Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1988/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X3 oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) vəkil1, cavabdeh Cavabdeh, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. İddiаçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindən keçən 110 kV-luq yüksək gərginlikli 5-ci “Ramana” hava xəttinin ** saylı dayağın mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş qeyriqanuni obyektin sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisindən keçən yüksək gərginlikli (110 kVt-lıq) 5-ci “Ramana” elektrik şəbəkəsinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş, ümumi sahəsi 594 m2 olan tikilinin 139 m2 hissəsi özbaşına tikili hesab edilərək sökülməsi, həmin tikilinin (hissənin) yerləşdiyi torpaq sahəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və yazılı mütəxəssis rəyinin alınması çəkilmiş 95 (doxsan beş) manat məbləğində xərc Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ***/**** saylı qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
4. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mühafizə zolağında olan çoxsaylı tikililər mövcuddur və həmin tikililərin heç biri indiyədək sökülməmişdir. İddiaçı və müvafiq dövlət qurumları,eləcə də Rayon İcra Hakimiyyəti tikililərin inşa edilməsinə göz yumaraq tikili sahiblərinin tikiliyə faktiki sahiblik və istifadə hüquqlarını, mülkiyyət gözləntisi hüququnu dolayı yolla qəbul etmiş hesab edilir. Mübahisəli tikili ilə bağlı xxxx və Rayon İcra Hakimiyyəti tikilinin inşasından xəbərdar olsalar da, heç bir pretenziya irəli sürməmişdir. Tikili tam yekunlaşdıqdan aylar sonra təmir işləri aparılarkən REŞ-in ərazi üzrə nümayəndələri yaxınlaşıb hazır tikilinin sökülməsini tələb etmişlər.Qeyd edək ki, sözügedən tikilinin bitişiyində cavabdeh özü də ailəsi ilə birlikdə yaşayır. Bir hissəsi obyekt, digər hissəsi isə yaşayış sahəsi olan tikilinin inşası başa çatdıqdan və təyinatı üzrə istifadəyə başlandıqdan çox sonra məhkəmə qaydasında onun sökülməsini tələb etmək qaunvericilikdə nəzərdə tutulmuş mülkiyyət hüququ ilə bağlı əsas prinsiplərə ziddir.
5. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, dövlət əhəmiyyətli strateji xətt kimi, 110 kV-luq 5-ci “Ramana” Yüksək Gərginlikli hava xətti 1966-cı ildən istismara verilmişdir və uzunluğu isə 16,5 km-dir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, cavabdehin məhkəmə iclasında həmin tikilini 2022-ci ildə inşa etdiyinin qeyd etməsi isə həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli, *** nömrəli qərarının “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5-ci bəndinin tələblərini pozmuşdur. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli, *** nömrəli Qərarının 2.1-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonaları elektrik verilişi xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində yer səthinə proyeksiyasından hər iki tərəfə bu Tələblərin 2.2-2.4-cü bəndləri ilə müəyyən edilən məsafələrdə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi, su və hava məkanı şəklində müəyyən edilir. Bu tikilinin (obyektin) tikintisi ilə əlaqədar Bakı Elektrik Şəbəkəsinin mütəxəssisləri tərəfindən cavabdehə rəsmi bildiriş təqdim edilsə də, həmin şəxs bildirişə imza atmaqdan imtina etmişdir. Gərginliyi 110 kV-luq olan elektrik xəttində baş verə biləcək qəzaların partlayışlara, yanğınlara və bədbəxt hadisələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilmiş, tikinti işlərinin aparılması ilə bağlı qanunvericiliyin tələbləri onların nəzər diqqətinə çatdırılmışdır. Lakin, buna baxmayaraq, qanunsuz tikilinin inşası davam etdirilmişdir.
APELLYASİYA BAXIŞI ZAMANI MƏHKƏMƏ İCLASINDA VERİLƏN İZAHATLAR
6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının və üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) F.vəkil1, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi G.Zeynalova apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, işə iş üzrə digər üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununu, mübahisənin subyektiv tərkibini və iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, iş məhkəmə aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.
10. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
11. Məhkəmə araşdırması zamanı tərəflərdən iddiaçı İddiaçı MMC hüquqi şəxs olması və “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatlarından cavabdeh Cavabdeh (VÖEN: **********) fərdi sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir və və onların aralarında olan mübahisə əşya hüquqi münasibətlərdən, yəni istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsindən irəli gələn mübahisədir. Odur ki, məhkəməyə müraciət edərkən, iddiaçı iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə deyil, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verməklə MPMnin məhkəmə aidiyyəti ilə bağlı müəyyən edilmiş qaydaları pozmuşdur.
12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli Qərarı: - “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...Qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ...Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”.
13. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə, hüquqi şəxs olan iddiaçı ilə fərdi sahibkar statusu olan cavabdehlər arasında əşya hüquqi münasibətlərdən yaranmaqla kommersiya xarakterlidir; iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
14. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş, tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmçinin prosessual hüquq normalarının tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. 15.Beləliklə apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməklə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
16. Mülki Prosessual Məcəllənin 387.2.9-cü maddəsinə görə, işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Açıq Səhmdar Cəmiyyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Bakı şəhəri Suraxanı rayon mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə gətirilməsi” tələbinə dair işə baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov