Məhkəmə qərarları › İş №2(3-6)-1955/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1955/2026

30.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1955/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, *(***)-****/**** saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdehlərdən biri olan cavabdeh3 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh3 və cavabdeh2xxxx“cavabdeh MMC tərəfindən inşa edilmiş bina yerləşən və cavabdeh cavabdeh3 məxsus olan mənzilin giriş qapısının yerinin dəyişdirilərək, ilkin vəziyyətin bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi barədə” iddialarına dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddiaların təmin edilməsini qət etmişdir. Hər iki iddia tələbi üzrə cavabdeh olan cavabdeh3 həmin qətnamədən verdiyi apellyasiya şikayətinə baxılan zaman iş üzrə tərəflər Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) aralarında bağlanmış və aşağıdakı məzmunda olan “Barışıq sazişini” Məhkəməyə təqdim edərək, “Sazişin” təsdiq edilməsini, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər: “Cavabdeh cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, “Dövlət İmtahan Mərkəzinin yanı” ünvanında inşa edilən yaşayış kompleksinin bina 2, mərtəbə 12, *** nömrəli mənzilin qapısının açılma istiqamətinin gələcəkdə bayıra dəyişdirilməməsi öhdəliyini öz üzərinə götürür. Cavabdeh cavabdeh3 iddiaçı İddiaçı tərəfindən hazırki işlə bağlı çəkilmiş xərclərin (məhkəmə və digər xərclər) əvəzi olaraq 1.500 manat məbləğində pulu iddiaçı İddiaçı birdəfəlik ödəməyi öz öhdəsinə götürür”. Göstərilənləri və iş materiallarını nəzərə alan Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və buna səlahiyyəti olan şəxslər tərəfindən imzalanmışdır. “Barışıq sazişi” qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.5-ci maddəsinə görə, iş üzrə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər işə apellyasiya qaydasında baxılan zaman barışıq sazişi bağlamışlarsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməni ləğv edərək iş üzrə icraata xitam verə bilər. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, yuxarıda göstərilənləri, MPM-in 263 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İş üzrə tərəflər arasında bağlanmış və aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: “Cavabdeh cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, “Dövlət İmtahan Mərkəzinin yanı” ünvanında inşa edilən yaşayış kompleksinin bina 2, mərtəbə 12, *** nömrəli mənzilin qapısının açılma istiqamətinin gələcəkdə bayıra dəyişdirilməməsi öhdəliyini öz üzərinə götürür. Cavabdeh cavabdeh3 iddiaçı İddiaçı tərəfindən hazırki işlə bağlı çəkilmiş xərclərin (məhkəmə və digər xərclər) əvəzi olaraq 1.500 manat məbləğində pulu iddiaçı İddiaçı birdəfəlik ödəməyi öz öhdəsinə götürür”. “Barışıq sazişi” təsdiq edildiyindən hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Hazırkı qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar