Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1819/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı3 İdris qızının, iddiaçı2 İdris qızının və iddiaçı1 İdris qızının cavabdeh Cavabdeh İdris oğluna qarşı mülki iş üzrə (Açar sözlər: “paylı mülkiyyətçinin ümumi əşyaya sahiblik və istifadə hüququnun təmin edilməsi”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, iddiaçı iddiaçı3 İdris qızının və onun nümayəndəsi-vəkili vəkil2, iddiaçı iddiaçı1 İdris qızının iştirakları ilə, iddiaçılar iddiaçı3 İdris qızının, iddiaçı2 İdris qızının və iddiaçı1 İdris qızının cavabdeh Cavabdeh İdris oğluna qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçılar iddiaçı3 İdris qızı və iddiaçı1 İdris qızı tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İdris oğlunun cavabdeh Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, * saylı mənzilə iddiaçı Cavabdeh İdris oğlunun vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payı 12/16 hissə müəyyən edilmiş, iddiaçı iddiaçı3 İdris qızının cavabdehlər Atakişiyev Rauf İdris oğluna, Cavabdeh İdris oğluna, iddiaçı2 İdris qızına, iddiaçı1 İdris qızına, Həziyeva Dilara İdris qızına, Balaxanım İdris qızına, Şahmirzəyeva Sevda İdris qızına və Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı «miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, * saylı mənzilə iddiaçı2 İdris qızının, iddiaçı1 İdris qızının və Həziyeva Dilara İdris qızının hər birinin məcburi payı 1/16 hissə olması nəzərə alınmaqla iddiaçı iddiaçı3 İdris qızının həmin mənzildə 1/16 hissədə məcburi payı müəyyən edilmiş, qətnamənin müvafiq şəhadətnamələrin verilməsinə əsas olması qeyd edilmişdir.
2. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, ## ###### 2025-ci il və ## ###### 2025-ci il tarixdə iş üzrə tərəflərin mənzil üzərində paylarına uyğun olaraq dövlət reyestrində qeydiyyat aparılaraq adlarına çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
1. İlkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzə cavabdehlər) iddiaçı3 İdris qızının, iddiaçı2 İdris qızının və iddiaçı1 İdris qızının ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İdris oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ** saylı evin * saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. İlkin iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İdris oğlunun cavabdeh Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ** saylı evin * saylı mənzilinə iddiaçı Cavabdeh İdris oğlunun vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payı 12/16 hissə müəyyən edilmiş, bu qətnamə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ** saylı evin * saylı mənzilinə münasibətdə Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna Cavabdeh İdris oğlu üçün vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas hesab olunmuş, iddiaçı iddiaçı3 İdris qızının cavabdehlər Atakişiyev Rauf İdris oğluna, Cavabdeh İdris oğluna, Atakişiyeva Balaxanım İdris qızına, Şahmirzəyeva Sevda İdris qızına, iddiaçı2 İdris qızına, iddiaçı1 İdris qızına, Qarşılıqlı iddia üzrə cavabdeh İdris qızına və Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı «miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ** saylı evin * saylı mənzilinə iddiaçı2 İdris qızının, iddiaçı1 İdris qızının və Qarşılıqlı iddia üzrə cavabdeh İdris qızının hər birinin məcburi payı 1/16 hissə olması nəzərə alınmaqla iddiaçı iddiaçı3 İdris qızının həmin mənzilə 1/16 hissədə məcburi payı müəyyən edilmiş, bu qətnamə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ** saylı evin * saylı mənzilinə münasibətdə Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna iddiaçı3 İdris qızı üçün vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas hesab olunmuşdur. Həmin qətnaməyə əsasən iddiaçılar çıxarış almışlar, iddiaçıların həmin mənzildə 1/16 hissədə payları vardır və paylı mülkiyyətçidirlər. İddiaçı iddiaçı3 İdris qızı həmin mənzildə yaşamışdır. Lakin cavabdeh iddiaçı3 İdris qızını döyərək mübahisəli mənzildən çıxarmış, habelə mənzilin açarlarını dəyişərək paylı mülkiyyətdə olan mənzildə yaşamağa imkan vermir. iddiaçı3 İdris qızı hazırda kirayədə yaşayır və yaşamağa başqa yeri yoxdur. Bundan əlavə digər iddiaçılar olaraq onlar iddiaçı2 İdris qızı və iddiaçı1 İdris qızı da mülkiyyət hüququ əsasında onlara məxsus olan mənzildə yaşaya bilmirlər. Bununla bağlı iddiaçılar dəfələrlə polis orqanlarına müraciət etsələr də, işin mülki xarakterli olduğundan onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur.
3. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İdris oğlunun ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzə cavabdehlər) iddiaçı3 İdris qızına, iddiaçı2 İdris qızına, iddiaçı1 İdris qızına və qarşılıqlı iddia üzrə cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh İdris qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ** saylı evin * saylı mənzilinə iddiaçı3 İdris qızının, iddiaçı2 İdris qızının, iddiaçı1 İdris qızının və Qarşılıqlı iddia üzrə cavabdeh İdris qızının hər birinin 1/16 hissədə paylı mülkiyyətinə hər birinə 5.768 manat kompensasiya ödənilməklə xitam verilməsi və həmin mənzil üzərində onun tam mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, onun atası Atakişiyev İdris Bağır oğlu ##.##.2022-ci il tarixdə vəfat etmiş və onun 8 (səkkiz) övladı birinci növbə vərəsələri kimi tanınmışdır. Lakin İdris Atakişiyev harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, * saylı mənzili ##.##.2017-ci il tarixli vəsiyyətnaməyə əsasən oğluna vəsiyyət etmişdir. Vərəsələr arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə olduğu üçün məhkməyə müraciət edilmiş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, * saylı mənzilə onun vəsiyyətnamə və məcburi pay üzrə miras amlak payı 12/16 hissə, iddiaçı3 İdris qızının, iddiaçı2 İdris qızının, iddiaçı1 İdris qızının və Qarşılıqlı iddia üzrə cavabdeh İdris qızının hər birinin məcburi payı 1/16 hissə müəyyən edilmişdir. Hazırki mübahisəyə münasibətdə cavabdehlərə 1/16 hissədə payın verilməsi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla yanaşı, cavabdehlər üçün də əlverişsiz şəraitin yaranmasına səbəb olmuşdur. Nəzərə alınsa ki, cavabdehlərin hər birinə çox kiçik bir həcmdə pay verilmişdir, bu zaman həmin payın faktiki bölgüsü zamanı da cavabdehlər üçün xeyli çətinlik yaranacaqdır. Belə ki, cavabdehlərə məxsus 1/16 hissədə pay mənzilin heç bir otağını belə əhatə etmir və mənzildə bu paya uyğun gələn müstəqil şəkildə istifadə oluna biləcək bir sahə yoxdur. Buna görə də, iddiaçıların orada yaşamaq hüququ faktiki olaraq həyata keçirilə bilməyəcəkdir. Qaradağ rayon MKTB *** saylı MKİS tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** saylı arayışa əsasən müəyyən olunur ki, o, 1992-ci ildən hal-hazıradək Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ** saylı evin * saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Həmçinin həmin MKİS tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** saylı arayışa əsasən müəyyən olunur ki, Atakişiyev İdris Bağır oğlu 1992-ci il tarixdən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ** saylı evin * saylı mənzilində qeydiyyatda olmuş və vəfat edənə kimi həmin ünvanda yaşamışdır. İş materiallarına əlavə edilmiş müvafiq arayışlarla təsdiq olunur ki, o, atası İdris Atakişiyevlə uzun müddət, sonuncu vəfat edənədək mübahisəli mənzildə birlikdə yaşamışdır. Belə olan halda, Mülki Məcəllənin 1303-cü maddəsinə əsasən, iddiaçının həmin yaşayış sahəsini almaqda üstünlük hüququ vardır. Yuxarıda qeyd edilən bütün halları və mülki qanunvericiliyin tələbləri əsas götürülsə tərəfindən kompensasiya ödənilərsə, digər payçıların mübahisəli yaşayış sahəsinə olan hüquqlarına xitam verilə bilər və hətta bu kompensasiyanın ödənilməsinə məhkəmə tərəfindən 10 ildən çox olmayan müddətə möhlət verilə bilər. Yuxarıda qeyd edilən faktlar Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)- **/**** saylı qətnaməsi və Qaradağ rayon MKTB-nin ##.##.2025-ci il tarixli arayışları ilə təsdiq olunur. Qarşılıqlı iddia üzrə iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir.
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2392/2025 saylı ## ###### 2026-cı il tarixli qətnaməsi ilə həm ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi rədd edilmişdir.
6. Məhkəmənin, adambaşına düşən yaşayış sahəsi normaları ilə ilk iddia üzrə iddiaçıların hər birinə düşən ümumi sahənin qarşılıqlı təhlili, paylı mülkiyyətçilərin sayının ikidən çox olması, mübahisəli yaşayış sahəsinin mənzil tipli olmaqla, mənzillərin bir-biri ilə əlaqəsini, qeyriyaşayış sahələrindən ahəngdar və bir-birinə mane olmadan istifadənin təmin edilməsinin qeyrimümkün olması və s. bu kimi məsələlərə geniş şəkildə toxunulmasına zərurət duymamışdır.
7. Hər bir iddiaçıya düşən sahənin (yaşayış, qeyri-yaşayış sahələri birlikdə) təxminən 4,27 m² təşkil etməsindən əlavə, tərəflər arasında olan münasibətlər yaxşı deyil, münasibətlərdə gərginlik mövcuddur. İşin qeyd edilən halını tərəflərin heç biri danmır. Bu isə, hər bir mülkiyyətçinin qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə etmələrini mümkünsüz edir.
8. İlk iddia üzrə iddiaçıların paylı mülkiyyət üzərində mülkiyyət hüquqları təsbit olunmuşdur, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təminat altına alınmışdır. Sadəcə olaraq, ilk iddia tələbinin təmin edilməsi (mənzilə köçürülmə) qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırkı halda mümkün deyil.
9. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbi üzrə düzgün hüquqi qiymətləndirmənin verilməsi üçün işin faktiki hallarının araşdırılmasının zəruri olduğunu qeyd etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4; Mülki Məcəllənin 181.4, 190, 181.1, 158.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(*-*)-****/**** nömrəli ## #### 2026cı il tarixli qərardadı ilə mülki iş üzrə icraatlar ayrılaraq ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzə cavabdehlər) iddiaçı3 İdris qızının, iddiaçı2 İdris qızının və iddiaçı1 İdris qızının ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İdris oğluna qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki işdə 2(3-6)-1819/2026 nömrəsi saxlanılması; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İdris oğlunun ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzə cavabdehlər) iddiaçı3 İdris qızına, iddiaçı2 İdris qızına, iddiaçı1 İdris qızına və qarşılıqlı iddia üzrə cavabdeh Qarşılıqlı iddia üzrə cavabdeh İdris qızına qarşı «paylı mülkiyyətə kompensasiya verilməsi yolu ilə xitam verilməsi və həmin mənzil üzərində tam mülkiyyət hüququnun tanınması» tələbi üzrə mülki işə yeni nömrə verilməsi; hər iki mülki iş üzrə icraatın davam etdirilməsi qərara alınmışdır.
Apelyasiya şikayətinin dəlilləri
12. Həmin qətnamədən iddiaçı iddiaçı3 İdris qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv olunması və ilkin iddianın təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti ounla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş iddia tələbi üzrə yekun nəticəyə gələrkən istər Azərbaycan Respublikası Konustitutsiyasının, istər Azərbaycan Respublikası Mülki Məcəlləsinin istərsə də, Mülki Prossesual Məcəlləsinin tələblərini nəzərə almamış sadəcə verilmiş tələbləri və cavabdeh tərəfindən qeyd edilmiş arqumentləri mötəbər sübut kimi qiymətləndirmiş, tələb üzrə iddianın təmin edilməməsi üçün yetərli saymış, tərəfindən təqdim etmiş olduğu iş üçün mühüm əhəmiyyət kəsb edən əsaslı, qanuni və digər şübhələrlə təkzib edilməyən mötəbər sübutları görməzdən gəlmiş və yekunda əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozuntusuna yol verməklə ilk əvvəl onun mülkiyyətçi kimi təminat verilmiş məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, iddiaçıların təqdim etdiyi sübutları və dəlilləri görməzdən gəlmiş və nəticədə mübahisə üzrə səhv nəticəyə gəlməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir ki, hazırda mübahisəyə səbəb olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, * saylı mənzilə 1/16 hissədə iddiaçıların payları vardır və digər iddiaçılarda öz paylarını onun onkoloji xəstə kimi İ qrup əlil olmağını, onun başqa heç bir maddi imkanı olmamasını nəzərə alaraq mülkiyyətçi olan digər bacılarını da öz paylarını məhkəmədə ona vermək istədiklərini bildirmişlər. Mübahisə predmeti olan yaşayış sahəsi hazırda cavabdehin istifadəsindədir. Hazırkı halda isə iddiaçılar həmin yaşayış sahəsinə köçürülməsini xahiş edirlər. Tələbləri yaşayış sahəsinə olan paylı mülkiyyət hüququna əsaslanır. Hazırkı işdə mübahisəli daşınmaz əmlakın tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh onu yaşayış sahəsinə buraxmamaqla, mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik yaradır. Belə olan halda o, cavabdehə qarşı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa (tələb hüququna) malikdir. Məhkəmə qətnaməsində iddia tələbini rədd edərkən, onun mübahisə predmeti olan yaşayış sahəsinə pay hüququna, həmin əmlaka dair öz payına uyğun hissədə sahiblik və istifadə etmək hüququna malik olmasına baxmayaraq, mübahisə predmeti olan yaşayış sahəsinin əasassız olaraq iddiaçıya məxsus hissənin az olmasını əsas götürərək təmin etməmişdir. Lakin mülkiyyətçilər ona payların hissələrə görə istifadə qaydasının müəyyən edilməsi tələbin rədd olunması üçün əsas ola bilməz. Yaşayış sahəsinin iddiaçılara məxsus 1/16 hissədə payın hansı sahəni əhatə etməsi və həmin sahədən ayrıca yaşayış sahəsi kimi istifadə edilməsinin mümkün olub-olmamasının müəyyən olunmadığı əsası ilə iddianı rədd olunması əsaslı sayıla bilməz. Nəzərə almaq lazımdır ki, cavabdeh Cavabdeh İdris oğlu uzun müddət həmin mənzildə yaşamamış, lakin mənzildə atasının mülkü olmaqla orada o yaşamışdır. Həmin cavabdeh məhkəmə qətnaməsinə əsasən ## ### 2024-cü ildə mübahisəli mənzilə köçmüş, köçdükdən sonra isə dərhal mənzilin açarların dəyişmiş, onu uzun illər yaşadığı mənzildən məhrum etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, Mülki Məcəllənin 1303-cü maddəsinə istinad etmişdir. Eyni zamanda MKİS tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** saylı arayışı əsas götürməklə guya ki, 1992-ci ildən hal-hazıradək həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, necə ola bilər ki, cavabdeh əgər iddia ərizəsində göstərdiyi həqiqiətdirsə məhkəmə qətnaməsi ilə 2024-cü ildə köçürülmüşdür. Bu onun tamamilə yalanlara əsaslanmağa məhkəmədə inam yaratmışdır. Məhkəmə isə bu halları görməzdən gəlmişdir. Bundan əlavə olaraq məhkəmə guya ki, həqiqəti müəyyən etmək üçün mübahisəli mənzilə baxış keçirməyə getmiş, onu məhkəməyə dəvət etdiyi halda çöldə saxlamaqla mənzilə baxış keçirmiş, həmin mübahisəli mənzilə yaşamayan iddia ərizəsində qeyd etdiyi kimi Badamdar qəsəbəsi, 3-cü massiv ev 11-də qeydiyyatda olan və yaşayan ailə üzvlərini mübahisəli mənzilə yığaraq guya ki, həmin mübahisəli mənzildə birgə yaşamaq mümkün deyildir kimi görüntü yaratmış, onun bütün hüquqlarını kobud şəkildə pozmuşlar. Qeyd edir ki, həmin mübahisəli mənzil iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Mənzildə kv.m sahədən əlavə mənzil üçün əlavə həyətyanı sahə və digər istifadə yerləri mövcuddur. Eyni zamanda mənzilin üç girişi vardır. Həmin mənzilin giriş hissəsində hətta İqtisadiyyat Nazirliyindən qeydiyyatdan keçmiş ona məxsus mağaza sahəsi də var. Baxmayaraq ki, mənzilin çıxarışında bunlar göstərilməsə də həmin sahələr bilavasitə həmin mənzilə məxsusdur. Bütün dedikləri ona əsas verir ki, necə ki həmin mənzildə 8 nəfər ailə üzvü ilə əvvəl yaşadığı halda indiki halda tamam fərqli girişlərlə mənzildə üç ailə sərbəst şəkildə yaşaya bilər. Lakin məhkəmə bütün bunları hər hansı səbəbdənsə görməzdən gəlmiş, mülkiyyətçinin hüquqlarını heçə sayaraq qanunla gözlənilən mülkiyyət hüququnu tapdalamışdır. O necə mülkiyyətçidir ki, öz mülkiyyətinə köçürülə bilmir. Eyni zamanda digər bacıları da hər biri öz mülkiyyətində olan paylarını onun istifadəsinə verir. Məhkəmədə bunları qeyd etsələr də, məhkəmənin yanaşması onu və digər iddiaçı olan bacılarını dinləməmək idi.
14. Həmçinin həmin qətnamədən iddiaçı iddiaçı1 İdris qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv olunması və ilkin iddianın təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti ounla əsaslandırılmışdır ki, hazırkı işdə mübahisəli daşınmaz əmlakın tərəflərin paylı mülkiyyətində olmasına baxmayaraq, işdən mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh onu yaşayış sahəsinə buraxmamaqla, mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik yaradır. Belə olan halda o, cavabdehə qarşı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa (tələb hüququna) malikdir. Məhkəmə qətnaməsində iddia tələbini rədd edərkən, onun mübahisə predmeti olan yaşayış sahəsinə pay hüququna, həmin əmlaka dair öz payına uyğun hissədə sahiblik və istifadə etmək hüququna malik olmasına baxmayaraq, mübahisə predmeti olan yaşayış sahəsinin əsassız olaraq ona məxsus hissənin az olmasını əsas götürərək təmin etməmişdir. Lakin mülkiyyətçilər arasında payların hissələrə görə istifadə qaydasının müəyyən edilməsi tələbin rədd olunması üçün əsas ola bilməz. Nəzərə almaq lazımdır ki, cavabdeh Cavabdeh İdris oğlu uzun müddət həmin mənzildə yaşamamış, lakin mənzil onların ata mülkü olmaqla orada bacısı Şəfa yaşamışdır. Həmin cavabdeh məhkəmə qətnaməsinə əsasən ## ### 2024cü ildə mübahisəli mənzilə köçmüş, köçdükdən sonra isə dərhal mənzilin açarların dəyişmiş, bizi uzun illər yaşadığı mənzildən məhrum etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, Mülki Məcəllənin 1303-cü maddəsinə istinad etmişdir. Eyni zamanda MKİS tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *** saylı arayışı əsas götürməklə guya ki, 1992-ci ildən hal-hazıradək həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, necə ola bilər ki, cavabdeh əgər iddia ərizəsində göstərdiyi həqiqiətdirsə məhkəmə qətnaməsi ilə 2024-cü ildə köçürülmüşdür. Bu onun tamamilə yalanlara əsaslanmağa məhkəmədə inam yaratmışdır. Məhkəmə isə bu halları görməzdən gəlmişdir. Bundan əlavə olaraq məhkəmə guya ki, həqiqəti müəyyən etmək üçün mübahisəli mənzilə baxış keçirməyə getmiş, onu məhkəməyə dəvət etdiyi halda onu çöldə saxlamaqla mənzilə baxış keçirmiş, həmin mübahisəli mənzilə yaşamayan iddia ərizəsində qeyd etdiyi kimi Badamdar qəsəbəsi, 3-cü massiv ev 11-də qeydiyyatda olan və yaşayan ailə üzvlərini mübahisəli mənziə yığaraq guya ki, həmin mübahisəli mənzildə birgə yaşamaq mümkün deyildir kimi görüntü yaratmış, onun bütün hüquqlarını kobud şəkildə pozmuşlar. Qeyd edir ki, həmin mübahisəli mənzil iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Mənzildə kv.m sahədən əlavə mənzil üçün əlavə həyatyanı sahə və digər istifadə yerləri mövcuddur. Eyni zamanda mənzilin üç girişi vardır. Həmin mənzilin giriş hissəsində hətta İqtisadiyyat Nazirliyindən qeydiyyatdan keçmiş ona məxsus mağaza sahəsi də var. Baxmayaraq ki, mənzilin çıxarışında bunlar göstərilməsə də həmin sahələr bilavasitə həmin mənzilə məxsusdur. Bütün dedikləri ona əsas verir ki, necə ki həmin mənzildə 8 nəfər ailə üzvü ilə əvvəl yaşadığı halda indiki halda tamam fərqli girişlərlə mənzildə üç ailə sərbəst şəkildə yaşaya bilər. Lakin məhkəmə bütün bunları hər hansı səbəbdənsə görməzdən gəlmiş, mülkiyyətçinin hüquqlarını heçə sayaraq qanunla gözələnilən mülkiyyət hüququnu tapdalamışdır. O necə mülkiyyətçidir ki, öz mülkiyyətinə köçürülə bilmir. Eyni zamanda digər bacıları da hər biri öz mülkiyyətində olan paylarını onun istifadəsinə verir. Məhkəmədə bunları qeyd etsələr də, məhkəmənin yanaşması onu və digər iddiaçı olan bacılarını dinləməmək idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı3 İdris qızı və onun nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişlər.
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 İdris qızı apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir. 19.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada digər iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 21.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 23.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçılar iddiaçı3 İdris qızı və iddiaçı1 İdris qızı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və ilkin iddianın təmin edilməsini xahiş etmişlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin yalnız apellyasiya şikayəti verilmiş hissədə və həmin şəxslərə münasibətdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
24.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
25.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
26.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 27.139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıəsas hesab olunur. 28.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 29.152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 30.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 31.213.1-ci və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 32.215.1-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
33.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 34.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia qismən iddiaçılar iddiaçı3 İdris qızı və iddiaçı1 İdris qızına münasibətdə təmin edilməlidir. 36.Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 37.Belə ki, iddiaçıların mübahisəli əmlakın paylı mülkiyyətçiləri olması, həmin əmlak üzərində faktiki sahiblikdən məhrum qalmaları, habelə cavabdehin onların mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüquqlarını həyata keçirmələrinə maneçilik törətməsi işin mübahisəsiz hallarıdır. Hazırkı halda da, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 213 və 215-ci maddələri təşkil edir. 38.İddianın tamamilə əsassız olması qənaətinə gələn birinci instansiya məhkəməsi sözügedən maddələrə istinad etsə də hesab etmişdir ki, mübahisəli mənzilin sahəsinin hər bir paylı mülkiyyətçiyə düşən hissəsinin çox kiçik olması, tərəflər arasında gərgin münasibətlərin mövcudluğu və mənzilin xüsusiyyətləri nəzərə alındıqda, bütün mülkiyyətçilərin hüquqlarını pozmadan birgə istifadənin təmin edilməsi mümkün deyil. Buna görə də ilkin iddia tələbi qanunvericiliyin tələblərinə uyğun əsaslı hesab edilmir və təmin oluna bilməz. İddianın rədd edilməsi də iddiaçıların mülkiyyət hüquqlarının ləğvi və ya pozulması kimi qiymətləndirilə bilməz, çünki onların paylı mülkiyyət hüquqları qüvvədə qalır və qanunla qorunur. 39.Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri sayır ki, paylı mülkiyyət hüququ yalnız formal hüquq deyil, həm də həmin hüquqdan faktiki istifadə etmək imkanını özündə ehtiva edir. Təkcə mülkiyyətçilər arasında münasibətlərin gərgin olması, adambaşına düşən yaşayış sahəsinin azlığı və digər bu kimi formal hallar mülkiyyətçinin özünə məxsus əşyaya digər mülkiyyətçilərin hüquqları ilə uzlaşan həddə sahiblik, ondan istifadə və ona dair sərəncam vermək hüququnun məhdudlaşdırılması üçün kifayət etmir. 40.Bundan başqa, iş materiallarından görünür ki, mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ** saylı evin * saylı mənzilinin ümumi sahəsi 68,38 kv.m, yaşayış sahəsi isə 45,73 kv.m təşkil edir. Birinci instansiya məhkəməsi hər bir iddiaçıya düşən sahənin təxminən 4,27 kv.m olmasına istinad etmişdir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət etmiş üç paylı mülkiyyətçinin payına ümumilikdə 12,81 kv.m, qətnamədən şikayət vermiş iki iddiaçının payına isə cəmi 8,54 kv.m sahə düşür. 41.Mübahisəli mənzilə dair tərtib edilmiş texniki pasportdan da görünür ki, iddiaçıların ümumi payına uyğun gələn 8,84 kv.m sahə ayrıca otaq şəklində mövcuddur və bu da onların mənzilə köçürülməsinin mümkün olduğunu, paylarının heç də az olmadığını göstərir. Bundan başqa, nəzərə alınmalıdır ki, köçürülmə tələbi naturada payın ayrılması deyil, paylı mülkiyyətçinin ümumi əşyaya sahiblik və istifadə hüququnun təmin edilməsinə yönəlmişdir. Mənzildə bir neçə yaşayış otağının mövcudluğu nəzərə alınmaqla, iddiaçıların ən azı bir yaşayış otağından digər paylı mülkiyyətçi ilə birlikdə istifadə etmələri obyektiv olaraq mümkündür. 42.Belə ki, hazırkı iddia üzrə iddiaçıların məqsədi ideal və ya komfortlu yaşayış şəraitinin təmin edilməsi deyil, onlara məxsus paylı mülkiyyət hüququndan irəli gələn sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinin təmin edilməsidir. Əgər mənzil faktiki olaraq yaşayış üçün yararlıdır və iddiaçıların ora köçürülməsi fiziki cəhətdən mümkündürsə, onların payının nisbətən kiçik olması və ya birgə yaşayışın çətin olması köçürülmə tələbinin rədd edilməsi üçün kifayət edən müstəqil hüquqi əsas hesab edilə bilməz. Bu hallar, eyni zamanda, bir paylı mülkiyyətçinin hüquqlarına digər paylı mülkiyyətçinin hüquqlarından üstünlük verilməsinə də əsas yaratmır. 43.Mübahisələndirilən qətnamədən isə görünür ki, məhkəmə iddiaçıların hərəkətlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə istinad etməklə başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirilən və hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Lakin eyni zamanda nəzərə almamışdır ki, mübahisəli mənzildə faktiki yaşayan cavabdehin davranışı da digər üç paylı mülkiyyətçinin mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur və onların qanunla qorunan sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Məhkəmə cavabdehin bu hərəkətlərinə hüquqi qiymət verməmiş, nəticədə eyni hüquqi vəziyyətdə olan tərəflərə münasibətdə fərqli yanaşma nümayiş etdirmişdir. 44.Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üçün əhəmiyyəti olan halları düzgün araşdırmamış, tərəflərin qarşılıqlı münasibətlərinə tətbiq edilməli olan hüquq normalarına uyğun şəkildə qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığından ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia apellyatorlara münasibətdə təmin edilməlidir. 45.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 46.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 47.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçılar iddiaçı3 İdris qızı və iddiaçı1 İdris qızının apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2392/2025 nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi qismən - iddiaçılar iddiaçı3 İdris qızı və iddiaçı1 İdris qızının iddia tələblərinin rədd edildiyi hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən - iddiaçılar iddiaçı3 İdris qızı və iddiaçı1 İdris qızına münasibətdə təmin edilsin. İddiaçılar iddiaçı3 İdris qızı və iddiaçı1 İdris qızı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi ** saylı evin * saylı mənzilinə köçürülsünlər. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Rəna Qafarova