Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2014/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibiX9katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı əmrin ləğv edilməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 18-1 */*-*-***/**** saylı, ## ### 2024-cü il tarixli intizam tənbehinin tətbiqi barədə əmrinə əsasən “xxxx” X1 Hemodializ şöbəsində həkimnefroloq vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını pozaraq işində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir.
2. Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 18-1 */*-*-****/**** saylı, ## ###### 2024-cü il tarixli intizam tənbehinin tətbiqi barədə əmrinə əsasən “xxxx” X1 Hemodializ şöbəsində həkim-nefroloq vəzifəsində çalışan İddiaçı əmək və icra intizamını pozaraq işində yol verdiyi nöqsanlara görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidməti Bakı Şəhər Idarəsinə ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsinə əsasən hüquqlarının ciddi şəkildə pozulduğunu, hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
4. xxxxnın Həmkarlar Ittifaqı Komitəsinin Rəyasət Heyətinin iclasının ** saylı, ## ###### 2024-cü il tarixli protokoluna əsasən “xxxx” X1 Hemodializ şöbəsinin həkim-nefroloqu İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir.
5. Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 18-1 */*-*-****/**** saylı, ## ###### 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən “xxxx” X1 Hemodializ şöbəsində həkim-nefroloq vəzifəsində çalışan İddiaçı ## ###### 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış ## ###### 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun İddiaçı ünvanladığı ##.##.2024-cü il tarixli cavab məktubuna əsasən araşdırma zamanı izahatından görünür ki, işindən azad olunubolunmamağı məsələsinin xəstəxana rəhbərliyi və Həmkarlar ittifaqının iştirakı ilə müzakirə edilməklə yekun qərar qəbul ediləcəkdir. Müraciətində göstərdiyi xüsusat mülki xarakterli olmaqla əmək münasibətləri ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüquqları vardır. Bildirilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurorluğa məlumat verəcəyi təqdirdə göstərilən xüsusatlar üzrə araşdırmanın aparılması təmin ediləcəkdir. Odur ki, müraciətində göstərdiyi xüsusatlara mülki icraat qaydasında baxıldığından Azərbaycan Respublikası MPM-nin 24-25ci maddələrinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
7. Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 İddiaçı ünvanladığı ## ###### 2024cü il tarixli əmək müqaviləsinin xitamı haqqında məktubuna əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin və əmək kitabçasının tərəfindən göndərilməsi üçün ünvan təqdim etməyi xahiş olunmuşdur.
8. Azərbaycan Respublikası “xxxx” X1 İddiaçı ünvanladığı ## ###### 2024-cü il tarixli cavab məktubuna əsasən müraciəti ilə bağlı tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq tibb müəssisəsinin rəhbəri və işçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsi üçün təsdiqedici sübutlar aşkar edilməmişdir. Bildirilmişdir ki, müraciətində göstərilən iddialarla bağlı tərəfindən hər hansı təsdiqedici materiallar təqdim edildiyi təqdirdə şikayətinə yenidən baxıla bilər. Əlavə olaraq bildirmişlər ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, TƏBIB-in cavab məktubu ilə razı olmadığı təqdirdə inzibati qaydada yuxarı dövlət orqanına və ya məhkəməyə müraciət edə bilər.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidməti Bakı şəhər Idarəsinin İddiaçı ünvanladığı ## ###### 2025-ci il tarixli cavab məktubuna əsasən təkrarən bildirilmişdir ki, müraciəti ilə əlaqədar ətraflı məlumat verməyi, pozuntuların dəqiqləşdirilməsi və izahatının alınması məqsədi iiə DOST Mərkəzinə dəvət olunmağı barədə ünvanına (Bakı şəhəri, Həmzə Babaşov 11/m) tərəflərindən *-**-*/*-Ə*****/**** nömrəli ##.##.2024-cü il tarixli məktub göndərilmiş, lakin o, araşdırmaya izahatını və əmək haqqı bank hesabından çıxarışı təqdim etməmişdir. Bildirmişlər ki, əmək hüquqlarının pozulması ilə əlaqədar Cavabdeh (AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, ev 212) tərəflərindən *- **-*/*-*****/**** nömrəli ##.##.2024-cü il tarixli məktub göndərilmiş və ona aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin sənədlər təqdim olunmadığından müraciətinin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Araşdırma zamanı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən onunla Cəmiyyətin rəhbərliyi arasında ##.##.2018-ci il tarixində bağlanılmış əmək müqaviləsinin ##.##.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsaslanmaqla xitam verildiyi müəyyən edilmiş, lakin sənədlər tam təqdim olunmadığından əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib-verilmədiyinə münasibət bildirmək mümkün olmamışdır. Bildirilmişdir ki, Xidmətin Bakı şəhər Idarəsinə təqdim edilən ##.##.2024 cü il tarixli ***-*/*-****/**** nömrəli məktubda onun mütəmadi olaraq işə gecikərək və ya gəlməyərək əmək funksiyalarının icrasını kobud şəkildə pozduğu bildirilmişdir. Həmçinin Idarə tərəfindən verilən ##.##.2024-cü il tarixli **-*-*/-*-****/**** nömrəli əmrlə ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində, Hemodializ şöbəsinin işçilərinin işə cəlb olunduqları halda onun heç bir məlumat və üzrlü səbəb bildirmədən işə gətmədiyi, daha sonra işə gəlməməyi ilə bağlı izahat təqdim etdiyi bildirilmişdir. Eyni zamanda məktubda qeyd edilmişdir ki, o, ##.##.2024-cü il tarixində bütün günü işdə olmamış, ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində işə əmək müqaviləsi üzrə müəyyən edilmiş iş qrafikinə zidd olaraq iş yerinə gəlmişdir. Məktubda bu faktların idarənin aidiyyəti şöbələri tərəfindən aparılmış monitorinqlər nəticəsində müəyyən edildiyi, IT şöbəsinin kamera görüntüləri ilə təsdiqləndiyi yə bu barədə müvafiq aktların tərtib edildiyi bildirilmişdir. Təqdim edilən məktubda barəsində ##.##.2024-cü il tarixli *-*-*/*-*****/**** nömrəli sonuncu xəbərdarlıqla şiddətli töhmət kimi inzibati tənbehin tətbiq olunduğu qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 3cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Bildirilmişdir ki, müraciətinə dair müvafiq sənədlərin təqdim olunması məqsədi ilə tərəfindən yenidən məktub göndərilmişdir. Ona aid sənədlər təqdim olunacağı təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında arasında ## ###### 2018-ci idə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə ## ###### 2024-cü il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iş yeri olan Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 2-ci hemodializ şöbəsinə həkim nefroloq vəzifəsinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Iddia onunla əsaslandırılmışdır ki, o, ## #### 1984-cü ildə Bakı şəhərində anadan olmuş, 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirmişdir. ## ###### 2018-ci il tarixdə ** saylı əmək müqaviləsi (Kontrakt) əsasında Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 2-ci hemodializ şöbəsinə həkim nefroloq təyin edilmişdir. ## ###### 2024-cü ilədək həmin vəzifədə çalışmışdır. Xəstəxanada çalışdığı müddətdə işinin öhdəsindən layiqincə gəlmiş, rəhbərlik tərəfindən heç bir irad, töhmət və cəza almamışdır. Son zamanlar xəstəxananın baş həkimi Elviz Osmanov tərəfindən ona qarşı şəxsi qərəzlik zəminində təzyiqlər olunurdu. Xəstəxananın rəhbərliyi tərəfindən onun iştirakı olmadan iclaslar keçirilmiş, güya onun mütəmadi olaraq işə gecikməyi və ya gəlməyərək əmək funksiyalarını icrasını kobud surətdə pozduğu barədə akt tərtib olunmuş, və həmin aktda onun əvəzindən saxta imza olunmuşdur. 08-## ###### 2024-cü il tarixlərdə Zəfər Bayramı ilə əlaqədar qeyri iş günləri olduğu üçün işə gəlməmək hüququ olmuşdur. Lakin onun əvəzindən işə çıxacağı barədə cədvəldə saxta imza edilmişdir, halbuki o, işə çıxacağı barədə bayram günləri üçün iş cədvəlində imza etməmişdir. Ona işə çıxmadığına görə cəza vermək istərkən o, bundan xəbər tutduğu üçün məsələni aydınlaşdırdığı üçün ona cəza verə bilmədilər. Bundan sonra ## ###### 2024-cü il, ## ###### 2024-cü il, ## ###### 2024-cü il, ## ###### 2024-cü il tarixlərdə o, işdə olduğu halda onun iştirakı olmadan iclaslar keçirilmiş və ona şiddətli töhmət verilmişdir. O, ## ###### 2024-cü il tarixdə ona işdə olunan qanunsuz təzyiqlər barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X8 Xidməti Bakı şəhər Idarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, ## ###### 2024-cü və ## ###### 2024-cü il tarixlərdə yenə işdə olduğu yenə onun iştirakı olmadan iclas keçirilmiş, güya işə gəlmədiyi barədə akt tərtib edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra, onun “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya əməl etməklə məhkəməyə müraciət etmək hüququ olduğu üçün ## ###### 2025-ci il tarixdə o, “əmrin dəyişilməsi və işə bərpa tələbi ilə” Bakı şəhəri ** saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il tarixlərdə dəfələrlə cavabdeh tərəf iclasa dəvət edilsədə iclasa gəlmədilər. Mediasiya sesiyasının keçirilməsinin əsas məqsədi tərəflər arasında razılaşma əldə olunmasıdır. Iş materiallarında görünür ki, cavabdeh əmək mübahisəsinin yaranmasından məlumatlı olmuş, kifayət qədər razılıq əldə edilməsi üçün müddət olmuşdur. Iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əsas şərtlərdəndir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Ona görə də onun barəsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların, onun əməllərində mövcud olması kimi qərəzli əsassız arqumentlər əsas kimi hesab edilə bilməz, belə ki, bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmalıdır. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Göründüyü kimi cavabdeh tərəf mənim əməlim nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməlidir. Bundan əlavə qanunvericilik baxımından hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalı olduğu halda bunlara əhəmiyyət verməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və qənaətimizə görə əmək müqaviləsinə xitam verilməsi həmin pozuntuların- əgər pozuntu hesab edilsə belə- xarakterinə adekvat olmamışdır. Yuxarıda qeyd etdiyi qanunsuzluqlar sübut edir ki, onun əmək hüquqlarını kobud surətdə pozmuşlar.
12. Daha sonra iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixində iddia ərizəsinə əlavə verərək, iddiasının təmin edilməsi, onunla Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında arasında ## ###### 2018-ci idə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə ## ###### 2024-cü il tarixli əmrin ləğv edilməsi və iş yeri olan Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasınnın 2-ci hemodializ şöbəsinə həkim nefroloq vəzifəsinə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdeh “xxxx” X1 məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin keçməsi səbəbindən iddia müddətini tətbiq edərək, işə mahiyyəti üzrə baxılmadan rədd edilməsini məhkəmədən xahiş etmişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 2(5-104)- ***/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
15. Qətnamənin əsaslarına görə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə ##.##.2025-ci il tarixdə təkliflə Bakı ** saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi ##.##.2025-ci il tarixində iddiaçının iştirakı ilə keçirilmiş və ## ###### 2025-ci il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixədək xxxxnda çalışmasını, daha sonra ##.##.2024-cü il tarixdən işdən çıxarılmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə ##.##.2026-cı il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası “xxxx” X1 “xxxx” X1 **-*-*/*-*-****/**** saylı, ## ###### 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən “xxxx” X1 Hemodializ şöbəsində həkim-nefroloq vəzifəsində çalışan İddiaçı ## ###### 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış ## ###### 2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi iddiaçı işdən azad olunmağı barədə həmin tarixdən məlumatlı olmuş, (iş materiallarında olan sənədlərlə və məhkəmədə verdiyi izahatları ilə bunu sübut edir) lakin Mediasiya Şurasına ## ###### 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmiş, mediasiya arayışı ## ###### 2025-ci il tarixdə qəbul etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ##.##.2026-cı il tarixində müraciət etmişdir. Beləliklə, məhkəmə iddiaçı İddiaçı ##.##.2024-cü il tarixədək xxxxnda çalışmasını, daha sonra ##.##.2024-cü il tarixdən işdən azad olunmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə ##.##.2026-cı il tarixində müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Işə əlavə edilmiş Premium Clinic tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixdə həkim müayinəsində olmuş, pasientin sol yumurtalığında 76x47,5 mm ölçüdə disprs tərkibli mayeli əlavə izləndiyi qeyd edilmişdir. Məhkəmə bildirmişdir ki, arayışdan da müayinənin iddia verildikdən sonrakı tarixə aid olduğu müəyyən edilir, yəni iddiaçı buraxılmış müddətin üzrlü səbəbdən buraxıldığına dair əsaslar və buna dair mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdehlərin nümayəndəsi K.Ismayılov yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Iddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ####### 2007-ci il tarixli Qərarında da təkrarlayaraq, məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” PHŞ-nə qarşı “əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ####### 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunması və iddiaçı İddiaçı işə bərpa olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, işin faktiki halları həqiqətə müvafiq qaydada müəyyən edilmədiyindən ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə İddiaçı işdə olduğunu təsdiq etmək üçün ona məxsus mobil telefonun anten dairəsini müəyyən etməli idi. Bundan başqa onun əvəzindən işə çıxması barədə imzaların ona məxsus olmadığını sübut etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etməli idi. Eyni zamanda da birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində “maddi hüquq normalarına deyil” cavabdehin nümayəndəsinin çıxışına əsaslanaraq, qeyd etmişdir ki, işə bərpa edilməsi üçün qanunla müəyyən edilmiş müddətpe məhkəməyə müraciət etmişdir. Halbuki, İddiaçı kontrakta xitam verildiyini bildiyi gündən TƏBIB, DOST, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə şifahi və yazılı müraciətlər etmiş, Mediasiya Təşkilatına müraciət etmişdir. Həmin ərəfədə İddiaçı şəxsi münasibətlər səbəbindən təzyiqlərə məruz qalmış, onun barəsində Bakı şəhər BPI-nin Istintaq Idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, saxta ittihamlarla tutularaq barəsində ##.##.2025-ci il tarixdə o, heç bir sübut olmadan təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs qətimkann tədbiri seçi eçilmişdir. ##.##.2026-cı il tarixdəc inayət işi üzrə içraat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Bundan başqa, İddiaçı xəstəliyi ilə baglı həm BPI-nin Istintaq Idarəsinə, həm Yasamal rayon məhkəməsinə arayışlar təqdim etmişdir. O, həm həbsdə olması, həm ağır xəstəliyi səbəbindən vaxtında işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciət edə bilməmişdir. İddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan hər hansı biri baş verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcellenin 70-ci maddesinin “b” bəndi ile işəgötürən tərəfinden əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən hemin işegötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan emek stajindan asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir - beş ilden on iledek emek stajı olduqda - azı altı teqvim heftesi. İddiaçı ən azı altı təqvim həftəsi müddətində əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdar olunmalı idi. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Yuxarıda qeyd edilənlərdən göründüyü kmi bu əsasların heç biri İddiaçı ilə kontrakta xitam verilməsinə əsas deyildir. Yeddi ildən artıq həmin Klinikada işlədiyi müddətdə o, rəhbərlik tərəfindən heç bir cəza, tənbeh almamışdır. O,işlədiyi dövrdə öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəlikləri layiqincə yerinə yetirmiş, əmək vəzifələrini kobud surətdə pozmamışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddiaçı tərəfindən təqdim edilən sübutları araşdırmamış, onlara qiymət verməmiş, vəsatətləri təmin etməmişdir. Iddiaçı Gülay Əfəndiyavanın işə bərpa olunması tələbi təqdim olunmuş sübutlar və ifadələr əsasında müstəsna hal kimi qiymətləndirilməli idi. Məhkəmə tərəfindən müəyyən olunmuş işın halları və qənaətini formalaşdıran sübutlan rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunlan qətnamədə göstərməklə kifayətlənmiş.onu hüquqi cahətden əsaslandırmamışdır Lakin məhkəmə müddətin üzrlü səbəbdən keçdiyini nazərə almamış, İddiaçı Əmək Məcəlləsinin 70 “ç” maddəsində, ümumiyyətlə 70 və 72-ci maddələrdə nəzərdə tutulan əməllərin heç birini törətməsinə dair əsaslı bir dəlil gətirməmiş, iddiaçının ifadəsinin məzmunu qətnamədə şərh edilsə də, sübutlar əlaqələndirilməmiş, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməmişdir. Bütün qeyd olunanlar onu göstərir ki, hazırki iş üzrə məhkəmə qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmamış, qanunun tələbləri pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçı 07-## ###### 2024-cü il tarixlərində işə çıxacağı barədə cədvəldə imza etməməsi faktını araşdırmaq, onun əvəzindən saxta imzanın onaməxsus olmadıgını təsdiq etmək üçün (yəni Zəfər Bayramı münasibəti ilə işə çıxmamaq hüququ olmuşdur və işə çıxacağı barədə öhdəlik götürməmişdir) məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi və 02-## ###### 2024 -cü il tarixlərində işdə olduğunu təsdiq etmək üçün anten məlumatlar götürülməsi barədə verilmiş vəsatətlər təmin olunmamışdır, bu halda işdə olmaması barədə iclas keçirilib akt tərtib edilmiş və ona şiddətli töhmət verilərək vəsatətlər təmin olunsa idi, İddiaçı əvəzindən cədvələ başqa şəxsin imza etdiyi və 02-## ###### 2024-cü il tarixlərində onun işdə olduğu sübut olunacaqdı. Birinci instansiya məhkəməsi qətnamədə iddianın rədd edilməsinə əsas olmuş heç bir maddəyə əsaslanmamışdır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz məhkəməyə təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 292.1. Işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2007-ci il tarixli Qərarı: “Iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.”
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarı: “Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.”
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.
29. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı mübahisənin məhkəməyədək həll edilməsi üçün ilk öncə mediasiya prosesinin tətbiqi barədə ##.##.2025ci il tarixdə təkliflə Bakı ** saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya prosesi ##.##.2025-ci il tarixində iddiaçının iştirakı ilə keçirilmiş və ## ###### 2025-ci il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
30. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə əlaqədar yekun nəticəyə gələrkən düzgün olaraq qeyd etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə ## ###### 2026-cı il tarixində müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Iş materiallarına əlavə edilmiş Premium Clinic tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixində həkim müayinəsində olmuş, pasientin sol yumurtalığında 76x47,5 mm ölçüdə disprs tərkibli mayeli əlavə izləndiyi qeyd edilmişdir. Lakin arayışdan da müayinənin iddia verildikdən sonrakı tarixə aid olduğu müəyyən edilir, yəni iddiaçı buraxılmış müddətin üzrlü səbəbdən buraxıldığına dair əsaslar və buna dair mötəbər sübut təqdim edə bilməmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.