Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1946/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Seyfullayev Məlik Əliyusif oğlu, X11, X12, X13, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və X14, Seyfulla Əhməd oğlu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma və evə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “evdən, torpaq sahəsində çıxarılma”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi, eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, onların nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X14 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Birinci instansiyada icraat:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Əmircan qəsəbəsi köhnə Fioletov (indiki Xanoğlan Bayramov) küçəsindəki * saylı fərdi yaşayış evi, ##.##.2003-cü il tarixli 30/*** qeydiyyat nömrəli çıxarış əsasında 11 otaq, 148.9 kv.m yaşayış sahəsi, 371.6 kv.m ümumi torpaq sahəsindən ibarət * saylı fərdi yaşayış evindən cavabdehin çıxarılması və iddiaçının həmin ünvana köçürülməsi, 100 (yüz) manat dövlət rüsumunun, bundan sonrakı ödəməli olacağı rüsumların və çəkdiyi maddi ziyanın əvəzinin cavabdeh Seyfullayev Malik Məlik oğlundan tutulmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı şəhəri Icra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsində seriya FM ****** nömrəli qeydiyyat vəsiqəsi ilə Əmircan qəsəbəsi köhnə Fioletov (indiki Xanoğlan Bayramov) küçəsindəki 11 otaq, 148.9 kv.m yaşayış sahəsi, 371,6 kv.m ümumi torpaq sahəsindən ibarət * saylı fərdi yaşayış evi, o ərazidə yanaşı qonşu və qohumu olan Cavabdeh Ağaməlik oğlu və ailəsi tərəfindən illərdir qanunsuz olaraq zəbt olunmuşdur. Illərdir həmin evdə qeydiyyatda olan üç övladı ilə bərabər öz şəxsi mülkünə girməyə icazə verilmir, müxtəlif şər və böhtanlarla hədələyərək qapıdan içəri buraxmayıblar. Bu azmış kimi, evdən çıxdığı zaman evin bütün sayğaclarını (qaz, su, işıq) bağladığı halda cavabdeh heç bir xəbərdarlıq, bildiriş etmədən qeyriqanuni şəkildə həmin evə qaz, su, işıq sayğacları qoydurmuşdur. Fərdi yaşayış evinə olan hüquqlarını dövlət qeydiyyatına aldıraraq çıxarış almışdır. Cavabdeh onun evini 5-6 ildir ki, zəbt edib orada istədiyi kimi hərəkət edərək iddiaçını öz evinə buraxmır.
3. Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Rübabə Qafarova) ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otaqdan çıxarılması, iddiaçı İddiaçı cavabdeh Cavabdeh paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağa (Texniki pasportda “B” tikilisinin planı hissəsində “3” rəqəmi ilə işarələnmiş) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi, 100 manat məbləğində dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qərara alınmışdır.
4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Apellyasiya instansiyasında birinci icraat:
5. Iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə onların istifadəsinə verilmiş 2 otaqlı mənzildə atası yenidən qurma aparmış, mənzilin otaq sayını 4-ə çatdırdıqdan sonra öz adına texniki pasport tərtib etdirmişdir. Həmin texniki pasportda yalnız atasının istifadəsində olmuş mənzillərin eskizi və ölçüləri öz əksini tapmışdır. Nəzərə alınmalıdır ki, istifadələrində olan evin bütün kommunal xidmətləri - Bakıqaz, Elektrikşəbəkə, məişət tullantıları barədə abonent kodları atasının adına olmuşdur. Mübahisəli iş üzrə məhkəmə qətnamə qəbul edərkən ona əsaslanmışdır ki, guya o, əvvəllər yaşamağını sübut edə bilməmişdir. Belə ki, o, ömrünün çox hissəsini həmin mübahisəli evdə yaşamışdır. Lakin cavabdeh, həmin evə 7 il əvvəl icazəsi və xəbəri olmadan özbaşına olaraq köçüb yaşamışdır. Bu fakt məhkəmə prosesində aydınlaşdırılmamışdır. Iddiaçı qeyd edir ki, iş rayon məhkəməsində baxılarkan, iş üzrə lazımı sübutların təqdim edilməsi üçün ona heç bir məlumat verilməmişdir. Halbuki, mübahisə predmetinə çevrilmiş evin onun ailəsinə məxsus olması, məhkəmə qətnaməsi üzrə mübahisəli mənzilin onun ailəsinin istifadəsinə verilməsi və sonradan onlara məxsus mənzil sahəsinin texniki pasportunun hazırlanması, Orcenikidze rayon XDS Icrayə Komitəsinin qərarı ilə mənzilin onların ailəsinə məxsus olması barədə sənədlər olmasına baxmayaraq, rayon məhkəməsi həmin sənədləri ondan istəməmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Günel Abbasova və Məmməd Məmmədov) *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsinin təmin edilməsi, digər hissələrdə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Kassasiya instansiyasında icraat:
7. Qətnamədən iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 (vəkil vəkil1) birgə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə (X5 (məruzəçi), X2 və X4) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi müəyyən edilmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və üçüncü şəxs K.Kərimova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, həmin evdə atası yaşayıb, indi isə qardaşı yaşayır.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq da bildirdi ki, iddiaçının paylı mülkiyyətdəki payı 35/1 payın 4/1-ni təşkil edir, yəni onun payı ayrılıqda heç bir halda bir otaq təşkil etmir, lakin onlar iş uzanmasın deyə qətnaməni mübahisələndirməmişlər, iddiaçının onun payına düşən hissədən qat-qat çox olan 15 kv.metr sahəsi olan otağa köçməsinə, həmin otağın iddiaçıya verilməsinə etiraz etmirlər.
14. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
15. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
16. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322.50 kv.m olan fərdi yaşayış evi ************-***** saylı reyestr nömrəsi ilə Seyfullayev Məlik Əliyusif oğlunun adına 1/35 hissədə, X11 adına 3/35 hissədən bir hissədə, X12 adına 3/35 hissədən bir hissədə, X13 adına 3/35 hissədən bir hissədə, İddiaçı adına 1/35 hissədən bir hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 adına 1/35 hissədən bir hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına 1/35 hissədən bir hissə və X14 adına adına 1/35 hissədən bir hissə, Seyfulla Əhməd oğlu 23/35 hissə (açıq qalır) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adına 7/35 hissədə payı müəyyən olunmuşdur.
18. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, №**/**** saylı tikinti-texniki obyektlərin tədqiqi barədə ekspert rəyindən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dair tərtib edilmiş ##.##.2010-cu il tarixli (reyestr № ************-10301) “Texniki Pasport” sənədinin “Torpaq sahəsinin planı” hissəsində “B” hərfi ilə işarələnmiş fərdi yaşayış evinin faktiki texniki göstəriciləri ilə “Texniki Pasport” sənədində qeyd olunan texniki göstəricilər arasında uyğunsuzluqların mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, yuxarıda qeyd olunan Texniki Pasportun “B” tikilisinin planı hissəsində 3 və 4 rəqəmləri ilə işarələnmiş otaqlara bitişik formada sahələri müvafiq olaraq 5.3 kv.m, 11.2 kv.m, 20.7 kv.m, 11.6 kv.m və 6.6 kv.m olan otaqlar qeyd olunsa da, faktiki olaraq tamamilə fərqli ölçülərdə, yəni 12.5 kv.m, 11.8 kv.m, 13.5 kv.m və 8.3 kv.m olan otaqların mövcud olduğu və sahəsi 8.3 kv.m olan otaqdan həyətyanı sahəyə giriş-çıxış qapısının açıldığı müəyyən olunur.
19. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X7 vərəsəsi oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3dur. Miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322.5 kv.m, o cümlədən yaşayış sahəsi 204,5 kv.m, yardımçı sahəsi 118 kv.m olan 11 otaqlı * saylı fərdi yaşayış evinin və ümumi sahəsi 36.2 kv.m olan həyətyanı tikililərin mərhumə X9 məxsus olan 7/35 hissəsindən ibarətdir.
20. Qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2014-cü il tarixli şəhadətnamənin surətindən görünür ki,## #### 1962-ci ildə vəfat etmiş Seyfulla Əhməd oğlunun vərəsəsi oğlu X1 idi, lakin onun ## ###### 1987-ci ildə vəfat etməsi ilə əlaqədar mirasın 1/35 hissəsi Bakı şəh., Suraxanı ray., Əmircan qəs., Bayramov küç., ev 5 də qeydiyyatda olan oğlu X10. Mirasın 23/35 hissəsi açıq qalır. Miras əmlak Bakı Zəhmətkeş Deputatlar Sovetinin IK-nin Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən 28.06.72-ci il tarixli 06 əmr saylı kitabının 835 səh-də qeydiyyata alnmış çıxarışa və AR ƏMDK-nin yanında DƏDRX-nin ##.##.2014- cü il tarixli **/**** saylı arayışa əsasən Bakı şəh, Suraxanı rar, Əmircan qəs, Bayramov küçəsində yerləşən ümumi sahəsi 322.5 kv.m, o cümlədən yaşayış sahəsi 204.5 kv.m, yardımçı sahəsi 118 kv.m olan 11 otaqlı * saylı fərdi yaşayış evinin ümumi sahəsi 62.7 kv.m olan həyətyanı tikililərin mərhum Seyfulla Əhməd oğluna məxsus olan 24/35 hissəsindən ibarətdir.
21. “xxxx” publik hüquqi şəxs Suraxanı rayon Sukanal Idarəsi üzrə ##.##.2021- ##.##.2025-ci il tarixləri aralığında ödənişlərin siyahısından görünür ki, Cavabdeh sudan istifadəyə görə aylıq ödənişlər etmişdir.
22. ##.##.2025-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-2025-ci il tarixlər arasında qazdan istifadəyə görə ödənişlər etmişdir. Qaz sayğacı X15 adına rəsmiləşdirilmişdir.
23. Məişət tullantılarının daşınması üçün 059394 və ****** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı X.Bayramov küçəsi 5 ünvanı üçün ödəniş etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası:
24. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29.III. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
26. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
32. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
33. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
34. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
35. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
42. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
47. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
50. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
52. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
53. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
55. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
56. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Ali Məhkəmənin Mülki kollegiyasının) Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, Məhkəmə həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
57. Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmənin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd edilir:
58. Ev paylı mülkiyyətdə olmasına baxmayaraq, mülkiyyətçilərin paylarının naturada müəyyən edilməsinə dair sübutlar təqdim olunmayıb. Lakin mülkiyyətçilər evdən istifadə üzrə razılaşdırılmış bir qaydaya malik olublar və iddiaçı da məhz aralarında etirazsız olaraq mövcud olmuş hissələrdən onun istifadə hüququnun bərpa olunmasını xahiş edir.
59. Bu halda ilk növbədə iddiaçının evdən çıxana qədər evin hansı hissəsindən istifadə etməsi müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının əvvəllər istifadəsində olmuş hissənin «yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağı (Texniki pasportda “B” tikilisinin planı hissəsində “3” rəqəmi ilə işarələnmiş)» kimi müəyyən etmiş, cavabdeh də buna etitaz etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 istisna olmaqla digər üçüncü şəxslərin də bu otağın iddiaçıya verilməsinə etiraz etməsi müəyyən olunmur.
60. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində dəlil olmadığı halda iddianın təmin edilmiş hissəsində qətnaməni ləğv etmiş və bunu onunla izah etmişdir ki, “məhkəmə tələb olmadığı halda, tələbdən kənara çıxaraq faktiki olaraq iddiaçıya münasibətdə bölgü aparmış və dövlət reyestrində qeydə alınmayan həmin ayrılmış sahəyə iddiaçını köçürmüşdür”.
61. ... Bu baxımdan apellyasiyanın hədləri araşdırıldıqda görünür ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı paylı mülkiyyətdə olan, lakin payları naturada müəyyən edilməmiş evin “B” tikilisində əvvəllər istifadəsində olmuş hissəsindən istifadə hüququnun bərpa olunmasını tələb edir. Birinci instansiya məhkəməsi onun yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan, yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağından (Texniki pasportda “B” tikilisinin planı hissəsində “3” rəqəmi ilə işarələnmiş) istifadə hüququnu bərpa etmişdir və bu qaydaya cavabdehin, habelə üçüncü şəxslərin etirazı yoxdur. Lakin iddiaçı və digər payçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 iddianın tam təmin olunmasını tələb edir. Başqa sözlə, iddiaçı onun istifadəsində evin daha çox hissəsinin olduğunu bildirir. Bu halda apellyasiya instansiyası məhkəməsinin araşdırması məhz bu istiqamətdə olmalı idi.
62. Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
63. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülür.
64. Apellyasiya instansiyası məhkəməsi, apellyatorun dəlili olmadığı halda həmin dəlillərdən kənara çıxmasını əsaslandırmamışdır.
65. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin “birinci instansiya məhkəməsi tərəfindən faktiki bölgü aparılması”, “əmlakın naturada bölünməsi faktı müəyyən edilmədiyindən, mülkiyyətçilərdən (onların vərəsələrindən) hər hansı birinin ayrılıqda mənzildən çıxarılması barədə bir paylı mülkiyyətçinin iddia tələbi əsaslı ola bilməməsi”, “iddiaçının özünün də malik olduğu eyni statuslu mülkiyyətçini mənzil (sahiblik və istifadə) hüququndan mərhum etmək və ya məhdudlaşdırmaq üçün əsasların olmaması” barədə dəlilləri işin hallarına uyğun əsaslandırılmayıb.
66. Belə ki, paylı mülkiyyətin hüquqi rejiminə görə hər bir payçı öz payına uyğun olaraq əmlakdan istifadə hüququna malikdir. Əgər naturada bölgü aparılmayıbsa, istifadə qaydası payçıların razılaşması ilə müəyyən edilir. Belə razılaşma olmasa belə, faktiki istifadə qaydası (de-fakto bölünmə) məhkəmə tərəfindən nəzərə alına bilər.
67. Baxılan iş üzrə də evin naturada bölgüsü olmasa da, tərəflər arasında illərlə formalaşmış faktiki istifadə qaydası mövcud olub və iddiaçı məhz həmin istifadə etdiyi hissəyə qaytarılmasını tələb edir. Nəzərə alınmalıdır ki, bu halda məhkəmə yeni bölgü aparmır, sadəcə pozulmuş istifadə hüququnu bərpa edir və istifadə qaydasının bərpası, mülkiyyət hüququnun müdafiə üsulu kimi istisna olunmur.
68. Işin hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi üzərində Seyfullayev Məlik Əliyusif oğlunun adına 1/35 hissədə, X11 adına 3/35 hissədən bir hissədə, X12 adına 3/35 hissədən bir hissədə, X13 adına 3/35 hissədən bir hissədə, İddiaçı adına 1/35 hissədən bir hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 adına 1/35 hissədən bir hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına 1/35 hissədən bir hissə və X14 adına adına 1/35 hissədən bir hissə, Seyfulla Əhməd oğlu 23/35 hissə (açıq qalır) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adına 7/35 hissədə payı müəyyən olunmuşdur.
69. Məhkəmə Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq və rayon məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, rayon məhkəməsi tərəfindən aparılan araşdırmalar zamanı iddiaçı ona paylı mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evindən cavabdehin çıxarılmasını, özünün isə həmin ünvana köçürülməsini tələb etsə də, əslində mübahisəli fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişində olan hissəsinə köçürülməsini, cavabdehin isə oradan çıxarılmasını istədiyi müəyyən edilmişdir. Rayon məhkəməsi də cavabdehin fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otaqdan çıxarılması, iddiaçının həmin otağa (Texniki pasportda “B” tikilisinin planı hissəsində “3” rəqəmi ilə işarələnmiş) köçürülməsini qət etmişdir.
70. Rayon məhkəməsi iddiaçının izahatlarına əsasən müəyyən etmişdir ki, iddiaçı İddiaçı ona paylı mülkiyyət hüququ əsasında məxsus Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsində yerləşən 11 otaq, 148.9 kv.m yaşayış sahəsi, 371.6 kv.m ümumi torpaq sahəsindən ibarət * saylı fərdi yaşayış evindən cavabdeh Cavabdeh çıxarılmasını, özünün isə həmin ünvana köçürülməsini tələb etsə də, əslində mübahisəli fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişində olan hissəsinə köçürülməsini, cavabdehin isə oradan çıxarılmasını istəyir. Bunu da onunla əsaslandırır ki, mübahisəli fərdi yaşayış evinin payçıları arasında ideal bölgü aparılmasa da, artıq uzun illərdir ki, payçılar arasında faktiki bölgü aparılmış, hər bir payçı digər payçıların faktiki istifadəsində olan tikiliyə susaraq razılıq vermişdir. Iddiaçı mübahisəli fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sağ girişdə olan hissəsində əvvəllər cavabdehin ailəsinin və indi isə cavabdehin qardaşının yaşadığını mübahisələndirmir. Elə buradan irəli gələrək rayon məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbində qeyd etdiyi kimi mübahisəli fərdi yaşayış evinin ümumi sahəsinə deyil, məhz əvvəllər yaşadığı hissəyə köçürülməlidir.
71. Rayon məhkəməsi hesab etmişdir ki, əks yanaşma, qətnamənin icrasını mümkünsüz edərdi. Iddiaçı və ailəsinin əvvəllər yaşadığı hissəyə münasibətdə isə rayon məhkəməsi ilk növbədə qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinə aid Texniki Pasportda mübahisəli yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişində sahəsi 15 kv.m, 18.4 kv.m və 20.7 kv.m olan 3 otaq qeyd edilsə də, 20.7 kv.m kimi qeyd edilən 3-cü otaq 13.5 kv.m və 8.3 kv.m iki otaqdan ibarətdir və sahəsi 8.3 kv.m olan otaqdan həyətyanı sahəyə girişçıxış qapısı mövcuddur. Iddiaçı isə məhz, fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağına (Texniki pasportda “B” tikilisinin planı hissəsində “3” rəqəmi ilə işarələnmiş) köçürülməlidir.
72. Belə ki, rayon məhkəməsi yerli baxış zamanı müəyyən etmişdir ki, fərdi yaşayış evinin sözügedən 15 kv.m ölçüdə sahəsi çox köhnə və təmirsiz, ona nisbətdə “B” tikilisinin digər hissələrinin tikintisi isə yenidir.
73. Iddiaçı körpəlikdən orada yaşadığını, özünü tanıyandan həmin otaqların (18.4 kv.m, 13.5 kv.m və 8.3 kv.m sahədən ibarət 3 otaq) orada olduğunu bildirsə də, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də, 15 kv.m ölçüdə olan birinci otaqla digər otaqların “yaşı” arasında “adi gözlə görünəcək” dərəcədə fərqin olması iddiaçının iddia tələbinin bu dəlilini ağlabatan hesab etmir.
74. Rayon məhkəməsi həmin illərə aid xatirə şəkillərinin olmamasını və ya bu faktla bağlı hər hansı bir qohum-tanışının məhkəmədə şahidlik etməməsini da ağlabatan mülahizəyə uyğun hesab etməmişdir. Iddiaçının şahid qismində məhkəməyə dəvət etdiyi yeganə şəxs də, onun evinin içində olmadığını bildirmişdir. Bunun əksinə olaraq cavabdeh sözügedən otaqların inşa edilməsində iştirak edən ustanın məhkəmədə şahidlik etməsini təmin etmişdir. Beləliklə, rayon məhkəməsi iddiaçının əvvəllər fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağından başqa digər otaqlarında yaşamasını sübuta yetirilməmiş hesab etmişdir.
75. Qeyd edilənlərlə yanaşı, rayon məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbinə uyğun olaraq məhkəmənin iddiaçının əvvəllər yaşadığı faktiki payına uyğun hissəyə köçürülməsi iddiaçıya gələcəkdə mübahisəli yaşayış sahəsinin naturada ideal bölgüsü ilə bağlı məhkəməyə müraciət edəcəyi təqdirdə bu qətnamə ilə köçürülməsi nəzərdə tutulan sahədən daha artığını tələb etmək hüququnu məhdudlaşdırmır.
76. Hazırki iddianın predmeti yalnız paylı mülkiyyətdə olan mübahisəli yaşayış evinə köçürülmə olduğundan və rayon məhkəməsi tərəfindən iddiaçının əvvəllər yaşadığı konkret sahə müəyyən edildiyindən rayon məhkəməsi iddia tələbinin həcmindən kənara çıxmayaraq iddiaçının həmin sahəyə köçürülməsini müəyyən etmişdir.
77. Bununla belə rayon məhkəməsi onu da qeyd etmişdir ki, mövcud vəziyyətdə ümumi sahəsi 322.50 kv.m olan fərdi yaşayış evi üzərində iddiaçının 35/1 nisbətdə payının olması və naturada ideal bölgü aparılacağı təqdirdə iddiaçının payına təxminən məhkəmənin köçürülməsini müəyyən etdiyi sahəyə uyğun sahənin düşəcəyi ehtimalını nəzərə alaraq rayon məhkəməsi bir daha hazırki iddia tələbi üzrə doğru qənaətə gəldiyini hesab etmişdir.
78. Müəyyən olduğu kimi, cavabdeh rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Məhkəmə kollegiyasının iclasında da cavabdeh iddiaçının həmin 15 kv.m sahəyə köçürülməsinə etiraz etmədiyini bildirmişdirir.
79. Məhkəmə iddianın tam təmin edilməsini tələb edən iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyətdə olmasına baxmayaraq, mülkiyyətçilərin paylarının naturada müəyyən edilməsinə dair sübutlar yoxdur. Paylı mülkiyyətin hüquqi rejiminə görə hər bir payçı öz payına uyğun olaraq əmlakdan istifadə hüququna malikdir. Əgər naturada bölgü aparılmayıbsa, istifadə qaydası payçıların razılaşması ilə müəyyən edilir. Hazırkı işdə də payçılar həmin evdən razılaşdırılmış qaydaya uyğun olaraq istifadə etmişlər.
80. Rayon məhkəməsi iddiaçının evdən çıxana qədər hansı hissəsində yaşamasını müəyyən etmək üçün yerli baxış keçirmişdir. Rayon məhkəməsi iddiaçının əvvəl fərdi yaşayış evinin hansı otaqlarında yaşadığına dair sübutlar verə bilməməsini, fərdi yaşayış evinin sözügedən 15 kv.m ölçüdə sahəsinin çox köhnə və təmirsiz, ona nisbətdə “B” tikilisinin digər hissələrinin tikintisinin isə yeni olmasını nəzərə almış və iddiaçının əvvəllər fərdi yaşayış evinin “B” tikilisinin ümumi istifadədə olan yol tərəfdən sol girişindən 15 kv.m ölçüdə olan birinci otağından başqa digər otaqlarında yaşamasını sübuta yetirilməmiş hesab etmişdir. Məhkəmə rayon məhkəməsinin gəldiyi həmin qənaəti əsaslı hesab edərək onunla razılaşır.
81. Məhkəmə hesab edir ki, mülki iş materiallarındakı sübutları, texniki pasportları, ekspert rəyini, tərəflərin izahatlarını nəzərdə aldıqda, iddiaçının köçürülməsi müəyyən edilən sahənin hazırkı işin hallarına uyğun olduğu və qətnamənin icrası baxımından da ağlabatan olduğu müəyyən edilir.
82. Belə olan halda müəyyən olunur ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz.
83. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
84. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
85. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
86. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
87. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
90. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.