Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1798/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Əsgərova İlahə Sabir qızı və cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-1798/2026 (Açar sözlər: torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Cavabdeh Əsgərova İlahə Sabir qızının nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı Bakı şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Əsgərova İlahə Sabir qızı və cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Əsgərova İlahə Sabir qızının ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə ## #### 2026-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Əsgərova İlahə Sabir qızına qarşı “torpaq sahəsindən çıxarılma, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əsgərova İlahə Sabir qızının Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılması, həmin ərazinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun atası Əfəndiyev Asim Həsən oğlu Bakı şəhəri X9 İcraiyyə Komitəsinin */*** saylı ##.##.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən ** saylı X15 üzvü seçilmiş və bunun əsasında 0.12 ha torpaq sahəsi olan **** saylı bağın ona ayrılması barədə * saylı order verilmişdir. Əfəndiyev Asim Həsən oğlu ##.##.2000-ci ildə vəfat etmişdir. Bakı şəhəri ** saylı notariat ofisinin notariusu S.Məmmədovun *** saylı ##.##.2024-cü il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 * saylı Bakı Ərazi İdarəsinə Əfəndiyev Asim Həsən oğlunun miras əmlakı olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi olan **** saylı bağın üzərində miras qoyanın adına forma 37 arayışın (çıxarışın) ona verilməsi barədə müraciət olunmuşdur. Lakin Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi olan **** saylı bağ cavabdeh Əsgərova İlahə Sabir qızı tərəfindən zəbt edilmişdir. O, torpaq sahəsindən istifadə edə bilmir. Buna səbəb cavabdeh Əsgərova İlahə Sabir qızının torpaq sahəsini zəbt edərək mülkiyyət hüquqlarını məhdudlaşdırmasıdır. O, dəfələrlə cavabdehə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh torpaq sahəsini ona geri qaytarmamışdır. Cavabdehin bu hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh1 da cavabdeh kimi işə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı R.Y.Mehdizadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh1 izahat verərək etiraf etmişdir ki, iddia predmeti olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsini o zəbt etmişdir, sonra isə digər cavabdeh Əsgərova İlahə Sabir qızının adına sənədləşdirmişdir. Hazırda cavabdehlər cavabdeh1 və Əsgərova İlahə Sabir qızının qanunsuz hərəkətləri, torpaq sahəsindən qanunsuz sahiblik və istifadə etmələri iddiaçının miras əmlaka olan mülkiyyət hüquqlarının qeydiyyatı üçün maneə yaradır, torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasının qarşısını alır. Qeyd olunanlara əsasən cavabdehlər Əsgərova İlahə Sabir qızının və cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb iddiaçı İddiaçı təhvil verilməsi, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən iddiaçı İddiaçı istifadəsi və sahibliyinə, həmçinin torpaq sahəsində çölölçmə işlərinin aparılmasına hər hansı maneə yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Şəbnur Qədirova) ##.##.2024- cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlər cavabdeh1 və Əsgərova İlahə Sabir qızına qadağan edilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə xərclərinin isə iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Məhkəmə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55, 68-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 157.8, 178.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 216-220-ci maddədlərinə, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin «Loizidu Türkiyəyə qarşı» işi üzrə qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhəri X6 İcraiyyə Komitəsinin */*** nömrəli ##.##.1989-cu il tarixli qərarından görünür ki, BTK № **-79 bağ-tikinti kooperativinin heyət tərkibinin təsdiq edilməsi və müəyyən olunmuş qaydada onlara bağ sahəsi ayrılması qərara alınmışdır. Ləhiş massivində ** saylı bağtikinti kooperativinin üzvlərinin siyahısında Əfəndiyev Asim Həsən oğlunun adı vardır. İş materiallarında olan Ləhiş bağlar sahəsindəki ** nömrəli kooperativin * nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin ## ### 1989-cu il tarixli */*** nömrəli qərarına əsasən Əfəndiyev Asim Həsən oğluna Ləhiş bağlar sahəsində ** nömrəli BTK-nin nəzdində 0.12 hektar sahəsi olan **** nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 * saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış *** nömrəli ##.##.2024-cü il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ##.##.2000-ci il tarixdə vəfat etmiş Əfəndiyev Asim Həsən oğlundan qalmış miras əmlaka (Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən **** saylı bağ sahəsinin torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan Əfəndiyev Asim Həsən oğlunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, miras əmlak üzərində mirasqoyanın adına tərtib edilmiş forma 37 arayışın (çıxarışın) verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PBnin ##.##.2024-cü il tarixli qərarının surətindən görünür ki, cavabdeh cavabdeh1 izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsini 2017-ci ildə Kürdəxanı Bələdiyyəsindən 9.000 manata almış və qardaşının arvadı digər cavabdeh Əsgərova İlahə Sabir qızının bağlanmış ****A saylı torpaq icarəsi müqaviləsi ilə rəsmiləşdirmişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin torpağın icarəyə verilməsinə dair ##.##.2007-ci il tarixli qərarından görünür ki, Kürdəxanı qəsəbəsi şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş Əsgərova İlahə Sabir qızının icarəsinə verilmişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsi ilə Əsgərova İlahə Sabir qızı arasında bağlanmış ****A saylı ##.##.2007-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə Bələdiyyəsi ##.##.2007-ci il tarixli ** saylı protokol əsasında şimal-şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini Əsgərova İlahə Sabir qızının icarəsinə 10 il müddətinə vermişdir. İş materiallarında olan Kürdəxanı Bələdiyyəsinin ** nömrəli ##.##.2024cü il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində deyil. Beləliklə, iş materialları ilə tamamilə sübut olunur ki, mübahisəli 0.12 ha torpaq sahəsi Əfəndiyev Asim Həsən oğluna ##.##.1989-cu ildə bağ sahəsi kimi ayrılmışdır. Əfəndiyev Asim Həsən oğlu ##.##.2000-ci ildə vəfat etmişdir. İddiaçı atası Əfəndiyev Asim Həsən oğlunun vərəsəsi kimi miras əmlakı – mübahisəli 0.12 ha torpaq sahəsini qəbul etmişdir. X10 mülkiyyətində olmayan torpağı 2007-ci ildə cavabdeh cavabdeh1 satmış və bunu cavabdeh Əsgərova İlahə Sabir qızı ilə 10 illik icarə müqaviləsi imzalamaqla rəsmiləşdirmişdir. Bunun nəticəsində cavabdehlər cavabdeh1 və Əsgərova İlahə Sabir qızı mübahisəli torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. Buna görə də, hazırda İddiaçı atasından qalan miras əmlaka – mübahisəli 0.12 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Hesab edilir ki, Sabunçu Rayon Məhkəməsi AR Mülki Məcəlləsinin 1255-ci maddəsini pozmuşdur. AR Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İş materiallarında olan Bakı şəhəri X6 İcraiyyə Komitəsinin */*** nömrəli ##.##.1989-cu il tarixli qərarından görünür ki, BTK № **-79 bağ-tikinti kooperativinin heyət tərkibinin təsdiq edilməsi və müəyyən olunmuş qaydada onlara bağ sahəsi ayrılması qərara alınmışdır. Ləhiş massivində ** saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında Əfəndiyev Asim Həsən oğlunun adı vardır. İş materiallarında olan Ləhiş bağlar sahəsindəki ** nömrəli kooperativin * nömrəli orderinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin ## ### 1989-cu il tarixli */*** nömrəli qərarına əsasən Əfəndiyev Asim Həsən oğluna Ləhiş bağlar sahəsində ** nömrəli BTK-nin nəzdində 0.12 hektar sahəsi olan **** nömrəli bağ ayrılmışdır. Əfəndiyev Asim Həsən oğlu ##.##.2000-ci ildə vəfat etmişdir. İddiaçı atası Əfəndiyev Asim Həsən oğlunun vərəsəsi kimi miras əmlakı – mübahisəli 0.12 ha torpaq sahəsini qəbul etmişdir. Beləliklə, İddiaçı ##.##.2020ci ildən mübahisəli 0.12 ha torpaq sahəsinin mülkiyyətçisi sayılır. AR Mülki Məcəlləsinin 157.2.ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı ##.##.2020-ci ildən mübahisəli 0.12 ha torpaq sahəsinin mülkiyyətçisi sayılır. Kürdəxanı bələdiyyəsinin mülkiyyətində olmayan torpaq 2007-ci ildə cavabdeh cavabdeh1 satılmış və bu cavabdeh Əsgərova İlahə Sabir qızı ilə 10 illik icarə müqaviləsi imzalanmaqla rəsmiləşdirilmişdir. Bunun nəticəsində cavabdehlər cavabdeh1 və Əsgərova İlahə Sabir qızı mübahisəli torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. Beləliklə, hesab edilir ki, İddiaçı cavabdehlər Əsgərova İlahə Sabir qızının və cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etməsi üçün tam subyektiv hüququ vardır. Ona görə də, Sabunçu Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddiaçı İddiaçı iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.
8. Cavabdeh Əsgərova İlahə Sabir qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh Əsgərova İlahə Sabir qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*(***)-****/**** saylı qətnaməsində mübahisənin mahiyyəti qətnamədə qeyd edildiyi kimi iddiaçının belə bir iddia tələbi ilə məhkəmədə iddia qaldırılması üçün məhkəməyə müraciət etmək hüququnun olmaması qeyd edilsə də, iddiaçının iddia tələbinə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılması cavabdehlər cavabdeh1 və Əsgərova İlahə Sabir qızına qadağan edilməli, iddia qalan hissədə rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamənin mahiyyəti iddiaçı tərəfindən irəli sürülmüş iki tələbin bir-birinə ziddiyyət təşkil etməsi və məhkəmə tərəfindən dolayısı ilə qətnamədə bu vurğulansa da iddia tələbi bu iddianı irəli sürməyə subyektiv hüququ olmayan şəxsin xeyrinə qismən təmin edilmişdir. Aşağıdakı əsaslara görə həmin qətnamənin qanunsuz olduğunu hesab edilir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)****/**** saylı qətnaməsində məhz iddia tələbini irəli sürən şəxsin miras qoyanın yeganə varisi olmasını təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyi təqdirdə, həmçinin digər vərəsələri də məhkəmədə təmsil etməsinə dair müvafiq sənəd təqdim edilmədiyi təqdirdə miras qoyanın miras əmlakına bütovlükdə tələb irəli sürülməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Mübahisələndirilən məhkəmə qətnaməsində diqqət edilməli və araşdırılmalı əsas məqamlardan biri iddiaçının subyektiv hüququdur. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da göründüyü kimi iddiaçının qanunla müəyyən edilmiş qaydada miras qoyanın vərəsəsi kimi tanınmadan məhkəmədə hansı hüquqla iddia qaldırması qanunidir? Bundan başqa, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatında bildirilmişdir ki, ondan başqa miras qoyanın başqa övladları da vardır və onlar da iddiaçı kimi atalarının vəfatından 24 il ötsə də varis kimi tanınmaları barədə vərəsəlik işinin açılmasına dair müvafiq orqana müraciət etməmişlər. Belə olduğu təqdirdə iddiaçının varis kimi nə özünün, nə də digər varislərin hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etmədikləri təqdirdə hər hansı bir hüquqdan söhbət gedə bilməz. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmadan Əfəndiyev Asim Həsən oğlunun adına tərtib edilmiş forma 37 arayışın (çıxarışın) verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsi təmin edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Səadət Səlimova, Akif İsgəndərov, Məhəmməd Rüstəmli) *(***)-****/**** nömrəli 2025-ci il ## ####### tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Əsgərova İlahə Sabir qızının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-2(008)- ****/**** nömrəli qətnaməsinin qismən, iddianın təmin edilən “Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlər cavabdeh1 və Əsgərova İlahə Sabir qızına qadağan edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələblərinin bu hissədə rədd edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində qeyd etmişdir ki, iddiaçının iddia etdiyi bağ sahəsinin ayrıldığı tarixə tərtib olunmuş 0,12 ha torpaq sahəsinin yerləşdiyi ünvanı müəyyən edəcək sxemi olmamaqla yanaşı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin arxivində ** saylı BTKnın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, **** saylı bağ sahəsinə dair sənədlər yoxdur. Əfəndiyev Asim Həsən oğlu ##.##.2000-ci ildə öldüyü, yəni mirasın açıldığı vaxt qüvvədə olan Mülki Məcəllənin tələblərinə uyğun olaraq mirası əldə etmək üçün vərəsə onu qəbul etməli idi. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmirdi. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunurdu. Bu göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməli idi. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunurdu.
13. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçının özünün verdiyi izahatdan və mülki işin sənədlərindən müəyyən olunur ki, o, bağ sahəsinə 2000-ci ilədək, yəni atasının ölümünədək gedib-gəlmiş, mirası qəbul etmək üçün notariat ofisinə isə yalnız 2024cü ildə müraciət etmişdir. Araşdırma zamanı cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinin iddiaçının atasına ayrılmış torpaq sahəsi olması, iddiaçının özünün vərəsə olaraq hər hansı bir mirası qəbul etməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin iddiaçının iddia tələblərini irəli sürməkdə subyektiv hüququnun olmamasına dair gəldiyi qənaət əsaslıdır. İddiaçı atasının ölümündən sonra üç il müddətində mirasla bağlı tələb irəli sürmədiyindən, hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mülki qanunvericilikdə nəzərdə tutulmuş, tərəflərin bildirməsindən asılı olmayaraq məhkəmə tərəfindən təbiq edilən iddia müddətini də ötürmüşdür.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilən hissəsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdehlər Əsgərova İlahə Sabir qızının və cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığı qənaətinə gəldiyi halda, ona Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilməsinə və inventarlaşdırma işlərinin aparılmasına hər hansı maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi hissəsində qanuni və əsaslı olmasını qət edərkən düzgün nəticəyə gəlməmişdir. Miras olaraq iddiaçı tərəfindən qəbul edilməyən əmlakla bağlı tələb irəli sürmək üçün iddiaçının subyektiv hüququ olmadığı kimi, həmin əmlak olaraq hesab etdiyi, təqdim etdiyi sənədlər üzrə faktiki yerləşdiyi ünvanı məlum olmayan torpaq sahəsinə və ya cavabdehlərin faktiki istifadələrində olan torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri tərəfindən baxış keçirilməsini, ölçmə işlərinin aparılmasını tələb etmək, bu hərəkətlərin edilməsinə maneələr yaratmalarının cavabdehlərə qadağan edilməsini tələb etmək üçün də hər hansı bir hüququ yoxdur.
d) Kassasiya instansiya məhkəməsində icraat
15. İddiaçı İddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi hakim), X1 və Şəfiyev İspəndiyar Əsəd oğlu) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılması qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...şəxsin vəfat etməsi onun torpaq sahəsi üzərində əldə etmiş olduğu (sahiblik və istifadə) hüquqlarının xitamına səbəb olmur, əksinə həmin hüquqlar qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür... İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına əsasən, iddiaçının atası Əfəndiyev Asim Həsən oğlu Bakı şəhəri X9 İcraiyyə Komitəsinin */*** saylı ##.##.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən ** saylı X15 üzvü seçilmiş və bunun əsasında 0.12 ha torpaq sahəsi olan **** saylı bağın ona ayrılması barədə * saylı order verilmişdir. Belə olan halda müvafiq ünvanda olan bağ sahəsinin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının mərhum atasına məxsus olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır... İşin halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı notraius tərəfindən qanun üzrə vərəsə hesab edilmiş, məhz ona münasibətdə ** saylı formada arayışın verilməsi müvafiq reyestr orqanına həvalə edilmişdir... Bununla yanaşı məhkəmə tərkibi nəzərə alır ki, iddiaçının atası Əfəndiyev Asim Həsən oğluna Bakı şəhəri X9 İcraiyyə Komitəsinin */*** saylı ##.##.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən ** saylı X15 üzvü seçilməsinə və bunun əsasında 0.12 ha torpaq sahəsi olan **** saylı bağına dair verilmiş order mübahisələndirilməmiş, ləğv edilməmiş, dəyişdirilməmişdir və hazırkı vaxtda qüvvədədir. Belə olan halda isə qeyd olunan sənədlər qanunvericiliyin tələbi baxımından iddiaçının vərəsəsi olduğu şəxsin həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır və iddiaçı atasının vərəsəsi olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələbi baxımından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə etməkdə subyektiv hüquqa malikdir. İşin digər halları ilə müəyyən olunur ki, iddiaçıya ** saylı formada arayışın verilməsindən imtina torpaq sahəsini tutmuş digər şəxslərin orada ölçü işlərinin aparılmasına mane törətmələri ilə bağlı olmuşdur. Cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinin ##.##.2007-ci il tarixdən Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi arasında imzalanmış ****A saylı torpaq icarəsi müqaviləsinə əsasən istifadəsinə verildiyini və torpaq sahəsinə qanuni əsaslarla sahibləndiyini göstərmişdir... Lakin iş materiallarında olan mütəxəsis rəyindən aydın olur ki, cavabdeh tərəfə ayrılmış bağ sahəsi iddia olunan sahədən cənub-şərq istiqamətində təqribi 1900-2000 metr aralı məsafədə yerləşir. Belə olan halda apellyasiya məhkəməsi iş üçün əhəmiyyətinin olmasına baxmayaraq həmin müəyyən edilmiş hallara aydınlıq gətirməmiş, yalnız iddiaçının subyektiv hüququnun olmamasına əsaslanmaqla iddianın rədd edilməli olması nəticəsinə gəlmişdir. Digər tərəfdən Kürdəxanı bələdiyyəsinin ** nömrəli ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Kürdəxanı bələdiyyəsi tərəfindən Əsgərova İlahə Sabir qızına ##.##.2007-ci il tarixdə ****A saylı icarə müqaviləsi əsasında 1200 kv.m torpaq sahəsi icarəsinə verilmişdir. Hal-hazırda icarə müqaviləsi bələdiyyənin sənədlər arxivində mövcuddur. Ayrılmış torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin inzibati ərazisi daxilində olsa da, mülkiyyətində deyil. Həmin məktubun məzmunundan aydın olur ki, cavabdeh tərəfin istifadəsinə torpaq sahəsi ayırmış orqan olan Kürdəxanı bələdiyyəsinin cavabdehə ayrıdığı torpaq sahəsinə mülkiyyət hüququ olmamışdır. Belə olan halda həmin orqan işə cəlb edilməli, torpaq sahəsinin ayrılmasına səlahiyyətin olub-olmaması aydınlaşdırılmalı, müqavilənin qüvvədə olub-olmaması müəyyən edilməli olsa da, məhkəmələr bu istiqamətdə heç bir araşdırma aparmamışlar.”. c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən cavabdeh Əsgərova İlahə Sabir qızının nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaq boş sahədir və üzərində tikili yoxdur. Cavabdeh torpağı əldə edən zaman həmin sahə zibilxana kimi olmuşdur. Hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Azərbaycan SSR Mülki Məcəlləsi (##.##.2000-ci il tarixədək qüvvədə olmuş)
20. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
21. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
22. Maddə 530. Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.
23. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (övladlığa götürülənlər), arvad (ər), ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələrdilər. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
24. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyət orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
27. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
28. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
29. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
30. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
31. Maddə 66.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
32. Maddə 67. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
33. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
34. Maddə 73.1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu
35. Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
36. Maddə 6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
37. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
38. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
39. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
40. Maddə 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
41. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərindəmülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
42. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
43. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu
44. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
45. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli *** nömrəli Fərmanı
46. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:
47. 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
48. 2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı
49. 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #dək qəbul edilmiş qərarlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
53. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
54. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apelyasiya baxışının hədləri
55. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
57. Hazırda hər iki tərəf qətnamədən apellyasiya şikayəti verdiyindən, apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilərək iddia tam təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.
59. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində də yanlışlığa yol vermişdir.
60. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
61. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının atası Əfəndiyev Asim Həsən oğlu Bakı şəhəri X9 İcraiyyə Komitəsinin */*** saylı ##.##.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən ** saylı X15 üzvü seçilmiş və bunun əsasında 0.12 ha torpaq sahəsi olan **** saylı bağın ona ayrılması barədə * saylı order verilmişdir. Əfəndiyev Asim Həsən oğlu ##.##.2000-ci ildə vəfat etmişdir. İddiaçı atasından miras qalmış mübahisəli əmlakın qəbul edilməsini təmin etmək üçün notariat orqanına müraciət etmiş və onun müraciəti əsasında Bakı şəhəri ** saylı notariat ofisinin notariusu S.Məmmədov *** saylı ##.##.2024-cü il tarixli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 * saylı Bakı Ərazi İdarəsinə Əfəndiyev Asim Həsən oğlunun miras əmlakı olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi olan **** saylı bağın üzərində miras qoyanın adına forma 37 arayışın (çıxarışın) ona verilməsi tələb olunmuşdur. Lakin iddiaçıya Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən 0.12 ha torpaq sahəsi olan **** saylı bağın üzərində miras qoyanın adına forma 37 arayışın (çıxarışın) verilməsi təmin olunmamışdır. Həmçinin iddiaçının atasına verilmiş orderə əsasən ona ayrılmış torpaq sahəsi üzrə isə hazırda onun vərəsəsi qismində iddiaçı müvafiq qeydiyyatın aparılmasına cəhd etsə də, cavabdeh buna maneələr törədərək ölçü işlərinin aparılmasına şərait yaratmamışdır. Nəticə etibarilə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
62. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin bağ sahəsinin vərəsəlik hüququ əsasında ona keçməsini təsdiq edən hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə iddiaçı İddiaçı cavabdehlər Əsgərova İlahə Sabir qızının və cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılmaları, həmin ərazinin boşaldılıb ona təhvil verilməsinə dair tələb üzrə subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir.
63. Kollegiya ilk növbədə birinci instansiya məhkəməsinin adıçəkilən mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
64. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2 ,2.7 bəndələrindən göründüyü kimi Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlərdən biri kimi fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənziltikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar çıxış edir.
65. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
66. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının ## #### 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
67. Yuxarıda da göstərildiyi kimi iddiaçının atası Əfəndiyev Asim Həsən oğlu Bakı şəhəri X9 İcraiyyə Komitəsinin */*** saylı ##.##.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları massivində yerləşən ** saylı X15 üzvü seçilmiş və bunun əsasında 0.12 ha torpaq sahəsi olan **** saylı bağın ona ayrılması barədə * saylı order verilmişdir. Həmçinin o da müəyyən olunur ki, sözügedən order mübahisələndirilməmiş, ləğv edilməmiş, dəyişdirilməmişdir və hazırkı vaxtda qüvvədədir. Belə olan halda müvafiq ünvanda olan bağ sahəsinin hüquqmüəyyənedici sənədlər əsasında iddiaçının mərhum atasına məxsus olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır.
68. Bundan başqa qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
69. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (* nömrəli əlavənin) 7.2-ci bəndinə (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir.
70. İşin halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı notraius tərəfindən qanun üzrə vərəsə hesab edilmiş, məhz ona münasibətdə ** saylı formada arayışın verilməsi müvafiq reyestr orqanına həvalə edilmişdir.
71. Belə olan halda isə qeyd olunan sənədlər qanunvericiliyin tələbi baxımından iddiaçının vərəsəsi olduğu şəxsin həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır və iddiaçı atasının vərəsəsi olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələbi baxımından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə etməkdə subyektiv hüquqa malikdir.
72. Subyektiv hüquqla bağlı məsələ aydınlaşdırıldıqdan sonra qiymət verilməli növbəti bir məsələ iddia olunan torpaq sahəsinə dair cavabdehin hansısa hüququnun mövcud olubolmamasıdır.
73. Belə ki, cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinin ##.##.2007-ci il tarixdən Bakı şəhəri Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi arasında imzalanmış ****A saylı torpaq icarəsi müqaviləsinə əsasən istifadəsinə verildiyini və torpaq sahəsinə qanuni əsaslarla sahibləndiyini göstərmişdir.
74. Lakin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin *-**-*-**/*-*****/**** saylı ## ###### 2025-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1186 ha təşkil edir. Bağ sahəsi qonşu bağ ilə bir hasar daxilindədir (ara sərhəd şərtidir). Mübahisəli torpaq sahəsinə iddiaçı və cavabdehin nümayəndəsi ilə texniki baxış keçirilmiş, iddiaçı və cavabdehin nümayəndəsi eyni sahəyə iddiaları olduğunu bildirmişlər. İddiaçı iddia etdiyi sahəyə **** saylı bağ sahəsi kimi, cavabdehin nümayəndəsi isə həmin eyni sahəyə ****A saylı bağ sahəsi kimi iddiası olduğunu bildirmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən ****A saylı bağ sahəsi kimi iddia olunan sahədən cənub-şərq istiqamətində təqribi 1900-2000 metr aralı məsafədə yerləşir.
75. Mütəxəssis rəyindən də göründüyü kimi, cavabdeh tərəfə ayrılmış bağ sahəsi iddia olunan sahədən cənub-şərq istiqamətində təqribi 1900-2000 metr aralı məsafədə yerləşir. Nəticə etibarilə iddiaçının məhz hazırda mübahisələndirdiyi torpaq sahəsi ilə cavabdehin ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsi arasında hər hansı bağlılıq mövcud deyildir.
76. Bundan əlavə qeyd edilməlidir ki, həmin torpaq sahələri üst-üstə düşmüş olsa idi belə, bu hal da cavabdehin həmin torpağa sahibliyinin qanuni olduğunu deməyə əsas vermir. Belə ki, Kürdəxanı bələdiyyəsinin ** nömrəli ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Kürdəxanı bələdiyyəsi tərəfindən Əsgərova İlahə Sabir qızına ##.##.2007-ci il tarixdə ****A saylı icarə müqaviləsi əsasında 1200 kv.m torpaq sahəsi icarəsinə verilmişdir. Hal-hazırda icarə müqaviləsi bələdiyyənin sənədlər arxivində mövcuddur. Ayrılmış torpaq sahəsi Kürdəxanı bələdiyyəsinin inzibati ərazisi daxilində olsa da, mülkiyyətində deyil. Nəticə etibarilə bələdiyyə orqanının öz mülkiyyətində olmayan torpaq sahəsini digər bir şəxsə icarə verməsinin də qanuni əsasları öz təsdiqini tapmamış olur.
77. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya qeyd edir ki, iddia tələbinin cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılmaları və sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsi əsaslı olmaqla apellyasiya şikayətinin təminini şərtləndirir.
78. Məhkəmə cavabdehin ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılmasının əsassızlığına dair şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, işin mübahisəsiz halına görə iddiaçının atasına verilmiş orderə əsasən ona ayrılmış torpaq sahəsi üzrə isə hazırda onun vərəsəsi qismində iddiaçı müvafiq qeydiyyatın aparılmasına cəhd etsə də, cavabdeh buna maneələr törədərək ölçü işlərinin aparılmasına şərait yaratmamışdır. Halbuki yuxarıda da göstərildiyi kimi iddiaçı mərhum atasının vərəsəsi kimi cavabdehləri mübahisəli torpaqdan çıxarmaq və həmin sahə üzrə öz hüquqlarının qeydiyyatını apara bilmək üçün səlahiyyətli orqan tərəfindən müvafiq ölçmə işlərinin aparılmasına yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malikdir.
79. Bütün bunlar da onu deməyə əsas verir ki, cavabdehin hazırda mübahisəli torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 (* saylı Bakı Ərazi İdarəsinin) əməkdaşlarına (mühəndisləri) baxış və inventarlaşdırma işlərinin (ölçü işlərinin) aparılmasına maneə törətməsinə dair hər hansı qanuni və hüquqi əsası mövcud olmamışdır.
80. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən ləğvi üçün əsas təşkil edir.
81. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
82. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
83. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
84. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
85. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
86. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun dəyəri olan 100 (yüz) manat pul və apellyasiya şikayəti ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun dəyəri cavabdehlər Əsgərova İlahə Sabir qızı və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməli, cavabdeh tərəfin apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid edilməlidir.
87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Əsgərova İlahə Sabir qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi qismən – iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın.İddia təmin edilsin. Cavabdehlər Əsgərova İlahə Sabir qızı və cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən **** saylı bağın ərazisi olan 0.12 ha torpaq sahəsindən çıxarılsınlar və həmin ərazi boşaldılaraq iddiaçı İddiaçı təhvil verilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Əsgərova İlahə Sabir qızı və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin. İddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun dəyəri cavabdehlər Əsgərova İlahə Sabir qızı və cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh Əsgərova İlahə Sabir qızının apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev