Məhkəmə qərarları › İş №2(3-6)-1860/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1860/2026

13.05.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1860/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İmanova Aysel Elçin qızının cavabdehlər cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İmanova Aysel Elçin qızı cavabdehlər cavabdeh2 İsmayıl oğluna və cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər cavabdeh2 İsmayıl oğlunun və cavabdeh1 ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C, mənzil 46 (yeni qaydalarla : AZ1132, ünvan 2) ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdehlər cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C, mənzil 46 (yeni qaydalarla : AZ1132, ünvan 2) ünvanından ailə üzvüləri ilə birlikdə çıxardırılaraq mənzil iddiaçı İmanova Aysel Elçin qızına təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər cavabdeh2 İsmayıl oğlundan və cavabdeh1 alınaraq iddiaçı İmanova Aysel Elçin qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsi ilə razılaşmayan cavabdehlər cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 ayrı-ayrılıqda ##.##.2026-cı il tarixdə apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən iddiaçı İmanova Aysel Elçin qızının cavabdehlər cavabdeh2 İsmayıl oğluna və cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 2(008)- ****/**** saylı qətnaməsindən cavabdeh2 İsmayıl oğlu və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda ##.##.2026-cı il tarixdə verilən apellyasiya şikayətləri və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, cavabdeh cavabdeh2 İsmyal oğlu tərəfindən verilmiş olan apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, cavabdeh cavabdeh2 İsmyal oğlu sözügedən qətnamədən apellyasiya şikayətinin ##.##.2026-cı il tarixədək verə biləcəyi halda, qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş və həmçinin apellyasiya şikayətini verərəkən qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən qətnamədən cavabdeh cavabdeh2 İsmyal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Bundan sonra cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixində şikayət verərək şikayətin təmin edilməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İmanova Aysel Elçin qızı cavabdehlər cavabdeh2 İsmayıl oğluna və cavabdeh1 qarşı “mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər cavabdeh2 İsmayıl oğlunun və cavabdeh1 ailə üzvləri ilə birlikdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29 C, mənzil 46 (yeni qaydalarla : AZ1132, ünvan 1) ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(008)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti məhkəmənin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. *(***)-****/**** saylı, ##.##.2026cı il tarixli qərardad tamamilə qanunsuz və əsassızdır. Qərardaddan göründüyü kimi məhkəmə tərəfindən Qərardadın ##.##.2025-ci il tarixdə alındığına istinad etsə də, tərəfindən təqdim edilmiş poçt qəbzindən görünür ki, qərardad tərəfindən ##.##.2025-ci il tarixdə saat 12:30-da alınmış və ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmiş, yəni müddət ötürülməmişdir. İşə baxan məhkəmə apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad çıxararkən tərəfindən təqdim edilmiş qəbzi nəzərə almamışdır. Eyni zamanda, nəzərinə çatdırır ki, tərəfindən apellyasiya şikayəti vəkil və nümayəndə qismində o, tərəfindən ##.##.2026-cı ildə verilsə də, elektron məhkəmə kabinetinə yalnız ##.##.2026-cı il tarixdə əlavə edilmiş və hazırda mübahisələndirilən qərardaddan indi xəbərdar olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İmanova Aysel Elçin qızı cavabdehlər cavabdeh2 İsmayıl oğluna və cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixdə verdiyi şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş D*************** №-li “Çatdırma Vərəqindən” görünür ki, SX*********AZ nömrəli göndəriş ##.##.2025-ci il tarixdə, saat 12:30-da cavabdeh1 tərəfindən “Çatdırma Vərəqinə” imza edilərək təhvil alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən “Çatdırma Vərəqinə” sübut kimi qiymət verilməmiş və həmin vərəqin həqiqəti əks etdirib-etdirməməsi, mötəbər sübut olub-olmaması araşdırılmamışdır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almadan iş üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddətə uyğun verilibverilmədiyi iş materiallarında olan sübutlara qiymət verilərək yoxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv olunmalı, iş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilsin. İş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar