Məhkəmə qərarları › İş №2(3-6)-1792/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1792/2026

17.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1792/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Bakı şəhəri *** saylı Tam Orta məktəbin direktoru cavabdeh1, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri *** saylı Tam Orta məktəbə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh *** saylı tam orta məktəbin ##.##.2025-ci il tarixli, *** saylı əmrinin ləğv olunmasını, iddiaçı İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə cavabdeh *** saylı tam orta məktəbində günuzadılmış qrup müəllimi vəzifəsinə işə bərpa olunması və iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində ilkin mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən tərəflər hazırki mübahisəyə dair barışıq sazişi bağladıqlarını bildirdilər və həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri barədə 3-cü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə:

1. “İddiaçı” İddiaçı, cavabdeh *** saylı Tam Orta Ümumtəhsil Məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan (*(*-*)-****/**** saylı mülki iş) “Əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasından imtina edir.

2. “Cavabdeh şəxs” olan Təhsil İdarəsi, Sazişin 2.1 -ci bəndinə göstərilən müddət ərizində iddiaçı R.Q.Qəhrəmanovam Təhsil İdarəsinin tabeliyində olan Bakı şəhəri, ** nömrəli tam orta ümumtəhsil məktəbində “kitabxanaçı” vəzifəsinə işə qəbul olunmasını öhdəsinə götürür.

3. Hazırki Saziş tərəflər arasında imzalandıqdan və Məhkəmə tərəfindən təsdiq edildikdən sonra “Cavabdeh şəxs” Təhsil İdarəsi "İddiaçı” İddiaçı 15 (on beş) gün müddətində Bakı şəhəri, ** nömrəli tam orta ümumtəhsil məktəbində “kitabxanaçı” vəzifəsinə işə qəbul olunması təmin edir.

4. “Cavabdeh” tərəfindən “İddiaçı”nın əmək haqqı hesabına işdənçıxma müavinəti kimi ##.##.2025-ci il tarixində ödənilmiş 1563.8 manat (bir min beş yüz altmış üç manat səksən qəpik) pul vəsaitinin qaytarmaqdan imtina edilir.

5. “İddiaçı” tərəfindən “Cavabdeh”dən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbindən imtina edilir. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 191.2ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-in 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Təqdim olunan barışıq sazişinin şərtlərindən görünür ki, tərəflər aralarındakı əmək mübahisəsini barışıq sazişi bağlamaq yolu ilə həll etmişlər. Həmin “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və işin icraatına xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 262.2-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 261-263-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:

İddiaçı İddiaçı, cavabdehlər Bakı şəhəri *** saylı Tam Orta məktəbin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin:

1. “İddiaçı” İddiaçı, cavabdeh *** saylı Tam Orta Ümumtəhsil Məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan (*(*-*)-****/**** saylı mülki iş) “Əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiasından imtina edir.

2. “Cavabdeh şəxs” olan Təhsil İdarəsi, Sazişin 2.1 -ci bəndinə göstərilən müddət ərizində iddiaçı R.Q.Qəhrəmanovam Təhsil İdarəsinin tabeliyində olan Bakı şəhəri, ** nömrəli tam orta ümumtəhsil məktəbində “kitabxanaçı” vəzifəsinə işə qəbul olunmasını öhdəsinə götürür.

3. Hazırki Saziş tərəflər arasında imzalandıqdan və Məhkəmə tərəfindən təsdiq edildikdən sonra “Cavabdeh şəxs” Təhsil İdarəsi "İddiaçı” İddiaçı 15 (on beş) gün müddətində Bakı şəhəri, ** nömrəli tam orta ümumtəhsil məktəbində “kitabxanaçı” vəzifəsinə işə qəbul olunması təmin edir.

4. “Cavabdeh” tərəfindən “İddiaçı”nın əmək haqqı hesabına işdənçıxma müavinəti kimi ##.##.2025-ci il tarixində ödənilmiş 1563.8 manat (bir min beş yüz altmış üç manat səksən qəpik) pul vəsaitinin qaytarmaqdan imtina edilir.

5. “İddiaçı” tərəfindən “Cavabdeh”dən məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbindən imtina edilir. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir İş üzrə çəkilən məhkəmə xərcləri onu ödəyən tərəflərin özlərinə aid edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar