Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1983/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Heydər qızının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Qulizadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı Heydər qızının, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Heydər qızının cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Heydər qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, VOXR küçəsi, ** saylı sahə ünvanında yerləşən 0.02 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ ##.##.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Qala qəsəbə Bələdiyyəsinin ##.##.2007-ci il tarixli qərarının surətindən görünür ki, Əzizbəyov rayonu Qala qəsəbəsinin ərazi hüdudları daxilində, Qala qəsəbə ərazisində istifadə olunan 95 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2007-ci il tarixli, *** nömrəli Sərəncamının surətindən görünür ki, Qala qəsəbəsi, VORX küçəsi, ** saylı sahədə vətəndaş Cavabdeh tikdiyi fərdi yaşayış evinin qeydiyyata alınması qərara alınmışdır. ##.##.2014-cü il tarixli, AR-İ seriyalı, ****** saylı etibarnamədən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, VOXR küçəsi, ** saylı sahə ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən 0.01 ha torpaq sahəsini Əliquliyeva İlahə Pirəli qızına, yerdə qalan digər 0.01 ha hissəni isə İddiaçı Heydər qızına etibar etmişdir. ##.##.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı Heydər qızı ”Azəriqaz Layihə İnşaat” MMC-nin direktorundan Qala qəsəbəsi, VOXR küçəsi, ** saylı sahə ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin qazlaşdırılması və abunəçi kodunun açılmasına köməklik göstərilməsini xahiş etmişdir. “xxxx” ASC-nin xəbərdarlıq bildirişindən görünür ki, Qala qəsəbəsi, VOXR, Ev: 0260, Mənzil: 0260 ünvanına aid 030001002600260 abonent kodu İddiaçı Heydər qızının adınadır. ##.##.2018-ci il tarixli “Qaz kəmərinin yoxlanması və istismara qəbulu haqqında” Aktdan görünür kü, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, VOXR küçəsi, ** saylı sahə ünvanı ərazisinə ****A************* nömrəli sayğac quraşdırılmış, sifarişçi isə İddiaçı Heydər qızıdır. ##.##.2017-ci il tarixli, **** nömrəli müqavilədən görünür ki, “xxxx” ASC ilə zona 3, Qala qəsəbəsi, Dəmir yol dayanacağı ünvanında yerləşən evin sahibi (mülkiyyətçi, istifadəçi, icarəçi və sair) X1 arasında müqavilə bağlanılmışdır. ##.##.2014-cü il tarixli əlyazmanın surətindən görünür ki, Qala qəsəbəsi, VOXR küçəsi, ** saylı sahə ünvanı evdə yaşayan Cavabdeh ona məxsus olan 02 sot içində olan 02 otağı və 01 sot torpağı İddiaçı Heydər qızına 7.000 manat satdığını, ondan həmçinin 4.000 manat borc pul götürdüyünü, İddiaçı Heydər qızından cəmi 11.000 mant pul aldığını qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, baxış zamanı tədqiq olunan sahəsi 21.5 kv.metr və 20.5 kv.metr olan tikililərin tavanına taxta vurulmuş, 02 ədəd plastik qapı quraşdırılmış, sahəsi 10.5 kv.metr olan tikilinin divarları mişar daşından inşa olunmuş, tavanına taxta vurulmuş, döşəməsinə taxta vurulmuş, divarları divar kağızı ilə üzlənmiş, 01 ədəd metal qapı quraşdırılmış, sahəsi 3.0 kv.metr su hovuzu üzrə divarlar 2.0 metr hündürlükdə mişar daşı ilə hörülmüş, döşəməsinə beton tökülmüş, sahəsi 4.5 kv.metr olan hamam üzrə divarlar mişar daşı ilə hörülmüş, sement məhlulu ilə suvanmış, dam örtüyə beton tökülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Heydər qızı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Heybətəli qızından ona verəcəyi on bir min manat (11.000) alqı-satqı yolu ilə aldığı pulu və 4000 manat (dörd min) inşa etdiyi tikinti və təmir üçün xərclədiyi pulu, ümumilikdə 15.000 (on beş min) manatın cavabdehdən alınıb ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Əliheydər qızı ## ###### 2014-cü il tarixdə Qala stansiyasında VXR küçəsində Cavabdeh Heybətəli qızından torpaq sahəsinin çıxarışı olduğu üçün 0,01 hektar, yəni 100 kv.m torpaq sahəsi almış, həmin torpaq sahəsinə cəmi 11.000 (on bir min) manat pul vermişdir. Həmin torpaq sahəsinin içində iki yararsız ev var idi, iddiaçı torpaq sahəsini aldıqdan sonra həyətdə ayaqyolu, hamam və mətbəx inşa etmiş, evləri də əsaslı təmir etmişdir. İddiaçı İddiaçı Heydər qızı tikinti və təmir işlərini başa çatdırdıqdan sonra, dəfələrlə Rəhilə xanıma bildirəndə ki, ona düşən 0,01 ha torpaq sahəsini özəlləşdirib keçirsin iddiaçının adına, cavabdeh Cavabdeh iddiaçıya tələsməyə ehtiyac olmadığını bildirmişdir. İndi aradan on il keçib cavabdeh iddiaçıya deyir ki, sənə nə pulu, nə də torpağı vermirəm. Cavabdeh iddiaçını min bir əziyyətlə tikdiyi evdən çıxardır, notarius da iddiaçı İddiaçı Heydər qızına ayırıb verdiyi torpaq sahəsini indi ləğv edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Heydər qızı izahatında cavabdehdən 2014cü ildə 11.000 manata 01 sot torpaq sahəsi və evinin 02 otağını aldığını, indi isə evdən çıxmaq istədiyini, cavabdehlə aralarında tez-tez mübahisələrin yarandığını, cavabdeh Cavabdeh torpaq sahəsi və evi ona etibarnamə əsasında verdiyini, ancaq etibarnamənin verilməsindən bir ay sonra etibarnaməni ləğv etdirdiyini, aralarında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin olmadığını, 01 sot torpağa və 02 otağa görə cavabdehə 7.000 manat pul ödədiyini, dörd min manat pulu isə cavabdehə borca verdiyini, ancaq həmin borcu bugünədək geri tələb etmədiyini, əlavə olaraq həmin evdə təmir-tikinit işləri apardığını, dörd min manat pul xərclədiyini, təxminən 12 ildir həmin evdə yaşadığını, ancaq cavabdeh evi və torpağı onun adına keçirtmədiyini, indi isə cavabdehlə yola getmədiklərini, tez-tez mübahisələrinin yarandığını, bu səbəbdən evdən çıxmaq istədiyini, ona görə evin və torpağın alınması üçün ödədiyi 11.000 manat və təmir tikinti işlərinə xərclədiyi 4.000 manat pulun ona qaytarılmasını istədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında iddiaçının evə baxmağa gələrkən ona 01 sot torpağı və evinin 02 otağını 18.000 manata təklif etdiyini, iddiaçının da həmin məbləğlə razılaşdığını, lakin həmin gün cəmi 7.000 manat ödəniş etdiyini, qalan məbləği isə qısa vaxtda ödəyəcəyinə söz verdiyini, ona görə ilkin olaraq etibarnamə verdiyini və bütün məbləğ ödənildikdən sonra evi iddiaçının adına keçirəcəyinə razılaşdıqlarını, ancaq bugünə qədər qalan məbləği ödəmədiyini, ona görə alqı-satqı müqaviləsinin bağlanılmadığını, aralarında heç bir borc məsələsi olmadığını, həmin dövrdə özünün təcili pula ehtiyacı olduğu üçün evi satmağa məcbur olduğunu, ona görə iş materiallarında olan ərizəni də iddiaçının ona yazdırdığını, iddiaçının 11 ildir həmin evdə yaşadığını, ancaq hələ də qalan 7.000 manat pulu ödəmədiyini, iddiaçının həyətdə özü üçün hamam və su hovuzu tikdirdiyini, ancaq mətbəx tikmədiyini, mətbəxin əvvəldən mövcud olduğunu, sadəcə qapı və pəncərə qoydurduğunu, iddiaçının son dövlərdə evdə qeyri-etik və qeyri-əxlaqi hərəkətlərinə görə ailədə və qonşuları ilə narazılıq yarandığını, onun hərəkətlərinə etiraz etdiyi üçün də aralarında mübahisələr yarandığını, ona görə indi iddiaçının özünün evdən çıxmaq istədiyini, onun evdən çıxması ilə bağlı tələbi olmadığını, evin və torpağın iddiaçının istfadəsində olduğunu, qalan 7.000 manatını verdiyi təqdirdə evi iddiaçının adına keçirəcəyini bildirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı Heydər qızının cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehdən alındığı bildirilən əmlak Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, VOXR küçəsi, ** saylı sahə ünvanında yerləşən 0.01 ha ibarət torpaq sahəsi və 2 otaqlı evdən ibarətdir. Yəni alqı-satqı yolu ilə alındığı bildirilən həm torpaq sahəsi, həm də fərdi yaşayış evi daşınmaz əşyadır. Mülki qanunvericiliyə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Əks təqdirdə müqavilə tələb olunan formada bağlanılmadığından etibarsızdır. (MM 144.1, 394, 329.1) Lakin iş materiallarında tərəflər arasında notariat qaydasında təsdiqlənmiş daşınmaz əmlakın alğı-satqı müqaviləsi mövcud deyildir. Məhkəmə iclaslarında iştirak edən tərəflər də izahatlarında aralarında notariat qaydasında təsdiq olunmuş yazılı müqavilənin bağlanmadığını təsdiq etmişlər. İddiaçı torpaq sahəsi və evin alqı-satqısının etibarnamə əsasında həyata keçirildiyini, cavabdeh tərəfindən həmin etibarnamə ləğv olunduqdan sonra isə bunun barəsində ##.##.2014-cü il tarixli yazılı etiraf tərtib olunduğunu qeyd etmişdir. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair hazırkı dövrədək notariat qaydasında təsdiq olunmuş müqavilə yoxdur. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası olaraq daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə istinad etməsi əsassızdır. Bununla belə məhkəmə araşdırması ilə müəyyən edilir ki, daşınmaz əmlakın (1 sot torpaq sahəsinin və 2 otaqlı fərdi yaşayış evinin) alqı-satqısı ilə bağlı tərəflər arasında şifahi razılaşma olmuş, iddiaçı daşınmaz əmlakın ona satılması qarşılığında 11.000 manat məbləğində pul ödəmiş, cavabdeh isə torpağın sənədləşdirilməsi üçün iddiaçıya etibarnamə vermişdir, 12 ildir həmin torpaq sahəsi və yaşayış evindən iddiaçı tərəfindən faktiki sahiblik və istifadə edilir, lakin tərəflər arasında bugünədək notarial qaydada təsdiq edilmiş yazılı müqavilə bağlanılmamışdır. İddiaçı isə 12 ildir (hazırda da) həmin daşınmaz əmlakdan faktiki olaraq istifadə edərək, alğı-satqı müqaviləsinin bağlanılmasını tələb etməməsi və hazırda cavabdehlə yola getməmələri, onlar arasında mübahisahisə yarandığı üçün həmin evdə yaşamaq istəmədiyini bildirib evdən çıxmaq istəyərək, ödədiyi pulu geri tələb etməsi hüquqdan sui-istifadə hesab olunmalıdır. Belə ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 560-cı maddəsinə əsasən də, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İddiaçı İddiaçı Heydər qızı məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, VOXR küçəsi, ** saylı sahə ünvanında yerləşən cavabdehə məxsus torpaq sahəsinin 0.01 ha hissəsinin alınması üçün 11.000 manat məbləğində ödəniş həyata keçirdiyini qeyd etmişdir. Lakin iddiaçının məhkəməyə işin faktiki hallarını təsdiq edən sübut qismində təqdim etmiş olduğu ##.##.2014-cü il tarixli yazılı etirafda cavabdeh Cavabdeh 0.01 ha torpaq sahəsinin və evin 2 otağının 7.000 manat məbləğə alınması qeyd olunmuş, 4.000 manat məbləğində pulun isə Cavabdeh borc olaraq verildiyi qeyd edilmişdir. Habelə iddiaçı İddiaçı Heydər qızı izahatında gah torpaq sahəsini və evi 11.000 manata aldığını, gah da 7.000 manata aldığını, 4000 manat məbləğində pulu isə borc verdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının məhkəməyə təqdim etmiş olduğu iddia ərizəsindəki məlumatlar ilə iddiaçının iş materiallarına sübut qismində əlavə etdiyi yazılı etiraf, habelə özünün izahatları arasında ziddiyətlər mövcuddur. Bu ziddiyətlər özünü həm alınan əmlakın nədən ibarət olmasında, həm də həmin əmlakın qiymətində özünü göstərir. Belə ki, iddia ərizəsində yalnız torpaq sahəsinin alınmasından bəhs olunursa, yazılı etiraf və izahatlarda torpaq sahəsi ilə yanaşı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, VOXR küçəsi, ** saylı sahə ünvanında yerləşən evin 2 otağının alınmasından bəhs olunur. Həmçinin iddia ərizəsində torpaq sahəsinin 11.000 manat ödəniş edilərək alındığı, yazılı etirafda 7.000 manata alındığı, izahatlarda isə gah 11.000, gah da 7.000 manata alındığı bildirilir. Cavabdeh Cavabdeh isə ona məxsus əmlakın satış dəyərinin 18.000 manat razılaşdıqlarını, iddiaçının 11.000 manat ödədiyini, qalan 7.000 manatı da verdikdən sonra alğı-satqı müqaviləsi bağlamalı olduqlarını, lakin bugünədək qalan 7.000 manatı vermədiyinə görə müqavilə bağlanmadığını, ancaq iddiaçının indiyədək həmin evdə yaşadığını və onu evdən çıxartmadığını, evin və torpağın iddiaçının istfadəsində olduğunu, 7.000 manatını verdiyi təqdirdə müqavilə bağlayacağını bildirmişdir. İddiaçı da həqiqətən 2014-cü ildən bugünə kimi həmin evdə yaşadığını, cavabdehin heç vaxt onun evdən çıxmasını tələb etmədiyini, sadəcə evi onun adına keçirmədiyi və tez-tez mübahisələrinin düşdüyünü, yola getmədikləri üçün evdən çıxmaq istədiyini, ona görə də evə və torpağa görə cavabdehə ödədiyi 11.000 manat pulun və çəkdiyi 4.000 manat xərcin qaytarılmasını istədiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin tələbinə əsasən, öhdəliklər müqavilənin hazırlanması əsasından da əmələ gələ bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallarda müqavilə bağlamağa məcburetməyə yol verilir. (MM mad. 386.2, 390.3, 404.2., 405.1.) Qeyd olunan normaların işin faktiki hallarına tətbiqi baxımından, iddiaçı hazırda pul tələbi ilə deyil, qanunvericiliklə müəyyən edilmiş müvafiq şərtlərin yerinə yetirilmiş olması şərti ilə könüllü götürülmüş öhdəliyə əsasən daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanmasına məcburetmə barədə tələb irəli sürmək hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddiaçı İddiaçı Heydər qızının cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu, habelə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat və qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat iddiaçıya aid edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 329.1, 385.1, 386.1, 386.2, 389.1, 390.3, 393, 404.2, 205.1, 425.1, 425.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə ## #### 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Heydər qızı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, cavabdeh Cavabdeh 11.000 (on bir min) manat alq-satqı yolu ilə aldığı pulun və 4.000 (dörd min) manat inşa etdiyi tikinti və təmir üçün xərclədiyi pulu, ümumilikdə 15.000 (on beş min) pulun alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı Heydər qızı cavabdeh Əliquliyeva Rəhilə xanım Heybətağa qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 11.000 (on bir min) manat alq-satqı yolu ilə aldığı pulu və 4.000 (dörd min) manat inşa etdiyi tikinti və təmir üçün xərclədiyi pulu, ümumilikdə 15.000 (on beş min) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən “…Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 2014-cü ildə 11.000 manata 01 sot torpaq sahəsi və evinin 02 otağını aldığını, indi isə evdən çıxmaq istədiyini, cavabdehlə aralarında tez-tez mübahisələrin yarandığını, cavabdeh Cavabdeh torpaq sahəsini və evi ona etibarnamə əsasında verdiyini, ancaq etibarnamənin verilməsindən bir ay sonra etibarnaməni ləğv etdirdiyini, aralarında notarial qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin olmadığını, 01 sot torpağa və 02 otağa görə cavadehə 7.000 manat pul ödədiyini, 4.000 manat pulu isə cavabdeh borca borca verdiyini, ancaq həmin borcu bugünədək geri tələb etmədiyini əlavə olaraq həmin tikinti və təmir işləri apardığını, 4000 manat pul xərclədiyini bildirmişdir. Təxminəm 12 ildir həmin ünvanda yaşayır, ancaq cavabdeh evi və torpağı onun adına keçirtməyib, indi isə cavabdehlə yola getmədiyini tez-tez mübahisə etdiyini bu səbəbdəndə evdən çıxmaq istədiyini, ona görə evin və torpağın alınması üçün 11.000 manat və təmir üçün xərclədiyi 4.000 manat pulun geri qaytarılmasını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normasını düzgün təbiq etməmişdir. Cavabdeh iddiaçıya pulu qaytarmalı olduğu hallar qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamışdır. Qeyd edilənlərə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək cavabdeh Cavabdeh 11.000 (on bir min) manat alq-satqı yolu ilə aldığı pulun və 4.000 (dörd min) manat inşa etdiyi tikinti və təmir üçün xərclədiyi pulun, ümumilikdə 15.000 (on beş min) pulun alınaraq ona verilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Heydər qızı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, hazırda da aldığı torpaq sahəsində olan evdə yaşayır, dəfələrlə cavabdehdən sənəd, çıxarış istəmiş, cavabdeh ona pul verdikdən sonra sənədi verəcəyini demişdir. Cavabdeh ona bir sot torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsinə dair cavabdeh onunla ya alqı-satqı müqaviləsi bağlasın, ya istəyirsə torpağı ona bağışlasın. O da, bilsin ki, yaşamaq üçün yeri var. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, 2014-cü ildə o, mənzilini iddiaçıya 18.000 manata satmışdır. İddiaçı evi olmadığı üçün ona etibarnamə verməsini, evə köçüb yaşamaq istədiyini deyib 7.000 manatı dərhal ona vermiş, bir ay ərzində qalan pulu da verəcəyini bildirmişdir. O, iddiaçıya evdə yaşamasına icazə vermişdir. Həmin gündən iddiaçı hasar çəkmiş, sanuzeli söküb təzədən tikmişdir. 2014-cü ildən iddiaçı ona borclu qalmışdır. İşdə olan qəbz onun tərəfindən yazılmışdır. İddiaçı pulu bir ay ərzində verməli olsa da, vermədiyindən o, verdiyi etibarnaməni ləğv etmişdir. İddiaçı ona 7.000 manatı versə o, torpağın sənədi iddiaçının adına keçirər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.https://eqanun.az/framework/46944 Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edilmədiyindən, qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mülki iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, VOXR küçəsi, ** saylı sahə ünvanında yerləşən 0.01 ha ibarət torpaq sahəsi və onun üzərində olan 2 otaqlı evin alqı-satqısı barədə razılığa gəlsələr də, mülki qanunvericiliyin tələblərinə uyğun, yəni notariat qaydasında təsdiqlənmiş daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlamamışlar. İddiaçı torpaq sahəsi və evin alqı-satqısının etibarnamə əsasında həyata keçirildiyini, cavabdeh tərəfindən həmin etibarnamə ləğv olunduqdan sonra isə bunun barəsində ##.##.2014-cü il tarixli yazılı etiraf tərtib olunduğunu qeyd etmişdir. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair hazırkı dövrədək notariat qaydasında təsdiq olunmuş müqavilə mövcud deyildir. Bununla yanaşı tədqiq olunan sübutlardan aydın olur ki, daşınmaz əmlakın (1 sot torpaq sahəsinin və 2 otaqlı fərdi yaşayış evinin) alqı-satqısı ilə bağlı tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı daşınmaz əmlakın ona satılması qarşılığında 11.000 manat məbləğində pulu cavabdehə ödəmiş, cavabdeh isə torpağın sənədləşdirilməsi üçün iddiaçıya etibarnamə verdikdən sonra torpağı və tikililəri ona təhvil vermiş, 12 ildir həmin torpaq sahəsindən və yaşayış evindən iddiaçı faktiki istifadə etməklə həmin əmlaklara sahiblik edir, həmin sahədə tikinti və təmir iləri aparmışdır. Cavabdeh iddiaçının həmin sahədən çıxarılmasını deyil, razılaşdıqları məbləğ üzrə ödənilməmiş qalan vəsait ona verildikdən sonra müqavilə bağlamağa hazır olduğunu bildirir. Kollegiya qeyd edir ki, öhdəliklər müqavilənin hazırlanması əsasından da əmələ gələ bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallarda müqavilə bağlamağa məcburetməyə yol verilir. (MM-in 386.2, 390.3, 404.2., 405.1-ci mad.) İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı torpaq sahəsini üzərində olan tikililərlə birlikdə almaq məqsədi ilə 12 il əvvəl verdiyi pul vəsaitini, həmin sahədə gördüyü işlərin dəyərini cavabdehdən tələb etməkdə haqlı deyildir. Belə ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı Heydər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-1983/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1983/2026
13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver