Məhkəmə qərarları › İş №2(3-6)-1789/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1789/2026

21.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1789/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, Nəbiyev İlham Abdulhəd oğluna, "xxxx" X7rşı “mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun bərpa edilməsi) Hakimlər: X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, Nəbiyev İlham Abdulhəd oğluna, "xxxx" X7rşı “müqavilələrin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsi və çıxarışların ləğv edilməsi, bağ sahələrindən cavabdeh4 çıxarılması və iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, Nəbiyev İlham Abdulhəd oğluna, "xxxx" X7rşı mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər X29 TŞ-nin ## ###### 2000-ci il tarixli aktın, **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** nömrəli, ##.##.2003-cü il tarixli müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş ##.##.2004-ci il tarixli **/*** nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, ##.##.2013-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016 cı il tarixli, ********** nömrəli, 18,12.2023cü il tarixli, ********** nömrəli, çıxarışların ləğv edilməsi və **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** nömrəli, ##.##.2003 və ##.##.2003-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi, və onun əsasında verilmiş Bakı şəhəri Tİ və MHQİ-nin ##.##.2004-cü il tarixli, **/**** nömrəli qeydiyyat nömrəli daşımaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ##.##.2012ci il tarixli, ******** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2012-ci il tarixli, ********** nömrəli, ##.##.2016-cı il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi və 5314 və **** nömrəli bağ sahələrindən cavabdeh cavabdeh4 çıxarılaraq bağ sahələrinin iddiaçılara təhvil verilməsi və həmin bağ sahələri üzrə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları massivi **** nömrəli ünvanda yerləşən, 0,12 ha olan torpaq sahəsi mərhum X2 məxsus olmuş və onun vəfatından sonra həmin bağ sahəsi ailəsinin istifadəsində qalmışdır. Həmin bağ massivinin yanında olan **** nömrəli ünvanda yerləşən 0,12 ha olan digər torpaq sahəsi isə X4 məxsus olmuşdur (hər iki torpaq sahələri dövlət tərəfindən bağ salınması məqsədilə verilmişdir) 5314 və **** nömrəli torpaq sahələri keçmiş Bakı şəhəri Xalq Deputatlar İcarəyə Komitəsinin (BXDIK) ## #### 1990-cı il tarixli, */*** saylı qərarı ilə X2 və X4 ayrılmışdır. Bundan sonra, BXDIK-nın Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Ləhic bağları ərazisində yerləşən torpaq sahələrinin mərzləri müəyyən edilməklə *** nömrəli kooperativə təhvil verilmiş və kooperativ tərəfindən onlara məxsus hər iki 0,12 ha torpaq sahəsinə 3 və * saylı orderlər çıxarılmışdır. * saylı bağ sahəsində mərhum X2 tərəfindən evin təməli tam hazır vəziyyətə gətirilmiş və gələcəkdə hörgü, eləcə də digər tikinti işlərinin görülməsi məqsədilə 1 (bir) ədəd taxta vaqon, çox sayda mişar daşları və digər lazımi tikinti materiallar qoyulmuşdur. Bir müddət sonra mərhum X2 olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qoşulmuş, döyüşlər zamanı yaralanmış və II qrup əlil olmuşdur. O, müharibə zamanı səhhətində yaranmış problemlərlə bağlı həmin bağ sahəsinə gedə bilməmiş, maddi durumunda yaranmış çətinliklər ilə əlaqədar isə tikinti işlərini yarımçıq qoymaq məcburiyyətində qalmışdır. 2021-ci il tarixdə həmin bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi idarəsinə müraciət edilmiş və həmin İdarədən onlara ayrılan 5314 bağ sahəsinin digər vətəndaşın adına sənədləşdirildiyi üçün imtina edilmişdir. Bununla bağlı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, iddiaçı kimi mərhum X2 həyat yoldaşı iddiaçı2 çıxış etmişdir. Lakin məhkəmə prosesləri 1 il davam etsə də, iş nəticəsiz qalmışdır. Belə ki, ##.##.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçı iddiaçı2 cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı (cavabdeh4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “mülkiyyət hüququnun qeydiyyata alınması tələbi”nə dair inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmışdır. Həmin bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı sənədlərin surətini Bakı İnzibati Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğu nəticəsində əldə edilmiş torpaq sahəsinə dair çıxarışın, bölgü sxeminin, **** nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Ləhiş ərazisindəki **** nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilənin surətlərini əldə edilmişdir. Bundan sonra hər iki bağ sahəsinin necə ələ keçirilməsinin müəyyənləşdirməsi və pozulmuş hüquqlarının bərpa olunması üçün Sabunçu rayon prokurorluğuna müraciət olunmuşdur. Sabunçu rayon prokurorluğu tərəfindən müəyyən edilmişdir ki, 5314 və 5315 (orderə əsasən 3 və *) saylı bağ sahələrinin Vəliyeva (Nəbiyeva) Nabat Zal qızının adına sənədləşdirilmişdir. İlkin olaraq **** nömrəli bağ sahəsi cavabdeh4 bacısı cavabdeh3 adına saxta sənədlər düzəltməklə onlara məxsus bağ sahəsini ələ keçirmişlər. Sabunçu rayon Prokurorluğu tərəfindən həmin bağ sahələrinə dair çıxarışın verilməsi ilə bağlı sənədləşmənin hansı formada həyata keçirilməsi ilə bağlı məlumat verilməklə çıxarışın verilməsinə əsas olmuş sənədlərin rayon prokurorluğuna göndərilməsinə dair AR Əmlak Məsələləri Dövlət cavabdeh1 edilmiş sorğuya Əmlak Məsələləri Dövlət cavabdeh1 * saylı Bakı Ərazi İdarəsindən daxil olmuş sorğuya cavabda qeyd olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.0857 ha torpaq sahəsi olan **** saylı bağ sahəsi Bakı şəhəri * saylı dövlət notariat kontorunda təsdiq edilmiş ##.##.2013-cü il tarixli, 40/01-119 reyestr "nömrəli alqı-satqı müqaviləsi əsasında ##.##.2016-cı il tarixdə (çıxarışın seriya №-0873602) cavabdeh4 adına qeydiyyata alınmışdır. Daha sonra, ərizə ilə müraciət edərək Ləhiş bağ massivi, 5314 (0.0857 ha) və 5313 (0.12 ha) saylı bağ sahələrini birləşdirərək 0.2057 ha torpaq sahəsi olan **** saylı (Yeni qaydalarla: Az1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şəfiqə Axundova küçəsi, 54) bağ sahəsi kimi ##.##.2023-cü il tarixdə yenidən öz adına qeydiyyata almışdır, hazırda mülkiyyətindədir. Eləcə də, prokurorluq tərəfindən ## ###### 2024-cü il tarixdə * saylı Bakı Ərazi İdarəsinə torpaq sahələrinin X2 və X4 adına qeydiyyatda olmasını təsdiq edən 3 və * saylı orderlərin qüvvədə olduğu halda sonradan həmin torpaq sahələrinin hansı formada vətəndaş cavabdeh4 adına qeydiyyata alınması ilə bağlı zəruri sənədlərin (ləğv etmə aktı və s.) təqdim edilməsinə dair müvafiq sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq * saylı Bakı Ərazi İdarəsindən X2 və X4 adına qeydiyyatda olmasını təsdiq edən 3 və * saylı orderlərin ləğvinə əsas olmuş ## ###### 2000-ci il tarixli, Bakı şəhər X29 TŞ-nin rəisi işləmiş ƏY Abbasov, Ləhiş ərazi üzrə böyük mühəndis M.Ə.Ağakişiyev, mühəndislər A.S.Məmmədov və T.Ə.Ələkbərov tərəfindən tərtib olunmuş aktın surəti göndərilmişdir. Müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları massivi ünvanda yerləşən **** nömrəli və **** nömrəli torpaq sahələrinin X2 və X4 adına qeydiyyatda olmasını təsdiq edən 3 və * saylı orderlərin ləğvinə əsas olmuş Bakı şəhər X29 TŞ rəisi işləmiş Ə.Y.Abbasov, Ləhiş ərazi üzrə böyük mühəndis M.Ə.Ağakişiyev, mühəndislər A.S.Məmmədov və T.Ə.Ələkbərov tərəfindən tərtib olunmuş ## ###### 2000ci il tarixli akt yalnız qeyd olunan şəxslərin imzası ilə təsdiq edilmiş, həmin akt üzərinə hər hansı möhür vurulmamışdır. Beləliklə, Sabunçu rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X2 va X4 adına qeydiyyatda olmuş **** nömrəli və **** nömrəli torpaq sahələrinin cavabdeh4 adına qeydiyyata alınması zamanı vəzifə saxtakarlığı cinayət əməlinə yol verilmişdir. Lakin toplanmış material üzrə cinayət işinin başlanılması Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələblərinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə “cinayət işi başlamasının rədd edilməsi haqqında” Sabunçu rayon prokurorluğu tərəfindən ## #### 2025-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, saxta sənədlər əsasında **** nömrəli və **** nömrəli torpaq sahələrinin X2 və X4 adına qeydiyyatda olmasını təsdiq edən 3 və * saylı orderlərin ləğv edildikdən sonra Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin baş direktoru Allahverdiyev (adı və atasının adı qeyd olunmamış və möhürlə təsdiq olunmamışdır) tərəfindən cavabdeh3 ilə **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında ***** nömrəli, ##.##.2003-cü il tarixli müqavilə bağlanılmışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2004-ci il tarixli, **/*** nömrəli qeydiyyat vərəqəsi və ##.##.2013ci il tarixli, **/**** nömrəli arayış əsasında **** saylı bağ evinin bacısı cavabdeh4 daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ##.##.2013-ci il tarixdə satmışdır. Həmçinin, Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 22, mənzil 52-də yaşayan X6 əri X15 verilmiş 0,25 hektar bağ sahəsinin istifadə edə bilmədiyi üçün başqa bağ sahəsinin verilməsi barədə ##.##.2003cü il tarixdə Bakı şəhəri X29 direktoruna ərizə ilə müraciət etmişdir. Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin baş direktoru Allahverdiyev (adı və atasının adı qeyd olunmamış və möhürlə təsdiq olunmamışdır) tərəfindən X6 ilə 5315 və **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında ***** nömrəli, ##.##.2003-cü il tarixli müqavilə bağlanılmışdır. Sonradan nədənsə X6 tərəfindən ərizə (tarix qeyd olunmamışdır) ilə Bakı şəhəri X29 direktoruna ərizə ilə müraciət edərək **** nömrəli bağ sahəsinin Nəbiyev İlham Əbdül oğlunun adına keçirilməsinə etiraz etməmişdir. Nəbiyev İlham Əbdül oğlu Bakı şəhəri X29 direktoruna ərizə (qeydiyyat tarixi ##.##.2003-cü il tarixi) ilə müraciət edərək **** nömrəli bağ sahəsinin onun adına keçməsini xahiş etmişdir. Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin baş direktoru Allahverdiyev tərəfindən Nəbiyev İlham Əbdül oğlu ilə **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında ***** nömrəli, (eyni nömrəli müqavilə) ##.##.2003-cü il tarixli müqavilə bağlanılmışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, **/***** nömrəli arayış və Bakı şəhəri Tİ və MHQİnin ##.##.2004-cü il tarixli, **/**** nömrəli qeydiyyat nömrəli daşımaz əmlakın dövlət reyestrindən çıxarış əsasında **** saylı bağ evinin yaxın qohumu cavabdeh4 daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ##.##.2012-ci il tarixdə satmışdır. Göründüyü kimi xüsusi mülkiyyət kimi qeydə alınması da zahiri görünüşcə mülki qanunvericiliyin tələbləri baxımından düzgün rəsmiləşdirilsə də, yaxın qohumlar arasında vicdanlı sahiblik işin faktiki halları baxımından qanuni sayıla bilməz. Belə ki, Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, X2 va X4 adına qeydiyyatda olmuş **** nömrəli və **** nömrəli torpaq sahələrinin cavabdeh4 adına qeydiyyata alınması zamanı vəzifə saxtakarlığı cinayət əməlinə yol verildiyi öz təsdiqini tapmışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim M.Bayramov) iddiaçılar iddiaçı2 və iddiaçı1 oğluna Bakı Şəhər X29 TŞ-nin ## ###### 2000-ci il tarixli aktın, **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** nömrəli, ##.##.2003-cü il tarixli müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş ##.##.2004-ci il tarixli, **/*** nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, ##.##.2013-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016-cı il tarixli, ********** nömrəli, ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi və **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** nömrəli, ##.##.2003 və ##.##.2003-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Bakı şəhəri Tİ və MHQİ-nin ##.##.2004-ci il tarixli, **/**** nömrəli qeydiyyat nömrəli daşımaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ##.##.2012-ci il tarixli ******** nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin etibarsız hesab edilməsi, həmin bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2012-ci il tarixli, ********** nömrəli, ##.##.2016-cı il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi və 5314 və **** nömrəli bağ sahələrindən cavabdeh cavabdeh4 çıxarılaraq bağ sahələrinin iddiaçılara təhvil verilməsi və həmin bağ sahələri üzrə iddiaçıların mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə dair hərhansı bir əsas müəyyən edilməmişdir. Qeyd olunan müqavilə qüvvədə olan qanunvericiliyin imperativ şərtlərinə uyğun olaraq tərəflər arasında bağlanmış və hazırda qeyd olunan müqavilə əsasında tərəflərin götürdükləri öhdəliklər yerinə yetirilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, qeyd olunan əmlaklar hazırki iş üzrə cavabdeh cavabdeh4 tərəfindən hər-hansı müqavilə üzrə iddiaçıların qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi üçün təminat olaraq müəyyən edilməmişdir. İş üzrə cavabdeh cavabdeh4 daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanarkən vicdanlı davranmış, bu müqavilələrin bağlanması zamanı onun hərəkətlərində mülki qanunvericiliyin tələblərinin hər hansı pozuntusu aşkarlanmamışdır. Ona görə də, hazırkı iddianın təmin edilməsi mübahisəli əmlakların hazırkı mülkiyyətçisi kimi cavabdeh cavabdeh4 hüquqlarının pozulmasına səbəb ola bilərdi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, həmin cavabdehlərin qohumu olan Vəli adlı şəxslə iddiaçı X4 Əliyev Sarayının qarşısında X1 Əliyevin heykəli qoyulan zaman, yəni ##.##.2005-ci il tarixdə tanış olublar. İddiaçılara aid orderlərin ləğvi 2000-ci il tarixdə, həmin bağın müqavilə əsasında X8 istifadəsinə verilməsi isə 2003-cü il tarixə aiddir. Yəni cavabdehlərin həmin torpaq sahələrinin iddiaçılara məxsus olduğunu bilmələrinə ehtimal yox idi.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı iddiaçı1 qətnamədən apellyasiya şikayət verərək, Bakı şəhəri Sabunçu rayonu məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd olunmasına baxmayaraq, ## ###### 2000-ci il tarixli aktla 3 və * saylı orderlərin ləğv edilməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi, həmin akt yalnız müəyyən şəxslərin imzaları ilə tərtib edilmiş, rəsmi qaydada təsdiq olunmamış və möhürlə təsdiqlənməmişdir. Bu hal isə həmin sənədin hüquqi qüvvəsinə ciddi şübhələr yaradır və torpaq sahələrinin sonrakı şəxslərə verilməsinin qanuniliyini şübhə altına alır. Bundan başqa, Sabunçu rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı mübahisəli torpaq sahələrinin digər şəxslərin adına rəsmiləşdirilməsi prosesində vəzifə saxtakarlığı əlamətlərinin mövcudluğu müəyyən edilmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə bu halı qeyd etsə də, həmin faktın mübahisəli əqdlərin etibarlılığına təsirini lazımi qaydada qiymətləndirməmişdir. Eyni zamanda, məhkəmə cavabdeh cavabdeh4 vicdanlı alıcı olması nəticəsinə gəlmişdir. Lakin apellyasiya şikayəti verən tərəfin fikrincə, bu nəticə iş materialları ilə təsdiq olunmur. Belə ki, torpaq sahələrinin əvvəlki sahibləri barədə məlumatların mövcudluğu, bağ sahələrinin uzun müddət iddiaçıların istifadəsində olması və tərəflər arasında əvvəlki münasibətlər kimi hallar cavabdehin həmin torpaq sahələrinin əvvəlki istifadəçiləri barədə məlumatlı ola biləcəyini istisna etmir. Birinci instansiya məhkəməsi iddiaçıların təqdim etdiyi sübutları tam və hərtərəfli araşdırmamış, xüsusilə torpaq sahələrinin ilkin ayrılması, orderlərin hüquqi qüvvəsi və sonrakı sənədlərin qanuniliyi ilə bağlı halları kompleks şəkildə qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi iddiaçıların torpaq sahələri üzərində ilkin hüquqlarının mövcudluğunu (1990-cı il qərarı və orderlər) nəzərə alsa da, həmin hüquqların qorunması məsələsinə lazımi hüquqi qiymət verməmişdir. Bu səbəbdən mülkiyyət hüququnun müdafiəsi ilə bağlı norma düzgün tətbiq edilməmişdir. İddiaçılar məhz mübahisəli torpaq sahələrinin əvvəlki istifadəçiləri və hüquq sahibləri olduqlarını göstərərək mülkiyyət hüququnun bərpasını tələb etmişlər. Lakin məhkəmə bu normanın tətbiqi üçün əhəmiyyətli halları tam araşdırmadan iddianı rədd etmişdir. Məhkəmə cavabdehin vicdanlı alıcı olması nəticəsinə gəlmişdir. Lakin iş materiallarında torpaq sahələrinin əvvəlki sahiblərinin mövcudluğu və sənədlərdə ziddiyyətlər olduğu halda cavabdehin vicdanlı əldə edən şəxs olub-olmaması tam və hərtərəfli araşdırılmamışdır. Bu səbəbdən həmin norma düzgün tətbiq edilməmişdir. İş materiallarında torpaq sahələrinin digər şəxslərin adına rəsmiləşdirilməsi zamanı sənədlərin qanuniliyinə şübhə yaradan hallar və saxtakarlıq əlamətləri göstərildiyi halda məhkəmə bu hallara lazımi hüquqi qiymət verməmişdir. Qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı yalnız qanuni əsaslara və müvafiq hüquqmüəyyənedici sənədlərə əsasən aparılmalıdır. Lakin birinci instansiya məhkəməsi mübahisəli bağ sahəsi üzrə dövlət qeydiyyatının hansı hüquqi əsaslara söykəndiyini tam və hərtərəfli araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Qətnamədə göstərildiyi kimi, Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin ## #### 1990-cı il tarixli, */*** saylı qərarı ilə Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları massivində yerləşən 5314 və **** nömrəli torpaq sahələri X2 və X4 ayrılmış, həmin torpaq sahələri üzrə müvafiq orderlər verilmişdir. Bu hal iddiaçıların həmin torpaq sahələri üzərində ilkin hüquqlarının mövcudluğunu təsdiq edən mühüm faktiki haldır. Lakin məhkəmə həmin hüquqların hüquqi nəticələrini düzgün qiymətləndirməmiş və sonrakı sənədləşmə prosesində həmin hüquqların hansı əsaslarla aradan qalxdığını tam araşdırmamışdır. Qətnamədən göründüyü kimi, iddiaçılara verilmiş orderlərin ləğvinə əsas kimi ## ###### 2000-ci il tarixli akt göstərilmişdir. Lakin həmin aktın hüquqi qüvvəsi, onun hansı səlahiyyətli orqan tərəfindən və hansı hüquqi əsaslarla qəbul edilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Bu hal mübahisəli torpaq sahələri üzrə ilkin hüquqların qanuni qaydada xitam verilib-verilməməsinin müəyyən edilməsi baxımından həlledici əhəmiyyət kəsb etdiyi halda məhkəmə tərəfindən lazımi hüquqi qiymət verilməmişdir. Bundan əlavə, iş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahələrinin digər şəxslərin adına rəsmiləşdirilməsi ilə bağlı aparılmış araşdırma zamanı sənədlərin tərtibi prosesində qanun pozuntularının və vəzifə saxtakarlığı əlamətlərinin mövcudluğu müəyyən edilmişdir. Lakin məhkəmə həmin halların mübahisəli hüquq münasibətlərinə təsirini qiymətləndirməmiş və bu halları nəzərə almadan mübahisəli torpaq sahələri üzərində sonradan yaranmış hüquqları qanuni hesab etmişdir. Eyni zamanda, məhkəmə cavabdehin vicdanlı əldə edən şəxs olması barədə nəticəyə gəlmişdir. Lakin bu nəticəyə gəlinərkən mübahisəli torpaq sahələrinin əvvəlki hüquq sahiblərinin mövcudluğu, həmin torpaq sahələri üzrə verilmiş orderlər və sonrakı sənədləşmə prosesində mövcud olan ziddiyyətlər tam və hərtərəfli araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. İddiaçı iddiaçı1 nümayəndəsi və vəkili vəkil1 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında çıxış edən cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .. 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; .. 139-1.1.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

16. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin (BXDIK) ## #### 1990-cı il tarixli, */*** saylı qərarına əsasən **** nömrəli ünvanda yerləşən 0,12 ha olan torpaq sahəsi X4 verilmişdir.

17. ##.##.1990-cı il tarixli akta əsasən Xalq Deputatları İcraiyyə Komitəsinin (BXDIK) ## #### 1990-cı il tarixli, */*** saylı qərarında göstərilən torpaq sahələri təhvil verilmişdir.

18. * №-li orderə əsasən X3 Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin (BXDIK) ## #### 1990-cı il tarixli, */*** saylı qərarına əsasən, Ləhiş bağlar sahəsində 200 BTK nəzdində 0,12 ha torpaq sahəsi olan **** №-li bağ ayrılıb.

19. * №-li orderə əsasən X4 Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin (BXDIK) ## #### 1990-cı il tarixli, */*** saylı qərarına əsasən, Ləhiş bağlar sahəsində 200 BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5315 № bağ ayrılıb.

20. ##.##.2003-cü il tarixli, ***** saylı müqaviləyə əsasən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Sabunçu rayonunun Ləhiş ərazisində 0,24 ha torpaq sahəsi olan 5315-5327 №li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə X8 istifadəsinə vermişdir.

21. ##.##.2003-cü il tarixli, ***** saylı müqaviləyə əsasən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 5315 №li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə Nəbiyev İlham Əbdül oğlunun istifadəsinə vermişdir.

22. ##.##.2003-cü il tarixli, ***** saylı müqaviləyə əsasən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Sabunçu rayonunun Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 5314 №li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə cavabdeh3 istifadəsinə vermişdir.

23. ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh3 Ləhiş bağ sahəsi **** nömrəli bağ evini cavabdeh4 mülkiyyətinə verir və əvəzində isə cavabdeh4 həmin daşınmaz əmlakı 25.000 manat 00 qəpik qiymətinə cavabdeh3 alır.

24. ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Nəbiyev İlham Abduləhəd oğlu Ləhiş bağ sahəsi **** nömrəli bağ evini cavabdeh4 mülkiyyətinə verir və əvəzində isə cavabdeh4 həmin daşınmaz əmlakı 70.000 manat qiymətinə Nəbiyev İlham Abduləhəd oğlundan alır.

25. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivi, **** saylı bağ sahəsi (Yeni qaydalarla: AZ-1097 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Şəfiqə Axundova küçəsi, **) nömrəli torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdeh4 adınа ##.##.2023-cü il tariхdə qеydiyyata аlınmışdır.

26. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivi, **** saylı bağ sahəsi tam mülkiyyət hüququ ilə cavabdeh4 adınа ##.##.2016-cı il tariхdə qеydiyyata аlınmışdır.

27. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivi, **** saylı bağ sahəsi tam mülkiyyət hüququ cavabdeh4 adınа ##.##.2016-cı il tariхdə qеydiyyata аlınmışdır.

28. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivi, **** saylı bağ sahəsi tam mülkiyyət hüququ ilə cavabdeh4 adınа ##.##.2012-ci il tariхdə qеydiyyata аlınmışdır.

29. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları massivi **** nömrəli ünvanında yerləşən, 0,12 ha olan torpaq sahəsi və həmin bağ massivinin yanında olan **** nömrəli ünvanda yerləşən 0,12 ha olan digər torpaq sahəsi keçmiş Bakı şəhəri Xalq Deputatları İcraiyyə Komitəsinin (BXDIK) ## #### 1990-cı il tarixli, */*** saylı qərarı ilə X2 və X4 ayrılmışdır. BXDIK-nın Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi Ləhic bağları ərazisində yerləşən torpaq sahələrinin mərzləri müəyyən edilməklə *** nömrəli kooperativə təhvil verilmiş və kooperativ tərəfindən onlara məxsus hər iki 0,12 ha torpaq sahəsinə 3 və * saylı orderlər qəbul edilmişdir. Bakı şəhər X29 TŞnin rəisi işləmiş Ə.Y.Abbasov, Ləhiş ərazi üzrə böyük mühəndis M.Ə.Ağakişiyev, mühəndislər A.S.Məmmədov və T.Ə.Ələkbərov tərəfindən tərtib olunmuş ## ###### 2000ci il tarixli aktdan görünür ki, X2 və X4 adına qeydiyyatda olmasını təsdiq edən 3 və * saylı orderlər ləğv olunmuşdur. Hazırda mübahisə predmeti olan torpaq sahələri cavabdeh4 mülkiyyətindədir.

30. İddiaçının iddia tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) Bakı şəhər X29 TŞ-nin ## ###### 2000-ci il tarixli aktın ləğv edilməsi; 2) **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** nömrəli, ##.##.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş ##.##.2004-ci il tarixli, **/*** nömrəli qeydiyyat vərəqəsinin ləğv edilməsi; 3) **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ##.##.2003-cü il tarixli, ***** saylı və ##.##.2003-cü il tarixli, ***** saylı müqavilələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Bakı şəhəri Tİ və MHQİ-nin ##.##.2004-cü il tarixli, **/**** nömrəli qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; 4) ##.##.2013-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; (**** nömrəli bağ evinin cavabdeh4 mülkiyyətinə verilməsi ilə bağlı) 5) **** nömrəli bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016 cı il tarixli, ********** nömrəli, ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi; 6) ##.##.2012-ci il tarixli ******** nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin etibarsız hesab edilməsi; (**** nömrəli bağ evinin cavabdeh4 mülkiyyətinə verilməsi ilə bağlı) 7) həmin bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2012 ci il tarixli, ********** nömrəli, ##.##.2016-cı il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi; 8) 5314 və **** nömrəli bağ sahələrindən cavabdeh cavabdeh4 çıxarılaraq bağ sahələrinin iddiaçılara təhvil verilməsi və həmin bağ sahələri üzrə iddiaçıların mülkiyyət hüququnun bərpa edilməsi.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadına əsasən **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** nömrəli, ##.##.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş ##.##.2004-cü il tarixli, **/*** nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, **** nömrəli bağ sahəsinin istifadəyə verilməsi haqqında Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ##.##.2003-cü il tarixli, ***** saylı və ##.##.2003-cü il tarixli, ***** saylı müqavilələrin etibarsız hesab edilməsi və onun əsasında verilmiş Bakı şəhəri Tİ və MHQİ-nin ##.##.2004-cü il tarixli, **/**** nömrəli qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə mülki mühakimə icraatı qaydasında deyil, inzibati mühakimə icraatı qaydasında baxılmalı olması əsası ilə iş üzrə icraata xitam verilmişdir.

32. Məhkəmə qərardadında qeyd edilmişdir ki, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** nömrəli, ##.##.2003-cü il tarixli, ##.##.2003-cü il tarixli, ***** saylı və ##.##.2003-cü il tarixli, ***** saylı müqavilələri inzibati akt olduğundan inzibati mühakimə icraatı qaydasında mübahisələndirilməli, sözügedən inzibati aktlar ləğv edildikdən sonra onların əsasında aparılmış qeydiyyatın silinməsi üçün daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən quruma müraciət edilməlidir. Qeydiyyatın silinməsi ilə bağlı iddiaçının müraciəti qurum tərəfindən təmin edilmədikdə bu hal inzibati mühakimə icraatı qaydasında mübahisə ilə bağlı məhkəməyə müraciət edilməsi üçün əsas yaradacaqdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən ona istinad etmişdir ki, mübahisə predmeti olan alqısatqı müqavilələrinin etibarsız hesab edilməsinə dair hər-hansı bir əsas müəyyən edilməmişdir. Qeyd olunan müqavilə qüvvədə olan qanunvericiliyin imperativ şərtlərinə uyğun olaraq tərəflər arasında bağlanmış və hazırda qeyd olunan müqavilə əsasında tərəflərin götürdükləri öhdəliklər yerinə yetirilmişdir. Qeyd olunan əmlaklar hazırki iş üzrə cavabdeh cavabdeh4 tərəfindən hər-hansı müqavilə üzrə iddiaçıların qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi üçün təminat olaraq müəyyən edilməmişdir. İş üzrə cavabdeh cavabdeh4 daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanarkən vicdanlı davranmış, bu müqavilələrin bağlanması zamanı onun hərəkətlərində mülki qanunvericiliyin tələblərinin hər hansı pozuntusu aşkarlanmamışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edlməməsi qənaətinə gələrkən maddi hüquq normalarının tələblərinə əməl edilməmişdir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsnə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Digər tələblərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarında qeyd edilir ki, “...Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli Plenum qərarındakı hüquqi mövqedən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində əmlakla bağlı qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

38. İşin faktiki hallarından görünür ki, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** nömrəli, ##.##.2003-cü il tarixli, ##.##.2003-cü il tarixli, ***** saylı və ##.##.2003-cü il tarixli, ***** saylı müqavilələrinə əsasən torpaq sahələri X8, Nəbiyev İlham Əbdül oğlu və cavabdeh3 istifadəsinə verildikdən sonra sözügedən bağ sahələri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat həyata keçirilmişdir. Bundan sonra, Nəbiyev İlham Əbdül oğlu və cavabdeh3 mülkiyyətlərində olan torpaq sahələrinin satışını həyata keçirmiş, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən **** nömrəli bağ sahəsi və ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən **** nömrəli bağ sahəsi cavabdeh4 mülkiyyətinə verilmiş, mülkiyyət hüquqları ilə bağlı qeydiyyat həyata keçirilmişdir.

39. Hazırda iddiaçı ##.##.2013-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin və ##.##.2012-ci il tarixli ******** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığını və çıxarışların ləğvini xahiş edir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı üçün əsasların olub-olmamasını müəyyən etmək üçün ilk növbədə əqdlərin etibarsızlığı ilə bağlı qanunvericiliyin tələbinə diqqət yetirmək lazımdır.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarında qeyd edilir ki, “..Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### və T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli Qərarları).

42. Hazırkı halda əqdin etibarlılığının subyekt tərkibi ilə bağlı şərtin yoxlanılması zamanı müəyyən edilir ki, müqavilə tərəfləri tam fəaliyyət qabiliyyətli fiziki şəxs və hüquqi şəxs olmuşdur.

43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarında qeyd edilir ki, “..Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.”

44. Əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan müqavilələr Nəbiyev İlham Əbdül oğlu, cavabdeh3 və cavabdeh4 tərəfindən imzalanmış, bununla da tərəflər öz iradə ifadələrini bildirmişdir. İddiaçı tərəfindən cavabdehlərin iradə və iradə ifadəsinin vəhdətinin pozulması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

45. Əqdin formasına dair şərtlərin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda tərəflər arasında imzalanmış müqavilələr mülkiyyətlərində olan bağ sahələrinin alqı-satqısı ilə bağlı olmuşdur. Müqavilələr nəzərdən keçirilərkən müəyyən edilir ki, müqavilələr daşınmaz əmlaklarla bağlı müqavilələrin forması ilə bağlı tələblərə əməl edilməklə tərtib edilmişdir.

46. Mülki Məcəllənin 407.2-ci maddəsində qeyd edilir ki, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

47. Mülki Məcəllənin 144.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

48. Göründüyü kimi, daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı müqavilələrin notarial qaydada təsdiq edilməli olması nəzərdə tutulmuşdur. Hazırkı halda tərəflər müqavilə tərtib edərkən 144.1-ci maddənin tələbinə əməl etmişlər.

49. Əqdin məzmunu ilə bağlı şərtin yoxlanılması zamanı müəyyən edilir ki, tərəflər arasında imzalanmış mübahisə predmeti olan müqavilənin şərtləri aydın, anlaşılandır, əqdin etibarsızlığı üçün əsas yoxdur. Müqavilənin predmeti olan əmlak, müqavilənin qiyməti göstərilmişdir.

50. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mübahisələndirilən müqavilələrin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir.

51. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016-cı il tarixli, ********** nömrəli, ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışların, ##.##.2012-ci il tarixli, ********** nömrəli, ##.##.2016-cı il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qeydiyyatların həyata keçirilməsinə əsas olan müqavilələrin etibarsızlığı sübuta yetirilmədiyi üçün daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışların da qanunvericiliyin tələbləri pozulmaqla verilməsi müəyyən edilmir. Bununla bağlı sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən mübahisəli qeydiyyat sənədlərinin ləğvi üçün əsas yoxdur.

52. 5314 və **** nömrəli bağ sahələrindən cavabdeh cavabdeh4 çıxarılaraq bağ sahələrinin iddiaçılara təhvil verilməsi və həmin bağ sahələri üzrə iddiaçıların mülkiyyət hüququnun bərpa edilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

53. Hazırkı halda cavabdehlərin iddiaçıya məxsus əmlaka qanunsuz sahiblik etməsi, iddiaçının mülkiyyət hüquqlarının pozulması və iddiaçının iddia etdiyi hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçı iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

54. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

55. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin faktiki hallarından göründüyü kimi, hazırda bağ sahələrinin cavabdeh4 mülkiyyətinə keçməsinə əsas ilkin hallar Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin ***** nömrəli, ##.##.2003-cü il tarixli, ##.##.2003-cü il tarixli, ***** saylı və ##.##.2003-cü il tarixli, ***** saylı müqavilələrinə əsasən torpaq sahələrinin X8, Nəbiyev İlham Əbdül oğlu və cavabdeh3 istifadəsinə verilməsi ilə bağlıdır. Nə qədər ki, sözügedən müqavilələr və onların əsasında verilmiş qeydiyyat sənədləri öz hüquqi qüvvəsini itirməyib cavabdeh4 ilə bağlanmış müqavilələrin etibarsızlığından, cavabdeh4 bağ sahələri üzərində qanunsuz sahibliyindən, iddiaçının mülkiyyətçi olaraq hüquqlarından söhbət gedə bilməz, bu halların sübuta yetirilməsi üçün əsaslar müəyyən edilmir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi qismən - Bakı şəhər X29 TŞnin ## ###### 2000-ci il tarixli aktın ləğv edilməsi; ##.##.2013-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; **** nömrəli bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016-cı il tarixli, ********** nömrəli, ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi; ##.##.2012-ci il tarixli ******** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2012-ci il tarixli, ********** nömrəli, ##.##.2016-cı il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi; 5314 və **** nömrəli bağ sahələrindən cavabdeh cavabdeh4 çıxarılaraq bağ sahələrinin iddiaçılara təhvil verilməsi və həmin bağ sahələri üzrə iddiaçıların mülkiyyət hüququnun bərpa edilməsi tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbləri təmin edilməməli, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara və apellyatora aid edilməlidir.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi qismən - Bakı şəhər X29 TŞ-nin ## ###### 2000-ci il tarixli aktın ləğv edilməsi; ##.##.2013-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; **** nömrəli bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2016-cı il tarixli, ********** nömrəli, ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi; ##.##.2012-ci il tarixli ******** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin bağ sahəsi üzrə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2012ci il tarixli, ********** nömrəli, ##.##.2016-cı il tarixli, ********** nömrəli çıxarışların ləğv edilməsi; 5314 və **** nömrəli bağ sahələrindən cavabdeh cavabdeh4 çıxarılaraq bağ sahələrinin iddiaçılara təhvil verilməsi və həmin bağ sahələri üzrə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə aid hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbləri təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara və apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar