Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1987/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı3cavabdeh Cavabdeh qarşı evdən çıxarılma, qeydiyyatın ləğv edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı3cavabdeh Cavabdeh qarşı evdən çıxarılma, qeydiyyatın ləğv edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçılar iddiaçı2 və iddiaçı4cavabdeh Cavabdeh qarşı evdən çıxarılma, qeydiyyatın ləğv edilməsi və kirayə haqqının ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsi, * saylı evdən çıxarılması və 30 ay ərzində bu evdən qanunsuz istifadə etdiyinə görə 6000 manat kirayə haqqı pulunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi və cavabdehin Yeni Suraxanı qəsəbəsi, Mirqəzəb küçəsi, * saylı evə olan qeydiyyatının ləğv edilməsinin Bakı şəhəri Suraxanı rayon Polis Idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir.
3. Həmin qətnamədən iddiaçı iddiaçı4tərəfindən ## #### 2012-ci il tarixində apellyasiya şikayəti verilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2012-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 nümayəndəsi Vəkil tərəfindən ## ###### 2026-cı il tarixində dəftərxana vasitəsilə apellyasiya şikayəti verilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin qanunvericiliklə tənzimlənən formaya riayət edilmədən məhkəməyə təqdim edildiyi üçün geri qaytarılması qərara alınmışdır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 vəkili və nümayəndəsi Vəkil tərəfindən şikayət verilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli, 2(010)- **/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadından şikayət təmin edilmədiyi halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadının ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
9. Qərardad onunla əsaslandırılmışdır ki, *(***)-**/**** nömrəli mülki iş Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin icraatına ## ######## 2011-ci il tarixdə daxil olmuş və iş üzrə ## #### 2012-ci il tarixdə qətnamə qəbul edilmişdir. Həmin dövrdə “Elektron Məhkəmə” informasiya sistemi yaradılmadığından qətnamə kağız formada tərtib edilərək hakim tərəfindən imza edilməklə və məhkəməyə məxsus möhür vasitəsi ilə təsdiqlənməklə iş materiallarına əlavə edilmiş və məlumatlandırılması üçün tərəflərə göndərilmişdir. Həmin iş “arxiv iş” statusunda olduğundan hazırda mülki işə yeni qoşulmuş vəkilin elektron kabinetinə qətnamənin yerləşdirilməsi mümkün deyil, vəkil tərəfindən də elektron kabinet vasitəsi ilə elektron məhkəmə informasiya sistemində olan hər hansı sənədin görülməsi mümkün deyil. Həmçinin, vəkil tərəfindən əlavə edilmiş Elektron məhkəmə informasiya sistemindən çıxarışda vəkilə məxsus elektron kabinetin “şikayətlər” bölməsində *(***)-**/**** nömrəli mülki iş üzrə apellyasiya şikayətinin ## ###### 2026-cı il tarixdə “göndərilmiş” statusunda olması müəyyən olunur. Lakin mülki işin Elektron məhkəmə informasiya sistemində elektron iş kimi formalaşdırılmaması səbəbindən təqdim edilmiş apellyasiya şikayəti məhkəmənin daxili elektron bazasında əks olunmamışdır. Göstərilən hal müraciət edən şəxsin iradəsindən asılı olmayan texniki və təşkilati xarakterli səbəblərlə bağlıdır və bu səbəbdən şəxsin məhkəməyə müraciət etmək hüququ məhdudlaşdıra bilməz. Odur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilmiş hesab edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli qərardadı ləğv edilməlidir. Qərardaddan verilən şikayətin digər hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı iddiaçı2 vəkili və nümayəndəsi Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən verilən apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, qətnamədən verilən apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçı4və iddiaçı2 iddia tələbi təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı iddiaçı4## #### 2012-ci il tarixində apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı Seyidzadeh MirHashim MirMahmoud oğlu, həm də iddiaçı iddiaçı2 etibarnamə üzrə nümayəndəsi olmaqla, iclaslarda onun da adından iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı isə məhkəmə işçisi vasitəsilə iddiaçı iddiaçı2 iş üzrə keçirilən iclaslar barəsində digər vasitələrlə yanaşı, həmçinin telefonoqrama ilə də məlumatlandırılmışdır. Iddiaçı iddiaçı2 məhkəmə proseslərindən xəbərsiz olması, qətnamədən məlumatsız olması ağlabatan və inandırıcı hesab edilmir. Odur ki, qətnamənin ona rəsmi təqdim edilmədiyini əsas gətirərək qətnamənin qəbulundan 14 il keçdikdən sonra (“Azdoc” sistemi vasitəsilə ## ###### 2026-cı il tarixdə, poçt vasitəsi ilə ## ###### 2026-cı il tarixdə) verilmiş apellyasiya şikayəti iddiaçıya geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti müddət ötürüldükdən sonra təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 130-cu maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin müddətin bərpasına dair hər hansı ərizə məhkəməyə təqdim edilməmişdir.
10. Həmin qərardaddan iddiaçı iddiaçı2 şikayət verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2012-ci il tarixli qətnaməsindən iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadından şikayət təmin edilmədiyi halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Şikayət iddiaçı iddiaçı2 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
13. Cavabdeh Cavabdeh qanun üzrə vərəsəsi Hüquqi varis (nümayəndəsi və vəkili Vəkil/Nümayəndə) məhkəməyə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayətə etiraz təqdim edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını və şikayətin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin tərəfindən *(***)-**/**** nömrəli mülki iş üzrə ## #### 2012-ci il tarixində qətnamə çıxarılmışdır. Həmin dövrdə “Elektron Məhkəmə” informasiya sistemi yaradılmadığından qətnamə kağız formada tərtib edilərək hakim tərəfindən imza edilməklə və məhkəməyə məxsus möhür vasitəsi ilə təsdiqlənməklə iş materiallarına əlavə edilmiş və məlumatlandırılması üçün tərəflərə göndərilmişdir. Həmin iş “arxiv iş” statusunda olduğundan hazırda mülki işə yeni qoşulmuş vəkilin elektron kabinetinə qətnamənin yerləşdirilməsi mümkün deyil, vəkil tərəfindən də elektron kabinet vasitəsi ilə elektron məhkəmə informasiya sistemində olan hər hansı sənədin görülməsi mümkün deyildir.
16. Qətnamə hər iki iddiaçıya poçt vasitəsilə ## #### 2012-ci il tarixində rəsmi qaydada göndərilmişdir.
17. Qətnamədən şikayət verilməsi üçün müddət aylarla hesablandığından bu halda müddətin sonuncu günü ## #### 2012-ci ildir.
18. Həmin qətnamədən iddiaçı iddiaçı4## #### 2012-ci il tarixində apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2012-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Həmçinin, mülki iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı Seyidzadeh MirHashim MirMahmoud oğlu, həm də iddiaçı iddiaçı2 etibarnamə üzrə nümayəndəsi olmaqla, iclaslarda onun da adından iştirak etmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı isə məhkəmə işçisi vasitəsilə iddiaçı iddiaçı2 iş üzrə keçirilən iclaslar barəsində digər vasitələrlə yanaşı, həmçinin telefonoqrama ilə də məlumatlandırılmışdır.
20. Lakin iddiaçı iddiaçı2 qətnamənin ona rəsmi təqdim edilmədiyini əsas gətirərək qətnamənin qəbulundan 14 il keçdikdən sonra (“AzDoc” sistemi vasitəsilə ## ###### 2026-cı il tarixində, poçt vasitəsi ilə ## ###### 2026-cı il tarixində) apellyasiya şikayəti vermişdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130 və 133-cü maddələrinin tələblərinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Lakin iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə edilməmişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi tərəflərə poçt vasitəsilə ## #### 2012-ci il tarixində göndərilməklə rəsmi qaydada verilmiş hesab olunmuş, həmin tarixdən də müvafiq prosessual müddətin axımı başlanmışdır.
24. Buna görə də, birinci instansiya məhkəməsi iddiaçı iddiaçı2 (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla haqlı mövqedə olmuşdur.
25. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı iddiaçı4ailə üzvü olan digər iddiaçı iddiaçı2 etibarnamə üzrə nümayəndəsi olmaqla qətnamədən apellyasiya şikayəti verdiyindən, 1 il ərzində sonuncunun həmin qətnamədən məlumatlı olmaması ağlabatan deyildir.
26. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.