Digər tərəfdən, AR Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin məcəllənin 83.3-cü maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Lakin, iş materiallarına əlavə edilmiş və iddiaçıya məxsus bank hesabından çıxarış məlumatlarının tədqiqindən aşkar olunur ki, ##.##.2025-ci il tarixdə iddiaçıya məxsus bank hesabına 1640.38 manat məbləğində pul vəsaiti "əmək haqqı” təyinatı ilə mədaxil edilmişdir. Halbuki, işçiyə işdənçıxarılma müavinəti qismində orta aylıq əmək haqqının iki misli həddində pul vəsaiti sonuncu iş günü ödənilməlidir. İşçinin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi barədə əmrin ##.##.2025ci il tarixdə qəbul edilməsi nəzərə alınmaqla, sonuncu iş günündə işdənçıxarılma müavinətinin işçiyə ödənilməməsi aşkar görünür.
33. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, məktəb direktorunun işçiyə vaxt vermək imkanının olmaması əmək qanunvericiliyində işçinin nəzərdə tutulmuş hüquqlarının pozulmasına əsas ola bilməz.
34. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmiş və bu qənaətinə uyğun olaraq, iddiaçını tutduğu vəzifəsinə bərpa etməklə məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Allyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.