Məhkəmə qərarları › İş №2(3-6)-1866/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1866/2026

09.07.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1866/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçasına qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması Hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçasının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi nümayəndə* iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçasına qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(0*0)-5836/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları *. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçası (bundan sonra “cavabdeh”) arasında bağlanmış 05.*2.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə “musiqi rəhbəri” vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehin *8.06.2025-ci il tarixli ** nömrəli əmri ilə iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funsiyalarını vicdanlı yerinə yetirmədiyinə görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçı özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi valideynin şikayət ərizəsi, Həmkarlar Komitəsinin qərarı, faktlar, videogörüntü və izahat göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçasına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh *** saylı körpələr evi uşaq bağçasının ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, onun “musiqi rəhbəri” vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma dövrünə görə (##.##.2025-ci il tarixindən faktiki bərpa gününədək) onun aylıq əmək haqqısının tam məbləğdə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırmış, eyni zamanda götərmişdir ki, əmək müqaviləsinə xitamın əsaslandırılması kimi “valideynin şikayəti, Həmkarlar Komitəsinin qərarı, faktlar, video görüntü və izahat” ifadələri göstərilsə də, ona qarşı iddia edilən kobud pozuntunun konkret faktiki halları, hadisələrin tarixi, sübutların məzmunu və qiymətləndirilməsi barədə əsaslandırma təqdim edilməmiş, ondan izahatın alınması və intizam tənbehinin tətbiqi qaydaları gözlənilməmişdir. Valideyn şikayəti kimi göstərilən hal isə əmək müqaviləsinə xitam verilməsi üçün kobud pozuntu kimi qiymətləndirilə bilməz. Hesab edilir ki, daha yüngül tənbeh tədbiri tətbiq edilə bilərdi. Lakin cavabdehin onunla qərəzli münasibəti olaraq, əsassız əmr verilmişdir. Xitamdan sonra o, mediasiya müraciət etmiş, lakin razılaşma əldə olunmamışdır. Nəticədə o, iş yerindən əsassız məhrum edilmişdir.

4. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə Kamran Həbibov adlı vətəndaş bağça rəhbərliyinə müraciət edərək övladına bağçanın musiqi rəhbəri İddiaçı tərəfindən fiziki zorakılıq göstərildiyini bildirmişdir. Şikayət əsasında bağça rəhbəri tərəfindən daxili araşdırma aparılmış, kamera görüntülərinə baxış keçirilmiş və fiziki və psixoloji şiddət faktı təsdiq edilmişdir. İzahatı alındıqda isə İddiaçı uşağa qarşı kobud rəftar etdiyini etiraf etmişdir. Bu əməlləri ilə “Uşaqların hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Təhsilverənlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin normalarını kobud şəkildə pozmuşdur. *8.06.2025-ci il tarixində İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən“ töhmət növündə intizam tənbehi verilmişdir. Buna baxmayaraq, o, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

5. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(0*0)-5836/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçasının ** nömrəli, ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçasının “musiqi rəhbəri” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanması və ödənilməsi, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumunun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçasından tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim X3).

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı İddiaçı Suraxanı rayonu *** saylı körpələr evi-uşaq bağçasında “musiqi rəhbəri” vəzifəsində çalışmış, tərəflər arasında əmək münasibətləri müddətsiz bağlanmış əmək müqaviləsi əsasında yaranmışdır. ##.##.2025-ci il tarixli, ** nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə xitam verilmişdir. Əmrdə xitamın əsasları kimi valideynin şikayət ərizəsi, Həmkarlar Komitəsinin qərarı, foto və video görüntülər, eləcə də iddiaçının izahatı göstərilmişdir. Hazırda iddia tələbi cavabdeh *** saylı körpələr evi-uşaq bağçasının ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının “musiqi rəhbəri” vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma dövrünə görə (##.##.2025-ci il tarixindən faktiki bərpa gününədək) iddiaçının aylıq əmək haqqının tam məbləğdə tutulmasından ibarətdir. Cavabdeh tərəf həm məhkəmə iclaslarındakı izahatlarında, həm də məhkəməyə ünvanladığı etiraz ərizəsində iddiaçının azyaşlı uşağa qarşı fiziki zorakılıq göstərdiyini qeyd etmiş və bu halı təsdiq etmək məqsədilə foto və video materiallar təqdim etmişdir.

8. Məhkəmə tələbin “cavabdeh *** saylı körpələr evi-uşaq bağçasının ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Lakin bu əsasın tətbiqi üçün işçinin əmək vəzifələrini kobud şəkildə pozmasının mötəbər sübutlarla təsdiq olunması zəruridir. Əmək hüququ şəxsin əsas konstitusion hüquqlarından biri olmaqla dövlət tərəfindən qorunur. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlar hərtərəfli qiymətləndirilərkən müəyyən edilmişdir ki, uşağın bədənində olan izlərin məhz iddiaçının hərəkətləri nəticəsində yarandığını və ya həmin hərəkətlərin zorakılıq xarakteri daşıdığını təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyil. Belə ki, cavabdeh tərəfindən uşağın sağlamlığına zərər vurulması faktının təsdiqi üçün hər hansı tibbi sənəd, ekspert rəyi və ya hüquq-mühafizə orqanlarının araşdırma materialları təqdim edilməmişdir. Uşağın bədənində olan izlərin yaranma səbəbi və mənşəyi dəqiq müəyyən edilməmişdir. Məhkəmə həmçinin, nəzərə almışdır ki, iddiaçı ##.##.2025-ci il tarixli izahatında uşağı sıraya gətirmək məqsədilə qolundan tutduğu göstərilmişdir. Video görüntülər də uşağın yalnız qolaltı nahiyəsindən tutularaq qaldırıldığını əks etdirir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfin izahatlarından da görünür ki, hadisə ilə bağlı tibbi ekspertiza keçirilməmiş, valideyn tərəfindən şikayət rəsmi qaydada qeydiyyata alınmamış və hadisə üzrə hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir. Bu hallar təqdim olunmuş sübutların etibarlılığını və yetərliliyini şübhə altına alır. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması faktı iş üzrə mötəbər sübutlarla təsdiq olunmadığından cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilərək əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. *0. Məhkəmə iddia tələbinin “məcburi işburaxma dövrünə görə (##.##.2025-ci il tarixindən faktiki bərpa gününədək) iddiaçının aylıq əmək haqqının tam məbləğdə tutulması” hissəsinə münasibətdə AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən hesab etmişdir ki, Suraxanı rayonu *** saylı körpələr evi-uşaq bağçasının ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ləğv edilməli, iddiaçı “musiqi rəhbəri” vəzifəsinə işə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb, ödənilməlidir. **. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə iddiaçının dövlət rüsumu ödəməkdən azad olunduğunu və iddianın təmin edildiyini nəzərə alaraq hesab etmişdir ki, *00 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. *2. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 2-4 və 6-cı hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-43-cü, 68-ci, 70-72-ci, 300-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci, 77.*-ci, 88-ci, **9-cu, *24.*-ci, 2*7-2*8-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-9-cu maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin *ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30.07.202*-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

*3. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçası apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. *4. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən işə baxılarkən prosessual qanunvericiliyin tələbləri pozulmuş, işin hallan tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflərin çəkişmə və bərabərlik prinsiplərinə əməl olunmamış, nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə sübutların kifayət qədər araşdırılmamasına baxmayaraq əsassız olaraq iddianı təmin etmişdir. İddia ərizəsində iddiaçı tərəfindən uşağa qarşı zorakılıq faktının baş verdiyi qeyd olunsa da, həmin hadisə üzrə hər hansı xəsarətin mövcudluğu və ya dərəcəsi müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçının ##.##.2025-ci il tarixli izahatına əsasən o, 0* sentyabr tarixində musiqi məşğələsi zamanı azyaşlı X1 durmaması səbəbindən onu kobud şəkildə qolundan tutaraq sıraya gətirməyə çalışmışdır. İddiaçı bu hərəkətinə görə izahatında üzrxahlıq etmişdir ki, bu da faktiki olaraq davranışın yolverilməz olduğunu təsdiq edir. Eyni zamanda, iş materiallarında olan valideyn Kamran Həbibov tərəfindən verilmiş ərizədə iddiaçının onun azyaşlı övladına qarşı kobud davranaraq uşağın qolundan tutub qaldırdığı, həmçinin onu otağın bir ucundan digər ucuna sürüyərək çölə çıxardığı qeyd edilmiş, valideyn bu səbəbdən iddiaçı barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Bundan əlavə, *8.06.2025-ci il tarixli akta əsasən iddiaçı mütəmadi olaraq işə gecikmiş, həmçinin ondan izahat tələb edildikdə izahat verməkdən imtina etmişdir ki, bu hal əmək intizamının kobud şəkildə pozulmasını təsdiq edir. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsinin qeyd olunan açıq və danılmaz faktlara lazımi hüquqi qiymət verməməsi anlaşılmaz olmaqla yanaşı, ciddi təəssüf doğurur. Məhkəmə tərəfindən işin hallarına bu cür laqeyd və səthi yanaşma ədalət mühakiməsinin mahiyyətinə ziddir və qəbul edilmiş qətnamənin nə dərəcədə əsassız olduğunu bir daha açıq şəkildə göstərir. Xüsusilə vurğulanmalıdır ki, söhbət azyaşlı uşaqlarla işləyən bir şəxsin davranışlarından gedir və bu sahədə hər hansı kobudluğa, intizamsızlığa və məsuliyyətsizliyə göz yumulması qəbul edilməzdir. Bu cür halların mövcud olduğu şəraitdə iddiaçının işə bərpa edilməsi yalnız hüquqi baxımdan deyil, həm də ictimai və mənəvi baxımdan ciddi narahatlıq doğurur. Belə olan halda, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları ilə açıq şəkildə ziddiyyət təşkil edir və həmin qətnamənin qüvvədə saxlanılması ədalət prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnə bilər. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

*5. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

*6. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçasının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq hüquqları Konvensiyası”na əsasən dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya suiistifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir. Uşağa qarşı videogörüntülərdə olan rəftar qəbul edilməzdir. Bağça ailədən sonra uşağa qarşı qayğı ilə yanaşan qurumdur, uşaq qayğı ilə əhatə olunması üçün bağçaya göndərilir. Birinci instansiya məhkəməsi hadisə ilə bağlı polisə müraciət edilmədiyini bildirir. Uşaqla kobud davranan şəxsin qadın olması nəzərə alınaraq polisə müraciət edilməyib. Uşağa qarşı fiziki zorakılıqla yanaşı, zirzəmiyə salacağı barədə hədələyib. İddiaçı 5 ildən çoxdur bağçada işləyir. Oxşar halların olub-olmaması barədə məlumatı yoxdur. İddiaçının daimi kobud rəftarı ilə bağlı məlumatı yoxdur. Bir dəfə belə rəftar etməsi bəs edir. İddiaçının əvvəllər də işə gecikdiyi üçün intizam tənbehi olub. Verilən töhmət mübahisələndirilməyib. İddiaçı intizam tənbehi verilməsi barədə əmrlə tanış olmaqdan imtina edib. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. İddiaçının işdən çıxarılma səbəbi ilk növbədə işə mütəmadi gecikməyidir. İddiaçı uşaqlarla, digər müəllimlərlə davranış qaydalarına uyğun rəftar etmir. İddiaçı uşaqla kobud rəftar etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilibdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. *7. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onlar məhkəmədə iddia qaldırdıqdan sonra bağça iddiaçının əvvəllər intizam tənbehinin olmadığını müəyyən etdi. Bu səbəbdən mövcud olmayan bir əmr təqdim etdi. Guya iddiaçı əvvəllər işə gecikdiyi üçün ona töhmət intizam tənbehi elan edilibdir. Halbuki, belə bir əmr mövcud olmayıbdır. Birinci instansiya məhkəməsində əmrlər kitabının gətirilməsini tələb etsə də, cavabdeh tərəf əmrlər kitabını məhkəməyə təqdim etmədi. İddiaçı 25 ildir bağçada işləyir, işlədiyi müddət ərzində heç bir intizam pozuntusu olmayıbdır. Bağçaya yeni direktor gələndən sonra ona qarşı münasibət dəyişmişdir. Uşaqların qayğısına qaldığını desələr də, uşaqlara və müəllimlərə xalça yuduzdururlar. Bağça direktorunun iddiaçı ilə qərəzi var. Valideyn iddiaçıya gül verərkən, bağçanın direktoru bu hala qısqanclıqla yanaşıb, gülün ona verilməli olduğu fikirlərini səsləndiribdir. İddiaçı əvvəllər Bakı şəhər Təhsil İdarəsinə qarşı iddia qaldırdığı üçün Təhsil İdarəsinin də ona qarşı qərəzi var. Bağça direktoru valideyni özü Təhsil İdarəsinə aparıb. Bunu birinci instansiya məhkəməsində etiraf edib. Rəsmi qəbul keçirilməyib. Orada qeyri-rəsmi şəkildə iddiaçının işdən çıxarılmasına qərar veriblər. Mediasiya prosesində əvvəllər intizam tənbehi verilməsi halı müzakirə olunmayıb. Bu hal məhkəməyə müraciətdən sonra süni şəkildə yaradılıb. Bağçada kameralar var. Əmrin iddiaçıya təqdim edilməsini təsdiq edən görüntülər yoxdur. İddiaçının əmrlə tanış olmaqdan imtina etməsi barədə akt da sonradan tərtib edilib. İddiaçının hərəkətinə görə digər intizam tənbehi verilə bilərdi, 25 il müəllim işləmiş şəxsin əmək müqaviləsinə bir pozuntuya görə xitam verilməsi bağçanın və Təhsil İdarəsinin ona qarşı qərəzli olduğunu göstərir. İddiaçının uşağa xəsarət yetirməsi halı mövcud deyil. Məqsədi uşağı sakitləşdirmək olub. Digər müəllim uşağı sakitləşdirə bilmir. Xəsarəti əks etdirən şəkildən də görünür ki, şəkil həmin gün çəkilməyib, uşağın geyimi video görüntüdəki geyimlə eyni deyil. İddiaçı uşağın qolundan tutduğunu bildirib, “xəsarət yetirmişəm” sözü deməyib, həmin xəsarəti yetirəcək formada dırnağı yoxdur. Məhkəmə əmrlər kitabına baxanda bəlli olur ki, kitabda töhmət verilməsi əmrindən əvvəl və sonraki əmrlər eyni qələmlə yazılıbdır. Hesab edir ki, məhkəmə prosesindən sonra dəftər yenidən yazılıb və əmr ora əlavə edilib. Həmin əmrlər kitabı istifadə edilmiş jurnala oxşamır, təzədir. İddiaçının töhmət əmri ilə tanış olmaqdan imtina etdiyini təsdiq edən aktda imzası olan müəllimlərdən biri etiraf edir ki, aktı imzalamayıb. Həmin səs yazısını məhkəməyə təqdim edir, zərurət olarsa müəllimin məhkəmə iclasında dindirilməsi üçün məhkəmə iclasına gəlməsini təmin edə bilər. Birinci instansiya məhkəməsində töhmət əmri müzakirə edilmədiyi üçün təqdim edilməyib. Cavabdehin nümayəndəsi bildirmişdir ki, töhmət əmri nəzərə alınmadan, etdiyi kobud pozuntuya görə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə kifayət edir. Birinci instansiya məhkəməsində iddiaçının əmək müqaviləsinə xitam verilməsində əvvəllər verilmiş “töhmət” intizam tənbehinə istinad edilmədiyi üçün həmin əmr tərəflərindən mübahisələndirilməyib. Təhsil İdarəsi və bağça uşağın mənafeyini düşündüyünü bildirsə də, uşaqlara soyuq havada xalça yuduzdurulmasına göz yumur. Yeni direktor bağçaya gələn gündən hər yerdə kamera quraşdırılıb, əgər iddiaçı işə geciksəydi onun görüntüsünü mütləq təqdim edərdilər. Mediasiya prosesində də iddiaçının işdən çıxarılma əsası kimi iddiaçının uşaqla rəftarı zamanı kobud pozuntuya yol verməsi bildirilib, töhmət əmrinin olması ümumiyyətlə deyilməyibdir. 25 il işlədiyi müddət ərzində heç bir qüsuru olmayan iddiaçı təhsil idarəsinə qarşı iddia qaldırdıqdan sonra “ən pis müəllim” olub. Belə olsaydı əvvəllər də uşaqlara qarşı kobud rəftarı olmuş olardı. Təqdim etdiyi diskdə uşaqların xalça yumağa cəlb edilməsi ilə bağlı video görüntü də var. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. *8. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi nümayəndə* izahat verərək bildirmişdir ki, iddiaçı mütəmadi olaraq işə gecikir, bu səbəbdən ona töhmət intizam tənbehi elan edilibdir. Töhmət intizam tənbehi verilməsi barədə əmr mübahisələndirilməyib, hazırki mübahisənin predmeti deyil. İddiaçı hər dəfə işə gecikəndə uşaqlar nəzarətsiz qalır. İddiaçı bundan nəticə çıxarmadan təkrar əmək funksiyasını pozur – uşağa qarşı fiziki və psixoloji zorakılıq göstərir. Bu pozuntu ilk olmasa belə əmək müqaviləsinə xitam verilməsi üçün kifayət edir. Onların prioteti müəllimlər deyil, uşaqlardır. İddiaçının başqa uşaqlara qarşı belə hərəkətlərə yol verməməsi heç nəyi dəyişmir. Digər uşaqların bu faktı müşahidə etməsi belə psixoloji zorakılıq hesab olunur. Video görüntülərdə və şəkillərdə də tam aydın görünür ki, iddiaçı dırnağını uşağın ətinə batırır. Birinci instansiya məhkəməsi bu hala münasibət bildirəndə qeyd edib ki, hadisə ilə bağlı polisə müraciət edilməli idi və xəsarətin dərəcəsi təyin edilməli idi. Uşağın keçirdiyi qorxu müəllimin işdən azad olunmasına kifayət edir. İddiaçının işə bərpa edilməsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nüfuzunu aşağı salır, digər müəllimlər üçün mənfi nümunə olur. Zorakılığa məruz qalmış uşağın valideyni Bakı Şəhəri üzrə Təhsil İdarəsində qəbul edilib, qəbul digər gündə keçirildiyi üçün rəsmiləşdirilməyib. Həmin vaxt bağça müdiri də qəbulda hüquqi məsləhət üçün iştirak edib. İddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün təmsil etdiyi qurum tərəfindən şifahi razılıq verilibdir. Bağça müəllimi işə qəbul və işdən azad etməklə bağlı müstəqil qərar qəbul edir, buna tam səlahiyyətlidir. Lakin bağçada hüquqşünas olmadığı üçün hüquqi baxımdan onlardan məsləhət alıbdır. İddiaçıya qarşı heç bir qərəzli münasibət yoxdur. Bakı Şəhəri üzrə Təhsil İdarəsində 2 hüquqşünas ştatı var, iş bölgüsünə əsasən məhkəmə proseslərində nümayəndə kimi adətən o çıxış edir. ƏMAS elektron sisteminə yerləşdirilmiş əmr var. 6 ay ərzində yenidən intizam pozuntusu etdiyinə görə iddiaçının əmək müqaviləsinə xitam verilibdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad olunubdur. Bağça tərəfindən əmək müqaviləsinə xitam verilməsi prosesində, əmrin tərtibində formal xətalara yol verilə bilər, bağçada hüquqşünas ştatı yoxdur. İşçi qaydasında İdarədən məsləhət alan müəsissələr var. Mübahisə üzrə valideyn şikayəti olduğu üçün direktor onlardan məsləhət alıb. 70-ci maddənin “ç” bəndi və 72-ci maddənin “ə” bəndinə istinadən əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmadığına görə iddiaçının əmək müqaviləsinə xitam verilibdir. Halbuki, üvvədə olan intizam tənbehi olmasaydı belə baş vermiş hadisə şəxsin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verməyə kifayət edir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

*9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda xitam verilə edilə bilər; 7*-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 7*-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “e” bəndinə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 72-ci maddəsinin “ə” bəndinə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 80-ci maddəsinin *-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin *-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; *86-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; *87-ci maddəsinin *-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.*-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.*-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 2*. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun: *0.*.2-ci maddəsinə əsasən təhsilalanların yaşına, fizioloji-psixoloji xüsusiyyətlərinə uyğun olaraq, onların əqli, fiziki, mənəvi, estetik inkişafının, müstəqil əmək və təhsil həyatına hazırlanmasının, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsinin təmin olunması ümumi təhsilin məzmununa dair ümumi tələblərdəndir; 23.3.8-23.3.9-ci maddəsinə əsasən etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələrindəndir.

22. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 25.8-ci maddəsinə əsasən təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli, onların şərəf və ləyaqətinə hörmət etməlidirlər. Təhsil müəssisələrində intizam tədbiri olaraq uşaqlara qarşı zorakılığın hər hansı formasının tətbiqi qadağandır.

23. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının *5.05. 2024cü il tarixli, KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın: 2.*.*-ci maddəsinə əsasən təhsilverən əmək funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinə əməl etməlidir; 2.2.*-ci maddəsinə əsasən təhsilverən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsilverən hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır; 2.6.2-ci maddəsinə əsasən təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir; 3.2-ci maddəsinə əsasən təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır; 3.*0-cu maddəsinə əsasən təhsilverən təhsilalanların rifahı və öyrənməsi üçün dəstəkləyici, inkişafetdirici, sağlam və təhlükəsiz mühitin qurulmasını təmin etməlidir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, hüquq normalarını düzgün tətbiq etməmiş və iddianı təmin etməkdə haqlı olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

28. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında 05.*2.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdən cavabdeh müəssisədə “musiqi rəhbəri” vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehin *8.06.2025-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funsiyalarını vicdanlı yerinə yetirmədiyinə görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Cavabdehin ##.##.2025-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçı özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu əmrin qəbul edilməsinin əsası qismində valideynin şikayət ərizəsi, Həmkarlar Komitəsinin qərarı, faktlar, videogörüntü və iddiaçının izahatı çıxış etmişdir.

29. Hazırda iddiaçı əmrdə kobud pozuntunun konkrekt faktiki hallarının, hadisənin tarixinin qeyd edilmədiyini, əsaslandırılma təqdim edilmədiyini, valideynin şikayətinin əmək funksiyalarının kobud pozuntusu kimi qiymətləndirilmədiyini, intizam tənbehinin verilməsi haqqında əmrin sonradan tərtib edildiyini, onun izahatının alınmadığını, əmrin ona təqdim edilmədiyini bildirərək, əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyini iddia edir və bu barədə əmrin ləğv edilməsini, işə bərpa olunmasını və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulmasını tələb edir.

30. Cavabdeh iddianı qəbul etmir, ##.##.2025-ci il tarixdə Kamran Həbibov adlı valideynin bağça rəhbərliyinə müraciəti əsasında bağça rəhbəri tərəfindən daxili araşdırma aparıldığını, kamera görüntülərinə baxış keçirildiyini, bu zaman fiziki və psixoloji şiddət faktının öz təsdiqini tapdığını, iddiaçının uşağa qarşı kobud rəftar etdiyini etiraf etdiyini, bu əməlləri ilə iddiaçının qanunvericiliyin tələblərini kobud şəkildə pozduğunu, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyini, onun *8.06.2025-ci il tarixdə verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğunu qeyd edir və iddianın rədd edilməsini xahiş edir. 3*. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır.

32. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (*. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

33. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də, əmək müqaviləsinə işəgötürən tərəfindən dərhal xitam verilməsi üçün əsas yaranır. Əmək müqaviləsinə xitam verilməsinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, əgər işəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam vermişdirsə, o, işçinin əmək funksiyasını kobud şəkildə pozmasını sübut etməlidir. Birinci instansiya məhkəməsi uşağın qolundanki izlərin hansı hadisə nəticəsində yarandığının müəyyən edilmədiyini, valideynin polisə müraciət etməməsini və ekspertiza rəyinin olmamasını əsas götürməklə əmək mübahisəsinin predmetini faktiki olaraq cinayət-prosessual müstəviyə keçirmişdir. Halbuki, iş materiallarında mövcud olan videogörüntü və iddiaçının öz yazılı izahatı hadisənin baş verdiyini təsdiq edir. Hazırki halda əsas məsələ uşağın bədən xəsarəti alıb-almaması deyil, müəllimin davranışının əmək intizamını kobud şəkildə pozub-pozmamasıdır.

35. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, Mülki Prosessual Məcəlləyə görə məhkəmə bütün sübutları onların məcmusu əsasında qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi isə videogörüntü və etiraf xarakterli yazılı izahata lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında (həmin videogörüntü apellyasiya instansiya məhkəməsindəki icraat zamanı məhkəmə iclasında tərəflərin iştirakı ilə nümayiş etdirilmişdir) ##.##.2025-ci il tarixdə baş vermiş hadisə ilə bağlı videogörüntülər tətqiq edilən zaman uşağa qarşı fiziki və psixoloji təsir faktı müəyyən edilmişdir. Belə ki, sıraya durmaması səbəbindən (halbuki, həmin vaxt sıraya durmayan xeyli uşaq var idi) iddiaçı uşağın hər iki qolundan tutaraq qaldırmış, onu digər uşaqların yanından ayıraraq, iradəsinə zidd olaraq və həmin vəziyyətdə (qaldırılmış) bütün otaq üzrə dəhlizə daşımış, dəhlizdə isə zirzəmiyə aparacağı ilə qorxutmuş (uşağın şüurunda öz hərəkətlərində ciddi və qətiyyətli olmasını göstərmək və bununla da uşağı qorxutmaq məqsədi ilə ünvansız şəkildə ucadan zirzəminin açarının gətirilməsini tələb etmişdir), sonradan yenidən qrupun yanına qaytarmışdır. Bu prosesin davam etdiyi bütün müddət ərzində uşaq dayanmadan və ucadan ağlamışdır. Bu hallar birmənalı olaraq məktəbəqədər təhsil müəssisəsində uşaqlarla davranış qaydalarına zidd hesab edilir. Həmin qaydaları bilməyən şəxs belə qarşısında uşağın olduğunu, uşağın baxcaya hansı məqsədlərlə göndərildiyini anlayıb, sadə insan məntiqinə söykənərək belə davranışa yol verməz.

36. Belə davranışın qanunsuz sayılması üçün uşağın bədənində xəsarətin olması da məcburi şərt deyil. Əks halda, belə qənaətə gəlmək olardı ki, sıraya durmayan ixtiyari uşağı, onun ağlamasına məhəl qoymadan, iradəsinə zidd olaraq, otaqdan daşıyıb, sakitləşdirmək məqsədi ilə ona müxtəlif yollarla, o cümlədən psixiloji təsir göstərərək, hədə-qorxu gəlmək olar, lakin bu hərəkətlər uşağın bədənində xəsarət qoymamaq şərti ilə edilməlidir. Nəzərə alınmalıdır ki, həmin hallar müəllimin öz izahatı, valideynin müraciəti, müəssisədaxili araşdırma ilə öz təsdiqini tapmışdır.

37. Məhkəmə kollegiyası həmin hərəkətin hüquqi qiymətləndirilməsi ilə bağlı xüsusilə vurğulayır ki, məktəbəqədər təhsil müəssisəsində müəllimdən daha yüksək davranış standartı tələb olunur. Musiqi müəllimi azyaşlı uşaqlarla işlədiyindən onun fiziki zor tətbiq etməməsi, psixoloji təzyiq göstərməməsi, uşağı hədələməməsi peşə borcunun ayrılmaz hissəsidir. "Zirzəmiyə gedirik, zirzəminin açarını gətirin" kimi ifadənin tərbiyə üsulu kimi qəbul edilməsi mümkün deyildir və uşağın psixoloji təhlükəsizliyini pozur. Azyaşlı uşaqlara münasibətdə belə davranış yolverilməzdir. Məktəbəqədər təhsil müəssisəsində çalışan müəllim uşaqların fiziki və psixoloji təhlükəsizliyini təmin etməlidir. Uşağın zorla qollarından tutulması, yerdən qaldırılması, kollektivdən ayrılması, zirzəmiyə aparılmaqla hədələnməsi pedaqoji etikaya və uşaqların hüquqlarının qorunması prinsiplərinə açıq şəkildə ziddir. Belə davranış valideynlərin müəssisəyə olan etimadını sarsıdır və müəllimin həmin vəzifədə işləməsini obyektiv olaraq mümkünsüz edir. Uşaqla bu qaydada davranmanın iddiaçının əmək funksiyalarına daxil olmaması açıq və aşkardır. Onun belə bir davranışı nəticəsində də əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlmişdir. Əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılmışdır.

38. Ümumiyyətlə baxçanın təyinatı və mahiyyəti, habelə uşaqların baxçaya göndərilməsinin məqsədi nəzərə alındıqda orada çalışan müəllimlər (tərbiyəçilər, hətta tərbiyəçi olmayan işçilər) uşaqların qeydinə qalmağa, onlara qayğı göstərməyə, yaşından irəli gələrək onlarla daha həssas davranmağa, təmkinli olmağa, güzəştə getməyə və ən əsas uşaqları mümkün təhlükədən və xoşa gəlməz hallardan qorumağa (bu halların qarşısını almağa) borcludurlar. “Uşaq hüquqları haqqında” Qanuna əsasən iddiaçı uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalıdır. Lakin baş vermiş hadisədə uşaq iddiaçının özünün fiziki və psixoloji zorakılığına məruz qalır. Bununla da uşağın özünü iddiaçıdan qorumaq zərurəti yaranır ki, belə olan halda da, artıq həmin müəssisə bir baxça olaraq mahiyyətini itirmiş olur.

39. Bununla belə, iddiaçının azyaşlı uşağa münasibətdə nümayiş etdirdiyi davranış əmək funksiyasının mahiyyəti və məktəbəqədər təhsil müəssisəsində çalışan pedaqoji işçidən gözlənilən peşə etikası ilə bir araya sığmayan kobud əmək intizamı pozuntusudur. Müəllimin azyaşlı uşağı qollarından tutmaqla qaldırması və digər uşaqlardan ayıraraq onu bu vəziyyətdə dəhlizə aparması və zirzəmiyə aparacağı ilə hədələməsi təkcə konkret uşağın psixoloji təhlükəsizliyinə müdaxilə deyil, həm də işəgötürənin əsas fəaliyyət prinsiplərinə zidd davranışdır. Belə davranış nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəyməsi halı da mövcuddur. Məktəbəqədər təhsil müəssisəsinin əsas qanuni mənafeyi azyaşlı uşaqların təhlükəsizliyinin, sağlam psixoloji mühitin təmin edilməsi, valideynlərin müəssisəyə olan etimadının qorunması və təhsil xidmətinin nüfuzunun saxlanılmasından ibarətdir. Müəllimin qeyd edilən hərəkətləri valideyn tərəfindən şikayətə səbəb olmuş, müəssisə tərəfindən xidməti araşdırma aparılmasını zəruri etmiş və müəssisənin nüfuzuna, habelə valideynlərin ona olan etimadına xələl gətirmişdir. Bundan əlavə, iddiaçının əvvəlki vəzifəsinə bərpası işəgötürənin qanuni mənafelərinə mənfi təsirin davam etməsi riskini də yaradır. Belə ki, azyaşlı uşaqlara qarşı hədələyici davranış nümayiş etdirmiş şəxsin yenidən eyni vəzifədə işləməsi digər valideynlərdə müəssisənin uşaqların təhlükəsizliyini lazımi səviyyədə təmin etmədiyi barədə əsaslı mənfi təəssürat formalaşdıra (belə təəsürat yarana bilər ki, müəssisə belə davranışı uşağın maraqlarından, habelə fiziki və psixoloji sağlamlığından üstün tutur, uşaqlarla ünsiyyət məsələlərində bu metoda üstünlük verir) valideynlərin müəssisəyə olan etimadını zəiflədə və məktəbəqədər təhsil müəssisəsinin nüfuzuna xələl vura bilər. Eyni zamanda, bu cür davranışın adekvat hüquqi nəticə doğurmaması kollektivdə uşaqlarla davranış standartlarının zəifləməsi riskini yaradır ki, bu da işəgötürənin qanuni mənafeləri ilə uzlaşmır.

40. İddiaçının öz izahatında müəssisə rəhbərliyinə müraciət edərək üzr istəməsi də onun hadisəni inkar etmədiyini göstərən mühüm sübutdur. Sonradan məhkəmədə həmin hərəkətləri inkar etməsi və ya onların əhəmiyyətini azaltmağa çalışması iş materiallarında olan yazılı izahat və videogörüntü ilə ziddiyyət təşkil edir. 4*. Valideynin şikayətindən sonra aparılmış xidməti araşdırma nəticəsində müəllimin davranışı təsdiqlənmişdirsə, işəgötürənin həmin işçi ilə əmək münasibətlərini davam etdirməsinin mümkün olmaması barədə qənaəti əsaslı hesab edilir. Məktəbəqədər təhsil müəssisəsində valideynlərin etimadı təhsil prosesinin mühüm elementidir və uşaqlara qarşı kobud rəftar həmin etimadı sarsıdır. İddiaçı qeyd edilən hərəkətlərlə azyaşlılarla işləyən pedaqoqun etik davranış və peşə öhdəliklərini kobud şəkildə pozmuşdur. Buna görə də, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsi qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

42. Bununla yanaşı cavabdeh iddiaçının barəsində daha əvvəl işə gecikməsi səbəbindən intizam tənbehinin tətbiq edildiyini və iddiaçının 6 ay ərizində yenidən əmək funsiyalarını kobud şəkildə pozduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materallarına olan cavabdehin *8.06.2025-ci il tarixli, ** nömrəli əmri ilə iddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funsiyalarını vicdanlı yerinə yetirmədiyinə görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Həmin əmr cavabdeh tərəfindən təqdim edilmiş əmrlər kitabında da əks olunmuşdur. İddiaçı belə bir əmrin olmadığını, sonradan tərtib edildiyini, əmrlər kitabındakı töhmət verilməsi barədə əmrdən əvvəlki və sonrakı yazıların eyni qələmlə yazıldığını qeyd etsə də, əmrlər kitabında iddiaçıya töhmət verilməsi barədə əmr 33-cü, ona məzuniyyət verilməsi barədə əmr 35-ci, işdən çıxarılması barədə əmr isə 68-ci sıradadır. Belə olan halda, iddiaçıya töhmət verilməsi barədə əmrin sonradan tərtib edilməsi əsassız fikir hesab olunur, həmin əmrdən sonra 30-dan çox əmr qəbul edilib. Eyni zamanda, onun bu məsələ ilə bağlı izahat verməkdən imtina etməsi müəssisə üzrə *8.06.2025-ci il tarixli aktla rəsmiləşdirilmişdir. İddiaçı bu aktın sonradan tərtib edildiyini, aktda göstərilən şəxslərin həmin aktı imzalamadığını bildirir. Lakin bu halı təsdiq edən hər hansı sübut təqdim etmir. Bununla bağlı iddiaçı tərəfindən təqdim edilən səs yazısında bir qadın həmin aktı imzalamadığını bildirsə də, nəticə etibarı ilə onun kimliyi müəyyən edilmir.

43. Bütün bunlara baxmayaraq iş materiallarının tətqiqi onu deməyə əsas verir ki, hazırda tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş hadisə onun azyaşlıya qarşı etdiyi əməl olub. Həmkarlar İttifaqı Komitəsinin ##.##.2025-ci ili tarixdə keçirilən növbədənkənar iclasında da müzakirə predmeti məhz həmin hal olmuşdur. Bu halın mövcudluğu da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə bilavasitə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara, o cümlədən “ə” bəndinə istinad etmədən də) xitam verilməsi üçün əsas yaradır.

44. Məhkəmə kollegiyası iddiaçının mübahisələndirdiyi ##.##.2025-ci il tarixli, ** nömrəli əmrin forma və məzmun etibarı ilə Əmək Məcəlləsinin tələblərinə uyğun olmaması, əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandırılmaması ilə bağlı vurğulayır ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin *-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

45. Bundan başqa, əmrin məzmununa dair tələbləri müəyyən etməkdə məqsəd, mübahisəli hüquqi vəziyyətə dair müəyyənliyin təmin olunmasıdır. İddiaçı tərəfindən mübahisələndirilən əmrin məzmununda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmiş və bunun səbəbləri müfəssəl olaraq göstərilməsə də, əmrin verilməsinə əsas kimi valideynin şikayət ərizəsi, Həmkarlar Komitəsinin qərarı, faktlar, videogörüntü və iddiaçının izahatı göstərilmişdir. Başqa sözlə, bu sənədlər əmrin məzmununu tamamlamağa xidmət edən, əmrin əlavəsinə çevrilən məlumat mənbələridir. Həmkarlar Komitəsinin protokolundan çıxarışdan isə bağçada baş verən hadisənin yol verilməz olduğu, müəssisəsinin nüfuzuna xələl gətirdiyi, müəllimlərin müqəddəs borcu olan uşaqların fiziki və psixoloji qorunmasına əks hərəkət olduğu qeyd edilmişdir. Bir daha qeyd edilməlidir ki, iddiaçının belə bir hərəkətə yol verməsini iş yoldaşları, uşağın valideyni, habelə digər uşaqlar söyləmir. İddiaçının uşağa münasibətdə yol verdiyi əməli açıq və aydın şəkildə videogörüntüdən müşahidə etmək olur (nəzərə alınmalıdır ki, iddiaçı bağçanın otaqlarında videoqeydiyyatın aparılması barədə tam məlumatlı olmuş, lakin göründüyü kimi, buna məhəl qoymamışdır). İddiaçı bununla bağlı yazdığı izahatında da əməlini etiraf etmişdir.

46. Xüsusilə qeyd olunmalıdır ki, əmrin məzmununa riayət olunmaması, əmrin etibarsız sayılması üçün imperativ nəticə deyildir. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü hissəsinə görə əmrin etibarsız sayılması mütləq nəticə deyil, mümkünlük kimi müəyyən edilmişdir. Başqa sözlə, bu cür əmrin ləğv ediməsi, məhkəmənin qiymətləndirməsindən asılıdır. Məhkəmə kollegiyası da hüquqi nəticə etibarı ilə ##.##.2025ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən etmir. İddiaçının bu istiqamətdə dəlilləri isə heç bir halda həmin əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlər öz növbəsində iddia tələbinin bu hissədə rədd edilməsini şərtləndirir.

47. Məhkəmə kollegiyası, iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələblərinin isə bu tələbə münasibətdə törəmə tələblər olduğunu və bu tələblərin təmin olunub-olunmamasının bilavasitə "əmrin ləğv edilməsi" tələbinin təmin olunubolunmamasından asılı olduğunu, həmin tələbin də təmin edilməməsi qənaətinə gəlindiyini nəzərə alaraq hesab edir ki, iddia üzrə “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbləri də əsassızdır və rədd edilməlidir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(0*0)-5836/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan Suraxanı rayonu *** saylı körpələr evi uşaq bağçasına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar