Məhkəmə qərarları › İş №2(3-6)-205/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-205/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-205/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 MMC və qeyrilərinə qarşı işi üzrə Açar sözlər: (“hərracın baş tutmaması barədə elanın etibarsız hesab edilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ,İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “Aqrarkredit" QSC BOKT cəlb edilməklə “hərracın baş tutmaması barədə elanın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4640/2025 saylı işi üzrə 18 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdehlər Bakı Şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsi, Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ünvan 3 barədə keçirilmiş hərracın baş tutmaması barədə elanın etibarsız sayılması barədə iddia ərizəsi ilə müraciət etmiş və iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-624/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Rüstəmova (İmanova) Roza Əsgərovna, X7 və Məmmədova (Əjdərzadə) Samirə Məhəmməd qızına qarşı "ipotekaya qoyulmuş mənzilə tutma yönəldilməsi və kredit borcunun tutulması" tələbinə dair iddiası qismən təmin edilərək, Rüstəmova (İmanova) Roza Əsgərovnadan xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə 40649 manat əsas borc, 0 manat faiz borcu və 100 manat dəbbə pulu olmaqla ümumilikdə 40749 manat borc, xx.xx.2014-cü ildə bağlanmış 23/14 saylı kredit müqaviləsi üzrə 73222 manat əsas bore, 0 manat faiz borcu və 100 manat dəbbə pulu olmaqla ümumilikdə 73322 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Rüstəmova (İmanova) Roza Əsgərovnadan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə tutulacaq ümumilikdə 40749 manat borc "xxxx" ASC-yə ipotekaya qoyulmuş ünvan 2ylı evin 17 saylı mənzilinə yönəldilməsi, Rüstəmova (İmanova) Roza Əsgərovnadan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 23/14 saylı kredit müqaviləsi üzrə tutulacaq ümumilikdə 73322 manat borc ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ünvan 2ylı evin 17 saylı mənzilinin ilkin satış qiymətinin 68*** manat və ünvan 1 ünvanında yerləşən evin ilkin satış qiymətinin 15***0 manat müəyyən edilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsaitin cavabdeh Rüstəmova (İmanova) Roza Əsgərovnanın banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin ödənilməsini təmin etmədiyi halda qalıq borcun Rüstəmova (İmanova) Roza Əsgərovnadan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri Bakıxanov qəsəbəsi, M. Vəkilov küçəsi, 7 saylı evin 17 saylı mənzili və ünvan 1 ünvanında yerləşən ev satıldıqdan bir ay sonra mənzillərin boşaldılması, Məmmədova (Əjdərzadə) Samirə Məhəmməd qızının ünvan 3 ünvanından istifadə hüququna xitam verilməklə çıxarılması, X5 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə çıxarılması və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsinin icra məmuru Vüqar Əliyev də hüquqlarının pozulması işini davam etdirərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-624/2017 saylı xx.xx.2017ci il tarixli qətnaməsinin icrası üçün verilmiş icra sənədi üzrə icra hərəkətlərini, icraata başlamaq haqqında qərarın surətini ona göndərmədən həyata keçirmişdir ki, nəticədə onun məhkəməyə müraciət etmək hüququ pozulmuşdur. Belə ki, icraçı qərarın surətini ona göndərmədiyindən, həmin qərarı məhkəmə qaydasında mübahisələndirə bilməmişdir. Eyni zamanda qərarın ona təqdim edilməməsi səbəbindən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-624/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən də xəbərsiz olmuş və həmin qətnamənin ləğv edilməsi üçün vaxtında məhkəməyə təkrar müraciət hüququnu həyata keçirə bilməmişdir. Eyni səbəbdən icra hərəkətlərinin təxirə salınması üçün müraciət etmək hüququnu da həyata keçirə bilməmişdir. O, həmin mənzildə yaşamasa da, qonşularından eşidib bildiyinə görə, son günlər mənzilinin yerləşdiyi binaya müxtəlif şəxslər gəlir, mənzilin alınmasında maraqlı olduqlarını bildirirlər. Gələnlərin deməsinə görə, mənzil cavabdeh hərracın təşkilatçısı tərəfindən 2023-cü ilin sonlarında açıq hərraca çıxarılmış və hərracın təşkilatçısı hərracın baş tutmamasını elan edərək, mənzili xx.xx.2024-cü il tarixə təkrar hərraca çıxarmışdır. Bildirir ki, ona hərracın keçirilməsi barədə bildiriş göndərilməmişdir. Bundan başqa, qanunun tələbinə görə hərracın təşkilatçısı hər hərrac üzrə onun keçirilməsinə dair iki dəfə elan dərc etməli, eləcə də ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərməlidir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hərracın təşkilatçısı isə qanunun bu tələblərinə riayət etməmişdir. Ona hərracın keçirilməsi barədə bildirişlərin göndərilməməsi mənzilinin ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarılması ilə nəticələnmişdir. Eyni zamanda hərracdan xəbərsiz olduğu üçün ipoteka predmetini ilkin satış qiymətilə alınması üçün ipoteka saxlayanla danışıqlar da apara bilməmişdir.

2. Mülki iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iddia tələbinin predmeti olan ünvan 4 ünvanında yerləşən mənzil və ona dair bütün hüquqlar problemli kredit aktivi kimi xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı ilə “Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatına təhvil verildiyindən və hazırki tələb üzrə cavabdeh "xxxx" ASC qeyd edilən iddiaya cavab verməli şəxs olmadığından cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməlidir.

3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4640/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə “Aqrarkredit" QSC BOKT müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

4. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia müddətinin tədbiqi barədə məhkəməyə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 65.30 kv metr olan mənzil Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətindədir. Problemli kredit aktivi kimi ünvan 5 ünvanında yerləşən mənzil və ona dair bütün hüquqlar xx.xx.2018-ci il tarixli təhviltəslim aktı ilə Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu rayon icra və probasiya şöbəsi, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi" barədə iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sözügedən iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinin hakimi Nilufər Cəfərlinin icraatında olmuş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-1518/2024 saylı, xx.xx.2024- cü il tarixli qərardadı ilə baxılmamış saxlanmışdır. Burdan məlum olur ki, İddiaçı hərracın nəticələri barədə protokoldan və xx.xx.2018-ci il tarixli təhvil-təslim aktı əsasında mənzilin Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına keçməsindən məlumatlı olmuşdur. İddiaçı hərracın yekunları barədə protokoldan xx.xx.2024-cü il tarixdə məlumatı olmuş və iddia müddətinin axımı da həmin vaxtdan başlanmışdır. İpoteka haqqında qanuna əsasən, hərracın yekunları barədə ipoteka saxlayan tərəfindən imzalanan protokol müqavilə qüvvəsinə malikdir. Əqdlərin etibarsızlığı üzrə iddia müddəti bir il təşkil edir və iddiaçı hazırki iddia üzrə iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək, qanunla müəyyən ediİmiş bir illik iddia müddətini ötürmüşdür.

5. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrarkredit" QSC BOKT iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 624/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASCnin iddiası təmin edilmiş, cavabdeh X9 "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə tutulacaq ümumilikdə 40.749.0 manat məbləğində pul vəsaitin tutulması, borc tələbinin Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 7 ünvanında yerləşən 17 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satıldıqdan bir ay sonra boşaldılması və s. qət edilmişdir. "Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq "xxxx" ASC-nin problemli aktivlər üzrə tələb hüquqları, o cümlədən X10 kredit borcu üzrə tələb hüquqları 19 noyabr 2018-ci il tarixli, S-FK1526 nöməli təhvil-təslim aktı ilə "Aqrarkredit QSC-yə ötürülmüş, ipoteka predmeti olan Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 7 ünvanında yerləşən 17 nömrəli mənzil açıq hərracda satılmadığı üçün borc əvəzinə artıq tələbkar olan "Aqrarkredit QSC tərəfindən əldə edilərək onun üzərində "xxxx" QSC-nin mülkiyyət hüququ rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçı "X6 MMC və "xxxx" QSC-yə qarşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq əvvəllər ona məxsus olmuş ipoteka predmeti mənzilin açıq hərracda satılmasına dair xx.xx.2018-ci il tarixli, 114/1 saylı hərracın nəticələri haqqında protokolun və hərracın yekunlarına dair həmin tarixli əmlakın alqı-satıqısı barədə müqavilənin etibarsız hesab edilməsini, həmçinin bunun nəticəsində verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-2693/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 iddia tələbi təmin edilmiş, hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilərək, Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul olunmuşdur. Həmin qətnamə 23.06 2020-ci il tarixdə qüvvəyə minmişdir. Buna görə də iddiaçının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 624/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən xəbərsiz olmasından ibarət bəyanatı həqiqətə uyğun deyil. İddiaçı hələ 2019-cu ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərkən artıq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-624/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən məlumatlı olmuşdur. İddiaçının hüququ pozulduğu halda o apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti bərpa edərək Bakı Apellyasiya Məhkəməsində birinci instansiya məhkəməsinin qətnaməsini mubahisələndirərdi, lakin o bunu etməmişdir. Bundan əlavə, "xxxx" QSC-nin müraciətinə əsasən Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli, 252858/19-V saylı sifariş məktubu ilə ipoteka predmeti təkrar olaraq hərraca çıxarılmış, iddiaçı isə xx.xx.2023-cü tarixli ərizə ilə "xxxx" QSC-yə müraciət edərək hərraca çıxarılmaqda olan mənzilinin geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2693/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin qüvvəyə mindiyi tarixdən ipoteka predmetinin təkrarən hərraca çıxarılmasınadək 3 ildən artıq vaxt keçmişdir. Həmin müddət ərzində iddiaçı mənzilin hərracdakı 68***, manat ilkin satış qiymətilə yox, X10 əvəzinə 40749.0 manat məbləğində pul vəsaiti birbaşa "Aqrarkredit QSC-yə, yaxud Sabunçu rayon icra şöbəsinin depozit hesabına ödəyib ipotekanı və əsas borc üzrə tələb hüququnu öz adına keçirə bilərdi. Bundan başqa, iddiaçının "Aqrarkredit QSC-yə olan ərizəsindən görünür ki, iddiaçı ipoteka predmetinin hərraca çıxarılması barədə məlumatlı idi. Həmçinin cavabdeh “Əmlak Hərrac Mərkəzi" MMC tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görmək olar ki, bütün bildirişlər iddiaçıya göndərilmişdir. İddiaçının həmin mənzildə yaşamaması iddiasına gəlincə yuxarıda qeyd olunan ərizədə iddiaçı özü həmin mənzildə yaşamasını qeyd edir və bu halı təkzib edən və eyni zamanda bu istinad etdiyi halı təsdiq edən heç bir sübutu məhkəməyə iddiaçı tərəfindən təqdim etməmişdir. Bundan əlavə AR DİN-nin xx.xx.2025-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki iddiaçı bu günə kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M. Vəkilov küçəsi, ev 7 ünvanında yerləşən 17 nömrəli mənzildə qeydiyyatdadır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Bununla da iddiaçının hərracın keçirilməsi barədə bildirişin ona göndərilməməsi və buna görə də ipoteka predmetinin ilkin satış qiyməti ilə alınması üçün ipoteka saxlayanla (yəni "xxxx" QSC ilə) danışıqlar apara bilmədiyi, eyni zamanda ünvan 6 ünvanda yaşamaması iddiaları da həqiqətə uyğun deyil. Həmçinin bildirir ki, iddiaçı 2024- cü il ərzində iki dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hazırkı tələbləri irəli sürərək iddia qaldırmış, hər dəfə məhkəmə iclasının müxtəlif bəhanələr gətirərək təxirə salınmasını xahiş edərək vaxtın uzadılmasına nail olmuş, sonradan isə məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1518/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 2(008)-355/2025 qərardadı ilə iddia ərizələri baxılmamış saxlanılmışdır. AR MM-nin 354.2-ci maddesinə əsasən iddiaçı iddia müddətini ötürmüşdür.Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə baxılmasını istəmədiyini, iddia ərizəsini və sənədləri geri götürmək istədiyini, iddiası əsasında 2(008)- 4640/2025 saylı mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4640/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 337.1, 337.2, 337.3, 347, 354.1, 354.2, 375.2, 377, 384.0.4, 414.2, 414.3,415.1, 415.2, 415.3, 415.4, 415.5, 416.1, 416.2; “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 44; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, hərracın keçirilməsi barədə “X3”- nın nəzdində yaradılmış Cavabdeh2 MMC-nin keçirilmiş hərraclarla əlaqəli bildirişləri və sənədləri İddiaçı rəsmi şəkildə göndərilmişdir. Bu da borclu İddiaçı hərracın keçirilməsindən xəbərdar olduğuna əsas verir, hərracın keçirilməsini “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın yekun protokolunun etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddiaçı qətnamə və evin hərraca çıxarılmalı olması barədə tam məlumatlı olmuş, iddiaçı bu zaman rəsmi birja məlumatlarını izləmək imkanına malik olmuşdur. Qeyd edildiyi kimi, hərracın keçirilməsi tərəflərə tək bildiriş vasitəsilə deyil, eyni zamanda mediada və rəsmi internet saytında elan dərc etdirilməklə çatdırılır. Beləliklə, Konstitusiya Məhkəməsinin mövqeyinə görə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatldırılması ilə şərtləndirilmir. Hazırki işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir. Qanunda tərəflərə bildirişin çatdırılmadığı təqdirdə hərrac təşkilatının mütləq şəkildə onların ünvanı barədə məlumatın əldə edilməsi kimi vəzifəsi nəzərdə tutulmamışdır. Hazırki iddia tələbinə iddia müddəti şamil edilmir. Çünki, hazırki iddia tələbi mülkiyyət hüququndan irəli gəldiyindən mülkiyyətçinin hüquqlarının müdafiəsi ilə bağlı tələblərə iddia müddəti şamil edilmir. Bundan başqa əqdlərin etibarsız hesab edilməsi ilə bağlı müddətlər iddia müddəti deyil, kəsici müddət hesab edilir və kəsici müddətlərin tətbiqi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsindən asılı deyil, yəni bu müddətlərə məhkəmə tərəfin tələbin asılı olmayaraq baxılaraq hüquqi qiymət verməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malik olsa da bütövlükdə tələb yuxarıda qeyd edildiyi kimi mülkiyyət hüququ ilə bağlı olduğundan belə tələblərə kəsici müddətlər şamil edilmir.

7. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - 2(008)-624/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Rüstəmova (İmanova) Roza Əsgərovnadan xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə 40649 manat əsas borc, 0 manat faiz borcu və 100 manat dəbbə pulu olmaqla ümumilikdə 40749 manat borc, xx.xx.2014-cü ildə bağlanmış 23/14 saylı kredit müqaviləsi üzrə 73222 manat əsas borc, 0 manat faiz borcu və 100 manat cərimə olmaqla cəmi 73322 manatın tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Rüstəmova (İmanova) Roza Əsgərovnadan iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə xx.xx.2014- cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə tutulacaq ümumilikdə 40749 manat borcun "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ipotekaya qoyulmuş Bakı şəhəri Bakıxanov qəsəbəsi, M. Vəkilov küçəsi 7 saylı evin 17 saylı mənzilinə yönəldilməsi, Rüstəmova (İmanova) Roza Esgerovnadan iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASCnin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 23/14 saylı kredit müqaviləsi üzre tutulacaq ümumilikde 73322 manat borc ünvan 7 ünvanında yerləşən mənzillərə yönəldilməsi, ünvan 8 saylı evin 17 sayli mənzilinin ilkin satış qiyməti 88*** manat va ünvan 7 ünvanında yerləşen evin ilkin satış qiymətinin 150 *** manat müəyyən edilərək açıq hərracdan satılmalı və əldə olunmuş vəsait cavabdeh Rüstəmova (İmanova) Roza Əsgərovnanın banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, İpoteka predmetinin satışından alde olunmuş vesait borcun ödənilməsini təmin etmədiyi halda qalıq borc Rüstəmova (İmanova) Roza Əsgərovnadan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, İpoteka predmeti olan ünvan 8 say evin 17 saylı manzil və ünvan 7 Ünvanında yerləşən ev satıldıqdan bir ay sonra mənzillərin boşaldılması, X2 ünvan 9 ünvanından istifadə hüququna xitam verilməklə çıxarılması qət edilmişdir. Mülki iş üzrə qətnamə icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir; - 2(005)-2693/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 114/1 saylı, xx.xx.2018-ci il tarixli hərracın nəticələri haqqında protokol və xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2019cu il tarixli çıxarış ləğv edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir; - Sabunçu rayon İcra şöbəsi tərəfindən təqdim edilmiş icra işinin qovluğundan və Cavabdeh2 tərəfindən tədim edilmiş materiallardan görünür: «X3”-nın nəzdində yaradılmış Cavabdeh2 MMC tərəfindən iki dəfə hərrac keçirilmişdər – xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə. Həmin hərracın keçirilməsinə dair 2293/23 və 1509/23 №-li bildirişlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı elanlar «Birja yenilikləri» qəzetində dərc edilmiş, bildirişlər iddiaçının ünvanına (ünvan 10öndərilmişdir. Təqdim edilmiş reyestrlərin və xəbərnamələrin sürətindən bu fakt öz təsdiqini tapmışdır; - Hərracın baş tutmamasına dair xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollara əsasən, təyin edilmiş açıq hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır; - xx.xx.2024-cü il tarixli ipoteka predmetinin əldə edilməsi barədə təklifə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzilini təkrar harracdakı satış qiymətindən (təkrar hərracda satış qiymati 57.800 25 faiz az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir; - “Aqrarkredit" QSC BOKT xx.xx.2024-cü il tarixli ərizəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzilini təkrar harracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə, 43350 manata alınmasına razılıq bildirmişdir; - Açıq hərracın Yekunları barədə 27/24 nömrəli xx.xx.2024-cü il tarixli Protokola əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzil “Aqrarkredit" QSC BOKT tərəfindən alınaraq dövlət reyestrinə daxil edildiyindən ipotekaya xitam verilmişdir; - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzil Yeni qaydalarla: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, bakıxanov qəsəbəsi, nəriman Nərimanov küçəsi, giriş 33, M1, m2 “Aqrarkredit" QSC BOKT-un tam mülkiyyətindədir; - Sonradan İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixdə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi ünvanında yerləşən 7 nömrəli evin 17 saylı mənzildə hal-hazırda əlil qardaşı və onun qızı yaşadığından evin boşaldılması üçün ona may ayının sonuna qədər vaxt verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415, 415; “ İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 14.1, 14.5, 41, 42; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Sabunçu rayon Məhkəməsinin 2(008)-4640/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Qətnaməni tamamilə əsassız hesab edir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə onun mülkiyyət hüquqlarına toxunur, ipoteka saxlayan və hazırda onun əmlakı cavabdeh "xxxx"MMC tərəfindən mülki və ipoteka qanunvericiliklərinin tələbləri pozulmaqla keçirilmiş hərrac nəticəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrarkredit" QSC BOKT-un mülkiyyətinə verilməklə onun mülkiyyətçiipoteka qoyan hüquqlarının pozulması məsələsinə Sabunçu rayon Məhkəməsi əhəmiyyət verməmiş, cavabdehlər tərəfindən pozulmuş əmlak hüquq və mənafeləri məhkəmənin qanunsuz və əsassız qətnaməsi ilə bərpa edilməmişdir. Məlum olduğu kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 624/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx"ASC-nin iddiası təmin edilmiş, cavabdeh X9 "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü ildə bağlanmış 20/14 saylı kredit müqaviləsi üzrə tutulacaq ümumilikdə 40749.0 manat məbləğində pul vəsaitin tutulması, borc tələbinin Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına məxsus ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Vəkilov küçəsi, ev 7 ünvanında yerləşən 17 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satıldıqdan bir ay sonra boşaldılması vəs. qət edilmişdir. Əvvəla, qeyd edir ki, ipoteka saxlayan Beynəlxalq Bank ASC olmuşdur və məhkəmə qətnaməsində göstərilən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında qeyd olunur ki, “2.3. "xxxx" QSC bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq alınmış aktivləri idarə edərkən aşağıdakı vəzifələri yerinə yetirir: 2.3.1. "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka),zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək... və s.” Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrarkredit" QSC BOKTqeyd olunan 570 nömrəli Fərmana əsasən ipoteka üzrə tələb hüququnu qanunvericiliyə əsasən əldə etməlidir. Məhkəmə qətnaməsindən və əlavə olunmuş sənədlərdən görünür ki, əsas öhdəlik üzrə tələb hüququ, eyni zamanda ipoteka saxlayanın tələb hüququ üçüncü şəxsə, hazırki halda “Aqrarkredit" QSC BOKT-a keçirilmişdir. Belə olan halda ipoteka qanunvericiliyi tələb edir ki, ipotekanın əlavə qeydiyyatı aparılmalı və ipoteka qanunvericiliyinin 14.5-ci maddəsinə əsasən, İpotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən və daşınar əmlakın rəsmi reyestrindən çıxarışla, ipoteka kağızında isə müvafiq qeydin edilməsi ilə təsdiq edilir. Lakin hazırki mülki mübahisədə əsas öhdəlik hüququnu və ipoteka saxlayan hüququnu əldə edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Aqrarkredit" QSC BOKT ipotekanın əlavə qeydiyyatını aparmamış və daşınmaz əmlakın dövlət reyestrində bu hüququ qeydə aldırmamışdır. Ona görə də, ipoteka saxlayan qismində “Aqrarkredit" QSC BOKT-un ipoteka predmetini ipoteka saxlayan qismində əldə etmək hüququ yoxdur. Məhkəmə bu məsələlərə diqqət yetirməmişdir, bu hissədə maddi hüquq normalarını pozmuşdur. Eyni zamanda hərracın təşkili və keçirilməsi qaydaları mülki qanunvericiliyin və ipoteka haqqında qanunvericiliyin tələblərinə zidd keçirilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.317.2. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir.415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər; 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

13. “İpoteka haqqında” Qanun aşağıdakı maddələri nəzərə alınmalıdır: 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Hərracın keçirilməsi ilə bağlı iddiaçı məlumatının olmadığı qeyd etsə də bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Bunun əksinə iş materiallarında hərracın təşkilinin Azərbaycan Respublikası Mülki Məcəlləsinə və İpoteka haqqında qanuna uyğun olması öz təsdiqini tapır.

16. Ümumiyyətlə iş materiallarından görünür ki, artıq bir dəfə keçirilmiş hərrac məhkəmə qaydasında mübahisələndirilmiş və iddiaçının iddiası təmin edilmişdir. Belə olan halda iddiaçının bu hərracın keçirilməsi qaydaları barədə tam məlumatlı olmalı olması hamıya bəlli olan hal kimi aydındır. Bundan əlavə hazırki iş üzrə tələbin özü hərracın etibarsızlığı deyil “keçirilmiş hərracın baş tutmaması barədə elanın etibarsız sayılması” barədə olmuşdur. Qanunvericilik isə müqavilə qüvvəsinə malik hərracın nəticələri haqqında protokolun imzalanmasına yönəlmiş və bu yönəmdə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxslər tərəfindən mübahisələndirilmək hüquqlarını ehtiva edir. Elan isə özüözlüyündə müqavilə və hərrac səciyyəsi daşımır, habelə iddia ilə hər bir cavabdehə qarşı yönələn tələbin nədən ibarət olduğu belə müəyyən edilməmişdir. Bununla belə, birinci instansiya məhkəməsi tələbi hərracın nəticələrinin mübahisəsi kimi daha əhatəli qiymət verdiyindən apellyasiya baxışının hədləri baxımından bu hal nəticəyə təsir edən hal kimi qiymətləndirilə bilməz.

17. Beləliklə, iddiaçı hərracın keçirilməsində ona münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etmədiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayəti (iddia) əsassızdır və hüquqlardan sui-istifadəyə xidmət edir. Mülki Məcəllənin göstərişlərinə əsasən isə: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

18. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4640/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar