Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1802/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və Məlikova (Babaşova) Leyla Akif qızına qarşı iş üzrə Açar sözlər: kompensasiya ödənilməklə fərdi yaşayış evindən çıxarılma Hakimlər X12 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və Məlikova (Babaşova) Leyla Akif qızına qarşı “kompensasiya ödənilməklə fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi, ev ** ünvanında İddiaçı, cavabdeh4, Məlikova Leyla Akif qızı qeydiyyatdadırlar.
2. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən ** saylı fərdi yaşayış evi ##.##.2004-cü il tarixdə Babaşov X7, yəni iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh4 atasının adına ilkin qeydiyyatdan keçmişdir.
3. Mübahisəli ev tərəflərin atası Babaşov X7 tərəfindən qeydiyyata alınarkən 320 kv.m torpaq sahəsində inşası başa çatdırılmış ** saylı fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhər Tİ və MHQİ tərəfindən 1961-ci il iyun ayında, yuxarıda qeyd edilən ünvanda yerləşən evə texniki pasport tərtib edilmiş və həmin idarə **/**** saylı ##.##.2003-cü il tarixli məktubla RİH-nə müraciət edərək, mülkün ilkin hüquqi qeydiyyata alınmasına göstəriş verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq sərəncamda 1. Kirov rayon XDS İK-nin ** saylı ##.##.1954-cü il tarixli protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi ** saylı ünvanda vətəndaş X1 Babaşova ayrılmış və mülkiyyətinə verilmiş torpaq sahəsində inşası başa çatdırılmış, sahəsi 130.6 kv.m olan 9 yaşayış otağından, 122.9 kv.m köməkçi sahədən, 42 kv.m qarajdan, 10.6 kv.m sanitar qovşağından ibarət fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi onun adına hüquqi qeydiyyata alınması; 2. Sərəncamın surətinin qeyd edilən evin texniki pasportunda dəyişiklik edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi üçün Bakı şəhər Tİ və MHQİ-nə, eləcədə vətəndaş Ə.N.Babaşova göndərilməsi qərara alınmışdır.
4. Bakı şəhəri ** saylı DNK-nın ##.##.2005-ci il tarixli, 2v-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən ev ümumi birgə mülkiyyət hüququ əsasında Babaşova Rahnə Novruz qızının, Babaşov X3, İddiaçı, Babaşov Əli Əsgər oğlunun, cavabdeh4 Əli Abbas oğlunun adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı DNK-nın ##.##.2005-ci il tarixli, 4Ə/1-** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən digər paylı mülkiyyətçilər, o cümlədən cavabdeh4 öz paylarını İddiaçı bağışlamış, nəticədə həmin ev tam olaraq İddiaçı qızının adına qeydiyyatdan keçmişdir.
5. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, ****** nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 9 otaq 130.7 kv.m yaşayış sahəsi, 251.3 kv.m ümumi sahəsi olan ** saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ** saylı reyestr kitabında ##.##.2005-ci il tarixdə qeydiyyat aparılmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0.0160 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə cavabdeh4 adına ##.##.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0.0160 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə cavabdeh2 adına ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyinə əsasən cavabdehlərin yaşadığı 4, 5 və ** nömrəli otaqlar iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən ** saylı evin ümumi sahəsinə daxildir.
Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və Məlikova (Babaşova) Leyla Akif qızına qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və Məlikova (Babaşova) Leyla Akif qızının 32.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən ** saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən ** saylı ev onun şəxsi mülkiyyətindədir. Təəssüf ki, son illər cavabdehlərin ona qarşı etdikləri haqsız hərəkətlərinə görə birgə yaşamaqları mümkün deyildir. Evinin üstündə cavabdehlər tərəfindən artırma işləri aparılmışdır. O, əvvəllər buna etiraz etməmiş, indi isə həmin tikili evini qəzalı vəziyyətə salmışdır. Orada yaşamaq təhlükəlidir. Zəlzələ olsa ev uça bilər. Bundan başqa etibarından sui-istifadə edərək adına olan torpaq sahəsini mənimsəmişlər. Formal olaraq bağlanan müqaviləni həyata keçirmişlər. Evində rahat yaşaya bilmir. Şüşələrini sındırmışlar. Səhhətində problemlər vardır. Sakit həyat tərzi keçirmək istəyir. Cavabdehlərlə aralarındakı mübahisə, münaqişələrlə bağlı məhkəmədə geniş izahat verəcəkdir. Onun evinin çıxarışının əsli cavabdeh cavabdeh2dır və indiyədək qaytarmamışdır. O, mülkiyyətçidir. O, cavabdehlərə kompensasiya, yəni pul ödəməli deyildir. Çünki onların həmin mənzilə istifadə hüquqları yoxdur, sadəcə yaşayırlar. Cavabdehlərdən ikisinin həmin ünvana qeydiyyatı yoxdur. O, mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirə bilmir. 12.000 manat məbləğində kompensasiyanı ona görə verir ki, müəyyən müddət kirayədə yaşaya bilsinlər. Cavabdehlərin bu evdə qeydiyyatda olmaları və yaşamaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bundan başqa, cavabdehlərin özlərinin maddi durumları yaxşıdır və kirayə haqqını özləri də ödəyə bilərlər. O, qardaşına görə bu pulu verir. Cavabdehlər həmin evdə iç-içə olan iki otaqda yaşayırlar. Yaşadıqları ərazidə iki otaqlı evin kirayə haqqı təxminən 300-350 manat təşkil edir. Həm daxili, həm də Beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Cavabdehlərlə bir damın altında yaşamaq mümkün deyildir. Ümumiyyətlə evini satıb köçmək istəyir. O, məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmişdir. **. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə cavabdehlərə verilən kompensasiya məbləğini 12.000 manatdan 32.000 manata qaldırmışdır.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir
13. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh4 bacı-qardaşdırlar, digər cavabdehlər isə cavabdeh4 ailə üzvləridir və cavabdehlərdən yalnız cavabdeh1 həmin ünvanda yaşamır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən ** saylı fərdi yaşayış evi ##.##.2004cü il tarixdə Babaşov X7 adına ilkin qeydiyyatdan keçmişdir. Mübahisəli ev tərəflərin atası Babaşov X7 tərəfindən qeydiyyata alınarkən 320 kv.m. torpaq sahəsində inşası başa çatdırılmış ** saylı fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhər Tİ və MHQİ tərəfindən 1961-ci il iyun ayında, yuxarıda qeyd edilən ünvanda yerləşən evə texniki pasport tərtib edilmiş və həmin idarə **/**** saylı ##.##.2003-cü il tarixli məktubla RİH-nə müraciət edərək, mülkün ilkin hüquqi qeydiyyata alınmasına göstəriş verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq sərəncamda 1. Kirov rayon XDS İK-nin ** saylı ##.##.1954-cü il tarixli protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi ** saylı ünvanda vətəndaş Babaşov X1 ayrılmış və mülkiyyətinə verilmiş torpaq sahəsində inşası başa çatdırılmış, sahəsi 130.6 kv.m. olan 9 yaşayış otağından, 122.9 kv.m. köməkçi sahədən, 42 kv.m. qarajdan, 10.6 kv.m. sanitar qovşağından ibarət fərdi yaşayış evinin xüsusi mülkiyyət kimi onun adına hüquqi qeydiyyata alınması, 2. Sərəncamın surətinin qeyd edilən evin texniki pasportunda dəyişiklik edilməsi və qeydiyyat vəsiqəsinin verilməsi üçün Bakı şəhər Tİ və MHQİ-nə, eləcədə vətəndaş Ə.N.Babaşova göndərilməsi barədə sərəncam verilmişdir. Bakı şəhəri ** saylı DNK-nın ##.##.2005-ci il tarixli, 2v-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən ev ümumbirgə payda Babaşova Rahnə Novruz qızının, Babaşov X3, İddiaçı, Babaşov Əli Əsgər oğlunun, cavabdeh4 Əli Abbas oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri ** saylı DNK-nın ##.##.2005-ci il tarixli, 4Ə/1-** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən həmin ev (tam) İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətində və faktiki sahibliyindədir. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə isə, 0.0320 ha torpaq sahəsinin 0.0079999 ha hissəsi İddiaçı, 0.0058666 ha hissəsi isə cavabdeh4 adına 2021-ci ildə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0.0160 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə cavabdeh2 adına ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Məhkəmə araşdırması zamanı yerində müayinə keçirilmiş, yerinə müayinə zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsi, ev ** ünvanında yerləşən mənzilə daxil olduqda, mənzilin yerləşdiyi həyətin sağ tərəfində iki qapı yerləşir. Sağ tərəfdən birinci qapıya proses iştirakçıları ilə baxış keçirildiyi zaman iç-içə təmirsiz iki otağın yerləşdiyi müəyyən edilmişdir. Sağ tərəfdə təmirsiz zirzəmi yerləşir. Mənzilin həyətinin sol tərəfində isə pilləkənlər yerləşir. Həmin pilləkən vasitəsi ilə ikinci mərtəbəyə qalxdıqda dəhliz və 2 qapısı olan təcrid edilmiş mənzillər müəyyən olunmuşdur. Sağdan birinci mənzildə cavabdeh cavabdeh2, bacıları və anası yaşayırlar. Həmin mənzilin ümumi sahəsi 140 kv.m, mənzildə bir mətbəx, mətbəxin sonunda sanitar qovşağı, mətbəxin sol tərəfindəki, qapıdan daxil olduqda isə qonaq otağı yerləşir. Qonaq otağına daxil olduqda sağ tərəfdə pəncərə, qonaq otağının sonunda olan qapıdan içəri daxil olduqda yataq otağı, yataq otağının sağ tərəfində isə pəncərənin yerləşdiyi müəyyən edilmişdir. Həmin ünvanda yerləşən ikinci mərtəbədəki dəhlizdən sol tərəfdə yerləşən ikinci mənzilə baxış keçirildikdə müəyyən olunmuşdur ki, həmin mənzil İddiaçı faktiki sahibliyində və istifadəsindədir, mənzilin ümumi sahəsi 130 kv.m, qapının giriş hissəsinin sağ tərəfində mətbəx, mətbəxin sağında sanitar qovşağı yerləşir. Mətbəxin sonunda qonaq otağına giriş qapısı müəyyən olunmuşur. Qonaq otağının sol tərəfində 3 ədəd pəncərə, sağ tərəfində isə iki qapı müəyyən olunmuşur. Qonaq otağının sol tərəfində olan üç ədəd pəncərə qonşunun hasarına baxır. Qonaq otağından sağ tərəfdə olan birinci və ikinci qapıda yataq otaqları müəyyən edilmişdir. İddiaçı faktiki sahibliyində və istifadəsində olan mənzil Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən ** saylı ev kimi qeydiyyata alınmış evdir. cavabdeh2 faktiki sahibliyində və istifadəsində olan ev sonradan tikilmişdir, qeydiyyata alınmamışdır.
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı mülkiyyətindən olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən ** saylı evdən cavabdehlərin yalnız isifadə hüquqları olduğuna əsaslanaraq onların istifadə hüquqlarına xitam verilməsini deyil, onların kompensasiya ilə çıxarılmasını tələb etsə də, işdə olan sübutlarla təsdiq edilmişdir ki, cavabdehlər həmin evdə yaşamırlar, cavabdehlərin yaşadıqları ev özbaşına tikili olmaqla təcrid formada iddiaçının evinin yanında yerləşir. Bununla yanaşı mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, cavabdeh2 mübahisənin predmeti olan evin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçisidir.
16. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun, cavabdeh2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər faktiki sahibliyində və istifadəsində olan və iddiaçıya aidiyyəti olmayan, iddiaçının mülkiyyətində olan evdən təcrid olunmuş evin hüquqi əsası olan (titul) sahibi sayılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157.8-ci, 180-ci, 213-215-ci, Mülki Prosessual Məcəllənin **9.1-ci, 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv еdilməsi və iddiаnın təmin еdilməsi bаrədə yеni qətnаmə çıхаrılmаsını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi rаyоnu, Rəsulzаdə qəsəbəsi, H.Hаcıyеv küçəsi еv ** şəхsi mülkiyyətindədir. Təəssüf ki, sоn illər cаvаbdеhlərin ona qаrşı еtdikləri hаqsız hərəkətlərinə görə yаşаmаq mümkün dеyil. Еvinin üstündə аrtırmа еdib. Əvvəllər еtirаz еtməyib, indi isə həmin tikili еvini qəzаlı vəziyyətə sаlıb. Yаşаmаq təhlükəlidir. Zəlzələ оlsа еv uçа bilər. Bundаn bаşqа, еtibаrındаn sui-istifаdə еdərək аdınа оlаn tоrpаq sаhəsini mənimsəyiblər. Fоrmаl оlаrаq bаğlаnаn müqаviləni həyаtа kеçiriblər. Еvində rаhаt yаşаyа bilmir, şüşələrini sındırıblаr. Səhhətində prоblеmlər vаr. Sаkit həyаt tərzi kеçirmək istəyir. Nəzərə çаtdırır ki, еvinin çıхаrışının əsli, tехniki pаspоrt cаvabdеh Fiкrət Bаbаşоvdаdır, indiyədək qаytаrmаyıb. O, cаvаbdеhlərə kоmpеnsаsiyа, yəni pul ödəməli dеyil, çünki оnlаrın bu еvdə istifаdə hüquqlаrı yохdur, sаdəcə yаşаyırlаr. Cаvаbdеhlərdən ikisi bu ünvаndа qеydiyyаtdа dеyil. Mülkiyyət hüquqlаrını tаm şəkildə həyаtа kеçirə bilmir. Pulu dа оnа görə vеrir ki, müəyyən müddət kirаyədə yаşаyа bilsinlər. Оnlаrın bu еvdə qеydyiyаtdа оlmаsı və yаşаmаsı mülkiyyət hüquqlаrını məhdudlаşdırır. Cavabdehlərin özlərinin mаddi durumu yахşıdır. Kirаyə hаqqını özləri də ödəyə bilərlər. O, qаrdаşınа görə bu pulu vеrir. Qеyd еdir ki, cаvаbdеhlər bu еvdə iç-içə оlаn iki оtаqdа yаşаyır. Yаşаdığı ərаzidə еkspеrtin rəyinə görə iki оtаğın kirаyə hаqqı 530 mаnаt təşkil еdir. Məhkəmənin gəldiyi nəticə əsаssızdır. Qеydiyyаt vəsiqəsində ümumi sаhə 251 kv.m. sаhə qеyd оlunub, 130 kv.m. sаhə yаşаyış sаhəsi, 122,9 kv.m. köməkçi sаhə, 42 kv.m. qаrаj, 10,6 kv.m. sаnitаr qоvşаğındаn ibаrətdir. Mülkiyyətində оlаn еv köhnə tikilidir. Еvin ümumi sаhəsi üzrə özbаşınа tikili mövcud dеyil. Qеydiyyаt vəsiqəsi və əlində оlаn tехniki sхеmin bir nеçə səhifəsinə görə аrаşdırmа аpаrmışdır. Cаvаbеhlərin hаzırdа yаşаdığı sаhə еvin ümumi sаhəsinə аiddir, özbаşınа tikili dеyil. Özbаşınа tikili еvin üzərindəki və sоnrаdаn rаzılığı ilə оlаn tikilidir. Cаvаbdеhlərin yаşаdıqlаrı оtаqlаrın еvin ümumi sаhəsinə аid оlub-оlmаmаsı dəqiqləşdirilməyib. Məhkəmədən hаnsı səbəbdən bu nəticəyə gəlməsi suаl dоğurur. Qəti şəkildə bildirir ki, yаşаdıqlаrı iki оtаq özbаşınа tikili dеyil və еvin ümumi sаhəsinə аiddir. Qaraj və köməkçi sahələr çoxdan satılıb. Məhkəmə qеyd еdir ki, onlar istifаdə hüququnun хitаmını dеyil, kоmpеnsаsiyа ödənilməklə еvdən çıхаrılmаnı tələb еtmişlər. İstifаdə hüququnа хitаm vеrilməsi iddiаsı qоyulsаydı bеlə еvdən çıхаrılmа tələbi оlmаlıydı. Kоmpеnsаsiyа vеrilməklə хitаm və yа çıхаrılmа məntiqi bахımdаn еyni tələbdir. Onun hüquqlаrının pоzulmаsı təsdiqlənərsə, məhkəmə öz qətnаməsi ilə bu hüququ müdаfiə еtməlidir. Əgər onun hüquqlаrının pоzulmаsı təsdiqlənməzsə, оnun iddiаsı rədd еtməli və bununlа dа cаvаbdеhin onun əsаssız hərəkətləri və yа fikirləri də pоzulа biləcək hüquqlаrını müdаfiə еtməlidir. Hər bir hаldа, məhkəmənin qətnаməsi ilk növbədə məhz mübаhisə tərəflərini müdаfiə еdən аkt kimi çıхış еtməlidir. Cаvаbdеh tərəf yаşаdıqlаrı оtаğın özbаşınа tikili оlmаsı bаrədə məhkəməyə sənəd təqdim еtməmişdir. Оnlаrın yаşаdıqlаrı оtаqlаr dахil оlmаqlа çıхаrışdаn dа göründüyü kimi şəхsi mülкiyyətindədir. Onların аrаsındа оlаn münаsibətlər gərgindir, birgə yаşаmаq mümkün dеyil. Хеyli müddətir ki, аrаlarındа mübаhisə, münаqişə gеdir. Məhkəmə iddiаnı rədd еdərkən həm də еvin аltındаkı tоrpаq sаhəsinin cаvаbdеhin mülkiyyətində оlmаsı hаlınа istinаd еtmişdir. Əvvəla, tоrpаğın еvə hеç bir аidiyyəti yохdur. Tоrpаğı qаnunsuz оlаrаq аdınа kеçirib. Sеntyаbr аyındа tоrpаğın 1/3 hissəsi sаtılmışdır. İlin sоnundа bütün sаhəyə nеcə еtibаrnаmə vеrə bilərdi? Еvin üstündə icаzəsi ilə özbаşınа tikili tikib. Yаşаmаq üçün şərаit vаr, köçüb yаşаsınlar və onu rаhаt burахsınlаr.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakim Akif İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər Azad İmanov və Səadət Səlimova).
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş və apellyasiya baxışı zamanı öz təsdiqini tapmış hallarından aydın olur ki, iddiaçı İddiaçı və cavabdeh cavabdeh4 doğma bacı-qardaşdırlar. Mübahisəli ev vaxtilə onların atası Əliabbas Babaşova məxsus olmuş, onun ölümündən sonra miras əmlak kimi 5 nəfər vərəsə arasında bərabər qaydada bölünmüş, lakin digər vərəsələr (paylı mülkiyyətçilər), o cümlədən cavabdeh cavabdeh4 vərəsəlik qaydasında onlara çatan payı ##.##.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamışlar. Nəticədə, iddiaçı mübahisəli evin tam mülkiyyətçisi olmuşdur. İddiaçı tam mülkiyyətçi hüququ əldə etsə də, cavabdeh cavabdeh4 da ailəsi ilə birlikdə mübahisəli evdə yaşamağa davam etmiş və hazırda da orada yaşayırlar. Cavabdeh cavabdeh4 tərəfindən mübahisəli evin 2-ci mərtəbəsində iddiaçının razılığı ilə əlavə yaşayış sahəsi, özbaşına tikililər inşa olunmuş və hazırda həmin tikililər cavabdehlərin istifadəsindədir. Bu hal iddiaçı tərəfin izahatı ilə də təsdiq olunur və işin mübahisəsiz halıdır.
22. Apellyasiya baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, hazırda iddiaçının mülkiyyətində olan və cavabdehlərin çıxarılması tələb olunan mübahisəli fərdi yaşayış evi cavabdeh cavabdeh2 mülkiyyətində olan 160 kv.m. torpaq sahəsində yerləşir. Hazırda iddiaçının özünün mülkiyyətində torpaq sahəsi yoxdur. Bu da işin mübahisəsiz halıdır və iddiaçı tərəfindən etiraf olunur. Sadəcə olaraq iddiaçı apellyasiya şikayətində də qeyd olunduğu kimi, hesab edir ki, iddiaçıya məxsus evin cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməsinin hazırki iş üzrə iddianın təmin olunmasına heç bir maneçiliyi yoxdur.
23. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, qanuna əsasən torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. Ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur. Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir.
24. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh mübahisəli evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidir və evdən çıxarılma onun öz mülkiyyətində olan torpaq sahəsindən məhrum olması ilə də nəticələnə bilər. Qanunvericilikdə bir mülkiyyətçinin öz təşəbbüsü ilə digər mülkiyyətçini iradəsinə zidd şəkildə kompensasiya ödəməklə daşınmaz əşyadan çıxarması nəzərdə tutulmamışdır.
25. Bu məqamda məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə kompensasiya müqabilində istifadə hüququna xitam verilən şəxsin nə yaşayış sahəsinə, nə də binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ olur. O, yalnız yaşayış sahəsindən istifadəni ehtiva edən məhdud əşya hüququ (şəxsi servitut) sahibidir. Bu səbəbdən tam əşya hüququna - mülkiyyət hüququna malik olan şəxsin iddiası əsasında ədalətli kompensasiya ödəməklə onun istifadə hüququna iradəsinə uyğun olmasa belə xitam verilir. Hazırkı işin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflərin mübahisəli əşyaya olan faktiki və hüquqi vəziyyətləri fərqlidir. Həmin vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar.
26. Kollegiya nəzərə almışdır ki, mülki qanunvericilikdə torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əşya (onların hər birini mülkiyyət hüququnun müstəqil obyekti) kimi tanıyan normalar olsa da, son illərdə qanunvericinin bu cür hüquq münasibətlərinin tənzimlənməsində ortaya qoyduğu iradə vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti yönündədir.
27. Belə olan halda, məhkəmə kollegiyası hazırki mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab etmişdir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırki məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət hüququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, belə olan vəziyyətdə cavabdehlərin iddiaçının mülkiyyətində olan evin tərkib hissəsini təşkil edən sahədə (ekspert rəyində qeyd olunduğu kimi), yaxud həmin evin üzərində inşa olunmuş özbaşına tikilidə yaşamalarının, eləcə də hansı məbləğdə kompensasiya təklif olunmasının hazırkı iş üzrə mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Hazırki məqamda iddiaçı tərəfindən kompensasiya ödənilməklə cavabdehlərin evdən çıxarılması (istifadə hüququna xitam verilməsi) mümkün deyil və bu baxımdan birinci instansiya məhkəməsi iddianı əsassız sayıb rədd etməkdə haqlı olmuşdur.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci, 152.1, 213-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
31. İddiaçı İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Azərbaycan Respublikasının Ali Məhkəmənin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X10).
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Belə ki, iddiaçı yekun olaraq cavabdehlərə ümumi olaraq 32.000 manat kompensasiya ödənilməklə cavabdehlərin iddiaçının şəxsi mülkiyyətində olan evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
34. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən 9 otaq 130.7 kv.m yaşayış sahəsi, 251.3 kv.m ümumi sahəsi olan ** saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ** saylı reyestr kitabında ##.##.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0,0160 ha torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ üzrə cavabdeh4 adına ##.##.2022-ci il tarixdə, cavabdeh2 adına isə ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmələr tərəfindən işin müəyyən edilən halına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində onun adına ##.##.2005-ci il tarixdə qeydiyyata alınmış yuxarıda göstərilmiş fərdi yaşayış evi hazırda cavabdeh Babaşov Fikrət Akif oğlunun mülkiyyətində olan 0,0160 ha torpaq sahəsində yerləşir. Apellyasiya instansiya məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və ekspert qarşısında müvafiq sual qoyulmuşdur. Qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixində ekspert rəyi verilmiş və apellyasiya məhkəməsi tərəfindən həmin rəy iş materiallarına əlavə edilmişdir. Rəydə ekspert tədqiqatının nəticəsi olaraq qeyd edilmişdir ki, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və Məlikova (Babaşova) Leyla Akif qızının yaşadığı 4, 5 və ** nömrəli otaqlar iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən ** saylı evin ümumi sahəsinə daxildir.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmiş, maddi hüquq normalarını səhv tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərkibi hazırki mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırki məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, belə olan vəziyyətdə cavabdehlərin iddiaçının mülkiyyətində olan evin tərkib hissəsini təşkil edən sahədə (ekspert rəyində qeyd olunduğu kimi), yaxud həmin evin üzərində inşa olunmuş özbaşına tikilidə yaşamalarının, eləcə də hansı məbləğdə kompensasiya təklif olunmasının hazırkı iş üzrə mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Həmçinin apelyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ümumi mülkiyyət məsələlərini tənzimləyən 213.1 və 213.2-ci maddələrinə də istinad etmişdir.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin maddələrə istinad düzgün olmamışdır. Belə ki, iddiaçının torpaq sahəsi üzərində, cavabdehlərin isə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Yəni iş üzrə mübahisəli ümumi mülkiyyət yoxdur. İş üzrə mübahisəli hüquq münasibətində apellyasiya məhkəməsinin mövqeyi, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin mülkiyyət hüquqlarının fərqli şəxslərə aid olduğuna görə fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının hüquqlarını (fərdi yaşayış evinə sahiblik, istifadə və sərəncam hüquqları) pozur. İşin halları ilə təsdiq edilir ki, iddia cavabdehlərin ümumiyyətlə torpaq sahəsindən deyil, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması ilə əlaqədardır. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının olub-olmaması məsələsinə də əsaslandırılmış hüquqi qiymət verməmişdir.
37. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hərtərəfli, tam və obyektiv tədqiqi, sübutların araşdırılması və onlara hüquqi qiymət verilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbi pozulmaqla bərabər maddi hüquq normaları da pozulmuş və düzgün tətbiq edilməmişdir. **. Kassasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157ci, 228.2-ci, 243-cü, Mülki Prosessual Məcəllənin 14-cü, 77.1-ci, 88-ci, 407.2-ci, 416.1-ci, 418-ci maddələrinə də istinad edərək əsaslandırmışdır.
ə) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı təklif etdiyi kompensasiyanı məbləğini 6.000 manat həddində artıraraq, hazırda **.000 manat təklif edir. Lakin iddia təmin olunsa belə, iddiaçı cavabdehlər olan qardaşının və onun ailə üzvlərinin həmin evdə yaşamasına icazə verəcək. İddia verməkdə məqsədi cavabdehlərin onun evdə yaşamasına müdaxilələr etməsidir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
41. Məhkəmə iclasında cavabdehlər cavabdeh4, cavabdeh3 qız və cavabdeh2 ayrıayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər.
42. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdeh Məlikova (Babaşova) Leyla Akif qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır; 29-cu maddəsinin II hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 29-cu maddəsinin III hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir; 135.9-cı maddəsinə əsasən əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir; 135.10-cı maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir; 152.1-ci maddəsinə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 228.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 243.1-ci maddəsinə başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir; 243.2-ci maddəsinə özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir; 243.3-cü maddəsinə özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; **9.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; **4.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
46. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
50. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarlarındakı göstərişlərin Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasını nəzərə alıb, həmin göstərişlərlə razılaşır və birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsini nəzərə alaraq, iddiaçının apellyasiya şikayəti üzrə qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Qətnamənin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı İddiaçı və cavabdeh cavabdeh4 doğma bacı-qardaşdırlar. Digər cavabdehlər cavabdeh4 arvadı (cavabdeh3), oğlu (cavabdeh2) və qızıdır (Məlikova (Babaşova) Leyla Akif qızı). Mübahisəli ev vaxtilə iddiaçı və cavabdeh cavabdeh4 atası Əliabbas Babaşova məxsus olmuş, onun ölümündən sonra miras əmlak kimi 5 nəfər vərəsə arasında bərabər qaydada bölünmüş, lakin digər vərəsələr (paylı mülkiyyətçilər), o cümlədən cavabdeh cavabdeh4 vərəsəlik qaydasında onlara çatan payı ##.##.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya bağışlamışlar. Nəticədə, iddiaçı mübahisəli evin tam mülkiyyətçisi olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0,0160 ha torpaq sahəsi isə xüsusi mülkiyyət hüququ üzrə cavabdeh4 adına ##.##.2022-ci il tarixdə, cavabdeh2 adına isə ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı İddiaçı mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrində onun adına ##.##.2005-ci il tarixində qeydiyyata alınmış yuxarıda göstərilmiş fərdi yaşayış evi hazırda cavabdeh Babaşov Fikrət Akif oğlunun mülkiyyətində olan 0,0160 ha torpaq sahəsində yerləşir.
53. Hazırda iddiaçı cavаbеhlərin yаşаdıqları sаhənin onun mülkiyyətində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev küçəsində yerləşən ** saylı evin ümumi sаhəsinə daxil olduğunu, özbaşına tikili olmadığını, bu evdən cavabdehlərin yalnız istifadə hüquqlarının olduğunu iddia edir və **.000 manat məbləğində kompensasiya müqabilində onların bu hüququna xitam verilməklə evdən çıxarılmasını tələb edir.
54. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Normanın dispozisiya şərtlərindən görünür ki, bu tələbi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi, istifadə hüququ sahibinə (mülkiyyət hüququna malik olmayan) qarşı irəli sürə bilər və bu zaman mülkiyyətçi tərəfindən istifadə hüququnun sahibinə ədalətli kompensasiya təklif edilməlidir (mübahisə halında kompensasiyanın məbləğini məhkəmə özü müəyyən edir). İddianın bu maddə tətbiq edilməklə təmin edilməsi üçün göstərilən şərtlərin hamısı müəyyən edilməlidir. Ardıcıl şəkildə yoxlanılmalı olan bu şərtlərdən biri aşkar edilmədikdə sonrakıların araşdırılmasına gərək qalmır və həmin maddəyə əsaslanan iddia rədd edilir.
55. Mülki Məcəllənin 228-ci maddəsi “Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ” adlı fəsildə yer alır. Bu hüquq, özünəməxsus əlamətlərə və rejimə malik olan bir mülkiyyət növüdür. Belə ki, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Göründüyü kimi, bu tip mülkiyyətin subyekti binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və qeyd olunan digər işləri aparmaq üçün xüsusi hüquq əldə edir, eyni zamanda binanın yerləşdiyi torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququna malik olur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin isə mənzilə və binanın altındakı torpaq sahəsinə mülkiyyət hüququ olmur. Onun hüququ mülkiyyət hüququ ilə müqayisədə məhdud şəkildə olmaqla, mülkiyyətçinin yaşayış sahəsindən və binanın digər zəruri hissələrindən istifadə etməkdən ibarətdir. Bu hüququn yaranması ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin mülkiyyət hüququ yüklü vəziyyətə gəlmiş olur. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş hüququ məhdud əşya hüququ – şəxsi servitut olaraq şərh etmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair ## #### 2016-cı il tarixli qərar).
56. Baxılan işdə isə mübahisə predmeti çoxmənzilli yaşayış binasının tərkib hissəsi deyil, cavabdeh Babaşov Fikrət Akif oğlunun mülkiyyətində olan 0,0160 ha torpaq sahəsində yerləşməklə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evidir. Belə ki, Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ünvanında yerləşən sahəsi 0.0320 ha olan torpaq sahəsi ümumi paylı mülkiyyət kimi qeydiyyata alınmış və onun 0,0160 ha hissəsi cavabdeh2 mülkiyyətindədir. Başqa sözlə, cavabdeh cavabdeh2 da sözügedən torpaq sahəsinin ümumi paylı mülkiyyətçisidir. Bu cür əşyalara aid hüquq münasibətləri mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir.
57. Qanuna əsasən torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.
58. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
59. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq iki və ya daha artıq şəxsdən ibarət ümumiliyə aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsus olduqda isə paylı mülkiyyət sayılır. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
60. Məhkəmə kollegiyası o halı da vurğulayır ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur. Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir.
61. Qeyd edilənlər ona dəlalət edir ki, baxılan iş üzrə cavabdeh cavabdeh2 torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış ümumi paylı mülkiyyət hüququ mübahisəli evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni, cavabdeh cavabdeh2 bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir. Şübhəsizdir ki, cavabdehin evdən çıxarılması onun mübahisəli evin yerləşdiyi (mülkiyyətçisi olduğu) torpaq sahəsindən də məhrum olması ilə nəticələnəcək. Bu sahəni tənzimləyən qanunvericiliyikdə isə bir mülkiyyətçinin öz təşəbbüsü ilə digər mülkiyyətçini iradəsinə zidd şəkildə kompensasiya ödəməklə daşınmaz əşyadan çıxarması nəzərdə tutulmamışdır.
62. Artıq qeyd edildiyi kimi, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə kompensasiya müqabilində istifadə hüququna xitam verilən şəxsin nə yaşayış sahəsinə, nə də binanın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ olur. O, yalnız yaşayış sahəsindən istifadəni ehtiva edən məhdud əşya hüququ - şəxsi servitut sahibidir. Bu səbəbdən tam əşya hüququna - mülkiyyət hüququna malik olan şəxsin iddiası əsasında ədalətli kompensasiya ödənilməklə onun istifadə hüququna iradəsinə uyğun olmasa belə xitam verilir.
63. Bununla belə, işin hallarından aydın olur ki, tərəflərin mübahisəli əşyaya olan faktiki və hüquqi vəziyyətləri fərqlidir. Həmin vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir.
64. Əşyanın tərkib hissələri isə mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar.
65. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır.
66. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əşya (onların hər birini mülkiyyət hüququnun müstəqil obyekti) kimi tanıyan normalar olsa da, son illərdə qanunvericinin bu cür hüquq münasibətlərinin tənzimlənməsində ortaya qoyduğu iradə vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti yönündədir.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da ##.##.2023-cü il tarixli qərarında belə bir mövqe nümayiş etdirərək, qeyd etmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir.
68. Belə olan halda, məhkəmə kollegiyası hazırki mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir.
69. Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan bir mülkiyyətçi olan iddiaçının tələbi ilə digər mülkiyyətçi olan cavabdeh cavabdeh2 və onun ailə üzvləri, yəni atası, anası və bacısı mübahisəli daşınmaz əşyadan çıxarıla bilməz. Əks yanaşma cavabdehin mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi.
70. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət hüququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir.
71. Bununla belə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində yaşasalar da (bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyi ilə də öz təsdiqini tapır) hazırkı vəziyyətdə iddiaçı tərəfindən kompensasiya ödənilməklə onların həmin evə olan istifadə hüququna xitam verilməsi və bunun nəticəsi olaraq onların həmin evdən çıxarılması mümkün deyil. Başqa sözlə, Mülki Məcəllənin 228.2-ci maddəsinin bütün şərtləri hazırki işdə müəyyən olunmamışdır. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin dəllilərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.
72. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, **2-ci, **4-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.