Məhkəmə qərarları › İş №2(3-6)-2009/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2009/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2009/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla cavabdeh Cavabdeh İstehsalat Birliyi (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə *************** nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd kombi, 1 ədəd qızdırıcı radiator peçi və 1 ədəd 4 gözlü qaz plitəsi (PQ- 4) istifadə edilir. Cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və bu əsasla ##.##.2022-ci il tarixdə ******* saylı, ##.##.2023-cü il tarixdə ******* saylı və ##.##.2024-cü il tarixdə ******* saylı (ümumilikdə 3 akt) aktlar tərtib edilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən müvafiq olaraq 2.073,60 manat, 1.555,20 manat və 2.743,20 manat məbləğində maddi zərər hesablanaraq, iddiaçının abonent hesabına daxil edilmişdir. Tərtib edilmiş aktlar cavabdehin əməkdaşları tərəfindən imzalanmış, lakin iddiaçıya aid qrafa boş saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış *(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçının *************** saylı abunə koduna ##.##.2023cü il tarixdə ******* saylı akta əsasən hesablanmış 1.555,20 manat məbləğində borc silinmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 2022-ci ilin dekabr ayında 2.073,60 manat və 2024-cü ilin yanvar ayında 2.743,20 manat borcun silinməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, atası Zaur Süleymanov ilə eyni torpaqda, lakin ayrı-ayrı mülklərdə yaşayırlar. Atası özünə aid evə qaz sayğacı çəkdirmək istəyirdi. Bununla əlaqədar Sabunçu rayon Qaz İdarəsinə rəsmi müraciət etmişdir. Bir müddət qaz idarəsinin nümayəndələri mülkiyyətə gələrək əraziyə baxaraq qazın çəkiləcəyinin mümkün olduğunu bildirmişlər. Bunun əsasında atası Zaur Süleymanovdan 500 manat pul alaraq getmişlər. Bir müddət sonra yenidən qaz idarəsinin nümayəndələri ünvana gələrək, qaz çəkməyin mümkün olmadığını bildirmişlər. Ödədiyi ödənişi də geri qaytarmayaraq onun əsasında ona adına rəsmiləşən qaz sayğacından əlavə olaraq ötürücü vasitəsilə atasına məxsus mülkə qaz verilməsini təmin etmişdilər. O və atası dəfələrlə nümayəndələrə bildirmişdir ki, bu etdiyi qanunsuzdur, buna görə onlara cərimə tərtib oluna bilər. Qaz idarəsinin nümayəndələri isə heç bir problem olmadığını, onların nəzarət etdiyini, heç bir problem yaranmayacağını bildirmişdilər. Bir müddət sonra Cavabdeh İB-nin nümayəndələri əraziyə baxış keçirib və onların sayğacına baxış keçirdərək, G4TJVe-li *********** saylı sayğaca 2023-ci ilin yanvar ayında və 2024-cü ilin sentyabr ayında cərimə yazaraq aktlar tərtib etmişdilər. Tərtib edilən cərimə qanunaziddir. Belə ki, nümayəndələrin qanunsuz hərəkətlərinə görə məsuliyyət onların üzərindədir. O, daim qaz pulu ödənişini vaxtı-vaxtında etmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, *************** saylı abonent İddiaçı ******* nömrəli ##.##.2022-ci il tarixli akta əsasən hesablanmış 2.073.60 manat borcdan 1.900.80 manat olan hissə və ******* nömrəli, ##.##.2024-cü il tarixli akta əsasən hesablanmış 2.743.20 manat borcdan 2.376 manat olan hissənin silinməsi qət edilmişdir (hakim X2).

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı məhkəməyə müraciət edərək ******* nömrəli ##.##.2022-ci il tarixli akta əsasən ona hesablanmış 2.073,60 manat borcun və ****** nömrəli, ##.##.2024-cü il tarixli akta əsasən ona hesablanmış 2.743,20 manat borcun silinməsini məhkəmədən xahiş etsə də, məhkəmə iclasında iştirak edən iddiaçı sözügedən tarixlərdə ona məxsus sayğac vasitəsi ilə onun atası tərəfindən atasının faktiki istifadəsində olan fərdi yaşayış evinə sayğacdan kənar qeyri-qanuni xətt çəkilmiş olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, sözügedən tarixlərdə iddiaçıya məxsus sayğacdan kənar qaz xəttinə qoşulma halı tərəfin özünün izahatı ilə etiraf edildiyindən həmin aktlar qanunu hesab edilməlidir. Lakin məhkəmə sözügedən aktlar əsasında itirilmiş qazın həcminin hesablanmaslnı şişirdilmiş hesab etmişdir.

6. Belə ki, məhkəmə ilk öncə ##.##.2022-ci il tarixdə tərtib edilmiş akta əsasən abonentə hesablanmış borcunun şişirdilmiş olduğunu nəzərə alaraq qeyd etmişdir ki, iş materiallarında olan ******* saylı aktda əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat, 180 günlük sərfiyyatı deyil, 30 gün üçün sərfiyyatı hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 4x12x30=1.440 m3 hesablanmalıdır və alınan rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0,12 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 172,80 manat məbələğində olması müəyyən edilir.

7. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi ******* nömrəli ##.##.2022-ci il tarixli akta əsasən hesablanmış 2.073,60 manat borcu silinməsi hissəsində qismən təmin edilməli, hesablanış rəqəm ümumi yazılmış akt üzrə borcdan çıxılmalı 2.073,6 - 172,80 = 1.900,80 manat hesablanmış cərimə silinməlidir.

8. Bundan sonra məhkəmə iddia tələbinin ##.##.2024-cü il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 2.743,20 manat borcun silinməsi hissəsinə münasibət bldirərək qeyd etmişdir ki, sözügedən akt üzrə 180 günlük sərfiyyatı deyil, 30 gün üçün sərfiyyatı hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 1.2x12x30=432, 3x12x30=1080, 2x1.4x12x30=1008, 1.5x12x30=540 olmaqla cəmi 3060 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0,12 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 367,20 manat məbləğində olması müəyyən edilir.

9. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi ******* nömrəli, ##.##.2024-ci il tarixli akta əsasən hesablanmış 2.743,20 manat borcun silinməsi hissəsində qismən təmin edilməli, hesablanış rəqəm ümumi yazılmış akt üzrə borcdan çıxılmalı 2.743,20 - 367,20 = 2.376 manat hesablanmış cərimə silinməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 13.8-1-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-4.9-cu, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanınbərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyükməbləğdə ziyan vurmuşdur. Belə olan halda, məhkəmə iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəfimizdən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, məhkəmə əsassız yerə iddia tələbini təmin etmişdir. Məhkəmə sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı, məhkəmə iddia tələbinin rədd ediməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. İddiaçıya aid olan 100474000100770 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” ## #### 2000-ci il tarixli *** saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh İstehsalat Birliyinə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerji daşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” ## ###### 2009-cu il tarixli *** saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tapşırılmışdır ki, təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir. Bildirilir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, məhkəmənin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Beləliklə məhkəmənin mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh təşkilatın işçilərinə ödəniş etmiş, özləri yolu uzatmamaq üçün qızının evinə gedən qaz borusundan onun evinə qaz çəkmişlər. Qaz xəttini cavabdeh təşkilatın işçiləri çəkib, onlar qaynaq ediblər. Bundan öncə bir dəfə də məhkəməyə müraciət etmişdir və iddiası əsaslı hesab edilərək, borc silinmişdir. Qeyriqanuni qoşulma olmamışıdr. O, cavabdehin əməkdaşlarının sözünə etibar edib qazdan istifadə etmişdir. Bir il qış ərəfəsində qazdan bu qaydada istifadə etmişdir. Onun qaza qoşulmağının iddiaçıya aidiyyəti yoxdur.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh Cavabdeh İstehsalat Birliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

17. Münasibətlər yaranan zaman qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

19. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: əvvəlki redaksiyada 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; hazırki redaksiyada 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və həmin hissədə də iddianın rədd edilməsinə, habelə yoxlanılan hissədə qətnamənin dəyişdirilməsinə hər hansı əsas yoxdur.

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

26. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçının istifadə və sahibliyində olan ev üzrə təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi əsası ilə cavabdeh tərəfindən ##.##.2022-ci il tarixdə və ##.##.2024-cü il tarixdə aktlar tərtib edilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən müvafiq olaraq 2.073,60 manat və 2.743,20 manat məbləğində maddi zərər hesablanaraq, iddiaçının abonent hesabına daxil edilmişdir.

28. Hazırda iddiaçı aktların əhatə etdiyi dövr ərzində təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə etmədiyini, həmin xətdən eyni həyətdə olan və atasına məxsus ev üzrə istifadə edildiyini, bu xəttin cavabdehin əməkdaşlarının razılığı ilə və bilavasitə onların özü tərəfindən çəkildiyini, bu səbəbdən onun abonent hesabına zərər (cərimə) məbləğinin əsassız olaraq hesablandığını və bu əsasla 2 akt üzrə hesablanmış müvafiq olaraq 2.073,60 manat və 2.743,20 manat məbləğində borcun silinməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, qanunsuz qoşulmaya məhz iddiaçı tərəfindən yol verildiyini, onun barəsində aktların və aktlar əsasında tələbnamələrin qanuni əsaslarla qəbul edildiyini, bu sənədlər əsasında hesablanmış məbləğin təbii qazdan qeyri-qanuni istifadə edilməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olduğunu, həmin məbləğin də iddiaçı tərəfindən ödənilməli olduğundan onun abonent hesabına daxil edildiyini vurğulayır.

29. Məhkəmə kollegiyası ##.##.2022-ci il tarixli, ******* saylı akt və onun əsasında qəbul edilmiş ##.##.2022-ci il tarixli tələbnaməyə istinadən qeyd edir ki, bu sənədlər əsasında iddiaçının abonent hesabına daxil edilmiş zərər məbləği 180 gün üçün hesablanmış və müddət etibarı ilə ##.##.2022-ci il – ##.##.2022-ci il tarixləri əhatə edir. İddiaçıya məxsus evin yerləşdiyi həyətdə, eyni zamanda onun atasına (hazırki iş üzrə nümayəndə X3) məxsus fərdi yaşayış evi yerləşir və həmin ev təbii qazla təchiz edilməmiş, o cümlədən evə qaz sayğacı quraşdırılmamışdır. Həmin ev üzrə təbii qazdan sayğacdan kənar, qeyri-qanuni çəkilmiş xətt vasitəsi ilə istifadə edilir.

30. Bu hal Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024cü il tarixli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, hazırda mübahisələndirilən iki aktla yanaşı, eyni əsasla iddiaçı barəsində ##.##.2023-cü il tarixdə başqa bir akt da tərtib edilmiş və onun əsasında qəbul edilmiş tələbnamə ilə 1.555,20 manat zərər məbləği hesablanaraq iddiaçının abonent hesabına daxil edilmişdir. İddiaçının iddiası üzrə həmin məbləğin silinməsi tələbinə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi aparılmış araşdırma, o cümlədən keçirilmiş yerində müayinə nəticəsində iddiaçının evinə çəkilən qaz xəttinin ayrıca olduğunu, təbii qazdan sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə iddiaçının atası X3 tərəfindən istifadə edildiyini, iddiaçı və onun atasının evlərinin ayrı olmaqla çəkilmiş qaz xəttinin biri-birilə əlaqəsinin olmadığını, atanın istifadə etdiyi qaz xəttinə cavabdeh tərəfindən sayğacın quraşdırılmadığını müəyyən etmiş və bunun nəticəsi olaraq ##.##.2023-cü il tarixli akt əsasında 1.555,20 manat vurulmuş ziyanın iddiaçıya aid edilməsini əsassız hesab edərək, onun silinməsi qənaətinə gəlmişdir.

31. Təqdim edilmiş fotoşəkillərdən də iddiaçıya və onun atasına məxsus evlərin yerləşdiyi sahəni əhatə edən ümumi daş hasarın çöl tərəfində olan ümumi qaz xətti üzərindən əlavə xəttin ayrılaraq həyətə daxil olduğu açıq və aşkar şəkildə görünür. Əlavə xəttdən iddiaçı tərəfindən istifadə edilməsi müəyyən edilmir. Ona aid abonent saldosundan da ##.##.2022-ci il – ##.##.2022-ci il tarixləri əhatə edən dövr ərzində ona məxsus olan fərdi yaşayış evi üzrə təbii qazdan sayğac üzrə istifadə edildiyi aşkardır. Qeyd edilənlər ##.##.2022-ci il tarixli akt və onun əsasında qəbul edilmiş ##.##.2022-ci il tarixli tələbnamədə göstərilən dövr ərzində (##.##.2022ci il – ##.##.2022-ci il tarixləri) təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə iddiaçı tərəfindən deyil, eyni həyətdə yerləşən və iddiaçının atasına məxsus olan ev üzrə istifadə edildiyini təsdiq edir.

32. Məhkəmə kollegiyası mübahisələndirilən ##.##.2024-cü il tarixli, ******* saylı akt və onun əsasında qəbul edilmiş eyni tarixli tələbnamə ilə bağlı da eyni mövqedən çıxış edir və əlavə olaraq qeyd edir ki, həmin akt ##.##.2022-ci il tarixdən sonra tərtib edilmişdir. Həmin vaxt qüvvədə olan “Qaz təchizatı haqqında” Qanuna ##.##.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 13-cü maddəsinə 8-1-ci hissə əlavə edilmiş və dəyişikliyə dair Qanun ##.##.2022-ci il tarixdə qüvvəyə minmişdir. Həmin maddədə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin iddiaçıdan (istehlakçıdan) tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini ümumiyyətlə istisna edir.

33. Lakin cavabdeh tərəfindən bu prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, təbii qazın verilməsi dayandırılmamış, həmin vaxt aktın bir nüsxəsi nə iddiaçıya (həmin akta iddiaçının ümumiyyətlə bu akta hər hansı münasibəti, o cümlədən aktı imzalamaqdan imtina etməsi göstərilməmişdir. Bu da birmənalı şəkildə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı ümumiyyətlə bu aktdan məlumatı olmamışdır), nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Buna baxmayaraq, bu akt və onların əsasında hesablanmış zərər məbləği iddiaçının abonent hesabına daxil edilmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan həmin akt üzrə hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyrimümkün edir.

34. Bununal belə, cavabdeh tərəfindən tərtib edilmiş hər iki akt və onların əsasında qəbul edilmiş tələbnamələr (qərarlar) mövcud vəziyyətdə hər hansı mötəbərliyə malik deyil və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz. Bu da öz növbəsində aktlar üzrə qəbul edilmiş tələbnamələrə əsasən hesablanmış və iddiaçının abonent hesabına daxil edilmiş zərər məbləğinin həmin hesabdan silinməsini şərtləndirir. Lakin birinci instansiya məhkəməsi hər iki akt və onların əsasında qəbul edilmiş tələbnamələrə əsasən hesablanmış zərər məbləğini tam silməsə də, iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmənin hazırki qənaəti yalnız qətnamənin yoxlanılan, yəni iddianın təmin edilən hissəsinə aiddir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsi tərəfindən silinmiş zərərin məbləğ etibarı ilə azaldılmasına hər hansı əsas görmür.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

36. Hazırkı iş üzrə təmin edilən hissədə iddianın qiyməti (silinən borcun məbləği) beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə münasibətdə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar